Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-249/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və Zakir Müslüm oğlu Quliyevdən ibarət tərkibdə; Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8 və Məhkum müdafiəçisi X4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı H6 tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli (sədrlik edən hakim Zeynal Ağayev, hakimlər Azad Məcidov və Səbuhi Hüseynovdan ibarət tərkibdə) hökmü ilə, Məhkum, 4 avqust 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkum olunmamış, Bakı şəhəri ************************************************************************* saylı bağ evində yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci və 228.1-ci maddələri ilə təq sirli bilinib, CM-in 130.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə, 228.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanılması yolu ilə ona cinayətlərinin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qanunsuz olaraq əldə edib özündə saxladığı zavod üsulu ilə istehsal edilmiş yivli odlu silah olan 9 mm kalibrli ************ nömrəli "Makarov" (PM) konstruksiyalı tapança ilə zəruri müdafiə həddini aşmaqla zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, Məhkum 2014-cü ildən özünə məxsus Bakı şəhəri ***************** ************ bağ evində gözətçilik etməsi müqabilində əvəzsiz yaşamasına razılıq verdiyi Zərərçəkmiş şəxs və onun X3 ilə birlikdə 10 sentyabr 2016-cı il tarixdə saat 19 radələrində ****************************, *************** ı qəsəbəsi ərazisində yerləşən yeməkxanada yemək yeyib spirtli içki qəbul etdikdən sonra, saat 23 radələrində birlikdə yaşadıqları bağ evinə qayıdaraq eyvanda oturmuşlar. Onlar eyvanda oturub yolda dükandan aldıqları pivəni içə-içə söhbət etmişlər. Zərərçəkmiş şəxs pivəsini içib qurtardıqdan sonra Məhkum məxsus bağ evinin həyətində qeyri-rəsmi nikah münasibətində olduğu S8 və onun iki övladı ilə birlikdə yaşadığı birotaqlı tikiliyə getmiş. Məhkumlə həmin gün Zərərçəkmiş şəxs qonaq gəlmiş dostu və həmyerlisi R6 isə eyvanda söhbət etmişlər. Söhbət zamanı X13 beş gün əv vəl qardaşı X2 qonşuluqda yerləşən bağ evinin hasarının Zərərçəkmiş şəxs və R6 tərəfindən hörülməsi işinin zəhmət haqqı dəyərinin əslində 300 (üç yüz) manat məbləğində olduğu halda, bu işin görülməsi üçün ondan daha artıq məbləğdə, yəni 600 (altı yüz) manat pul alınmasından narazı olduğunu bildirmiş, onların bu söhbətlərinin üstünə Zərərçəkmiş şəxs gəlib çıxaraq həmin iraddan hədsiz dərəcədə qəzəblənərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkum R6 yanında onu təhqir edərək hörmətsizlik etməsi səbəbindən ona evdə olduqlarını, söyüş söyməyin lazım olmadığını deyib iradını bildirmiş. R6dan E6ı aparmağa xahiş etmiş, sonuncu isə onu nalayiq formada təhqir etməyə davam etmiş, spirtli içkinin təsirindən gözü dönmüş E6 daha da qızışıb dava salacağına görə baş verəcək fövqəladə vəziyyətdə özünü müdafiə etmək üçün qanunsuz olaraq əldə edib özündə saxladığı zavod üsulu ilə istehsal edilmiş yivli odlu silah olan 9mm kalibrli ************ nömrəli, "Makarov” (PM) konstruksiyalı tapançanı gizlincə belinə qoymuş, R6 E6 aparmağı bir daha xahiş etmiş, lakin E6 mübahisəni davam etdirmiş, onun ailə üzvlərinin, nəslinin ünvanına nalayiq ifadələr işlətmişdir. O danışıq tonundan əsəbiləşsə də, mübahisəni danışıqla yoluna qoymaq istəmiş, lakin bu dəfə E6 daha irəli gedərək əyləşdiyi oturacaqdan qalxıb onun üstünə gəlmiş, həmin vaxt R6 E6 qolundan tutub aparmaq istəyəndə, E6 yumruqla R6 sifətinə zərbə endirmiş, zərbənin təsirindən R6 taqətini itirərək yerə yıxılmış, daha sonra E6 Məhkum üzərinə şığıyaraq sağ əli ilə boğazından yapışmış, o ayağa qalxmaq istəsə də. E6 onu itələmiş, o, yenid ən kresloda oturmuş, bundan sonra E6 onu var gücü ilə boğmağa başlamışdır. E6 fiziki cəhətdən ondan dəfələrlə güclü olduğundan və içkinin təsirindən idarə olunmaz vəziyyətdə olduğundan ona müqavimət göstərə bilməmiş, E6 əlini boğazından çəkməsi üçün onun boğduğu əlindən tutub güc vermiş, lakin gücü çatmadığını görüb E6 silahı görəndə qorxub uzaqlaşacağını düşünərək sağ əlini belinə atıb tapançanı çıxarmaq istəmişdir. Bu zaman E6 onun tapança çıxaracağını hiss edib sol əli ilə sağ əlindən tutmuş, həmin vaxt hər ikisi tapançadan tutmuşlar, o, tapançanı belindən çıxardaraq tapança qoruyucu rejimdə olduğundan atəş açılacağını düşünməmiş, lakin tapança qoruyucu rejimdən çıxmış və atəş açılmışdır. Lakin E6 yenə də ondan əl çəkməmiş, tapançanın lüləsindən tutmuş, bu zaman Məhkum zəruri müdafiə hə ddini aşaraq iki dəfə də atəş açmışdır. Güllələrdən biri Məhkum sol əlini yaralamış, biri isə tapançanın lüləsindən tutduğu üçün E6 əlinə dəymiş, E6 həmin vaxt qarın nahiyəsindən də xəsarət almışdır. E6 bayırda darvazanın yanında yerə yıxılmışdır. Məhkum özü də əlindən yaralanmasına baxmayaraq E6 öz avtomobili ilə ******* qəsəbəsində yerləşən təcili tibbi yardım stansiyasına aparmışdır. İbtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 228.1-ci maddələri ilə ona görə ittiham elan edilmişdir ki, o, 2014-cü ildən özünə məxsus Bakı şəhəri, ********************** saylı bağ evində gözətçilik etməsi müqabilində əvəzsiz yaşamasına razılıq verdiyi Zərərçəkmiş şəxs və sonuncunun X3 ilə birlikdə 10 sentyabr 2016-cı il tarixdə saat 19 ra dələrində Bakı şəhəri, ****************************, *********** qəsəbəsi ərazisində yerləşən yeməkxanada yemək yeyib, spirtli içki qəbul etdikdən sonra saat 23 radələrində birlikdə yaşadıqları bağ evinə qayıdaraq eyvanda spirtli içki qəbul etməyə davam etdikləri zaman sərxoş vəziyyətdə 15 gün əvvəl qardaşı X2 qonşuluqda yerləşən bağ evinin hasarının Zərərçəkmiş şəxs və R6 tərəfindən hörülməsi işinin zəhmət haqqı dəyərinin əslində 300 manat məbləğində olduğu halda, bu işin görülməsi üçün ondan daha artıq məbləğdə, yəni 600 manat pul alınmasından narazı olduğunu kinayəli formada bildirmiş, bu iraddan əsəbiləşən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməklə R6un yanında onu təhqir edərək hörmətsizlik etməsini bəhanə edib, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən q əbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoyub xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, hadisədən 2 ay əvvəl istintaqa məlum olmayan mənbədən əldə edərək qanunsuz olaraq yaşadığı bağ evində saxladığı zavod üsulu ilə istehsal edilmiş yivli odlu silah olan 9 mm kalibrli, ************ nömrəli "Makarov" (PM) konstruksiyalı tapançanı bağ evinin otağındakı dolabın içərisindən götürüb həmin silahı Zərərçəkmiş şəxs alnına dirədikdə Zərərçəkmiş şəxs müqavimət göstərərək tapançanı əli ilə tutub yuxarı qaldırdığından sonuncunu qəsdən öldürmək məqsədi ilə açdığı atəş öz iradəsindən asılı olmayan səbəbdən Zərərçəkmiş şəxs alın nahiyəsinə dəyməyərək sonuncuya sağ əlin ovuc səthinin yumşaq toxumalarının zədələnməsi ilə müşayiət o lunan bir ədəd dəlib-keçən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs müqavimətini davam etdirərək onu boğazından tutmaqla eyvanda olan divana yıxaraq atəş açmasının qarşısını almaq üçün tapançanı onun əlindən almağa çalışdıqda açdığı atəşin Zərərçəkmiş şəxsla yanaşı yanlarında olan R6un da həyat və sağlamlığı üçün təhlükə törətdiyini dərk edib ümumi təhlükəli üsulla Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə yenidən nizamsız atəşlər açaraq sonuncuya qarının ön divarının qarın boşluğuna nüfuz edərək sidik kisəsinin, "S’' vari bağ müsariqəsinin yaralanmasına səbəb olan bir ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, lakin sərxoş vəziyyətində olması ilə əlaqədar aktiv fiziki hərəkət etmək qabiliyyətində olmadığından, habelə Zərərçəkmiş şəxs müqavimət göstərməklə tapançanı onun əlindən alması və sonuncunun dərhal xəstəxanaya çatdırılaraq üzərində təxirəsalınmadan cərrahi əməliyyatlar aparılması nəticəsində həyatı xilas edildiyindən, Zərərçəkmiş şəxs həyatdan məhrum edilməsinə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, qanunsuz olaraq əldə etdiyi və saxladığı odlu silahdan istifadə etməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə və ümumi təhlükəli üsulla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2017-ci il tarixli qərarı ilə (sədrlik e dən və məruzəçi hakim Rizvan Səfərov, hakimlər Qail Məmmədov və Abid Abdinbəyovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi 25 dekabr 2017-ci il tarixdə (sədrlik edən hakim R6 Həsənov) "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar 09 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinin təqdimatına və məhkumun ərizəsinə baxaraq Məhkum barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli hökmündə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair müddəa həmin hökmün məzmunundan xaric edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Fərhad Kərimov, hakimlər Gülzar Rzayeva və İmran Hacqayıbovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi həmin məhkəmədə yeni apellyasiya b axışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Mirpaşa Hüseynov, hakimlər Həsən Əhmədov və İlqar Murquzovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum barəsində «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyun 2017-ci il tarixli hökmündən Məhkum CM-nin 130.1ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair və CM-nin 66.3-cü maddəsinə əsasən ona cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına xitam verilmiş, hökm qalan hissədə, o cümlədən Məhkum CM-nin 228.1-ci maddəsi ilə 02 ( iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2019cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əli Seyfəliyev, hakimlər Tahir Kazımov və Hafiz Nəsibovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli q ərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi apellyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elmar Rəhimov, hakimlər Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı H6 tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Kassator kassasiya protestini əsaslandıraraq göstərmişdir ki, ittiham ak tına əsasən Məhkum, 2014-cü ildən özünə məxsus Bakı şəhəri, ***************** saylı bağ evində gözətçilik etməsi müqabilində əvəzsiz yaşamasına razılıq verdiyi Zərərçəkmiş şəxs və sonuncunun X3 ilə birlikdə 10 sentyabr 2016-cı il tarixdə saat 19 radələrində Bakı şəhəri, ****************************, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən yeməkxanada yemek yeyib, spirtli içki qəbul etdikdən sonra saat 23 radələrində birlikdə yaşadıqları bağ evinə qayıdaraq eyvanda spirtli içki qəbul etməyə davam etdikləri zaman sərxoş vəziyyətdə 15 gün əvvəl qardaşı X2 qonşuluqda yerləşən bağ evinin hasarının Zərərçəkmiş şəxs və R6 tərəfindən hörülməsi işinin zəhmət haqqı dəyərinin əslində 300 manat məbləğində olduğu halda, bu işin görülməsi üçün ondan daha artıq məbləğdə, yəni 600 manat pul alınmasından na razı olduğunu kinayəli formada bildirmiş, bu iraddan əsəbiləşən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməklə R6un yanında onu təhqir edərək hörmətsizlik etməsini bəhanə edib, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoyub xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, hadisədən 2 ay əvvəl istintaqa məlum olmayan mənbədən əldə edərək qanunsuz olaraq yaşadığı bağ evində saxladığı zavod üsulu ilə istehsal edilmiş yivli odlu silah olan 9 mm kalibrli, ************ nömrəli «Makarov» (PM) konstruksiyalı tapançanı bağ evinin otağındakı dolabın içərisindən götürüb həmin silahı Zərərçəkmiş şəxs alnına dirədikdə Zərərçəkmiş şəxs müqavimət göstərərək tapançanı əli ilə tutub yuxan qaldırdığından sonuncunu qəsdən öldürmək məqsədi ilə açdığı atəş öz iradəsindən asılı olmayan səbəbdən Zərərçəkmiş şəxs alın nahiyəsinə dəyməyərək sonuncuya sağ əlin ovuc səthinin yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan bir ədəd dəlib-keçən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs müqavimətini davam etdirərək onu boğazından tutmaqla eyvanda olan divana yıxaraq atəş açmasının qarşısını almaq üçün tapançanı onun əlindən almağa çalışdıqda açdığı atəşin Zərərçəkmiş şəxsla yanaşı yanlarında olan R6 un da həyat və sağlamlığı üçün təhlükə törətdiyini dərk edib ümumi təhlükəli üsulla Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə yenidən nizamsız atəşlər açaraq sonuncuya qarının ön divarının qarm boşluğuna nüfuz edərək sidik kisəsinin, «S»vari bağ müsariqəsinin yaralanmasına səbəb olan bir ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, lakin sərxoş vəziyyətində olması ilə əlaqədar aktiv fiziki hərəkət etmək qabiliyyətində olmadığından, habelə Zərərçəkmiş şəxs müqavimət göstərməklə tapançanı onun əlindən alması və sonuncunun dərhal xəstəxanaya çatdırılaraq üzərində təxirəsalınmadan cərrahi əməliyyatlar aparılması nəticəsində həyatı xilas edildiyindən, Zərərçəkmiş şəxs həyatdan məhrum edilməsinə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, qanunsuz olaraq əldə etdiyi və saxladığı odlu silahdan istifadə etməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə və ümumi təhlükəli üsulla qəsdən öldürməyə, y əni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə əsasən, Məhkum əməlini istintaq orqanı tərəfindən düzgün olmayaraq Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29,120.2.4-cü maddələri ilə tövsif edilmiş, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək məhkumun Cinayət Məcəlləsinin 130.1 və 228.1 -ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini, Məhkum əməlində məhz sözü gedən normalarda əks edilmiş cinayət tərkibinin olması sübuta yetirilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Məhkum nalayiq formada təhqir etdiyi üçün aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs şahid R6a yumruğu ilə zərbə vuraraq onu yerə yıxması, bundan sonra Zərərçəkmiş şəxs kresloda oturmuş Məhkum hücum edərək onu boğmağa başla ması, fiziki cəhətdən Zərərçəkmiş şəxs qat-qat zəif olan Məhkum silahı çıxardaraq Zərərçəkmiş şəxs xəsarət yetirməsi faktı sübuta yetirilmişdir. Zərərçəkmiş və təqsirləndirilən, habelə iş üzrə dindirilən şahid ifadələrində aşkar müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, E6 onun üzərinə hücum etdikdə özünü müdafiə etmək və onu özündən uzaqlaşdırmaq üçün belində olan silaha əl atmış, onu çıxartmış, E6əli ilə onu boğazından tutub boğduğundan ona gücü çatmamış, silahla qorxutmaq üçün təsadüfi yerlərə bir neçə atəş açmış və nəticədə E6 güllə xəsarəti almışdır. Bundan başqa, məhkəmədə cinayət işi üzrə şahid qismində ifadə vermiş R6 da Məhkum Zərərçəkmiş şəxs tərəfindən boğulduğu zaman atəş səsi eşitdiyini təsdiq etmiş, R6 da Zərərçəkmiş şəxs qəzəbinə tuş gələrək yu mruq zərbəsi alması mübahisə doğurmamışdır. Bununla da məhkəmədə araşdırılmış sübutlar bir daha onu göstərmişdir ki, təqsirləndirilən Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, sonuncunun zorakı hərəkətlərinə son vermək, özünü müdafiə etmək məqsədilə silahı çıxartmış və zəruri müdafiə həddini aşaraq Zərərçəkmiş şəxs ağır xəsarət yetirilmişdir. Lakin məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş və tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməyərək, tətbiq edilməli olmayan cinayət qanunu normasını tətbiq edərək Məhkum əməlinin hüquqi tövsifi barədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiy a məhkəməsinin hökmünün Məhkum Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən saxlamış, yəni Məhkum zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurmada təqsirli bilmişdir. Məhkəmə kollegiyasının gəldiyi nəticə bundan ibarət olmuşdur ki, hadisə zamanı təqsirləndirlən şəxs Məhkum müdafiə olunmuş, lakin bu zaman zəruri müdafiə həddini aşmışdır. Məhkəmə kollegiyasının gəldiyi bu nəticəyə münasibət bildirilməsi üçün işin faktiki halları bir daha təhlil edilməklə toplanmış sübutlara qiymət verilməlidir. Zərərçəkmiş şəxs apellyasiya icraatı zamanı verdiyi ifadəsinə əsasən, onun Məhkum ilə yaxşı münasibətləri olub və onunla aralarında ədavəti olmayıb. Hazırda da onların yaxşı münasibətləri var. Ailəsi ilə birlikdə V6 bağ evində yaşayırmış lar, belə ki, həmin evə həm də gözətçilik etmişdir. Dostu və uzaq qohumu X9 da tez-tez yanlarına gələrək onlarla birlikdə V6 məxsus bağ evinin həyətyanı sahəsində yerləşən birotaqlı tikilidə yaşayırmış. Çox vaxt R6 birlikdə müxtəlif yerlərdə işləyirmişlər. Hadisədən təxminən on beş gün əvvəl R6 birlikdə V6nin qardaşı M6 qonşuluqda yerləşən bağ evinin hasarını hörmüşlər. Həmin hasarı hörməyə başlamazdan əvvəl işə görə zəhmət haqqı 750 manata yaxın hesablanmışdır. Lakin hasara daha çox material işləndiyindən zəhmət haqqı kimi onlara 600 manat pul verilmişdir. V6 olan hörmətinə görə Məmmədağayla pul haqq-hesabı çəkməmiş və verdiyi pula qane olaraq R6 bölüşmüşlər. 9 sentyabr 2016-cı il tarixdə saat 21 radələrində R6 da onların yanında olduğu vaxt V6 bağ evinə gəlmiş və onlar yemək yemək üçün K ürdəxanı qəsəbəsində yerləşən kiçik yeməkxanaya getmişlər. Birlikdə oturub kabab yemiş və iki ədəd 500 ml-lik araq içmişlər. Yeməkdən sonra V6nin avtomobili ilə qayıdarkən birlikdə bağ evinin yaxınlığında yerləşən kafedə oturub meyvə ilə bir ədəd 500 ml-lik araq içmişlər. Orada da yarım saat oturduqdan sonra üçü birlikdə bağ evinə qayıtmışlar. Qayıdarkən yolda maşını saxlayıb V6 ilə birlikdə mağazaya düşmüşdür və üç ədəd pivə almışdır. Evə çatdıqda saat 23 radələri imiş. Bağ evinin eyvanında oturmuşlar, R6 pivələri bakallara süzsə də çox içməmişdir. Aralarında pul ilə bağlı mübahisə yaranmışdır. İçkili olduğundan hadisəni dəqiq xatırlamır. Yadındadır ki, mübahisə zamanı o, ilk əvvəl R6ın sol sifət nahiyəsinə yumruqla zərbə endirmişdir və o, pilləkəndən yıxılmışdır, daha sonra isə kresloda oturan V6nin üzərinə cumub sol əliylə onun yaxasından tutaraq divana sıxmağa başlamışdır. Həmin vaxt atəş səsi eşitmiş və görmüşdür ki. V6nin əlində silah var. Bundan sonra o, silahdan yapışıb onu V6nin əlindən almağa cəhd göstərmişdir. Lakin mübahisə zamanı yenidən atəş açılmış və güllə onun sağ əlinə və sağ əlini dəlib keçərək qarnının ön divarına, qarm boşluğuna dəymişdir. Daha sonra onu V6nin avtomobili ilə E6ı xəstəxanaya aparmışlar. Həmin vaxt, V6 onun alnına silah tuşlamamış, əvvəlki ifadələrində ola bilər ki, əsəbi olduğundan V6 tərəfindən alnına silah tuşlaması barədə demişdir, lakin əsl həqiqətdə belə bir hal olmamışdır. Məhkəmə istintaqında elan olunmuş ifadələrində göstərilən «V6nin sağ gicgahına «vurum səni?» deməsini», əli ilə silahın yönünü dəyişdirdiyindən, güllə alnına dəy məyərək sağ əlini yaralamışdır», «V6nin mənə «sən də mənim kimi qorxaq deyilsən» deyib boynumdan öpdü» deməsini qəbul etmir, çünki hadisə zamanı sərxoş vəziyyətdə olmuş və özü də xəsarət aldığından həmin ifadələr hadisədən sonra verilərkən müstəntiq tərəfindən təqdim edilən sənədləri oxumadan imzalamışdır. Həmçinin. V6nin silaha patron qoyması barədə ifadə verməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində onun ifadəsi göründüyü kimi istintaq ifadələrinə uyğunlaşdırıldığından, həmin ifadənin tam həqiqiliyini hazırda qəbul etmir, savadsızlığı ilə əlaqələndirir, indiki məhkəmə prosesində ifadəsini işin həqiqi hallarına uyğun sayır. Hazırda Məhkum qarşı hər hansı şikayəti və tələbin olmadığını bir daha nəzərə almasını xahiş edir. Məhkum törətdiyi əmələ hiquqi qiymət verərkən, yəni o nun müdafiə vəziyyətində olub-olmamasını müəyyən edərkən cinayətin aləti olmuş silahın hadisənin sonunda kimin əlində olmasını müəyyən etmək zəruridir. Təqsirləndirilən şəxs Məhkum ifadəsinə əsasən «Zərərçəkmiş şəxs tapançanı onun əlindən alaraq bayıra doğru qaçmış və darvazanın yanında yerə yıxılmışdır». Zərərçəkmiş şəxs ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadələlərinə əsasən «o, tapançanı V6nin əlindən alaraq bayıra qaçmış və qışqıraraq kömək istəmiş», apellyasiya icraatı zamanı verdiyi ifadəsinə əsasən, «həmin vaxt atəş səsi eşitmiş və görmüşdür ki, V6nin əlində silah var. Bundan sonra o, silahdan yapışıb onu V6nin əlindən almağa cəhd göstərmişdir.» Həmin ifadələr birmənalı olaraq zərərçəkmiş şəxs E. Kazımovun silahı təqsirləndirilən şəxs M əhkum aldığını və sonradan istifadə edilmədiyini təsdiq edir. İşin müəyyən edilmiş və yuxarıda şərh olunan faktiki hallarından təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs müdafiə olunmadığı, əksinə Zərərçəkmiş şəxs silahı Məhkum alaraq silahdan istifadə etməməsi və oradan uzaqlaşdığı aşkar olunur. Azərbaycan Respublikası CM-nin 36-cı maddəsinin mənasına görə dalaşan tərəflərin heç birinin qarşı tərəfin təhlükəli əməlindən qorunmaq niyyəti yoxdursa və tərəflər bir-birini intiqam hissi ilə döyməyə, xəsarət yetirməyə və s. səy edirsə, belə hallarda zəruri müdafiə hüququ yaranmır və məsuliyyət ümumi əsaslarla həll edilir. Şəxs başqasından əvəz çıxmaq, intiqam almaq üçün əvvəlcədən hazırlaşa, soyuq, yaxud odlu silah, ya da xəsarət yetirmək üçün sair əşyalar əldə edə, bundan sonra intiqam al maq istədiyi şəxsi süni surətdə münaqişəyə çəkən hərəkətlərə yol verməklə hücum etməyə sövq edə bilər. Təqsirkar yaranmış vəziyyətdən istifadə edərək qarşı tərəfə xəsarət yetirirsə, yaxud da onu öldürürsə, belə əməl, zəruri müdafiə vəziyyətində edilən əməl kimi qiymətləndirilə bilməz. İşin hallarından görünür ki, Məhkum hadisə zamanı zəruri müdafiə vəziyyətində olması istisna edilməklə, hadisə vaxtı Məhkum qarşı tərəfin təhlükəli əməlindən qorunmaq üçün deyil, özünün üstünlüyünü göstərmək üçün tapançadan Elşən Kazımova atəş açmışdır. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2,-ci maddəsi ilə (xuliqanlıq ni yyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarqşı qoymaqla cinayət törədir (məsədən, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə münaqişənin başlanmasına səbəb Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri olmuşdur. Lakin işin faktiki halları bunu təsdiq etmir. Belə ki, mübahisə hasarın tikintisi üçün ödənilən pulun miqdarı ilə əlaqədar söhbətə görə Zərərçəkmiş şəxsla şahid R.Əkbərov arasında başlamış və davam etmişdir. Mübahisə bağ evinin eyvanında olmuşdur. Mübahisə başlayandan sonra Məhkum eyvandan evə keçib, şkafda saxladığı tapançanı götürüb belinə qoymuşdur. Mübahisə zamanı E6«sabah ailəsini də götürüb gedəcəyini» demiş, Məhkum ona, «istəyirsənsə indi get» sözlərini demiş və bununla da mübahisə Zərərçəkmiş şəxsla Məhkum arasında başlamışdır. Məhkəmə Məhkum Zərərçəkmiş şəxs özünü müdafiə məqsədilə silahdan istifadə etməsi barədə ifadəsi ilə razılışdığı halda, Zərərç əkmiş şəxs Məhkum silahı aldıqdan sonra, əgər həqiqətən də Zərərçəkmiş şəxs Məhkum hücum edirdisə, onda nəyə görə həmin silah ilə Məhkum vurmamasına heç bir münasibət bildirməmişdir. İşin hallarından məlumdur ki, silahda iki atılmamış patron qalmışdır. Yuxarıda qeyd edilənlərdən bir daha göründüyü kimi, məhkəmə iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə hökmün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda, Məhkum əməlinin tövsifi barədə hüquqi baxımdan əsaslandırılmamış səhv nəticəyə gəlmişdir. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında qeyd edilmişdir ki, 6-cı maddə tələb edir ki, d övlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Qeyd edilənlər bütövlükdə onu göstərir ki, hüquq pozuntusuna yol verən şəxslərin əməllərinin tövsifinə dair, yekun nəticəyə gəlməklə dövlətin adından hökm çıxaran məhkəmələr tərəfindən qərəzli, qeyri-obyektiv və törədilmiş əməlin xarakterinə uyğun olmayan əsassız hökmlərin çıxarılması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsindən ibarət dövlətin ali məqsədinin həyata keçirilməsinə zidd olmaqla bərabər, bu sahədə dövlətin beynəlxalq öhdəliklərinin də təmin edilməs i qarşısında sə-a a yaradır, həmçinin məhkəmə təcrübəsinin düzgün olmayan istiqamətdə inkişafına, cəmiyyətdə sosial ədalətin bərpasında qarşısıalınmaz problemlərə gətirib çıxarır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Məhkum barəsində olan qərarında gəldiyi nəticələr onun əməlinin tövsifi məsələsinin həll edilməsinə təsir göstərməklə işin faktiki hallarına uyğun olmamış və qərar Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinin tələblərinə müvafiq olaraq qanuni və əsaslı hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 22 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilnm ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müə yyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai t əhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarı) İşin faktiki halları sübut edir ki, Məhkum xuliqanlıq niyyəti ilə və ümumi təhlükəli üsulla Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Qərardan göründüyü kimi məhkəmnin işin faktiki hallarına verdiyi hüquqi qiymə: əsassızdır. İş üzrə təyin edilərək keçirilmiş əlavə məhkəmə-ballistik ekspertizasının 19 avqust 2019-cu il tarixli ****** nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngi: cins şalva r, bir ədəd alt tumanı üzərində aşkar olunmuş odlu silahdan açılan atər nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədələrin xüsusiyyətləri əsasında atılan güllənin istiqaməti öndən- arxaya istiqamətdə, silah isə aşağıdan-yuxarıya olmaq A zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkumlə üzbəüz qarşılıqlı vəziyyətdə olmuşlar Keçirilmiş eksperimentə əsasən qeyd olunan geyim əşyaları üzərində olan zədələrin zərərçəkmiş Zərərçəkmiş şəxs ayaq üstə durması Məhkum isə oturmuş vəziyyətində yaranması mümkün hesab edilir. Geyim əşyaları üzərindəki giriş zədəsinin ətrafında atəşin əlavə faktorları olan metal, his və tam yanmamış barıt hissəciklərinin aşkar edilməməsi atəşin ilkin maneə olaraq vət.Zərərçəkmiş şəxs əlini deşib keçərək geyim əşyalarında ikinci giriş zədəsi yaratması ilə izah olunur. Bu səbəbdən də digər şəxslərin geyim əşyalarında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməyə bilər. Qeyd olunan ekspertiza rəyi qarşı tərəflərin bir-biri ilə əlbəyaxa vəziyyətində olduğunu və bu zaman xəsarət yetirildiyini təsdiq edir, lakin hansının hücum edən, hansının isə müdafiə olunduğuna aydınlıq gətirmir. Yuxarıda qeyd edildiyi kimi Zərərçəkmiş şəxs Məhkum tapançanı aldıqdan sonra istifadə etməyərək, oradan uzaqlaşması onun Məhkum hücum etməsini yox, əksinə ondan müdafiə olunduğu təsdiq edir. Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsinin tələbinə görə məhkəmənin həmin Məcəllənin 143-146-ci maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi və həmin Məcəllənin 416.0.15-ci maddəsinə əsasən məhkəmənin törədilmiş əməlin tövsifində səhvə yol verməsi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Kassator kassasiya protestində göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının Məhkum barəsindəki 16 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya protestinin təmin edilməsi barədə iş üzrə dövlət ittihamçısı Anar Məmmədovun və kassasiya protestinin təmin edilməməsinə dair məhkumun müdafiəçisi Rəna Məmmədovanın çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya p rotesti təmin edilməməli və Məhkum Məhəmməd oğlunun barəsindəki Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun olaraq tədqiq edilməməsini və CPM-in 416.0.15-ci maddəsinə əsasən məhkəmənin törədilmiş əməlin tövsifində səhvə yol verməsini vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarının ləğv ediməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bir sıra dəlillərə istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin dəlilləri apellyasi ya protestinin də dəlillərində göstərilmiş və apellyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmuşdur. İttiham aktına əsasən, Məhkum 2014-cü ildən özünə məxsus Bakı şəhəri, **************************** saylı bağ evində gözətçilik etməsi müqabilində əvəzsiz yaşamasına razılıq verdiyi Zərərçəkmiş şəxs və sonuncunun X3 ilə birlikdə 10 sentyabr 2016-cı il tarixdə saat 19 radələrində Bakı şəhəri, ****************************, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən yeməkxanada yemek yeyib, spirtli içki qəbul etdikdən sonra saat 23 radələrində birlikdə yaşadıqları bağ evinə qayıdaraq eyvanda spirtli içki qəbul etməyə davam etdikləri zaman sərxoş vəziyyətdə 15 gün əvvəl qardaşı X2 qonşuluqda yerləşən bağ evinin hasarının Zərərçəkmiş şəxs və R6 tərəfindən hörülməsi işinin zəhmət haqqı d əyərinin əslində 300 manat məbləğində olduğu halda, bu işin görülməsi üçün ondan daha artıq məbləğdə, yəni 600 manat pul alınmasından narazı olduğunu kinayəli formada bildirmiş, bu iraddan əsəbiləşən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməklə R6un yanında onu təhqir edərək hörmətsizlik etməsini bəhanə edib, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoyub xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, hadisədən 2 ay əvvəl istintaqa məlum olmayan mənbədən əldə edərək qanunsuz olaraq yaşadığı bağ evində saxladığı zavod üsulu ilə istehsal edilmiş yivli odlu silah olan 9 mm kalibrli, ************ nömrəli «Makarov» (PM) konstruksiyalı tapançanı bağ evinin ot ağındakı dolabın içərisindən götürüb həmin silahı Zərərçəkmiş şəxs alnına dirədikdə Zərərçəkmiş şəxs müqavimət göstərərək tapançanı əli ilə tutub yuxan qaldırdığından sonuncunu qəsdən öldürmək məqsədi ilə açdığı atəş öz iradəsindən asılı olmayan səbəbdən Zərərçəkmiş şəxs alın nahiyəsinə dəyməyərək sonuncuya sağ əlin ovuc səthinin yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan bir ədəd dəlib-keçən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs müqavimətini davam etdirərək onu boğazından tutmaqla eyvanda olan divana yıxaraq atəş açmasının qarşısını almaq üçün tapançanı onun əlindən almağa çalışdıqda açdığı atəşin Zərərçəkmiş şəxsla yanaşı yanlarında olan R6un da həyat və sağlamlığı üçün təhlükə törətdiy ini dərk edib ümumi təhlükəli üsulla Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə yenidən nizamsız atəşlər açaraq sonuncuya qarının ön divarının qarm boşluğuna nüfuz edərək sidik kisəsinin, «S»vari bağ müsariqəsinin yaralanmasına səbəb olan bir ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, lakin sərxoş vəziyyətində olması ilə əlaqədar aktiv fiziki hərəkət etmək qabiliyyətində olmadığından, habelə Zərərçəkmiş şəxs müqavimət göstərməklə tapançanı onun əlindən alması və sonuncunun dərhal xəstəxanaya çatdırılaraq üzərində təxirəsalınmadan cərrahi əməliyyatlar aparılması nəticəsində həyatı xilas edildiyindən, Zərərçəkmiş şəxs həyatdan məhrum edilməsinə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, qanunsuz olaraq əldə etd iyi və saxladığı odlu silahdan istifadə etməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə və ümumi təhlükəli üsulla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmə əsasən, Məhkum qanunsuz olaraq əldə edib özündə saxladığı zavod üsulu ilə istehsal edilmiş yivli odlu silah olan 9 mm kalibrli ************ nömrəli "Makarov" (PM) konstruksiyalı tapança ilə zəruri müdafiə həddini aşmaqla zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, Məhkum 2014-cü ildən özünə məxsus Bakı şəhəri **************************** saylı bağ evində gözətçilik etməsi müqabilində əvəzsiz yaşamasına razılıq verdiyi Zərərçəkmiş şəxs və onun X3 ilə birlikdə 10 sentyabr 2016-cı il tarixdə saat 19 radələrində ****************************, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən yeməkxanada yemək yeyib spirtli içki qəbul etdikdən sonra, saat 23 radələrində birlikdə yaşadıqları bağ evinə qayıdaraq eyvanda oturmuşlar. Onlar eyvanda oturub yolda dükandan aldıqları pivəni içəiçə söhbət etmişlər. Zərərçəkmiş şəxs pivəsini içib qurtardıqdan sonra Məhkum məxsus bağ evinin həyətində qeyri-rəsmi nikah münasibətində olduğu S8 və onun iki övladı ilə birlikdə yaşadığı birotaqlı tikiliyə getmiş. Məhkumlə həmin gün Zərərçəkmiş şəxs qonaq gəlmiş dostu və həmyerlisi R6 isə eyvanda söhbət etmişlər. Söhbət zamanı V6 X13 beş gün əvvəl qardaşı X2 qonşuluqda yerləşən bağ evinin hasarının Zərərçəkmiş şəxs və R6 tərəfindən hörülməsi işinin zəhmət haqqı dəyərinin əslində 300 (üç yüz) manat məbləğində olduğu halda, bu işin görülməsi üçün ondan daha artıq məbləğdə, yəni 600 (altı yüz) m anat pul alınmasından narazı olduğunu bildirmiş, onların bu söhbətlərinin üstünə Zərərçəkmiş şəxs gəlib çıxaraq həmin iraddan hədsiz dərəcədə qəzəblənərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkum R6un yanında onu təhqir edərək hörmətsizlik etməsi səbəbindən ona evdə olduqlarını, söyüş söyməyin lazım olmadığını deyib iradını bildirmiş. R6dan E6ı aparmağa xahiş etmiş, sonuncu isə onu nalayiq formada təhqir etməyə davam etmiş, spirtli içkinin təsirindən gözü dönmüş E6ın daha da qızışıb dava salacağına görə baş verəcək fövqəladə vəziyyətdə özünü müdafiə etmək üçün qanunsuz olaraq əldə edib özündə saxladığı zavod üsulu ilə istehsal edilmiş yivli odlu silah olan 9mm kalibrli ************ nömrəli, "Makarov” (PM) konstruksiyalı tapançanı gizlincə belinə qoymuş. R6dan E6ı aparmağı bir dah a xahiş etmiş, lakin E6mübahisəni davam etdirmiş, onun ailə üzvlərinin, nəslinin ünvanına nalayiq ifadələr işlətmişdir. O danışıq tonundan əsəbləşsə də, mübahisəni danışıqla yoluna qoymaq istəmiş, lakin bu dəfə E6daha irəli gedərək əyləşdiyi oturacaqdan qalxıb onun üstünə gəlmiş, həmin vaxt R6 E6ın qolundan tutub aparmaq istəyəndə, E6yumruqla R6ın sifətinə zərbə endirmiş, zərbənin təsirindən R6 taqətini itirərək yerə yıxılmış, daha sonra E6Məhkum üzərinə şığıyaraq sağ əli ilə boğazından yapışmış, o ayağa qalxmaq istəsə də. E6onu itələmiş, o, yenidən kresloda oturmuş, bundan sonra E6onu var gücü ilə boğmağa başlamışdır. E6fiziki cəhətdən ondan dəfələrlə güclü olduğundan və içkinin təsirindən idarə olunmaz vəziyyətdə olduğundan ona müqavimət göstərə bilməmiş, E6ın əlini boğazından çəkməsi üç ün onun boğduğu əlindən tutub güc vermiş, lakin gücü çatmadığını görüb E6ın silahı görəndə qorxub uzaqlaşacağını düşünərək sağ əlini belinə atıb tapançanı çıxarmaq istəmişdir. Bu zaman E6onun tapança çıxaracağını hiss edib sol əli ilə sağ əlindən tutmuş, həmin vaxt hər ikisi tapançadan tutmuşlar, o, tapançanı belindən çıxardaraq tapança qoruyucu rejimdə olduğundan atəş açılacağını düşünməmiş, lakin tapança qoruyucu rejimdən çıxmış və atəş açılmışdır. Lakin E6yenə də ondan əl çəkməmiş, tapançanın lüləsindən tutmuş, bu zaman Məhkum zəruri müdafiə həddini aşaraq iki dəfə də atəş açmışdır. Güllələrdən biri Məhkum sol əlini yaralamış, biri isə tapançanın lüləsindən tutduğu üçün E6ın əlinə dəymiş, E6həmin vaxt qarın nahiyəsindən də xəsarət almışdır. E6bayırda darvazanın yanında yerə yıxılmışdır. Məhkum özü də əlindən yaralanmasına baxmayaraq E6ı öz avtomobili ilə Kürdəxanı qəsəbəsində yerləşən təcili tibbi yardım stansiyasına aparmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarındakı sübutlara müraciət etməyi lazım bilir: Belə ki, cinayət işinin materiallarından müəyyən edilir ki, məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Məhkum ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əsasən ailəsi, yəni arvadı Xatirə və oğlu Şamxalla birlikdə ünvan 1 ünvanda yaşasa da, ilin əksər vaxtlarında Bakı şəhəri ****************************, *************, Ləhiş bağları massivi, dalan 20,************* saylı özünə məxsus bağ evində qalmışdır. Bağ sahəsində özünün yaşadığı evdən başqa ikinci birmərtəbəli ev var və həmin evdə bağa gözətçilik v ə bağbanlıq edən Zərərçəkmiş şəxs, arvadı S8 və iki uşağı yaşamışdır. E6la təxminən iki il əvvəl tanış olmuşdur. Həmin vaxt onlar qalmaq üçün yer axtarmışlar. Həmin ərəfədə bağa gözətçi axtardığından E6la razılaşmış və E6öz ailəsi ilə birlikdə ona məxsus bağ evində yaşamağa başlamışdır. E6 aylıq pul verməmiş, özü usta olduğundan işləyib qazanırmış, o isə sadəcə bağın kommunal xərclərini ödəmişdir. Son vaxtlar bağ evinə tez-tez gedib, orada tək qalmışdır. Qardaşına məxsus bağ evi də onun qonşuluğundadır. Bir müddət əvvəl E6öz tanışı R6 birlikdə həmin bağ evinin hasarını hörmüşdür. 10 sentyabr 2016-cı il tarixdə, saat 19 radələrində özünə məxsus avtomobillə bağ evinə getmiş, həmin vaxt E6və R6 da orada olmuşlar. R6 da onunla yaxınlıqda yaşayır və E6la uzaq qohumdur. Onlarla görüşüb, bir qədə r söhbət etdikdən sonra E6ın təklifi ilə yerləşən təcili tibbi yardım stansiyasına aparmış, R6 və Sevinc də onun avtomobilində getmişlər. Xəstəxanada E6ı müayinə edib, Sabunçu xəstəxanasına aparılmalı olduğunu bildirəndən sonra onu ambulansla 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Arvadı Sevinc də tibbi yardım avtomobilində getmiş, R6 isə onun avtomobilində getmişdir. Xəstəxanada E6ı cərrahiyyə əməliyyatı etmişlər. R6a mobil telefon nömrəsini verib, hər bir ehtiyacda onunla əlaqə saxlmağı deyərək gedib polis əməkdaşlarına təslim olmuşdur. Həmçinin, təqsirləndirilən Məhkum ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, E6ona hücum etdikdə özünü müdafiə etmək və onu özündən uzaqlaşdırmaq üçün silahı çıxartmışdır. E6əli ilə onun boğazından tutub onu boğm uş, ona gücü çatmadığı üçün silahla qorxutmaq istəmiş və təsadüfi yerlərə atəş açmışdır. Silahı E6ın alnına tuşlayıb atəş açmamış, yerdə əlbəyaxa olduqları vaxt silah əlində açılmış və E6təsadüfən xəsarət almışdır. E6ı öldürmək niyyəti olmamışdır, əgər belə bir niyyəti olsa idi bunu çox asanlıqla etmək mümkün idi və onu təcili tibbi yardıma aparmazdı. Bundan başqa E6ı öldürməsi üçün hər hansı bir səbəb də olmamışdır. O, hazırda E6la barışmış və onun müalicə xərclərini və dəymiş ziyanı tam ödədiyini bildirmişdir. Məhkəmədə ifadə vermiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, üç il əvvəl yaşadığı Lənkəran rayonundan çıxaraq işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, bundan üç ay sonra S8 ilə tanış olaraq onunla birlikdə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışdır.İlk əvvəl Bakı şəhəri ****************************, Kürdəxanı qəsəbəsində müxtəlif yerlərdə kirayədə yaşamışlar, fəhləlik edərək ailəsini dolandırmışdır. Bakıya gələndən təxminən bir il sonra Ləhiş bağlarında fəhlə işləyərkən həmin ərazidə bağ evi olan Məhkum şəxsi bağ evinə gözətçi axtardığını eşitmiş və həmin işə yiyələnmək üçün V6 müraciət etmişdir. V6 onun müraciətini dəyərləndirərək işə qəbul etmiş, o, qeyrirəsmi ailəsilə birlikdə V6 məxsus bağ evinin həyətyanı sahəsində yerləşən birotaqlı tikilidə yerləşmiş və orada yaşamağa başlamışdır. Bağ evində yaşamaq müqabilində V6 heç bir kirayə haqqı verməmiş, həmçinin ondan da gözətçilik müqabilində haqq almamış, evin kommunal xərclərini V6 ödəmişdir. V6nin ailəsi şəhərin mərkəzində yaşamış, V6nin özü çox vaxt bağ evində qalmış, ailəsi isə sadəcə yay aylarında gəlmişdir. V6 ilə münasibətləri həmişə yaxşı olmuş, bağ evində qaldığı müddətdə V6 ona heç bir irad tutmamış, aralarında heç bir söz-söhbət, mübahisə olmamışdır. V6 ona "bacıoğlu", o isə V6 "dayı" deyə müraciət etmişlər. X3 da tez-tez yanma gələrək onunla birlikdə V6 məxsus bağ evinin həyətyanı sahəsində yerləşən birotaqlı tikilidə yaşamışdır. R6ı uşaqlıqdan tanımış, həmkəndli olmuşlar. Çox vaxt R6 birlikdə müxtəlif yerlərdə işləmişdir. Hadisədən təxminən on beş gün əvvəl R6 birlikdə V6nin qardaşı Məmmədağanın qonşuluqda yerləşən bağ evinin hasarını hörmüşlər. Həmin hasarı hörməyə başlamazdan əvvəl işə görə zəhmət haqqı 750 (yeddi yüz əlli) manata yaxın hesablanmışdır. Məmmədağa hasara görə bir «Kamaz» mişar daşı istifadə ediləcəyini düşünmüş, lakin iki «Kamaz» mişar daşı istifa də edilmişdir. İş görülüb qurtarandan sonra Məmmədağa hasara bu qədər çox material işlənəcəyini bilmədiyini və bu səbəbdən zəhmət haqqını tam ödəyə bilməyəcəyini bildirmiş, yekunda gördükləri işin müqabilində onlara 600 (altı yüz) manat zəhmət haqqı vermişdir. V6 olan hörmətinə görə Məmmədağayla pul haqq- hesabı çəkməmiş və verdiyi pula qane olaraq R6 bölmüşdür. 09 sentyabr 2016-cı il tarixdə, saat 21 radələrində R6 da onun yanında olduğu vaxt V6 bağ evinə gəlmiş və o, qardaşının hasarının tikilməsi işini ona həvalə etdiyinə görə V6 qonaqlıq verəcəyini deyib, yeməkxanaya getməyi təklif etmişdir. Sonra R6 birlikdə küçəyə çıxmış, bir qədər sonra V6 öz maşını ilə onları küçədən götürmüş və birlikdə Kürdəxanı qəsəbəsində yerləşən kiçik yeməkxanaya getmişlər. Birlikdə oturub kabab yemiş və iki ədəd 500 ml-lik araq içmişlər. Təxminən bir saatdan sonra birlikdə kafedən çıxmışlar. Hesabı o ödəmişdir. V6nin avtomobili ilə qayıdarkən birlikdə bağ evinin yaxınlığında yerləşən kafedə oturub meyvə ilə bir ədəd 500 ml-lik araq içmişlər. Orada da yarım saat oturduqdan sonra üçü birlikdə bağ evinə qayıtmışlar. Qayıdarkən yolda maşını saxlayıb V6 ilə birlikdə mağazaya düşmüş və üç ədəd pivə almışdır. Evə çatdıqda saat 23 radələri imiş. Birlikdə bağ evinin eyvanında oturmuşlar, R6 pivələri bakallara süzmüş, V6 isə soyuducudan konservləşdirilmiş kilkə balığı gətirmişdir. Pivələri heç biri içməmişdir. Siqaret götürmək üçün yaşadığı birotaqlı tikiliyə getmiş, həmin vaxt Sevinc ona artıq getməməyi, evdə qalmağı demiş, o isə V6 ilə sağollaşıb qayıdacağını deyib onların yanına qayıtmışdır. İçəri g irmək istəyərkən V6 ilə R6ın onun arxasınca danışdıqlarını eşitmişdir. V6 R6a onun (E6ın) yaxşı oğlan olmadığını, əgər yaxşı oğlan olsaydı qardaşı Məmmədağanın hasarının tikilməsinə görə ondan 600 (altı yüz) manat yox, 300 (üç yüz) manat almalı olduğunu bildirmiş, R6 isə ona heç nə deməmişdir. Bu sözləri eşitdikdən sonra içəri girərək yerində oturmuş, V6 masaya çay gətirmiş, ona da çay süzmək istəyəndə çay istəmədiyini deyib pivə içməyə başlamış və kilkə balıqdan yemişdir. Bu vaxt R6a həmin hasarı birlikdə hördüklərini, əziyyəti birlikdə çəkdiklərini demiş, nə üçün V6 onun arxasınca danışanda ona cavab vermədiyini, hasarın hörülməsində ona hörmət etdiklərini demədiyini irad tutmuş, bu vaxt V6 araya girib heç kimin onun arxasınca danışmadığını dedikdə, V6 R6 danışdığını, onunla danışmadığ ını bildirmişdir. Bundan sonra V6 ayağa qalxaraq digər otağa keçmişdir. R6a arxasınca danışdığı üçün irad tutmuş, ona həmin evdən çıxıb getməyi bildirmişdir. R6 ondan nə demək istədiyini soruşmuş, R6a, "sən cındırsan, kişi deyilsən" sözlərini demişdir. Bir qədər sonra V6 otağa qayıdaraq yerində oturmuş, həmin vaxt masanın altından güclü səs eşidib, V6 baxmamış, R6 danışmış, bu vaxt V6 onun sağ gicgahına nə isə dirəyərək ondan "vurum səni?" deyə soruşduqda, V6 "vur" deyərək cavab vermişdir. V6 ona, "səni başa düşdüm, sən də mənim kimi qorxaq deyilsən" sözlərini deyərək onun boynundan öpmüş, əlləri ilə çiyninə toxunaraq sığal çəkmiş, sonra isə tualetə doğru getmişdir. Bu vaxt tapançanı belinə qoymasından V6nin əlindəkinin həqiqi silah və masanın altından gələn səsin də atəş səsi olduğunu baş a düşmüşdür. Deməsinə görə V6 silaha patron qoyarkən silah təsadüfən açılmışdır. Bu zaman sərxoş olduğundan sərt tonda danışmış, söyüş söyməyə başlamış, R6a yenidən əsəbi şəkildə "cındırsan, çıx get mənim evimdən, sən kişi deyilsən" sözlərini demişdir. V6 həmin sözlərdən əsəbiləşərək sağ əlində saxladığı silahı onun alnına dirəyib atəş açmaq istəmişdir. Həmin vaxt ayaq üstə olmuş və V6nin əlindəkinin həqiqi silah olduğunu bildiyindən özünü müdafiə etmək üçün sağ əlini silahın qabağına vermiş, V6 isə atəş açmışdır. Əli ilə silahın yönünü dəyişdirdiyindən, güllə alnına dəyməyərək sağ əlini yaralamışdır. Sonra V6ni itələyib divana yıxmış və sol əli ilə boğazından tutub sağ əli ilə silahı ondan almağa çalışmışdır. Bu vaxt iki dəfə də atəş açılmışdır. O, güllələrin boşa getdiyini düşünmüş, laki n bir qədər sonra halının pisləşməsindən güllənin birinin qarın boşluğuna tuş gəldiyini başa düşmüşdür. R6 həmin vaxt eyvanda onlardan kənarda dayanıb tamaşa etmiş, müdaxilə etməyə qorxmuşdur. Tapançanı V6nin əlindən alaraq bayıra qaçmış və qışqıraraq kömək istəmişdir. Sonra taqətini itirib həyətyanı sahənin dəmir tor hasarı qarşısında yerə yıxılmış, onun səsini eşidən arvadı Sevinc də yanına gəlmişdir. R6 əvvəlcə onun sadəcə əlindən yaralandığını düşünmüş, o isə telefonun işığını qarnına tutaraq qarnından da yaralandığını bildirmişdir. Sonra onu V6nin avtomobili ilə xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs ifadəsində onu da bildirmişdir ki, hadisə vaxtı R6 əlbəyaxa davası olmamış, ona zərbə endirməmiş, həmçinin R6 da hadisə zamanı kənarda dayanaraq sadəcə onlara tamaşa etmiş, onlardan hər hansı birinə heç bir fiziki təsir etməmiş, V6 isə havaya açılan atəş zamanı sol əlindən xəsarət almışdır. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, təqsirləndirilən Məhkum onu öldürmək fikri olmamış, hazırda onunla barışmışlar, dəymiş ziyan onun tərəfindən ödənilmişdir, buna görə də, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə həmkəndlidirlər və uşaqlıqdan dost olmuşlar. E6ın rəsmi nikahda olduğu həyat yoldaşı və övladları Lənkəran rayonunda yaşayırlar. E6iki il müddətində Məhkum məxsus Bakı şəhəri ****************************, Nardaran qəsəbəsi,************* saylı bağ evində X14 ilə qeyri-rəsmi ər-arvad kimi yaşamışdır. Sevincin özü də əvvəllər ailə qurub boşanmış və əvvəlki ərindən iki övladı olmuşdur. V6ni alicənab bir şəxs kimi tanımış, E6da onun barəsində həmişə müsbət fikirlər söyləmişdir. V6 şəhərin mərkəzində ailəsi ilə birlikdə yaşamış, bağ evinə isə bəzən baş çəkmək üçün gəlmişdir. E6həmin bağ evində gözətçi kimi qalmış, bağ evinin həyətində yerləşən kiçik birotaqlı tikilidə yaşamışdır. E6spirtli içki aludəçisi, sərxoş olan halda özünü idarə etmə qabiliyyətini itirən, kimliyindən asılı olmayaraq qarşısındakı adamın ünvanına söyüş söyən, təhqir edən biri olmuşdur. Məlum hadisədən təxminən on beş gün əvvəl E6la birlikdə bağ evinin qonşuluğunda yerləşən V6nin qardaşına məxsus digər bağ evinin hasarını hörmüş, bu işə görə cəmi 600 (altı yüz) manat zəhmət haqqı alaraq E6la bərabər bölmüşlər. 09 sentyabr 2016 -cı il tarixdə, saat 21 radələrində bağ evində E6ın yanında olarkən V6 özünə məxsus avtomobillə bağ evinə gəlmiş, E6axşam yeməyi üçün yeməkxanaya getməyi təklif etmiş və birlikdə Kürdəxanı qəsəbəsində yerləşən kiçik yeməkxanaya getmişlər. Üçü birlikdə kabab yeyib, araq içmişlər. Bağ evinə V6nin idarə etdiyi avtomobillə qayıtmışlar. E6yolda maşını saxladıb üç şüşə butulkada pivə almışdır. Saat 23 radələrində bağ evinə çatmış, eyvanda oturub söhbət etməyə başlamışlar. V6 hər biri üçün çay gətirmiş, E6pivələri açmış, içməyə başlamışlar. V6 pivə ilə içmək üçün kilkə balığı gətirmişdir. E6öz pivəsini tam içmiş, onunla V6 isə heç yarıya qədər içməmişlər. Bu zaman E6ailəsinə baş çəkmək üçün bayıra çıxmış və təxminən iyirmi dəqiqədən sonra geri qayıtmışdır. E6geri qayıtdıqda tamam başqa ab-havada olmuş, aqressivləşmiş, dava salmaq üçün bəhanə axtarmış, aidiyyəti olmayan halda təxminən on beş gün əvvəl V6nin qardaşına məxsus bağ evinin hasarının hörülməsindən söhbət açmış və həmin hasarı V6nin xətrinə hördüyünü bildirmiş, V6 də ona "sağ ol, hörmət sahibi ol" deyə cavab verdikdə, E6danışığını pozaraq "mən hörmətli oğlanam, ona görə də hamıya hörmət edirəm, mənə hörmət etməyənin var-yoxunu, arvad- uşağını belə-belə edim, hamısı mənim... dən aşağıdır" deyə öz-özünə danışmağa başlamışdır. Bu vaxt V6 təmkinli halda "oğlum, mən səndən böyüyəm, mənim yanımda söyüşlə danışmağın düzgün deyil" sözlərini demiş, E6isə V6 "elə sən də mənim dalımca danışmısan" sözlərini demişdir. V6 E6ın içkinin təsirindən özünü idarə edə bilmədiyini başa düşmüş və onun başını sığallamış, alnından öpmüş, heç kim in onun dalınca danışmadığını bildirmişdir. Sonra V6 kresloda oturmuş və ona (R6a) göz vuraraq E6ı öz evinə aparmağı bildirmişdir. E6ın qolundan tutub qaldırmaq istəyəndə, E6"heç yerə getmirəm, bura mənim evimdir" sözlərini demiş, V6 də onu sakitləşdirmək üçün "sənin evindir, iki ildir sənin ixtiyarına vermişəm" sözlərini demişdir. E6V6dən "sən kimsən?" deyə soruşduqda, V6 ciddiləşmiş və E6 danışığına fikir verməyi, çıxıb yaşadığı evə enməyi bildirmişdir. E6sabah birdəfəlik çıxıb gedəcəyini deyəndə, V6 "istəyirsənsə indi get" sözlərini demiş, E6isə yenə danışığını pozaraq "gedərəm, amma məndən sonra bura gələnin nəslini, kökünü, körpə uşaqlarını belə-belə edim" sözlərini demişdir. V6 E6dan kimə söydüyünü soruşduqda, E6"elə sənə söyürəm" deyə cavab vermişdir.Söhbət uzanmasın deyə E6ı dartıb aparmaq istəmiş, bu zaman E6sağ əli ilə onun sol sifət nahiyəsinə yumruqla zərbə endirərək kresloda oturan V6nin üzərinə cumub sol əli ilə onun boğazından yapışmışdır. V6 onun əlindən çıxmaq istəsə də gücü çatmamış, özünün isə E6ın zərbəsindən sonra V6 kömək etməyə taqəti olmamışdır. Bu zaman V6 sol əlini belinə atmış, E6da sağ əli ilə onun həmin əlindən tutmuşdur. Taqətini toplamağa macal tapmamış iki dəfə tapança səsi eşitmişdir. Onun V6nin üzərində tapança olduğundan xəbəri olmamışdır. V6nin dəqiq neçə dəfə atəş açdığını bilməmiş, sadəcə iki dəfə atəş səsi eşitmişdir. Münaqişə zamanı V6 özü sol əlindən yaralanmış, E6isə həm sağ əlindən, həm də qarın nahiyəsindən xəsarət almışdır. Hadisədən sonra E6qaçaraq evdən çıxmış və hasarın dibində yıxılıb qalmışdır. Səs-küyə E6ın birlikdə yaşadığ ı qadın da gəlmişdir. V6 onların köməyi ilə E6ı öz avtomobilinə qoyaraq təcili tibbi yardım stansiyasına, oradan isə ambulansla 3 saylı Şəhər Xəstəxanasına aparmışlar. Bundan sonra V6 öz telefon nömrəsini ona verərək hər bir ehtiyacda zəng etməyi, özünün də təslim olacağını bildirmişdir. Bundan sonra E6ı cərrahi əməliyyata almışlar. R6 ifadəsində V6nin üzərində daha əvvəllər silah görmədiyini, hadisə zamanı E6ın ona (R6a) yumruqla zərbə endirərək sol sifət nahiyəsindən xəsarət yetirdiyini, lakin hadisə zamanı E6sərxoş olduğundan öz hərəkətlərinin mahiyyətini dərk etmədiyi üçün ona xəsarət yetirməsi ilə bağlı E6dan şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda o qeyd etmişdir ki, V6nin E6ı öldürməyə real imkanı olsa da o, E6ı vurmamışdır. V6 E6ondan əl çəkdikdən sonra dayanmış və E6ı xəstəxanaya aparmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi bağ evində iki illik qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs, övladları Hüseyn və Dənizlə birlikdə yaşamışdır. E6dan uşağı olmamışdır. Rəsmi nikahda olduğu Taleh Məmmədovla 2013-cü ildə boşanmışdır. E6ın rəsmi nikahda olduğu həyat yoldaşı Qismət, övladları Məhəmməd və Gülay Lənkəran rayonunda yaşayırlar. Yaşadıqları bağ evi Məhkum məxsus olmuşdur. V6 ailəsi ilə birlikdə şəhərin mərkəzində yaşamış, bağ evinə bəzən baş çəkmək üçün gəlmiş, son zamanlar əsasən bağ evində tək qalmışdır. E6həmin bağ evində gözətçi işləmişdir. E6la birlikdə bağ evinin həyətində yerləşən kiçik birotaqlı tikilidə yaşamışlar. E6spirtli içki aludəçisidir, sərxoş olan halda özünü idarə etmə qabiliyyətini itirən, aqressivləşən, söyüş söyən, ətrafı dağıdan biridir. E6la V6nin münasibətləri həmişə yaxşı olmuş, aralarında məlum hadisəyədək heç bir münaqişə baş verməmiş, V6 E6 "bacıoğlu", E6da ona "dayı" deyə müraciət etmişdir. 09 sentyabr 2016-cı il tarixdə, saat 21 radələrində E6X3 ilə birlikdə bağ evinin həyətində olduqları vaxt, V6 avtomobili ilə bağ evinə gəlmişdir. Bir qədər sonra E6onun yanına gəlib V6 ilə birlikdə restorana gedəcəklərini bildirmiş, bundan sonra üçü, yəni V6, E6və R6 birlikdə evdən çıxmışlar. Onlar saat 23 radələrində geri qayıdaraq birlikdə bağ evinin eyvanında oturmuşlar. Bir müddət keçdikdən sonra E6onun yanına gəlmiş və ondan evdə olan siqaretlərdən istəmişdir. E6ın sərxoş olduğunu, özünü idarə edə bilmədiyini görüb, ona geri qayıtmağı bildirmiş, E6isə V6 müəllimlə sağollaşıb qayıdacağını demiş və yenə onların yanına getmişdir. E6gedəndən sonra yaşadığı birotaqlı tikilidə yuxuya getmiş, az keçmiş həyətdən yüksək səs-küy eşitmiş, lakin nə danışdıqlarını eşitməmişdir. Birdən iki dəfə yüksək partlayışa bənzər səs eşitmiş, dərhal ayağa qalxaraq bayıra çıxmışdır. Bayırda olarkən E6ın hasarın dibində uzanıb "öldüm, öldüm" deyə qışqırdığını görmüş, ona yaxınlaşıb nə olduğunu soruşanda, E6güllələndiyini bildirmişdir. E6ın qarın nahiyəsində qan olduğunu, əlinin də yaralandığını görmüşdür. X19 öz maşınına mindirmiş, birlikdə təcili tibbi yardım stansiyasına getmişlər. Oradan E6ı ambulansla 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. V6 də R6 onu xəstəxanaya düşürmüş, telefon nömrəsini onlara verərək hər bir ehtiyacda ona zəng etmələrini, özünün də təslim olacağını bildirmişdir. Bundan sonra E6ı əməliyyata almışlar və həyatı xilas edilmişdir. S8 ifadəsinə əlavə olaraq bildirmişdir ki, baş vermiş cinayət hadisəsinin şahidi olmamış, E6ın xəsarətləri hansı şəraitdə almasını görməmiş sadəcə atəş səslərindən sonra yaşadığı birotaqlı tikilidən bayıra çıxmışdır, həmçinin əvvəllər V6nin üzərində silah görməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin "Canlı şəxsin ekspertizası"na dair 1309 saylı rəyində göstərilmişdir ki, Məhkum sol əlin İ barmağının dırnaq falanqasının dəlib keçən odlu silah yarası, sol əlin İ barmağının orta falanqanın başının oynaqdaxili açıq qəlpəli sınığı, sağ dirsək oynağının sıyrıqları və döş qəfəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlərdən sol əlin İ barmağının dırnaq falanqasının dəlib keçən odlu silah yarası, sol əlin İ barmağının orta falanqanın başının oynaqdaxili açıq qəlpəli sınığı odlu silahdan açılmış bir atəş nəticəsində güllənin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə özü tərəfindən özünə tapança ilə yetirilə bilər, müddəti qərarda göstərilən 10.09.2016-cı il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sağ dirsək oynağının sıyrıqları və döş qəfəsinin qançırı isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə törənə bilər, müddəti qərarda göstərilən 10.09.2016-cı il t arixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin "Canlı şəxsin ekspertizasf'na dair 1310 saylı rəyində göstərilmişdir ki, X1 gözyuvasıaltı-almacıq nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, əllə yetirilə bilər, müddəti qərarda göstərilən 10.09.2016-cı il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-3043-1216 saylı məktubundan məlum olur ki, tədqiqata təqdim olunmuş bir ədəd 9mm kalibrli, KO-22709 nömrəli PM modelli Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin "güllə-giliz" kartatekasında və "Arsenal" avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə müqayisə edilmiş və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X12 rayon şöbəsinin "canlı şəxsin ekspertizasf'na dair 1357 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qarının ön divarının qarın boşluğuna nüfuz edərək sidik kisəsinin, "S"vari bağ müsariqəsinin yaralanmasına səbəb olan bir ədəd kor odlu silah (güllə) yarası, sağ əlin ovuc səthinin yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan bir ədə d dəlib-keçən odlu silah (güllə) yarası (cəmi: 2 ədəd) müəyyən edilmişdir. Xəsarətlər odlu silahdan açılmış atəş nəticəsində güllənin (güllələrin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə tapança ilə yetirilə bilər, müddəti qərarda göstərilən 10.09.2016-cı il tarixə uyğun gəlir. Zərərvurma dərəcəsinə görə qarının ön divarının qarın boşluğuna nüfuz edərək sidik kisəsinin, "S"vari bağ müsariqəsinin yaralanmasına səbəb olan bir ədəd kor odlu silah (güllə) yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ əlin ovuc səthinin yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan bir ədəd dəlib-keçən odlu silah (güllə) yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ********* saylı rəyində göstərilmişdir ki; - tədqiqata təqdim edilmiş bir ədəd silah zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli olmaqla "***********" nömrəli, "Makarov" (PM) konstruksiyalı tapançadır, yivli oldu silahdır, sazdır, atəş açmaq üçün yararlıdır, tətiyə 3,5 kq qüvvə (normal hesab olunur) tələb olunur, tətiyi çəkmədən özü-özünə atəş açılmır, zavod nişanlarında, konstruksiyasında əlavə, dəyişiklik edilməmişdir və təyinatı dəyişdirilməmişdir. Təqdim edilmiş "Makarov" (PM) konstruksiyalı tapançadan atəş açılarkən güllənin başlanğıc surəti 315 m/saniyə, öldürücü-məhvedici gücü 350 metrə, maksimal uçuş məsafəsi 1200 metrə qədərdir. Tədqiqata təqdim edilmiş bir ədəd predmet səkkiz ədəd 9mm kalibrli patron tut umuna malik olan, "Makarov" (PM) konstruksiyalı tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır, istifadəyə yararlıdır. Təqdim edilən iki ədəd patron 9mm kalibrli olmaqla, həmin kalibrə malik "Makarov" və avtomatik "Steçkin" konstruksiyalı tapançalarda istifadə edilən zavod üsulu ilə hazırlanmış patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Həmin patronlardan istifadə etməklə təqdim edilmiş tapançadan atəş açmaq mümkündür. Tədqiqata təqdim edilmiş dörd ədəd giliz 9mm kalibrli olub, həmin kalibrə malik olan "Makarov" və avtomatik "Steçkin" konstruksiyalı silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronların hissələridir, gilizləridir. Həmin gilizlər "*** ********" nömrəli tapançadan atılmışdır. -Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, R6a və Məhkum məxsus geyim əşyalarının səthində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar və bir ədəd alt tumanı üzərində olan zədələr yivli oldu tapançadan açılmış bir atəş nəticəsində, hər hansı ilkin maneəyə dəyərək, diametri təxminən 9mm olan güllənin təsirindən yaranan ikinci giriş zədələridir. Həmin zədələr ikinci giriş zədələri olduğundan, o cümlədən çıxış zədəsinin olmaması səbəbindən atəşin məsafəsini və istiqamətini müəyyən etmək mümkün olmamışdır. Belə zədələr tədqiqata təqdim edilmiş "PM" markalı, "***********" nömrəli, diametri 9mm kalibrli olan silahdan atılan güllənin təsirind ən də yarana bilər. Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar və bir ədəd alt tumanı üzərində olan zədələr yerləşmə nahiyəsinə görə məxsus olduğu şəxsin bədəni üzərində olan xəsarətlə nisbi uyğunluq təşkil etməklə üst- üstə düşürlər. Tədqiqata təqdim edilmiş R6a məxsus bir ədəd göy rəngli köynək və bir ədəd cins şalvar, Məhkum məxsus bir ədəd göy-ağ-qırmızı rəngləri olan qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd göy rəngli şalvar, bir ədəd qara-ağ rəngləri olan alt tumanı və bir cüt qara rəngli corab, Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli köynək üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Ambulator Məhkəmə- Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının 1735 saylı rəyində göstərilmişdir ki, Məhkum hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Məhkum həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyäni dərk etmək və onları idarə etmək iqtida rındadır.Məhkum əməli Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Məhkum hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək qabiliyyətinə malikdir. Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum kobudluq, qıcığa qarşı tez reaksiya vermək, hövsələsizlik, özünə qarşı hörmət tələb etmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Məhkum emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında həyəcan, gərginlik əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir k i, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələrinin tərkibi yoxdur və onun əməli həmin Məcəllənin 29,120.2.2, 29,120.2.4-cü maddəsindən 130.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmədə sübutların araşdırılması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Məhkum nalayiq formada təhqir etdiyi üçün aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs R6a yumruğu ilə zərbə vuraraq onu yerə yıxmış, bundan sonra o, kresloda oturmuş Məhkum hücum edərək onu boğmağa başlamış, fiziki cəhətdən Zərərçəkmiş şəxs qat-qat zəif olan Məhkum silahı çıxardaraq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. V6nin onu öldürmək niyyəti olsa idi, bunu etmək üçün ona mane olan hər hansı bir hal olmamışdır. Məhkum də ifadəsindən məlum olur ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, E6onun üzərinə hücum etdikdə özünü müdafiə etmək və onu özündən uzaqlaşdırmaq üçün silahı çıxartmış, E6əli ilə onun boğazından tutub boğduğundan ona gücü çatmamış, silahla qorxutmaq üçün təsadüfi yerlərə atəş açmış və E6xəsarət almışdır. Bundan başqa məhkəmədə cinayət işi üzrə şahid qismində ifadə vermiş R6 da Məhkum Zərərçəkmiş şəxs boğduğu zaman atəş səsi eşitdiyini qeyd etmişdir. Bu zaman o da Zərərçəkmiş şəxs qəzəbinə tuş gələrək yumruq zərbəsi almışdır. Bununla da məhkəmədə araşdırılmış sübutlar bir daha onu göstərir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, sonuncunun zorakı hərəkətlərinə son vermək, özünü müdafiə etmək məqsədilə silahı çıxartmış və zəruri müdafiə həddini aşaraq Zərərçəkmiş şəxs ağır xəsarət yetirmişdi r. Birinci instansiya məhkəməsi yuxanda göstərilənlərə əsasən bu qənaətə gəlmişdir ki, Məhkum əməli xuliqanlıq niyyəti ilə və ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd kimi qiymətləndirilə bilməz. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 12 dekabr 2002-ci il tarixli qərarında göstərilmişdir ki, "qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdə n (başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir". Məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq və özünü onun qəsdindən qoruyarkən Məhkum zəruri müdafiə həddini aşmışdır. Zərərçəkmiş şəxs yaralanaraq qanunsuz hərəkətlərinə son verdikdən sonra dayanmış və Zərərçəkmiş şəxs xəstəxanaya çatdırmışdır. Ali Məhkəmənin sözügedən Plenum Qərarında göstərilmişdir ki, "qəsdən adam öldürmə o vaxt xuliqanlıq niyyəti ilə adam öldürmə kimi tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum edir”. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlaması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz".Cinayət işinin materiallarından məlum olur ki, münaqişənin başlanmasına səbəb E. Kazımovun qanunsuz hərəkətləri olmuşdur. Həmçinin, Ali Məhkəmə göstərmişdir ki, "ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu s urətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Məhkəmə istintaqı zamanı belə bir hal aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Məhkum Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla öldürməyə cəhd etmək niyyətinin olmadığı bir daha öz təsdiqini tapır. Belə ki, V6 E6ın onu boğması səbəbindən müqavimət göstərsə də, gücü çatmadığını görüb silahla qorxutmaq istəmiş, silah atəş rejimində olmamış, hadisənin gedişatı zəminində hər ikisi əlbəyaxa olduqları vaxt atəş açılmış, nəticədə V6 özü də yüngül xəsarət almış, hadisə yalnız ikisinin arasında baş vermiş, üçüncü bir şəxsə qarşı olmamış, hadisədən dərhal sonra E6ı xəstəxanaya çatdırmışdır. Odur ki, onun əməli Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 120.2.2ci və 120.2.4-cü maddəsindən həmin məcəllənin 130.1 -ci maddəsinə, yəni zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurmaya tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Zəruri müdafiə dedikdə ictimai təhlükəli qəsddən hücum edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür. Zəruri müdafiə vəziyyətində edilmiş hərəkətlər dövlət mənafeyini, ictimai mənafeyi, vətəndaşların şəxsiyyəti və hüquqlarını ictimai təhlükəli qəsddən müdafiə etmək olduğu üçün cinayət deyil, əksinə ictimai faydalı hərəkətlər hesab edilir. Peşə və digər xüsusi hazırlıqdan və qulluq vəziyyətin dən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Azərbaycan Respublikası CM-nin 36.3-cü maddəsində göstərilir ki, qəsdin xarakterinə və ictimai təhlükəllik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafə həddini aşmaq hesab edilir. Qəsd ictimai təhlükəli, real və mövcud olmalıdır İctimat təhlükəlilik dedikdə qəsdin qanunla qorunan ictimai münasibətlərə təhlükə yaratması, mövcudluq dedikdə qəsdin başlaması, davam etməsi və başa çatmayan olması başa düşülür. Real dedikdə qəsd obyektiv gerçəklikdə mövcud olmalıdır. Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir. Qəsd edənin mənafeyinə zərər vurmaq yolu ilə qəsdin qarşısını almaq zəruri müdafiənin vacib şərtlərindəndir. Müdaifə hərəkəti qəsdin xarakterini və təhlükəlik dərə cəsini aşmamalıdır. Qəsdən edilən müdafiə hərəkəti qəsdin xarakterini və təhlükəlik dərəcəsini aşan zaman, buna açıq-aşkar uyğun gəlməyən zaman zəruri müdafiə həddini aşma meydana gəlir və bu hərəkət cinayət məsuliyyəti yaradır. Zəruri müdafiə həddini aşma əksər hallarda aşağıdakı formada özünü göstərir: müdafiə və hücumda istifadə edilən vasitələrin uyğun olmaması, müdafiənin qəsdlə müqayisədə daha intensiv formada həyata keçirilməsi, müdafiə zamanı qəsdlə müqayisədə açıq uyğun olmayan tədbirlərin seçilməsi. Göründüyü kimi məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında münaqişə yaradaraq əvvəl təqsirləndirilən Məhkum ünvanına təhqiramiz ifadələr işlətmiş, onu oradan aparmaq istəyən şahid R6a hücum edərək onu yumruqla vuraraq yer ə yıxmış və bundan sonra hücum edərək kresloda oturan Məhkum boğmağa başlamışdır. Birinci instansiya məhkəməsində ifadəsində Zərərçəkmiş şəxs R.Əkbərova hücum etməməsini, onu vurmamasını bildirsə də, cinayət işinin materiallarında olan 1310 saylı «canlı şəxsin ekspertizası»na dair rəydən məlum olur ki, X1 gözyuvasıaltı-almacıq nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, əllə yetirilə bilər, müddəti 10.09.2016-cı il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Eyni zamanda, zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya icraatında ifadə verərək birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən faktiki halları və hadisənin baş vermə mexanizmini ətraflı göstərmişdir. Məhkəmə kollegiyası qeyd edi r ki, cinayət işinin materiallarında olan "canlı şəxsin ekspertizası”na dair 1309 saylı rəyindən görünür ki, Məhkum sol əlin İ barmağının dırnaq falanqasının dəlib keçən odlu silah yarası, sol əlin İ barmağının orta falanqanın başının oynaqdaxili açıq qəlpəli sınığı, sağ dirsək oynağının sıyrıqları və döş qəfəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlərdən sol əlin İ barmağının dırnaq falanqasının dəlib keçən odlu silah yarası, sol əlin İ barmağının orta falanqanın başının oynaqdaxili açıq qəlpəli sınığı odlu silahdan açılmış bir atəş nəticəsində güllənin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə özü tərəfindən özünə tapança ilə yetirilə bilər, müddəti qərarda göstərilən 10.09.2016-cı il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir. Sağ dirsək oynağının sıyrıqları və döş qəfəsinin qançırı isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə törənə bilər, müddəti qərarda göstərilən 10.09.2016-cı il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Yuxarıda göstərilən hər iki eksperiza rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında hər iki şəxsə hücum edərək xəsarət yetirmiş, fiziki imkanına və yaşına görə də o, Məhkum qat-qat üstün olmuş, onun bir zərbəsi ilə kifayət qədər cavan və sağlam olan R.Əkbərov yıxılmış, Məhkum onun hərəkətlərinin nəticələrini yaxşı anlamış, o, hətta bir neçə dəfə onun üzündən öpərək çıxıb getməsi üçün də dilə tutmuş, l akin Zərərçəkmiş şəxs sərxoş olduğu üçün Məhkum qulaq asmamış, əksinə getdikcə aqressivləşməsi təsdiq edilmişdir. Onun sərxoş olan zaman necə təhlükəli olması isə qeyri-rəsmi həyat yoldaşı S8nın və dostu R6un ifadələrində öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından müəyyən olunur ki, işə apellyasiya baxışı zamanı mütəxəssislərin və proses iştirakçıların iştirakı ilə istintaq eksperimenti və ifadələrin yerində yoxlanması keçirilmiş, tapançadan hadisə zamanı neçə atəş açıldığı, atəşlərin kim tərəfindən konkret hansı vəziyyətdə, hansı məsafədən atıldığı, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən alınmış xəsarətlərin hansı vəziyyətdə alındığı, ümumiyyətlə hadisənin obyektiv mexanizm vəziyyəti müəyyən edilərək hadisənin əhəmiyyət kəsb edən d etalları ardıcıllıqla araşdırılmış, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hərəkətlərinin nəyə yönəldiyi qanunauyğun qaydada məhkəmə prosesində müəyyən olunmuş, məhkəmə istintaqında müqayisəli təhlil aparılmış, məhkəmə eksperimentində təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və hadisənin bilavasitə müşahidə etmiş şahid R.Əkbərov, habelə məhkəmə ekspertiza mərkəzinin ekspertinin iştirakı təmin olunmuş və hadisə zamanı atəş açılarkən zərərçəkmiş şəxsə atəş açanın hansı vəziyyətdə olması müəyyən edilmiş və məhkəmədə hadisə iştirakçıları arasında çarpaz dindirmələr aparılmışdır. Bundan başqa, qeyd edilməlidir ki, işə apellyasiya baxışı zamanı əlavə məhkəməballistik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MəhkəməBallistik Ekspertizasının 19 avqust 2019-cu i l tarixli ****** №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus br ədəd göy rəngli cins şalvar, bir ədəd alt tumanı üzərində aşkar olunmuş odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədələrin xüsusiyyətləri əsasında atılan güllənin istiqaməti öndən - arxaya istiqamətdə, silah isə aşağıdan - yuxarıya olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkumlə üzbəüz qarşılıqlı vəziyyətdə olmuşlar. Keçirilmiş eksperimentə əsasən qeyd olunan geyim əşyaları üzərində olan zədələrin zərərçəkmiş Zərərçəkmiş şəxs ayaq üstə durması Məhkum isə oturmuş vəziyyətində yaranması mümkün hesab edilir. Geyim əşyaları üzərindəki giriş zədəsinin ətrafında atəşin əlavə faktorları olan metal, his və tam yanmamış barıt hissəciklərinin aşkar edilməməsi atəşin ilkin maneə olaraq Zə rərçəkmiş şəxs əlini deşib keçərək geyim əşyalarında ikinci giriş zədəsi yaratması ilə izah olunur. Bu səbəbdən də digər şəxslərin geyim əşyalarında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməyə bilər. Ekspert rəyindən də göründüyü kmi Məhkum ifadələrində hadisənin mexanizmi barəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmış və silahın aşağıdan - yuxarıya olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkumlə üzbəüz qarşılıqlı vəziyyətdə olarkən, güllənin isə öndən - arxaya istiqamətində atılması müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, bu hadisənin məhz zərərçəkmiş Zərərçəkmiş şəxs hüquqazidd davranışı nəticəsində baş verməsi heç bir şübhə doğurmur. Məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətində olması barədə ittiham orqanı tərəfindən irəli sü rülən dəlillərin heç bir əsası yoxdur. Çünki, silah Məhkum əlində olmuşdur. Açılan atəşlərin birinin Məhkum öz əlinə dəyməsi, birinin Zərərçəkmiş şəxs əlinə, digərinin isə onun qarın nahiyyəsinə dəyməsi, hadisədən sonra məhz Məhkum öz şəxsi avtomobili ilə Zərərçəkmiş şəxs xəstəxanaya aparması Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyətində olmasını istisna edir. Sübutlardan görünür ki, məhkum zərərçəkmişi öldürmək istəsə idi, bunu çətinlik çəkmədən edə bilərdi. Odlu silahdan müdafiə olunmaq soyuq silahdan qorunmağın mümkünlüyü qədər asan deyildir. Məhkəmə kollegiyası vurğulayır ki, zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya məhkəməsində sonuncu ifadəsi də diqqət çəkməyə bilməz. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində vurğulamışdır ki, mübahisə zamanı mən ilk əvvəl R6ın sol sifət nahiyəsinə yumruqla zərbə endirdim və o, pilləkəndən yıxıldı. Daha sonra isə kresloda oturan V6nin üstünə cumub sol əlimlə onun yaxasından tutaraq divana sıxmağa başladım. Həmin vaxt atəş səsi eşitdim və gördüm ki, V6nin əlində silah var. Bundan sonra mən silahdan yapışıb onu V6nin əlindən almağa cəhd göstərdim. Lakin mübahisə zamanı yenidən atəş açıldı və güllə mənim sağ əlimə və sağ əlimi dəlib keçərək qarnımın ön divarına, qarın boşluğuna dəydi. Daha sonra məni V6nin avtomobili ilə xəstəxanaya apardılar. V6 mənim alnıma silah tuşlamayıb. Əvvəlki ifadələrimdə ola bilər ki, əsəbi olduğumdan V6 tərəfindən alnıma silah tuşlaması barədə demişəm, lakin əsl həqiqətdə belə hal olmayıb. Göründüyü kimi zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlarda məhkumun zərərçəkmişi qəsdən öldürmək istəməsi barədə kassat orun dəlillərini təkzib edir. Beləliklə, kassasiya kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissələrindəki istinad etdikləri dəlillərlə müqayisəli surətdə tədqiq edərək belə nəticəyə gəlir ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1 və 228.1-ci maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, onun bu maddələrlə təqsiri barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşk il etməmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 25 dekabr 2017-ci il tarixli qərarı ilə Məhkum barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli hökmündə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair müddəa həmin hökmdən xaric edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassasiya protestinin dəlillərinin əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarı nəzərə alınmaqla) təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçı sı tərəfindən verilən kassasiya protestinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin protestin təmin edilmədən, göstərilən qərarın isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarı nəzərə alınmaqla) təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-249/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-249/2020
18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver