Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2505/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx.xx.1980-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətandaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, 1-də qeydiyyatda olmaqla yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cina yət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 1(104)-558/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 1(100)-259/2022 nömrəli hökmü ilə ( hakimlər N.T.Əliyev (sədrlik edən), D.H.İmanov və R.N.Ələkbərli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 240.1-ci maddəsi ilə 1 (bir) il müddətə, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunm uş cəzaları qismən toplamaq yolu ilə Məhkum 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Qazax Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022ci il ta rixli qərarı ilə, (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), S.B.Hüseynov və E.İ.Xasməmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 2,789 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,332 qram təşkil edən psixotrop maddə olan metamfetamini və ümumi təmiz çəkisi 9 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı, narkoti k vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol maddəsini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanında realizəsini həyata keçirmək üçün xüsusi olaraq plastik qaşıqla özünə məxsus elektron tərəzi vasitəsilə çəkməklə müxtəlif bükümlərə bölüb siqaret kağızı falqasında və kibrit qutularında saxlamış, 24 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Qazax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Məhkum yaşadığı həmin mənzilə sonuncunun razılığı ilə baxış zamanı evin yataq otağında jurnal stolunun üzərində gümüşü rəngli kağız bükümündə qablaşdırılmış 0,135 qram heroin, 3 ədəd qara rəngli və 1 ədəd gümüşü rəngli kağız bükümlərdə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,035 qram, 0,037 qram, 0,028 qram, 0,232 qra m psixotrop maddə olan metamfetamin, 3 ədəd kibrit qutusunda, 2 ədəd gümüşü rəngli, 1 ədəd qızılı rəngli kağız bükümdə və 1 ədəd dəftər vərəqi bükümündə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 2,53 qram, 2,45 qram, 2,15 qram, 0,80 qram, 0,45 qram, 0,260 qram, 0,36 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd tamlığı pozulmamış konvalyutda qablaşdırılmış, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəsinin miqdarı 0,5 qram təşkil edən zavod üsulu ilə hazırlanmış ağ-göy rəngli 10 ədəd tramadol dərman preparatı kapsulası, üzərində heroin izləri olan 1 ədəd gümüşü rəngli elektron tərəzi və 1 ədəd ağ rəngli kiçik ölçülü plastik qaşıq, habelə servantın içərisində qara rəngli qapaqda 1 ədədi q ara, digəri isə şəffaf rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,962 qram və 1,692 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən gənc olmasını, törətmiş olduğu əməldən səmimi peşman olması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini, ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlənd irən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi halların a və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüng ülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normala rında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum onun barəsində ədalətsizliyə yol verilməsi haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının daha az müddətə təyin edilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə həm ayrı ayrılıqda həmdə cinayətlərin və hökmlərin məcmusu üzrə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 1(100)-259/2022 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi Məhkum təyin olunmuş azadlıqd an məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini (Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 07 avqust 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qazax Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə əsasən qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 07 avqust 2001-ci il tarixli hökmünə əsasən məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır), şəxsiyyətinə aid başqa məlumatları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 1(104)-558/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin e dilməsin. Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 1(104)-558/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2505/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2505/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver