Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-25/2022 17.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Müdafiəçilər - Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 0 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.2.1, 228.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.2.1, 228.2.2, 228.4 və 229.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2020-ci il tarixli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2020-ci il, 1(099)-05/2020 saylı hökmü ilə (sədrlik edən hakimlər: X16 (sədrlik edən), X21 və X9 ibarət tərkibdə ) xx xxxxxx 1961-ci ildə tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbayc an Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Gen. Şıxlinski küçəsi, ev 50, mənzil 15-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 07 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum1 Azərbaycan Respublikası CM-in 221.3, 228.2.1,228.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinib,. CM-nin 221.3-ci maddəsi ilə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.2.1,228.2.2-ci maddələri 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.2-ci maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilm əsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 iyun 2018-cı il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, xx xxxxxx 1967-ci ildə tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, təqaüdçü, Cəlilabad şəhəri, Heydər Əliyev prospekti ev 76-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 09 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.3, 228.2.1, 228.2.2, 228.4 və 229.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 221.3-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.2.1, 228.2.2-ci maddələri 3 (üç) il m üddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 229.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 iyun 2018-cı il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən dövlət X14 tərəfindən verilmiş apelyasiya protestinə, Məhkum1 müdafiəçisi X15 və Məhkum2 müdafiəçisi X10, zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi X17 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim K.S.Bəşirov, hakimlər İ.H.Əhmədov və E.İ.Əliyevdən ibarət tərkibdə) 12 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2020-ci tarixli hökmü ləğv edilərək Məhkum1 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4, 29,120.2.7, 221.3, 228.2.1, 228.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 29,120.2.1, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.2.1, 228.2.2-ci maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü ma ddəsi ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum1 qəti olaraq 14 (on dörd) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4, 29,120.2.7, 228.2.1, 228.2.2, 228.4 və 229.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 29,120.2.1, 29,120.2.4, 29, 120.2.7-ci maddələri ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.2.1, 228.2.2-ci maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 229.4-cü maddəsi ilə 1 (bir) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum2 qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2020-ci il tarixli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci tarixli hökmünə əsasən Məhkum1 07 iyun 2018-ci il tarixdə saat 13 radələrində əvvəllər aralarında münaqişə olmuş tanışı X4 idarə etdiyi “Lexus GX 470” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında yerləşən “Brend Star” adlı mağazanın qarşısında saxladığını görüb yaxınlaşaraq heç bir səbəb olmadan yumruğu ilə İlqar Həsəno vun ağız nahiyəsinə vurub ona aşağı dodağın selikli qişasında qansızma və əzilmiş səthi yara, üst dodağın selikli qişasında qansızma kimi sağlamlığa sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, sonuncu avtomobili hərəkətə gətirdikdən sonra isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi yapon qılıncı (katana) formasında deşici-kəsici xassəyə malik olan soyuq silah hesab olunan qılıncla vurub İlqar Həsənovun idarə etdiyi Lexus GX 470 markalı avtomobilin sağ qapı güzgüsünü və sol qabaq yan aynasını sındırıb ona 750 manat məbləğində zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, X11 zor tətbiq olunması və əmlakının zədələnməsi ilə müşayiət oluna n qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, Məhkum1 07 iyun 2019-cu il tarixdə saat 13:30 radələrində X4 onun yaşadığı ünvana gələcəyini mobil telefon vasitəsi ilə sonuncudan xəbər tutduqdan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək qardaşı Məhkum2la bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib saxladığı və gəzdirdiyi “Vinçestr” markalı tüfəng və “Makarov” markalı, nömrəsi silinmiş tapançanı istifadəsində olan “Audi Q 7” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürərək “Makarov” markalı tapançanı qardaşı Məhkum2 verib onunla Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən yaşadığı 68 saylı evin qarşısında X4 istifadəsində olan “Lexus GX 470” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avt omobili həmin prospektdə idarə edərək onun və sonuncunun qardaşı X18 tərəfindən onlara avtomat və ov silahından atəş açılmasını gördükdən sonra əlindəki “Vinçestr” markalı tüfəngdən, qardaşı Məhkum2 isə Makarov markalı tapançadan İlqar Həsənovun idarəetdiyi avtomobilə bir neçə dəfə atəş açmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, X4 əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Bundan başqa, Məhkum1 istintaqa məlum olmayan mənbədən və vaxtda döyüş sursatı olan atəşə yararlı 8 ədəd 9 mm kalibrli patron, döyüş sursatı hesab olunan atəşə yararlı 2 ədəd “F 1” markalı qumbara gövdələrini, 1 ədəd UZRQM-2 markalı qumbara partladıcılarının zərbə mexanizmlərini və qumbara partladıcılarının 2 ədəd alışdırıcıpartladıcı detallarını qanunsuz olaraq təkrarən əldə edərək yaşadığı evə saxlamış, 09 iyun 2018-ci il tarixdə onun yaşadığı ünvan 2 ünvanında aparılmış axtarış zamanı patronlar bir ədəd sandıqcanın içərisində evin birinci mərtəbəsində olan qarajdakı „Audi Q 7” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən, 2 ədəd “F 1” markalı əl qumbarası isə mənzilin mansarından aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, Məhkum1 istintaqa məlum olmayan mənbədən və vaxtda soyuq silah hesab olunan kastet bıçağı və yapon qılıncı (katana) formasında deşici-kəsici-çapıcı xassəyə malik qılıncı qanunsuz olaraq əldə edərək üzərində gəzdirib yaşadığı evdə saxlamış, 09 iyun 2018-ci il tarixdə onun yaşadığı ünvan 2 ünvanında aparılmış axtarış zamanı həmin bıçaq və qılınc mənzildən aşkar olunaraq götürülmüşdür. Məh kum2 07 iyun 2018-ci il tarixdə saat 13:30 radələrində qardaşı Məhkum1 aralarında münaqişələri olmuş tanışı X4 yaşadıqları ünvana gələcəyini xəbər tutduqdan sonra qardaşı Məhkum1la bir qrup şəxs halında birləşərək Məhkum1 istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib saxladığı və gəzdirdiyi “Makarov” markalı, nömrəsi silinmiş tapançanı istifadəsində olan “Audi Q 7” markalı, **-BZ*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürərək ona verməsi ilə “Makarov” markalı tapançanı həmin gün qanunsuz olaraq əldə edib saxlayaraq Məhkum1la bir qrup şəxs halında birləşərək qardaşının yaşadığı Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən 68 saylı evin qarşısında X4 istifadəsində olan “Lexus GX 470” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin prospe ktdə idarə edərək onun və sonuncunun qardaşı X18 tərəfindən onlara avtomat və ov silahından atəş açılmasını gördükdən sonra Makarov markalı tapançadan, qardaşı Məhkum1 isə “Vinçestr” markalı tüfəngdən İlqar Həsənovun idarə etdiyi avtomobilə bir neçə dəfə atəş açaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, X4 idarə etdiyi Lexus GX 470 markalı avtomobilə 1650 manat məbləğində zərər vurmaqla əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri törətmiş, daha sonra nömrəsi silinmiş “Makarov” markalı tapançanı və həmin silaha aid hər birinin içərisində döyüş sursatı olan atəşə yararlı 5 ədəd 9 mm kalibrli patron olan iki ədəd sandıqçanı qaynı X12 yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinə daşıy araq evin həyətindəki yardımçı tikilinin içərisində olan şkafda gizlətmiş, 11 iyun 2018-ci il tarixdə ifadələri yerində yoxlanılarkən həmin “Makarov” markalı tapança və patronlar şkafdan bir ədəd sarı rəngli torbanın içərisində aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Məhkum2 istintaqa məlum olmayan mənbədən və vaxtda döyüş sursatı olan atəşə yararlı 1 ədəd “RQD-5” markalı qəlpəli əl qumbarasını qanunsuz olaraq təkrarən əldə edərək yaşadığı evdə saxlamış, 09 iyun 2018-ci il tarixdə onun yaşadığı ünvan 3 ünvanında aparılmış axtarış zamanı həmin əl qumbarası mənzildən aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, Məhkum2 istintaqa məlum olmayan mənbədən və vaxtda soyuq silah hesab olunan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə etmiş, həmçinin qanunsuz olaraq soyuq silah hesab oluna n döyüş nunçakusu hazırlayaraq yaşadığı evdə saxlamış, 09 iyun 2018-ci il tarixdə onun yaşadığı ünvan 3 ünvanında aparılmış axtarış zamanı həmin bıçaq və döyüş nunçakusu mənzildən aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Kassasiya şikayəti
1. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Şirvan Apellyasiya Məhkəməsinin hökmündə qeyd edilmişdir ki, təqsirləndirilən şəxslərin zərər çəkmişləri öldürmək niiyvətlərinin olmaması barədə birinci instansiya məhkəmənin gəldiyi nəticə heç bir sübutla təsdiq olunmur, təqsirləndirilən şəxslərin niyyətinin müəyyən edilməsi hissəsində məhkəmə sübutlara səthi yanaş mış, niyyətin ehtiva olunduğu faktları düzgün təhlil elməmiş, işin hallarını obyektiv qiymətləndirməmişdir. Bundan başqa. Apellyasiya Məhkəməsinin hökmündə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxsləri qəsdən həyatdan məhrum etmək niyyətlərinin olduğunu və həmin niyyətin zərərçəkənin maşınında olan zədələrin aşkar edildiyi yerlərə görə təsdiq olunduğunu bildirir. Həmçinin Məhkum1 və Məhkum2 zərəçəkmişləri qəsdən öldürmək niyyəti ilə əlindəki "Vinçestr" markalı tüfəngdən, qardaşı Məhkum2 isə "Makarov" markalı tapançadan İlqar Həsənovun və sonuncunun qardaşı İqbal Həsənova bir neçə dələ atəş açmış, lakin sərrast və dəqiq atəş aça bilməmələri və İlqar Həsənovun idarə etdiyi avtomobillə oradan uzaqlaşması səbəbindən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən cinayətkar əməllərini ö z iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək İlqar Həsənovu və İqbal Həsənovu qəsdən öldürməvə cəhd etmişlər. İşdə olan təkzib edilməz sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslərin əməlini başa çatdıra bilməmələri onların sərrast və dəqiq atəş aça bilməməsi və İlqar Həsənovun idarə etdiyi avtomobillə oradan uzaqlaşması ilə əlaqəli olmuşdur. Həmçinin hökmdə qeyd olunur ki, hadisə zamanı təqsirləndirilən şəxslər qəsdən adam öldürmə cinayətini başa çatdırmaq üçün öz iradələrindən asılı olan cinayətin obyektiv cəhətinə aid bütün hərəkətləri etmişlər. Yəni, Məhkum1 və Məhkum2 İlqar və İqbal Həsənovlari öldürmək üçün saz vəziyyətdə olan odlu silah əldə etmiş, hər ikisi odlu silahı zərər çəkmiş şəxslərin olduğu avtomobilə tərəf istiqamətləndirib zərər çəkmiş şəxs lər üçün təhlükəli olan bir neçə istiqamətdə atəş açmışlar. Həmin ictimai təhlükəli hərəkətlər nəticəsində avtomobil bir neçə verdən zədələnsə də, zərər çəkmiş şəxslər ölməmiş və hər hansı xəsarət almamışlar. Nəticənin bucür olması təqsirləndirilən şəxslərdən asılı olmamışdır. Onlar zərər çəkmiş şəxslərin ölümündən ibarət arzu etdikləri ictimai təhlükəli nəticənin baş verməsi üçün iradələrindən asılı olan qəsdən adam öldürmə cinayətinin obyektiv cəhətinə aid bütün hərəkətləri etmişlər. Cinayətin başa çatmaması sırf ictimai təhlükəli nəticənin olmamasına görədir. Bu halda zərər çəkmiş şəxslərə hər hansı dərəcəli xəsarət yetirilməsinin, yaxud içində olduqları avtomobilin zədələnməsinin qəsdən adam öldürməyə cəhd cinayəti baxımından heç bir fərqi yoxdur. Müdafiə tərəfi hesab edir ki, apelly asiya məhkəməsinin gəldiyi bıı nəticə isin hallarına uygun deyildir, işdə olan mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, Məhkum1 Əliqulıı oğlu 07 iyun 2018-ci il tarixidə saat 13:30 radələrındə yaşadığı evin qarşısında olarkən onun və ailə üzvlərinin istiqamətində zərərçəkmiş tərəfindən odlu silah olan avtomat silahdan çoxlu sayda atəş açılmışdır. Faktiki olaraq öldürmək niyyəti zərərçəkmişdə olmuş, bunu Məhkum1 hadisə öncəsi etdiyi telefon zəngində də açıq-aşkar bəyan etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin bu hallarına obyektiv hüquqi qiymət verməmiş, hadisəni birtərəfli qaydada, zərərçəkmişin ifadəsi əsasında qiymətləndirmiş, zərəçəkmişin qanunsuz hərəkətlərinə, odlu silahla məhkumun evini atəşə tutumalarına, hadisənin ədilməsinə səbəb zərərçəkmişin olmasına düzgün qiymət ve rməmiş, bu halları işin digər halları ilə birlikdə obyektiv qiymətləndirməmiş, nəticədə yanlış qərar qəbul etmişdir. Məhkum2 zərərçəkmişi hadisə yerindən uzaqlaşdırmsını. ailələrinin təhlükəsizliyini təmin etmək üçün bir neçə dəfə atəş açması onu üdürməyə süi-qəsd kimi qiymətləndirməyə heç bir əsas yoxdur. Niyyət ya məhkumun ifadəsi ilə, ya da işin halları ilə müəyyən edilir. Məhkum1 belə bir niyyətinin olmadığını bildirmiş, bunun əksini təsdiq edən hallar da işdə yoxdur. Bundan başqa, hökmdə göstərilir ki. Məhkum1 "Vinçestr markalı tüfəngdən atəş açması halı sübuta yetirilmişdir. Məhkum1 ifadəsində də bildirmişdir ki. 07 iyun 2018-ci il tarixində baş vermiş hadisə zamanı onda "Vinçestr" markalı tüfəng olmamışdır. Yalnız şahid ifadələrinə əsaslanaraq Məhkum1 “Vinçestr" markalı tüfəngdən is tifadə etdiyini sübuta yetirilmiş hesab elmək əsassızdır. İlqarın avtomobilinə baxış zamanı həm də Vinçestr tüfənginin güllə izləridə aşkar edilməmişdir. Məhkum1 hər hansı odlu silahdan atəş açması öz təsdiqini tapmamışdır. Məhkum2 birinci instansiya məhkməməsində, həmçinin apellyasiya məhkəməsində verdiyi ifadəsində, izahat və çıxışlarında bildirmişdir ki, ibtidai istintaq zamanı İlqar Həsənovun avtomobilindən onun qardaşı Məhkum1 yaşadığı evin hasarına və darvazasına odlu silahdan atəş açılarkən Şahinin ona bir ədəd makarov tipli tapança verərək özünün də vinçester markalı tüfənglə İlqar Həsənovun avtomobilinə doğru atəş açmaları barədə verdiyi ifadəsi həqiqətə uyğun deyil və o həmin ifadəni təsdiq etmir. Məhkəmədə verdiyi ifadəsi düzdür. Məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki. o e vində saxladığı makar tipli tapançanı götürərək havaya iki dəfə atəş açmışdır ki, İlqargil qorxub atəş açmağa davam elməsinlər. Avtomobildə də aşkar edilmiş güllə izlərinin "Vinçestr" tüfənginə aid olmaması müəyyən edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi 10 mart 2020-ci il tarixli hökmü ilə Məhkum1 əməlində CM-in 29, 120.2.1. 29, 120.2.4. 29, 120.2.7-ci maddələrindəki cinayət əməllərinin əlamətlərinin olmaması müəyyən edilmişdir, lakin Şirvan Apelyasiya Məhkəməsi birbaşa olaraq ittiham tərəfindən çıxış edərək təqsirləndirilən şəxs barəsində qəsdən adam öldürməyə cəhd cinayət əməlinin də tərkib əlamətlərinin olmasını haqsız olaraq qeyd etmişdir. Bu birbaşa olaraq məhkəmənin cinavəl hüququnun humanizim prinsipini unudub ittihamçı kimi çıxış etməsini göstərir. X7 Məhkəməsi tərəfindən C inayət Məcəlləsinin əsas prinsiplərindən olan ədalət prinsipi də kobud surətdə pozulmuşdur. Belə ki. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilmişdir ki. cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəl ilik dərəcəsinə, onun törədilməsi lallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi tamamilə törətdilmiş cinayətin xarakterinə, həmçinin təqsirli bilinən şəxsin şəxsiyyətinə zidd cəza təyiıı elmişdir. Şəxsin törətdiyi cinayətdən əlavə digər cinayət əmilərinə görə də məsuliyyət daşımasını müəyyən etmişdir. Halbuki məhkum cəmiyyətə mənəvi və flziki sağlam qayıtmalıdır. Yal nız ədalətli və humanist cəza tədbirlərini özündə nəzərdə tutan məhkəmə hökmləri vasitəsilə sözügedən cəza siyasətinə nail olmaq mümkündür. Bakı Apelyasiya Məhkəməsi isə apellyasiya protestini əsassız surətdə təmin edərək təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsini və məhkuma ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Kassiya şikayəti
2. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Müdafiəçi şikayətində qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum2 ictimaiyyət arasında sabiq polis işçisi olmaqla ovçuluqla məşğul olması və "göydə quşu göz ündən vuran ovçu” kimi tanınması faktını da sübuta yetirməyə borclu deyil. Yəni Səxavət güclü ovçu kimi tanındığından əgər istəsəydi, İlqar Həsənovu öz maşınında tapançadan sərrast atəşlə qətlə yetirərdi. Amma onun adam öldürmək və insan həyatına qəsd etmək niyyəti olmamışdır. Əgər belə bir niyyəti olsaydı, darvazadan içəri girməzdi, çıxıb orada olan ağacların arxasında döyüş mövqeyi tutaraq əlindəki tapança ilə havaya yox, avtomobilə yox, birbaşa İlqarın özünü hədəfə alardı. Səxavət özü yalnız havaya atəş açdığını etiraf edir, istintaq isə güllələrin avtomobilə dəydiyini göstərir. Əsl ziddiyyət güllələrin havaya, yoxsa avtomobilə tuşlandığını sübut etməkdən ibarət olduğu halda, Şirvan Apellyasiya Məhkəməsi bu ziddiyyəti aradan qaldırmaq üçün araşdırma aparmamış, Məhkum2 göyə, yoxsa avtomo bilə atəş açdığını faktlarla ayırd edə bilməmiş, əvəzində onun İlqar Həsənovun hədəf aldığını güman etmiş, bütün ittihamları bu gümanlar üzərində qurmuşdur. Halbuki məhkumun taleyini mülahizələr və gümanlar üzərində qurmaq olmaz ki, bu da ədalət prinsipindən çox uzaqdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Hökmünü ləğv edən Şirvan Apelyasiya məhkəməsi guya bəzi məsələləri tədqiq etmiş və apelyasiya protestinə əsasən müəyyən faktlara guya aydınlıq gətirmişdir. Əslində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aydınlaşdıra bilmədiyi faktara qətiyyən aydınlıq gətirə bilməmiş, heç bir yeni mötəbər sübut müəyyən etməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Hökmünün 24-cü səhifəsinin 3-cü abzasının bir hissəsinə qət edək: “...keçirilmiş tədbirlərə baxmayaraq, ağ rəngli 019 nömrəli Prado Leksu s markalı avtomaşının arxa oturacağında hər hansı şəxsin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Baş vermiş atışmada X2 iştirak edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Baş vermiş hadisədə X5 iştirak edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkum1 evində aparılmış axtarış zamanı götürülmüş əşyaların əldə edilmə mənbəyini, Məhkum1 hadisə zamanı istifadə etdiyi Vinçesıer tipli tüfəngin yerini müəyyən etmək mümkün olmamışdır, Məhkum2 evində aparılmış axtarış zamanı götürülmüş silahların mənbəyini müəyyən etmək mümkün olmamışdır. 06-08 iyun 2018-ci il tarixdə Leksus markalı **-NH-*** və 90 KF-019 dövlət qeydiyyat nişanlı avtomaşınların Cəlilabad rayonu ərazisində hərəkat istiqamətləri barəsində və videogörüntüləri əldə etmək mümkün olmamışdır...” Vmçesterin olub-olmad ığını, başqa ehtimal edilən silahların mənbəyini, videogörüntülərin əldə edilməsini müəyyən etmək mümkün olmamışdırsa, bəs nəyə əsasən bu dərcədə ağır cəza ləyin edilmişdir? Bu qədər məsələləri müəyyən etmək mümkün olmadığı və Şirvan Apellyasiya Məhkəməsi heç bir əlavə sübut müəyyən etmədiyi halda, Səxavət və Məhkum1 qardaşlarının əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirərək 14 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum etməsi ədalət prinsipinə tamamilə ziddir. Əslində, qanunvericiliyin tələblərinə görə sübut edilməyən bütün mübahisəli hallar təqsirləndirilən şəxslərin xeyrinə həll olunmalıdır. Lakin Şirvan Apellyasiya Məhkəməsi ədalət prinsipıni pozaraq birinci instansiya məhkəməsinin hökmünü qanunsuz olaraq ləğv etmiş, daha ədalətsiz hökm çıxarmışdır. Apellyasiya Məhkəm əsi bir əlavə araşdırma aparmadan, şahid-sübut olmadan Şahin və Məhkum2 əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirmişdir. Məhkəmə məsələyə qərəzli və birtərəfli yanaşmışdır. Vətəndaşın öz həyətində və öz evində olduğu bir vaxtda başqasının ona odlu silahla etdiyi hücumun qarşısında istənilən hərəkəti ölümlə nəticələnə bilər, amma bunu qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirmək olmaz. Əvvəla, iş mahiyyəti üzrə tam və hərtərəfli olaraq obyektiv surətdə araşdırılmışdır. Şahin və Məhkum2 qardaşlarının hərəkəti özünümüdafiə xarakteri daşıyır. Əslində, Şahin və Məhkum2 qardaşları öz hərəkətlərilə, silahlı hücumun qarşısını almaq üçün özlərini müdafiə etməklə, cinayətkarların onların ərazilərindən uzaqlaşdırılması məqsədilə düşünülmüş şəkildə hərəkət edərək insan ölümünün qarşısım almışlar. Bunun nəticəsində də faciə baş verməmişdir. Əgər elə bir atışma olsaydı, bu insident kütləvi olaraq nəinki orada iştirak edənlərin, hətta yoldan keçən bir və ya bir neçə insanın ölümü ilə nəticələnə bilərdi, günahsız insanların həyatına son qoyulardı. Bütün bu insidentin faciəsiz nəticələnməsinin səbəbi məhz Şahin və Məhkum2 səbrli davranışları, insan faktoruna böyük qiymət vermələri, özlərinin silahlı hücuma məruz qalmalarına baxmayaraq vəziyyətdən ölümsüz-itkisiz çıxmalarını arzu elmək olmuşdur. İlqar Həsənov özu öz ifadələrində avtomatla Şahini güllələməyə gəldiyini dəfələrlə etiraf etmişdir. Şahin və Məhkum2 isə öz evində təhlükəli hücuma məruz qalaraq özlərini müdafiə etməyə məcbur olublar, amma yenə də cinayət əməlinə yol vermək istəmədiklərindən silahlı atışmadan çəkiniblə r. Şirvan Apelyasiya Məhkəməsi belə bir ciddi və əhəmiyyətli faktı düzgün qiymətləndirməmişdir. Məhkum2 ümumiyyətlə bu insidentdə əvvəldən iştirakı olmamışdır. İstintaqın gedişində həm də hər iki məhkəmə instansiyasında Vinçesterin olması və Şahinin odlu silahdan istifadə etməsi təsdiq olunmayıb. Eyni zamanda, məhkəmə Məhkum2 odlu silahla cinayət törətməsini ağırlaşdırıcı hal kimi nəzərə almış, amma odlu silahla heç kimə xəsarət yetirmədiyini nəzərə almamışdır. Məhkum2 ailəsində həyat yoldaşının və övladlarının xəstə olması, onların 2-ci qrup olması, evin yeganə gəlir gəlirən olması faktı da nəzərə alınmamışdır. Beləliklə, tamam birtərəfli ədalətsiz Hökmə imza atılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsini və Lənkəran Ağır Cinayətlər Mə hkəməsinin hökmünün qüvvədə saxlanılmasına xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızı çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini apellyasiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına xahiş etdi. Müdafiəçilər Müdafiəçi1 və A.Həsənov çıxış edərək kassasiya şikayətində qeyd olunan halları bir daha vurğulayaraq, şikayətlərin təmin edilməsini, apellyasiya məhkəməsinin hökmünü ləğv edərək ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsin in tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla məhkumlar Həsənov Şahin Əliqulu oğluna verilmiş CM-nin 221.3, 228.2.1, 228.2.2 və 228.4-cü maddələri ilə və Məhkum2 verilmiş CM-nin 228.2.1, 228.2.2, 228.4 və 229.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetdiyindən, həmin maddələr ilə olan ittiham mübahisələndirilmir. Lakin CM-nin 29,120.2.1, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri ilə bağlı hər ikisinə verilmiş ittiham üzrə onların əməlləri məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, ibtidai araşdırma zamanı olduğu kimi məhkəmə iclasında Məhkum2 ibtidai istintaq zamanı verdiyi ifa dəsindən və məhkəmədə dindirilmiş şəxslərin ifadələrindən görünür ki, təqsirləndirilən şəxslərin bir qrup təşkil etməklə ümumi təhlükəli üsulla 2 nəfər zərəçəkmiş şəxsi öldürməyə cəhd etmə cinayətini törətmələri heç bir sübutla təsdiq olunmur. İbtidai araşdırma orqanı tərəfindən məhkumların qeyd edilən cinayəti törətmələri müəyyən edilməmiş, eyni zamanda bu xüsusatlar məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndiril ən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmçinin CPM-nin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi İlqar Həsənov və İqbal Həsənovu qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ümumi təhlükəli üsulla 2 nəfəri öldürməyə cəhd et mə cinayətinin törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 29,120.2.1, 29,120.2.4, 29,120.2.7ci maddələri nəzərdə tutulan cinayətin məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassız və qanunsuzdur, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Belə ki, iş üzrə ittihama görə zərərçəkmiş şəxs İlqar və İqbal Həsənovlar Məhkum1 yaşadığı evin darvazasına və həyət hasarına onlarda olan odlu silahlardan atəş açdıqdan sonra məhkumlar Şahin və Məhkum2 özlərində olan odlu silahlardan zərərçəkmiş şəxslərin olduqları Lexus GX markalı **-KF-*** nömrə nişanlı avtomobilin arxasınca nizamsız atəş açmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörməsizlik ifadə edən, onların əmlakının zədələnməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etmişlər. Bu, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, Məhkum2 məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi, habelə məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi, ifadələrin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolları, ekspertiza rəyləri ilə öz təsdiqini tapır. Məhkəmə şərh olunan hallara əsasən belə nəticəyə gəlir ki, məhkumlar Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxslər İlqar Həsənov və İqbal Həsənovun olduqları avtomobilə nizamsız atəş açmaqda onları öldürmək niyyətlərinin olması təsdiq olunmur və onlar silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörməsizlik ifadə edən, zərəçəkmiş şəxlərin əmlakının zədələnməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etmişlər. CM-nin 29-cu maddəsində qeyd edilir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab edilir. Cinayət etməyə cəhd subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Cinayətə hazırlıq kimi cinayətə cəhd də məqsədəuyğun kriminal fəaliyyətdir. Lakin cinayət etməyə cəhd, hazırlıqdan fərqli olaraq cinayətin icrasına başlanğıc formasında olan kriminal fəaliyyətdir. Şəxs hərəkətinin (hərəkətsizliyinin) müəyyən cinayəti törətməyə yönəldiyini dərk edir və cinayəti başa çatdırmağı arzu edir. Cinayət etməyə cəhdin ancaq birbaşa qəsdlə törədilməsinin mümkünlüyü məhkəmə təcrübəs i ilə də təsdiq edilir. Belə ki, AR Ali Məhkəmə Plenumunun “Qəsdən adam öldürmə İşləri üzrə” məhkəmə təcrübəsi haqqında 12 dekabr 2012-ci il tarixli 3 saylı qərarı ilə verilən izahatda qeyd edilir ki, qəsdən adam öldürməyə cəhd ancaq birbaşa qəsdlə mümkündür. Səxs yol verdiyi hərəkətin ölümdən ibarət nəticə doğuracağını əvvəlcədən görür, belə nəticəni arzu edir, lakin onun iradəsindən asılı olmayan səbəb üzündən belə nəticə baş vermir. Cinayətə cəhd etməyə yol verən şəxsin şüurunda törədiləcək cinayətin bütün ünsürləri əhatə olunur. Lakin şəxs törədilməsi qət edilən cinayətin başa çatmayacağını əvvəlcədən dərk etmir. Adam öldürmə cinayəti maddi tərkibli qurluşa malikdir. Cinayətin başa çatması üçün zərərçəkmiş şəxs həyatdan məhrum edilməlidir. Əgər cinayət nəticəsində zərərçəkmiş ölməmişdi rsə, əməl cinayət etməyə cəhd kimi tövsiv olunacaqdır. Ehtiyatsızlıqdan adam öldürmə cinayəti istisna olunmaqla, həyat əleyhinə olan cinayətlərin hamısı təqsirin qəsd forması ilə xarakterizə olunur. CM-nin 120-ci maddəsində nəzərdə tutlmuş cinayət həm birbaşa, həmdə dolayı qəsdlə törədilə bilər. Səxs başqasını həyatdan məhrum etməyə yönələn əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu qabaqcadan görür, və bunları arzu edir (birbaşa qəsd), ya da bunları arzu etmir, lakin belə nəticənin baş verməsinə şüirlu surətdə yol verir. Yuaxıda qeyd edilən Ali Məhkəmə Plenumu da bu mövqedən çıxış edir. Qəsdən adam öldürmə cinayətində qəsd qeyri-müəyyən (konkretləşdirilməmiş) də ola bilər. Qeyri müəyyən cinayəti törədən şəxsin qəsdi ilə müxtəlif kriminal nəticələr-ölüm, sağlamlı ğa ağır və ya az ağır zərər vurma və.s. əhatə oluna bilər. Bu halda təqsirkarın əməli baş verən faktiki nəticələrə görə tövsif edilməlidir. Göründüyü kimi, hazırki iş üzrə məhkumlar Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxslər İlqar Həsənov və X28 Həsənova məxsus evin həyət darvazasının qapısına avtomat silahdan atəş açdıqdan sonra onların getdikləri avtomobilə nizamsız atəş açmaqda qəsdləri qeyri müəyyən yəni konkretləşdirilməmiş qəsd olmaqla CM-nin 120-ci maddəsinin obyekti baxımından nəticəsiz olmuşdur. Bundan başqa nə ibtidai araşdırma nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsləri həyatdan məhrum etmək niyyətlərinin olması və bu niyyəti həyata keçirmək üçün qabaqcadan əlbir olmaları heç bir sübutla təsdiq olunmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlirki, təqsirləndirilən şəxslərin bu hərəkətləri ölümə cəhd kimi qiymətləndirilə bilməz və onların əməlləri qərəzli hərəkət-xuliqanlıq hesab edilməlidir. CM-nin 221.1-ci maddənin dispazisiyasında qeyd olunduğu kimi, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. CM-in 221.1-ci maddəsinin dispozisiyasından məlum olur ki, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi yaxud zədələnməsi ilə müşaiyət olunur. Ona görə də xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, mülkiyyətinin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. CM-nin 221.3-cü maddəsi xuliqanlığın xüsusilə tövsifedici ə laməti qismində bu cinayətin silah və silah qismində istifadə edilən əşyaların tətbiq edilməklə törədilməsini nəzərdə tutur. Odlu və soyuq silahın anlayışı Azərbaycan Respublikası “Xidməti və mülki silah haqqında” 1 mart tarixli Qanunun 2-ci maddəsinin 6-cı və 8-ci bənlərində verilmişdir. Odlu silaha tapançalar, revolverlər,tüfənglər, avtomatlar və s. aiddir. Xüsusilə qərəzli xuliqanlıq bu cinayətin törədilməsi prosesində silahı və ya silah qismində istifadə edilən əşyaların tətbiq edildiyi andan başa çatmış hesab edilir. Xuliqanlıq xüsusi icazəsi olmayan odlu və soyuq silah tətbiq edilməsi ilə müşaiyət olunduqda təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında CM-in 221.3 və 228.1-ci maddələri ilə tövsif olunmalıdır. Xuliqanlıq hərəkətlərinin edilməsi prosesi davam edən xuliqanlıq zamanı xüsusilə qərəzli xuliqanlıq hərəkətinədək davam edə bilər. Belə olduqda əməl CM-in xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan maddəsi yəni, 221.3-cü maddəsi ilə tövsif edilməlidir. “Xuliqanlıq İşləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 11-ci bəndinə görə müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsif edilməlidir. Şərh olunanlara əsasən Məhkum1 həm birinci epizod üzrə həm də ikinci epizod üzrə törətdiyi qərəzli xuliqanlıq hərəkətləri bir-birinin davamı kimi qəbul edilməli, CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsas ən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarix li Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İşdə olan 07 may 2019-cu il tarixli qərardan görünür ki, hazırki cinayət işindən cinayət qanuni ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş X19 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 228.2.1 və 228.4-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Eyni qərarla X6 CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 228.2.1, 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 312.2 və 318.2-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Bundan başqa həmin qərardan görünür ki, X17, X19, Məhkum1 və X13 Bakı şəhəri, Xətai rayonunda yerləşən “Qızıl bağ” adlı restoranda, həmçinin Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 50 saylı yaşayış binasının qarşısında mübahisə edərək dalaşmaları epizodu və işin digər xüsusatları üzrə CM-nin 206.4, 228.1, 228.4, 221.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 bir qrup şəxs halında odlu silahdan istifadə etməklə zərərçəkmiş şəxsin əmlakının zədələnməsi ilə müşahidə edilən qərəzli xuliqanlıq hərəkətləri etmələri məhkəmədə tədqiq olunmuş sübutlarla tam sübuta yetir. Bununla da, məhkəmə kollegi yası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 CM-nin 29,120.2.1, 29,120.2.4, 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs ci nayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 CM-nin 29,120.2.1, 29,120.2.4, 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından qeyd olunan maddələr ittihamdan xaric olunmalı, Məhkum1 CM-nin 221.3, 228.2.1,228.2.2 və 228.4-cü maddələri ilə və Məhkum2 CM-nin 221.3, 228.2.1,228.2.2, 228.4 və 229.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlləri törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağır laşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun özünün həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xususiyyətlərini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsinin hakimləri məhkəmənin hökm və ya qərarını ləğv etmək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam vermək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayə t Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair hissədə qismən ləğv edilsin. AR CM-in 29,120.2.1, 29,120.2.4, 29,120.2.7-ci maddələri ümumi ittihamdan xaric edilsin. Məhkum1 AR CM-in 221.3, 228.2.1, 228.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını Ümumi Rejimli Cəzaçəkmə Müəssisəsində cəksin. Məhkum2 AR CM-in 221.3, 228.2.1, 228.2.2, 228.4 və 229.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını Ümumi Rejimli Cəzaçəkmə Müəssisəsində cəksin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.