Məhkəmə qərarları › İş №1(102)-2508/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2508/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2508/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X4 iştirakları ilə x xxxxxx 1968-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Daşkəsən rayonu, Əmirvar kəndində qeyd iyyatda olan və ünvan 1 yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli 1(104)-206/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 1(100)-44/2024 nömrəli hökmü ilə (hakimlər: N.M.Əliyev (sədrlik edən), F.N.Mahmudov və D.H.İmanov) X5 - Azərbaycan Respublikası CM-in 234.4.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bə raət verilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli 1(104)-206/2024 nömrəli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 1(100)-44/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X5 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 2925 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əld ə edib xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində bazar torbasının içərisində olmaqla eyni məqsəd ilə əlində saxlayaraq daşıyarkən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Metallurq” adlanan stadionun yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış zamanı qeyd edilən torbaya baxış keçirilərkən içərisindən satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, yəni 2925 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş dür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmiş və bunun nəticəsi olaraq X5 CM-in 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanmışdır. Belə ki, bəraət almış şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni tutulmazdan 20 gün əvvəl Göygöl rayonunu n “Azos” adlanan ərazisində qarşısına çıxan nəşə kollarının yarpaqlarından toplayıb qurutmaq üçün orada gizlətmişdir. xx.xx.2022-ci ildə barəsində həbs qətimkan tədbiri seçilərkən bəraət almış şəxs hər hansı fiziki və ya psixoloji təsirə məruz qalması və aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması barədə heç nə bildirməmişdir. Dövlət ittihamçısı hesab edir ki, bəraət almış şəxsin törətmiş olduğu cinayət əməli ibtidai istintaq zamanı toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmasına baxmayaraq aşağı instansiya məhkəmələri sübutları düzgün qiymətləndirməmiş, əsassız olaraq bəraət almış şəxsin təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxs əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmə dən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli b ilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etmək lə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi haqlı olaraq bəraət almış şəxsə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istinta q orqan tərəfindən X5 Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 2925 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində bazar torbasının içərisində olmaqla eyni məqsəd ilə əlində saxlayaraq daşıyarkən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Metallurq” adlanan stadionun yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış zamanı qeyd edilən to rbaya baxış keçirilərkən içərisindən satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, yəni 2925 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X9 ifadəsində göstərmişdir ki, may ayında həbsdən azad olunmuşdur. Bu münasibətlə qohum-əqraba ona pay olaraq bir neçə baş keçi hədiyyə etmişlər. Cəzaçəkmə müəssisəsindən əvvəllər də tanıdığı X14 adlı şəxs həmin keçilərdən ona verməyini, kəsib sataraq, az da olsa, qazanc əldə etmək istədiyini demişdir. O isə kasıb olduğunu, geyinəcək ayaqqabısı belə olmadığını, keçilərdən əldə edəcəyi pula ayaqqabı alacağını düşünərək razılaşmışdır. X14 keçilərin pulunu kəs ib satdıqdan 3-4 gün sonra mütləq verəcəyini bildirmişdir. X14ın ona borcu 97 manat qalmışdır. Lakin aradan 2 ay keçməsinə baxmayaraq X14 borcunu verməmişdir. Sonra avtobus dayanacağındakı çayçını işlədən X bu barədə danışarkən orada olan X ona demişdir ki, “biz sənin pulunu alıb sənə verə bilərik”, tanışı X11 deyəcək,X11 da köməklik edərək pulu qaytaracaq. Bu adla onuX11la görüşmək üçün dəmir tullantıları olan Metallurq parkına gətirmişdir. Bir xeyli gözlədikdən sonra siqareti bitdiyi üçünX11 ona bir siqaret vermiş, siqareti çəkdikdən sonra ona qəribə hallar gəlmiş, özünü pis hiss etmişdir. Orada ayaqyolu kimi istifadə olunan bir yer olduğunu, ürəyi bulandığı üçün ora girərkən ona demişlər ki, orada onlara məxsus dolu bir çanta var, onu da gətirsin. O, ayaqyolunda çanta olduğunu görmüş, ç antanı götürüb bayıra çıxar-çıxmaz dərhal polislər onu əhatəyə almışlar. Bu zaman görmüşdür ki, X X11 orada yoxdur. Onu polis şöbəsinə gətirmişlər. Çantaya baxılmış, içərisində narkotik vasitə olduğu müəyyən olunmuşdur. Sonra çantanın ona məxsus olmadığını desə də, polislər ona inanmayıb həbs etmişlər. Sonra onu döymüşlər və çantanın ona məxsus olmasını etiraf etməyini, tanışlarını satmamağı bildirmişlər. O da həm qorxmuş, həm də özünü pis hiss etdiyi üçün çantanın ona məxsus olduğunu demişdir. Lakin indi özünü təqsirli bilmədiyindən həqiqətləri söyləmək istəmişdir. Sonradan bilmişdir ki, həmin şəxslər polisin adamlarıdır, onu aldadıb ora gətirib tutdurublar. Narkotik vasitə istifadəçisi deyil. X14 oğluna keçi satmış, 97 manata, pulu vermədiyi üçün X ona çayçıda demişdir ki, pulunu alıb ve rəcəkdir. Həmin çayçı, Sevinc qəsəbəsi, 11 nömrəli avtobusun dayanacağının yaxınlığında yerləşir. Həmin torbanın çərisində nə olduğuna baxmamışdır. Adını bilmədiyi,X11 ləqəbli şəxs siqaret vermiş, siqaretdən sonra özünü pis hiss etmişdir. X də çayçıdan tanıyır. X həmin yerə gələrkən X əlində çanta olmamışdır.X11 onları orada gözləməliydi. Elə başa düşmüşdür ki, çantanıX11 gətirib ora qoyubdur. “Azos” adlanan yerdə olmamış, polislərin dedikləri kimi həmin yerdən yığdığını, xəstə olduğunu və özü istifadə etmək üçün saxladığını bildirmişdir. İstintaq zamanı müstəntiq də onu narkotik vasitə çəkən kimi sənədləşdirəcəyini bildirib tezliklə azadlığa çıxacağını, nə sözü olarsa, məhkəməyə deməli olduğunu bildirərək sənədlərə imza etməsini dediyi üçün sənədləri imzalamışdır. Videogörüntüdə burunu üz ərində olan xəsarət tutularkən polis əməkdaşları tərəfindən döyülərkən yaranmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri 2-ci Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə digər əməliyyat müvəkkili Şahid2la saat 12 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Metallurq” adlanan stadionun yaxınlığında X6 əlində bazar torbası ilə piyada hərəkətdə olarkən saxlamışlar. bəraət almış şəxsi özlərilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Orada təhqiqatçı tərəfindən bəraət almış şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuş və müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən videoq eydiyyat aparılaraq bəraət almış şəxsin üzərində və əlində olan bazar torbasında şəxsi axtarış və götürmə aparılmışdır. bəraət almış şəxsin əlindəki bazar torbasında axtarış aparılarkən torbanın içərisinin qurudulmuş marixunaya bənzər kütlə ilə dolu olması məlum olmuşdur. Həmin kütlə torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 2.975 qram təşkil etmişdir. bəraət almış şəxs həmin kütləni “Azos” adlanan yerdənyığıb topladığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Onlaratəqsirləndirilən şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat daxil olmamışdır. “Şöbədə özü etiraf etmişdir ki, həmin torbada narkotik vasitə var. X tutulanda yanında heç kim olmamışdır. İçkili və ya hər hansı narkotik vasitənin təsiri altında görünməmişdir. Ona qarşı h ər hansı fiziki təsir olunmamışdır. Xidmətdə olarkən sonradan adının X olduğunu bildiyi şəxsdən şübhələnmişlər və bu səbəblə saxladıqlarını bildirmişdir. Hansı əlamətlərinə görə şübhələndiklərini səbəbini izah edə bilmir. Şəxsi saxlamaqları ilə bağlı öncədən hər hansı əməliyyat məlumatı daxil olmamışdır.X11 və X tanımamışdır. İbtidai istintaq zamanı verdiyi «X4 narkotik vasitə və psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir» ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyəti izah edə bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində nə səbəbdən bu xüsusatların qeyd edilməsini səbəbini bilməmişdir. bəraət almış şəxslə bağlı ona hər hansı məlum at daxil olmamışdır, bununla bağlı hər hansı raport və ya qərar yazmadığını bildirmişdir. Cinayət işi materiallarında olan və onun adından tərtib edilmiş qərar və raportla bağlı xüsusatları izah edə bilməmişdir. Şahid1 təkrarən məhkəmə islasında dindirilərkən ifadəsində göstərmişdir ki, ona bəraət almış şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. “Metallruq” stadionunun yanında bəraət almış şəxsə yaxınlaşıb küçədə onu saxlamışlar. Həmin zaman bəraət almış şəxs tək olmuş, yanında kimsə olmamışdır. Bu işlə bağlı məhkəməyə ilk dəfədir ki, ifadə verir. Ona əvvəl məhkəmədə şahid qismində dindirildiyini və fərqli ifadə verməsi xatırladılmış və “nəyə görə məhkəməyə ilk dəfədir ki, dəvət olunur və ifadə verir deməsi” sualına cavab verə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə digər əməliyyat müvəkkili Şahid1la birlikdə xidmətdə olarkən xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Metallurq” adlanan stadionun yaxınlığında X9 əlində bazar torbası ilə piyada hərəkətdə olarkən saxlayıb özləriilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Orada təhqiqatçı tərəfindən bəraət almış şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuş və müdafiəçisinin də iştirakıilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq bəraət almış şəxsin üzərində və əlindəolan bazar torbasında şəxsi axtarış və götürmə aparılmışdır. bəraət almış şəxsin əlindəki bazar torbasında axtarış aparılarkən torbanın içərisinin qurudulmuş marixunaya bənzər kütlə ilə dolu olması məlum olmuşdur. Həmin kütlə torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 2.975 qram təşkil etmişdir. Ona hər hansı psixi və ya fiziki təzyiq və ya təsir edilməmişdir. Şəxslə bağlı onlara heç bir əməliyyat məlumatı daxil olmamışdır. bəraət almış şəxs tutulanda tək olmuş, yanında kimsə olmamışdır. İbtidai istintaq zamanı verdiyi “X4 narkotik vasitə və psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olması barədəaldığı əməliyyat məlumatına əsasən, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir” - ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyəti izah edə bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində nə səbə bdən bu xüsusatların qeyd edilməsini səbəbini bilmımişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, bəraət almış şəxsi qonşu kimi, küçədən tanımış, düşmənçiliyi olmamışdır. bəraət almış şəxs Sevinc qəsəbəsində keçi saxlamışdır. bəraət almış şəxsdən 80 manata keçi almış ondan, 20 manat arvadına qaytarmış, ona borcu qalmışdır. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə istintaqında bəraət almış şəxs X9 ifadə verərək göstərmidir ki, X14 pulu vermədiyi üçün X çayçıda demişdir ki, pulunu alıb verəcəkdir. Həmin çayçı, Sevinc qəsəbəsi, 11 nömrəli avtobusun dayanacağının yaxınlığında yerləşir. Həmin torbanın içərisində nə olduğuna baxmamışdır. Adını bilmədiyi,X11 ləqəbli şəxs siqaret vermiş, siqaretdən sonra özünü pis hiss etmişdir. Həmin torba ilə qay ıdanda isə polislər tutmuşlar. X10ni də çayçıdan tanıyır, lakin ünvanını bilmir. Halı pisləşdiyi üçün ayaqyoluna gedəcəyini bildirmişdir.X11 ayaqyolunda torba olacağını, gələndə onu da gətirməyini bildirmişdir. Polisə gətirildiyi vaxt vəkil olmamış, sonra çağırılmış və demişlər ki, vəkilin yanında başqa söz danışmasın, dedikləri kimi bildirsin. Onu tutanlar 3-4 nəfər olmuşdur. Çantanı götürərkən içərisində nə olduğunu bilməmişdir. X həmin yerə gələrkən Rövşənin əlində çanta olmamışdır.X11 orada gözləməliydi. Elə başa düşmüşdür ki, çantanıX11 gətirib ora qoyubdur. “Azos” adlanan yerdə olmamışdır, polislərin dedikləri kimi həmin yerdən yığdığını, xəstə olduğunu və özü istifadə etmək üçün saxladığını bildirmişdir. İstintaq zamanı müstəntiq də narkotik vasitə çəkən kimi sənədləşdirəcəyini bild irib tezliklə azadlığa çıxacağını, nə sözü olarsa, məhkəməyə deməli olduğunu bildirərək sənədlərə imza etməyini dediyi üçün sənədləri imzalamışdır. Həmçinin bəraət almış şəxs X9 verilən suallara cavab olaraq bildirmişdir ki,X11 ona siqaret vermiş, siqareti çəkdikdən sonra özünü pis hiss etmişdir. Polislər onu tutanda özündə olmamışdır. Ona görə də bilməmişdir ki, onu döyüblər, ya yıxılıb, xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023cü il tarixli protokoldan görünür ki, X4 üzərində şəxsi axtarış aparılmasının videogörüntüsü olan diskə baxış keçirilmiş, baxışla müəyyən olmuşdur ki, diskin içərisində 15 dəqiqə 5 saniyədən ibarət videogörüntü var. Görüntüdə çıxış edən şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, pol is kapitanı Azər İsmayılov, görüntüdə olan digər şəxslər isə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməliyyat-müvəkkilləri: Şahid1 İsmayıl oğlu və Şahid2, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 və şübhəli şəxs qismində tutulmuş X7r. Şübhəli şəxs qismində tutulmuş bəraət almış şəxsin üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona Azərbaycan Respublikası CMin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilərək bu barədə yazılı bildiriş təqdim edildiyi, həmçinin müdafiə hüququnun təmin edildiyi səsləndirilir. Bundan sonra şübhəli şəxs X4 üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitəvə psixotrop maddə olu b-olmaması barədə sual verilir, müsbət halda təqdim etməsi təklif olunur. Həmin vaxt bəraət almış şəxs sağ əlində saxladığı 1 ədəd bazar torbasını təqdim edərək içərisində “Azos” adlanan yerdən yığıb topladığı narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitənin xəstəsi, yəni aludəçisi olduğunu, istifadə etmək məqsədi ilə üzərində daşıdığını bildirir. Bundan sonra həmin torba açılır və içərisinin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli kütlədən ibarət olması məlum olur. Bundan sonra şübhəli şəxs X4 üzərində şəxsi axtarış aparılır, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar olunmur. Bundan sonra qeyd edilən bazar torbasının içərisindəki kütlə həmin torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 2.975 qram təşkil etmi şdir. Bundan sonra həmin torbanın ağzı tikilməklə bağlanılmış, üzəri möhürlənərək qeydlər aparılmış kağız iştirakçılar tərəfindən imzalanmışdır. Protokolun sonunda qeyd olunmuşdur ki, “X1 üzərindən aşkar olunan bir ədəd boz rəngli bağlamanın içərisində olan yaşıl rəngli, kəskin iyli və ilk baxışdan narkotik vasitə olan marixuanaya oxşar kütlənin narkotik vasitə olduğunu və təxminən 20 gün əvvəl Göygöl rayon ərazisində “Azos” deyilən yerdən toplayaraq yığdığını bildirmişdir”. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya məhkəməsinin iclaslarında X4 xx.xx.2023-cü il tarixdə şəxsi axtarışının aparılmasına dair videogörüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, onun dediklərinin bəzi hissəsi protokolda təhrif olunmuş, bəzi vacib məqamlar isə protokolda qeyd edilməmişdir. Belə ki, bəraət almış şəxs sağ əlində saxladığı 1 ədəd bazar torbasını təqdim edərək içərisində “Azos” adlanan yerdən yığıb topladığı narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitənin xəstəsi olduğunu, istifadə etmək məqsədi ilə daşıdığını bildirir. Bundan sonra təhqiqatçı bitki mənşəli kütləni qablaşdırmağa başlayır və bununla eyni vaxtda qeyd etmişdir ki, “bəraət almış şəxs əlindəki torbada olan narkotik vasitəni 20 gün bundan əvvəl Göygöl rayon ərazisində “Azos” deyilən yerdən toplayıb, qurudub saxladığını bildirdi”. İş materiallarından müəyyən edilir ki, videoçəkilişdə bəraət almış şəxsin demədiyi halda, təhqiqatçı “20 gün bundan əvvəl Göygöl rayon ərazisində” və “qurudub saxladığı” sözlərini bəraət almış şəxsin adından bildirir, sonrada n isə həmin sözlər bəraət almış şəxsin ifadələrində əks etdirilir. Bununla yanaşı, istintaq orqanı bəraət almış şəxsin ifadəsinin yerində yoxlanmasına dair vacib istintaq hərəkətini yerinə yetirməmiş, “Azos” deyilən yerə baxış keçirməmiş, həmin yerdə həqiqətən də narkotik təbiətli bitkilərin olub-olmamasını aydınlaşdırmamışdır. Bundan başqa, qanunsuz olaraq satış məqsədilə küllü miqdarda narkotik vasitələri əldə etmə və daşımada ittiham olunan bəraət almış şəxsin evində narkotik vasitələrin olubolmamasını müəyyən etmək üçün orada axtarış aparılmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, X4 şəxsi axtarışının aparılmasına dair videogörüntülərdə burun nahiyyəsində xəsarət olması açıq-aydın görünür. Həmin prosesin sonunda bəraət almış şəxsin vəkili ondan burnundakı xəsarəti n nə ilə əlaqədar olduğunu soruşur, o isə “köhnədən olandır”-cavabını vermiş, lakin yenə təhqiqatçı bu məqamın da üstündən keçməyi asanlaşdırmaq üçün bəraət almış şəxs Tagıyevə “qaşıyıb etmisən?” kimi yönəldici sualını verir və bəraət almış şəxs bunu təsdiq edir (videogörüntü 14-cü dəqiqə 43-cü saniyə). Xəsarətlə bağlı videogörüntüdəki olan bu xüsusatlar “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokolda qeyd edilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, ibtidai isrintaq orqanı təqsirləndirilən şəxs bəraət almış şəxsin bədənində (burun nahiyyəsində) açıq-aşkar xəsarətin olmasına baxmayaraq, iş üzrə vacib olan məhkəmə-tibbi ekspertizası təyin etməmiş, xəsarətin dərəcəsini, yetirilmə müddətini və alətini müəyyənləşdirməmişdir. bəraət almış şəxsTağıyev vid eogörüntüdə burnu üzərində olan xəsarətin tutularkən polis əməkdaşları tərəfindən döyülməsi zamanı yarandığını bildirmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, bəraət almış şəxsin tutulması üçün cinayət törətməsinə bilavasitə şübhə yaranması ilə bağlı cinayət-prosessual qanunvericilikdə sadalanan əsaslar olmamışdır. O cümlədən, onun barəsində narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, a rdıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin e tməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsi r göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını süb utetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X5 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X4 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunm adan tərtib edilməsi əsasında bəraət almış şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib və üzərində daşıması cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görü nür ki, bəraət almış şəxs əməlində həqiqətən satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib və üzərində daşıması cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqs irliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva e dir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsin satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib və üzərində daşıma sı cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci ma ddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X9 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2024cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar