Məhkəmə qərarları › İş №1(102)-2497/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2497/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2497/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə,, xx xxxxxxxx ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyul 2023-cü il tarixli, 1(106)-339/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.Əliyev (sədrlik edən), hakimlər O.Cəlilov və X.Nuriyevdən ibarət tərkibdə) 18 avqust 2021-ci il tarixli, 1(099)-465/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə t əqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Məhkum X2 X7 Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(099)465/2021 nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair ərizə ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş və sözügedən hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2021-ci il tarixli, 1(099)-465/2021 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(099)-465/2021 nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair Məhkum tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2021-ci il tarixli, 1(099)-465/2021 nömrəli qərarından Məhkum apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər M.Bağırov (sədrlik edən və məruzəçi), İ.Əhmədov və K.Bəşirov) 18 mart 2022-ci il tarixli, 1(103)-339/2022 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixli, 1(103)-339/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti cinayət işi ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişd ir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: N.Mövsümov (sədrlik edən və məruzəçi), Ə.Seyidov və T.Kazımovdan ibarət tərkibdə) 12 aprel 2023-cü il tarixli 1(102)-519/2023 nömrəli tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixli 1(106)-339/2022 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət buraxıldıqdan, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmış və cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxılmaqla verildiyindən, lakin həmin müddətin bərpa edilməsi haqqında vəsa tət qaldırılmadığından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər M.Bağırov (sədrlik edən və məruzəçi), İ.Əhmədov və E.Əliyevdən ibarət tərkibdə) 14 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti hərəkətsiz saxlanılmış və qeyd olunan çatışmazlığın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən edilmişdir. Bu çatışmazlıq aradan qaldırıldıqdan, yəni məhkum kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etdikdən sonra Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər M.Bağırov (sədrlik edən və məruzəçi), İ.Əhmədov və E.Əliyevdən ibarət tərkibdə) 03 iyul 2023-cü il tarixli qərarı ilə həmin məhkəmənin 18 mart 2022-ci il tarixli qərarından kassasiya şikayətinin veri lməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət təmin edilməmişdir. Məhkum 03 iyul 2023-cü il tarixli qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarın surəti ona gec təqdim olunduqdan, apellyasiya instansiyası məhkəməsinin həmin qərarından vaxtında kassasiya şikayətini verə bilməmişdir. Kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ədalətsiz və qanunsuz hesab etdiyi 03 iyul 2023-cü il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və həmin məhkəmənin 18 mart 202 2-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qanunvericiliyin bu normalarının məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi müddəti qərarın elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə ala raq, kassasiya şikayətinin verilməsi müddətini qərar elan olunduğu vaxtdan deyil, qərarın surətinin onun tərəfindən alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. İş materialları ilə müəyyən olunur ki, məhkum tərəfindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2021-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılan zaman həm məhkum, həm də onun müdafiəçisi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ilkin baxış iclasında iştirak etmişlər. Həmçinin 18 mart 2022-ci il tarixli ilkin baxış iclasının protokolundan görünür ki, proses iştirakçılarına həmin qərardan kassasiya şikayətinin verilməsi müddəti, qaydası və əsası izah edilmişdir. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2022-ci il tarixli qərarının surəti 13 iyun 2022ci il tarixdə Məhkum qəbzə imza etdirilməklə təqdim olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2022-ci il tarixli, 1(106)-339/2022 saylı qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 01 (bir) aylıq prosessual müddətin axımı məhkuma münasibətdə 13 iyun 2022-ci il tarixdən başlamış 13 iyul 2022-ci il tarixdə, müdafiəçiyə münasibətdə isə 18 mart 2022-ci il tarixdən başlamış və 18 aprel 2022-ci il tarixdə başa çatmışdır. Məhkum 18 oktyabr 2022-ci il tarixli kassasiya şikayəti həmin tarixdə, yəni 18 oktyabr 2022-ci il tarixdə cəza çəkdiyi Penitensiar Xidmətin 09 saylı X2 Apellyasiya Məhkəməsinə göndərilmiş və 24 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olaraq 1338 nömrə ilə qeydə alınmışdır. Göründüyü kimi, Məhkum tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 01 (bir) aylıq müddət buraxıldıqdan sonra kassasiya şikayəti verilmişdir. CPM-nin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququ na malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Cinayət işinin materiallarından görünür ki, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə ilkin baxış iclasında baxılmasında və iş üzrə qəbul edilmiş qərarın elan edilməsində şəxsən iştirak etmələrinə, həmin iclasda qəbul edilmiş qə rarın qanunda nəzərdə tutulmuş müddətlərdə onlara verilməsinə baxmayaraq, məhkum X5 Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2022ci il tarixli qərarından həmin qərarın qəbul edildiyi gündən 07 (yeddi) ay sonra - 18 oktyabr 2022-ci il tarixdə, yəni CPM-nin 410.1.1-ci maddəsində nəzərdə tutulmuş 01 (bir) ay müddəti buraxmaqla kassasiya şikayəti vermişdir. İş materiallarından, o cümlədən məhkumun vəsatətindən apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra onun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin və ya kassasiya şikayətinin vaxtında verilməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum 18 mart 2022-ci il tarixli, 1(106)-339/2022 saylı qərarından qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum həmin qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2022-ci il tarixli, 1(106)-339/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 03 iyul 2023-cü il tarixli, 1(106)-339/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar