Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-250/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, xx xxxxxxx 1978-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2. 5-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.Əliyev) X4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apel lyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), N.R.Mövsümov və V.C.Cəfərov) apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X7 ittiham olunmuşdur ona görə ki, o, özgənin əmlakını talama məqsədilə xx.xx.2018-ci il tarixdə saat 02 radələrində X5 Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində yerləşən "Aytən" marketində işıqların yanmadığını görüb, orada heç kəsin olmamasına əmin olaraq marketin qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə qıraraq, ora qanunsuz daxil olaraq marketdən 200 manatlıq “Cin”, 120 manatlıq “Sim”, 80 manatlıq “Nar” danışıq kartlarını, 2 blok "Vinston", 3 blok nazik "Kent 4", 3 blok qalın "Kent 4", 5 blok "Kent 8", 1 blok "Sobranya", 2 blok qalın "Sobraniya", 2 blok nazik "LD", 2 blok qalın "LD", 1 blok "Vinçester" siqaretlərini, 9 butulka 0.750 litrlik "Stoliçnaya" arağını, 5 kqlıq "Kalenka" yağını və saxlanc yeri hesab edilən kassadan 80 manat pulu gizli olaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1100 (bir min yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 21 radələrində X6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 455 A nömrəli evdə işıqların yanmadığını görüb heç kimin olmamasına əmin olaraq üstündə olan dəmir parçası ilə evin giriş qapısının qıfılını sındırıb qanunsuz olaraq həyətə girərək evin 2-ci mərtəbəsinin plastik pəncərəsini sıxıb açmaq la mənzilə daxil olaraq oradan Türkiyə istehsalı olan bir topu, yəni 100 metrinin qiyməti 65 manat olan 03 topa 6 mm-lik elektrik naqilinin ümumi miqdarı 300 metr, bir ədədin qiyməti 0.65 manat, ümumi qiyməti 195 manat, Türkiyə istehsalı olan bir topu, yəni 100 metrinin qiyməti 32 manat olan 2 topa 4 mm-lik elektrik naqilinin ümumi miqdarı 200 metr, bir ədədinin qiyməti 0.45 manat, ümumi qiyməti 90 manat, Türkiyə istehsalı olan bir topu, yəni 100 metrinin qiyməti 25 manat olan 2 mm-lik 01 topa elektrik naqilinin ümumi miqdarı 100 metr, bir ədədinin qiyməti 0.25 manat, ümumi qiyməti 25 manat, 06 ədəd bir ədədi 5 manat olan 30 manat dəyərində spotun ümumi miqdarı 6 ədəd, bir ədədinin qiyməti 5 manat, ümumi qiyməti 30 manat, Türkiyə istehsalı olan 20 manat dəyərində 03 ədəd rozetkanı və 02 əd əd elektrik açarının ümumi miqdarı dəst aydın deyil, 66 manat dəyərində 01 ədəd Ukrayna istehsalı olan işlənmiş «Kzubr» markalı laqondanın İ ədədi 35 manat, ümumi miqdarı 35 manat, 40 manat dəyərində 01 ədəd “Bosch” markalı drelin 1 ədədi 25 manat, ümumi dəyəri 25 manat, 4 manat dəyərində 01 ədəd çəkicin ümumi miqdarı 2 manat, ümumi miqdarı 2 manat, 5 manat dəyərində, 01 ədəd taxta kəsən mişar 2 manat, 7 manat dəyərində 01 ədəd balta, zərərçəkmiş Xə ümumilikdə 427 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını talama məqsədilə xx xxxx 2018-cı il tarixdə saat 23 radələrində X2 məxsus Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində yerləşən fərdi yaşayış evində işığın yanmadığını görüb, heç kəsin olmamasına əmin olaraq hasarı aşıb yaşayış evinin həyətinə girdikdən sonra evin plastik pəncərəsini əhatə edən dəmir çərçivəni özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb, pəncərəni isə sıxıb açma yolu ilə qanunsuz evə daxil olaraq evdən 40 manat dəyərində elektrik samovarını, 90 manat dəyərində "Nikai"' markalı ətçəkən aləti, 280 manat dəyərində qaşıq-bıçaq dəstini, 30 manat dəyərində "Tefal" markalı ütünü, içində 20 ədəd çay qaşığı olan 10 manat dəyərində 1 ədəd qaşıq dəstini, içində 20 ədəd yemək qaşığı olan 15 manat dəyərində 1 ədəd yemək qaşıq dəstini, 7 manat dəyərində elektrik milçək tutan alətini, 14 manat dəyərində 2 ədəd dəsmalı, 3 manat dəyərində çay dəsmalını, 20 manat dəyərində 2 qutu çayı gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş X2 479 (dörd yüz yetmiş doqquz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan ba şqa, o, təkrarən, özgənin əmlakını talama məqsədilə istintaqla müəyyən edilməmiş X2 adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx.xx.2018-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhər Yaşıl dərə bağlar massivi, fərdi bağ evində yaşayan Zərərçəkmiş şəxs4 fərdi evinin qarşısına gəlib, müşahidə apardıqdan sonra evdə heç kəsin olmamasına əmin olaraq aralarında əvvəlcədən yaranmış razılaşmaya əsasən o, kənar şəxslərin gəlməsi barədə xəbər verməsindən ötrü küçədə gözləmiş, X2 isə yaşayış evinin həyətinə, oradan isə evin birinci mərtəbəsindəki plastik materialdan hazırlanmış pəncərədən evə qanunsuz daxil olub, yataq otağında olan saxlanc yeri hesab edilən dolabın siyirməsindən 300 manat dəyərində 6 qram çəkidə olan, 583 əyarlı kişi üzüyü, 280 manat dəyərində 4 qram çəkidə ola n 750 əyarlı qadın üzüyü, 350 manat dəyərində 5 qram çəkidə olan 750 əyarlı qadın üzüyü və digər otaqda olan dolabın siyirməsindən 50 manat pulu gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 980 (doqquz yüz səksən) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını talamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, bağlar massivi ərazisində yerləşən bağ evinin yaxınlığından keçərkən evdə heç kəsin olmamasına əmin olduqdan sonra evin həyətinə daxil olaraq yerdən götürdüyü dəmir parçası ilə mətbəxin plastik pəncərəsini sıxıb açmaq yolu ilə ora qanunsuz daxil olub hər bir metrinin qiyməti 2 manat olmaqla 400 manat dəyərində 200 metr elektrik naqillərini, 77 0 manat dəyərində işıq tıxac yuvalarını və 100 manat dəyərində hamam aksesuarı olan duş aparatını oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1270 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən "Cavid" ticarət mərkəzinin yaxınlığında yerləşən dayanacaqdan 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin daşıma avtobusuna minmiş, avtobusda heç kəsin onu görməməsinə əmin olduqdan sonra əlini sərnişin Zərərçəkmiş şəxs3 əynindəki şalvarın arxa sağ cibinə salıb, sonuncunun cibindəki üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan bir ədəd 280 (iki yüz səksən) manat dəyərində "LG stylys-K" markalı mobil telef onu çıxarmaqla gizli yolla talayıb, Zərərçəkmiş şəxs3 cəmi 284 (iki yüz səksən dörd) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Qurd dairəsi, yaşayış massivi, 3413 B saylı bağ evinin daş hasarını aşaraq evin həyətyanı sahəsindən ümumilikdə 450 manat dəyərində 50 metr uzunluğunda dəmir boruları, metal hissələri oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1a 450 (dörd yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayə t işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, X ona verilmiş ittihamlar üzrə həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı etiraf edici ifadələr verməsinə baxmayaraq, məhkəmələr işin bu halına heç bir əhəmiyyət verməyərək, Xi bütün epizodlar üzrə təqsirsiz hesab etmişlər. Bu zaman məhkəmələr əsasən Xin məhkəmə baxışının əvvəlində etiraf edici ifadələrindən imtina edib həmin cinayətləri törətmədiyini, cinayət işində qeyd olunan ünvanları və sahiblərini tanımadığını bildirməsinə əsaslanmışlar. X həmin ifadələrində bildirmişdir ki, polis orqanlarında ona qarşı edilən təzyiqlərə dözməyərək etmədiyi cinayətləri boynuna almışdır. Dövlət ittihamçısı həmçinin qeyd edir ki, X əvvəllər dəfələrlə məhkum edilmiş şə xs olmaqla sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə 18 ünvandan oğurluq etdiyinə görə məhkum olunmuşdur. Belə olan halda, dövlət ittihamçısının fikrincə, müxtəlif ünvanlardan oğurluq edən şəxsin həmin ünvanları və onların sahiblərini tanımaması təbii bir haldır. Məhkəmələr nəzərə almamışlar ki, ibtidai istintaq zamanı X ibtidai istintaq zamanı həbsdə və ya ev dustaqlığında olmamış, onun edilən təzyiqlər barədə şikayət etmək imkanları olmuş, lakin heç bir şikayət etməmişdir. Protest müəllifi məhkəmələrin təqsirləndirilən şəxs Xin müdafiə hüquqlarının real təmin olunmaması barədə gəldiyi nəticəni də əsassız hesab edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr t ərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Protest müəllifi qeyd edir ki, Xin əməlində ittiham edildiyi oğurluq cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarılmışdır. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imka nının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əs asən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Xə bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, X7 7 (yeddi) nəfər şəxsin əmlaklarının gizli yolla oğurlanmasında ittiham olunur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə X xx.xx.2018-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhər Yaşıl dərə bağlar massivi, fərdi bağ evində yaşayan Zərərçəkmiş şəxs4 fərdi evinin qarşısına gəlib, müşahidə apardıqdan sonra evdə heç kəsin olmamasına əmin olaraq aralarında əvvəlcədən yaranmış razılaşmaya əsasən o, kənar şəxslərin gəlməsi barədə xəbər verməsindən ötrü küçədə gözləmiş, cinayət əlaqəsinə gir diyi X2 adlı şəxs isə yaşayış evinin həyətinə, oradan isə evin birinci mərtəbəsindəki plastik materialdan hazırlanmış pəncərədən evə qanunsuz daxil olub Zərərçəkmiş şəxs4 cəmi 980 manat dəyərində əmlaklarını oğurlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə X həmin gün, yəni xx.xx.2018-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən "Cavid" ticarət mərkəzinin yaxınlığında yerləşən dayanacaqdan 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin daşıma avtobusuna minmiş, avtobusda heç kəsin onu görməməsinə əmin olduqdan sonra əlini sərnişin Zərərçəkmiş şəxs3 əynindəki şalvarın arxa sağ cibinə salıb, sonuncunun cibindəki üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan bir ədəd 280 (iki yüz səksən) manat dəyərində "LG s tylys-K" markalı mobil telefonu çıxarmaqla gizli yolla talayıb, Zərərçəkmiş şəxs3 cəmi 284 (iki yüz səksən dörd) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Göründüyü kimi, X2 istintaq orqanı tərəfindən eyni gündə təxminən eyni vaxtda Sumqayıt şəhərinin müxtəlif yerlərində baş vermiş oğurluqlara görə ittiham olunur. İş materiallarında X13 adlı şəxslə birlikdə xx.xx.2018-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhər Yaşıl dərə bağlar massivi, fərdi bağ evində yaşayan Zərərçəkmiş şəxs4 fərdi evinin qarşısına gəlib onun əmlakının oğurlamaları üçün müşahidələr aparmaları qeyd edilsə də, cinayəti nə vaxt başa çatdırmaları qeyd edilməmişdir. Həmin cinayətin başa çatdırılmasından sonra Xin şəhərin başqa bir yerində yenidən cinayət törətmək qərarına gəlməsini və onu həyata keçirməsini təs diq edən mötəbər sübutlar iş materiallarında yoxdur. X həmçinin xx.xx.2018-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Qurd dairəsi, yaşayış massivi, 3413 B saylı bağ evinin daş hasarını aşaraq evin həyətyanı sahəsindən ümumilikdə 450 manat məbləğində zərər vurulmaqla oğurluq etməkdə ittiham olunur. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-4496/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək həmin gün saat 10:00-da inzibati qaydada həbs edilmiş və həmin cinayət hadisəsinin törədildiyi vaxt həbsdə olmuşdur. Belə olan halda, X10 Əliyevin bağ evinə daxil olmaqla əmlakını oğurlaması istisna olunur. Məhkəmə kollegiyası qeyd edir ki, X2 ittihamına daxil olan digər cinayətləri törətməsinə dair də iş materiallarında mötəbər sübutlar yoxdur. İbtidai araşdırma orqanı yalnız X2 inzibati qaydada həbs edildikdən sonra verdiyi etiraf edici ifadələri əsas götürərək həmin cinayətlərin X tərəfindən törədilməsi nəticəsinə gəlmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin ittiham olunduğu epizodlardan biri üzrə hadisə baş verərkən o, inzibati qaydada həbsdə olmuşdur. Bu isə həmin epizod üzrə onun təqsirliliyini istisna edir. Digər epizodlar üzrə isə əvvəllər başlanmış cinayət işləri üzrə dayandırılmış icraat Xin Sumqayıt şəhər Məhkəməsinin 3(060)-5747/2018, xx.xx.2018-ci il tarixli qərarı ilə inzibati həbsdə olduğu vaxt təzələnmiş, o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və inzibati həbs müddəti başa çatana qədər istintaq tamamlanmışdır. Həmin epizodlar üzrə Xin təqsirləndirilməsi yalnız onun ifadəsinə əsaslanmaqla, digər hər hansı mötəbər sübut ilə təsdiq edilmir. Cinayət Prosessual Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bununla əlaqədar kollegiya qeyd edir ki, Xin ittiham olunduğu epizodlar üzrə təqsirliliyi yalnız onun ifadəsinə əsaslanmış, digər hər hansı əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmir. Məhkəmə araşdırılması zamanı da təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ittihamı qəbul etməmişdir. İş materiallarından görünür ki, Xin ittiham olunduğu epizodlar üzrə isə onun həmin cinayətləri etiraf etməsinə dair ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa digər hər hansı sübut mövcud deyildir. "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təqsirlilik məsələsi həll olunarkən iş üzrə hər hansı bir şübhəyə yer qoymada n işin bütün halları tədqiq edilməli, qanuni və əsaslı yekun nəticəyə gəlinməsi üçün cinayət işi üzrə həqiqət müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışlarında toplanmış sübutlar hərtərəfli, tam və obyektiv olaraq tədqiq olunmaqla, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsasslı hesab edir və həmin sübutların təkrar şərh olunmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ittiham tərəfi X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməli törətməsində təqsirli olması nı təsdiq edən mötəbər, əsaslı, şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. CPM-nin 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 1 2.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Xin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassa siya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. X7 barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-250/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-250/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver