Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-249/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxs X5, zərərçəkmiş şəxs X12 nümayəndəsi X16, zərərçəkmiş şəxs X5 nümayənd əsi X17 və bəraət almış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi X9 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxslər X21, X10, X22 və X26 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Hüseynov (məruzəçi), Eldar İsmayılov və Samir Əliyevdən ibarət tərkibdə) 03 noyabr 2017-ci il tarixli hökmü ilə 20 sentyabr 1982-ci ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi müəyyən edilmədiyindən bəraət verilmiş, xx xxxx 1981-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Rəzdərə kəndində qeydiyyatda olan, ünvan 3 ünvanda yaşayan; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi müəyyən edilmədiyindən bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X13, X18, X11, X19, X8, X3, X14 etibarı ndan sui-istifadə etməklə Təqsirləndirilən şəxs2 bir neçə ət və ət məhsullarının satışı ilə məşğul olan şirkətlərin rəsmi distribyutoru kimi təqdim edərək, həmin şirkətlərin mallarının satışını təşkil etmələrini, dövriyyədə böyük məbləğdə pullarının olmasını, gələcəkdə öz şirkətlərini yaradaraq kommersiya fəaliyyətini genişləndirib Azərbaycan Respublikasının müxtəlif regionlarında ət və ət məhsullarının satışını təşkil edəcəklərini bildirərək, biznesi genişləndirmək üçün dövriyyədə olan pula toxunmamaqla əlavə nağd pula ehtiyac olmasına inandırıb 20 oktyabr 2012-ci ildən 25 iyun 2014-cü ilədək olan dövr ərzində X8in 10.000 manat, 11.000 manat və 13.000 manat, X9a 20.000 manat, 10.000 manat və 15.000 manat, X10a cəmi 30.900 manat, X12yə 10.000 manat, X16ya 25.000 manat, X14ə 30.000 manat və 10.000 manat, X19a 100.000 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa, ibtidai istintaq orqanının irəli sürdüyü ittihama əsasən, Təqsirləndirilən şəxs1, təkrarən X6 etibarından sui-istifadə etməklə özünü bir neçə ət və ət məhsullarının satışı ilə məşğul olan şirkətlərin rəsmi distribyutoru kimi təqdim edərək, həmin şirkətlərin mallarının satışını təşkil etməsini, dövriyyədə böyük məbləğdə pulunun olmasını, gələcəkdə öz şirkətini yaradaraq kommersiya fəaliyyətini genişləndirib Azərbaycan Respublikasının müxtəlif regionlarında ət və ət məhsullarının satışını təşkil edəcəyini bildirərək, dövriyyədə olan pula toxunmamaqla mal alışı üçün əlavə nağd pula ehtiyac olmasına inandırıb, zərər çəkmiş şəxs X10a 10.000 manat və 1.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rizvan Səfərov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və İlqar Murquzovdan ibarət tərkibdə) 13 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı X15 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxslər X17 və X18in nümayəndəsi X20, zərərçəkmiş şəxs X16nın nümayəndəsi X14ün və zərərçəkmiş şəxslər X21, X22 və X23 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından narazı qalan dövlət ittihamçısı İ.F.Yusifov verdiyi kassasiya protestində, zərərçəkmiş şəxslər X21, X22, X23 və X18 verdikləri kassasiya şikayətlərində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 13 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı İlkin Yusifov onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin bəraət hökmünü əsaslandırması tamamilə əsassızdır və mötəbər sübutlarla təsdiq olunmur. Halbuki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla təsirləndirilən şəxslərin irəli sürülmüş ittihamlar üzrə təqsirli olmaları tam sübut olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X8in, X9un, X10un, X20nin, X19un, X21in, X19un etibarından suiistifadə etməklə Təqsirləndirilə n şəxs2 bir neçə ət və ət məhsullarının satışı ilə məşğul olan şirkətlərin rəsmi distribyutoru kimi təqdim edərək, həmin şirkətlərin mallarının satışını təşkil etmələrini, dövriyyədə böyük məbləğdə pullarının olmasını, gələcəkdə öz şirkətlərini yaradaraq kommersiya fəaliyyətini genişləndirib Azərbaycan Respublikasının müxtəlif regionlarında ət və ət məhsullarının satışını təşkil edəcəklərini bildirərək, biznesi genişləndirmək üçün dövriyyədə olan pula toxunmamaqla əlavə nağd pula ehtiyac olmasına inandırıb zərərçəkmiş şəxslər X8ə, X9a, X10a, X20yə, X19a, X21ə, X19a, habelə Təqsirləndirilən şəxs1 təkrarən X10a müxtəlif miqdarda maddi ziyan vurmaqla dələduzluq əməllərini törətmələri zamanı onların əvvəlcədən məqsədləri məhz həmin şəxslərin müxtəlif məbləğdə pullarını ələ keçirmək olmuş və bu məqsədlə hər iki təqsirləndirilən şəxs müxtəlif üsul və vasitələrdən (zərər çəkmiş şəxsləri özlərinə cəlb etmək üçün əslində heç bir qazanc olmadığı halda onlara vaxtından əvvəl yüksək məbləğdə pullar vermiş, əslində təyinatı başqa bir sahə olan obyekti zərərçəkmiş şəxslərə göstərməklə həmin məkanda tezliklə kolbasa zavodunu tikdirəcəkləri, Təqsirləndirilən şəxs2 bir sıra istehsalçı-müəssisələrdə («xxxx», «xxxx», «xxxx», «xxxx», «xxxx» və s.) yüksək vəzifələr tutmaqla orada əsl söz sahibinə malik olması kimi yalançı vədlərə inandırmaqla) məharətlə istifadə etmişlər. Bundan başqa, həm ibtidai istintaq, həm də məhkəmə zamanı zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, maddi sübutlar və cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlarla bi r daha müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərlə zərər çəkmiş şəxslər arasında münasibətlərin kreditor və borclunun qarşılıqlı münasibətləri kimi, habelə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən törətdikləri cinayət əməllərinin müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti kimi qiymətləndirilməsi mümkünsüzdür və cinayət qanunvericiliyinin tələblərinə ziddir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən məqsədləri X13, X18, X11, X19, X8, X3, X14, habelə Təqsirləndirilən şəxs1 əvvəlcədən məqsədi təkrarən X10un etibarından sui-istifadə etməklə onların müxtəlif məbləğlərdə əmlaklarını ələ keçirmək olmuşdur. Həmçinin, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərdən almış olduqları külli miq darda pul vəsaitlərinin hara xərclənməsi barədə tutarlı dəlillər göstərə bilməmişlər. Eləcədə, zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxslərin irəli sürülmüş ittihamlardakı cinayət əməllərini ifşa edən dəlilləri, təqsirləndirilən şəxslərin uydurmalarından başqa təkzib edən heç bir xüsusat və sübut müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və cinayət işinin materialları ilə təsdiq olunan ifadələrini deyil, onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrini sübut kim qəbul etməsinin səbəblərini hökmündə əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxs X21 onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsi qərarında yalnız birinci instansiya m əhkəməsinin hökmünə istinad etmiş, həmin hökmü öz qərarına köçürmüşdür. Halbuki, birinci instansiya məhkəməsi öz hökmündə iş üzrə bütün digər sübutları kənara qoyaraq, yalnız təqsirləndirilən şəxslərin məntiqi-hüquqi əsası olmayan, uydurma məzmunlu ifadələrinə digər sübutlardan üstün qiymət verilməklə onlara bəraət verilməsini əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutları yoxlayarkən və qiymətləndirərkən Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinin tələbələrini pozmuş və irəli sürülmüş ittihamın tam təsdiq olunduğu halda, əsassız və qanunsuz olaraq bəraət hökmü çıxarmışdır. Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxs X22 və X26 onunla əsaslandırırlar ki, məhkəmələr işə baxıb hökm çıxararkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, zərər çəkmiş şəxslərin dələduzluq yolu ilə ələ keçirilən əmlaklarını mülki mühakimə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlmiş birinci instansiya məhkəməsinin səhvlərini təkrarlamış və təqsirləndirilən şəxslərə qanunsuz və əsassız olaraq bəraət vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrini heç bir əsas olmadan həqiqət kimi qəbul etmiş və zərərçəkmiş şəxslərin ifadələrinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. İş materiallarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlarla ifadəsi vardır və hər bir ifadədə onlar məsuliyyətdən yaxa qutaraıaq üçün fərqli izahatlar vermişlər. Hətta onların məhkəmə zamanı vermiş olduqları ifadələr də qismən İbtidai istintaq dövründə verdikləri ifadələri t əsdiq etsə də yenə də fərqli və ziddiyyətli ifadələri vardır. Lakin bundan fərqli olaraq zərər çəkmiş şəxslər həm ibtidai istintaq dövründə, həm də məhkəmə baxışında eyni ifadələr vermişlər və onların ifadələrində heç bir əhəmiyyətli ziddiyyətlər aşkar edilməmişdir. Qeyd edək ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında törədilmiş cinayətdə özlərini təqsirli bilməsələr də, ibtidai istintaq dövründə müqavilə üzrə özlərinin müdafiəçilərinin iştirakı ilə həm cinayət işi başlananadək verdikləri izahatlar, həm də cinayət işi başlandıqdan sonra verdikləri ifadələr onların əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını sübut edir. Belə ki, Bu fakt məhkəmə istintaqında dindirilmiş şahid ifadələri və digər istintaq materialları ilə sübuta yetmişdir. Hətta müəyyən səbəblərdən Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında yaranmış narazılıq Təqsirləndirilən şəxs2 düzgün, həqiqəti əks" etdirən ifadə verməsi sonuncuların əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibini yaratdığını sübut edir. Lakin məhkəmə bu nüansa qiymət verməmiş və səhv hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxs X20 onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi işə baxıb hökm çıxararkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozulmuş, digər zərərçəkmiş şəxslərlə yanaşı onun dələduzluq yolu ilə ələ keçirilən əmlakını mülki mühakimə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlinmiş v ə təqsirləndirilən şəxslərə qanunsuz və əsassız olaraq bəraət vermişdir. Həmçinin bu günədək ona vurulmuş ziyan ödənilməyib, buna baxmayaraq məhkəmə onlara bəraət vermişdir. Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxs X10 onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Halbuki həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla təsirləndirilən şəxslərin irəli sürülmüş ittihamlar üzrə təqsirli olmaları tam sübut olunmuşdur. Həmçinin zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxslərin irəli sürülmüş ittihamlardakı cinayət əməllərini ifşa edən dəlilləri, təqsirləndirilən şəxslərin uydurmalarından başqa təkzib edən heç bir xüsusat və sübut müəyyən edilməmişdir. Çox t əəssüflər olsun ki, məhkəmə tərəfindən iş üzrə mötəbərliliyi və mənsubiyyəti şübhə doğurmayan ifadələr və sübutlar deyil, təqsirləndirilən şəxslərin heç bir hüquqi əsası olmayan həmin uydurmaları əsas götürülməklə bəraət hökmü çıxarılmışdır. Lakin hazırki iş üzrə bəraət hökmdən görünür ki, hökmün əsasını nəinki təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələr təşkil edir, əksinə hökmün əsasını təşkil edən ifadələr (zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və ifadələri tam təsdiq edən maddi sübutlar) bilavasitə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamlar üzrə təqsirliliyini təsdiq edir. Həmin hökmdə qeyd olunan halın yaranması təbiidir, çünki cinayət işinin materiallarında iş üzrə təqsirləndirilən şəxslərin təq sirliliyini təsdiq edən kifayət qədər sübutlar olduğu halda, məhkəmənin məqsədinin iş üzrə obyektiv həqiqəti müəyyən etmək deyil, təqsirləndirilən şəxslərə hər vəchlə bəraət vermək olması açıq-aydın görünür. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq etməmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün hüquqi qiymət verməmiş və nəticədə təqsirləndirilən şəxslərə bəraət verərkən qanunsuz və əsassız hökm qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və zərə rçəkmiş şəxslərin kassasiya şikayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin və kassasiya şikayətlərinin başlıca dəlilləri birinci instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 və X25ə bəraət verilməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İşdən görünür ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 və X25in təqsirliliyi sübuta yetirilməmiş və onların əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsi belə nəticəyə gələrkən iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrin ə, maddi sübutlara və iş üzrə tədqiq etdiyi digər sənədlərə əsaslanmışdır. Həm ibtidai istintaq, həm də məhkəmə iclaslarında dindirilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X25 ifadələrində onlara verilmiş ittiham üzrə özlərinin təsirli bilməmişlər. Belə ki, X25in ifadələrindən görünür ki, onun zərərçəkmiş şəxsləri aldatmaqla pullarını ələ keçirmək niyyəti olmamışdır. O, kommersiya fəaliyyəti ilə məşğuldur, zərərçəkmiş şəxslərdən pulları onların razılığı ilə kommersiya fəaliyyətinin genişləndirilməsi məqsədilə almışdır. Həqiqətən də zərərçəkmiş şəxslər tərəfindən verilmiş pullar bu məqsədlər üçün istifadə edilmişdir. Sonradan evi yandığına görə ona küllü miqdarda ziyan dəymiş, kommersiya fəaliyyətindən gəlir əldə edə bilməmiş, zərərçəkmiş şəxslərə borcu yaranmışdır. Lakin o bu borcu əmlakların qaytarılması yolu ilə ödəməyə çalışmışdır. Zərərçəkmiş şəxslərlə aralarında olmuş münasibətlər sırf mülki xarakterlidir. Təqsirləndirilən şəxs1 ifadələrindən görünür ki, o həmin ifadələrində təqsirləndirilən şəxs X25in ifadələrində göstərdiklərini təsdiq etməklə yanaşı göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 yanında maaşla işləyən işçi olmuşdur. Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin dispozisiyasına görə təqsirli şəxs tərəfindən dələduzluq əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqları əldə etmə hərəkətləri edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakmı əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarmı əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə işin materiallarını və təqdim olunmuş sübutları tədqiq edərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində dələduzluğun əlamətləri yoxdur, onlarla zərərçəkmiş şəxslərin arasında olan münasibətlər mülki qanunvericiliklə tənzimləməli o lan əqdlərdir, onlara qarşı irəli sürülmüş ittiham kompleks sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 2005-ci ildən 2017-ci ilin martına qədər Təqsirləndirilən şəxs2 fərdi sahibkar qismində (VÖEN **********) Azərbaycan Respublikasının müxtəlif istehsalçı-müəssisələrinin, o cümlədən «xxxx», «xxxx», «xxxx», «xxxx», «xxxx» və digər şirkətlərin ət və kolbasa məmulatlarının satışı ilə məşğul olmuşdur. 20 oktyabr 2012-ci ildə Təqsirləndirilən şəxs2 10 ay müddətinə, hər ay 4000 manat olmaqla ümumilikdə 40000 manat qaytarmaq şərtilə (yəni faizlər 33,3% təşkil etməklə) X8dən 10000, X9dan 20000 manat almışdır. İş materiallarına əsasən, 2013-cü ilin iyulundan 2014-cü ilin iyununa qədər olan müddət ərzində Təqsirləndirilən şəxs2 şəxsən, eləcə də bank köçürmələr i və Təqsirləndirilən şəxs1 vasitəsilə, təsərrüfat fəaliyyətinin genişləndirilməsi və gəlirin artırılması məqsədilə X9dan 25000 manat (08.07.2013-cü ildə – 10000 manat, 05.08.2013-cü ildə – 9500 manat, 06.08.2013-cü ildə – 5500 manat), X8dən 24000 (04.08.2013-cü ildə – 13000 manat və 26.08.2013-cü ildə 11000 manat), X11dən 30900 manat (07.08.2013-cü ildə – 10000 manat və 13.08.2013-cü ildə – 20900 manat), X20dən 10000 manat (12.09.2013), X19dan 25000 manat (04.10.2013), X21dən 40000 manat (05.2014-cü ildə – 30000 manat və 01.06.2014-cü ildə – 10000 manat), X19dan 100000 manat (01.06.2014) və X10dan (25.06.2014) faizə borc götürmüşdür. İş materiallarına əsasən 2013-2014-cü illər ərzində kredit öhdəliklərinin tənzimlənməsi məqsədilə Təqsirləndirilən şəxs2 və onun qohumları tərəfindən yüksək zəmanət və borc əməliyyatlarının təminatı üçün istifadə olunmuş bir sıra mülki-hüquqi borc müqavilələri və daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanılmışdır. Xüsusən də, 03 oktyabr 2013 tarixdə bağlanılmış borc müqaviləsinə əsasən Təqsirləndirilən şəxs2 həmin gün X9dan hər ay 7051 manat qaytarmaq şərti ilə, 17 ay müddətinə 119875 manat almışdır. Qeyd olunan müqavilə 03.10.2013-cü il tarixdə 2 saylı Abşeron rayon notariat kontorunda qeydə alınmışdır. Bundan əlavə, elə həmən gün, 03 oktyabr 2013 tarixdə ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış və həmən müqaviləyə əsasən Təqsirləndirilən şəxs2 X9a 20 000 manat şərti qiymətinə bir neçə yüz min dəyəri olan ümumi torpaq sahəsi 0,0207 ha olan yeddi otaqlı, iki mərtəbəli evini satmışdır. Təqsirləndirilən şəxs2 in ifad ələrinə əsasən qeyd olunan ev girov qismində istifadə olunmuş və X9, X8,X11, X20 və X19a olan borclar ödənildikdən sonra həmən ev onun ailəsinə qaytarılmalıdır. İş materiallarında olan, notarial qaydada təsdiq olunmuş ******* saylı 07 may 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X9 qeyd olunan evi 20000 manata Təqsirləndirilən şəxs2 anası – X12yə satmışdır, qeyd olunan hal, evin girov qismində istifadə olunmasına dair Təqsirləndirilən şəxs2 in ifadələrini təsdiq edir. Həmçinin, iş materiallarında olan 27 avqust 2014-cü il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Təqsirləndirilən şəxs2 qardaşı X23 qardaşının borcları hesabına torpaq sahəsi olan evini X21in dostu – Məhəmməd Rəhimlinin adına keçirmişdir. Həmçinin, iş materiallarında ola n Təqsirləndirilən şəxs2 valideynləri – X25in və X26nın notarial qaydada təsdiq olunmuş 22.04.2015-ci il tarixli ərizəsinə əsasən Təqsirləndirilən şəxs2 X21ə olan borcu hesabına 0,07055 ha torpaq sahəsini X27nin adına keçirilmişdir. Bundan əlavə, iş materiallarında, notarial qaydada təsdiq olunmuş 26.07.2014-cü il tarixli 14180 manatlıq borc müqaviləsi, Mehdiabad qəsəbəsində 0,07055 ha ərazisi olan torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında 04.09.2014-cü il tarixdən etibarən X26ya məxsus olmasına dair daşınmaz əmlakın reyestrindən ******* saylı çıxarış vardır. 10 iyul 2014-cü il tarixdə Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanında yerləşən evində qısa qapanma nəticəsində yanğın baş vermiş, nəticədə ikinci mərtəbənin konstruksiyası və onun içindəki əşyalar yanaraq yararsız vəziyyətə dü şmüşdür. Azərbaycan Respublikası FHN-nin əməliyyat-istintaq İdarəsinin müstəntiqi X5 qərarına əsasən Təqsirləndirilən şəxs2 anası X29un ərizəsinə əsasən ona, 25000 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 göstərmişdir ki, yanğın nəticəsində ona məxsus olan və evin ikinci mərtəbəsində saxladığı 300 000 manatdan artıq məbləğ yanmış, anbarda saxlanılan 25000 manat dəyərində kolbasa məmulatları yanaraq yarasız vəziyyətə gəlmişdir. İş materiallarına əsasən, borc müqavilələrinin icrası məqsədilə Təqsirləndirilən şəxs2 kreditorlara müəyyən məbləğlərdə borc üzrə faizlər ödəmiş, lakin 2013-cü ilin sonunda onlar arasında əldə olunan gəlirə münasibətdə mübahisələr yaranmağa başlamışdır. Bundan əlavə, mübahisələrə səbəblərdən biri, Təqsirləndirilən şəxs2lə olan borc müqavilələri üzrə kreditorların, sonuncunun xəbəri olmadan tələblərini bir-birinə güzəştə getmələri olmuşdur. Xüsusən də, X9, X20 və X22 borc müqavilələri üzrə öz tələblərini X8ə güzəştə getmişlər, X19 isə Təqsirləndirilən şəxs2 olan tələbini dostu X21ə, o isə, öz dostu X24ə güzəştə getmişdir. Həmçinin, birinci instansiya məhkəməsində zərərçəkmiş qismində dindirilmiş X8, X25, X19, X9, X20, X21 və X19 təsdiq etmişlər ki, borc müqavilələri üzrə Təqsirləndirilən şəxs2 ə verdikləri pulların bir hissəsini alıblar. İş materiallarına və X29un ifadələrinə əsasən Təqsirləndirilən şəxs2 borc müqaviləsi hesabına pulların bir hissəsini ona Təqsirləndirilən şəxs2 anası – X30a verib. X8in iddia ərizəsinə əsasən o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı 64000 manat məbləğində i ddia qaldırmışdır. X9un iddia ərizəsinə əsasən o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı 25000 manat məbləğində iddia qaldırmışdır. Lakin, X8in özünün məhkəməyə təqdim etdiyi yazılı hesabata əsasən Təqsirləndirilən şəxs2 borc müqavilələrinin hesabına ona 35920 manat vermiş, o isə həmən məbləğdən 4750 manat X9a, 1250 manat X19a, 1100 manat X20yə və 15055 manat X25ə vermişdir. X8in bu hesabına və ifadəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona borcu 31430 manat təşkil edir. X21in iddia ərizəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona 40000, X19a isə 100000 manat ziyan vurublar, X19a dəymiş ziyanı X21 öz şəxsi vəsaiti hesabına ona qaytarmışdır. X14in iddiasının məbləği 140 000 manat təşkil edir, X19 mülki iddia qaldırmayıb və məhkəmə iclasında göstərib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı iddiası yoxdur. Dəfələrlə məhkəmə iclasına dəvət olunmasına baxmayaraq zərərçəkmiş X10 məhkəmə iclasına gəlməmiş, nümayəndəsi vasitəsilə 11000 manat məbləğində iddia qaldırmışdır. Məhkəmə araşdırması gedişində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 həqiqətən də, təsərrüfat fəaliyyətinin həcmini genişləndirib, bu yolla kreditorları aldatmayıb. İş materillarına və tədqiq edilmiş sübutlara əsasən o, Mehdiabad qəsəbəsində ofis təşkil etmiş, anbar və zirzəmi tikmiş, soyuducu kameralar və malların daşınması üçün bir neçə «Ford» avtomobili almış, kolbasa zavodunun tikintisi üzrə fəaliyyətini planlaşdırmağa və əlaqələr qurmağa başlamış, Azərbaycanın müxtəlif rayonlarında 300dən artıq dükana kolbasa məmulatlarının satışını təşk il etmiş, bir sıra dükanlarda şəxsi vəsaiti hesabına soyuducu köşklər quraşdırmış, otuza yaxın işçi cəlb etmiş, o cümlədən işçilər üzərində nəzarət və mühasibatlıq hesabatının kompüter sisteminin yaradılmasından ötrü konkret əmək haqqı ilə tanışı Təqsirləndirilən şəxs1lə müqavilə bağlamışdır. «xxxx» firmasının ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 kolbasa və ət məhsullarının satışı üçün nəzərdə tutulmuş anbar otaqlarının tikintisi və təchizatına 14976 manat şəxsi vəsaitini xərcləmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər, X31, X32, X33, X34, X35 və digərləri təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs2 maliyyə-təsərrüfat fəaliyyətini genişləndirməkdən ötrü otuza yaxın işçi cəlb etmiş, mühasibatlıq hesabatının kompüter sisteminin yaratmış, malların daşınması üçün «Ford» markalı a vtomobillər, soyuducu kameralara almış, Azərbaycanın müxtəlif rayonlarında 300-dən artıq dükana kolbasa məmulatlarının satışını təşkil etmişdir. Məhkəmə iclasında dindirilmiş X8 təsdiq etmişdir ki, o, özü Təqsirləndirilən şəxs2 maliyyə-təsərrüfat fəaliyyətinin genişlənməsində iştirak etmiş, satış üçün ticarət obyektləri axtarmışdır. Məhkəmə iclasında dindirilmiş X31 vəX32 təsdiq etmişlər ki, X8in və X21in tapşırığına əsasən satılan məhsullar və əldə edilən gəlirlər üzrə Təqsirləndirilən şəxs2 əməliyyatlarına nəzarət edirdilər. Məhkəmə iclasında dindirilmiş X33 göstərmişlər ki, Təqsirləndirilən şəxs2 fəaliyyətinə nəzarət və əldə edilən gəlirini qeydə alınması məqsədilə auditor-mütəxəssislər cəlb etmiş və onlar satılan məhsulların satılması əməliyyatı üzrə xronometraj tətbiq etmişlər. Məhkəm ə iclasında dindirilmiş X8, X21, X9, X25, X20, X19 göstərmişlər ki, Təqsirləndirilən şəxs2 borc müqaviləsinə və qabaqcadan razılaşdırılmış şərtlərə əsasən satılan məhsullardan əldə edilən gəlirin bir hissəsini onlara vermişdir. Belə ki, notarial qaydada təsdiq edilmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq tərtib edilmişdir borc müqaviləsinə əsasən 20 oktyabr 2012-ci ildə Təqsirləndirilən şəxs2 10 ay müddətinə, hər ay 4000 manat olmaqla ümumilikdə 40000 manat qaytarmaq şərtilə X8dən 10000, X9dan 20000 manat borc almışdır, yəni borc üzrə faizlər 33,3 faiz təşkil etmişdir. 20.10.2012-ci il tarixli qeyd olunan borc müqaviləsinin icrası istiqamətində Təqsirləndirilən şəxs2 X8ə və X9a 7 ay müddətində 28000 manat qaytarmış və bu hal, kreditor və borcalan tərəfind ən məhkəmədə təsdiq olunmuşdur. Notarial qaydada təsdiq olunmuş 26.07.2014-cü il tarixli müqaviləyə əsasən R.X7 14180 manatlıq borc almışdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəs inə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dələduzluğu barədə ittiham tərəfinin irəli sürdüyü dəlillərdən heç biri öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs2lə kreditorlar arasında olan notarial qaydada təsdiq olunmuş müqavilələrin mövcudluğu isə deməyə əsas verir ki, əldə edilməmiş gəlirə görə onların qarşılıqlı münasibətləri və mübahisələri mülki-hüquqi xarakter daşıyır və onlara mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işi hərtərəfli araşdırıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi nin olmaması, bəraət üçün isə kifayət etməsi barədə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsinin hökmünü qüvvədə saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, təqsirləndirilən şəxslərin təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşd ırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümu mi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21ci maddəsində də təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (CPM-in 21.1-ci maddəsi). Şəxsin tə qsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələriinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, ta m və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə bağlı həm də qeyd edilmədir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qarşısında da qaldırılmış, həmin məhkəmə bu dəlillərə baxıb həmin dəlill ərin əsassız olması barədə nəticəyə gəlmiş və gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etdiyindən həmin nəticə ilə razılaşır. Beləliklə, dövlət ittihamçısının kassasiya protestində və zərərçəkmiş şəxslərin kassasiya şikayətlərində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərin dəlilləri ilə razılaşmayaraq protestin və kassasiya şikayətlərinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarının kassasiya protestinə və zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli Təqsirləndirilən şəxs1 və X25 haqqındakı qərarı kassasiya protestinə və zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilməsin. Kassasiya protesti və zərərçəkmiş şəxslərin kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-249/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-249/2019
19.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver