Məhkəmə qərarları › İş №1(102)-2501/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2501/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2501/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Müdafiəçi4 iştirakları ilə, İmişli Rayon Məhkəməsinin 5 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum b arəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 5 sentyabr 2024-cü il tarixli 1(036)-43/2024 nömrəli (hakim: Mahmud Orxan Əlövsət oğlunun sədrliyi) hökmü ilə xx xxxx 2006-cı il tarixdə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, xxx yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun CM-in 152.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 152.2-ci maddəsi ilə 3 (üç) il m üddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CMin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsas ən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Həşimov Yaşar Xanoğlan oğlu (sədrliyi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) 20 noyabr 2024-cü il tarixli 1(106)958/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 5 sentyabr 2024-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarından Məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, 2022-ci ilin oktyabr ayının ortalarında saat 16 radələrində kirayə əsasında yaşa dığı xxx ünvanında yerləşən evin qonaq otağında cinsi ehtirasını təmin etmək məqsədilə xx xxxxx 2009-cu il təvəllüdlü olmaqla on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa o, 26 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində kirayə əsasında yaşadığı xxx ünvanında yerləşən mənzildə cinsi ehtirasını təmin etmək məqsədilə xx xxxxx 2009-cu il təvəllüdlü olmaqla on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. İttiham aktınd an və hökmdən görünür ki, təqsirləndirilən şəxs Məhkum 2022-ci ilin oktyabr ayının ortalarında saat 16 radələrində kirayə əsasında yaşadığı xxx ünvanında yerləşən evin qonaq otağında cinsi ehtirasını təmin etmək məqsədilə xx xxxxx 2009-cu il təvəllüdlü olmaqla on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa o, 26 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində kirayə əsasında yaşadığı xxx ünvanında yerləşən mənzildə cinsi ehtirasını təmin etmək məqsədilə xx xxxxx 2009-cu il təvəllüdlü olmaqla on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli CM-in 152.1-ci maddəsi ilə cinayət işi b aşlandıqdan sonra yuxarıda qeyd olunan əməli CM-in 152.2-ci maddəsinə tövsif edilməli idi. İttiham aktından və hökmdən görünür ki, məhkum edilmiş şəxsin Məhkum cinayət işi üzrə bir zərərçəkmiş şəxsi olduğuna görə eyni əməli zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı etdiyinə görə artıq CM-in 152.1-ci maddəsi ilə deyil, 152.2-ci maddəsi ilə cinayət əməlinə cəlb edilməlidir və CM-in 152.2-ci maddənin sanksiyası CM-in 152.1-ci maddəsini də əhatə edir. Həmçinin Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyini üçün əsaslar yoxdur və onun minimum həddə yaxın müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah olunması mümkündür. Müdafiə tərəfi təqsirləndirilən şəxsin törətdiyi əməli (təqsirini) etiraf edərək peşmançılıq hissi keç irməsini, əvvəllər məhkum olunmamasını, hadisə törətdiyi zaman 16 yaşı tamam lakin yetkinlik yaşına çatmamasını, hazırda gənc olmasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Odur ki, CM-in 152.1-ci maddəsinin CM-in 152.2-ci maddəsi ilə əhatə olduğunu nəzərə alaraq hökmdən CM-in 152.1-ci maddəsinin xaric olunması və Məhkum zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışığın və digər yüngülləşdirici halların olduğu, məhkum edilmiş şəxs tərəfindən cinayət əməli törədilən zaman yetkinlik yaşına çatmadığı nəzərə alınaraq CM-in 152.2-ci maddəsinin sanksiyasının yuxarı həddinin 3/1 hissəsindən çox olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi4 çıxış edərək, məhkumun barəsində eyni maddə və eyni epizod üzrə CM-in iki mad dəsinin tətbiq olunduğunu, lakin CM-in 152.2-ci maddəsinin həmin Məcəllənin 152.1-ci maddəsini də əhatə etdiyini, məhkumun zərərçəkmiş şəxslə barışdığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkə məsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaq la yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin düzgün tövsif edilmədiyi, əməlin yalnız CM-in 152.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 152.1 və 152.2-ci maddələri ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, o cümlədən barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsiz liyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əm əlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyy ənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetmə yə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci mad dəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhk əməsinin qərarından görünür ki, Məhkum verilmiş on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, həmçinin eyni əməlləri on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törətməklə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkə mə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 152.1 və 152.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutl arın mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, müdafiə tərəfi Məhkum verilmiş ittihama münasibətdə CM-in 152.1-ci maddəsinin CM-in 152.2-ci maddəsi ilə əhatə olunması s əbəbindən CM-in 152.1-ci maddəsinin xaric edilməli olduğu, yəni həmin maddənin dispozisiyasında göstərilmiş olan on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyi, əsassız və qanunsuz olaraq əməlinin həm də həmin maddə ilə tövsif edildiyi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktlar müəyyən edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdu dlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanun un tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Müdafiə tərəfdən CM-in 152.1-ci maddəsi ilə verilmiş hüquqi tövsifin, əməli əhatə edən CM-in 152.2-ci maddəsinin tətbiqi fonunda cinayət hüquqi əhəmiyyətini itirdiyi və buna görə də 152.1-ci maddənin ittihamdan xaric edilməli olduğu barədə dəlillər irəli sürülmüşdür. Lakin bu mövqe cinayət hüququnun maddi hüquq normalarının tələ blərinə, habelə işin faktiki hallarına uyğun gəlmədiyindən əsassız hesab olunur. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs zərərçəkmişlə cinsi əlaqədə olma cinayət əməlini ilk dəfə zərərçəkmiş şəxsin 13 yaşı olduğu dövrdə törətmişdir. CM-in 152.1-ci maddəsinə əsasən, 14 yaşına çatmamış şəxslə könüllü cinsi əlaqədə olma müstəqil cinayət tərkibi təşkil edir və bu tərkibdə yaş həddi cinayətin obyektiv tərəfinin məcburi əlaməti kimi müəyyən edilmişdir. Bu yaş həddi zərərçəkmişin razılıq vermək qabiliyyəti ilə bağlı istisna tanımır və belə əməl yetkinlik yaşı nəzərə alınmaqla ayrıca tipik təhlükəlilik dərəcəsi daşıyır. Sonrakı epizodun isə zərərçəkmiş şəxsin 14 yaşı tamam olduqdan sonra, yəni bir il sonra baş verməsi müəyyən edilmişdir. Bu halda artıq zərərçəkmiş şəxs 14 yaşı na çatdığından əməl CM-in 152.2-ci maddəsi ilə, yəni yetkinlik yaşına çatmamış şəxslə könüllü cinsi əlaqədə olma ilə tövsif olunur. Qanunverici burada 14–18 yaş dövrünü ayrıca cinayət tərkibi kimi nəzərdə tutmuş və bu tərkib də xüsusi müdafiə obyektinə – yetkinlik yaşına çatmamış şəxslərin cinsi toxunulmazlığına yönəlmişdir. Qeyd edilməlidir ki, müxtəlif yaş hədlərinə uyğun ayrı-ayrı cinayət tərkiblərinin mövcudluğu, eyni şəxslə təkrarlanan cinsi əlaqə hallarının epizodlara bölünməsini və hər epizodun törədildiyi zaman tətbiq olunan normaya görə müstəqil tövsif edilməsini tələb edir. Cinayət hüququnda zaman prinsipi (lex temporis delicti) və cinayət tərkibinin obyektiv əlamətlərinin dəyişməsi eyni davranışın fərqli hüquqi qiymətləndirilməsini zəruri edir. Bu baxımdan, təqsirləndirilən şəxs in hər iki epizodu eyni maddə ilə deyil, törədildiyi dövrdə zərərçəkmişin yaşı nəzərə alınmaqla iki müxtəlif maddə üzrə qiymətləndirilməlidir. Müdafiənin iddiası – guya 152.2-ci maddənin daha ağır cəza nəzərdə tutduğu üçün 152.1-ci maddənin “əhatə olunduğu” – cinayət hüququnun tərkiblərin rəqabəti qaydalarına da uyğun gəlmir. Burada ideal və ya real rəqabət mövcud deyil; çünki söhbət eyni vaxtda və eyni fakt üzərində iki maddənin tətbiqindən yox, fərqli vaxtlarda baş vermiş iki ayrı cinayət əməlindən gedir. Bu səbəbdən tərkiblərin rəqabəti məsələsi yaranmır və 152.1-ci maddənin “absorbsiyası” hüquqi əsasa malik deyil. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi əməllər zərərçəkmiş şəxsin müxtəlif yaş dövrlərində baş verdiyindən, qanunun tələblərinə uyğun olaraq CM-in 152.1-ci və 152.2-ci maddələri ilə ayrı-ayrılıqda düzgün tövsif edilmişdir. Müdafiə tərəfinin həmin maddələrdən birinin ittihamdan xaric edilməsi barədə irəli sürdüyü dəlillər cinayət qanununun tətbiqi qaydaları ilə uyğunlaşmadığından əsassız hesab edilir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 152.1 və 152.2-ci maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum, ona hökm ilə istinad edilən (apellyasiya instansiyası mə hkəməsinin də razılaşdığı) cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfdən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası şikay ətinin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Müdafiə tərəfdən verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azə rbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 152.1 və 152.2-ci maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Müdafiəçi vermiş olduğu kassasiya şikayətində həmçinin, məhkuma təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyi nin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tə tbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (əməli səmimi etiraf etməsi, əməlindən peşman olması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, Cin ayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinin sanksiyasının hədləri daxilində kifayət qədər ədalətli cəza təyin edilmişdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Müdafiə tərəfinin kassasiya şikayətində irəli sürdüyü digər əsas dəlil cəzanın guya ağır təyin edilməsi və bu baxımdan CM-in 60-cı maddəsinin tətbiq edilməli olması barədədir. Lakin kassasiya şikayətində göstərilən bu arqument də qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun olmadığından əsassız hesab olunur. İlkin olaraq vurğulanmalıdır ki, məhkumun yetkinlik yaşına çatmaması və onun barəsində cəza təyin edilərkən CM-in 82-ci maddəsində nəzərdə tutulan xüsusi qaydalar məhkəmə tərəfindən nəzərə alınmışdır. Yetkinlik yaşına çatmayanların cəzalandırılmasında cəzanın məqsədi, qanunun tələbinə görə, həm tərbiyələndirici təsir göstərilməsi, həm də yenidən cinayət törətməsinin qarşısının alınmasıdır. Bu məqsədlər cəzanın növü və miqdarının seçilməsində tam təmin edilmişdir. Məhkumun əməli səmimi etiraf etməsi, əməlindən peşmançılıq çəkməsi, eləcə də zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələb irəli sürməməsi məhkəmə tərəfindən CM-in 59-cu maddəsinə uyğun olaraq yüngülləşdirici hallar kimi nəzərə alınmışdır. Bununla yanaşı, iş üzrə ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanın növü və ölçüsünü müəyyən edərkən həm bu yüngülləşdirici halları, həm də məhkumun yetkinlik yaşına çatmamasını nəzərə almış və nəticə etibarilə cəza qanun çərçivəsində minimuma yaxın ədalətli həddə müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə: CM-in 152.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 152.2-ci maddəsi ilə isə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd edilməlidir ki, CM-in müvafiq maddələrinin sa nksiyaları aşağıdakı kimidir: CM-in 152.1-ci maddəsi üzrə: bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə; CMin 152.2-ci maddəsi üzrə: üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə. Beləliklə, məhkuma təyin edilmiş cəzalar hər iki maddə üzrə qanunun nəzərdə tutduğu sanksiya çərçivəsinin tam minimum hədləri olan 1 il və 3 il təşkil edir. Bundan əlavə, məhkuma təyin olunmuş cəzaların miqdarı göstərilən maddələrin sanksiyaları daxilində minimum hədlərdən təyin edildiyindən, cəzanın artıq “ağır” hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Bu isə bir daha sübut edir ki, məhkəmə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını, şəxsiyyətini və mövcud yüngülləşdirici hallarını nəzərə alaraq cəzanı qanun tərəfindən mümkün olan ən yüngül hədlərdə müəyyən etmişdir. Beləliklə, məh kumun yetkinlik yaşına çatması nəzərə alınmaqla, ona təyin edilmiş cəza qanunvericiliyin tələblərinə tam uyğun, cəzanın məqsədlərinə cavab verən, yüngülləşdirici hallar nəzərə alınmaqla ədalətli müəyyən olunmuşdur. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiə tərəfinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 5 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar