Məhkəmə qərarları › İş №1(102)-2503/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2503/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2503/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, 09 avqust 1988-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olmayan, işləməyən, Bərdə şəhəri, B.Hacıyev küçəsi ev 73-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbə si, 2-ci məhəllədə yaşayan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 1(106)-760/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci tarixli, 1(099)-400/2022 nömrəli hökmü ilə (hakimlər X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və Ə.A.Əliyevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci m addəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə digər məhkum Təqsirləndirilən şəxs da Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarı ilə, (hakimlər: K.S.Bəşirov (sədrlik edən), R.M.Cəfərov və İ.Q.Abdullayevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum və tanışı Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında öz aralarında və İran İslam Respublikasında olan şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və ps ixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. Cinayət qrupunun İran İslam Respublikasında olan üzvləri ümumi cinayətkar niyyətə uyğun olaraq 4 ədəd bağlamada, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 1530 qram, 950 qram, 750 qram, 1010 qram, 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 13,879 qram və 19,472 qram- ümumi təmiz çəkisi 4273,351 qram olan narkotik vasitə heroin, iki ədəd bükümdə eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 45,519 qram və 4,919 qram - ümumi təmiz çəkisi 50,438 qram olan psixotrop maddə metamfetamin, 4 ədəd konvolyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 40 ədəd, təsiredici maddəsinin ümumi miq darı bir həbdə 0,04 qram, ümumi miqdarı 1,6 qram olan, qəhvəyi rəngli dairə formalı metadon həblərini əldə edərək İran İslam Respublikasından qaçalmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirməklə 2022ci ilin fevral ayında Ələt-Atara magistral avtomobil yolunun Masallı rayonunda yerləşən 58ci kilometliyində yol nişanının yanında gizlədərək bu barədə Məhkum məlumat vermişlər. Bundan sonra Məhkum və X2 həmin yerə gedib qeyd olunan külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həblərini Masallı rayonu əraizində magistral avtomobil yolunun kənarında gizlədildiyi, yerdən birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə etmişlər. Məhkum bir ədəd bükümdə 13,879 qram narkotik vasitə heroini, T əqsirləndirilən şəxs isə bir ədəd bükümdə ümumi çəkisi 19,472 qram olan narkotik vasitə heroini, bir ədəd bükümdə 4,919 qram psixotrop maddə metamfetamini götürərək üzərlərində saxlamış, çantanın içərisində qalan 4 ədəd bağlamada ayrı-ayrılıqda 1530 qram, 950 qram, 750 qram, 1010 qram- ümumi təmiz çəkisi 4240 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə 45,519 qram psixotrop maddə metamfetamini və 4 ədəd konvolyutda ümumi sayı 40 ədəd, təsiredici maddəsinin miqdarı bir həbdə 0,04 qram, ümumi miqdarı 1,6 qram olan qəhvəyi rəngli dairəvi formalı metadon həblərini çantanın içərisinə qoyub Təqsirləndirilən şəxs idarə etdiyi "VAZ 2101” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının alt hissəsində gizlətmiş, onlar qeyd edilən nəqliyyat vasitəsi ilə hərəkət də olan zaman bu barədə əməliyyat məlumatları almış Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X3 əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 22 fevral 2022-ci il tarixdə saat 01 radələrində ƏlətAstara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində yerləşən BDYPİnin 11-ci YPX postunun yaxınlığında saxlanılmış, "VAZ 2101” markalı, **-BD-*** dövlət qediyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin ön sərnişin oturacağının alt hissəsində yerləşdirilmiş qara rəngli çantanın içərisindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və qeyd edilən sayda metadon həbləri aşkar edilərək götürülmüşdür. Sonra isə X3 və Təqsirləndirilən şəxs Cənub X3 Lənkəran şəhəri P.Təhməzov küçəsi 8-də yerləşən inzibati binasın a gətirilmiş, Məhkum üzərində şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə, 13,879 qram narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən isə əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə 19,472 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə 4,919 qram psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən halları, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağın və iki yetkinlik yaşına çatmayan uşaqların olmasını, uşaqlarının xəstə nənə və babanın himay əsində qalmasını nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini, ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya k assasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məs uliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2 -ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq y aranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum onun barəsində ədalətsizliyə yol verilməsi haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının daha az müddətə təyin edilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyi b, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə həm ayrı ayrılıqda həmdə cinayətlərin məcmusu üzrə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci tarixli, 1(099)-400/2022 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsinə bir azyaşlı uşağın olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, təyin olunan cəzanın onu n islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə cəzanın mübahisələndirilməsi üçün verilmiş apellyasiya şikayətini təkrarlayan kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edən dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları Məhkum cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirm ək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum ba rəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 1(106)-760/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 1(106)-760/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar