Məhkəmə qərarları › İş №1(102)-2496/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2496/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2496/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum Hacıbala oğlunun, onun müdafiəçiləri Yaqubov Natiq Fizuli oğlunun və Sadıqova Zibeydə Söhbət qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-362/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Yaqubov Natiq Fizuli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və digər müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1986-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, himayəsində üç azyaşlı uşağı olan, "xxxx" MMC-də daxili təhlükəsizliyə nəzarət bölməsində gözətçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 11 iyul 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 26 iyul 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq 212,668 qram çəkidə olmaqla külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşıyarkən 31 yanvar 2023-cü il tarixdə, saat 17:40-da Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, Ə.Vahid küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində aparılmış şəxsi axtarış zamanı əynində ol an qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd selofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı təmiz çəkisi 212,668 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-101/2024 nömrəli, 31 yanvar 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 31 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təq sirləndirilən şəxsin müdafiəçisi Yaqubov Natiq Fizuli oğlu apellyasiya şikayəti verib, hökmün işin faktiki hallarına uyğun olmadığından ləğv edilməsini, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Məhkum barəsində ibtidai istintaq pozuntularla aparılmış, cinayət işində yolverilməz sübutlar olduğu halda həmin sübutlar əsasında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hökm çıxartmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-362/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-101/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Yaqubov Natiq Fizuli oğlu tərəfindən kassasiya şikayəti və digər müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri mahiyyəti üzrə eynidir, məhkumun müdafiəçisi həmin dəlilləri təkrarlamaqla, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-362/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə əlavədə müdafiəçi çoxsaylı maddi və pro sessual cinayəthüquqi normalara, Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəmələrinin Plenumlarının qərarlarına, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarına istinad edərək və İran İslam Respublikasında mövcud olan siyasi durumun son illər ərzində inkişafının ətraflı təsvirini verərək, məhkum edilmiş şəxsə qarşı saxta ittiham irəli sürüldüyünü, ibtidai istintaq hərəkətlərinin müvafiq qanunvericiliyin tələblərinə əsasən həyata keçirilmədiyini, məhkəmələr tərəfindən sübutların tam və hərtərəfli araşdırılmadığını iddia edir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-362/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarının lə ğv edilməsi, Məhkum barəsində barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, onun İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 3, 5, 6, 8, 9, 11, 13 və 18-ci maddələrində təsbit edilmiş hüquqlarının pozulmasının tanınması, eləcə də təhqiqatçı və müstəntiq barəsində xüsusi qərar qəbul edilməsi, şahidlər barədə bilə-bilə yalan ifadə verdiklərinə görə cinayət işinin başlanması üçün müvafiq məlumatın verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya şikayətinə və ona əlavəyə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə Məhkum barəsində olan ittiham hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyi, onun təqsirliliy inin sübuta yetirilmədiyi iddia edilərək, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-362/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarını yoxlayıb, yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icr aatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

19. Həmin Məcəllənin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prose dur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

20. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

21. Yenə də həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsinə əsasən yalnız bu Mə cəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

23. Qanunvericiliyin təsviri verilən müddəalarından göründüyü kimi, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi mütləq şərtdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata ke çirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

25. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası baxılan kassasiya şikayətinin və ona əlavənin məhkum tərəfindən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin mübahisələndirilməsi üzrə kassasiya müraciətinin dəlillərini qismən əsaslı hesab edir.

26. Belə ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyini müəyyən edərkən məhkəməyədək icraat dövründə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı (üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasına dair ), həmçinin şahid ifadələri, axtarış və götürülmə aparılması barədə protokollar, ekspertiza rəyi, maddi sübutlar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusuna əsaslanmışdır.

27. Həmin sübutların məcmusuna nəzər yetirdikdə müəyyən edilir ki, Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın həlledici əsası kimi yalnız aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi olmuşdur.

28. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Məhkum üzərində qanunla qadağan edilmiş narkotik vasitə və əşya varsa təqdim edilməsi təklif olunmuş, Məhkum üzərində narkotik vasitə olduğunu bildirib əynində olan qar a rəngli gödəkçənin sol yan cibindən sellofan kəsiyə bükülmüş bir ədəd, bir bükülüdə ümumi çəkisi 213,60 qram çəkidə heroinə bənzər kütləni təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən digər narkotik vasitə və cinayət xarakterli predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Məhkum həmin narkotik vasitəni Neftçala şəhəri, S.İmanov küçəsində yerləşən “Təbrik” şadlıq sarayının arxasında Axmaz gölünün “Qobunun” qırağında iri buynuzlu inək otararkən yerdən tapdığını bildirmişdir.

29. İbtidai istintaqın sonrakı mərhələsində Məhkum 31 yanvar 2023-cü il tarixdə verdiyi ilkin izahatında, daha sonra 01 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində və 20 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitəni öz isti fadəsi üçün üzərində daşıdığını, heç kimə satmadığını və bağışlamadığını bildirmişdir.

30. Həmçinin, ibtidai istintaq dövründə Məhkum narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olub-olmamasının araşdırılaraq, istintaqa təqdim edilməsinə dair Neftçala RPŞ-nin İstintaq Qrupunun baş müstəntiqi Şahid5 tərəfindən 02 fevral 2023-cü il tarixdə əməliyyat tapşırığı verilmişdir.

31. Neftçala RPŞ-nin 29 mart 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, əməliyyat yolu ilə aparılan yoxlamalar zamanı Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həm külli miqdarda alqı-satqısı, həm də ki, öz şəxsi istifadəsi ilə bağlı qanunsuz hərəkətlərə yol verdiyi müəyyən edilmişdir. Bu istiqamətdə tədbirlərin davam etdirildiyi, müsbət nəticə əldə edilərsə əlavə məlumat veriləcəyi bildirilmişdir.

32. Lakin cinayət işinin materiallarında qeyd edilən əməliyyat tapşırığının icrası ilə bağlı daha sonra hər hansı tədbirin görülməsi və müvafiq məlumatların əldə edilib təqdim edilməsi müəyyən edilmir.

33. Göründüyü kimi, işi materiallarında olan sübutlar əsasında məhkum X2 narkotik vasitənin məhz satış, əvəzli və ya qazanc, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləməsi barədə nəticəyə gəlməsi üçün imkan verən nəinki kifayət edən toplusu, ümumiyyətlə heç bir sübut mövcud deyildir. Məhkəmə kollegiyasının fikrincə, belə olan halda əməliyyat tapşırığının icrası ilə bağlı verilmiş məlumatlar fərziyyə xarakterli olmaqla, həqiqəti əks etdirən kimi qəbul edilə bilməz.

34. Bu məqamda məhkəmə kollegiyas ı xatırladır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

35. Baxılan cinayətn işində ibtidai istintaq dövründə toplanmaqla birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum qanunsuz olaraq 212,668 qram çəkidə olmaqla külli miqdarda nark otik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımışdır.

36. Lakin ibtidai araşdırma orqanı aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edib və üzərində saxlayıb daşıyarkən məhkumun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Halbuki, bu halların müəyyən edilməsi onun əməlinin düzgün tövsif edilməsi üçün həlledici rol daşıyır.

37. Həmçinin, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmiş, müstəsna olaraq məhkumun üzərindən yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmi şlər.

38. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CPM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, məhkəməyədək dövrdə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, rabitə vasitələrindən istifadə edilməklə müxtəlif formalı yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər, nağd və ya nağdsız formada maliyyə əməliyyatlarının aparılması, özünün və yaxud kənar şəxslərin adına olan bank kartlarının aşkar edilməsi və sair) təsdiq olunmadıqda, şəxsin narkotik vasitə və psixotrop maddələrini qanunsuz olaraq məhz satış məqsədi ilə əldə etməsinin müəyyən edilməsi yolverilməzdir.

40. Məhkəmə kollegiyasının qeyd edilən mövqeyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən müddəasına, eləcə də həmin normaya izah verən, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair işlər üzrə vahid məhkəm ə təcrübəsinin formallaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsaslanır. Belə ki, qeyd edilən qərarda məhkəmələrin nəzərinə çatdırlmışdır ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa s übutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, №8, § 9, 14 iyun 2024-cü il).

41. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). Bu müqabildən olan cinayət işlərində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan əməliyyat tədbirinin aparılmasına əsas yaradan səbəbləri, xüsusilə də şübhəli şəxsin cinayət törətməsi istiqamətində artıq müəyyən addım atdığını təsdiqləyən, əldəetmə mənbəsinin sonrakı mərhələdə yoxlanılması mümkün olan konkret və obyektiv məlumatların mövcud olduğunu nümayiş etmək imkanında olmalıdır (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pu l vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin potensial təchizatçıları və ya alıcıları haqqında məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Başqaları Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022ci il).

42. Baxılan cinayət işinin materiallarının təhlili isə göstərir ki, Məhkum üzərində aşkar edilərək götürülmüş heroini nə vaxtsa satmaq üçün alıcı axtardığını, hər hansı şəxslə sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağını təsdiqləyən heç bir sübut ittiham tərəfindən əldə edilib məhkəmə lərə təqdim edilməmiş və bunlar ehtimal xarakteri daşıyır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir.

43. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, həmin narkotik vasitənin satış məqsədi ilə deyil, şəxsi istifadə üçün qanunsuz olaraq əldə edilmiş, saxlanılmış və daşınmış kimi qiymətləndirir.

44. Müvafiq olaraq, məhkum edilmiş şəxs Məhkum törətdiyi cinayət əməlinin düzgün tövsifini müəyyən edən məhkəmə kollegiyası hesab edir ki, törədilmiş cinayət əməli üzrə aşkar edilmiş narkotik vasitə satış məqsədi ilə əldə edilməsə də, külli miqdar təşkil etdiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.

45. Məhkum təyin ediləcək cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmələr onun cəzasını yüngülləşdirən hal olaraq himayəsində üç azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını müəyyən etmişlər.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digə r cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

47. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

48. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başq a şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

49. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

50. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməs inə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

51. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Məhkum islah edilməsi, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutul muş cəzanın digər məqsədlərinə çatmaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza təyin edilməlidir.

52. Beləliklə, məhkəmə kollegiyası nəticə olaraq belə qənaətə gəlir ki, hazırki kassasiya şikayəti və ona əlavə ilə apellyasiya instansiyası məhkəməsinin mübahisəsi edilən qərarı işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslanmadığından, kassasiya şikayətində və ona əlavədə isə həmin qərarın nəticələrini təkzib edə biləcək yetərli dəlillər gətirildiyindən, Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair aşağı instansiya məhkəmələrinin qərarları əsaslı hesab edilə bi lməz.

53. Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

54. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Yaqubov Natiq Fizuli oğlu tərəfindən verilmiş kassasiya şikayəti və digər müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-362/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə və ona həmin maddə üzrə cəza təyin edilməsinə dair hissədə dəyişdirilməli, onun əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsindən eyni Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, məhkum edilmiş şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yeni cəza təyin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Yaqubov Natiq Fizuli oğlu tərəfindən verilmiş kassasiya şikayəti və digər müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayəti nə əlavə qismən təmin edilsin. Kassasiya şikayətinə və ona əlavəyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-362/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tördilməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-362/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar