Məhkəmə qərarları › İş №1(102)-2490/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2490/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2490/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 yanvar tarixli, 1(106)-22/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən və məruzəşi, Nizami Quliyev və İslam Neymanovdan ibarət tərkibdə) 2023-cü il 11 may tarixli, 1(099)-159/2023 nömrəli hökmü ilə xx xxxx 1990-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, rəsmi olaraq işsiz, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Məhkum qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının şübhəli şəxs qismində tutulduğu 20 22ci il 4 mart tarixdən hesablanması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə ona narkomaniyadan məcburi müalicəyə təyin edilməsi və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmlə digər məhkum Təqsirləndirilən şəxs Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının şübhəli şəxs qismində tutulduğu 04 mart 2022-ci il tarixdən hesablanması, Cinayət Məcəlləsinin 93.1 2-ci maddəsi tətbiq edilməklə ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs özü və müdafiəçisi Müdafiəçi1 və Məhkum apellyasiya şikayətləri vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəşi), İsmayıl Əhmədov, Elşad Əliyevdən ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X5 (səd rlik edən və məruzəçi), İlqar Qılıcov və Vidadi Cəfərovdan ibarət tərkibdə) iclasında baxılmış və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum öz aralarında və haqqında icraat ayrılmış başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilib saxlanılıb daşınması və cinayətkar qrupun digər üzvünə çatdırılması barədə razılaşaraq, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının arxa tərəfində gizlədilmiş külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni gizlədildiyi yerdən götürmək məqsədi ilə 04 mart 2022-ci il tarixdə saat 04 radələrində haqqında icraat ayrılmış başqa şəxsin idarə etdiyi avtomobil ilə həmin əraziyə gəlmiş və həmin vaxt haqqında icraat ayrılmış başqa şəxs cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvi ilə telefon vasitəsilə danışaraq, sonuncudan yuxarıda qeyd edilən kütlələrin qoyulduğu yer barədə dəqiq məlumat alıb həmin ərazidə - Biləsuvar- Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Aranlı kəndi istiqamətində avtomobili dayandırdıqdan sonra Təqsirləndirilən şəxs və Məhkum avtomobildən düşüb kolluq ərazidə gizlədilmiş qeyd edilən kütlələri gizlədildiyi yerdən qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və onların götürdükləri 3 ədəd bağlamaya baxış keçirilən zaman həmin torbaların içində olan külli miqdar təşkil edən - 835,3 qram tiryək, 38,1 qram heroin, 42,9 qram metamfetamin, 14609,3 qram qurudulmuş marixuana və 1650 ədəd kapsul şəklində təsiredici maddəsinin ümumi miqdarı 247,50 qram olan külli miqdarda güclü təsir edən preqabalin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, uzun illər narkotik vasitənin istifadəçisi olmuş, dəfələrlə müa licə almış, lakin heç vaxt narkotik vasitənin satışı, saxlanması və daşınması ilə məşğul olmamışdır. İttiham aktında qeyd olunmuşdur ki, o psixotrop maddədən istifadə etmişdir. Lakin o, heç vaxt həmin maddənin adını belə bilməmişdir. O bildirmişdir ki, baş verən hadisə ailə zəminində baş vermişdir. Dövlət Sərhəd Xidmətinin əməkdaşları onun və qeyri-rəsmi nikahda olan yoldaşının üzərində heç bir narkotik vasitə olmadan həbs etmişlər. Övladı nevroloji xəstə olduğu üçün həyat yoldaşı Təqsirləndirilən şəxs ona tanışı Ə.Əsədovla birlikdə İmişli rayonundan dərman gətirəcəklərini bildirmişdir. Əgər onun məlumatı olsaydı onlarla birgə rayona getməzdi. Onun üzərində narkotik vasitə çıxmadığı halda, sərhədi keçmədiyi halda, satışla bağlı sübutlar olmadığı halda ona əsassız ittiham verilmişdir. O bil dirmişdir ki onun 2 övladı vardır. Övladları yüksək təzyiqdən və şəkərdən əziyyət çəkən anasının himayəsindədirlər. Anasının maddi sıxıntıları vardır. Məhkum göstərilənlərə əsasən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 yanvar tarixli, 1(106)-22/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahi yyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanun la kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində təqsirsiz olmasını və ona bəraət verilməli olduğunu, eləcə də cəzasının ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əla qələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin P lenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhk əmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasib ət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, məhkum təqsirsiz olduğunu və ona ağır cəza təyin edildiyini mübahisələndirərək ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum təqsirsiz olması ilə bağlı dəlilləri həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində irəli sürmüş və onun dəlilləri özünün iştirakı ilə cinayət işi üzrə toplanmış və qanunun tələblərinə uyğun olaraq yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin sübutların qiymətləndirilməsi və Məhkum CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrndə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə bağlı gəlmiş olduqları qənaət və nəticə ilə razılaşır və məhkəmələrin qərarlarında istinad olunmuş sübutların yenidən sadalanmasına lüzum görmür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun təqsirsizliyi ilə bağlı dəlillərini əsassız hesab edir. Məhkuma təyin edilmiş cəza ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkuma təqsirli bilindiyi CM-in maddələri təyin edilmiş cəzalar onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilk dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğun olsa da, lakin cinayətlərin məcmusu üzrə təyin edilmiş cəza sərt olduğundan, məhkumun cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla yüngülləşdirilməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun k assasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə Məhkum aid hissədə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 yanvar tarixli, 1(106)-22/2024 nömrəli qərarı Məhkum aid hissədə onun kassasiya şikayətinə münas ibətdə, cinayətlərin məcmusu üzrə təyin edilmiş cəza hissəsində dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) ilə endirilsin. Qərar Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar