Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2501/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 may tarixli, 1(104)-260/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Goranboy Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(045)-6/2024 nömrəli (X4) hökmü ilə, xx xxxx 1981 -ci il tarixdə Şuşa rayonunun Xanlıqpəyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şuşa rayonu, Xanlıqpəyə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi, 1 saylı yataqxanada yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq qəti olaraq ona 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni 13 fevral 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin maddi sübutların taleyi məsələsi həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti vermişd ir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Nural Əliyevdən ibarət tərkibdə) 2024-cü il 21 may tarixli, 1(104)-260/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 avqust 2023-cü il tarixdə gecə saat 3 radələrində Goranboy rayonu Boluslu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə yol tərəfdən quraşdırılmış dəmir materialdan olan paslanmış qapını əli ilə açıb qanunsuz daxil olaraq tövlənin yan tərəfində kənarları hasara alınaraq quraşdırılmış saxlanc yeri hesab edil ən xalxala qanunsuz daxil olub hər birinin dəyəri 250 manat diri çəkisi 50 kiloqram olan 19 baş dişi cinsli qoyunu, hər birinin dəyəri 165 manat diri çəkisi 30 kiloqram olan 11 baş erkək cinsli qoyunu, hər birinin dəyəri 175 manat olan diri çəkisi 25 kiloqram 2 baş dişi cinsli quzunu və hər birinin dəyəri 162 manat 50 qəpik olan diri çəkisi 25 kiloqram 3 baş erkək cinsli quzunu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 7402 manat 50 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, övladlarından biri hal hazırda hərbi xidmətdədir, digəri isə ürək damar xəstəliyindən əziyyət çəkir. Ahıl yaşda olan valideynləri var və onlar da xəstə liklərdən əziyyət çəkir. Ailənin maddi durumu yalnız ondan aşlıdır. Bundan başqa o qeyd etmişdir ki, ona qarşı zərərçəkmiş şəxsin şikayəti, tələbi yoxdur. Məhkum göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 may tarixli, 1(104)-260/2024 nömrəli qərarının dəyişdirilmədini və ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024- cü il 21 may tarixli, 1(104)-260/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apelly asiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməs i məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanı mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi nin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə a raşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məh kəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirməsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkumun cinayət əməli iş üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmiş və onun cinayət əməli CM-in mübafiq maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, məhkumun əməlində cinayətlərin residivi mövcuddur və məhkuma birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilindiyi maddə ilə CM-in 65.1 və 65.2-ci maddələrinin tələbləri qaydasında 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Göründüyü kimi, məhkuma cəza cinayətlərin residivi nəzərə alınmaqla, Qanunun mümkün hesab etdiyi ən aşağı həddə təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi, eləcə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsin i rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 may tarixli, 1(104)-260/2024 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2501/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2501/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver