Məhkəmə qərarları › İş №1(102)-2489/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2489/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2489/2025 07.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, işləməyən, ailəli, ünvan 1 ünvanda qeydiyy atda olan və faktiki həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1310/2025 nömrəli 9 iyul 2025-ci il tarixli qərarından Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-101/2024 nömrəli 21 avqust 2024-cü il tarixli (hakim O.Məmmədli) hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət cəzadan çıxılaraq üzərində qəti olaraq 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 16 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı X3 tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)1310/2025 nömrəli 9 iyul 2025-ci il tarixli qərarı ilə (hakimlər H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2024-cü il hökmü dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin həmin qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmiş, Al i Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-747/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər R.M.Abdulov (sədrlik edən), Ş.Y.Yusifov və Ə.İ.Novruzov) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni apellyasiya baxışı təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1310/2025 nömrəli 9 iyul 2025-ci il tarixli qərarı ilə (hakimlər F.Ə.Qəniyev (sədrlik edən), İ.A.İbrahimli və Ə.Q.Ələkbərov) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2024-cü il hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 25 aprel 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən "Yeni Yasamal” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf rəngli polietilen paketə bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,704 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 25 aprel 2023-cü il tarixdə saat 13.20-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanda saxlanılaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf r əngli polietilen paketə bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,704 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı verdiyi kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1310/2025 nömrəli 9 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsini, iş üzrə yeni apellyasiya baxışının təyin edilməsini xahiş etmişdir. Kassasiya protestində göstərilmişdir ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən amnistiya tətbiq edilmiş, sonuncu barəsində narkomaniyada n məcburi müalicə təyin edildiyindən müalicə başa çatdıqdan sonra cəzadan azad edilməsi qərara alınmışdır. Məhkum hökmlə təyin olunan məcburi müalicənin müəssisədə tamamlamaq mümkün olmaması səbəbindən cəzaçəkmə müəssisəsinin təqdimatına əsasən Salyan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə Məhkum narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanması qərara alınmış, qərar qanuni qüvvəsini aldıqdan sonra Məhkum 4 yanvar 2022ci il tarixdə cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl cəzadan azad edilmişdir. Məhkəmə qeyd etmişdir ki, nə qədər ki, Salyan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarından apellyasiya protesti və ya şikayəti verilməmişdir, həmin qərar qüvvədə sayılır. Məhkum barəsində tətbiq edilmiş amnistiya aktı ilə o, çəkilməmiş cəzadan azad edilmişdir. Bu halda, amnistiya aktının tətbiqi ilə Məhkumluğu götürüldüyündən onun əməlində cinayətin residivi müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşsa da, Ali Məhkəmə ittiham tərəfinin dəlillərini əsaslı hesab etmiş və məhz bu səbəqdən də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilmişdir. Məhkum Bakı şəhəri Yasamal rayon məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26 noyabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqq ında" Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, Məhkum amnistiya tətbiq edilmişdir. Amnistiya qərarının 36-cı hissəsinə əsasən onun cəzadan azad edilməsinin barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Salyan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarına əsasən Məhkum narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanması qərara alınmışdır. Göründüyü kimi həmin qərarla təqsirləndirilən şəxsə təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv edilməmiş, məcburi müalicənin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamam lanması qərara alınmışdır. Halbuki, Azərbaycan Respublikası CM-nin 93-1.4-cü maddəsinə əsasən, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin tam sağalması nəticəsində həmin tədbirlərin ləğv edilməsi zərurəti yarandıqda, yaxud davam etdirilməsinə ehtiyac olduqda həmin tədbirlərin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsi həkim-məsləhət komissiyasının rəyi əsasında müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə həmin müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Həmin Məcəllənin 93-1.5-ci maddəsinə əsasən, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs bu tədbirin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsinin həll edilmə si məqsədi ilə altı ayda bir dəfədən az olmayaraq həkim-məsləhət komissiyasında baxışdan keçirilməlidir. Həmin tədbirlərin uzadılması və ya ləğv edilməsi məsələsinə ilk dəfə müalicənin başlandığı gündən altı ay keçdikdən sonra baxılır. Salyan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Məhkum narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanmasına dair 5 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 139/10 nömrəli tibbi rəydən görünür ki, Məhkum hazırda narkotik və psixotrop maddələrdən psixi və fiziki asılılıq əlamətləri yoxdur. Cəzasının sonuna az müddət qaldığı üçün bu müddət ərzində onun məcburi müalicəsini tamamlamaq mümkün deyildir. Qe yd edilənlərə əsasən, Məhkum azad olunduqdan sonra onun narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanması məqsədəuyğundur. 5 saylı X2 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarını əsas götürərək təqsirləndirilən şəxsin azad edilməsi tamamilə qanunsuzdur. Göründüyü kimi Məhkum amnistiya aktının tətbiqi ilə cəzadan azad edilməmiş, sonradan isə barəsində tibbi xarakterli məcburi tədbir olan narkomaniyadan məcburi müalicə ləğv edilməmişdir. Belə olan halda Məhkum barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4 iyun 2021-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir və onun əməlində cinayətlərin residivi vardır. Lakin məhkəmə kollegiyası cinayət qanununun normalarını düzgün qiymətləndirmə yərək Məhkum əməlində cinayətlərin residivi olmasına baxmayaraq, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin növünü ümumi rejimli cəzaçəkmə müəssisəsi kimi müəyyən etmiş, həmçinin CM-in 61.1.1-ci maddəsi ilə cinayətilərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin 9 iyul 2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müdafiə tərəfinin təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Məhkum 13 fevral 2025-ci il tarixdə keçirilmiş qiymətləndirməyə əsasən müəyyən olunmuşdur ki, orqanizmin funksiyalarının pozulması faizi 40%-dir. "Yuxarı ətrafın əzilməsinin və travmatik amputasiyasının nəticələri, sağ əlin İİİ barmağınd a bükücü falanqaarası oynaq, İV, V barmaqlarına daraq falanqa oynağı səviyyəsində amputasiyasından sonrakı güdülləri" diaqnozu qoyulmuşdur. Nəticədə Məhkum üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş sənədə əsasən əlilliyi olan şəxs Məhkum məcburi müalicə tətbiq oluna bilinməyən şəxslər dairəsinə aid olması onu təsdiq edir ki, əlillik səbəbindən narkomaniyadan müalicə qadağan olunduğundan "müalicənin başa çatması” tələbi bu halda məhkumluğun ödənilməsi üçün əsas deyildir və apellyasiya məhkəməsi göstərilən əsasla apellyasiya protestini təmin etməmişdir. Məhkəmənin bu mövqeyi qəbul edilməzdir. Belə ki, ƏƏSMN-nin Tibbi-sosial ekspert komissiyasının arayışına əsasən Məhkum "yuxarı ətrafın əzilməsinin və travmatik amputasiyasının nəticələri, sağ əlin İİİ barmağında bükücü falanqaarası oynaq, İV, V barmaqlarına daraq falanqa oynağı səviyyəsində amputasiyasından sonrakı güdülləri" diaqnozu xx.xx.2025-ci il tarixdə qoyulmuşdur. Hazırkı cinayət xx.xx.2023-cü il tarixdə törədilmiş, amnistiya aktına əsasən isə (Salyan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarına əsasən Məhkum narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanması qərara alınmışdır) Məhkum xx.xx.2022-ci tarixdə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Yuxarıda qeyd olunduğu kimi, hazırkı cinayət xx.xx.2023-cü il tarixdə törədilmişdir və bu da cinayətlərin residivini yaratmaqla, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli idi. Hüquqi məsə lələr: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin olunmaması barədə Məhkum və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 iyul 2025-ci il qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən bi ri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq mü əyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə mü dafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPMin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də süb utlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya protestinin dəlilləri ilə razılaşır və bununla bağlı aşağıdakı xüsusatları qeyd edir. İş materiallarından görünür ki, Məhkum Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4 iyun 2021-ci il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26 noyabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, Məhkum amnistiya tətbiq edilmiş, amnistiya aktının 36-cı hissəsinə əsasən onun cəzadan azad edilməsinin barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Daha sonra Salyan Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarına əsasən Məhkum narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsinin 3 iyul 2024-cü il tarixli 3-16-xx/xx/2880/2024 nömrəli məktubundan görünür ki, Məhkum Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən 4 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Aşağı instansiya məhkəmələrinin qərarlarında qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 7(057)-561/2021 nömrəli qərarı ilə Məhkum narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanması qərara alınmış, qərar qanuni qüvvəsini aldıqdan sonra Məhkum 4 yanvar 2022-ci il tarixdə cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl cəzadan azad edilmişdir Məhkum barəsində tətbiq edilmiş amnistiya aktı ilə çəkilməmiş cəzadan azad edilmişdir. Bu halda, amnistiya aktının tətbiqi ilə Məhkumluğu götürüldüyündən onun əməlində cinayət in residivi müəyyən olunmamışdır. Məhkəmə kollegiyası daha əvvəl mübahisəli cinayət işinə baxan Ali Məhkəmənin cinayət kollegiyasının mövqeyi ilə əlaqədar qeyd edir ki, "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 36-cı hissəsinə əsasən, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas - tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarıdır). Müvafiq müddəadan görünür ki, təqsirli şəxsin cəzadan azad edilməsi məsələsi müalicə başa çatdıqdan sonra həll edilməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.4-cü maddəsinə əsasən, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin tam sağalması nəticəsində həmin tədbirlərin ləğv edilməsi zərurəti yarandıqda, yaxud davam etdirilməsinə ehtiyac olduqda həmin tədbirlərin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsi həkimməsləhət komissiyasının rəyi əsasında müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə həmin müəssisənin yerləşdiyi yer üz rə birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Salyan rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərar əsasında Məhkum barəsində narkomaniyadan məcburi müalicə ləğv edilməmiş, əksinə onun narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanmasının məqsədəuyğun olması göstərilmişdir. Göründüyü kimi Məhkum barəsində narkomaniyadan məcburi müalicənin ləğv olunmasına dair həkim-məsləhət komissiyasının rəyi, müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həmin müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsinin bununla bağlı qərarı olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 9 iyul 2025-ci il tarixli qərarını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vu rulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən, məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə, əlilliyi olan şəxslərə, hamilə qadınlara və südəmər uşaqları olan analara, könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə, psixi xəstələrə, səhhəti narkoloji-tibb müəssisəsində qalmalarını istisna edən xəstələrə, 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəlikləri olan şəxslərə tətbiq oluna bilməz. Apellyasiya məhkəməsin in qərarında göstərilmişdir ki, apellyasiya baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Məhkum 13 fevral 2025-ci il tarixdə keçirilmiş qiymətləndirilməsinə əsasən müəyyən olunmuşdur ki, orqanizmin funksiyalarının pozulması faizi 40%-dir. “Yuxarı ətrafın əzilməsinin və travmatik amputasiyasının nəticələri, sağ əlin İİİ barmağında bükücü falanqaarası oynaq, İV, V barmaqlarına daraq falanqa oynağı səviyyəsində amputasiyasından sonrakı güdülləri” diaqnozu qoyulmuşdur. Nəticədə Məhkum üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Bu əsasla da apellyasiya instansiyası məhkəməsi Məhkum məcburi müalicə tətbiq oluna bilinməyən şəxslər dairəsinə aid o lmasına əsaslanmaqla, əlillik səbəbindən narkomaniyadan müalicə qadağan olunduğundan “müalicənin başa çatması” tələbinin bu halda məhkumluğun ödənilməsi üçün əsas olmadığını müəyyən etmiş və kassasiya protestini rədd etmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş materiallarında ƏƏSMN-nin Tibbi-sosial ekspert komissiyasının arayışına əsasən Məhkum xx.xx.2025-ci il tarixdə keçirilmiş qiymətləndirməyə əsasən müəyyən olunmuşdur ki, orqanizmin funksiyalarının pozulması faizi 40%-dir. “Yuxarı ətrafın əzilməsinin və travmatik amputasiyasının nəticələri, sağ əlin İİİ barmağında bükücü falanqaarası oynaq, İV, V barmaqlarına daraq falanqa oynağı səviyyəsində amputasiyasından sonrakı güdülləri” diaqnozu qoyulmuşdur və onun üçüncü dərəcəli əli lliyi müəyyən edilmişdir. Görüdüyü kimi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü qəbul edilərkən şəxsin əlilliyi müəyyən olunmamışdır və məhkuma narkomaniyadan məcburi müalicə düzgün təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun müalicəsi ləğv olunduqdan sonra onun məhkumluğu üzərindən götürülür. İş materiallarından isə şəxsin narkomaniyadan məcburi müalicəsinin ləğv olunması barədə heç bir sübut yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırılma tam, hərtərəfli və obyektiv məhkəmə araşdırması olaraq qəbul edilə bilməz, əksinə göstərilən xüsusatlar məhkəmə tərəfindən natamam və səthi araşdırmanın aparılmasının göstəricisi kimi çıxış edir. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməl i, apellyasiya protestinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda ətraflı məhkəmə araşdırması həyata keçirilməklə təkrarən baxılmalıdır. Təsvir edilənlər dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, apellyasiya məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini göstərir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2- ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 iyul 2025-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi üzrə yeni apellyasiya baxışı təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar