Məhkəmə qərarları › İş №1(102)-2490/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2490/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2490/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 və nümayəndəsi Bakı şəhəri 3 saylı vəkil Bürosunun vəkili Kərimli Nemət Ağa oğlunun, Məhkum, Müdafiəçilər Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 120.2.4, 245 və 309.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(103)-1069/2025 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi, vəkil Kərimli Nemət Ağa oğlu və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1966-cı ildə Göyçay rayonu, Alpout kəndində anadan olmuş, Azərbay can Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Bakı şəhəri, Xətai rayonu, 55 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Məhkum iş yoldaşı Şahid2 ilə Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Balakən” kafesində xx.xx.2024-cü il tarixdə görüşərək saat 17:00 radələrindən saat 22:00 radələrinədək yemək yeyib spirtli içki qəbul etdikdən sonra işlədiyi 55 saylı tam or ta məktəbin qarşısında saxladığı “Mitshubishi” markalı, “Pajero İO” modelli, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili götürməkdən ötrü məktəbin qarşısına gəlmiş, sanitar qovşaqdan istifadə etmək üçün məktəbə daxil olarkən məktəbdə gecə gözətçisi işləyən Zərərçəkmiş şəxs birinci mərtəbənin foyesindəki kresloda iş yerində növbəti dəfə yatdığını görmüş, sanitar qovşaqdan istifadə etdikdən sonra iş yerində yatması səbəbindən əvvəllər də aralarında dəfələrlə mübahisələr olduğuna görə əsəbi halda sonuncunun yanına qayıtmış və “Samsung Galaxy A23” markalı mobil telefonuna fotoşəkillərini çəkərək Zərərçəkmiş şəxs yuxudan oyadıb iş yerində yatmasına dair iradını bildirmiş, sonuncu isə iş yerində yatmasında heç bir qüsur olmadığını dedikdə o, bu zəmində aralarında yaranmış növbəti mübahisə za manı bu kimi hərəkət və davranışından bezərək öz vəzifə səlahiyyətlərini aşıb, yəni vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan, heç kimin və heç bir halda etmək hüququ olmayan, bıçaqdan istifadə etməklə törədib ağır nəticələrə səbəb olan, Zərərçəkmiş şəxs hüquq və qanuni mənafelərinə mühüm zərər vuran, zor tətbiq edib oturduğu kreslonu sonuncunun altından çəkib ayağa qalxmağa məcbur etdiyi Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə xx.xx.2024cü il tarixdə, saat 23 radələrində ünvan 3 ünvanında yerləşən 55 saylı məktəbin foyesində müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək əvvəl sonuncunun başının sol tərəfinə sağ əli ilə yumruqla zərbələr vuraraq yerə yıxmış, bundan sonra sağ ayağı ilə qarın nahiyəsinə, sol ayağı ilə isə baş nahiyəsinə təpik zərbələri vurmuş, sonra isə yaxasından tutmaqla dəhlizdəki oturacağın üstünə itələmiş və oturmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs başına sağ əli ilə yumruq zərbələri vurmağa davam etmiş, daha sonra avtomobilinin sol ön qapısının cib hissəsində saxladığı, bozumtul-gümüşü rəngli metal materialdan hazırlanmış tiyəsinin uzunluğu 145 millimetr və gümüşü rəngli metal materialdan hazırlanmış dəstəyinin uzunluğu 117 millimetr olan soyuq silah hesab olunmayan zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol və sağ yarılarına zərbələr vurmuş, nəticədə sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vumayan xəsarətlərin əlamətlərinə malik döş qəfəsi və qarın nahiyələrind ə qançırlar və başın təpə nahiyəsində sıyrıqlar, dərəcəsinə görə sağlamlığa yüngül zərər vumanın əlamətlərinə malik başın sol alın-gicgah və sağ alın nahiyələrində hematomalarla qeyd olunan dərialtı qansızmalar, hər iki göz orbitası və gözaltı nahiyələrdə hematomalarla müşayət olunan hər iki göz almasının ağlı qişasında qansızmalar və dərəcəsinə görə sağlamlığa az ağır zərər vumanın əlamətlərinə malik burun sümüklərinin qapalı sınıqları və bu fonda burun nahiyəsinin yumşaq toxumasında şişkinli qançır xəsarətləri, habelə dərəcəsinə görə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik və mərhumun ölümü ilə bir başa səbəbli əlaqəli olan çoxsaylı Minakov ləkələri, döş və qarın boşluğunda çoxlu miqdarda duru və laxtalı qan və daxili üzvlərin azqanlığı ilə qeyd olunan döş qəfəsinin ön səthinin sol yarısında, sol döşyanı xətlə, sol körpücük xətti arasında (əsasən sol döşyanı xəttə yaxın), sol V-Vİ qabırğalararası nahiyədən daxilə - döş boşluğuna keçib, ətraf toxumaları, ağciyəri və ürəyi dəlib keçən, kəskin və çoxlu qanitirmə ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara və döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətlə, sağ körpücük xətti arasında (əsasən sağ körpücük xəttə yaxın), sağ Vİ-Vİİ qabırğalararası nahiyədən daxilə - döş və qarın boşluqlarına keçib, ətraf toxumaları və qaraciyəri zədələyən, kəskin və çoxlu qanitirmə ilə müşayiət olunan 1 (bir) ədəd, deşilmiş kəsilmiş yara, ümumilikdə 02 (iki) ədəd daxilə nüfuz edən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs vəzifə səlahiyyətlərini aşıb ağır nəticələrə səbəb olmaqla xüsusi amansızlıqla qəsdən öl dürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bundan sonra sonuncunun hadisə zamanı əynində olmuş qara rəngli idman şalvarını, qara rəngli uzunqol gödəkçəsini, qara rəngli köynəyini, ağ rəngli maykasını, qara rəngli tumanını əynindən çıxararaq məktəbin həyətindəki zibil qutusuna atmış, həmin mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs meyitini hissələrə ayıraraq başını, bədənini, qollarını və əllərini, ayaqlarını ayrı-ayrı sellefonlara yerləşdirmiş, cinsiyyət orqanını kəsərək zibil qutusuna atmış, meyitin bölünmüş hissələrini isə sellofan paketlərə yığaraq öz avtomobilinin yük yerinə qoyub Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsinə gələrək məişət tullantıları olan boş torpaq sahəsində təxminən 01 metr quyu qazaraq basdırmış, bununla da Zərərçəkmiş şəxs meyitinin üzərində tə hqiredici hərəkətlər etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), hakimlər X11 və X3 ibarət məhkəmə tərkibində) 17 mart 2025-ci il tarixli, 1(101)-525/2025 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 245 və 309.2-ci maddələri ilə təqsirli bilinməsi, ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3cü maddəsinə əsasən, təyin e dilmiş cəzaların qismən toplanılması, AR CM-in 66.4-cü maddəsinə əsasən, əlavə cəzanın əsas cəzaya birləşdirilməsi və Məhkum qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum azadlıqdan məhrum etmə cəzasının ilk 04 (dörd) ilini həbsxanada, cəzasının qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum həbsdə saxlandığı müddətin cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının onun tutulduğu tarixdən, yəni 14 may 2024-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 1(101)-525/2025 saylı hökmünü ləğv edib, Məhkum оğlunun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə tövsif etməklə, ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir.

5. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X9 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 1(101)-525/2025 saylı hökmünü dəyişdirərək, Məhkum оğlu barəsində ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən, məruzəçi hakim), X5 və X4 ibarət məhkəmə tərkibində) 27 ma y 2025-ci il tarixli, 1(103)1069/2025 nömrəli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X2 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 245 və 309.2-ci maddələr ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(103)1069/2025 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi, vəkil Kərimli Nemət Ağa oğlu və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

8. Məhku m müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya müraciətinin dəlilləri təkrarlanmaqla, aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş nəticələrə, cinayət işinin faktiki hallarına, sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, istər ibtidai istintaq, istərsə də, məhkəmə araşdırması zamanı Məhkum mərhum Zərərçəkmiş şəxs qəsdən öldürməsi, belə bir niyyətinin olması öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Cinayət işinin hallarından da görünür ki, Məhkum Zərərçəkmiş şəxs həyatdan məhrum etmə kimi bir məqsədi və ya istəyi olmamış, bunu planlamamış, hadisə təsadüf axarı zəminində məhz sonuncunun qanuna və əxlaqa zidd hərəkəti nəticəsində baş verməmişdir.

9. Müdafiəçi müraciətinin dəlilləri qismində qe yd etdiklərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin) 416.1.2, 416.1.3 və 416.1.4-cü maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu faktı kimi qiymətləndirməklə həmin əsaslarla qeyd etdiklərinə əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(103)1069/2025 nömrəli qərarının ləğv edilməsini, Məhkum оğlunun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə tövsif etməklə, ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir.

10. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi, vəkil Kərimli Nemət Ağa oğlu tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya müraciətinin dəlilləri təkrarlanmaqla, aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş nətic ələrə, cinayət işinin faktiki hallarına və çoxsaylı qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, onun əməlinin nəzəri cəhətdən təkcə amansızlıqla adam öldürmək kimi yox, həm xuliqanlıq niyyəti ilə, həm də təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə kimi tövsif olunmalı olduğundan və şəxsin manyak olduğu hesab etdiklərindən onun ömürlük cəmiyətdən tədric olunmalı olduğunu qeyd edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(103)-1069/2025 nömrəli qərarının dəyişdirilməsini, məhkuma qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

12. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum, onun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2, hər biri ayrı-ayrılıqda tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi, vəkil Kərimli Nemət Ağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi, vəkil Kərimli Nemət Ağa oğlu tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər, eyni zamanda Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X13 Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi, həmçinin zərərçəkmiş şəxs X8 nümayəndəsi (vəkil) Kərimli Nemət Ağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinin isə birinci instansiya məhkəməsində məhkəmə icraatında iştirak edən dövlət ittihamçısının təklif etdiyi həddə təmin edilməsinə etiraz etmədiyini bildirdi. IV. Hüquqi məsələlər: 1

6. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

19. Məhkum müdafiəçisi Müdafiəçi2 məhkumun təqsirli bilindiyi AR CM-in 120.2.4, 245 və 309.2-ci maddələri ilə olan əməlinin hüquqi tövsifini mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.2, 416.1.3 və 416.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

20. Zərərçəkmiş şəxs X8 nümayəndəsi (vəkil) Kərimli Nemət Ağa oğlu kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın yüngül olmasını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsin i və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

21. Bununla belə, kollegiya məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin nümayəndəsinin (vəkilinin) kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(103)-1069/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilkin olaraq müdafiə tərəfinin müraciətinə münasibətdə aşağıdakıları qeyd edir.

22. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəz ərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

23. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

25. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

27. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

28. Cinayət təq ibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

29. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, cinayət işi materiallarında məhkumun əməlində qəsdin mövcud olmaması, hadisələrin təsadüfi axarı zəminində zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinə görə baş verməsi, onun əməlinin CM-in 120.2.4, 245 və 309.2-ci maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, onun əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, ona qarşı i rəli sürülmüş ittiham üzrə əməlində qəsdin mövcud olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

30. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

31. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkə məsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

32. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

33. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, Zərərçəkmiş şəxs qəsdən öldürməsi niyyətinin sübuta yetirilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 120.2.4, 245 və 309.2-ci maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

34. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də o ndan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 120.2.4, 245 və 309.2ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM -in 120.2.4, 245 və 309.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

35. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü mad dəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, həmçinin şahid ifadələri, ekspertiza rəylər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

36. Cinayət işi üzrə sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəli lləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətlərində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

37. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublika sı CM-in 120.2.4, 245 və 309.2-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, məhkumun əməlinin CM-in müvafiq maddələrinə tövsif edilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

38. Kassasiya kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi, vəkil Kərimli Nemət Ağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

39. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayə t törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

40. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

41. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkar ın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

42. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

43. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

44. Cinayət qanununda göstərilən xüsu si hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

45. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

46. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin (vəkilinin) kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum münasibətdə həddindən artıq yüngül və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

47. Belə ki, Məhkum barəsində daha ağır cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 245 və 309.2-ci maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 1(101)-525/2025 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdi.

48. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr t ərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (himayəsində azyaşlı uşaqlarının olması), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha ağır cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.

49. Göründüyü kimi, ittiham tərəfinin Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının ağırlaşdırılmasına dair apellyasiya şikayətində irəli sürülmüş daha ağır cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

50. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının ağırlaşdırılmasını mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

51. Məhkəmə kollegiyası kassasiya müraciətlərində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

52. Qeyd olunanlar ittiham və müdafiə tərəfinin kassasiya müraciətlərinə baxılması nəticəsində bu şikayətlərlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

53. Odur ki, məhkəmə kollegiyası məhkumun, onun müdafiəçisinin, zərərçəkmiş şəxsin hüquqi varisinin, onun nümayəndəsinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(103)-1069/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda qeyd edilənlərə əsaslana raq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 245 və 309.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(103)-1069/2025 nömrəli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi, vəkil Kərimli Nemət Ağa oğlu və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi, vəkil Kərimli Nemət Ağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kas

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar