Məhkəmə qərarları › İş №1(102)-2499/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2499/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2499/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlunun iştirakları ilə xx.xx.xx il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünv anda yaşamış, hal-hazırda cəza çəkən Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.xx-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış, hal- hazırda cəza çəkən Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli, 1(103)-1468/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, habelə Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə b axaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(101)-813/2023 nömrəli hökmü ilə (hakimlər: S.İ.Əliyev (sədrlik edən), İ.X.Həsənzadə və M.M.Ağalarov) Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Məhkum2 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən, Məhkum1 isə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhk um edilmiş şəxslərin müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli 1(103)-1468/2023 nömrəli qərarı ilə, (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və A.F.İbrahimov) apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2023-cü il tarixli hökmü məhkum olunmuş şəxslər Məhkum2 və Məhkum1 cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum2 təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 06 (altı) ay müddətə, Məhkum1 isə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, habelə Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum2 narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışı Məhkum1 və şəxsiyyəti istintaqa məlum olmayan "x” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə "x” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 94,729 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 22,492 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdikdən sonra istintaqa məlum olmayan vaxtda və yerdə narkotiki vasitə heroinin k ülli miqdar təşkil edən 18,937 qram hissəsini qrupun üzvü Məhkum1 255 manat pul müqabilində satmış, psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 2,865 qram hissəsini üzərində, 19,627 qram hissəsini və narkotik vasitə heroinin qalan 75,792 qram hissəsini isə idarə etdiyi “x” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 03:40-də ünvan 4 ünvanın qarşısında idarə etdiyi “x” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman saxlanılaraq Nəsimi rayon polis idarəsinin 2l-ci polis bölməsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şortun sa ğ yan cibindən 01 bükümdə təmiz çəkisi 2,865 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və əməliyyataxtarış tədbirlərinin davamı olaraq həmin gün saat 05:35-də ünvan 5 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin 2l-ci polis bölməsinin həyətində idarə etdiyi “x” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonunda yerləşən saxlanc yerindən 01 bükümdə təmiz çəkisi 75,792 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi 19,627 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkum1 narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata ke çirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışı Məhkum2 və şəxsiyyəti istintaqa məlum olmayan “x” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Məhkum2 istintaqa məlum olmayan vaxtda və yerdə “x” adlı şəxsdən əldə etdiyi külü miqdarda narkotik vasitə heroinin külli miqdarda 18,937 qram təşkil edən hissəsini satış məqsədilə qanunsuz olaraq 255 manat pul müqabilində istintaqa məlum olmayan yerdə Məhkum2 əldə edib yaşadığı ünvan 7 ünvana daşıdıqdan sonra narkotik vasitə heroinin 10,488 qram hissəsini yaşadığı ünvanda, 8,449 qram hissəsini isə üzərində saxlamış, 19 sentyabr 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:50-də ünv an 8 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 02 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 6,601 və 1,848 qram olmaqla ümumi təmiz çəkisi 8,449 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 23:05-də yaşadığı ünvan 8 ünvana keçirilmiş baxış zamanı evin zirzəmisində olan stolun üzərindən 01 bükümdə təmiz çəkisi 10,488 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və narkotik vasitənin satışında istifadə etmək məqsədilə saxladığı, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd “Mesko” markalı elektron t ərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almayıb, birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini endirməklə Məhkum1 şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələblərini pozmuşdur. Protest müəllifi iddia edir ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışında Məhkum1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmamış, belə o lan halda məhkəmə tərəfindən ona təyin edilən 7 il azadlıqdan məhrum etmə cəzasının 2 il azadlıqdan məhrum etmə cəzasına endirilməsi qəbul edilən hal deyildir. Dövlət ittihamçısı kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərarının Məhkum1 aid hissədə ləğv edilməsini, cinayət işinin həmin hissədə apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə Məhkum2 əsass ız olaraq əməli satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi1 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-1-ci maddəsinə tövsif etməklə, CM-nin 234.1-1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya i nstansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum1 məsuliyyəti yüngülləşdirən hallar əsassız olaraq nəzərə alınmaqla, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Müdafiəçi1 kassasiya şikayətində Məhkum2 əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 234.1-1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, Müdafiəçi1 hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkə tsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə t utulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün s übutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyalarına görə həmin normalar (hazırki işin kontekstində) şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2-ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 2 8 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edi lmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olm ayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”ya (İ siyahıya) əsasən heroinin və metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik və psixotrop maddə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir o lunmuş Məhkum2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, Məhkum2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, məhkəmələrin işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən ibtidai istintaq zamanı məhkum edilmiş şəxsin özünün etirafedici, digər Məhkum1 isə sonuncunu ifşaedici ifadələrinə, “şəxsi axtarış aparılması və maddi sübutun götürməsi” haqqında 20 sentyabr 2022-ci il tarixli protokollara, Məhkum2 məxsus telefonda olan narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məzunlu SMS-lərə, məhkəmə-kimyəvi ekspertizalarının rəyinə, maddi sübutlara və digər istintaq hərəkətlərinin protokollarına əsaslanır (hökmdə həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında gəldiyi nəticələri bu sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri hesab etmir). Odur ki, məhkəmə kollegiyası nə məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan işin faktiki hallarını, nə də ki, onların həmin faktlardan hasil etdikləri hüquqi nəticələri, o Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Müdafiəçinin Məhkum2 təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234. 4.1 və 234.4.3-cü maddələrində deyil, 234.1-1-ci maddəsində göstərilən cinayətin tərkibinin olması haqqında dəlillə əsaslandığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sürülən Məhkum2 cəzasının yüngülləşdirilməsinə dair tələb də əsaslı sayıla bilməz. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasının azaldılaraq 5 ilə endirilməsinin mübahisələndirilməsinə gəldikdə, məhkəmə kollegiyası onunla razılaşır ki, həqiqətən də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən halların müəyyən olunmadığı və özü də hər h ansı bir cəzanı yüngülləşdirən halı müəyyən etmədiyi vəziyyətdə, müstəsna olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin, habelə cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının məzmununu sadəcə təkrarlayıb Məhkum1 cəzasını azaltmaqla bu məsələ üzrə gəldiyi nəticəni aydın şəkildə (qənaəti ilə uzlaşdırıla biləcək işin konkret hallarına istinad etməklə) izah etməmiş, yəni bu hissədə hökmün dəyişdirilməli olmasına dair qənaətini CPM-in 399.1.5, 404-cü maddələrinin tələbləri kontekstində lazımınca əsaslandırmamışdır. Lakin, məhkəmə kollegiyası kassasiya icraatının aşağı instansiya məhkəmələri tərəfindən yol verilmiş fundamental xarakterli pozuntuların aradan qaldırlması üçün nəzərdə tutulmuş icraat olmasından, təyin olunmuş cəza ilə törədilmiş cinayəti n xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluğun olmamasından (şəxsdən ümumilikdə 18,937 qram heroin aşkar edilmiş ) və 5 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə x islah edilməsinə nail olunması mümkün olmasından çıxış edərək, kassasiya protestində təklif olunduğu (o da qeyd olunmalıdır ki, dövlət ittihamçısı digər məhkumun cəzasının azaldılmasına baxmayaraq məhkəmənin yekun qənaətini mübahisələndirilməmiş) kimi - Məhkum1 cəzasının artırılmasını təmin etməkdən ötrü apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya baxışının təkrarlanmasını məqsədəuyğun hesab etmir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən xüsusilə onu nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin etdiyi cəza (5 il müddətə azadlıqdan məhrum etmə) yüngüllüyünə görə CM-in 58.3-cü maddəsində göstərilən hallara, o cümlədən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə (cinayətin törədilməsində hər birinin ayrı ayrılıqda rolunu nəzərə alınmaqla), təqsirkarın şəxsiyyətinə açıq-aşkar uyğun olmayan, CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən, nəticə etibarı ədalət prinsipinin tələblərini pozan cəza kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar kassasiya baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar kimi kassasiya protestində istinad olunmuş, Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddəlində nəzərdə tutulmuş pozuntuların müəyyən edilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2, habelə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair Məhkum2 Müdafiəçi1 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barələrində olan 01 avqust 2023-cü il tarixli 1(103)-1468/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı3 kassasiya protesti, habelə Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barələrində olan 01 avqust 2023-cü il tarixli 1(103)-1468/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar