Məhkəmə qərarları › İş №1(102)-2503/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2503/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2503/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Ələsgər X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 06 fevral 2024-cü il tarixli 1(104)-119/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin (hakim Qələmdar Abbasov) 17 noyabr 2023-cü il tarixli 1(066)-66/2023 nömrəli hökmü ilə xx xxxx 1990-cı ildə Göygöl rayonu, Balçılı kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ailəli, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Balçılı kəndində daimi qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3- cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmış və qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan davamlı qəsdlə hissə-hissə olmaqla Göygöl rayonu, Balçılı kənd sakinləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, X4, Zərərçəkmiş şəxs6, X6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 birlikdə yaşadıqları kənddə yerləşən torpaq sahələrini suvarmaq məqsədi ilə həmin kəndin inzibati ərazisində yerləşən torpaq sahəsinin altı ilə çəkilmiş, ictimai əhəmiyyətli, ümumi dəyəri 12500 (on iki min beş yüz) manat dəyərində, diametri 300 millimetr, 250 metr uzunluğunda dəmir metaldan olan su borusunu kəsib yerindən çıxardaraq Şəmkir rayonu sakini Şahid 2900 (iki min doqquz yüz) manata satmaqla ümumilikdə 12500 (on iki min beş yüz) manat dəyərində əmlakı gizli yolla talayaraq zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Nural Əliyev) 06 fevral 2024-cü il tarixli 1(104)-119/2024 nömrəli qərarı ilə Göygöl Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 1(066)-66/2023 nömrəli hökmü apellyasiya şikayətl ərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 1 (104)-119/2024 saylı qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarı çıxarılarkən kobud maddi və prosessual pozuntulara yol verilmiş və nəticədə təqsirləndirilən şəxs Məhkum barəsində qanunsuz, əsassız və ədalətsiz hökm çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin hakimi cinayət işinə baxarkən aşağıdakı kobud maddi və prosessual pozuntulara yol vermişdir. Məhkəmə iclasları audio-video yazı keçirilmədən aparılmış, iclasda zərərçəkmişlər və şahidlər tərəfindən verilmiş ifadələr protokolda öz əksini tapmamışdır. İbtidai istintaq 2003-cü il tarixdə dəmir su borusuna qiymət almışdır, ibtidai istintaq dəmir su borusunun 2003-cü il tarixdə istehsalata buraxılması barədə sübut toplamamışdır. Sözü gedən boru ümumi mülkiyyətdə olmuş və həmin mülkiyyətçilərdən biri, iş üzrə təqsirləndirilən şəxs Məhkum olmuşdur. İstər ibtidai istintaq, istəsə də məhkəmə zərərçəkmiş şəxslərin dairəsini müəyyən etməmişdir. Əgər müəyyən etsəydi zərərçəkmiş şəxslərin darəsində Məhkumda olması tam müəyyən olunardı. Apellyasiya instansiyası məhkəməsi cinayət kollegiyası birinci inistansiva məhkəməsi tərəfindən yuxarıda g östərilən pozuntulara məhəl qoymamış, işi hərtərəfli araşdırmamış və nəticədə prosessual pozuntu törətməklə qərar qəbul etmişdir. İbtidai istintaq dəmir su borularının 2003-cü il tarixdə istehsal olunması barədə hansısa araşdırma aparmamış sübut toplamamışdır. Birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi dəmir su borularının istehsalatının hansı tarixdə olmasının mötəbərliyini yoxlamamışdır. Dəmir su borularının istehsal olunması barədə hec bir mötəbər sübut voxdur və məhkəmə istintaqı bu halları araşdırmamışdır. Bu halların araşdırılmaması təqsirləndirilən şəxs Məhkum ziyanına olmuşdur. Çünki, dəmir su borusunun 1980-ci il tarixdə istehsal olunması müəyyən olunsaydı, dəmir su borularına qoyulan qiymət 12500 manat dəvərində yox 3000 manat civarında olması tam müəyyən ol unardı ki, buda cinayət işin düzgün tövsif olmasına gətirib çıxarardı. Bundan başqa ibtidai istintaq zərərçəkmiş şəxslərin dairəsini düzgün müəyyən etməmişdir. Zərərçəkmiş şəxslərin dairəsinin tam müəyyən olunmaması ədalətsiz məhkəmə aktının çıxarılması ilə nəticələnmişdir. Belə ki, həmin dəmir su boruları Göygöl rayon, Balçılı kənd sakinlərindən 100 nəfər şəxsə məxsusdur. Həmin şəxslər dəmir su borularının ümumi-birgə mülkiyyətcisidirlər. Həmin mülkiyyətçilərdən biridə iş üzrə təqsirləndirilən şəxs Məhkumdur. Məhkum həmin dəmir su borularının ümumi birgə mülkiyyətçisi olması inkar olunmaz faktıdır. Əgər dəmir su boruları zərərçəkmiş şəxslərin ümumi birgə mülkiyyətdirsə onda Məhkumda həmin zərərəçəkmiş şəxslərdən biri olmalıdır. Məhkum verilmiş ittihamın məzmunundan da görünür ki, o, özg ə əmlakını gizli yola talamaqla ələ keçirmişdir. İşin faktiki hallarından da tam müəyyən olunur ki, həmin əmlak özgə əmlakı yox ümumi birgə mülkiyyət olmaqla paylı mülkiyyətlə Məhkum mülkiyyətində olan əmlakdır. Məhkəmə yuxarıda göstərilənləri əlaqəli araşdırmalı və qiymət verməli olduğu təqdirdə onları tədqiq etməmiş və qiymət verməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələl ər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum əməllərini məhkəmələr əsassız olaraq oğurluq cinayəti kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası k assasiya şikayətinin bu dəlili əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Məhkum şübhəli şəxs kimi verdiyi ifadəsində göstərmişdir ki, o, təkbaşına xətti bərpa edib həmin xəttin suyundan istifadə etmək üçün yararsız hala düşmüş hissələri kapron borularla əvəzləmək qərarına gəlmişdir. Balçılı kəndinə gələn digər xəttin kapron borularla əvəzləndiyini bildiyindən həmin şəxslərin boruları necə dəyişməyini soruşmuşdur. Ona Şəmkir rayon sakini Elşən adlı şəxsin vasitəsilə dəmir boruları kapron borularla əvəzlədiklərini bildirmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Göygöl rayonu Balçılı kəndi yaşayış olmayan hissəsi ilə gedən dəmir boruları tək sökərək kənara yığmışdır. Sonradan Elşənlə əlaqə saxlamış, Elşən kamazı ilə gəl miş və birlikdə hər birinin uzunluğu 5 metr olmaqla 41 dənəsini kəsərək ümumilikdə 205 metr borunu Elşən və yanında gəlmiş iki nəfər şəxsin köməyi ilə kamaza yükləmişlər. Boruları yüklədikdən sonra Elşən ona verdiyi dəmir boruların əvəzində kapron boruları xx.xx.2023-cü il tarixdə verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onun yanına gələrək dəmir borularla bağlı soruşmuşlar. Təmir etmək niyyətində olduğu üçün heç kəsdən icazə almağa ehtiyac görməmişdir. Dəmir borularla bağlı heç bir qazancı olmamış, fikri su xəttini bərpa etmək olmuşdur (İ cild i.v. 40-42). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki,... xx.xx.2023-cü il tarixdə Göygöl rayonuna gələrək Turalın kəsdiyi borulara baxdıqda deyiləndən artıq uzunluqda olduğunu m üəyyən etmişdir. Həmin yerdə 21 ədəd hər biri 5 metr uzunluqda olan dəmir borular olmuş, həmin boruların hər birinə görə əvvəlcədən 70 manat olmaqla 1470 manat pul vermişdir. Artıq olan 20 ədəd yenidən 5 metr olmaqla uzunluqda boruya görə isə 1400 manat olmaqla ümumilikdə Turala 2870 manat pul vermiş, həmin boruları “Kamaz” markalı, sürücüsünü tanımadığı avtomobilə yükləyərək Şəmkir rayonunda yerləşən istixana düzəldilən yerə 5 metr uzunluqda olan 18 ədədini hər biri üçün 80 manata tanımadığı adama, qalanını isə müxtəlif ölçülərdə olmaqla fərqli şəxslərə satmışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Məhkum həmin dəmir boruların ona məxsus olmasını, sahəsindən keçməsini bildirərək satdığını bildirmişdir. Turala hər hansı kapron boru satacağını deməmiş, onun qarşılığında hə r hansı dəmir boru almamışdır. (İ cild i.v. 43-45). İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum 09 yanvar 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Göygöl rayonu Balçılı kəndinin yaşayış olmayan hissəsi ilə gedən dəmir boruları tək sökərək kənara yığmışdır. Sonradan Elşənlə əlaqə saxlamış, Elşən “Kamaz” markalı, nömrə nişanını bilmədiyi yük avtomobili ilə dəmir boruları aparmağa gəlmiş, onlar gələn zaman laqonda ilə borulardan hər birinin uzunluğu 5 (beş) metr olmaqla 41 (qırx bir) dənəsini kəsərək ümumilikdə 205 metr dəmir durbanı Elşən və yanında gələn iki nəfər şəxsin köməyi ilə kamaza yükləmiş, boruları yüklədikdən sonra Elşən verdiyi dəmir boruların əvəzində kapron boruları xx.xx.2023-cü il tarixdə verəcəyini bildirərək həmin sökdüyü dəmir boruları aparmışdır. Verilən suallara cavab olaraq göstərmişdir ki, dəmir boruları Elşən adlı şəxsə 205 metr uzunluqda 5 metrlik hissələrə ayırmaqla ümumilikdə 2870 manat pul almaqla vermişdir. Buna səbəb isə Elşənin kapron boru gətirdikdən sonra pulu ona vermək məqsədi olmuşdur. Heç bir qazancı olmamışdır (İ cild i.v. 54-55). İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum 01 may 2023-cü il tarixli ifadəsində əvvəlki ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir (İ cild i.v. 200-202). Cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs 2, X4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ifadələrindən görünür ki, Göygöl rayonu Balçılı kəndində bağlarını suvarmaq üçün suya ehtiyacları olduğundan təxminən 20 il əvvəl kənd əhalisi şəxsi vəsaitləri ilə “Quşqara” çayından kəndə dəmir borularla su çəkdirmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin dəmir boru xəttinin təxminən 250 metr uzunluğunda olan hissəsinin oğurlanması onlara sonradan məlum olmuşdur. Bundan sonra kənd sakinləri polis orqanına məlumat verməyi qərara alıb oğurluq olması barədə Göygöl RPŞ-nə ərizə ilə müraciət etmişlər. İstintaq zamanı onlara məlum olmuşdur ki, oğurluq hadisəsini həmkəndliləri Məhkum törətmişdir. Təqsirləndirilən şəxs Məhkum onlara vurduğu ziyanı tamamilə ödəmişdir. Ondan heç bir şikayəti və tələbləri yoxdu r. Bundan başqa cinayət işi üzrə keçirilmiş məhkəmə-əmətəəşünaslıq ekspertizasının 26 aprel 2023-cü il tarixli 9/2583 nömrəli rəyində ekpertiza üçün qeyd edilmiş dəmir materialdan 250 metr uzunluğunda 300 mm diametrli, 1 sm divar qalınlığında, 2003-cü ildən istifadəyə verilmiş dəmir su borusunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 12500,00(250 x 50,00 m) manat müəyyən edilməsi göstərilmişdir. Yuxarıda sadalanan iş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq edilmiş, eləcə də apellyasiya instansiya məhkəməsində yenidən tam, hərtərəfli və obyektiv yoxlanılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxs Məhkum öz müdafiəsi üçün gətirdiyi dəl illər iş materialları ilə təkzib edilir. Belə ki, Məhkum istintaq zamanı ilkin ifadəsində dəmir boruları kapron borularla dəyişmək istədiyini bildirmiş, lakin kənd sakinləri razı olmadığından bunu özü etdiyini bildirmişdir. Həmçinin o, ilkin ifadəsində boruları yalnız dəyişmək üçün verdiyini, heç bir gəlir əldə etmədiyini göstərmişdir. Lakin təqsirləndirilən şəxsin boruları satdığı şəxs Şahid istintaqla müəyyən edilərək ifadəsi alındıqda, o, dəmir borulara görə təqsirləndirilən şəxsə 2870 manat pul verdiyini göstərmişdir. Bundan sonra təqsirləndirilən şəxs pulu aldığını, lakin məqsədinin kapron borular gəldikdən sonra geri qaytarmaq olduğunu bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs bir-birindən fərqli məzmunda ifadələr verməklə, məsuliyyətdən yayınmağa cəhd göstərmiş, lakin onun göstərdiyi dəlillər öz təsdiqini tapmamışdır. Digər tərəfdən ifadəsi alınmış zərərçəkmiş şəxslər heç biri boruların dəyişdirilməsindən məlumatlı olmaları, Məhkum onlara belə bir təklif etməsi barədə heç bir ifadə verməmişlər. Həmçinin məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə də müəyyən olunmuşdur ki, həmin boruların dəyəri 12500 manat müəyyən edilmişdir. İşin bu halları açıq göstərir ki, Məhkum zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla, sonunculara məxsus torpaqda yerləşən dəmir su borusunu talamaq məqsədilə oğurlayaraq satmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum əməlləri əsaslı olaraq oğurluq kimi qiymətləndirilmiş və kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qə rarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu – zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəm əsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prose sinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-2 və 177.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Mə hkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə ol unmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən əməlini səmimi etiraf etməsi, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsi və barışıq əldə etməsi, himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş və cəzasını ağırlaşdıran halların isə olmaması qənaətinə gəlmiş və Məhkum cəza təyin edərkən həmin halları nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmə dən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-2 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar