Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2509/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub X oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi, İsmayıllı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Novruz oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Mustafayev Natiq Məhəmməd oğlunun, Azərbaycan Respublikası Ədliyyə Nazirli yi Penitensiar Xidmətinin 13 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi, ədliyyə kapitanı X10 iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Göyçay RMX-nın PHŞ-nin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsinin təcili yardım üzrə həkimi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2024-cü il tarixli 1(107)-285/2024 nömrəli qərarından məhkum və onun müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Mustafayev Natiq Məhəmməd oğ lu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 1(046)-4/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim Elçin Qurbanov) Məhkum - Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46-cı maddəsi tətbiq edilərək 1 (bir) il 6 (altı) ay müddətə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsini tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəs i tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.B.İsayev (sədrlik edən), X.H.Səmədov və İ.H.Şükürov) təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 1(046)-4/2024 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmişdir. Məhkum təqsirli bilindiyi CM-in 314.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edi lmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanması qərara alınmışdır. İşin halları: Hökmə əsasən Məhkum xx.xx.2022-ci il tarixdə axşam saat 21:00-dan xx.xx.2022-ci il tarixdə saat 09:00-dək olan müddətdə xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsində məsul növbətçi həkim xidmətində olarkən 22 iyul 2022ci il tarixdə saat 04 radələrində ona müraciət edən Göyçay rayonu, Qaraməryəm kənd sakini Zərərçəkmiş şəxs bədən hərarətinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hazırda qüvvədə olan “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları üzrə kliniki protokolu”na əsasən ağır dərəcəli kimi qiymətləndirilən 40° C olduğunu müəyyə n edib xəstəyə “kəskin respirator virus infeksiyası” diaqnozu qoyduqdan sonra növbətçi həkim kimi xidmətdə olduğu müddətdə yerinə yetirdiyi təşkilati-sərəncamverici funksiyalara əsasən “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyi tərəfindən təsdiq edilmiş 05 yanvar 2022-ci il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə təlimatının 6-cı, 7-ci bəndlərinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını və diaqnoz unu müəyyən etməli olduğu halda, bunu etməyərək yalnız xəstənin müalicəsi üçün yetərli olmayan simptomatik müalicə (analgin, dimedrol, novokain əzələ daxili) aparılması ilə kifayətlənib işinə vicdansız və laqeyd münasibət göstərməklə təlimatla üzərinə düşən xidməti vəzifə öhdəliklərini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyib təlimatın tələblərini pozmaqla Zərərçəkmiş şəxs patologiyanın vaxtında aşkar edilməsi üçün xəstəni tam və hərtərəfli müayinə və müalicə etməmiş, kliniki əlamətlərini, anamnestik məlumatları düzgün qiymətləndirməmiş, xəstədən laborator analizlər götürülməli, xəstənin şikayətlərinə əsasən döş qəfəsi orqanlarının dərhal instrumental (rentgenoqrafiya, torakal KT) müayinələri, qanın ümumi analizi, qan qrupu və rezus faktor, CRP (C reaktiv zülal), qanın tam b iokimyəvi analizi, koaquloqram, EKQ, ExoKQ müayinələri aparılmalı olduğu halda etməmiş, profil üzrə dar ixtisaslı həkim mütəxəssislərin (infeksionist və reanimatoloq) cəlb edilməli olduğu halda bunu etməmiş, “kəskin respirator xəstəliklər”lər qrupuna aid olan COVİD-19 təyini ilə bağlı test götürməmiş, həmçinin xəstəliyin ağırlığı xəstədə təxirəsalınmaz hospitalizasiyaya göstəriş sayıldığı halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 28 noyabr 2016-cı il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstələrin stasionara hospitalizasıyasına dair” metodiki tövsiyənin 2.5.1 (reanimasiya tədbirləri və təxirəsalınmaz müayinə), 2.5.3 (xəstənin izolyasiyasını tələb edən vəziyyətlər) və 2.6-cı bəndlərinə əsasən yüksək texnologiyalı tibbi yardıma ehtiyacı olan xəstəni təxirə salınmaz intensiv terapiya və reanimatoloji xidmət təmin edən stasionara yerləşdirilməsi üçün tədbirləri görməli, sonrakı müayinə və müalicə üçün dərhal hospitalizasiya etməli olduğu halda etməmiş, əksinə xəstədə intensiv müayinə və müalicə tələb etməyən xəstəliyin olması qənaətinə gələrək xəstə və yaxınlarının şikayətlərinə baxmayaraq səhər saatlarında xəstəxanaya müraciət etməsini bildirməklə evə buraxmış, nəticədə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs səhhətinin sonrakı müayinə və müalicələrə tabe olmayan həddə ağırlaşmaqla ehtiyatsızlıqdan 23 iyul 2022-ci il tarixdə saat 03:30-da müalicə aldığı Göyçay RMX-nın PHŞ-nin reanimasiya şöbəsində “kəskin hemorragik pnevmaniya ilə əlaqəli inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Kassasiya şikayətl ərinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətlərdə qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxsxx.xx.2022-ci il tarixdə həkim pediatr tərəfindən uşağını müayinə etdirərkən özünə venadaxili sistem qoşdurmuş, lakin qeydiyyat aparılmamışdır. İki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə xəstə poliklinikaya müraciət etmiş həkimterapevtX14 tərəfindən o, “Ağciyərlərin pendeneskopiyası” müayinə sinə göndərilmiş, lakin tibbi müayinədən sonra cavabla həkimin yanına gəlməmişdir. Cavabsız gəldiyindən həkim tərəfindən yoxlanıldıqdan sonra ona resept yazılmış təyin etdiyi müalicələr gizli keçən patoloji prosesin və ya xəstəliyin birdən birə ağırlaşması nəticəsində ölümün baş verməsinin qarşısının alınmasında yetərli olmamış, hətta vəziyyəti düzgün qiymətləndirilməyərək, kobud diaqnostik qərar qəbul edərək, ev şəraitində müalicənin davam etdirilməsi üçün resept yazmışdır. Bu da tibbi normativ qaydaların pozulmasıdır. Resept rəsmi sənəd kimi möhür və imza ilə təsdiq edilməmişdir. Bu təyinatlar xəstənin vəziyyətini ağırlaşdırmasa da, diaqnostikanın ləngiməsinə vəziyyətinin ağırlığının dərinləşməsinə səbəb olaraq dərhal hospitalizasiyanın təmin olunmamasına gətirib çıxarmışdır. Yenə həmin gün xəstəni həkim rentgenoloq Şahid9 rentgen müayinəsindən keçirir. Belə ki, döş qəfəsinin “Flüoroqrafiyası” icra edilmiş, lakin ağ ciyərlərdə pnevmaniyanın əlamətlərinin aşkar edilməsi üçün döş qəfəsi orqanlarının rentgenoqrafiyası və ya torakal KT müayinəsi aparılmalı olduğu halda təmin olunmamışdır. Hansı ki, bu halda mövcud patoloji proses və xəstəlik aşkarlana bilərdi. İş materiallarında olan 7 dekabr 2022-ci il tarixli rəydən göründüyü kimi xx.xx.2022-ci ildə müraciət edib saat 17:00-da həkim Şahid10 tərəfindən xəstəyə “qızdırma” diaqnozu təyin edilmişdir. Hansı ki, belə bir diaqnoz mövcud deyildir. Hansı ki, həmin vaxt xəstəyə naməlum mənşəli hipertermiyaya qarşı ilkin tibbi yardım göstərilməli, xəstədə virus infeksiyası və ya pnevmoniya ehtimalı olması ilə əlaqədar sonda müayinə və müalicə üçün hospitalizasiya edilməli idi. Çox təəssüf ki, bundan sonra xəstənin müayinə və müalicəsi üçün həkim tərəfindən hansı hərəkətlərin edilməsi, xəstənin həmin vaxt, yəni xx.xx.2022-ci il tarixdə saat 17:00dan sonra xəstənin nə vaxt poliklinikanı tərk etməsi, hansı tədbirlərin görülməsinə dair məlumatlar rəydə əksini tapmamışdır. Yəni xəstə həmin vaxtdan 11 saat sonra yenidən müraciət etmişdir, hansı ki, həmin vaxt xəstəni həkim Məhkum qəbul etmişdir. Yəni həkim Məhkum qədər aparılmış qeyridəqiq müayinə və müalicələr onların nəticələrinin nədən ibarət olması kölgədə qalmış, ekspertlər tərəfindən bütün bunlar göstərilsə də, lazımınca ya istintaq orqanı ya da məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Xəstəyə Məhkum tərəfindən düzgün diaqnoz qoyulmuş, ilkin yardım göstərilmiş, müalicənin davamlı olması barədə xəstə məlumatlandıraraq xəstəxanada qalması məsləhət görülmüş, lakin naməlum səbəbdən xəstə müalicə yerini tərk etdiyindən həkim tərəfindən digər ardıcıl tədbirlərin görülməsi mümkün olmamışdır. Hansı ki, xəstə qayıdarkən həkimin onun xəstəxanadan getməməli olduğu barədə ciddi iradı və xəstənin həqiqətən də həkimdən xəbərsiz olaraq vacib işi olduğundan müalicə yerini tərk etməsi tərəflər arasındakı danışıqların yazısı ilə öz təsdiqini tapmışdır. Belə olduğu halda, yəni digər həkimlər bilavasitə məsuliyyət daşıdıqları halda, həkim Məhkum barəsində ittihamın verilməsi absurddur. Burada həqiqətən də təqsirləndirilən şəxsin əməli ilə xəstənin ölməsi arasında heç bir birbaşa səbəbli əlaqə yoxdur və məhz bu əsas hüquqların olmaması bilavasitə iş materiallarında olan xx.xx.2023-cü il tarixli rəy - 94/KES saylı rəylə təsdiq olunur. Həmin rəydən göründüyü kimi xx.xx.2022-ci il tarixdə növbətçi həkim Şahid12 xəstəni birbaşa reanimasiya şöbəsinə yerləşdirilməsini təmin etməli olduğu halda bunu etməmişdir. O, xəstənin vəziyyətini düzgün qiymətləndirməmiş, xəstə infeksion şöbəsinə yerləşdirilmişdir və ona naməlum pnevmoniya “koma” diaqnozu qoyulmuşdur. Şöbənin müdiri X tərəfindən mm sv.st təmin olunduğu halda xəstəyə dopamin köçürülməsi təyinatı verilmiş bu da qüsurlu müalicə proseduru olmuşdur. Həmin vaxt xəstənin müayinə və müalicəsi ilə bağlı ziddiyyətli vəziyyətlər müəyyən olunmuşdur. Belə ki, xəstə xx.xx.2022-ci il tarixdə saat 12:05-də infeksion şöbəyə köçürülmüş, xx.xx.2022-ci il tarixdə saat 11:00-da isə reanimasiyaya köçürülməsi rəydə əksini t apmışdır. Deməli, xəstə həmin şöbədə cəmi 2 saat qalmışdır. Lakin xəstəlik tarixində xəstənin vəziyyətində dinamika əldə edilmədiyindən “bir” gün sonra sanaviasiya xətti ilə həkimlərin dəvət olunduğu, xəstəyə baxış keçirildiyi və xəstənin reanimasiya şöbəsinə köçürülməli olması göstərilmişdir. Həmin rəydə yaranmış vəziyyətə həkimlər Şahid10, X və Şahid12 məsul olduqları göstərilir. Təqsirləndirilən şəxsin xəstənin özbaşına getməsini kitabda qeyd etməməsi texniki qüsurdur və xəstənin getməsinin qeyd edilib-edilməməsinin bu və ya digər formada xəstələrin ölümü ilə hər hansı bir səbəbli əlaqəsi yoxdur. Eyni zamanda xəstə özbaşına müalicə yerini tərk etdiyindən ondan imtina ərizəsinin alınması da mümkünsüz idi. Belə olduğu təqdirdə, hazırkı vəziyyətdə Məhkum hansı əsasda ittihamın verilməsi mü dafiə tərəfi olaraq onlar üçün aydın deyildir. Belə ki, xəstənin ölümündən 3 gün əvvəl həkimX14 tərəfindən təsdiq edilməmiş və xəstənin vəziyyətinin nəinki yaxşılaşdırılmasına, əksinə ağırlaşmasına səbəb olan reseptin verilməsi, xəstənin sonrakı müalicə və müayinəsinin müəyyən edilməsi üçün dərhal hospitalizasiya edilməli olduğu halda edilməməsi, təyin edilmiş müalicənin yetərli olmaması, həmin gün həkim rengkoloq Şahid9 tərəfindən “Flüoroqrafiyası” deyil, döş qəfəsi orqanlarının qonoqrafiyası və ya forokal KT müayinəsi aparılaraq xəstənin vəziyyəti müəyyən olunmalı olduğu halda, bunlara əməl edilməməsi, həmçinin həkim Şahid10 tərəfindən mövcud olmayan “Qızdırma” diaqnozunun qoyulması, hospitalizasiya edilməli olduğu halda bunu etməməsi, xəstənin həmin vaxtdan 11 saat sonra yəni səhər saat 4:00a qədər hər hansı həkim müdaxiləsi olmadan saxlanılması bütün bunların bilavasitə xəstənin ölümü ilə səbəbli əlaqəsi olduğu halda xəstə üçün düzgün diaqnoz qoymuş (hansı ki əvvəlki həkimlər heç biri bunu etməmişdir) xəstənin halının pisləməsi üçün əvvəlki həkimlərdən fərqli olaraq hər hansı bir səhv müalicə müəyyən etməmiş həkimin hansı hərəkətinin ölümlə əlaqəli olmasını demək belə mümkün deyil. İbtidai istintaq zamanı Səhiyyə Nazirliyi tərəfindən verilmiş 3 rəyin heç birində hansısa həkimin qüsurlu hərəkətinin məhz xəstənin ölümü ilə nəticələnməsi ilə birbaşa səbəbli əlaqəsinin olması əksini tapmamışdır. Yəni verilmiş ittihamın əsaslı olması üçün ölümlə hərəkət arasında birbaşa səbəbli əlaqənin olması tələb olunur. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiy a Mərkəzinin rəyində göstərilir ki, həmin dövrdə Zərərçəkmiş şəxs “Kəskin respirator virus infeksiyası, ağır gedişli infeksion toksiki şok 3-4-cü dərəcə hər iki ağ ciyərin homoqrafiq pnevmoniyası kəskin tənəffüs çatışmamazlığı” “Ağciyər ödemi” diaqnozlu patologiyalar mövcud olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş rəyin 12-ci bəndində göstərilir. “X12 müraciətləri dövründə TTTYS-ın böyük həkimi Şahid10 tərəfindən, Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin növbətçi həkimi (təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edən) Şahid12 və Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Məhkum tərəfindən müvafiq bəndlərdə göstərilən qüsurlara yol verilmişdir. Göstərilən tibbi qüsurlarla xəstənin vəziyyətinin ağırlaşması arasın da səbəbli əlaqə vardır. Lakin xəstənin tibbi yardım üçün gec müraciət etməsinə, xəstəliyin atipik və kəskin gedişə malik olaraq qısa zaman ərzində ölümə səbəb olmasına və bəzi toksiki formaya malik respirator virus infeksiyalarının, o cümlədən COVİD-19 diaqnozlu xəstəliyin letal riskinin yüksək olmasına görə, Şahid10, Şahid12 və Məhkum tərəfindən Zərərçəkmiş şəxs müayinəsi zamanı yuxarıda göstərilən qüsurlara yol verilmədiyi halda, vaxtında adekvat müayinə və müalicəyə cəlb olunduğu təqdirdə ölümün qarşısının alınmasının mümkünlüyü barədə dəqiq və birmənalı fikir yürütmək mümkün deyildir. Belə ki, xəstənin müalicəsinin hər hansı bir etapında buraxılmış qüsurlarla X12 ölümü arasında patogenetik mexanizmə malik birbaşa səbəbli əlaqənin olmasını təsdiq edən tibbi xarakterli konkret məhkəmə-t ibbi kriteriya mövcud deyildir. Göründüyü kimi, iş üzrə daha optimal vəziyyətləri əsaslandıran və digər rəylərə nisbətən daha dəqiqləşdirilmiş halları ehtiva edən həmin rəydə xəstənin son günlərdə vəziyyətinin həddindən artıq ağır olduğundan göstərilən qüsurlara yol verilmədiyi halda vaxtında adekvat müayinə və müalicəyə cəlb olunduğu təqdirdə belə ölümün qarşısının alınmasının mümkünlüyü barədə dəqiq və bir mənalı fikir yürütməyini mümkün olmaması, habelə, müalicənin hər hansı mərhələsində buraxılmış qüsurlarla X12 ölümü arasında patoqenetik mexanizmə malik birbaşa səbəbli əlaqənin olmasını təsdiq edən tibbi xarakterli konkret məhkəmə-tibbi kriteriyasının mövcud olmaması rəydə açıq şəkildə əksini tapmışdır. Həmin rəydə daha çox qüsurlara Məhkum tərəfindən deyil, məhz böyük həkim Şahid10 v ə növbətçi həkim Şahid12 tərəfindən daha çox yol verildiyi, əksini tapdığı təqdirdə istintaq orqanı tərəfindən ittiham Məhkum verilmişdir. Məhkum hərəkətinin Zərərçəkmiş şəxs ölümü ilə birbaşa səbəbli əlaqəsinin olmadığı halda, məhkəmənin məhz hansı kriteriyadan yanaşaraq ittihamı əsaslı hesab edərək onun barəsində ittiham hökmünün çıxarılması anlaşılan deyildir. Məhkum və müdafiəçi hesab edirlər ki, hazırkı iş üzrə Məhkum əməlində CM-in 314.2-ci maddəsinin obyektiv cəhətinin tərkibi əməllərinin (əməllə nəticə arasında səbəbli əlaqənin və vəzifələrinin yerinə yetirilməsi üçün real imkanın olmaması səbəbli, digər əlamətinin) olmaması əməldə cinayət tərkibin olmasını aradan qaldırdığından onun barəsində olan cinayət işi bəraətverici əsaslarla xitam edilməlidir. Hüquqi məsələlər: Məhkəmə koll egiyası kassasiya şikayətlərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum, müdafiəçi N.Mustafayevin, zərərçəkmiş şəxsin hüquqi varisi X və nümayəndə Müdafiəçi3, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllə nin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində məhkumun əməlində CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olmaması, onun əsassız olaraq cinayə t məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsində “Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinə görə “Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası məhkum və onun müdafiəçisi tərə findən ayır-ayrılıqda verilmiş kassasiya şikayətləri ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilərkən kifayət qədər araşdırma aparmadan və mötəbər sübutlara əsaslanmadan yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü bəndinə əsas ən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsin ə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tə dqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il t arixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nət icələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olmas ı haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkum ittiham edildiyi CM-in 314.2-ci maddəsinin şərh olunan dispozisiyasından görünür ki, təqsirləndirilən şəxsin əməlində aşağıdakı əlamətlərin olması zəruridir: - Təqsirləndirilən şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması; - sadalanan əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması; - təqsirləndirilən şəxsin törətdiyi əməllə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması. Məhkum ona görə tə qsirli bilinib məhkum edilmişdir ki, o, 22 iyul 2022-ci il tarixdə saat 4 radələrində ona müraciət edən Göyçay rayonu, Qaraməryəm kənd sakini Zərərçəkmiş şəxs bədən hərarətinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hazırda qüvvədə olan “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları üzrə kliniki protokolu”na əsasən ağır dərəcəli kimi qiymətləndirilən 40° C olduğunu müəyyən edib xəstəyə “kəskin respirator virus infeksiyası” diaqnozu qoyduqdan sonra növbətçi həkim kimi xidmətdə olduğu müddətdə yerinə yetirdiyi təşkilati-sərəncamverici funksiyalara əsasən “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyi tərəfindən təsdiq edilmiş 5 yanvar 2022-ci il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə təlimatının 6-cı, 7-ci bəndlərinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını və diaqnozunu müəyyən etməli olduğu halda, bunu etməyərək yalnız xəstənin müalicəsi üçün yetərli olmayan simptomatik müalicə (analgin, dimedrol, novokain əzələ daxili) aparılması ilə kifayətlənib işinə vicdansız və laqeyd münasibət göstərməklə təlimatla üzərinə düşən xidməti vəzifə öhdəliklərini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyib təlimatın tələblərini pozmaqla Zərərçəkmiş şəxs patologiyanın vax tında aşkar edilməsi üçün xəstəni tam və hərtərəfli müayinə və müalicə etməmiş, kliniki əlamətlərini, anamnestik məlumatları düzgün qiymətləndirməmiş, xəstədən laborator analizlər götürülməli, xəstənin şikayətlərinə əsasən döş qəfəsi orqanlarının dərhal instrumental (rentgenoqrafiya, torakal KT) müayinələri, qanın ümumi analizi, qan qrupu və rezus faktor, CRP (C reaktiv zülal), qanın tam biokimyəvi analizi, koaquloqram, EKQ, ExoKQ müayinələri aparılmalı olduğu halda etməmiş, profil üzrə dar ixtisaslı həkim mütəxəssislərin (infeksionist və reanimatoloq) cəlb edilməli olduğu halda bunu etməmiş, “kəskin respirator xəstəliklər”lər qrupuna aid olan COVİD-19 təyini ilə bağlı test götürməmiş, həmçinin xəstəliyin ağırlığı xəstədə təxirəsalınmaz hospitalizasiyaya göstəriş sayıldığı halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 28 noyabr 2016-cı il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstələrin stasionara hospitalizasıyasına dair” metodiki tövsiyənin 2.5.1 (reanimasiya tədbirləri və təxirəsalınmaz müayinə), 2.5.3 (xəstənin izolyasiyasını tələb edən vəziyyətlər) və 2.6-cı bəndlərinə əsasən yüksək texnologiyalı tibbi yardıma ehtiyacı olan xəstəni təxirəsalınmaz intensiv terapiya və reanimatoloji xidmət təmin edən stasionara yerləşdirilməsi üçün tədbirləri görməli, sonrakı müayinə və müalicə üçün dərhal hospitalizasiya etməli olduğu halda etməmiş, əksinə xəstədə intensiv müayinə və müalicə tələb etməyən xəstəliyin olması qənaətinə gələrək xəstə və yaxınlarının şikayətlərinə baxmayaraq səhər saatlarında xəstəxanaya müraciət etməsini bildirməklə evə buraxmış, nəticədə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs səhhətinin sonrakı müayinə və müalicələrə tabe olmayan həddə ağırlaşmaqla ehtiyatsızlıqdan 23 iyul 2022-ci il tarixdə saat 03:30-da müalicə aldığı Göyçay RMX-nın PHŞ-nin reanimasiya şöbəsində “kəskin hemorragik pnevmaniya ilə əlaqəli inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli hesab edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “....Tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxssağlamlıq hüququnun təmin olunması üzrə üzərinə götürdüyü öz vəzifələrini həyata keçirən (lazımi səviyyədə həyata keçirməyən) tibbi xidmət sahələrində çalışan və zərə rçəkmiş şəxsə münasibətdə hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli olan təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Məhkum üzərinə götürdüyü öhdəlikləri həyata keçirərkən vəzifəli şəxs qismində çıxış etmişdir. Müəyyən edilmişdir ki, xəstənin tam müayinəsinin aparılması istiqamətində tədbirlər görülmədiyinə görə onun vəziyyətinin ağırlığı düzgün qiymətləndirilməmiş, xəstənin huşu, bədən hərarəti, dəri örtüklərinin rəngi, SpO2, arterial təzyiq, nəbz, tənəffüs hərəkətlərinin dəqiqəlik sayı, təkrar rentgen və KT müayinəsinin aparılması, qanın ümumi analizi, qan qrupu və rezus faktor, CRP (C reaktiv zülal), qanın tam biokimyəvi analizi, koaquloqram, EKQ, ExoKQ kimi müayinələrin aparılması mütləq olduğu və belə olan halda xəstənin vəziyyətinin ağır olması müəyyən edilməklə, rean imasion və intensiv terapiya bölməsində müalicəyə ehtiyacın olması müəyyən edilməklə, tibbi yardımın bu etapında xəstəyə yalnız Analgin, Dimedrol və Novokain dərman preparatlarından ibarət litik qarışıq vurulmuş, xəstə isə hospitalizasiya edilməmiş, bu isə özlüyündə xəstəliyin müalicəsində vaxt itkisinə və xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuş, onun tərəfindən göstərilən tibbi qüsurlarla xəstənin vəziyyətinin ağırlaşması arasında səbəbli əlaqə vardır, nəticədə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs səhhətinin sonrakı müayinə və müalicələrə tabe olmayan həddə ağırlaşmaqla ehtiyatsızlıqdan 23 iyul 2022-ci il tarixdə saat 03:30-da müalicə aldığı Göyçay RMX-nın PHŞ-nin reanimasiya şöbəsində “kəskin hemorragik pnevmaniya ilə əlaqəli inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından ” ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə təlimatının 6-cı, 7-ci bəndlərinə əsasən təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim tibbi praktikada tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını müəyyən edir. Diaqnoz qoyur. Müdafiəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 dekabr 2023-cü il tarixli arayışını təqdim edərək Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri nin Səhiyyə nazirliyinin tabeliyində olan idarə və müəssisələrə tətbiq olunduğu bildirib, TƏBİB-in tabeliyində olan idarə və müəssisələrə tətbiq edilmədiyi üçün təqsirləndirilən şəxsə şamil edilmədiyi barədə dəlil irəli sürmüşdür. Bununla əlaqədar məhkəmə qeyd edir ki, təlimatda təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin xəstəyə tibbi yardımın göstərilməsinin ümumi istiqamətləri göstərilmişdir. Səhhəti ağır vəziyyətdə olan xəstənin müayinə və müalicəsinin bütün qaydalarının və standartlarının hansısa sənəddə təsbit olunması mümkün deyildir. Hippokrat (həkim) andı (gücüm çatdığı qədər müalicəmi heç vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm) içmiş təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim bədən hərarəti 40° C olan ağır dərəcəli kimi qiymətləndirilən xəstə zərərçəkmi ş şəxs mərhum Zərərçəkmiş şəxs həyatı üçün təhlükənin mövcudluğunu nəzərə almalı olduğu halda almamışdır. Mövcud qayda və standartlar dedikdə o nəzərdə tutulur ki, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim belə risklərin olduğunu bildiyi və bilməli olduğu halda xəstənin müalicəsinin istiqamətini düzgün müəyyən etməli, kliniki əlamətlərini, anamnestik məlumatları düzgün qiymətləndirməli, xəstədən laborator analizlər götürülməli, profil üzrə dar ixtisaslı həkim mütəxəssislərin cəlb etməli, xəstənin hospitalizasiyasını təmin etməli idi, beləliklə də xəstənin stasionarda nəzarət altında müalicəsi davam etdirilməli idi. Məhkəmə iş üzrə bir neçə məhkəmə-tibbi ekspert rəylərini digər sübutlarla müqayisəli şəkildə təhlil edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymə tləndirmiş, toplanmış bütün sübutların məcmusunu ittiham hökmünün çıxarılmasına kifayət hesab etmişdir. Cinayətin obyektiv cəhəti tibb işçisinin qanunvericiliyə və ya xüsusi qaydalara uyğun olaraq xəstəyə kömək göstərmək vəzifəsinin mövcudluğunu; zərərçəkmiş şəxsin tibbi yardıma ehtiyacının olmasını; tibb işçisinin üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərməməsini; zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulması və ya onun ölümünü; tibb işçisinin hərəkətsizliyi ilə zərərçəkmişin sağlamlığına zərər vurulması və ya onun ölümü arasında səbəbli əlaqənin mövcudluğunu ehtiva edir. Bu isə o deməkdir ki, cinayət məsuliyyətinin yaranması tibb işçisinin hərəkətsizlikdə ifadə olunan əməlinin xəstənin ölümü kimi nəticəyə səbəb olması ilə şərtləndirilir. Buna baxmayaraq hazırkı iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum ona tibbi yardım üçün müraciət etmiş zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs müalicəsi üçün yetərli olmayan simptomatik müalicə (analgin, dimedrol, novokain əzələ daxili) aparılması ilə kifayətlənib işinə vicdansız və laqeyd münasibət göstərməklə üzərinə düşən xidməti vəzifə öhdəliklərini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyib Zərərçəkmiş şəxs patologiyanın vaxtında aşkar edilməsi üçün xəstəni tam və hərtərəfli müayinə və müalicə etməmiş, yəni təqsirləndirilən şəxs tərəfindən xəstəyə tibbi yardım göstərilməsi hərəkəti edilmiş, lakin göstərilmiş tibbi yardım qüsurlu olmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Məhkum öz işinə vicdansız və laqeyd münasibət göstərməsi nəticəsində xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş, həmin əməl isə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsinin tərkibini yaradır.” Apellyasiya instansiya məhkəməsi Məhkum təqsirli bilinərək məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü məhkuma təyin edilmiş cəzaya aid hissədə dəyişdirərək gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası sübutları аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxs Məhkum törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Məhkum əməli Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.” Məhkum edilmiş şəxs Məhkum təqsirliliyi ilə əlaqədar sübutları təhlil edərkən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr toplanmış sübutları kifayət qədər tədqiq etməməklə yanaşı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının 26 iyun 1997-ci il 360-İQ №-li Qanunun tələblərini nəzərə almamışlar. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsinə əsasən: “Pasiyentin: təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək; sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq; stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək; tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq; tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək; tibbi müdaxilədən imtina etmək; hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək hüquqları vardır. Həmin Qa nunun 26-cı maddəsinə əsasən: “Tibbi müdaxilə həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və ya xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda məsələ konsilium tərəfindən həll olunur. Konsilium mümkün olmayan hallarda tibbi müdaxilə haqqında qərar müalicə-profilaktika müəssisəsinin rəhbərlərinə məlumat verməklə və ya bilavasitə müalicə (növbətçi) həkimi tərəfindən qəbul edilir. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə və yetkinlik yaşına çatmayanlara tibbi müdaxilənin aparılması zəruri olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin bu barədə razılığı olmalıdır.” Həmin Qanunun 27-ci maddəsinə əsasən: “Qanunvericilikdə nəzərdə tutulan hallar (təcili və təxirəsalınmaz tibbi yardımın z əruri olduğu hallar) istisna olmaqla, vətəndaşın və ya onun qanuni nümayəndəsinin tibbi müdaxilədən imtina etmək, yaxud onun dayandırılmasını tələb etmək hüququ vardır. Tibbi müdaxilədən imtina etdikdə vətəndaşa, yaxud onun qanuni nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilməlidir. Tibbi müdaxilədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat vətəndaşın tibbi sənədlərində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi, eləcə də tibb işçisi tərəfindən imzalanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələri göstərilən şəxslərin həyatı üçün zəruri tibbi müdaxilədən imtina etdikdə, onların sağlamlığının qorunması üçün tibb müəssisələri məhkəm əyə müraciət edə bilərlər.” Həmin Qanunun 28-ci maddəsinə əsasən: “Özünün və ya qanuni nümayəndəsinin razılığı tələb olunmadan vətəndaşa qanunvericilikdə müəyyən edilmiş qaydada tibbi yardım (tibbi müayinə, hospitalizasiya, nəzarət etmək, izolyasiya etmək) göstərilməsi ətrafdakılar üçün təhlükəli xəstəliklərə tutulan, ağır ruhi pozuntulardan əzab çəkən, yaxud ruhi xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslərə aid edilir. Həmin şəxslərə tibbi yardım göstərilməsi haqqında qərar həkim tərəfindən qəbul edilir.” Həmin Qanunun 51-ci maddəsində “Müalicə həkimi”nin müəyyən edilməsi, hüquqları və məsuliyyəti müəyyən edilmişdir. Qanunun tələbinə görə: “Müalicə həkimi ambulator-poliklinika müəssisəsində, yaxud xəstəxanada müşahidə və müalicə müddətində pasiyentə tibbi yardım göstərən h əkimdir. Müalicə həkimi pasiyentin istəyi ilə müəssisə (bölmə) rəhbəri tərəfindən təyin edilir. Pasiyent müalicə həkiminin dəyişdirilməsini tələb etdiyi hallarda, müəssisə rəhbəri bu tələbi yerinə yetirməlidir. Müalicə həkimi pasiyentin vaxtında ixtisaslı müayinə və müalicəsini təşkil edir, səhhəti barədə ona məlumat verir, xəstənin, yaxud onun qanuni nümayəndəsinin təkidi ilə məsləhətçi mütəxəssisləri dəvət edir və konsilium təşkil edir. Xəstənin həyatı təhlükə altında olduğu hallar və təxirəsalınmaz vəziyyətlər istisna edilməklə, digər hallarda konsilium tərəfindən verilən məsləhətlər yalnız müalicə həkimi ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.” Məhk əmə kollegiyası cinayət işinin materiallarını “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələbləri ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ölməsi ilə nəticələnmiş hadisədə həkim Məhkum təqsirli olub-olmamasının müəyyən edilməsi məqsədilə düzgün nəticəyə gəlinməsi üçün aşağıda sadalanan xüsusatları araşdırmalı idi: İşin hallarında qeyd edildiyi kimi verilmiş ittihama görə Məhkum “22 iyul 2022-ci il tarixdə saat 4 radələrində ona müraciət edən Göyçay rayonu, Qaraməryəm kənd sakini Zərərçəkmiş şəxs bədən hərarətinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hazırda qüvvədə olan “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları üzrə kliniki protokolu”na əsasən ağır dərəcəli kimi qiymətləndirilən 4 0° C olduğunu müəyyən edib xəstəyə “kəskin respirator virus infeksiyası” diaqnozu qoyduqdan sonra növbətçi həkim kimi xidmətdə olduğu müddətdə yerinə yetirdiyi təşkilati-sərəncamverici funksiyalara əsasən “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyi tərəfindən təsdiq edilmiş 5 yanvar 2022-ci il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə təlimatının 6-cı, 7-ci bəndlərinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi tak tikasını və diaqnozunu müəyyən etməli olduğu halda, bunu etməyərək yalnız xəstənin müalicəsi üçün yetərli olmayan simptomatik müalicə (analgin, dimedrol, novokain əzələ daxili) aparılması ilə kifayətlənib işinə vicdansız və laqeyd münasibət göstərməklə təlimatla üzərinə düşən xidməti vəzifə öhdəliklərini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyib təlimatın tələblərini pozmaqla Zərərçəkmiş şəxs patologiyanın vaxtında aşkar edilməsi üçün xəstəni tam və hərtərəfli müayinə və müalicə etməmiş, kliniki əlamətlərini, anamnestik məlumatları düzgün qiymətləndirməmiş, xəstədən laborator analizlər götürülməli, xəstənin şikayətlərinə əsasən döş qəfəsi orqanlarının dərhal instrumental (rentgenoqrafiya, torakal KT) müayinələri, qanın ümumi analizi, qan qrupu və rezus faktor, CRP (C reakti v zülal), qanın tam biokimyəvi analizi, koaquloqram, EKQ, ExoKQ müayinələri aparılmalı olduğu halda etməmiş, profil üzrə dar ixtisaslı həkim mütəxəssislərin (infeksionist və reanimatoloq) cəlb edilməli olduğu halda bunu etməmiş, “kəskin respirator xəstəliklər”lər qrupuna aid olan COVİD-19 təyini ilə bağlı test götürməmiş, həmçinin xəstəliyin ağırlığı xəstədə təxirəsalınmaz hospitalizasiyaya göstəriş sayıldığı halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 28 noyabr 2016-cı il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstələrin stasionara hospitalizasıyasına dair” metodiki tövsiyənin 2.5.1 (reanimasiya tədbirləri və təxirəsalınmaz müayinə), 2.5.3 (xəstənin izolyasiyasını tələb edən vəziyyətlər) və 2.6-cı bəndlərinə əsasən yüksək texnologiyalı tibbi yardıma ehtiyacı olan xəstəni təxirəsalınmaz intensiv terapiya və reanimatoloji xidmət təmin edən stasionara yerləşdirilməsi üçün tədbirləri görməli, sonrakı müayinə və müalicə üçün dərhal hospitalizasiya etməli olduğu halda etməmiş, əksinə xəstədə intensiv müayinə və müalicə tələb etməyən xəstəliyin olması qənaətinə gələrək xəstə və yaxınlarının şikayətlərinə baxmayaraq səhər saatlarında xəstəxanaya müraciət etməsini bildirməklə evə buraxmış, nəticədə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs səhhətinin sonrakı müayinə və müalicələrə tabe olmayan həddə ağırlaşmaqla ehtiyatsızlıqdan 23 iyul 2022-ci il tarixdə saat 03:30-da müalicə aldığı Göyçay RMX-nın PHŞ-nin reanimasiya şöbəsində “kəskin hemorragik pnevmaniya ilə əlaqəli inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. ” İttihamın məzmunundan görünür ki, təqsirləndirilən şəxs Məhkum üzərinə qanunla və vəzifə təlimatları ilə üzərinə düşən aşağıdakı vəzifələri yerinə yetirməmişdir: - xəstə Zərərçəkmiş şəxs laborator analizlər götürülməli, xəstənin şikayətlərinə əsasən döş qəfəsi orqanlarının dərhal instrumental (rentgenoqrafiya, torakal KT) müayinələri, qanın ümumi analizi, qan qrupu və rezus faktor, CRP (C reaktiv zülal), qanın tam biokimyəvi analizi, koaquloqram, EKQ, ExoKQ müayinələri aparılmalı olduğu halda etməmişdir; - profil üzrə dar ixtisaslı həkim mütəxəssislərin (infeksionist və reanimatoloq) cəlb edilməli olduğu halda bunu etməmiş; - “kəskin respirator xəstəliklər”lər qrupuna aid olan COVİD-19 təyini ilə bağlı test götürməmiş; - xəstəliyin ağırlığı xəstədə təxirəsalınmaz hospitalizasiyaya göstər iş sayıldığı halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 28 noyabr 2016-cı il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstələrin stasionara hospitalizasıyasına dair” metodiki tövsiyənin 2.5.1 (reanimasiya tədbirləri və təxirəsalınmaz müayinə), 2.5.3 (xəstənin izolyasiyasını tələb edən vəziyyətlər) və 2.6-cı bəndlərinə əsasən yüksək texnologiyalı tibbi yardıma ehtiyacı olan xəstəni təxirəsalınmaz intensiv terapiya və reanimatoloji xidmət təmin edən stasionara yerləşdirilməsi üçün tədbirləri görməli, sonrakı müayinə və müalicə üçün dərhal hospitalizasiya etməli olduğu halda etməmiş; - xəstədə intensiv müayinə və müalicə tələb etməyən xəstəliyin olması qənaətinə gələrək xəstə və yaxınlarının şikayətlərinə baxmayaraq səhər saatlarında xəstəxanaya müraciət etməsini bildirməklə evə buraxmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum qarşı irəli sürülmüş ittihamın ilk dörd bəndinin əsasında xüsusi biliklərin tələb olunması ilə əlaqədar təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyi durur. İbtidai araşdırma orqanı bununla əlaqədar ilkin və təkrar komisyon rəyləri kifayət qədər əsaslı hesab etmədiyindən komisyon qaydada təkrar ekspertizalar təyin etmiş və nəhayət, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin xx.xx.2023-cü il tarixli, K/123-T saylı (iş materialları üzrə ekspertiza) komisyon ekspert rəyini almışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin xx.xx.2023-cü il tarixli, K/123-T say lı komisyon ekspert rəyindən görünür ki, 1.Həkim tərəfindən xəstənin müayinə və müalicə planı, o cümlədən mebikamentoz təyinatın verilməsi, müalicənin effektivliyi, xəstənin vəziyyətinin ağırlığına görə müvafiq tibb müəssisəsinə yerləşdirilməsi xəstəyə təyin olunan diaqnozdan və diaqnozun dəqiq təyini məqsədi ilə aparılan əlavə laborator və instrumental müayinələrin ümumi nəticələrindən asılı olur. İş materialları öyrənilərkən müəyyən edilir ki, xəstənin müraciətinin ilk günündən ölüm konstatasiya olunan vaxtadək göstərilən ilkin tibbi yardım və təyin olunan müalicə planı çox vaxt əsas diaqnoz təyin olunmadan, aparılan müalicə simptomatik və yaxud natamam olaraq müəyyən bir sindromun korreksiyası üzərində qurulmaqla, XBT üzrə təsnif olunan xəstənin düçar olduğu əsas xəstəlik nəzərə alınmam ışdır. Zərərçəkmçiş şəxs diaqnozunun dəqiq təyin olunması istiqamətində kliniki araşdırmalar, reanimasiyaya qədər dövrdə reanimatoloq baxışının təşkili və differensial diaqnostika aparılmamışdır ki, bu da hazırkı işin mahiyyəti üzrə olan tibbi qüsurların əsasını təşkil edir. Əsas xəstəliyin diaqnozu təyin olunmadan, qərarda göstərilən sualların həlli istiqamətində əsaslı, tam və birmənalı fikir yürütmək həmişə mümkün olmur. Belə ki, pnevmoniya xəstəliyi Xəstəliklərin Beynəlxalq Təsnifatı üzrə nozoloji vahidi təşkil edən bir neçə xəstəliyin ağırlaşması kimi əksər hallarda ikincili olaraq inkişaf edir, xəstəliyin etioloji amilləri müxtəlifdir. Ona görə də əsas xəstəliyin (hemorragik pnevmoniyanın inkişafına səbəb olan xəstəliyin) və onun ağırlaşmalarının təyin olunması xəstənin müalicəsi üçü n ən vacib prioritet məsələlərdən biridir. Zərərçəkmiş şəxs tibbi yardım üçün müraciət edərkən diaqnozun təyini üçün tam həcmdə laborator və instrumental müayinələrin aparılmaması, xəstənin müalicəsinin ilkin vaxtlarda ev şəraitində təşkil olunması, xəstəlik üzrə kliniki müşahidənin fasiləli və epizodik xarakter daşıması, ölümün xəstənin ilkin müraciətindən sonra qısa zaman aralığında baş verməsi hazırda retrospektiv olaraq patoloji proses zəncirində ölümə səbəb olan dəqiq diaqnozun təyin olunmasını çətinləşdirsə də, iş materiallarına və tibbi sənədlərə əsasən ekspert komissiyası belə hesab edir ki, həmin dövrdəZərərçəkmiş şəxs “Kəskin respirator virus infeksiyası, ağır gedişli, infeksion toksiki şok 3-4-cü dərəcə. Hər iki ağciyərin diffuz hemorragik pnevmoniyası. Kəskin tənəffüs çatışmazl ığı. Ağciyər ödemi” diaqnozlu patologiyalar mövcud olmuşdur.
2. TTTYS-nın böyük həkimi Şahid10 tərəfindən 21 iyul 2022-ci il tarixdə mərhum Zərərçəkmiş şəxs müayinə olunarkən verilən təyinat əsas xəstəliyin diaqnozu təyin olunmadan, laborator və instrumental müayinələr aparılmadan, yalnız xəstənin subyektiv şikayətlərinə və bədən hərarətinin yüksək olmasına əsasən verilmişdir. Həmin dövrdə ağır infeksion toksiki şokla ağırlaşmış xəstənin ixtisaslı təxirəsalınmaz terapevtik və ixtisaslaşmış yüksək texnologiyalı tibb müəssisələrində müayinə və müalicəyə ehtiyacı olduğu halda, böyük həkim Şahid10 tərəfindən xəstəyə yetərli və adekvat olmayan minimal təyinat (“Ringer 500 qr, Vit.C 10 ml, Dimedrol 1,0 mi, Cerukal 2,0 ml, vit.Bs 1,0 ml. Platifyllin 1,0 ml, Deksametazon 1,0 ml, Baralgin 5,0 ml” o lmaqla fizioloji məhlulları qatqı (“smes”) halında sistemlə vena daxilinə, funksional qəbizliyə görə “Senadeksin”, göbələk əleyhinə “Flukonazol”, qızdırma əleyhinə “Paracetamol” 500 mq və İbuprofen” 200 mq, bakterial infeksiya əleyhinə “Auqomentin” və “Azitromisin”) verilməklə, müalicənin ev şəraitində aparılması məsləhət görmüşdür. İnfeksion xəstəliyə şübhə olduğuna görə xəstəyə infeksionistin baxışı təmin olunmaqla, KT müayinəsi aparılmaqla, ağırlaşmanın mövcudluğuna aydınlıq gətirilməli idi. Belə ki, flüoroqrafiya müayinəsi ilə virus mənşəli pnevmoniyaların tam olaraq aşkara çıxarılması mümkün olmadığından və bu müayinə üsulu, xüsusilə COVİD-19 və digər virus mənşəli həyat üçün təhlükəli virus infeksiyalarının ağırlaşması kimi inkişaf edən pnevmoniyaların “buzlu şüşə” görüntüsünün aşkar edilməsində az informativ olduğundan, xəstənin KT müayinəsindən keçirilməsinə zərurət olmuşdur. Xəstəyə ilkin müraciətində təyinat verilməsinə baxmayaraq, təkrar olaraq müraciət etməsi (xx.xx.2022. saat 17 radələrində) onun müvafiq stasionara yerləşdirilməsi və ixtisaslı mütəxəssisin (infeksionistin) baxışına təqdim olunması üçün əsas olmuşdur. Meyitin ilkin məhkəmə-tibbi ekspertizası zamanı diaqnostikanın hüceyrə səviyyəsini təşkil edən ilkin və təkrar histoloji müayinə nəticələri (ikitərəfli diffuz hemorragik pnevmoniya) və Zərərçəkmiş şəxs sonrakı laborator müayinə nəticələri (leykositlərin sayı) onu deməyə əsas verir ki, xəstənin ilk müraciəti dövründə onun vəziyyəti həddindən artıq ağır olmaqla, böyük həkim Şahid10 tərəfindən 21 iyul 2022-ci il tarixdə müayinə olunarkən onda artıq pnevmoniya xəstəliyi mövcud olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hazırda qüvvədə olan “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları üzrə protokolundan görünür ki, “Kəskin respirator xəstəlik” diaqnozu təyin olunan pasiyentdə vəziyyətin ağırlığının qiymətləndirməsi, antibakterial terapiyaya ehtiyacın müəyyən edilməsi (bakterial infeksiyanın əlavə olunması), fəsadların vaxtında aşkar edilməsi, pasiyentin ixtisaslı xəstəxanaya göndərilməsi meyarlarının təyin olunması kəskin respirator xəstəliklərin müalicə taktikasının əsasını təşkil edir. Həmçinin həmin protokolda göstərilir ki, “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları” diaqnozu bədən hərarəti 38,5 - 39,5°C olduqda orta dərəcəli, 40 dərəcə olduqda ağır dərəcəli kimi qiymətləndirilir. Xəstəni n vəziyyətinin ağır kimi qiymətləndirilməsi isə ixtisaslaşmış tibb müəssisəsində hospitalizasiya olmağa göstərişdir. Bundan başqa, Şahid10 tərəfindən həmin dövrdə letal nəticəsi yüksək olan “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarına aid edilən COVİD-19 infeksiyasının təyininə diqqət yetirilməmişdir. Konkret olaraq böyük həkim Şahid10 tərəfindən Zərərçəkmiş şəxs müayinə olunarkən döş qəfəsinin Kompüter Tomoqram müayinəsi, qanın ümumi və biokimyəvi analizi, sidiyin analizi, C-reaktiv zülalın təyini və ən başlıcası isə COVİD-19 infeksiyasının təyini üçün müayinələr aparıldığı təqdirdə, Zərərçəkmiş şəxs vəziyyətinin ağırlığı düzgün qiymətləndirilməklə, təcili olaraq intensiv terapiya və reanimasiya şöbəsinə hospitalizasiya olunduğu təqdirdə, onda baş vermiş ağırlaşmaların qa rşısının alınması ehtimalı daha çox olardı. TTTYS-nın həkiminin “şifahi” olaraq TTTYS-na müraciət edən xəstəyə xəstəxanaya müraciət etməsi üçün göndəriş və müşayiət vərəqəsi vermək vəzifəsi yoxdur”, lakin xəstənin vəziyyəti ağır olduğu halda, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilənlərə əsasən müvafiq tədbir görməyə borcludur. Şahid10 tərəfindən X17 “Ringer 500 qr, Vit.C 10 ml, Dimedrol 1,0 ml, Serukal 2,0 ml, vit.B6 1,0 ml, platifillin 1,0 ml, deksametazon 1,0 ml, baralgin 5,0 ml” olmaqla fizioloji məhlulda qatqı (“smes”) halında sistemlə vena daxilinə, funksional qəbizliyə görə “Senadeksin”, göbələk əleyhinə “Flukonazol”, qızdırma əleyhinə “Paracetamol” 500 mq və İbuprofen” 200 mq, bakterial infeksiya əleyhinə “Auqomentin” və “Azitromisi n” dərman preparatlarından ibarət müalicə təyin etməsi onun xəstəliyi üçün əks göstəriş deyildir, lakin verilən təyinat həmin dövrdə Zərərçəkmiş şəxs düçar olduğu xəstəliyin müalicəsi üçün yetərli olmamışdır. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunan xəstəliyin ağırlığı, histoloji müayinədə daxili üzvlərdə olan patoloji vəziyyətin ifadə olunma dərəcəsi, ilkin müraciətlə ölüm arasında olan qısa zaman intervalı xx.xx.2022-ci il tarixdə xəstənin müayinəsi zamanı aşkar olunan göstəriciləri (arteriyal təzyiq 120/80 mm civə sütünü, oksigen saturasiyası 98 faiz və bədən hərarətinin isə 38 dərəcə, nəbzinin 94 vurğu olmasını) şübhə altına alır, ona görə də bu göstəriciyə əsasən komissiya tərəfindən xəstənin vəziyyətinin adekvat qiymətləndirilməsi və suallara cavab verilməsi mümkün deyi ldir. 3. 21 iyul 2022-ci il tarixdə ixtisaslı həkimin adından verilmiş müayinə kodu ilə Göyçay RMX-nın PHŞ-nin radiologiya şöbəsinin rentgenoloqu Şahid9 tərəfindən X12 ağ ciyərlərinin flüoroqrafiyası zamanı onda “buzlu şüşə” görüntüsünə malik hemorragik pnevmoniyanın aşkara çıxarılması mümkün olmaya bilərdi, belə ki, bu müayinə üsulu mövcud pnevmoniyanın aşkara çıxarılması üçün az informativdir. Ona görə də, rentgenoloq Şahid9 tərəfindən döş qəfəsinin rentgenoqrafiyası və yaxud KT müayinəsi aparıldığı təqdirdə, 21 iyul 2022-ci il tarixdə xəstədə hemorragik pnevmoniya xəstəliyini aşkara çıxarmaq mümkün olardı. 21 iyul 2022-ci il tarixdə çəkilmiş flüoroqram ekspertizaya təqdim edilmədiyinə görə, məsələyə tam aydınlıq gətirmək mümkün deyildir, lakin iş materiallarında olan məlumatlar, kliniki göstəricilər və histoloji müayinənin nəticələri ona əsas verir ki, ilkin radioloji müayinə ərəfəsində xəstədə pnevmoniya xəstəliyi artıq ilkin rentgenoloji klinika ilə mövcud olmuşdur. Hazırkı iş üzrə göstərilən qüsurla, yəni rentgenoloji diaqnozun düzgün təyin olunmaması ilə ölüm arasında səbəb əlaqənin təyininə dair hər hansı bir normativ akt(lar) (qanunlar, qərarlar, əmrlər, təlimatlar, protokollar) mövcud deyildir, lakin bu hal diaqnostik qüsur hesab edilir. 6. 22 iyul 2022-ci il tarixdə saat 04 radələrində Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Məhkum tərəfindən 40 dərəcə bədən hərarəti ilə müraciət edən X17 təyin olunan “Kəskin respirator xəstəlik” diaqnozu ilkin diaqnoz kimi məqbul hesab edilir. Müraciətin bu etapında da “Kəskin respirator xəstəliklə r qrupuna aid olan COVİD-19 xəstəliyinin təyini, differensial diaqnozun aparılması, reanimatoloqun və infeksionistin baxışı vacib idi. Xəstənin tam müayinəsinin aparılması istiqamətində tədbirlər görülmədiyinə görə onun vəziyyətinin ağırlığı düzgün qiymətləndirilməmişdir. Belə ki, xəstənin huşu, bədən hərarəti, dəri örtüklərinin rəngi, SpO2, arterial təzyiq, nəbz, tənəffüs hərəkətlərinin dəqiqəlik sayı, təkrar rentgen və KT müayinəsinin aparılması, qanın ümumi analizi, qan qrupu və rezus faktor, CRP (C reaktiv zülal), qanın tam biokimyəvi analizi, koaquloqram, EKQ, ExoKQ kimi müayinələrin aparılması mütləq idi və belə olan halda xəstənin vəziyyətinin ağır olması müəyyən edilməklə, reanimasion və intensiv terapiya bölməsində müalicəyə ehtiyacın olması müəyyən edilə bilərdi. İfadələrdən görü nür ki, təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Məhkum xəstənin arterial təzyiqini, hərarətini, oksigen saturasiyasını ölçməklə xəstəyə yalnız hərarəti salmaq məqsədi ilə analgin+dimedrol+novakain qarışıqlı təyinat verməklə kifayətlənmişdir. Göstərilən təyinat xəstənin müalicəsi üçün yetərli olmamışdır. Əslində isə xəstə vəziyyətinə görə TTTY şöbəsinin prinsiplərinə uyğun olaraq qəbul olunmalı, vəziyyətinə görə təsnif edilməli, sürətli və effektiv tibbi yardımın göstərilməsi üçün triaj (triaj vəziyyətin ağırlığına əsasən xəstələrin tibb yardım alma prioritetini müəyyənləşdirən prosesdir) olunmalı, xəstənin özündən və ya yaxınlarından şikayətləri, anamnezi (xüsusi ilə allergenlər və qəbul edilmiş dərman preparatları haqda) və həyat əlamətləri haqqında məlumat toplanmalı və bundan sonr a yardımın müddəti və xəstənin vəziyyətinin ağırlığı barədə qərar qəbul edilməli idi. Təcili yardım şöbəsində triaj aşağıdakı meyarlar üzrə aparılır: huşun olub-olmaması, həyat göstəriciləri - hərarət, nəbz, arterial təzyiq, tənəffüs sayı, ağrının qiymətləndirilməsi, həyat üçün digər təhlükəli halların olması. TTTY şöbəsində kodlaşdırma üçün rənglərdən istifadə olunur. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunan xəstəliyin ağırlığı, histoloji müayinədə daxili üzvlərdə olan patoloji vəziyyətin ifadə olunma dərəcəsi onu göstərir ki, həmin dövrdə xəstənin vəziyyəti ağır olmaqla, qırmızı (təxirəsalınmaz) kateqoriyalı xəstələrə aid olmuşdur, ona görə də 15 dəqiqə ərzində təxirəsalınmaz yardım göstərilməklə intensiv terapiya və yaxud reanimasiya şöbəsinə köçürülməli idi. Tibbi yardımı n bu etapında xəstəyə yalnız Analgin, Dimedrol və Novokain dərman preparatlarından ibarət litik qarışıq vurulmuşdur, xəstə isə hospitalizasiya edilməmişdir, bu isə özlüyündə xəstəliyin müalicəsində vaxt itkisinə və xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Zərərçəkmiş şəxs22 iyul 2022-ci il tarixdə saat 04 radələrində RMX-nın təcili tibbi yardım şöbəsinə müraciət edərkən onda təxirəsalınmaz hospitalizasiyanın meyarları artıq mövcud olmuşdur. Müraciətin bu etapında ixtisaslı mütəxəssislərin (infeksionistin və reanimatoloqun) baxışı təmin olunmaqla, xəstənin intensiv terapiya və reanimasiya bölməsində adekvat müalicəyə cəlb olunması ağırlaşmaların qarşısının alınma ehtimalını daha da artırardı. 7. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu n 24-cü maddəsində göstərilmişdir ki, təxirəsalınmaz tibbi yardım göstərilmə halları istisna olmaqla, pasiyentin (xəstənin) həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək və tibbi müdaxilədən imtina etmək hüququ vardır. TTY haqqında Təlimata əsasən xəstə, xəstənin yaxını müdaxilə və müayinədən imtina etdikdə və xəstə müəssisəni icazəsiz tərk etdikdə bu barədə həkim tərəfindən TTTYŞ-də xəstə barəsində tərtib olunan müayinə formasında (xəstəlik tarixində) qeydiyyat aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının “19” sentyabr 2012-ci il tarixli 70 nömrəli qərarının növbətçi həkimin vəzifə təlimatında göstərilmişdir ki, xəstə stasionar müalicəyə ehtiyac olduğu halda müalicədən imtina edərsə, növbətçi həkim tərəfi ndən sənədləşdirilir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının “28” noyabr 2016-cı il tarixli 65 nömrəli qərarının 4,2.2. bəndində göstərilir ki, xəstə və ya valideynləri (qanuni nümayəndələri) hospitalizasiyadan imtina etdikdə, bu barədə müvafiq qeydiyyat aparılmaqla imtina ərizəsi yazılır və xəstə barədə ərazi üzrə ambulator poliklinik tibb müəssisəsinə məlumat verilir. Xəstə və ya valideynləri (qanuni nümayəndələri) hospitalizasiyadan imtinanı rəsmiləşdirmək istəmədiyi hallarda tibb müəssisəsinin işçisi olmayan ən azı iki nəfər cəlb olunmaqla akt tərtib olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının “28” noyabr 2016-cı il tarixli 35 nömrəli qərarının 2.5.1 intensiv müalicə tələb edən hallar (reanimasiya tədbirləri və təxirəsalınmaz m üayinə) və 2.5.3 (xəstənin izolyasiyasını tələb edən vəziyyətlər) mövcud olduğu halda bu vəziyyətlər 2.5 maddəsinin tələbinə əsasən, təxirəsalınmaz hospitalizasiyaya göstəriş sayılır, belə olan halda qərarın 2.6-cı bəndinə əsasən xəstəyə stasionar tibb müəssisəsinin qəbul şöbəsinin həkimi tərəfindən baxış keçirilir və xəstə dərhal hospitalizasiya olunur. Müvafiq qərara əsasən, Zərərçəkmiş şəxs müraciətinin bu etapında təxirəsalınmaz terapevtik və ixtisaslaşmış yüksək texnologiyalı tibbi yardıma ehtiyacı olduğu üçün növbətçi həkim Məhkum tərəfindən xəstənin təxirəsalınmaz intensiv terapiya və reanimatoloji xidməti təmin edən stasionara yerləşdirilməsi üçün 65 nömrəli qərarın yuxarıda göstərilən tələblərindən ibarət tədbirlər görülməli idi. 8. 22 iyul 2022-ci il tarixdə saat 10:49-da xəstə X 26 RMX-nın PHŞ-nin təcili yardım şöbəsinə müraciət edən zaman təcili tibbi yardım şöbəsinin növbətçi həkimi (təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edən) Şahid12 tərəfindən təyin olunan diaqnoz və göstərilən ilkin tibbi yardım qismən düzgün olmuşdur. Lakin həkim Şahid12 xəstədə ikitərəfli pnevmoniya xəstəliyinin olmasını, xəstənin halsız və sərbəst yerimə imkanının olmamasını bildiyi halda, xəstənin vəziyyətinin ağırlığı düzgün qiymətləndirilmədən, reanimatoloqun baxışı təmin olunmadan, stasionar müalicə üçün infeksiya bölməsinə göndərilmişdir. Belə ki, xəstəliyin klinikası və aparılan laborator instrumental müayinələrin nəticəsi və istintaq materiallarında olan məlumatlar ona əsas verir ki, müraciətin bu etapında xəstənin vəziyyəti həddindən artıq ağır (İİİ-İV dərəcəli infek sion toksiki şok, kəskin tənəffüs çatışmazlığı, toksiki ensefaiopatiya vəziyyətində) olmuşdur. Xəstənin İİ səviyyəli (təxirəsalınmaz terapevtik) və İİİ səviyyəli (ixtisaslaşmış yüksək texnologiyalı) tibbi yardıma ehtiyacı olduğu üçün reanimatoloqun baxışı təmin olunmaqla, stasionar müalicə infeksiya şöbəsində deyil, reanimasiya şöbəsində həyata keçirilməli idi. Xəstənin 12:10 radələrində infeksiya şöbəsində müayinə protokolundan (qəbul gündəliyindən) görünür ki, həmin vaxtı huşu alaqaranlıq olmuş, suallara ləng cavab vermiş, tənəffüsü səthi, SPO2 89 olmaqla, təxminən bir saatdan sonra prekomatoz hal müşahidə edilmişdir. Xəstənin göstərilən vəziyyəti ilə Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin növbətçi həkimi (təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edən) Şahid12 2 2.12,2022-ci il tarixdə ifadəsində göstərdiyi oksigen saturasiyasının 97-98 faiz olmasını və xəstənin reanimasion bölməyə yerləşdirilməsi meyarının olmaması kimi ifadəsində verdiyi məlumatları şübhə altına alır. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunan xəstəliyin ağırlığı, histoloji müayinədə daxili üzvlərdə olan patoloji vəziyyətin ifadə olunma dərəcəsi və infeksiya şöbəsinə qəbul zamanı müşahidə olunan kliniki göstəricilər ona əsas verir ki, həmin, dövrdə xəstənin vəziyyəti TTTY meyarı olan triajia (SpO2 90, köməkçi tənəffüs əzələlərinin tənəffüsdə iştirak etməsi və ya gözlə görünən pulsoksimetriya göstəricisinin 90 faizdən aşağı olduğu kəskin tənəffüs pozuntusu olan vəziyyət) qırmızı (təxirəsalınmaz) kateqoriyalı tibbi yardım səviyyəsinə uyğun olmuşdur. Ona görə də xəstə 1 5 dəqiqə ərzində təxirəsalınmaz yardım göstərilməklə reanimasiya şöbəsinə köçürülməli idi. Müraciətin bu etapın yuxarıda göstərilən qüsurlar nəticəsində xəstənin vəziyyəti daha da ağırlaşaraq, adekvat müalicədən, daha vacib olan oksigen dəstəyi və müvafiq reanimatoloji yardımlardan kənarda qalmışdır.
9. İnfeksion şöbə müdiri X2 tərəfindən xəstə Zərərçəkmiş şəxs 1 saat 45 dəqiqə müddətində zəruri olan bütün tibbi yardım(lar) tam həcmdə və düzgün göstərilmişdir, xəstənin vəziyyətinin ağırlığı ilə əlaqədar nevroloq və reanimatoloqun xəstəyə baxışının təmin olunması zəruri idi.
10. X17 Göyçay RMX-nın PHŞ-nin reanimasiya şöbəsində tibbi yardımlar tam həcmdə göstərilmişdir, reanimasiya şöbəsində müalicədə olarkən xəstədə ölümün baş verməsi bu etapa qədər xəstənin vəziyyətinin həddindən artıq a ğırlaşması və xəstənin vəziyyətində geriyədönməz poliorqan çatışmazlığının inkişaf etməsi ilə əlaqədar olmuşdur.
11. X12 Göyçay RMX-nın PHŞ-nin Reanimasiya şöbəsində 13 saat müddətində saxlanılarkən, baxışı zəruri hesab edilən ixtisaslı mütəxəssislər tərəfindən konsultasiyası təmin edilmişdir, digər mütəxəssislər tərəfindən müayinə olunmasına tibbi göstəriş olmamışdır.
12. Bununla da, X12 müraciətləri dövründə TTTYS-ın böyük həkimi Şahid10 tərəfindən, Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin növbətçi həkimi (təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edən) Şahid12 və Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Məhkum tərəfindən müvafiq bəndlərdə göstərilən qüsurlara yol verilmişdir. Göstərilən tibbi qüsurlarla xəstənin vəziyyətinin ağırlaşması arasında səbəbli əlaqə vardır. Lakin xəstənin tibbi yardım üçün gec müraciət etməsinə, xəstəliyin atipik və kəskin gedişə malik olaraq qısa zaman ərzində ölümə səbəb olmasına və bəzi toksiki formaya malik respirator virus infeksiyalarının, o cümlədən COVİD-19 diaqnozlu xəstəliyin letal riskinin yüksək olmasına görə, Şahid10, Şahid12 və Məhkum tərəfindən Zərərçəkmiş şəxs müayinəsi zamanı yuxarıda göstərilən qüsurlara yol verilmədiyi halda, vaxtında adekvat müayinə və müalicəyə cəlb olunduğu təqdirdə ölümün qarşısının alınmasının mümkünlüyü barədə dəqiq və birmənalı fikir yürütmək mümkün deyildir. Belə ki, xəstənin müalicəsinin hər hansı bir etapında buraxılmış qüsurlarla X12 ölümü arasında patogenetik mexanizmə malik birbaşa səbəbli əlaqənin olmasını təsdiq edən tibbi xarakterli konkret mə hkəmə-tibbi kriteriya mövcud deyildir. Lakin Göyçay rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Nicat Nəsirlinin “Sübutların qiymətləndirilməsi, cinayət təqibinin başlanmasının rədd edilməsi və anket məlumatlarının dəqiqləşdirilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin xx.xx.2023-cü il tarixli, K/123-T saylı komisyon ekspert rəyinin “Lakin xəstənin tibbi yardım üçün gec müraciət etməsinə, xəstəliyin atipik və kəskin gedişə malik olaraq qısa zaman ərzində ölümə səbəb olmasına və bəzi toksiki formaya malik respirator virus infeksiyalarının, o cümlədən COVİD-19 diaqnozlu xəstəliyin letal riskinin yüksək olmasına görə, Şahid10, Şahid12 və Məhkum tərəfindən Zərərçəkm iş şəxs müayinəsi zamanı yuxarıda göstərilən qüsurlara yol verilmədiyi halda, vaxtında adekvat müayinə və müalicəyə cəlb olunduğu təqdirdə ölümün qarşısının alınmasının mümkünlüyü barədə dəqiq və birmənalı fikir yürütmək mümkün deyildir. Belə ki, xəstənin müalicəsinin hər hansı bir etapında buraxılmış qüsurlarla X12 ölümü arasında patogenetik mexanizmə malik birbaşa səbəbli əlaqənin olmasını təsdiq edən tibbi xarakterli konkret məhkəmə-tibbi kriteriya mövcud deyildir” hissəsi sübutlar siyahısından çıxarılmışdır. Aşağı instansiya məhkəmələri tərəfindən də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin xx.xx.2023-cü il tarixli, K/123-T saylı komisyon ekspert rəyinin obyektivliyini şübhə altına alan ibtidai araşdırma orqanını tərəfindən qəbul edilmiş həmin qərar tədqiq olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin təqsirliliyini şübhə altına alan ekspert rəyinin heç bir araşdırma aparmadan, ekspertlərin dindirilməsi və ya təkrar komisyon ekspertizanın keçirilməsi ilə aradan qaldırılmalı olduğu halda, ibtidai araşdırmanı aparan şəxsin özünün mülahizəsinə əsasən sübutlar siyahısından çıxarılması əsaslı hesab edilə bilməz. Məhkum verilən ittiham üzrə digər bir məsələ onun tərəfindən xəstə Zərərçəkmiş şəxs laborator analizlər götürülməli, xəstənin şikayətlərinə əsasən döş qəfəsi orqanlarının dərhal instrumental (rentgenoqrafiya, torakal KT) müayinələri, qanın ümumi analizi, qan qrupu və rezus faktor, CRP (C reaktiv zülal), qanın tam biokimyəvi analizi, koaquloqram, EKQ, ExoKQ müayinələri aparılmalı olduğu halda, b unların edilməməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən növbətçi həkim Məhkum işlədiyi xəstəxanada həmin vaxt qeyd edilən tibbi prosedurların yerinə yetirilməsi üçün real imkanının olub-maması araşdırılmamışdır. Belə ki, məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid7 bildirmişdir ki, o, Göyçay RMX-ın poliklinika şöbəsinin pulmonoloq həkimi vəzifəsində işləyir. 22 iyul 2022-ci il tarixdə saat 10-11 radələrində qəbul şöbəsinə Həsən həkim tərəfindən ona zəng gəlmiş, qəbul şöbəsində bir narahat xəstə olmasını, qızdırmasının olduğunu, amma bilmirlər ki, bu nədir. Belə ki, xəstəni rentgen müayinəsindən keçirtmişlər, lakin heç nə çıxmamışdır. O da xəstələri otaqda qoyaraq Zərərçəkmiş şəxs müayinə etməyə getmiş, xəstənin üm umi vəziyyəti yaxşı olmuş, xəstəyə suallar verəndə ad və soyadını ona düzgün cavab vermiş, xəstənin təzyiqi 130-70 mm civə sütünü arasında, saturasiyası 97 faiz idi. Xəstənin ciyərinə fonendoskop ilə qulaq asaraq ağ ciyərin aşağı tərəfində tək-tək xışıltılar eşidildiyini müəyyən etmişdir. Diaqnozu dəqiqləşdirmək üçün kompyuter tomoqraf (KT) etmək lazım olduğunu bildirmiş, lakin kompyuter tomoqraf (KT) həkimi məzuniyyətdə olduğundan, rentgen müayinəsindən yenidən keçməsini məsləhət görmüşdür. Xəstəni yenidən göndərdilər rentgenə, cavab çıxandan sonra bilindi ki «pnevmoniya»dır və o da bundan sonra xəstəni qəbul şöbəsinə Həsən həkimin yanına göndərmişdir. Göründüyü kimi, xəstə Zərərçəkmiş şəxs bir neçə dəfə rentgen müayinəsindən keçirilsə də, onun xəstəliyinin səbəblərini müəyyən etmək mümkü n olmamışdır, lakin kompyuter tomoqraf (KT) həkimi məzuniyyətdə olduğundan onu KT müayinəsindən keçirmək imkanı xəstəxanada olmamışdır. Belə olan halda, Məhkum həmin müayinəni keçirməməkdə ittiham edilməsini əsaslı hesab etmək olmaz. Bu baxımdan məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri sayır ki, növbətçi həkim Məhkum xəstəyə göstərdiyi tibbi yardımların mövcud şərаitə аdekvаt оlubolmaması, onun, üzərinə düşən vəzifələri yerinə yetirib, sаdəcə оlаrаq xəstəxаnаdаkı lаbоrаtоr şərаitin lazımı səviyyədə olub-olmaması həm ibtidai araşdırma orqanı, həm də aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamışdır. Məhkum ittihamının bir hissəsini də xəstə Zərərçəkmiş şəxs xəstəliyin ağırlığı xəstədə təxirəsalınmaz hospitalizasiyaya göstəriş sayıldığı, yüksək texnologiyalı tibbi yardıma ehti yacı olan xəstəni təxirəsalınmaz intensiv terapiya və reanimatoloji xidmət təmin edən stasionara yerləşdirilməsi üçün tədbirləri görməli, sonrakı müayinə və müalicə üçün dərhal hospitalizasiya etməli olduğu halda, intensiv müayinə və müalicə tələb etməyən xəstəliyin olması qənaətinə gələrək xəstə və yaxınlarının şikayətlərinə baxmayaraq səhər saatlarında xəstəxanaya müraciət etməsini bildirməklə evə buraxması ilə əlaqədardır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən bununla əlaqədar kifayət qədər araşdırma aparılmadan nəticəyə gəlinmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə saat 21:00-dan 2 2 iyul 2022-ci il tarixdə saat 09:00-dək olan müddət ərzində Göyçay RMX-nın PHŞ-nin təcili və tibbi-təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsində növbətçi həkim xidmətinə tibb bacıları Şahid5 və X ilə birlikdə təyin olunmuşdur. 22 iyul 2022-ci il tarixdə saat 04 radələrində xəstəxananın TTTYB-na müraciət edən xəstələrin müayinəsi üçün nəzərdə tutulmuş “yaşıl” otaqda olarkən mərhum Zərərçəkmiş şəxs yanında adını sonradan X15 olduğunu bildiyi şəxslə birlikdə otağa daxil olaraq özünü narahat hiss etdiyini, bədən hərarətinin olduğunu normal nitqi ilə bildirdi. Dərhal xəstəni müayinə edərək ilkin olaraq arteriyal təzyiqini tanometr aparatı ilə ölçmüş və təzyiqinin 120\80 mm civə sütunu arasında olduğunu, oksigen saturasiyasının 97-98 faiz, bədən hərarətinin isə termometr ilə öl çərək 40 dərəcə olduğunu müəyyən edib xəstəyə “kəskin respirator virus infeksiyası” diaqnozu qoymuşdur. Xəstənin bədən hərarətinin yüksək olmasına görə ağ ciyərlərində xırıltı olub-olmamasını müəyyən etmək məqsədi ilə X15yə yaşıl otaqdan çıxmasını bildirdikdən sonra fonendoskop ilə mərhum Zərərçəkmiş şəxsnin ağ ciyərlərin vizual olaraq eşidən zaman ağ ciyərlərində hər hansı patologiya izlənilməmişdir. X13 nə qədər müddətdir qızdırması olduğunu, buna görə müalicə alıb-almadığını soruşduqda Zərərçəkmiş şəxs 21 iyul 2022-ci il tarixdə Göyçay RMX-da rentgen kabinetində müayinədən keçdiyini və qızdırmasına görə xəstəxananın TTTYS-nın böyük həkimi Şahid10 tərəfindən həmin gün müalicə olunduğunu, sistem köçürüldüyünü deyib rentgen müayinəsinə dair sənədi cibindən çıxararaq əzik halda ona təqdim etmişdir. Rengten müayinəsi sənədinə baxan zaman Zərərçəkmiş şəxs 21 iyul 2022-ci il tarixdə rentgen müayinəsindən keçdiyini və onun ağ ciyərlərində hər hansı patologiyanının izlənilmədiyinin qeyd edildiyini görmüşdür. X18 bədən hərarətini aşağı salmaq üçün tərəfindən analgin 2 qram, dimedrol 1 qram və novokain 2 qram əzələ daxilinə inyeksiya olunmuşdur. X23 yaşıl otaqda gözləməsini dedikdə Zərərçəkmiş şəxs müayinə olunmağa ehtiyacı olmadığını, əsas azyaşlı övladından narahat olduğunu demiş, Zərərçəkmiş şəxsyə gözləməsini deyib, təcili tibbi yardım avtomobili ilə gətirilən adını hazırda xatırlamadığı, lakin “alimentar qastrid” diaqnozu qoyduğu xəstə ilə maraqlanmışdır. Təxminən 5-10 dəqiqə sonra Zərərçəkmiş şəxs yaşıl otaqda olmadığını görmüşdür. Həmin vaxt tibb bacısı Şahid5 X18 harada o lduğunu və onun özbaşına xəstəxananı tərk etməsinin səbəbini soruşduqda tibb bacısı Nazilə ona xəstənin hansı səbəbə getməsi barədə məlumatı olmadığını demiş, özü də Zərərçəkmiş şəxsnin təcili yardım bölməsini tərk etməsini görməmişdir. X8 ilkin tibbi yardımlar göstərməsi və rentgen müayinəsinin nəticəsinə əsasən Zərərçəkmiş şəxsnin ağ ciyərlərində patologiya izlənilməməsi səbəbindən o, Zərərçəkmiş şəxsnin konsultasiyasını təmin etmək, çağırışda olan həkimlərə məlumat vermək və hospitalizasiya etmək barədə təyinat verməyə həmin vaxt ehtiyac görməmişdir. Həmin vaxt xəstə sayının çox olmasına görə Zərərçəkmiş şəxs təcili tibbi yardım şöbəsini özbaşına tərk etməsi və stasionar müalicə yerləşməkdən imtina etməsi barədə qeydiyyat jurnalına qeydiyyat aparmamış, xəstə özbaşına xəstəxananı tərk et diyinə görə stasionar müalicəyə yerləşdirilməsindən imtina edilməsi üçün onun ərizəsini ala bilməmişdir. Təxminən 1 saat sonra Xnin təcili yardım bölməsinin giriş qapısında olduğunu görüb onu çağıraraq X18 harada olmasını soruşmaq istəsə də, X heç nə demədən getmişdir. Saat 07 radələrində baş həkim Şahid4 başqa xəstə ilə bağlı məlumat vermək üçün zəng edən zaman Şahid4 ona Şahid1 qardaşı arvadının təcili tibbi yardım bölməsinə müraciət edib-etməməsi barədə ondan soruşduqda o, baş həkim Şahid4 Xni tanımadığını, Zərərçəkmiş şəxs ad və soyadında şəxsin müraciət etdiyini, tərəfindən xəstəyə tibbi yardımlar göstərildiyini, lakin xəstənin ondan xəbərsiz təcili tibbi yardım bölməsini özbaşına tərk etdiyini demişdir. 22 iyul 2022-ci il tarixdə saat 09 radələrində növbəni növbətçi həkim Şahid12 təh vil verib yarımçıq qalan sənədləşmə işlərini aparan zaman saat 10:30 radələrində Zərərçəkmiş şəxs bir neçə ailə üzvü ilə birlikdə qızdırmalı halda təcili yardım bölməsinə gəldiyini görmüşdür. Zərərçəkmiş şəxsnövbətçi həkim Şahid12 tərəfindən müayinə olunan zaman o, xəstə Zərərçəkmiş şəxsbir neçə dəfə xəstəxananı 40 dərəcə bədən hərarəti ola-ola ondan icazəsiz tərk etməsinin səbəbini soruşduqda Zərərçəkmiş şəxs ona uşağının narahat olduğunu, dözə bilmədiyi üçün getdiyini dedi, o da hər ehtimala qarşı Zərərçəkmiş şəxsnin və ərinin səsini mobil telefonla yazmışdır. Sonra o, xəstəxananı tərk edərək yaşadığı evə getmiş, növbəti gün, yəni 23 iyul 2022-ci il tarixdə səhər saatlarında işə gələrkən Zərərçəkmiş şəxs müalicə aldığı Göyçay RMX-nın PHŞ-nin reanimasiya şöbəsində öldüyünü öyrənmişdir. Öz ünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş, mülki iddianı qəbul etməmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11 izahat verərək bildirmişdir ki, 22 iyul 2022-ci il tarixdə saat 01 radələrində mərhum arvadı Zərərçəkmiş şəxs özünü yenidən narahat hiss etməsi səbəbindən qonşuluqda yaşayan tibb bacısı Xuramana məlumat verərək Zərərçəkmiş şəxsnin qızdırmasının aşağı düşməsi üçün “analgin”, “dimedrol” və “antibiotik” dərmanları iynə vurulmuş, lakin qızdırma yenə də 40 dərəcə temperaturdan aşağı düşməmişdir. Həmçinin 8 aylıq övladı Xin də qızdırması yüksəlmişdir. Buna görə də saat 03:40 radələrində Zərərçəkmiş şəxsni və övladını yaşadığı evindən götürüb bu barədə qardaşı Şahid1 məlumat verib birlikdə onları təcili şəkildə özünə məxsus avtomobi llə Göyçay RMX-na aparmışlar. Qardaşı X15 arvadı Zərərçəkmiş şəxsni təcili tibbi yardım şöbəsinə (Acil şöbə), 8 aylıq övladını isə o, azyaşlılar üçün nəzərdə tutulmuş Göyçay RMX-nın digər təcili yardım şöbəsinə aparmış və övladının müalicəsinə başlanılmışdır. O təcili yardım şöbəsində övladının yanında qalmışdır. Təxminən yarım saat sonra X ona zəng edərək Zərərçəkmiş şəxsni təcili yardım şöbəsində növbədə olan həkimin stasionar müalicəyə qəbul etmədiyini, onun 40 dərəcə temperaturda qızdırması olduğu halda iynə vuraraq səhər gəlməsini məsləhət gördüyünü və Zərərçəkmiş şəxsni Göyçay şəhərində qaynanasının evinə apardığını, bir neçə dəqiqəyə geri qayıdacağını demişdir. Azyaşlı övladının səhhəti ağır olduğuna görə onu Mingəçevir şəhərində yerləşən “Elgizin” klinikasına aparmağa qərara gəlmiş və Xiyə bu barədə məlumat vermişdir. X15 gəldikdən sonra ona Zərərçəkmiş şəxsnin də səhhətinin ağır olmaqla nəfəs almaqda çətinlik çəkdiyini, qızdırmasının aşağı düşmədiyini demişdir. Azyaşlı övladını Mingəçevir şəhərində yerləşən klinikaya aparmazdan əvvəl X15 ilə birlikdə Zərərçəkmiş şəxsnin səhhətinin ağır vəziyyətdə olması, onu xəstəxanaya gətirib müalicə edilməsini xahiş etmək məqsədi ilə 22 iyul 2022-ci il tarixdə saat təxminən 05 radələrində Göyçay RMX-nın təcili yardım bölməsinə getmiş, X15 adını sonradan bildiyi növbətçi həkim Məhkum yə mərhum arvadı Zərərçəkmiş şəxsnin ağır vəziyyətdə olduğunu, onu stasionar müalicəyə qəbul etməsini xahiş etdikdə məhkumhəkim qardaşına xəstə Zərərçəkmiş şəxs Quliyevaya tibbi yardım göstərdiyini, hal hazırda başqa həkimin olmadığını, hazırda buna ehtiyac olmadığını, səhər açılanda xəstəni xəstəxanaya gətirmələrini demişdir. Sonra o, X15 ilə birlikdə əlacsız, çarəsiz vəziyyətdə xəstəxanadan çıxıb səhhəti daha ağır vəziyyətdə olan azyaşlı övladını Mingəçevir şəhərində yerləşən klinikaya aparmışdır. Həkim azyaşlı övladının səhhətinin ağır olması səbəbindən Bakı şəhərində yerləşən ixtisaslaşmış uşaq poliklinikasına aparmağı məsləhət görmüşdür. Həmin gün, yəni 22 iyul 2022-ci il tarixdə saat 10 radələrində Xi Bakı şəhərində aparmaq üçün Ağdaş rayonu istiqamətində yolda olarkən qaynanası Gülpəri mobil telefonla ona zəng edərək Zərərçəkmiş şəxsnin səhhətinin ağırlaşdığını, qızdırmasının çox olduğunu, halsız vəziyyətdə uzandığını, danışmaqda çətinlik çəkdiyini, təcili olaraq onun xəstəxanaya çatdırılmalı olduğunu demişdir. Bundan sonra azy aşlı övladını evə qoyub səhhəti çox ağır olmaqla danışmaqda və yeriməkdə çətinlik çəkən mərhum arvadı Zərərçəkmiş şəxsni götürüb qardaşı X15 və anası X ilə birlikdə Göyçay RMX-nın Acil şöbəsinə aparmış, həmin vaxt Zərərçəkmiş şəxs demək olar ki, özündə olmamaqla sayıqlamış, nə danışdığını bilməmişdir. Saat 11 radələrində xəstəxananın təcili yardım şöbəsinə çatıb qardaşı X15 avtomobili bölmənin giriş qapısının qarşısında saxlamışdır. Zərərçəkmiş şəxsnin səhhətinin kəskin şəkildə ağır olması və yeriməkdə çətinlik çəkməsi səbəbindən təcili yardım şöbəsinə onun köməkliyi ilə xəstə arabasına qoyulmaqla onu müayinə otağında növbətçi Həsən həkimə təhvil vermişdir. Zərərçəkmiş şəxsyə tibbi yardımlar göstərildikdən sonra xəstəxananın 1-ci mərtəbəsində rentgen müayinəsindən keçirilmiş, müayinə zaman ı Rasim həkim Zərərçəkmiş şəxsnin ciyərlərində pnevmaniya xəstəliyinin əlamətlərinin müşahidə olunduğunu demişdir. O, rentgenoloq X həkimə etiraz edərək 1 gün əvvəl rentgen müayinəsi zamanı Zərərçəkmiş şəxsnin ağ ciyərlərində pnevmaniyanın aşkar olunmadığını, müayinənin onu apardığını dedikdə Xhəkim o və qardaşı X15yə pnevmaniyanın ildırımsürətli inkişaf edən xəstəlik olduğunu demişdir. Saat 11:36-da isə onlar Zərərçəkmiş şəxsnin xəstəxananın infeksion şöbəsində yerləşdirlməsi və infeksion şöbənin də təcili yardım şöbəsindən çıxışının olmamaqla ayrıca binada yerləşməsinə görə o və qardaşı Zərərçəkmiş şəxsni arabada götürüb avtomobilə infeksion şöbəyə aparmaq məqsədi ilə qoyub infeksion şöbəyə avtomobillə aparmış və Zərərçəkmiş şəxs təcili olaraq infeksion şöbəyə yerləşdirilmişdir. Zərərçək miş şəxsnin artıq qarın nahiyəsi şişmişdir. İnfeksion şöbədə mərhum arvadı Zərərçəkmiş şəxsyə sistemlər qoşulduğunu, Zərərçəkmiş şəxsnin səhhətinin ağır olmaqla nitq qabiliyyətini itirdiyini görüb şöbə müdiri X həkimə əgər xəstənin səhhəti yaxşıya doğru getmirsə xəstəni götürüb Bakı şəhərinə aparmasını dedikdə X həkim ona narahat olmamasını, sistemin tam olaraq Zərərçəkmiş şəxsnin bədəninə köçdükdən sonra səhhətinin yaxşılacağını demişdir. Sonra o, azyaşlı övladını Bakı şəhərinə aparmaq üçün yaşadığı evə getmişdir. Azyaşlı övladını Bakı şəhərində xəstəxanaya yerləşdirib axşam saatlarında xəstəxanaya geri qayıdıb Zərərçəkmiş şəxsnin səhhəti ilə maraqlanan zaman qardaşı X15 Zərərçəkmiş şəxsnin həyati təhlükəsi olmaqla səhhətinin çox ağır olduğunu, reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulduğunu demişdir. 23 iyul 2022-ci il tarixdə saat 3 radələrində Zərərçəkmiş şəxs xəstəxananın reanimasiya şöbəsində ölməsi barədə həkimlər məlumat vermişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, 21 iyul 2022-ci il tarixdə axşam saatlarında qardaşı X ona zəng edərək arvadı Zərərçəkmiş şəxsnin bədən hərarətinin yüksək olduğuna görə Göyçay RMX-da Rasim həkimin yanında rentgen müayinəsindən keçdiyini, lakin ağ ciyərlərində hər hansı xəstəliyin əlamətlərinin aşkar olunmadığını, sonra Zərərçəkmiş şəxsni müayinə üçün Göyçay RMX-nın TTTYS-na apardığını, TTTYS-nın baş həkimi X arvadını müayinə edərək tibbi yardım göstərdiyini, səhhətinin nisbətən yaxşılaşaraq evə gətirdiyini demişdir. 22 iyul 2022-ci il tarixdə saat 03 radələrində qardaşı X həyəcanlı şəkildə ona zə ng edərək arvadı Zərərçəkmiş şəxs və övladı Xin qızdırmalarının təxminən 40 dərəcə olduğunu, nəfəs almaqda çətinlik çəkdiklərini, halsız olduqlarını dediyinə görə o, cəld şəkildə onları götürüb saat 04 radələrində Göyçay RMX-da təcili yardım (Acil bölməsi) bölməsinə gətirmişdir. Qardaşı azyaşlı övladını xəstəxanada uşaqlar üçün nəzərdə tutulmuş təcili yardım bölməsinə, Zərərçəkmiş şəxsni isə o digər təcili yardım bölməsinə gətirmişdir. Yolda olarkən Zərərçəkmiş şəxsnin halının özündə olmadığını, danışmaqda çətinlik çəkdiyini, səhhətinin yaxşı olmadığını, tənginəfəslik və boğulması olduğunu görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxsni təcili yardım bölməsinə növbətçi həkim Məhkum təhvil verib səhhətinin yaxşı olmadığını, qızdırmasının yüksək olduğunu deyib Zərərçəkmiş şəxsni tam olaraq müayinə etməsini xahiş etmişdir. Həkim Məhkum Zərərçəkmiş şəxsnin bədən hərarətini termometr ilə ölçdükdən sonra temperaturun 40 dərəcə olduğunu, xəstənin neçə gün müddətdir bədən hərarətinin yüksək olduğunu soruşduqda o, məhkumhəkimə təxminən 12 gün müddətdir Zərərçəkmiş şəxsnin qızdırmasının olduğunu demişdir. məhkumhəkim ona yaşıl otaqdan bayırda gözləməyi demişdir. Bir neçə dəqiqə sonra yenidən yaşıl otağa yaxınlaşıb Zərərçəkmiş şəxsnin səhhəti ilə bağlı məhkumhəkimdən maraqlanan zaman məhkumhəkim Zərərçəkmiş şəxsyə iynə vurduğunu, sistem alıb səhər saatlarında digər həkimlər işə gəldikdən sonra Zərərçəkmiş şəxsnin gəlməsini, sistemin qoşulacağını, səhhətində ciddi problem olmadığını, narahat olmamalarını demişdir. O, kəskin şəkildə məhkumhəkimə Zərərçəkmiş şəxsnin qızdırmasının 40 dərəcə oldu ğunu, onu stasionar müalicəyə qəbul etməsini, səhər saatlarına kimi səhhətinin daha da ağırlaşacağını deyib etiraz etsə də, məhkumhəkim onunla kobud şəkildə danışaraq hal-hazırda Zərərçəkmiş şəxsdən daha başqa ağır xəstələrin müalicəsi ilə məşğul olduğunu, səhər saatlarında xəstəxanaya gəlmələrini, yaşıl otaqdan çöldə gözləməsini demişdir. O bir daha kəskin şəkildə məhkumhəkimə etiraz edərək xəstənin stasionar müalicəyə qəbul edilməsini, xəstənin bütün həkim müayinələrindən keçirilməsini, analizlər götürülməsini, ona xəstəliyin səbəbini bildirməsini desə də, məhkumhəkim onun sözlərinə və qardaşı arvadı Zərərçəkmiş şəxsnin ağrılar içərisində olan çarəsizliyinə əhəmiyyət verməmiş, həmçinin xəstənin müalicəsi üçün də hər hansı resept də yazmadan ona bir daha xəstənin səhhətində ciddi problem olmadığını, ona həkimliyi öyrətməməsini demişdir. O da yaşıl otaqdan çıxaraq təcili yardım bölməsinin həkimi Məhkum ağır vəziyyətdə olan xəstəyə etinasız yanaşması, vəzifəsini tam olaraq icra etməməsinə etirazını bildirmək məqsədi ilə xəstəxananın müalicə işləri üzrə cavabdeh olan baş həkimi Şahid4 mobil telefon vasitəsilə zəng etsə də, Şahid4 zənglərə cavab verməmişdir. Təxminən 2-3 dəqiqə sonra Zərərçəkmiş şəxs halsız və ağrılar içərisində təcili yardım bölməsindən deyinə-deyinə çıxaraq məhkumhəkimin ona səhhətində ciddi problem olmadığını, səhər saatlarında xəstəxanaya yenidən gəlməsini bildirdiyini demişdir. Zərərçəkmiş şəxsnin səhhətinin ağır olması, ayaq üstə dayanmaqda çətinlik çəkməsi, həkim Məhkum onu müalicə etməməsinə görə Zərərçəkmiş şəxsni anası Xnin Göyçay şəhərindəki evinə a parmışdır. Yolda olarkən Zərərçəkmiş şəxsni stasionar müalicəyə qəbul edilməməsi, səhhəti ağır olsa da, məhkumhəkimin ona səhlənkar yanaşmasına görə dəfələrlə Şahid4 zəng etsə də, yenidən X16həkim zənglərə cavab vermədiyinə görə X16həkimin mobil nömrəsinə “whatsapp” zəngi etsə də, yenə zəngə Şahid4 cavab verməmişdir. Zərərçəkmiş şəxsni anasının yaşadığı evə gətirən zaman Zərərçəkmiş şəxsnin səhhətinin ağır olduğunu, artıq danışmaqda çətinlik çəkdiyini görüb Zərərçəkmiş şəxsni evdə qoyaraq təxminən yarım və ya 1 saat sonra yenidən xəstəxanaya qayıdaraq təcili yardım bölməsinə daxil olub məhkumhəkimə Zərərçəkmiş şəxsnin səhhətinin ağır olduğunu, onun digər həkimlər tərəfindən tam müayinəsinin edilməli olduğunu və digər həkimlərə məlumat verməli olduğunu dedikdə, məhkumhəkim ona xəstə Zərər çəkmiş şəxs tibbi yardım göstərdiyini, hal hazırda başqa həkimin olmadığını, hazırda buna ehtiyac olmadığını, səhər açılanda xəstəni xəstəxanaya gətirməsini demişdir. Həmin vaxt azyaşlıların qəbulunu həyata keçirən xəstəxananın digər təcili yardım bölməsində olan qardaşı övladı Xi götürüb Mingəçevir şəhərində yerləşən “Elgizin Klinikası”-na aparmışdır. X31 RMX-nın Acil bölməsində tibbi yardımlar göstərilsə də, qızdırması yüksək olmaqla səhhəti normaya dönməmişdir. Azyaşlı qardaşı övladı Xi Mingəçevir şəhərinə apararkən yolda saat 06 radələrində baş həkim Şahid4 “whatsap” ani mesajlaşma proqramı vasitəsi ilə ona mesaj yazaraq nə baş verdiyini, gecə saatlarında ona niyə zəng etdiyini soruşduqda o, X16həkimə 40 dərəcə temperaturda olan xəstəni stasionar müalicəyə həkimin qəbul etmədiyini demi şdir. X16həkim də növbətçi həkimə iradlarını bildirəcəyini deyib xəstənin harada olduğunu və xəstəxanaya gətirməsini dedikdə o, X16həkimə azyaşlı qardaşı övladı ilə birlikdə Mingəçevir şəhərində olduqlarını, Zərərçəkmiş şəxsnin isə evdə olduğunu demişdir. Həmin gün 22 iyul 2022-ci il tarixdə saat 10 radələrində Xi Bakı şəhərinə aparmaq üçün Ağdaş rayonu istiqamətində yolda olarkən qardaşı X qaynanası X qardaşına mobil telefonla zəng edərək Zərərçəkmiş şəxsnin səhhətinin ağırlaşdığını, qızdırmasının çox olduğunu, halsız vəziyyətdə uzandığını, təcili olaraq onun xəstəxanaya çatdırılmalı olduğunu demişdir. O və qardaşı cəld şəkildə Zərərçəkmiş şəxsni yaşadığı evdən götürüb Şahid4 mobil telefonla zəng edərək Zərərçəkmiş şəxsnin səhhətinin ağırlaşdığı barədə məlumat vermiş, X16həkim də Göyçay R MX-nın Acil bölməsində növbətçi həkim Şahid12 lazımı köməkliyin edilməsi barədə göstəriş verdiyini demişdir. Saat 11 radələrində təcili yardım bölməsinə çatıb avtomobili bölmənin giriş qapısının qarşısında saxlamışdır. Zərərçəkmiş şəxsnin səhhətinin kəskin şəkildə ağır olması və yeriməkdə çətinlik çəkməsi səbəbindən Acil bölməsinə xəstə arabası ilə onu bölmənin müayinə otağında Həsən həkimə təhvil vermişlər. Zərərçəkmiş şəxsyə tibbi yardımlar göstərildikdən sonra xəstəxananın 1-ci mərtəbəsində rentgen müayinəsindən keçirilmiş, müayinə zamanı X həkim Zərərçəkmiş şəxsnin ciyərlərində pnevmaniya xəstəliyinin əlamətlərinin müşahidə olunduğunu demiş, sonra Zərərçəkmiş şəxs yenidən Acil bölməsində Həsən həkimin yanına gətirildikdən sonra xəstə infeksion şöbəyə yerləşdirilmişdir. Həmin şöbədə o v ə anası X yanında Zərərçəkmiş şəxsyə sistem vurulmuş, sonra tənəffüsündə çatışmazlıq olduğuna görə oksigen aparatına qoşulmuşdur. Lakin təxminən yarım saat müddətində Zərərçəkmiş şəxsnin səhhəti get-gedə ağırlaşmaqla, nitq qabiliyyətini tamamilə itirməklə koma vəziyyətinə düşdüyündən Zərərçəkmiş şəxs təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilməsi barədə həkimlər qərar vermişlər. Zərərçəkmiş şəxs həmin şöbəyə yerləşdirilən zaman ağzından köpük gəlməyə başlamışdır. 23 iyul 2022-ci il tarixdə saat 3 radələrində Zərərçəkmiş şəxsnin xəstəxananın reanimasiya şöbəsində öldüyü barədə məlumat verilmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 bildirmişdir ki, 21 iyul 2022ci il tarixdə saat 21:00-dan 22 iyul 2022-ci il tarixdə saat 09:00-dək olan müddət ərzində Göyçay RMX-nın PHŞ- nin TTTYŞ-də (ACİL) növbətçi tibb bacısı xidmətinə növbətçi həkim Məhkum və tibb bacısı X ilə birlikdə təyin olunmuşdur. 22 iyul 2022-ci il tarixdə saat 04 radələrində xəstəxananın TTTYŞ-na müraciət edən xəstələrin müayinəsi üçün nəzərdə tutulmuş “yaşıl” otaqda olarkən əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs yanında adını sonradan X15 olduğunu bildiyi şəxslə birlikdə halsız vəziyyətdə otağa daxil olaraq özünü narahat hiss etdiyini, bədən hərarətinin olduğunu bildirmişdir. Növbətçi həkim Məhkum dərhal xəstəni müayinə edərək ilkin olaraq arteriyal təzyiqini, oksigen saturasiyasını, bədən hərarətinin ölçmüş və qızdırmasının 40 dərəcə temperaturda olduğunu demişdir. Sonra fonendoskop ilə ağ ciyərlərin vizual olaraq müayinə etdikdən sonra X13 nə qədər müddətdir qızdırması olduğunu, buna görə m üalicə alıb-almadığını soruşduqda X27 həkimə 21 iyul 2022-ci il tarixdə qızdırmasına görə xəstəxananın TTTYS-nın böyük həkimi Şahid10 tərəfindən həmin gün müalicə olunduğunu, sonra ona sistem köçürüldüyünü demişdir. məhkumhəkim ona X18 bədən hərarətini aşağı salmaq üçün ona göstəriş verərək analgin 2 qram, dimedrol 1 qram və novakain 2 qram əzələ daxilinə inyeksiya olunmasını bildirmişdir. Həkimin göstərişini icra etmişdir. Sonra təcili tibbi yardım şöbəsinin dəhlizinin qurtaracağında yerləşən müşahidə otağına digər xəstələrə baxmaq üçün getmiş, Zərərçəkmiş şəxs da yaşıl otaqda gözləmiş və xatırladığı qədəri ilə Məhkum yaşıl otaqda, yəni Zərərçəkmiş şəxsolduğu otaqda olmuşdur. Təxminən 2 dəqiqə sonra yaşıl otağa qayıdan zaman təcili tibbi yardım avtomobili ilə 1 nəfər qadın mədəsində olan problemlə bağlı olaraq təcili olaraq gətirilmiş, həmin vaxt qeydiyyat işlərini apardıqdan sonra Zərərçəkmiş şəxs yaşıl otaqda olmadığını görmüşdür. 22 iyul 2022-ci il tarixdə saat 09 radələrində növbəni təhvil verib yaşadığı evə getmişdir. 23 iyul 2022-ci il tarixdə səhər saatlarında işə gələrkən Zərərçəkmiş şəxs müalicə aldığı Göyçay RMX-nın PHŞ-nin reanimasiya şöbəsində öldüyünü öyrənmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X20 bildirmişdir ki, 22 iyul 2022-ci il tarixdə saat 06:30 radələrində Göyçay RMX-da səhhəti ilə bağlı qəbulunda olduğuna görə tanıdığı, aralarında hər hansı ədavət, düşmənçilik və mübahisə olmayan Şahid1 istifadəsində olan mobil nömrəyə “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə zəng etdiyini görüb ona mesaj yazaraq nə baş verdiyini soruşduqda Şahid 1 ona qardaşı arvadı Zərərçəkmiş şəxs və körpə övladını Göyçay RMX-nın təcili yardım şöbəsinə gətirdiyini, 40 dərəcə bədən temperaturda olan Zərərçəkmiş şəxs həkimin iynə vurub müalicəyə qəbul etmədiyini, səhər saatlarında gəlməyi dediyini yazmışdır. Şahid1 zəng edərək dərhal xəstə Zərərçəkmiş şəxsni xəstəxanaya gətirməsini, özünün bütün həkimlərə məlumat verəcəyini dedikdə Şahid1 Zərərçəkmiş şəxsnin körpə övladını Mingəçevir şəhərinə apardıqlarını, rayona qayıdan zaman Zərərçəkmiş şəxsni xəstəxanaya gətirəcəyini demişdir. Dərhal təcili yardım şöbəsində növbətçi həkim olan Məhkum mobil telefonla zəng edərək 40 dərəcə temperaturda xəstə Zərərçəkmiş şəxshansı səbəbə konsultasiyanı təmin etməməsi, onu tam olaraq müayinə etməməsinin səbəbini soruşduqda Məhkum ona xəstəni müayinə etdiyini, onun həqiqətən də 40 dərəcə qızdırması olduğunu, xəstəyə “kəskin respirator virus infeksiyası” diaqnozu qoyduğunu, analgin, dimedrol və novokaini əzələ daxilinə inyeksiya edərək tibbi yardım göstərdiyini, qırmızı otaqda (müşahidə otağı) başqa xəstəni müayinə edib geri qayıdan zaman X18 yaşıl otaqda olmadığını, xəstənin özbaşına təcili yardım şöbəsini tərk etdiyini demişdir. Məhkum X18 təcili yardım şöbəsini özbaşına tərk etməsinə dair akt tərtib edib-etməməsi, stasionar qəbuldan imtina jurnalına vətəndaşın öz xətti ilə imtina ərizəsi yazıb-yazmadığını soruşduqda məhkumhəkim ona akt tərtib etmədiyini və vətəndaşın ərizəsini almadığını, çünki xəstənin təcili yardım şöbəsini tərk etməsindən məlumatı olmadığını demişdir. Səhər saat 09:30 radələrində Şahid1 mobil telefonla ona zəng edərək qardaşını n azyaşlı körpəsini Bakı şəhərinə apardıqlarını, mərhum Zərərçəkmiş şəxs da xəstəxanaya göndərəcəyini dedikdən sonra X15yə kəskin şəkildə irad bildirərək xəstə Zərərçəkmiş şəxs təcili olaraq xəstəxanaya gətirməsini, onun səhhətinin ağırlaşa biləcəyini demişdir. Təxminən 1 saat sonra, yəni saat 10:40 radələrində xəstə gətirilmiş və o, növbətçi həkim Şahid12 məlumat verərək xəstə ilə ciddi maraqlanmalarını, konsultasiyasını tam olaraq təmin etməsini, rentgen müayinəsindən keçirməsini, covid-19 virusu ilə bağlı olaraq yaxma götürməsi və lazımı olan bütün tibbi yardımları göstərməsini, nəticəsi barədə də ona məlumat verməsini tapşırmışdr. Saat 12 radələrində növbətçi həkim Şahid12 ona zəng edərək xəstənin arteriyal təzyiqinin 130\80 mm civə sütunu arasında olduğunu, oksigen saturasiyasının 97- 98 faiz, bədən hərarətinin isə 41 dərəcə olduğunu, lakin X18 xəstəxanadan getmək istədiyini, stasionar müalicəyə qəbul edilməkdən imtina etdiyini dedikdə o, Şahid12 xəstənin təcili olaraq stasionara qəbul olunmasını, dərhal xəstə barəsində xəstəlik tarixçəsinin açılmasını tapşırmışdır. Təxminən 15 dəqiqə sonra Şahid12 ona mobil telefonla zəng edərək xəstəni infeksion şöbəyə yerləşdirdiyi barədə məlumat vermişdir. Saat 13:30 radələrində infeksion şöbənin müdiri X zəng edib xəstənin səhhəti barədə maraqlanan zaman X həkim ona xəstənin bədən hərarətinin yüksək olmasına görə nevroloji əlamətlərin olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə nevropatoloq X həkimə məlumat verdiyini demişdir. O da nevropatoloq X həkimə məlumat verərək xəstəni ciddi müayinə etməsini dedikdən sonra reanimasiya şöbə sinin müdiri Şahid6 də zəng edərək xəstəni konsultasiya etməsini və nəticəsi barədə ona məlumat verməsini tapşırmışdır. Təxminən 15 dəqiqə sonra X həkim ona zəng edərək X18 komatoz vəziyyətdə olduğunu, xarici qıcıqlara reaksiya vermədiyini dedikdən sonra o, X həkimə xəstəni təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilməsi barədə göstəriş vermişdir. Reanimasiya şöbəsinə gəldikdən sonra xəstənin vəziyyətini ağır olduğunu və ona təyinat üzrə tibbi yardımlarının göstərildiyini, üz maskası vasitəsi ilə nəm oksigen verildiyini görmüşdür. Saat 14:20 radələrində Şahid6 ona zəng edərək xəstənin vəziyyətinin çox ağır olduğunu, xəstənin Bakı şəhərinə təxliyə olunması və ya Bakı şəhərindən müayinə və müalicə üçün mütəxəssis həkim çağırılmasını tövsiyə etmiş, o da dərhal TƏBİB-in stasionar xidmətinin şöbə müdiri X ilə mobil telefonla əlaqə yaradaraq X18 vəziyyəti barədə məlumat verərək xəstənin Bakı şəhərində ixtisaslaşdırılmış tibb müəssisəsinə təxliyə edilməsinin mümkün olub-olmamasını soruşduqda X komatoz vəziyyətdə olan xəstənin transportabelni (köçürülmə vəziyyətində) olmamasını və xəstəyə sanaviasiya yolu ilə ixtisaslı mütəxəssislər dəvət etməklə yerində yardım göstərilməsini tövsiyə etmiş və özü də sanaviasiyanın rəhbərliyinə tapşırıq verəcəyini bildirmişdir. Təxminən 20 dəqiqə sonra X həkim onunla əlaqə yaradaraq X18 oksigen saturasiyasının aşağı düşməsi səbəbindən onun süni nəfəs aparatına qoşulduğunu, təyinatı üzrə müalicəsinin davam etdirildiyini demişdir. Sonra o, TƏBİB-nin Respublika təcili tibbi yardım stansiyasının dispetçer hissəsini yığaraq ixtisaslı həkim reanimatolo q və pulmanoloq dəvət etmişdir. Axşam saat 22 radələrində Bakı şəhərində reanimatoloq X və pulmonoloq Nəsirova familyasında həkim gəlmiş və xəstə tam olaraq konsultasiya olunmuş, lakin xəstənin vəziyyəti yaxşılaşmağa doğru getməmiş və xəstədə irəliləyiş olmamışdır. 23 iyul 2022-ci il tarixdə saat 03:30 radələrində reanimatoloq Hadi X X18 bütün reanimasiyon tədbirlərə baxmayaraq ölməsi barədə məlumat vermişdir. O, xəstəni yalnız reanimasiya şöbəsində olarkən görmüşdür. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid10 bildirmişdir ki, o, Göyçay RMX-ın təxirəsalınmaz təcili tibbi yardım stansiyasının böyük həkimi vəzifəsində işləyir. 21 iyul 2022-ci il tarixdə səhər saatlarında X telefonla zəng edərək harada olduğunu soruşmuş, həmin vaxt polis şöbəsində olduğunu bir azdan iş yerinə gedəc əyini bildirdi. İş yerinə gələndə Zərərçəkmiş şəxs və həyat yoldaşı X orada idilər. X ona həyat yoldaşı Zərərçəkmiş şəxsnin qızdırması olduğuna görə müayinə olunması üçün gəldiklərini demiş, qızdırmasını ölçəndə təxminən 38,5 dərəcə olduğunu müəyyən etmişdir. Onun hansı müayinələrdən keçməsini öyrənmiş, rentgen müayinəsinə nəzər yetirdikdə, patologiyanın olmamasını görmüşdür. Xəstə qucağında övladı ilə gəlmişdi. Saturasiyası 98 faiz olmuş, xəstə barədə məlumatları toplayandan sonra, xəstəxanaya müraciət etməsini məsləhət görmüş, onlarda əlaqə saxlayacağını deyib getmişlər. Həmin günün ikinci yarısı saat 16:00 və 17:00 radələrində Xyenidən ona zəng etmiş və xəstənin qızdırmasının aşağı düşməməsi barədə ona məlumat vermiş, iş yerində olması barədə soruşmuşdur. Ona iş yerində olduğunu bildirm iş, xəstə gələndən sonra bədən hərarətinin 38 dərəcə olduğunu müəyyən etmiş, analgin, dimedrol və drotaverin qarışdırılmaqla vena daxilinə göstərişinə əsasən tibb bacısı tərəfindən inyeksiya edilmişdir. Yenə də saturasiya 98 faiz idi həmçinin ürək döyüntüləridə normal idi. O yardım göstərəndən sonra qızdırması təxminən 37,6-a dərəcəyə düşmüş, xəstəyə yenidən müraciət etmişdir ki, «qızdırmanız yenidən qalxarsa, təcili tibbi yardım stansiyasına yox, xəstəxanaya müraciət edin». Çünki onların binaları ayrı-ayrı yerləşdiyinə görə arasında 2 km məsafə olduğuna görə ora aparın. Axşam saatlarında Zərərçəkmiş şəxsnin əri X əlaqə saxlamış, Zərərçəkmiş şəxsnin qızdırmasının yenidən artmağa doğru getdiyini, xəstəni Göyçay rayon Mərkəzi xəstəxanasına aparmasını bilirmişdir. Həmin günün səhərisi o, X zə ng etmiş və xəstənin vəziyyəti barədə soruşmuş, X ona «uşağım da narahatdır yoldaşım Zərərçəkmiş şəxs də yaxşı deyil qaytarıb evə gətirmişik» demişdi. Uşağı Mingəçevir şəhər xəstəxanasına aparacağını və Zərərçəkmiş şəxsni də başqa xəstəxanaya aparacağını demişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid12 bildirmişdir ki, o, 2021-ci ilin aprel ayından 2022-ci ilin noyabr ayınadək Göyçay RMX-ın təcili yardım şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 22 iyul 2022-ci il tarixdə Göyçay RMX-ın TTTY şöbəsində növbətçi həkim xidmətinə təyin edilmişdir. Saat 10 radələrində xəstəxanaya xəstə gəldiyini bildirdilər və o xəstəni qəbul edib yaşıl otaqda müayinə etmişdir. X19 adlı olduğunu bilib, anamnez məlumatlarını toplamışdır. Zərərçəkmiş şəxs ona təxminən bir həftədir ki qızdırmasını n olduğunu, rentgen müayinədən keçdiyini bildirmiş, rentgenin cavabını istəyəndə ona «dünən olunub yoxdu» cavabını vermişlər. Ona rentgen müayinəsi nəticəsində müayinənin heç nə aşkar etmədiyini, normal olduğunu demişdilər. Zərərçəkmiş şəxs yenidən rentgen müayinəsindən keçməsini bildirdikdə, Zərərçəkmiş şəxs və yoldaşı X ona rentgen olunduğunu bildirmişlər. Xəstənin vəziyyəti ilə bağlı pulmonoloq Sevinc həkimi çağırmış, X həkimdə xəstəyə baxandan sonra onun ağ sağ ağciyərində pnevmoniya olduğunu müəyyən etmişdir. Pulmonoloq xəstənin ağciyərindən şübhələndiyini bildirib kompyuter tomoqrafiyası müayinəsindən keçirilməsini bildirmişdir. Həmin vaxt kompyuter tomoqraf (KT) həkimi məzuniyyətdə olduğuna görə müayinə aparılması mümkün olmamışdır. Ona görə də yenidən rentgen müayinəsi tövsiyə olun muş, xəstə gedib yenidən rentgen olunmuş, rentgenin cavabında başlanğıc olaraq pnevmoniya olunduğu göstərilmişdi. Tibb bacısına göstəriş vermişdir ki, vaxt keçmədən xəstəni Şahid7 adlı həkimin yanına keçirtsin və «pnevmoniya» diaqnozlu xəstənin olmasını ona bildirməsini tapşırmışdır. Sonra X həkimlə telefonla danışaraq demişdir ki, xəstə müayinə olunmalıdı. Xəstə onun yanına gələndən sonra onu bütün müayinələrdən keçirtmişdir. Həmin vaxtı xəstə çox idi başları xəstələrə qarışıq idi. O birdə baxmışdır ki Zərərçəkmiş şəxs və yanında olan adamlar maşına minib gedirlər. O tez maşını saxlatmış və demişdir ki, maşından düşün belə vəziyyətdə getməyin. Zərərçəkmiş şəxsdə maşından düşmək istəmirdi və ona dedi ki “X həkim baxıb yaxşıyam gedib müalicəni evdə edəcəm.” O Şahid1 köməkliyi ilə xəstəni ma şından düşürdərək acil şöbəsinə gətirmiş bu barədə qeydiyyat aparılmış və xəstəni infeksiyon şöbəyə yerləşdirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o, Göyçay RMXın poliklinika şöbəsinin terapevt həkimi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs vəfat etməmişdən öncə tam xatırlamadığı üçün 1-2 gün öncə onun qəbulunda olmuşdur. Zərərçəkmiş şəxs qeydiyyat şöbəsinə rentgen müayinəsindən keçmək üçün gəlmişdir. Rentgen müayinəsindən keçmək üçün həkim terapevt tərəfindən müayinə kodu verilməlidir. Onlar onun otağına çek almaq üçün gələn vaxt o işlə əlaqədar olaraq başqa otaqda idi. Onlar tibb bacısını məcbur edərək deyiblər ki, tez olun bizə çek lazımdı rentgen üçün, tibb bacısıda onlara demişdir ki, «siz gedin həkim gələnə kimi rentgendən keçib gəlin.» O otağa gələn də tibb bacısı ona bu haqda demiş və o da tibb bacısına demişdir ki, «get maraqlan gör xəstə niyə rentgen edib qayıtmayıb». Sonra tibb bacısı gəlib demişdir ki, «həkimdən soruşdum mənə dedi ki Zərərçəkmiş şəxs rentgen olunub cavabıda normaldır. Rentgendəndə çıxıb gediblər qayıtmayıblar.» O xəstəni rentgenə göndərib rentgenin rəyini görsəydi özü yardım edərdi. Onlar onun yanına gəlməmişdən qabaq onlara hansı həkimin rentgen müayinəsindən keçməsi barədə məlumat verməsini bilmir. Xəstə səhərisi günü xəstəxanaya X həkimin yanına gələndə o da həmin otaqda idi və xəstədən soruşmuşdur k, «siz dünən rentgenə gedib gələndən sonra niyə qayıtmadınız mənim yanıma» Zərərçəkmiş şəxs ona demişdir ki, həkim rentgen rəyini görəndən sonra ona deyib ki, «heç nəyiniz yoxdu, səhhətiniz normaldır məndə ona görə sizin yanınıza qayıtmadım». Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 20 avqust 2022-ci il tarixli, 15 saylı (meyitin ekspertizası) ekspert rəyindən görünür ki, 1993cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində 22-xx-xx.2022-ci il tarixlərinə uyğun xəsarəti izləri aşkar edilməmişdir. Mərhum ölümünə bilavasitə səbəb kəskin hemorragik pnevmoniya ilə əlaqəli inkişaf edən kəskin ağciyərürək çatışmazlığı olmuşdur. Mərhum ölümü xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində Göyçay RMX-da baş vermişdir. Mərhum meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər həmçinin tiryək qrupu, fenotizain, pirzalalon, 1,4 benzodiazepan törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş maddi sübut qismində tanınmış videogörüntülər olan CD diskə baxış keçirilmişdir. Diskə baxışdan görünür ki, 22 iyul 2022ci il tarixdə saat 03.53-də Şahid1 ilkin olaraq təcili tibbi yardım şöbəsindən içəri daxil olaraq qapısı açıq vəziyyətdə olan otağa keçmiş, saat 03.54-də Zərərçəkmiş şəxs həmin otağa daxil olmuş, qapının qarşısında heç kim olmamış, Şahid1 sonradan otaqdan çıxaraq dəhlizdə gəzişmişdir. Saat 03.56-da tibb bacısı qeydiyyat bölməsində kompyuter arxasına keçmiş, saat 03.57-də yenidən həmin otağa daxil olmuş, saat 04.03-də Şahid1 qarşısından keçərək həmin otaqdan çıxmış, saat 04.04-də yenidən həmin otağa daxil olmuş, saat 04.04.34-də 3 nəfər qadın həmin otağa daxil olmuşlar. Saat 04.05.37-də Zərərçəkmiş şəxsdaxil olmuş həmin otaqdan çıxaraq giriş qapısının qarşısında anidən dayanaraq geriyə doğru baxdıqdan sonra qapıdan çıxdığı görünür. CD diskdə olan qalan videogörüntülərə texniki qüsur səbəbindən baxışın keçirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 1 ədəd DVD formatda olan diskə baxış keçirilmişdir. Diskə baxışdan görünür ki, səs yazısında qadın səsinə bənzər səs A “axşam gələn xəstədi, 40 dərəcə, ana sənə axşam demədim otur burda getmə”, başqa kişi səsinə bənzər səs B “gəlib axşam?”, qadın səsinə bənzər səs “gəlib axşam analgin, novakain və dimedrol eləmişik, 40 dərəcə qızdırma ilə adam gedər”, başqa qadın səsi C “başım gicəllənir”, sonra A səsi davam edərək “gəldim bu ra baxdım xəstə yoxdur, çıxıb gedib, dedilər ki, heç görən olmayıb, sonra bir qardaş gəldi, xanımın qızdırması düşmür dedi, mən dedim qardaş xəstən hanı, hara gedib” sonra kiməsə sual olaraq A “axşam nətər oldun, çıxıb getdin” sualına cavab olaraq C səsi “axşam maşınla getdim, dözə bilmədim”, A səsi “sənə kim dedi çıx get, kimsə sənə deyib burdan çıx get” kişi səsi D “bura xəstəni sağaltmağa gətirmişik, razborka eləməyə gəlməmişik”. Müdafiə tərəfindən təqdim edilmiş 1 ədəd DVD formatda olan diskə baxış keçirilmişdir. Diskə baxışdan görünür ki, diskdə saat 14.40-dan olan səs yazısında Şahid1lə Məhkum arasında olan dialoqda xəstə X15 RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsindən Məhkum deyil, digər tibb işçisi “iynə vuran” şəxs tərəfindən “gedin, səhər gələrsiz, sistem alarsız” deməsi eşidi lmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilən 1 ədəd DVD formatda olan disk zərfin içərisinə yerləşdirilmişdir. Zərf açıldıqdan sonra zərfin içərisində üzərində “PRİNCO” sözləri və rəqəmlər yazılmış 1 ədəd DVD disk vardır. Daha sonra disk içərisindəki çəkilişə baxılması üçün kompüterin “DVD ROM”una daxil etdikdə diskin yaddaş həcminin 4.7 QB olduğu müəyyən edilmişdir. Diskin içərisində hərf və rəqəmlər yazılan 4 ədəd fayl vardır. 1-ci fayla daxil olduqda videonun 22 iyul 2022-ci il tarixdə saat 03:00-dan saat 04:05-dək müddət ərzində Göyçay RMX-nın təcili yardım şöbəsinin “yaşıl” otağının qarşısının müşahidə kamerası vasitəsi ilə tam olaraq çəkildiyi müəyyən olunur. Müşahidə kamerasında 22 iyul 2022- ci il tarixdə saat 03:53-də bir kişi cinsli şəxsin ilkin olaraq təcili tibbi yardım şöbəsindən içəri daxil olaraq qapısı açıq vəziyyətdə olan “yaşıl" otağa keçdiyi, 03:54-də isə halsız vəziyyətdə bir nəfər qadın cinsli şəxsin “yaşıl” otağa daxil olduğu, həmin vaxt “yaşıl” otağın qarşısında heç bir şəxs olmadığı, ilkin olaraq otağa daxil olan kişi cinsli şəxsin sonradan otaqdan çıxaraq dəhlizdə gəzişdiyi, 03:56-də yaşıl rəngli həkim xalatında bir nəfər orta yaşlı qadın cinsli şəxsin qeydiyyat bölməsində kompüterlə məşğul olduğu, 03:57-də yenidən “yaşıl” otağa daxil olduğu, 04:03-də ilkin olaraq “yaşıl” otağa daxil olan kişi cinsli şəxsin qarşısından keçərək “yaşıl” otaqdan çıxdığı, saat 04:04də yenidən “yaşıl” otağa daxil olduğu, 04:04:34-də təcili tibbi yardım avtomobili ilə gətirilmiş 3 n əfər qadının “yaşıl” otağa daxil olduğu görünür. 1-ci videonun davamına baxış keçirən zaman çəkilişin 22 iyul tarixdə saat 04:04-dən saat 05:00-dək davam etdiyi, saat 04:05:37-də təntiyə-təntiyə halsız vəziyyətdə bir neçə dəqiqə əvvəl otağa daxil olmuş qadının “yaşıl” otaqdan çıxdığı, təcili şöbəsinin giriş qapısının qarşısında anidən dayanaraq geriyə “yaşıl” otağa doğru baxdıqdan sonra qapıdan çıxdığı, həmin vaxt dəhlizdə TTTYS-nın geyim formasında olan kişi cinsli şəxsin dayandığı 04:09-da həkim xalatında orta yaşlı qadının yaşıl otaqdan çıxaraq qeydiyyat bölümündə əyləşdiyi, həmin vaxt dəhlizdə 2 nəfər qadının olduğu, saat 04:10:-54-də yaşıl otaqdan cavan yaşlarında yaşıl rəngli həkim xalatında qadın cinsli şəxsin çıxaraq saat 04:11-də geri qayıtdığı görünür. Video görüntünün 04:50:44 -cü saniyəsində ilkin olaraq təcili yardım şöbəsinə saat 03:53-dəki şəxsin daxil olub dəhlizdə bir neçə saniyə dayandıqdan sonra “Yaşıl” otağın qarşısına gəldiyi, ardınca başqa kişi cinsli şəxsin də yaşıl otağın qarşısına gəldiyi, ilkin olaraq otağın qarşısında gözləyən şəxsin bir neçə saniyə dayandıqdan sonra ardınca gələn şəxslə birlikdə acil şöbəsindən çıxdığı görünür. Videoçəkilişin davamında iş üzrə əhəmiyyət kəsb hal aşkar edilməmişdir. İştirakçı qismində dəvət edilmiş Şahid1 videogörüntünün saat 03:53-cü saniyəsində yaşıl otağa daxil olan və dəhlizdə gəzişən şəxsin özü, saat 03:54-cü saniyədə daxil olan, 04:05:37-də təntiyə-təntiyə çıxan şəxsin qardaşı arvadı mərhum Zərərçəkmiş şəxs Quliyeva olduğu, 04:50:44-də yenidən ilkin təcili yardım bölməsinə daxil olan şəxsin özü, onun ardınc a daxil olan şəxsin qardaşı X olduğu, həmçinin saat 04:10:-54-də yaşıl otaqdan cavan yaşlarında yaşıl rəngli həkim xalatında qadın cinsli şəxsin məhkumhəkim, digər həkim xalatında olan şəxsin isə xatırladığı qədəri ilə tibb bacısı olduğunu bildirmişdir. “İPCamera25_GRMX32_GRMX32_********************22112230_2596697” faylına daxil olan zaman videoçəklişin Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin giriş qapısının qarşısını əhatə etməklə 22 iyul 2022ci il tarixdə 10:02-dən saat 11:22-dək davam etdiyi, 10:36:20-də qara rəngli “VAZ 21014” markalı, “**-GJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin qarşısında gələrək dayandığı, avtomobilin ön sərnişin oturacağından Şahid1, sürücü oturacağından X, arxa oturacağından bir nəfər qa dının düşdüyü, saat 10:38:32-də avtomobilin arxa sərnişin oturacağından X köməkliyi ilə X12 ağ rəngli təkərli xəstə arabasına otuzdurularaq xəstəxananın təcili tibbi yardım şöbəsindən içəri salındığı, həmin vaxt X12 yeriməkdə çətinlik çəkdiyi görünür. Videoçəkilişin davamında iş üzrə əhəmiyyət kəsb hal aşkar edilməmişdir. “İPCamera25_GRMX32_GRMX32_**********2230_**********5959_3502192” faylına daxil olub qeyd edilən tarixdə olan videonun davamına baxış keçirən zaman çəkilişin 22 iyul 2022- tarixdə saat 11:22-dən saat 11:59-dək Göyçay RMX-nın PHŞ-nin təcili tibbi yardım şöbəsinin qapısının qarşısını əhatə etməklə davam etdiyi, saat 11:25:31-də Şahid1 “VAZ 14” markalı, “**-GJ-***: dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edərək Göyçay RMX-PHŞ-nin təcili tibbi yardım şöbəsinin qarşısın da saxladığı, saat 11:36:43-də X15nin xəstə asında mərhum Zərərçəkmiş şəxs təcili tibbi yardım şöbəsindən çıxardaraq avtomobilə ön oturacağına doğru apardığı, ardınca X də gəldiyi, bir neçə saniyə sonra saat 7-də həkim geyimində olan kişi cinsli şəxsin onlara yaxınlaşdıqdan sonra mərhum Zərərçəkmiş şəxs anın arabada yenidən acil bölməsinə salındığı, bir dəqiqə sonra saat 11:38:57-də həkim tibb olan qadın və X tərəfindən xəstə arabasında yenidən avtomobilin qarşısında diyi, X köməkliyi ilə X12 xəstə arabasından qaldırılaraq ön sərnişin oturacağına əyləşdirildiyi, sonra X avtomobili idarə edərək getdiyi görünür. Videoçəkilişin davamında iş üzrə əhəmiyyət kəsb hal aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilən 1 ədəd DVD formatda olan disk bir ədəd ağ rəngli kağız materialdan olan disk zərfin içərisinə yerləşdirilmişdir. Zərf açıldıqda zərfin içərisində 1 ədəd DVD formatda olan diskin olduğu müəyyən edildi. İştirakçı Məhkum 22 iyul 2022-ci il tarixdə səhər saatlarında mərhum Zərərçəkmiş şəxs növbətçi həkim Şahid12 tərəfindən Göyçay RMX-nın PHŞ-nin təcili yardım şöbəsində müayinə olunan zaman yaşıl otaqda özünə məxsus smartfon tipli “İPHONE” markalı mobil telefonla Zərərçəkmiş şəxs və yaxınlarının səsini yazaraq diskə köçürdüyünü bildirmişdir. Daha sonra səs yazısına qulaq asılması üçün ağ rəngli disk kompüterin “DVD R0M”una daxil etdikdə ekranda “479” nömrə altında fayl açıldı. Fayla daxil olduqda 02:26 saniyə müddətində müxtəlif şəxslərə məxsus qısa müddətli danışıqlar olan sə s yazısının olduğu müəyyən edildi. Daha sonra danışıqlara səslər qulaq asılması üçün videoplayerdə “başla” düyməsi ilə səs yazısı başladıldı və müxtəlif şəxslərə məxsus səslər fərləndirilməsi üçün şərti olaraq hərflər şəklində qeyd olunmaqla aşağıdakılar müəyyən edilmişdir. Səs yazısının 01:08-cu saniyəsinə kimi danışıqların tibb müəssisəsində aparıldığı, lakin konkret olaraq dialoq şəklində olmadığı, 5 saniyə davam etməklə 01:08-də başlayan 01:14-də bitən qadın səsinə bənzər səs A- “axşam gələn xəstədi, 40 dərəcə, ana sənə axşam demədim otur burda getmə”, 01:15-də 1 saniyə davam edən kişi səsinə bənzər B - gəlib axşam?, A 01:16-da suala cavabdan eyni qadın səsi 10 saniyə müddətində davam edərək “gəlib axşam analgin, novakain və dimedrol eləmişik, 40 dərəcə qızdırma ilə adam gedər” 01:26 da bitir, 1 saniyə müddətində başqa qadına məxsus səs C - “başım gicəllənir” səs yazısı, həmin səsdən sonra 01:27-də A səsi davam edərək“ gəldim bura baxdım xəstə yoxdur, çıxıb gedib, dedilər ki, heç görən olmayıb, sonra bir qardaş gəldi, xanımın qızdırması düşmür dedi, mən dedim qardaş xəstən hanı, hara gedib”, 01:41-də kiməsə sual olaraq A – “a x ş a m nətər oldun. Çıxıb getdin” sualına cavab olaraq 1 saniyə davam edən səs yazısında C “axşam maşınla getdim, dözə bilmədim” səsə replika olaraq 01:47-də A “sənə kim dedi çıx get, kimsə sənə deyib burdan çıx get” 02:52-də bitir, 01:52-də 1 saniyə davam etməklə kişi səsinə bənzər səs D - “bura xəstəni sağaltmağa gətirmişik, razborka eləməyə gəlməmişik”, 5 saniyə müddətində anlaşılmadıqdan sonra 01:58-də A - “yox 40 qızdırması varda”. B- “uşağı da gərək gətirərdizdə”, 02:08-də 2 saniyə müddətində davam edən qadın səsi E- “valah uşağı bakıya yazıblar. Dedik ki qoy rahatdıyaq uşağı apararıq” sözləri ilə 02:10-da bitmişdir. İştirakı qismində iştirak edən Məhkum şərti olaraq “A” hərfi ilə qeyd edilmiş səs yazıları özünə “B” hərfi ilə qeyd edilmiş səs yazıları “həkim Şahid12”, “C” hərfi ilə qeyd edilmiş səslər “X17”. “D” hərfi ilə qeyd edilmiş səs yazısının Zərərçəkmiş şəxs Quliyevanın ərinə məxsus olduğu, “E” ilə qeyd edilmiş səsin isə mərhumun qohumuna məxsus olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin TTTYŞ-nın yaşıl otaq üçün xəstə qeydiyyatı jurnalından çıxarışdan görünür ki, mərhum Zərərçəkmiş şəxs 22 iyul 2022-ci il tarixdə saat 04:00-da növbətçi həkim Məhkum tərəfindən müayinə edilərək ona “kəski n respirator virus infeksiyası” diaqnozu qoyulmuş, bədən hərarəti 40 dərəcə temperatur, arteriyal təzyiqi 120\80 mm civə sütunu, oksigen saturasiyasının 97-98 faiz olmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin TTTYŞ-nin tibbi yardımdan və stasionardan imtina üçün qeyd jurnalından çıxarışdan görünür ki, 22 iyul 2022-ci il tarixdə mərhum Zərərçəkmiş şəxs kitabda onun xəstəxananı özbaşına tərk etməsi ilə bağlı qeyd aparılmamışdır. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin rəhbərliyinin 2022-ci ilin iyul ayı üçün təsdiq edilmiş növbətçilik qrafikindən edilmiş çıxarış və Göyçay RMX-nın PHŞ-nin 24 yanvar 2023-cü il tarixli, pHŞ-6-40\2-70\2023 nömrəli məktubundan görünür ki, xəstəxananın təcili və tibbi təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsində 21 iyul 2022-ci il tarixdə saat 21:00-dan 22 iyul 2022-ci il tarixdə saat 09:00-dək olan müddət ərzində növbətçi həkim xidmətinə həkim Məhkum, 22 iyul 2022-ci il tarixdə saat 09:00-dan saat 21:00-dək isə Şahid12 təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin 24 yanvar 2023-cü il tarixli, PHŞ-6-40\2-72\2023 nömrəli məktubundan görünür ki, Göyçay rayonu, Qaraməryəm kənd sakini Zərərçəkmiş şəxsxx.xx.2022-ci il tarixdə saat 04:00-da “kəskin respirator virus infeksiyası” diaqnozu ilə təcili yardım şöbəsinə müraciət etmiş, həmin vaxt növbətçi həkim Məhkum olmuş, xəstənin xəstəxananı özbaşına tərk etməsi barədə müvafiq jurnallarda qeyd aparılmamış, bu haqda akt tərtib edilməmiş və rəhbərliyə məlumat verilməmişdir. İş materiallarına əlavə edilmiş X12 qaynı Şahid1 və Göyç ay RMX-nın PHŞ-nin sabiq baş həkimi Şahid4 arasında 22 iyul 2022-ci il tarixdə “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə aparılmış yazışmalara dair tərtib edilmiş baxış protokolu və yazışmalardan edilmiş çıxarışdan görünür ki, 22 iyul 2022-ci il tarixdə saat 06:31-dən saat 06:41-dək olan müddət ərzində Şahid1 tərəfindən Şahid4 məxsus mobil nömrənin “whatsapp” proqramına “40 dərəcə qızdırmalı xəstəyə iynə vurub yola salır ki, səhər gələrsiz həkim baxar sistem alarsız qoşarlar deyib yola saldılar, sonra bir həkim gəldi, hələ deyinirdi də gecə nə var gəlmisiniz, uşağa pis baxmadılar, ama böyüyə yox” məzmunlu mesajlar yazılmış, X16Hacəyeva tərəfindən də mesajlara cavab verilmişdir. İş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-nin 24 iyun 2023-cü il t arixli, PHŞ-6\2- 4301\2023 nömrəli məktubundan görünür ki, “TƏBİB-in tabelyindəki tibb müəssisələrində şəxslərə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və ölüm hallarının təhlili üzrə Komissiya”nın qərarına əsasən X vəziyyəti Göyçay RMX-na daxil olarkən düzgün qiymətləndirilməmiş, müayinələri tam şəkildə aparılmamış, müvafiq olaraq adekvat müalicə taktikası seçilməmişdir. Tibbi fəaliyyətlərində nöqsana yol verən tibb personalı barədə intizam məsuliyyəti tədbirlərinin tətbiq edilməsi üçün müvafiq göstərişlər verilmişdir. Nəticə olaraq Göyçay RMX-nın rəhbərliyi tərəfindən təcili yardım şöbəsinin həkimi Məhkum Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət, poliklinika şöbəsinin tibb bacısı X mühafizə bölməsinin əməkda şı Rüfət Abdullayevə, qeydiyyat bölməsinin qeydiyyatçısı X töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay RMXnın PHŞ-nin direktorunun 25 avqust 2022-ci il tarixli, 1871 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsinin təcili yardım üzrə həkimi Məhkum vəzifə borcunu düzgün yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin TTTYS-nın yaşıl otaq üçün xəstə qeydiyyatı jurnalından çıxarışdan görünür ki, mərhum Zərərçəkmiş şəxs 22 iyul 2022-ci il tarixdə saat 10:49-da növbətçi həkim Şahid12 tərəfindən müayinə edilərək ona “pnevmaniya” diaqnozu qoyulmuş, bədən hərarəti 41-0,5 dərəcə temp eratur, arteriyal təzyiqi 130\80 mm civə sütunu olmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin TTTYS-nın çağırış jurnalından çıxarışdan görünür ki, mərhum Zərərçəkmiş şəxs 21 iyul 2022-ci il tarixdə saat 17:00-da TTTYS-na müraciət edib böyük həkim Şahid10 tərəfindən müayinə edilərək ona “qızdırma” diaqnozu qoyulmaqla 1 bədən hərarəti 38 dərəcə temperatur, arteriyal təzyiqi 120\80 mm civə sütunu, oksigen saturasiyasının 98 faiz, ürək döyüntüləri saniyədə 94 dəfə döyünmüş, analgin 2 ml, dimedrol 1, ml, drotaverin 2 ml və magnezium sulfat dərman preparatlarından istifadə edilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay RMX-nın PHŞ-nin Göyçay Rayon Prokurorluğuna ünvanlanmış 26 avqust 2022-ci il tarixli 3087 nömrəli məktubundan görünür ki, Göyçay RMX publik hüquqi şəxsin rə hbərliyi xx.xx.2022-ci il tarixli 189C-22 saylı məktuba cavab olaraq bildirmişdir ki, radiologiya şöbəsində istifadə edilən ionlaşdırıcı şüa mənbələri olan qurğularda 2021-ci ildə nasazlıq olmamışdır. 2022-ci ildə “Shumadzu Corporation” markalı rentgen qurğusu xx.xx.2022-ci il tarixdə nasaz vəziyyətə düşmüş və bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə rəsmi müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixdə rentgen qurğusu təmir olunaraq istismara verilmişdir. (akt əlavə olunur) Yuxarıda şərh olunan sübutlardan göründüyü kimi, Zərərçəkmiş şəxs xəstəliyinin ağırlığı ilə əlaqədar təcili stasionara yerləşdirilməməsində həkim məhkumAbdullayevanın təqsirli olub-olmaması ilə əlaqədar araşdırılmamış ziddiyyətli məqamlar mövcuddur. Məhkəmə kollegiy ası qeyd etməyi zəruri hesab edir ki, bu zaman müəyyən edilməli olan əsas məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələblərinə müvafiq olaraq Zərərçəkmiş şəxs tibbi müdaxilədən imtina edib-etməməsi faktının müəyyən edilməsidir. Tibbi sənədlərdə müvafiq rəsmiləşdirilmənin aparılıb-aparılmaması Zərərçəkmiş şəxs xəstəliyinin ağırlığı ilə əlaqədar təcili stasionara yerləşdirilməməsində həkim məhkum təqsirli olub-olmamasının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X18 səhhətində geridönməz fəsadın yaranması vaxtının müəyyən edilməsinin, yəni onun Məhkum müraciət edənə qədər onun səhhətində geridönməz fəsadın yaranıb-yaranmasının müəyyən edilməsinin Məhkum baş vermiş h adisədə təqsirliliyinin müəyyən ediməsində mühüm əhəmiyyət kəsb edirdi. Şərh olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, cinayət işinin Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham olunması hissəsində kifayət qədər mübahisəli məqamlar mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqı nda” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent h üququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya q arşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddələrinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilmə z: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərinə düzgün hüquqi qiymət verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2024cü il tarixli 1(107)-285/2024 nömrəli qərarı ləğv edilməli və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdır ılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək halları qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılsın.