Məhkəmə qərarları › İş №1(102)-25/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-25/2019

20.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-25/2019 20.02.2019 ALİ MƏHKƏMƏ 1(102) - 25/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Sleyman Atif oğlunun, Məhkum müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı i lə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.Ə.Mikayılov, hakimlər M.M.Ağalarov və Ə.M.Abasovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1972-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan3ndə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi i lə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzaları qismən toplamaqla qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 03 iyul 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə X6 da məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.S.Hüseynov, hakimlər İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) məhkum X6 tərəfindən verilmiş apellyasiya şikayəti, habelə Məhkum olunun müdafiəçi si Müdafiəçi təfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanımışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasıın 15 noyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətləri vermişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən,X2 məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin ünvan13ndan ünvan14na qaçaqmalçılıq yolu ilə gətirilib satılması üçün öz tanışı Məhkum və XXX25nın vətəndaşı olmaqla, istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş “X80” adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bundan sonra “X80” adlı şəxs istintaq zamanı müəyyən edilməmiş vaxtda və şəraitdə ünvan16nın Gömrük sərhədindən gömrü k nəzarətindən kənar külli miqdarda ümumi təmiz çəkisi 250,822 (iki yüz əlli tam, mində səkkiz yüz iyirmi iki) qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 50,010 (əlli tam, mində on) qram çəkidə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamini keçirilib qaçaqmalçılıq yolu ilə ünvan4na gətirərək ünvan5nda yerləşən qəbirstanlığın girişindəki otluq sahədə gizlədib saxlanılmasını təmin etmişdir. Bundan sonra X75 və Məhkum narkotik vasitə və psixotrop maddələri gizlədilmiş yerdən götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla 03 iyul 2016-cı il tarixdə ünvan6 X7 ünvany7in qarşısına daşımışlar, onların qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin tar ixdə saat 19.00-da saxlanılan zaman, X75un əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli polietilen materialdan olan sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 250,822 (iki yüz əlli tam, mində səkkiz yüz iyirmi iki) qram narkotik vasitə heroin, həmin şalvarın arxa sağ cibindən bir ədəd boz rəngli, arxasında “XXX44 series, X8, 500gx0.01g 2xAAA battery Made in China” sözləri yazılmış elektron tərəzi, Məhkum göy rəngli cins şalvarının sağ yan cibindən isə şəffaf rəngli polietilen materialdan olan sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 50,010 (əlli tam, mində on) qram psixotrop maddə metamfetamin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, onlar işin faktik hallarına uyğun gəlməyən nəticələrə gəlmişlər. Belə ki, Məhkum ünvan9ndən ünvan10nə birlikdə gəldikdən sonra X4 ona verdiyi bükümün içərisində psixotrop maddənin (metamfetaminin) olmasını, ümumiyyətlə X75un özü ilə narkotik vasitə və psixotrop maddə gətirməsini bilmədiyi, həmin narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılıqla ünvan11na gətirilməsinə heç bir aiddiyatı olmadığı, yəni təqsirliliyi və cinayətə aiddiyyatı sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı halda əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, həmin əsassız və qanunsuz hökmü dəyişdirilmədən saxlamaqla apellyasiya instansiy ası məhkəməsi də eyni qanun pozuntularına yol vermişdir. Kassasiya şikayətinin digər dəlili isə odur ki, hətta Məhkum psixotrop maddənin qanunsuz dövriyyəsində təqsirli olduğu halda belə, onun əməli Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı idi. Çünki, Məhkum məhz satış məqsədi ilə psixotrop maddəni saxlaması müəyyən edilməmişdir. Müdafiəçi kassasiya şikayətlərində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 206.3.2-ci maddələri ilə bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudları nı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum təqsirliliyi və cinayətə aiddiyyatı sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı halda əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilindiyini, psixotrop maddənin qanunsuz dövriyyəsinə aidiyyatının olması qəbul edilsə belə bu əməli satış məqsədi ilə törətməsinin müəyyən edilmədiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 206.3.2-ci m addələri ilə bəraət verilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.6, 416.0.11 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2017ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum ona isnad edilən, hazırk i qərarın “İşin halları” bölməsində təsvir edilmiş narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar hərəkətləri törətməsi, yəni qabaqcadan əlbir olduğu bir qrup şəxsin tərkibində (X6 ilə birgə) külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib, apellyasiya məhkəməsi tərəfindən yenidən təhlil edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, ittihamın bu hissəsinə münasibətdə məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, süb utlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticələr çıxarılmışdır (hökmdə və apellyasiya məhkəməsinin qərarında sübutlar ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda onların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Odur ki, məhkəmə heyəti müdafiəçinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin m übahisələndirilməsinə həsr olunmuş dəlillərini (bu cinayətə aidiyyatının olmaması, təqsirliliyinin sübuta yetirilməməsi, əməlində cinayət tərkibinin olmaması, psixotrop maddəni və narkotik vasitəni satmaq məqsədini güdməməsi barədə iddialarını) əsassız hesab edir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalıçılığı cinayətinə görə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlillərə gəldikdə, bu hissədə məhkəmə kollegiyası müdafiəçi ilə razılaşır. Belə ki, Məhkum münasibətdə müəyyən edilmiş sayılan hallardan görünür ki, o, artıq XXX25ndan gömrük nəzarətindən kənar ünvan20nın gömrük sərhədindən keçirilib Cəlilabad rayonun ərazisində gizlədilmiş narkotik vasitəni və posixotrop maddəni X75la bidlikdə (sonuncun un müraciəti əsasında) götürmüş və avtomobilində satış məqsədilə Bakı şəhərinə daşımışlar. Narkotik vasitənin və psixotrop maddənin ünvan12nun ərazisində gizlədilmiş yerdən götürülməsi anınadək Məhkum həmin predmetlərlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onların ünvan21nın gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair məhkəmə qərarlarında bir sübut belə gətirilməmişdir. Bu o deməkdir ki, Məhkum başqaları tərəfindən törədilmiş narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra X75un təklifi ilə müstəsna olaraq ünvan17nın ərazisində həmin maddə və vasitənin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuş - heroinin və metamfetaminin ünvan18n ə razisindəki yerdən götürülüb avtomobilində satış məqsədi ilə ünvan19nə aparılmasında X45la birlikdə (qabaqcadan əlbir olan qrupda) icraçı qismində iştirak etmişdir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsi n təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndiril miş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Məhkum qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiaham üzrə müəyyən edilmiş, yuxarıda təsvir edilən xüsusatları qeyd olunan normalarla müqayisə etdikdə, görünür ki, Məhkum təqsirliliyi cinayət-prosessual qanunun tələb etdiyi şəkildə sübuta yetirilmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və cəzalandırılmışdır. Cinayət-Prosessual Məcəllənin 39.2-ci maddəsində yetirilməməsi cinayət təqibini istisna edən hal kimi göstərilmişdir. təqsirliliyinin sübuta Cinayət-Prosessual Məcəllənin 39.3 və 42.1.4-cü maddələrinə əsasən təqsirliliyinin sübuta yetirilməməsi bəraətverici əsasdır. Cinayət-Prosessual Məcəllənin 416.0.11-ci maddəsində məhkəmənin cinayət təqibini istisna edən halların olmasına baxmayaraq ittiham hökmü çıxarması (o cümlədən ittihamın müəyyən hissəsi üzrə ittiham hökmü çıxarması) məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir. Odur ki, qeyd olunan hallara görə mübahisələndirilən hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı Cinayət-Prosessual Məcəllənin 416.0.11-ci maddəsində göstərilən pozuntunun mövcud olmasına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə cinayət işi üzrə icraata cinayət-prosessual qanunun 39.2-ci maddəsində göstərilən bəraətverici əsasla (təqsirliliyin sübuta yetirilməməsinə görə) xitam verilməli, məhkəmə qərarlarından Məhkum Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə və CM-in 66.3-cü maddəsinə əsasən – cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar xaric edilməli, Məhkum üzərində yalnız ona hökmlə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş həmin cəzanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit edilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarına dair müddəalara, ədalət prins ipinin tələblərinə (CM, maddə 8) cavab verən cəza hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X4 və Məhkum barəsində olan 15 noyabr 2017-ci il tarixli qərarı Məhkum aid hissədə yuxarıda təsvir edilən qaydada ləğv edilməli və dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilsin. Məhkum X4 və Mə hkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində ləğv edilsin, həmin hissədə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsində göstərilən əsasla – təqsirliliyinin sübuta yetirilməməsinə görə xitam verilsin. Məhkum aid hisssədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü dəyişdirilərək, həmin yekun qərarlardan Məhkum Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən - cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair müddəalar xaric edilsin, onun üzərində yalnız Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum aid qalan hissədə qərar və hökm dəyişdirilmədən saxanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar