Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-25/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Vesyəl İsaxan oğlunun katibliyi ilə, Kəlbəcər Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə material üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarından barəsində xüsusi itti ham qaydasında şikayət verilmiş X4 müdafiəçisi Hacılı Ramiz İmran oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi vəzifəsində çalışan, Ağdaş rayonunun Kotanarx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X2 Azər Yadigar oğlu barəsində xüsusi ittiham qaydasında şikayətlə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, 06 avqust 1992-ci ildə Kəlbəcər rayonunun Şurtan kəndində doğulmuş, hazırda Ağdaş rayonunun Aşağı Zeynəddin kəndinin ferma ərazisində yaşayan X4 məhkəmə məsuliyyətinə verilməsinə və onun CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində ən ciddi cəzaya məhkum olunmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin (hakim Həsən Q əniyev) 02 may 2019-cu il tarixli hazırlıq iclasının qərarı ilə X7 X11 barəsində CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və həmin şikayət üzrə məhkəmə baxışından CPM-in 302.1.3cü və 302.1.7-ci maddələrinə əsasən imtina edilmişdir. Qərardan xüsusi ittihamçı X14 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Muxtarov Teyyub Asif oğlu, hakimlər Hüseynov Salman Bilal oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) 25 iyun 2019-cu il tarixli qərarı ilə X4 barəsində CMnin 147.2-ci maddəsi ilə cinayət təqibi başlanmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə Kəlbəcər Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, X4 barəsində CM-nin 147.2-ci maddəsi ilə cinayət təqibi başlanmasına dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi Kəlbəcər Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Hacılı Ramiz İmran oğlu kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 müdafiəçisi Hacılı Ramiz İmran oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sənədləri təqdim olunmuş sübutları araşdırarkən müəyyən etmişdir ki, X4 tərəfindən törədilib-törədilməməsi, əməlin böhtan olub-olmamasının sübut olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun gəlməyən hər-hansı əməl və hüquqa zidd hərəkətin maddi və prosessual əsaslar olmalıdır və qanunvericilikdə öz əksini tapmalıdır. Göstərilən xüsusatlar özünün təsdiqini xüsusi ittiham qaydasında olan ərizədə əksini tapmadığından məhkəmə tərəfindən imtina edilmişdir. Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarına düzgün tətbiq etmədiyindən, yəni bu Məcəllənin 391.3.7 və 391.6-cı maddələrind ə nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin qərar ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq, X7 X11 barəsində AR CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və həmin şikayət üzrə məhkəmə baxışından AR CPM-nin 302.1.3 və 302.1.7-ci maddələrinə əsasən imtina edilməsini nəzərə alıb, Gəncə Apellyasiya Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək (proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aş ağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələbinə uyğun olaraq qərarın qanuniliyini yoxlayaraq qeyd edir ki, apellyasiya məhkəməsi heç bir qanun pozuntusuna yol verməmiş, qərar qanunun tələblərinə riayət edilməklə çıxarılmış, onun qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas verm ir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini (birinci instansiya məhkəməsinin qərarının ləğv edilməli olduğuna dair nəticəni) qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu məsələ ilə bağlı aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası işin hallarını tam, obyektiv və hərtərəfli araşdıraraq aşağıdakıları qeyd edir. İlk öncə qeyd olunmalıdır ki, cinayət prosessual qanunvericiliyi birinci istansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlarının qanuniliyi və əsaslığının yoxlanılmasının apelyasiya icraatını müəyyənləşdirmişdir. Apelyasiya icraatı cinayət prosessinin müstəqil mərhələsi olmaqla şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasına, ədalət mühakiməsinin məqs əd və vəzifələrinin yerinə yetirilməsinə, birinci instansiya məhkəməsinin hökm və qərarlarının qanuniliyinin və əsaslığının təmin olunmasına yönəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 391.2-ci maddəsinə görə apelyasiya şikayətinə və ya apelyasiya protestinə ilkin baxılması zamanı hər bir halda apelyasiya instansiyası məhkəməsi daxil olmuş apelyasiya şikayətinin və ya apelyasiya protestinin həmin məhkəməyə aid olubolmadığını; apelyasiya şikayəti və ya apelyasiya protesti verilərkən bu Məcəllənin 381390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını; cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olubolmadığını; cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayətinə baxılması Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına aiddir. Belə ki, CPM-in 72.2-ci maddəsinə görə apelyasiya məhkəmələri yurisdiksiyalarına aid edilmiş rayon (şəhər məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apelyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti verilərkən CPM-in 381-390- cı maddələrinin tələblərinə əməl edilmişdir. Bununla belə məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsi X7 xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edərkən iki hala istinad etmişdir: Xüsusi ittiham qaydasında şikayət tərtib olunarkən CPMin 302.1 və 302.1.3-cü maddələrinin tələblərinə əməl edilməməsi; Şikayətə CM-in 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin məhz X11 tərəfindən törədilməsini təsdiq edən sübutların olmaması v ə ümumiyyətlə, xüsusi ittihamçı barəsində internet saytında məhz hansı qanunsuz məlumatların yayılmasının sübut olunmaması. Bu zaman məhkəmə qeyd edir ki, “Youtube” videopaylaşma saytında yayıldığı iddia edilən “X3 qardaşı bizi ölkədən getməyə məcbur edir” adlı videoyazı da hal-hazırda “Youtube” videopaylaşma saytında yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edərkən istinad etdiyi 1-ci halla bağlı aşağıdakıları qeyd edir. CPM-in 302.1 və 302.1.3-cü maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçi rilməsindən imtina edir. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 xüsusi ittiham qaydasında verdiyi şikayətində CPM-in 293.3.1293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq özü haqqında bütün məlumatları göstərmiş, həmçinin xüsusi ittiham qaydasında şikayətində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin X11 tərəfindən törədilməsini qeyd etməklə, həmin şəxs barəsində də bütün məlumatları göstərmiş, əməlin məhz X4 tərəfindən törədilməsinin nə ilə təsdiq edilməsi ilə bağlı sübutları şikayətinə əlavə etmişdir. Yəni xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələbinə uyğun verilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, X7 xüsusi ittiham qaydasında verdiyi şikayətinin məhkəmənin icraatına qəbul ed ilərək baxılması mümkündür. Birinci instansiya məhkəməsinin xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edərkən istinad etdiyi 2-ci halla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Xüsusi ittiham qaydasında şikayətdə mübahisələndirilən hal odur ki, X4 kütləvi informasiya ehtiyatlarında X2in ondan 10000 manat rüşvət pul istəməsi barədə məlumatlar yaymışdır. X2 həmin məlumatların onun şərəf və ləyaqətini alçaltdığını iddia edərək məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi də həmin məlumatların X11 tərəfindən törədilməsini təsdiq edən sübutların olmaması və ümumiyyətlə, xüsusi ittihamçı barəsində internet saytında məhz hansı qanunsuz məlumatların yayılmasının sübut olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci insta nsiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. CM-in 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona veri lən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində vurğulanmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yaymlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147 və 148-ci maddələrinin mənasına görə, ş əxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya bil əcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmçinin qeyd olunmalıdır ki, Qərarının 4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, Qudvin Birləşmiş Krallığa qarşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 7-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azad lığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §5 7). Qeyd olunan qərarın 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəməlinqvistik ekspertizası keçirmələri tövsiyə edilir. İş materiallarında olan press.az sayıtında yayımlanmış məlumatdan, “XXX XXXXX” facebook istifadəçisi tərəfindən yaymlmış məlumatdan, fleşkarta yüklənmiş videogörüntüdən və “Youtube” videopaylaşma saytında yayılmış videogörüntüyə verilmiş rəylərdən görünür ki, Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi X2 10000 manat rüşvət istəyərək icraatında olan iş üzrə istintaqı ləğv edəcəyinə söz verməsi barədə məlumatlar yayılmışdır. Hal-hazırda işin mübahisəli və sübut edilməli halı odur ki, qeyd edilən məlumatlar X2 tərəfindən yayılmışdırmı və bu fakt müəyyən ediləcəyi təqdirdə X2 ilə bağlı kütləvi informasiya ehtiyatlarında yayılmış məlumat böhtan xarakterlidirmi? Lakin bu halın sübut olunması üçün xüsusi bilik tələb edildiyi təqdirdə «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 8-ci bəndində də göstərildiyi kimi müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə edilməli və zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirilməsinin zəruriliyi məsələsi müzakirə edilməlidir. Belə liklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, əsassız və qanunsuz olaraq hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etmişdir. Halbuki, X2 şikayətində şikayət olunan şəxs barəsində CPM-in 293-cü maddəsi ilə nəzərdə tutulan bütün prosedurlara əməl etmiş, özü haqqında və ittiham olunan şəxsin törətdiyi cinayət əməlini, həmin əməlin cinayət qanunvericiliyi ilə nəzərdə tutulan maddəsini, əməlin törədilməsini təsdiq edən sübutları, əməlin harada, nə vaxt və necə törədilməsini və cinayət törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi barədə xahişini şikayətində göstərmişdir. Yalnız qeyd olunan əməlin X4 tərəfindən törədilib-törədilməməsi, əməlin böhtan olub-olmamasının sübut olunması məsələsi qalmışdır ki, bu da şikayətə mahiyyəti üzrə baxarkən düzgün araşdırma aparılması və qanunvericiliyin tələblərinə əməl edilməsi yolu ilə müəyyən edilə bilər. Məhkəmə isə X2 şikayətə əlavə etdiyi sübutları araşdırmadan, həmin sübutları CPM-də nəzərdə tutulmuş qaydada qiymətləndirmədən onun şikayətinin icraata qəbul edilməsindən əsassız və qanunsuz olaraq imtina etmək barədə qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xüsusi ittiham üzrə şikayət vermiş şəxs X2 apelyasiya şikayəti təmin edilməli, X4 barəsində CM-in 147.2-ci maddəsi ilə cinayət təqibi başlanmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə Kəlbəcər Rayon Məhkəməsinin 02 may 201 9-cu il tarixli, l(040)-02/2019 saylı qərarı ləğv edilməli, X4 barəsində CM-in 147.2-ci maddəsi ilə cinayət təqibi başlanmasına dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi Kəlbəcər Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməlidir. CPM-in 391.9-cu maddəsinə görə bu Məcəllənin 391.8-ci maddəsində nəzərdə tutulmuş hallarda apelyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir, cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir...”. Göründüyü kimi, ap ellyasiya məhkəməsi gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi nəticə şikayət üzrə (xüsusi ittiham qaydasında verilmiş) materiallara, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətində elə bir dəlil göstərilməmişdir ki, həmin nəticəni təkzib etsin, apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas versin. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin m əhkəmə kassasiya şikayətində qeyd olunan normaların tələblərini də nəzərə almış, material üzrə nəticəyə gələrək onlara da istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri əsasən ona həsr edilmişdir ki, X4 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində göstərilən cinayəti törətməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar vurğulayır ki, apellyasiya məhkəməsinin qərarında X4 hər hansı bir cinayətin, o cümlədən xüsusi ittiham qaydasında şikayətdə törədilməsi iddia edilən, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində göstərilən cinayəti törətməsi barədə fikir söylənilməmiş, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək yalnız xüsusi ittiham qaydasında verilmiş şikayətin qanuna müvafiq qaydada hərtərəfli, tam və obyektiv ar aşdırılması üçün birinci instansiya məhkəməsinə göndərmiş, yəni həmin şikayətin təmin edilməli olub-olmadığı, X4 təqsirli bilinməli olub-olmadığı barədə fikir söyləməmiş, bunları mahiyyəti üzrə həll etməmiş, bu istiqamətdə də hər hansı bir fikir söyləməmişdir. Odur ki, apellyasiya məhkəməsi qanuna, o cümlədən yuxarıda göstərilən normaların tələblərinə uyğun qərar qəbul etmiş, onun qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 №-li qərarının izahlarını da nəzərə alır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apel lyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə Kəlbəcər rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə Gəncə Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-25/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-25/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver