Məhkəmə qərarları › İş №1(102)-2498/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2498/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2498/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Məmmədova Nərminə Rəşid qızının iştirakları ilə xx xxxxxxx 1958-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, işləməyən, ə vvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 1(064)-51/2023 nömrəli hökmü ilə (hakim Aqil Musayev) Məhkum - Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilin ib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi və məhkum tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli 1(106)-75/2024 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), İ.H.Əhmədov və E.İ.Əliyev) apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 11 iyun 2023-cü il tarixdə saat 9 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074” markalı, 19-BJ187 qeydiyyat nişanlı avtomobili AC 853733 nömrəli sürücülük vəsiqəsi əsasında Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Fin qəsəbəsi ərazisindən keçən 143-cü kilometrliyində Hacıqabul istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki i mkanı olduğu halda, bu tələblərə əməl etməyərək, həmin yolu soldan sağa keçmək istəmiş piyada X3 avtomobili idarə etdiyi zolaqda avtomobilin sol qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurması nəticəsində sonuncunun sol diz nahiyəsinin əzilmiş yarası, üzün sol yarısının sıyrılmış yarası, sol çiyin nahiyəsinin sıyrılmış yaraları, sol əlin arxa səthi, sol diz nahiyəsinin sıyrılmış yaraları, sol qalça darağından başlayıb sol baldırın orta 1/3-nə qədər uzanan, sağ qalça nahiyəsində, sağ əlin arxa səthində qançırlar, sağ saidin yuxarı 1/3-nin ön və arxa səthinin yaralarından ibarət, sağlamlığa zərər vurmadığı üçün sağlamlığa zərər vurmayan xəsarətlər, sol dizüstü nahiyənin üzəri cərrahi tikişli yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsa rət, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, Koma İİ, alın nahiyəsinin hematoması, əzilməsi, ənsə sümüyünün kəllə əsasına keçən sınığı, ağciyərlərin kontuziyasından ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb, avtoqəza nəticəsində bədənin müxtəlif nahiyələrinin küt travması hesabına ağciyərlərin kontuziyası, beyin qişaları arasına qansızma və koma İİ ilə müşayiət olunan, ənsə sümüyünün kəllə əsasına keçən sınığı və baş beyin əzilməsi səbəbindən ölməsi ilə nəticələnən yol hərəkəti qaydasını pozmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərkən törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini kifayət qədər nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, bununla da təyin edilmiş cəza cinayətin ağırlığına və təqsirləndirilənin şəxsiyyətinə uyğun olmayaraq yüngüllüyünə görə ədalətsiz olmuşdur. Belə ki, məhkəmə cəza təyin edərkən Məhkum cinayət əməlini törətdikdən dərhal sonra zərərçəkmiş şəxs X2 təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün hadisə yerindən Füzuli Rayon Mərkəzi Xəstəxanasına göndərilməsində iştirak etməsini, özünün zərərçəkmiş şəxsin sə hhətinə diqqət göstərməsi ilə əlaqədar həmin tibb müəssisəsinə getməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, bir neçə dəfə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, 65 yaşlı və İİ qrup əlil olmasını, əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin məhkumun davranışlarından onun törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş Y.İmanovanın ölməsindən qətiyyən peşmanlıq hissi keçirmədiyi müəyyən olunur. Belə ki, Məhkum bunu sıradan, adi bir hadisə kimi dəyərləndirir, sözdə peşman olması barədə bildirdikləri isə cinayət məsuliyyətindən yayınmaq və məhkəmə baxışındakı ifadəsində də göstərdiyi kimi “barəsində daha az müddətə azadlıqdan məhrum e tmə cəzasının təyin edilməsini” istədiyi üçündür. Bu hal onunla təsdiq edilir ki, Məhkum hadisəni törətdiyi vaxtdan hal-hazıradək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmiş, bir neçə dəfə barışıq əldə etmək üçün hansısa sözlər desə də, həmin sözlər və davranışlar zərərçəkmiş şəxsin hüquqi varisində və onun ailə üzvlərində ikrah doğuraraq, bu hərəkətlərin qeyri-səmimi qaydada edilməsini düşünməsinə, Məhkum bağışlamamasına və sonuncu ilə barışmamasına səbəb olmuşdur. Bundan başqa, məhkəmə Məhkum cinayət əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunduğunu əsaslandırmamışdır. Həmçinin, məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, lakin həmin halın konkret nədə ifadə edilməsini öz hökmündə göstərməmiş və əsaslandırmamışdır. Bundan başqa, məhkəmə cəza təyin edərkən Məhkum 65 yaşlı və İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin yüngülləşdirən halların aid olduğu təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin olduqca yüksək olmasını və insan ölümü ilə nəticələnməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını unutmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və müdafiəçi N.Məmmədovanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiy a protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılar kən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulmuş dur. Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinə görə “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda— beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xa rakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 60-cı maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında mə qsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakte rini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü h aqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndi rilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olu nması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar baş a düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, habelə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ehtiyatsızlıqdan cinayət əməlini törətdikdən dərh al sonra zərərçəkmiş şəxs X2 təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün hadisə yerindən Füzuli Rayon Mərkəzi Xəstəxanasına göndərilməsində iştirak etməsi, bundan sonra özünün zərərçəkmiş şəxsin səhhətinə diqqət göstərməsi ilə əlaqədar həmin tibb müəssisəsinə getməsi, törətdiyi cinayət əməlindən səmimi peşman olması, bir neçə dəfə, eləcə də məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi, 65 yaşlı və İİ qrup əlil olması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi, eləcə də təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məh kum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ittiham olunduğu maddənin sanksiyası həddindədir. Cəzanı ağırlaşdıran halların olmaması, əksinə, cəzanı yüngülləşdirən halların olması, həmçinin işin digər halları ona təyin edilən cəzanın ədalətli və qanuni olması qənaətinə gəlməyə əsas verir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsir ləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edi lmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar