Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-249/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 se ntyabr 2023-cü il tarixli, 1(103)-1114/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Siyavuş Hacıyev (sədrlik edən və məruzəçi), Rahib Salmanov və Əkbərov Məhəmməd) 28 fevral 2023-cü il tarixli, 1(101)137/2023 nömrəli hökmü ilə 6 iyul 1991-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (al tı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X5 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd vermə klə kömək etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə tanışı X5 ilə, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı “Hacı” adlı şəxsə və qeyrilərinə ə vvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin 5000 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün onun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək göndərdiyi və Yardımlı rayonu ərazisində məlum olmayan yerdə 1 ədəd ağ rəngli sintetik kisənin içərisində gizlədilib yerləşdirilmiş külli miqdarda ümumilikdə 22113,015 qram təmiz çəkidə kustar üsulla hazırlanmış “Azərbaycan Respubl ikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini, külli miqdarda ümumilikdə 6892,762 qram təmiz çəkidə kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini və külli miqdarda ümumilikdə 2000,1 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə tiryəki satış məqsədi ilə həmin yerdən qanunsuz əldə edib öz idarə etdiyi “Niva” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı rayonundan Bakı şəhəri istiqamətində daşıdıqdan sonra həmin narkotik vasitələr və psixot rop maddə olan kisəni cinayətdə əlbir olduğu tanışı Ramin Qurbanovun sonradan təhvil alması üçün Ələt-Bakı magistral yolunun Bakı şəhərinə 35-40 kilometr məsafə qalmış hissəsində yol kənarındakı torpaq sahədə istintaqa məlum olmayan yerdə gizlədib yerləşdirməklə bu barədə İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsi məlumatlandırmış, bundan sonra cinayətin digər iştirakçısı X7 İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin təlimatı və Məhkum 2000 manat pul təklifi əsasında həmin narkotik vasitələr və psixotrop maddə olan kisəni qeyd edilən yerdən qanunsuz əldə edərək aralarındakı cinayətkar razılaşmaya əsasən sonradan İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxsin deyəcəyi ünvana və ya ünvanlara yerləşdirməklə müştərilərə çatdırıb satışını həyata keçirmək məqsədi ilə öz idarə etdiyi «Kia Pride» markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə özünün yaşadığı ünvan 2 ünvanına daşıyaraq orada qanunsuz saxlamış, bundan sonra aralarındakı cinayətkar razılaşmaya əsasən Ramin Qurbanov həmin kisədə olan narkotik vasitələrdən heroinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,958 qram və 1,670 qram olmaqla ümumilikdə külli miqdarda 3,628 qram təmiz çəkidə olan hissəsini 2 ədəd bükümlərdə, habelə psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,134 qram olan hissəsini 1 ədəd bükümdə satış məqsədi ilə Bakı metropoliteninin «20 Yanvar» stansiyası yaxınlığında tanışı Məhkum təqdim edib vermiş, eləcə də kisədə olan narkotik vasitələrdən heroinin təmiz çəkisi 1,587 qram və psixotrop maddə metamfetaminin 1,028 qram olan hissəsini 2 ədəd bükümlərdə satış məqsədi ilə öz üzər ində daşıyaraq qanunsuz saxlamış, Məhkum və Ramin Qurbanovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Məhkum və Ramin Qurbanov 22 noyabr 2021-ci il tarixdə saat 12:35-də Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi ərazisində yerləşən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının yaxınlığında müəyyən edilib saxlanıldıqdan və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 14:48-dən etibarən Məhkum və Ramin Qurbanovun üzərilərində aparılan şəxsi axtarış zamanı Məhkum əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz saxladığı 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,958 qram və 1,670 qram olmaqla ümumilikdə külli miqdarda 3,628 qram təmiz çəkidə narkotik vasitə heroin, 1 ədəd bükümdə 1,134 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, Ramin Qurbanovun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz saxladığı 1 ədəd bükümdə 1,587 qram təmiz çəkidə narkotik vasitə heroin və 1 ədəd bükümdə 1,028 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür; bundan sonra Ramin Qurbanovun yaşadığı ünvan 2 ünvanına 22 noyabr 2021-ci il tarixdə saat 17:08-dən etibarən onun öz razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin və psixotrop maddənin qalan hissələr i olan 28 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 793,9 qram, 796,6 qram, 790,6 qram, 796,4 qram, 793,4 qram, 799,9 qram, 796,7 qram, 796,3 qram, 796,4 qram, 796,1 qram, 792,3 qram, 795,7 qram, 796,1 qram, 795,3 qram, 796,3 qram, 794,1 qram, 798,0 qram, 798,2 qram, 798,6 qram, 798,6 qram, 792,7 qram, 743,4 qram, 797,0 qram, 794,9 qram, 794,7 qram, 673,6 qram, 796,6 qram və 795,4 qram olmaqla ümumilikdə külli miqdarda 22107,8 qram təmiz çəkidə narkotik vasitə heroin, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1002,0 qram və 998,1 qram olmaqla ümumilikdə külli miqdarda 2000,1 qram təmiz çəkidə narkotik vasitə tiryək və 6 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 844,2 qram, 1336,8 qram, 873,2 qram, 1159,5 qram, 1347,8 qram və 1329,1 qram olmaqla ümumilikdə külli miqdarda 6890,6 qr am təmiz çəkidə psixotrop maddə metamfetamin Ramin Qurbanovun çıxarıb təqdim etdiyi, mənzilin yataq otağındakı dolabın içərisində gizlədilmiş halda olan 1 ədəd ağ rəngli sintetik kisənin içərisindən aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Fərid Əyyubov və Emin Mehdiyev) 13 sentyabr 2023-cü il tarixli, 1(103)-1114/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(101)-137/2023 nömrəli hökmü Məhkumna aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-ci il tarixli qərarı ləğ v edilməsi və ona CM-in 32.5,206.3.2ci maddəsi üzrə bəraət verilməsi, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona təyin edilmiş cəzanın azaldılaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində qərar qəbul etmiş hər iki instansiya məhkəməsinin qərarlarını əsassız və qanunsuz hesab edir. Çünki ona qarşı irəli sürülmüş ittihamlardan biri CM-in 32.5,206.3.2-ci maddəsindəki cinayət əməlini törətməyi heç bir halda sübuta yetirilməmişdir. Əksinə cinayət işi materiallarında olan anten dairəsi məlumatları və digər faktlar onun həmin əməli törədilməsinə heç bir aidiyyətinin olmadığını açıq-aşkar sübuta yetir. Cinayət işi materi allarında onun həmin ittiham üzrə təqsirli olması sübuta yetirilmir. X2, nə də “ Hacı” adlı şəxs ilə narkotik vasitələrin qaçaqmalçılığın təşkilinə dair hər hansısa bir telefon danışığı, mesaj yazışması və ya digər adi fakt belə mövcud deyil. Üstəlik də anten dairəsi məlumatları onun həmin cinayət əməlinə aidiyyətinin olmadığını sübut edir. Ona görə də CM-in 32.5, 206.3.2-ci maddəsi ilə barəsində bəraət verilməsini, bu mümkün olmadıqda isə ilk dəfə məhkum olunmasını, peşmançılığını, ailə vəziyyətini nəzərə alaraq və CM-in 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq ona daha az cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dəyişdirilməlidir. sentyabr 2023-cü il tarixli, 1(103)-1114/2023 nömrəli qərarı Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, ba şqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətində əsas dəlil onun CM-in 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın və ona aid edilən əməlin sübuta yetirilməməsidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakı qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əs asən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiyası məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları – Məhkum ibtidai araşdırma zamanı vermiş olduqları ifadəsi, digər məhkumun X1 və şahidlərin ifadələri, baxış, şəxsi axtarış və göt ürmə protokolları, məhkəmə ekspertizalarının rəyləri, həmçinin iş üzrə toplanmış digər sübutları məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişlər ki, həmin sübutların məcmusu ilə Məhkum qanunsuz olaraq külli miqdarda ümumilikdə 22113,015 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumilikdə 6892,762 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda ümumilikdə 2000,1 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə etməsi və saxlaması təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyər ək heç bir cinayəti törətmədiyi göstərsə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı olan Hacı adlı şəxs “WhatsApp” proqramı ilə bir neçə dəfə videogörüntü ilə danışmışdır. Təxminən 3-4 ay qabaq aralarındakı telefon danışıqları zamanı Hacı ona təklif etmişdir ki, onun İrandan Azərbaycana göndərdiyi narkotik və psixotrop maddələr var, həmin maddələri onun qoydurduğu yerlərdən götürüb özündə saxlasın, sonra həmin maddələri ayrı-ayrı müştəri şəxslərə çatdırılması üçün onun sözü ilə Bakı şəhərinə aparsın, onun deyəcəyi yerlərə aparıb qoysun, bunun müqabilində ona 3000-5000 manat məbləğində qazanc pul verəcəkdir. Bir neçə gün qabaq Hacı ona yenə telefonda bildirmişdir ki, özü Yardımlı rayonu Arus kəndinə gedən yo lda narkotik maddələr olan bir ədəd kisə qoydurmuş, həmin kisəni oradan götürüb Bakı şəhərinə aparmaq lazım imiş, bunun müqabilində ona 5000 manat qazanc pul göndərəcəkmiş. O da yenə pula ehtiyacı olduğu üçün razılaşmışdır. Hacının Yardımlı rayonunda qoydurduğu həmin narkotiki özü gedib götürmək fikrində olsa da, sonradan həmin kisəni özündə saxlamağa bir qədər ehtiyat etmişdir. Təxminən 3-4 gün qabaq tanıdığı X5 ondan 2000 manat borc pul istəmiş, ona görə də qərara gəlmişdir ki, Hacı ilə gördüyü bu iş barədə Raminə bildirsin, ona da təklif etsin ki, onun kimi Hacının bu işini yerinə yetirsin və pul qazansın. O, Raminlə təxminən 5 ilə yaxındır ki, dostdur, aralarında yaxşı münasibət var. Ramin əvvəllər “SAB” kolbasa məhsulları satılan firmada satış təmsilçisi işləyirmiş, həmin firmanın m aşınları ilə Bakıdan Masallı rayonuna firmanın məhsullarını paylamaq üçün gəlirmiş, onunla elə Masallıda tanış olmuş, sonradan aralarında 'yaxın dostluq yaranmışdır. Ramin özü Bakı şəhərində yaşayır, evlidir. Ona görə də Raminə mobil telefonda WhatsApp proqramı vasitəsi ilə demişdir ki, Hacı adlı şəxsin İrandan göndərəcəyi narkotik və psixotrop maddələr var, onları götürüb özündə saxlasın, sonra Hacının deyəcəyi hansısa yi hansısa bir yerə aparıb qoysun, buna görə Hacı ona 2000 manat pul verə bilər. Ramin də onunla razılaşmış, çünki pula ehtiyacı var imiş. O, dostu Raminin həmin maddələri Bakıda götürüb saxlaya biləcəyi ibarədə İranlı Hacıya da demişdir. Bundan sonra 20 noyabr 2021-ci il tarixdə o, idarə etdiyi Niva markalı **-OU-*** qeydiyyat nömrəli avtomobili ilə tək Yardımlı rayonuna g etmişdir. Hacı narkotik və psixotrop maddələr olan kisəni qoydurduğu yerin fotoşəklini ona göndərmişdir. Yardımlı rayonu Arus kəndinə gedən yolun kənarında Hacının əvvəldən qoydurduğu, içində narkotik və psixotrop maddələr olan həmin kisəni tapıb götürərək öz idarə etdiyi avtomobilə qoymuş və həmin kisəni avtomobili ilə Bakı şəhərinə gətirmişdir. Belə ki, həmin gün saat təxminən 20 radələri olarmış ki, Bakı şəhərinə çatmağa təxminən 35-40 km məsafə qalmış avtomobili yol kənarındakı “Dəniz liman” sözü yazılmış lövhənin yanında saxlamış və içində narkotik və psixotrop maddələr olan həmin kisəni avtomobildən götürüb həmin lövhənin arxa tərəfində çökək bir yerə qoyub gizlətmiş, həmin yerin fotoşəklini də çəkərək WhatsApp proqramı ilə telefonla Hacıya göndərmişdir. Fotoşəkli dostu Raminə yox, H acının özünə göndərmişdir ki, heç həmin kisəni onun gətirib qoyduğunu dostu Ramin də bilməsin, Hacı özü onunla danışsın. Təxminən bir saat yarımdan sonra dostu Ramin elə həmin gün axşam saatlarında ona bildirmişdir ki, özü Hacının sözü ilə həmin yerdən içində narkotik və psixotrop maddələr olan kisəni götürüb öz yaşadığı evinə aparmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsi Məhkum ibtidai istintaq zamanı verdiyi yuxarıda qeyd edilən ifadələri digər məhkum R.H.Qurbanovun ifadəsi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə təsdiq edildiyindən düzgün və həqiqətə uyğun hesab etmişdir. Göründüyü kimi məhkəmələr işin bu halları müəyyən edərkən cinayət işi üzrə sübutları müqayisə edərək qiymətləndirmiş və onları mümkün və mötəbər sübutlar kimi qəbul edərək bununla ə laqədar öz mövqeyi hökmdə əsaslandırmışlar. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara nəzər salıb məhkumun qanunsuz olaraq külli miqdarda ümumilikdə 22113,015 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumilikdə 6892,762 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda ümumilikdə 2000,1 qram təmiz çəkidə xaş-xaş bitki sindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə etməsi və saxlamasının sübutlarla təsdiq olunması barədə gəldikləri nəticə əsaslı hesab edir və kassasiya şikayətinin işin bu halının sübutlarla təsdiq olunmaması barədə dəlillərlə razılaşmır. Beləliklə, məhkəmələr iş əsaslı olaraq məhkəməsi nəticəyə gəlmişlər ki, Məhkum 22113,015 qram heroini, 6892,762 qram metamfetamini və 2000,1 qram təmiz çəkidə tiryəki satmaq məqsədi ilə əldə etmiş və saxlamış və onun əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmə kollegiyası məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsinin əsassız olması barədə kassasiya şikayətlərinin dəlilinə münasibət bildirərə k aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçı lıq cinayəti hesab edilir ki, təqsirkar CM-in 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıla rın) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Yuxarıda qeyd edilən qanunun normalarından və Ali Məhkəmənin Plenumunun qərarında verilmiş izahlardan görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün məhkəmə iclasında tədqiq edilmiş mötəbər v ə mümkün sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin gətirilməsinə köməklik göstərməsi müəyyən edilməli, onlar arasında bu barədə razılaşma (əlbirlik) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsindən əvvəl baş tutmalıdır. Göründüyü kimi Məhkum tərəfindən İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxslə əlaqələrinin olması, o cümlədən ona Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçiriləcək narkotik vasitəni qəbul edəcəyini qabaqcadan vəd etməsi Məhkum qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirak etmələrinə dəlalət edir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək nəticəyə gəlir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum İran İslam Respublikasından gətiriləcək narkotik vasitənin və psixotrop maddənin qəbul etməsini vəd edərək həmin narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə köməklik etmişdir. Məhkəmələrin bu barədə gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarı ilə verilmiş izahlara uyğun gəlir. Məhkəmələr tərəfindən Məhkum qaçaqmalçılıq cinayət əməlinin törətməsi barədə gəldiyi nəticə sübutlara əsaslanır, bu isə Azərbaycan Respublikası CPM-in 139, 349.3 və 351.2-ci maddələrinin tələblərinə uyğundur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfind ən Məhkum qaçaqmalçılıqda iştirakı ilə bağlı əməllərinin Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərh ədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyi halda həmin əməl CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Cinayət işinin materiallarına Hacı adlı İİR vətəndaşı tərəfindən göndərilmiş və məhkum tərəfindən qəbul edilmiş narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən bir qrup şəxs tərəfindən keçirilməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Məhkəmə kollegiyası məhkəmələrin Məhkum tərəfindən narkotik və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə köməkçilik edilməsinin sübutlarla təsdiq olunması barədə mövqeyi ilə razılaşsa da, onun bu əməlinin CM-in 32.5,206.3.2-ci maddəsi ilə tövsifi barədə məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etmir. Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittihama görə o və R.H.Qurbanov qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxs və qeyril əri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Hacı” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmişlər. Azərbaycan Respublikası CM-in 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 may 2022-ci il tarix li qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakç ıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 3 2.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, “Hacı” adlı şəxsdən əlavə digər şəxslərin qaçaqmalçılığın predmeti olan narkotik vasitə və psixotrop maddələri gömrük sərhədinədək müşayiət etməsi, əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etməsi, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratması, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etməsi ilə bağlı hər hansı sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır. Eyni zamanda, cinayət işinin materialları ilə “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi də müəyyən edilməmişdir. Əksinə, Məhkum ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrindən görünür ki, o, cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətləri edən şəxs kimi İran İslam Respublikası vətandaşı “Hacı” adlı şəxsi göstərmiş, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunmayıb iş materiallarına əlavə edilməmiş, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, sadəcə olaraq Məhkum İİR vətəndaşı “Hacı” adlı şəxs və qeyriləri ilə əlbir olaraq narkotik vasitəni, psixotrop maddəni gömrük sərhədindən kənar və ondan gizli olaraq keçirməyə köməklik etməsi qeyd edilməklə kifayətlənilmişdir. Belə olan halda, “qeyrilərinin” cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etməsinin və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmasının sübut olunmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinin tələblərinə uyğun gəlmədiyindən qanuni olmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşmır və iş materiallarında olan sübutlarla Məhkum əməllər ində CM-in 32.5,206.3.2-ci maddəsinin olmasının sübuta yetməməsi və əməlində CM-in 32.5,206.2-ci maddəsinin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, CM-in 32.5,206.3.2-ci maddəsinə münasibətdə məhkəmələrin gəldikləri nəticə iş üzrə toplanmış sübutlara uyğun olmadığından, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 1(103)-1114/2023 nömrəli qərarını Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə məhkum edilməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, onun əməli CM-in 32.5,206.3.2-ci maddəsi ilə ittiham olunduqları əməli CM-in 32.5,206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəza məsələsinə gəl dikdə, məhkəmə kollegiyası hesab edir ki, hazırda məhkum edilmiş şəxsin əməlinin ağır cinayət əməli olan CM-in 32.5,206.3.2-ci maddəsindən az ağır cinayət əməli olan CM-in 32.5,206.2-ci maddəsinə tövsif edilməsi ilə əlaqədar ona CM-in 8.1, 42.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun olaraq həmin maddə ilə cəza təyin edilməli və cəzaları qismən toplamaqla ona qəti cəza təyin etməklə bu hissədə də qərar və hökm dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 1(103)-1114/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsindən CM-in 32.5,206.2-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Məhkum hökmlə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı qərarla təyin edilmiş cəza ilə qismən toplanmaqla, ona qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 1(103)-1114/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-249/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-249/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver