Məhkəmə qərarları › İş №1(102)-25/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-25/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-25/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçiləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Qəhrəmanov Zabil Köçəri oğlunun və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili İmanverdiyev Beytulla Dadaş oğlunun iştirakları ilə xx xxxx 1956-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsill i, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 150.3.3cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Gəncə şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən), E.İ.Rüstəmov və X.H.Səmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası na məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2021ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və S.B.Zərərçəkmiş şəxsov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, 16 dekabr 2019-cu ildə saat 14-15 radələrində, sərxoş vəziyyətdə, öz cinsi tələbatını və ehtirasını təmin etmək məqsədi ilə əvvəlcədən planlaşdırdığı, himayəsində azyaşlı oğlan uşağı olduğunu bildi yi, Samux şəhərində yaşayan qardaşı qızı X2 evinə qonaq gələrək, süfrəsində yemək-içmək olmadığı üçün mağazaya gedib yemək-içmək almağı bəhanə edib, onunla birlikdə mağazaya getmək istəyən atası Qanuni nümayəndə "sən getmə, mən özüm Zərərçəkmiş şəxslə gedib-gələcəm" deyə, onun atasını kənarlaşdırmaqla, vahid niyyətlə yəni, əvvəlcə evin həyətində ayaqqabısını geyinərkən, 2 dəfə sağ əli ilə azyaşlı, Zərərçəkmiş şəxs şalvarının üstündən arxa nahiyəsini sıxdıqdan sonra şalvarının altına əlini salaraq tərpənməyə qoymayıb arxa nahiyəsini qurdaladığı zaman evdən Zərərçəkmiş şəxsin anasının çıxdığını görüb, əlini onun şalvarından çıxartmış, daha sonra onunla birlikdə mağazaya gedib, araq və çörək aldıqdan sonra, Zərərçəkmiş şəxs uşaqların sevdiyi şirniyyatları - "Kinder" şokolad konfetini və manda rin meyvələrini almaqla şirnikdirib Zərərçəkmiş şəxsi ələ alaraq mağazadan çıxıb Samux şəhəri, A.Nəbiyev küçəsi ilə Zərərçəkmiş şəxs yaşadığı ünvana qayıdarkən onu avtomobil idarə etməyi öyrətmək bəhanəsi ilə aldadıb, idarə etdiyi “Mercedes Benz E230” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilində qucağında otuzdurub sinəsi ilə sükan arasında bərk sıxıb saxlamaqla ona zor tətbiq edərək müqavimətini qırmazdan əvvəl cinsiyyət üzvünü xaricə çıxarıb, Zərərçəkmiş şəxs qucağında otuzdurub avtomobili asta sürərək əvvəlcə sol əlini onun şalvarının altına salaraq anus dəliyini (arxa keçəcəyini) qurdalamış, sonra isə Zərərçəkmiş şəxs şalvarını aşağı salaraq öz cinsiyyət üzvünü onun anus dəliyinə (arxa keçəcəyinə) yeritmək üçün, təxminən 3-4 dəqiqə ərzində onunla qeyri-təbii yolla cinsi əl aqədə olmaq istəmiş, Zərərçəkmiş şəxs bir daha aldadıb, guya avtomobil sürməyi öyrənmək üçün hoppanıb-düşmək lazım olduğunu deyib onu hoppanıb-düşməyə məcbur etməklə öz cinsi ehtirasını təmin etmiş, bu zaman Zərərçəkmiş şəxs arxa nahiyəsinə nəyinsə dirəndiyini hiss etsə də, bunun əl barmaq və yaxud cinsiyyət üzvü olduğunu bilmədiyi və bədənində ağrı hiss etdiyi üçün onun qucağından çıxmaq istəsə də, Zərərçəkmiş şəxs avtomobilinin sükanına sıxaraq buna imkan verməmiş, evlərinin döngəsinə çatanda isə “bu barədə heç kimə, heç nə demə, mən sənə saat verəcəm deyə” onu yenidən ələ alıb susmağa məcbur etməklə Zərərçəkmiş şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilib ona zor tətbiq edərək onun müqavimətini sındırıb köməksiz vəziyyətindən istifadə etməklə cinsiyyət üzvünü onun anus dəliyinə (arxa keçəcəyinə) yeritmək istəyərkən ona sol sağrı nahiyəsində 0,5x0.5 sm. və 1x2 sm., anal dəlik nahiyəsində 1x1 sm. ölçülərində, qeyri-müəyyən formalı qançırlarından ibarət, sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa cəhd etməklə qəsdən aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və məhkum edilmiş şəxsin barəsində olan cinayət işinin xitam olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ona istinad olunan cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin ailə üzvləri ilə aralarında ədavət olmuş və zərərçəkmişin nənəsi ilə mübahisə etmişdir. Onların arasında münasibətlərin sərin olmasına baxmayaraq zərərçəkmiş şəxsin anası tərəfindən təqsirləndirilən şəxs qonaq çağırılır və qonaqlıq zamanı evdə heç bir tədarük görülmür. Təqsirləndirilən şəxs evdə heç nəyi, o cümlədən hətta çörəyin belə olmadığını görüb gedib mağazadan bir neçə ərzaq almışdır. Müdafiəçi hesab edir ki, həmin vaxt uşağın təqsirləndirilən şəxslə birlikdə göndərilməsi də qabaqcadan düşünülmüşdür. Həmçinin məhkəmə istintaqı zamanı veril ən ifadələr ziddiyyətlidir. Məhkəmə isə öz hökmünü fakta deyil, ehtimallara əsaslanmışdır. Ona görə də hesab edir ki, müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Müdafiəçinin fikrincə, ittiham tərəfinin Məhkum Zərərçəkmiş şəxs şirniyyat almaq və avtomaşın sürməyi vəd etməklə şirnikləndirməsi, həm də ona zor tətbiq etməsi kimi gəldiyi nəticələr biri digərini inkar edən nəticələrdir. Buna baxmayaraq məhkəmələr müdafiə tərəfinin qaldırdığı məsələlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçilər – Z.Qəhrəmanovun və B.İmanverdiyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Mə mmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanunili yi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahidlərin ifadələrinə, ekspert rəylərinə habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanun iliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə Məhkum əsassız olaraq CM-nin 150.3.3-cü maddəsi ilə məhkum edilməsi mübahisə edilir və onun barəsində olan cinayət işinin xitam edilməsi edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 150.1-ci maddəsində “Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi eyni əməllər təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə cinayət məsuliyyətini müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əmə linin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyas ı hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum özünü ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, iş materiallarında olan zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs və Qanuni nümayəndə, şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 2075 saylı rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 722 saylı rəyi, məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli, 80 saylı rəyi, məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 155 saylı rəyi, məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 159 saylı və xx.xx.2020-ci il tarixli, 94 saylı rəyləri və işin digər halları ilə tam sübuta yetirilir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhkumun törətdiyi əməlin - aşkar surətdə 14 yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə və onun köməksiz vəziyyətindən istifadə etməklə, təkrarən ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri kimi qiymətləndirilməsinin əsassız olmasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 150.3.3-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 150.3.3-cü maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ai ləsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-1 46-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar