Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-250/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxxxx 1984-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2008 və 2010-cu il təvəllüdlü uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan, hal-hazırda h əbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli 1(103)1655/2023 nömrəli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Şükürov Elxan Şükür oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2023-ci il tarixli 1(101)-957/2023 nömrəli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və L.S.ƏsgərovaMəmmədova) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 20 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli 1(103)-1655/2023 nömrəli qərarı ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.E.Rəhimov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 1(101)-957/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə ai d olmayan güclü təsir edən maddəni əldə edib daşıyaraq üzərində və yaşadığı evində saxlamışdır. Belə ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici maddəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “X10” adlı Türkiyə Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2022-ci ilin oktyabr ayının əvvəllərində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Xətai rayonununda yerləşən Həzi Aslanov metrostansiyasının yaxınlığında gizlədilmiş külli miqdarda 37,289 qram çəkidə narkotik vasitə olan kokaini, külli miqdarda 2,2 qram çəkidə na rkotik vasitə olan metadonu, 344,177 qram narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda 21,698 qram çəkidə psixotrop maddə olan MDMA (metilendioksimetafetamin, ekstazi), eləcədə külli miqdarda 31,950 qram narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalini əldə edib daşıyaraq, bükümlərə yerləşdirməklə bir hissəsini üzərində, digər hissəsini yaşadığı evində saxlamış, 20 oktyabr 2022-ci il tarixdə saat 21:20-də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” bazarının yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən DİN-in BNMİ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki pencəyin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 48,620 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd blisterdə ümumilikdə 20 ədəd qəhvəyimtil-boz rəngli tabletlərin tərkibində ümumilikdə 0,8 qram narkotik vasitə metadon aşkar edilərək götürüldükdən sonra xx.xx.2022-ci il tarixdə saat 00:45-də yaşadığı Bakı şəhəri, ünvan 2 baxış keçirilən zaman evin zirzəmisində qara rəngli çantanın içərisindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 35,837 qram, 0,458 qram, 0,994 qram ümumi təmiz çəkisi 37,289 qram ağ rəngli tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə kokain, üzərlərində “Methadone 40 Faran” yazıları olan 04 ədəd blisterdə ümu milikdə 35 ədəd qəhvəyimtil-boz rəngli tabletlərin tərkibində ümumilikdə 1,4 qram narkotik vasitə metadon, üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 235,0 qram, həmin bağlamada 01 ədəd göy rəngli sellofan bağlamada 04 ədəd skoçla bağlanmış salfet kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 50,181 qram, 4,251 qram, 1,961 qram, 2,224 qram, 1,940 qram ümumi təmiz çəkisi 295,557 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 8,505 qram, 13,242 qram, ümumi çəkiləri 21,747 qram açıq qəhvəyi rəngli həb qırıntılarından və tozlarından ibarət olan eyni tərkibli kütlələrin tərkibində ümumilikdə 10,874 qram külli miqdarda psixotrop maddə MDMA (m etilendioksimetafetamin, ekstazi), 01 ədəd bükümdə 88 ədəd çəhrayı rəngli həblərin tərkibində ümumilikdə 10,824 qram külli miqdarda psixotrop maddə MDMA (metilendioksimetafetamin, ekstazi), üzərlərində “Pregabalin 150” yazıları olan 10 ədəd blisterdə ümumilikdə 151 ədəd göy/narıncı rəngli dərman kapsullarının və üzərlərində “Alyse 150” yazıları olan 05 ədəd blisterdə ümumilikdə 62 ədəd ağ rəngli dərman kapsullarının tərkibində ümumilikdə 31,950 qram külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən apelyasiya instansiyası məhkəməsində baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı təqsirləndirilən şəxsin əməlinin tövsifi və ona cəza təyini hissəsində əsassız və qanunsuzdur, aşağı instansiya məhkəmələri həmin iş üzrə nəticəyə gələrkən məhkəmədə tədqiq olunmuş sübutlara deyil, ibtidai istintaqın ilkin mərhələsində toplanılanları əsas götürmüşdür. Belə ki, təqsirləndirilən şəxs Məhkum 9 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsində qeyd edilən «...narkotik vasitələri X10 adlı şəxsin göstərişi əsasında təyin olunmuş yerlərə atmaq qarşılığında 2000 manat pul verəcəyi...» hissəsinə dair münasibət bildirərək göstərmişdir ki, həmin məzmunda izahatı öz fərziyyəsinə əsasən günahı X10 adlı şəxsin üzərinə yıxmaq istəməsi ilə əsaslandırmaqla inkar etmişdir. Müstəntiq qeyd edilən sonuncu ifadəni vəsatət kimi qəbul edərək, özünün 09 fevral 2023-cü il tarixli qərarı ilə rədd etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin öz ilkin izahat və ifadəsində uydurduğu və sonradan yenə özünün inkar etdiyi «...narkotik vasitələri X10 adlı şəxsin göstərişi əsasında təyin olunmuş yerlərə atmaq qarşılığında 2000 manat pul verəcəyi...» kimi bir qondarma və iş materialları ilə başqa heç bir formada təsdiqlənməyən bir hissə ilə ona əsassız və qanunsuz bu qədər ağır ittiham verilmişdir. Cinayət işi materialları ilə X10 adlı şəxsin olması müəyyən edilməmiş, mövcud olmayan mücərrəd bir şəxsin təqsirləndirilən şəxsə narkotik vasitələri göstərişi əsasında təyin olunmuş yerlərə atmaq qarşılığında 2000 manat pul verəcəyi əsası həqiqət kimi götürülərək ona narkotik vasitələri satma ittihamı verilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilən ifadədəki xüsusatı, yəni X10 adlı şəxsin təqsirləndirilən şəxsə narkotik vasitələri göstərişi əsasında təyin olunmuş yerlərə atmaq qarşılığında 2000 manat pul verəcəyini təsdiq edən heç bir sübut mövcud deyildir. Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 6659 saylı rəyindən müəyyən olunur ki, Məhkum kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkom aniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs yalnız yüngül tərkibli narkotik vasitələr qəbul edən olmuşdur. Onun narkotik vasitə satışı ilə ittiham edilməsi tamamilə qanunsuzdur. Müdafiəçi həmçinin hesab edir ki, Məhkum təyin edilən cəza da ədalətsiz olmaqla onun şəxsiyyətinə, ittiham olunduğu cinayətin ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil və ağırdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə koll egiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məh kum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfind
Məhkəmə qərarları › İş №1(102)-250/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-250/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver