Məhkəmə qərarları › İş №1(102)-25/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-25/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-25/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə xx xxxxx 1978-ci ildə Ağdam rayonunun Bağmanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı u şağı olan, "xxxx" MMC-nin tərkibində sosial işçi işləyən, məhkumluğu olmayan, Ağdam rayonunun Bağmanlar kəndində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşamış və hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 243.1 və 244.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmünə əsasən (hakim Mahir Niftəliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 243.1 və 244.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 243.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 244.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 24 may 2022-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), T.A.Muxtarov və E.İ.Xasməmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Hökmə əsasən Məh kum qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə 2021-ci ilin əvvəllərində istintaqla müəyyən edilə bilinməyən ay, gün və vaxtda yaşadığı Ağdam rayonu Quzanlı Köçkün qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki qeyri yaşayış sahəsini müştərilərin cinsi əlaqədə olması üçün yataq dəsti və digər məişət avadanlıqları ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün mühafizəsini təmin edib yararlı vəziyyətə gətirərək kişi müştərilərlə cinsi əlaqədə olma müqabilində əldə olunan pulun ailədə dolanışığın və maddi vəziyyətinin yüksəldəcəyini bildirib fahişəliklə məşğul olmağa meyl yaradaraq cəlb etdiyi arvadı X3 16 fevral 2022-ci il tarixdə saat 23 radələrində müştəri qismində seçdiyi X19 ilə yaşadığı həmin ünvanda yerləşən fahişəliklə məşğul olmaq üçün uyğunlaşdıraraq məişət avadanlığı, yata q dəsti ilə təchiz edərək mühafizəsini təşkil edib şərait yaratdığı qeyri yaşayış sahəsi olan yardımçı tikilidə təbii yolla cinsi əlaqədə olmasını təşkil edib həm cinsi əlaqədə olmağa, həm də yer təşkil etdiyinə görə sonuncudan ümumilikdə gəlir kimi 30 manat pul alıb qəsdən əxlaqsız yuvası təşkil edərək saxlamışdır. Bundan başqa, o, təkrarən, qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə 2021-ci ilin əvvəllərində istintaqla müəyyən edilə bilinməyən ay, gün və vaxtda yaşadığı Ağdam rayonu Quzanlı Köçkün qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki qeyriyaşayış sahəsini müştərilərin cinsi əlaqədə olması üçün yataq dəsti və digər məişət avadanlıqları ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün mühafizəsini təmin edib yararlı vəziyyətə gətirərək kişi müştərilərlə cinsi əlaqədə olma m üqabilində əldə olunan pulun ailədə dolanışığın və maddi vəziyyətinin yüksəldəcəyini bildirib fahişəliklə məşğul olmağa meyl yaradaraq cəlb etdiyi arvadı X3 2021-ci ilin yay fəslində istintaqa məlum olmayan müxtəlif ay, gün və vaxtlarda həmin dövrdə müştəri qismində seçdiyi X15 ilə yaşadığı həmin ünvanda yerləşən fahişəliklə məşğul olmaq üçün uyğunlaşdıraraq məişət avadanlığı, yataq dəsti ilə təchiz edərək mühafizəsini təşkil edib şərait yaratdığı qeyri yaşayış sahəsi olan yardımçı tikilidə təbii yolla cinsi əlaqədə olmasını təşkil edib həm cinsi əlaqədə olmağa, həmdə yer təşkil etdiyinə görə sonuncudan 25, 30, 35 manat olmaqla ümumilikdə gəlir kimi 90 manat pul alıb qəsdən əxlaqsız yuvası təşkil edərək saxlamışdır. Bundan başqa, o, qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə 2021-ci ilin əvvəllərində istintaqla müəyyən edilə bilinməyən ay, gün və vaxtda yaşadığı Ağdam rayonu Quzanlı Köçkün qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki qeyriyaşayış sahəsini müştərilərin cinsi əlaqədə olması üçün yataq dəsti və digər məişət avadanlıqları ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün mühafizəsini təmin edib yararlı vəziyyətə gətirərək kişi müştərilərlə cinsi əlaqədə olma müqabilində əldə olunan pulun ailədə dolanışığın və maddi vəziyyətinin yüksəldəcəyini bildirib fahişəliklə məşğul olmağa meyl yaradaraq cəlb etdiyi arvadı X3 24 iyul 2021-ci il tarixdə saat 23 radələrində müştəri qismində seçdiyi X7 ilə yaşadığı həmin ünvanda yerləşən fahişəliklə məşğul olmaq üçün uyğunlaşdıraraq məişət avadanlığı, yataq dəsti ilə təchiz edərək mühafizəsini təşkil edib şərait yaratdı ğı qeyri-yaşayış sahəsi olan yardımçı tikilidə təbii yolla cinsi əlaqədə olmasını təşkil edib həm cinsi əlaqədə olmağa, həm də yer təşkil etdiyinə görə sonuncudan ümumilikdə gəlir kimi 25 manat pul alıb qəsdən əxlaqsız yuvası təşkil edərək saxlamışdır. Bundan başqa, o, təkrarən, qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə 2021-ci ilin əvvəllərində istintaqla müəyyən edilə bilinməyən ay, gün və vaxtda yaşadığı Ağdam rayonu Quzanlı köçkün qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki qeyriyaşayış sahəsini müştərilərin cinsi əlaqədə olması üçün yataq dəsti və digər məişət avadanlıqları ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün mühafizəsini təmin edib yararlı vəziyyətə gətirərək kişi müştərilərlə cinsi əlaqədə olma müqabilində əldə olunan pulun ailədə dolanışığın və maddi vəziyy ətinin yüksəldəcəyini bildirib fahişəliklə məşğul olmağa meyl yaradaraq cəlb etdiyi arvadı X3 25 iyul 2021-ci il tarixdə saat 23 radələrində müştəri qismində seçdiyi X8 ilə yaşadığı həmin ünvanda yerləşən fahişəliklə məşğul olmaq üçün uyğunlaşdıraraq məişət avadanlığı, yataq dəsti ilə təchiz edərək mühafizəsini təşkil edib şərait yaratdığı qeyri yaşayış sahəsi olan yardımçı tikilidə təbii yolla cinsi əlaqədə olmasını təşkil edib həm cinsi əlaqədə olmağa, həmdə yer təşkil etdiyinə görə sonuncudan ümumilikdə gəlir kimi 25 manat pul alıb qəsdən əxlaqsız yuvası təşkil edərək saxlamışdır. Bundan başqa, o, təkrarən, qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə 2021-ci ilin əvvəllərində istintaqla müəyyən edilə bilinməyən ay, gün və vaxtda yaşadığı Ağdam rayonu Quzanlı Köçkün qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki qeyriyaşayış sahəsini müştərilərin cinsi əlaqədə olması üçün yataq dəsti və digər məişət avadanlıqları ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün mühafizəsini təmin edib yararlı vəziyyətə gətirərək kişi müştərilərlə cinsi əlaqədə olma müqabilində əldə olunan pulun ailədə dolanışığın və maddi vəziyyətinin yüksəldəcəyini bildirib fahişəliklə məşğul olmağa meyl yaradaraq cəlb etdiyi arvadı X3 20 may 2022-ci il tarixdə saat 22:10-da müştəri qismində seçdiyi X16 ilə 50 manat pul qarşılığında cinsi əlaqədə olmaları üçün yaşadığı həmin ünvanda yerləşən fahişəliklə məşğul olmaq üçün uyğunlaşdıraraq məişət avadanlığı, yataq dəsti ilə təchiz edərək mühafizəsini təşkil edib şərait yaratdığı qeyri yaşayış sahəsi olan yardımçı tikilidə əxlaqsız yuvası təşkil edərək saxlaması həmin tarix və vaxtda Ağdam rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmişdir. Bundan başqa, o, tamah niyyəti ilə gəlir əldə etmək məqsədi üçün 2021-ci ilin əvvəllərindən başlayaraq istintaqa məlum olmayan müxtəlif gün və vaxtlarda kişi müştərilərlə cinsi əlaqədə olma müqabilində əldə olunan pulun ailədə dolanışığın və maddi vəziyyətinin yüksəldəcəyini bildirib fahişəliklə məşğul olmağa meyl yaradaraq pul müqabilində müxtəlif şəxslərlə mütəmadi olaraq cinsi əlaqəyə girməyə razı saldığı arvadı X3 əxlaqsız yuvası kimi təşkil edərək saxladığı Ağdam rayonu Quzanlı köçkün qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki qeyri-yaşayış sahəsində müxtəlif şəxslərlə mükafat (pul) müqabilində mütəmadi olaraq, yəni 2021-ci ilin fevral ayının 16-da saat 23 radələrində müştəri qismində seçdiyi X19 ilə 30 manat müqabilində, 2021-ci ilin yay fəslində istintaqa məlum olmayan müxtəlif gün və vaxtlarda müştəri qismində seçdiyi X15 ilə 25, 30, 35 manat olmaqla ümumilikdə 90 manat məbləğində, 24 iyul 2021-ci il tarixdə saat 23 radələrində müştəri qismində seçdiyi X7 ilə 25 manat məbləğində, 25 iyul 2021-ci il tarixdə saat 23 radələrində müştəri qismində seçdiyi X8 ilə 25 manat məbləğində, X16 ilə 50 manat məbləğində pul müqabilində təbii yolla cinsi əlaqədə olmasını təşkil edib zərərçəkmiş şəxs Şahnaz Mehralıyevanı gəlir əldə etmək məqsədi ilə qəsdən fahişəliyə cəlb etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 20 22-ci tarixli qərarının ləğv olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ibtidai istintaq zamanı ona qarşı qanunsuz hərəkətlərə yol verilmiş və əsassız olaraq məhkum olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi A.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya prote stinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etmir. Həmin halların müəyyən edilməsi qanunla birinci və apel lyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayət-prosessual normaların tətbiqinin düzgünlüyünü yoxlayır. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələbinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əsassız olaraq məhkum edildiyi, barəsində qərəzli və haqsız qərarların qəbul edildiyi qeyd olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə görə “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinə görə “Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 244.2. Eyni əməllər: 244.2.1. təkrar törədildikdə; 244.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə— üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən hə min cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hall arından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı mad dələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni məhkumun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı madd əsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində təqsirli olması, zərərçəkmiş şəxs X1, şahidlər X16, X15, X7, X19, X8, X11, X9, X12, X22 və X4 ifadələri, cinayət işinin materiallarında olan üzləşdirmə protokolları, “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, 1 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol, istintaq zamanı xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Məhkum istifadəsində olan 050 989 42 78 saylı mobil nömrəyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol, habelə iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 234.1 və 244.2.1-ci m addələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirici hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmişdir. Be ləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsu biyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsas ən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar