Məhkəmə qərarları › İş №1(102)-25/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-25/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-25/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs2, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Məmmədova Nərminə Rəşid qızının iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmam ış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan2 yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 186.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Vüsal Tağıyev) Məhkum Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasın a məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir.. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum arvadı Zərərçəkmiş şəxs2 və qayınanası X6 ilə aralarında mövcud olan qərəzli şəxsi münasibətlər zəminində xx xxxx 2019-cu il tarixdə saat 02:50 radələrində birgə nikah dövrü ndə inşa etdirərək ailəsi ilə birgə yaşadıqları, ünvan və həmin evə bitişik olan qaynanasına məxsus fərdi yaşayış evini qəsdən yandırmaqla məhv etmək məqsədi ilə yaşadığı mənzilin yataq otağının döşəməsinə və orada yerləşən iki nəfərlik çarpayının üzərinə tez alışan neft məhsulu tökərək alışdırıb arvadı ilə birgə nikah dövründə inşa edərək yaşadıqları iki otaq, dəhliz, mətbəx, hamam və tualet otaqlarından ibarət ümumi sahəsi 66 mx xxxx 7000 manat dəyərində mənzil sahəsini və həmin mənzilin içərisində olmuş ümumi dəyəri 5750 manat olan 1 ədəd 700 manat dəyərində 6 kq tutumlu «Samsung» markalı paltaryuyan maşını, 1 ədəd 650 manat dəyərində 45 m2-lik «Riffel» markalı kondisioneri, 1 ədəd 100 manat dəyərində lampa ekranlı «LG» markalı televizoru, 1 ədəd 150 manat dəyərində «Çinar» markalı köhn ə soyuducunu, yataq otağındakı ümumi dəyəri 800 manat olan 4 qapılı 2 hissəli 2X2 m ölçüdə DSP materialından hazırlanmış şifoneri, taxta materialından hazırlanmış 1 ədəd iki nəfərlik çarpayını, onun üzərinə yığılmış 6 ədəd yorğanı, 4 ədəd döşəyi, 1 ədəd pledi, 6 dəst yataq üzlüyünü, 1 ədəd pərdəni, 1 ədəd 300 manat dəyərində 5X4m ölçüdə, 1 ədəd 200 manat dəyərində 4X2m ölçüdə, 1 ədəd 150 manat dəyərində 3X1,5m ölçüdə xalçaları, cəmi 1200 manat dəyərində olan 3 ədəd paltoları, 3 ədəd gödəkcəni, 4 cüt çəkməni, 6 cüt ayaqqabını, 4 cüt səndəlləri, 17 ədəd qadın və uşaq şalvarını, 21 ədəd qadın və uşaqlar üçün qış və yay köynəyini, 12 dəst qadın və uşaq alt paltarını, 6 dəst qadın və uşaq idman paltarını, 3 ədəd xalatı, 3 ədəd dəri qadın əl çantasını, 2 ədəd məktəb çantasını, 5 ədəd qadın və uş aq papaq-şərf dəstini, ümumi dəyəri 1500 manat olan 5 ədəd qazanı, 2 ədəd çaydanı, 12 ədəd stəkanı, 24 ədəd boşqabı, 1 ədəd mexaniki ətçəkəni, hər predmetindən 6 ədəd olan qaşıq-çəngəl və bıçaq dəstini, 1 ədəd «Tefal» markalı elektrik çaydanını, 1 ədəd salat doğrayanı, 2 ədəd plastmas podnosu, 4 ədəd şüşə qəndqabını, 4 ədəd meyvə vazasını, 2 ədəd bogema vazasını, 1 ədəd bogema güldanı, 1 ədəd bogema çay dəstini və 1 ədəd bogema yemək dəstini, 4 ədəd tunc metaldan vedrəni, 1 ədəd tunc metaldan çörək qazanını, 6 ədəd şüşə materialdan bakalları, 1 ədəd şüşə materialdan qrafini, 2 ədəd 5 litr həcmli, 2 ədəd 1 litr həcmli plastmas ləyənləri və 2 ədəd sellofan süfrələri yandıraraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 12750 manat dəyərində ziyan vurmaqla, o cümlədən X4 məxsus 3 otaq, dəhliz və mətbəx otaqlarından ibarət olan 8000 manat dəyərində 66 m2 ölçüdə yaşayış sahəsini və orada olan ümumi dəyəri 11860 manat olan 1 ədəd 500 manat dəyərində «Riffel» markalı soyuducunu, 660 manat dəyərində 1 ədəd «52» sm ölçüdə «LG» markalı plazma televizoru, 1200 manat dəyərində 1 ədəd «60»m2lik «Riffel» markalı kondisioneri, hər biri 300 manat dəyərində olan 5X4 metr ölçüdə iki ədəd xalçanı, cəmi 400 manat dəyərində bir ədəd iki nəfərlik, 2 ədəd tək adamlıq çarpayını və üzərindəki yataq dəstlərini, tək adamlıq yataq dəstinin altında saxladığı 1000 manat nağd pulunu, 1 ədəd 300 manat dəyərində masa və oturacaq dəstini, 120 manat dəyərində bir ədəd DSP və fanerdən hazırlanmış 2,2X2 ölçüdə şifoneri, 100 manat dəyərində 1X2 metr ölçüdə 1 ədəd DSP və fonerkadan hazırlanmış servantı, ümumi dəyəri 400 manat olan 1 ədəd sadə çay dəstini, 1 ədəd sadə yemək dəstini, 1 ədəd sadə qazan dəstini, 2 ədəd sadə çaydanı, 1 ədəd 6 predmetli sadə çəngəl-bıçaq-qaşıq dəstini, 12 ədəd kasanı, 24 ədəd müxtəlif ölçülərdə boşqabı, 3 ədəd şüşə, 1 ədəd büllur vazaları, 1 ədəd şüşə güldanı, 1 ədədi şüşə, 1 ədədi plastmas olan 2 ədəd qrafini, 12 ədəd stəkan və nəlbəki dəstini, 2 ədəd 5 litrlik, 1 ədəd 10 litrlik plastmas ləyəni, 5 ədəd yataq üzlüyünü, 5 ədəd əl-üz dəsmalını, 4 ədəd hamam dəsmalını, 1 ədəd pledi, cəmi 600 manat dəyərində 1 ədəd paltonu, 2 ədəd uzunboğaz çəkməni, 1 ədəd dəri gödəkcəni, 4 ədəd yun köynəyi, 4 ədəd donu, 3 ədəd xalatı, 4 dəst qadın alt paltarlarını, 2 cüt çəkməni, 3 ədəd yubkanı, 5 ədəd baş örtüklərini, 4 cüt corabı, 2 cüt çəkələkdən ibarət geyim əşyasını, təzə, işlənməmiş, q ablaşdırılmış halda olan 1 ədəd 1500 manat dəyərində «Riffel» markalı soyuducunu, 1200 manat dəyərində 1 ədəd 6 kqlıq «Riffel» paltaryuyanı, 1 ədəd 140 manat dəyərində «Evrolyüks» markalı sobanı, 1 ədəd 680 manat dəyərində «Evrolyüks» markalı qaz plitəsini, 1 ədəd 180 manat dəyərində «Evrolyüks» markalı tozsoranı, 1 ədəd 70 manat dəyərində «Evrolyüks» markalı şirəçəkəni, cəmi 1000 manat dəyərində 2 ədədi 5X4 m ölçüdə və 1 ədədi 1,5X2,5m ölçüdə olan 3 ədəd xalçanı, 50 manat dəyərində «Evrolyüks» markalı blenderi, 160 manat dəyərində yataq dəstini, 300 manat dəyərində 1 ədəd yemək dəstini, 200 manat dəyərində 1 ədəd çay dəstini, 500 manat dəyərində bir ədəd 12 predmetdən ibarət «Tefal» markalı qazan–tava dəstini yandıraraq X4 xeyli miqdarda, yəni 19.860 manat dəyərində ziyan vurmaqla qəsdə n məhv etmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Azərbaycan Respublikası CMnin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, kassasiya şikayətinə əlavədə isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, arvadı və qaynanası ilə aralarında yaranmış münaqişə zamanı onda güclü ruhi-həyəcan vəziyyəti yaranmış və o, özündən asılı olmayaraq özünə məxsus olan evi və evdə olan əşyaları yandırmışdı r. Qaynanasının isə evini yandırmaq niyyəti olmamış, sadəcə evlər bitişik olduğu üçün yanğın qaynanasının da evinə keçmiş və yanmışdır. Məhkum hesab edir ki, onun öz əmlakını yandırması cinayət hesab edilə bilməz və məhkəmələr onu əsassız məhkum etmişlər. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsi və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum hal-hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X6 ilə barışmış və onlara dəymiş maddi və mənəvi ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslər mə hkuma qarşı heç bir şikayət və tələblərinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişlər. Bundan başqa, Məhkum 2009-cu ildən “ağ ciyər sağ tərəfli infiltrativ vərəm parçalanma fazasında” diaqnozu ilə Yevlax RMX-nın vərəm şöbəsində tibbi qeydiyyatdadır. Müdafiəçinin fikrincə, bütün qeyd edilənləri nəzərə almaqla, Məhkum cəzası dəyişdirilməli və CM-nin 70-ci maddəsini tətbiq etməklə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə Məhkum, müdafiəçi N.Məmmədova və Zərərçəkmiş şəxs2, kassasiya şikayə tinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsini n deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə Məhkum Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsi və CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi xahiş olunur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkə mə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” xx xxxxxx 1994-cü il və “Hacianastass ion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin hə yata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini CM-nin 186.2.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmi şdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Məhkum arvadı Zərərçəkmiş şəxs2 və qayınanası X6 ilə aralarında mövcud olan qərəzli şəxsi münasibətlər zəminində xx xxxx 2019-cu il tarixdə saat 02:50 radələrində birgə nikah dövründə inşa etdirərək ailəsi ilə birgə yaşadıqları, ünvan2 və həmin evə bitişik olan qaynanasına məxsus fərdi yaşayış evini qəsdən yandırmaqla məhv etmək məqsədi ilə yaşadığı mənzilin yataq otağının döşəməsinə və orada yerləşən iki nəfərlik çarpayının üzərinə tez alışan neft məhsulu tökərək alışdırıb arvadı ilə birgə nikah dövründə inşa edərək yaşadıqları iki otaq, dəhliz, mətbəx, hamam və tualet otaqlarından ibarət ümumi sahəsi 66 m2 olan 7.000 manat dəyərində mənzil sahəsini və həmin mənzilin içərisində olmuş ümumi dəyəri 5.750 manat olan müxtəlif əşyanı yandıraraq X4 xeyli miqdarda, yəni 19.860 manat dəyərində ziyan vurmaqla qəsdən məhv etməsi cinayətini törətməsi məhkumun şəxsi etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (h ərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 186-cı maddəsi əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə məsuliyyəti nəzərdə tutur. “186.2.2-ci maddəsi - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda” Məhkum kassasiya şikayətinə əlavədə qeyd edir ki, arvadı və qaynanası ilə aralarında yaranmış münaqişə zamanı onda güclü ruhi-həyəcan vəziyyəti yaranmış və o, özündən asılı olmayaraq özünə məxsus olan evi və evdə olan əşyaları yandırmışdır. Mübahisə edilən bu halla razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Belə ki, məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2019cu il tarixli, 1439 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, Məhkum oğlu törətdiyi əmələ barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti CM-in 21 və 22–ci maddələrinin təsiri altına düşmür. Məhkum hal hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır, o öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onun hal hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası CPM-in 124.2.2-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmas ı, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquq i əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış və Azərba ycan Respublikası CMnin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərt i məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəz anın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətin in və əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin və əlavələrin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 186.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar