Məhkəmə qərarları › İş №1(102)-251/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-251/2019

10.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-251/2019 10.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 251/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "09" yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Mirzə-zadə Elçin Musa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Kazımov Əbülfə z Xəlil oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ə.X.Kazımov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qəribov Fikrət Atlıxan oğlu, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Hacıyev Əfqan Niyətulla oğlundan ibarət tərkibdə) xx xxxx 1971-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında yaşa mış Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 aprel 2016-cı il tarixdən həbs qətimkan tədbiri qismində saxlanıldığı 09 ay 14 gün CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzadan çıxılmaqla qəti olaraq 07 il 02 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzasın məhkum edilmiş, barəsində CM-nin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq təyin edilmiş cəza şərti hesab edilməklə 02 il sınaq müddəti müəyyən edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib mə hkum edilmişdir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla və təkrar törədilməklə dələduzluq etmişdir. Belə ki, o, Bakı şəhər prokurorluğunun Daxili İşlər Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, 2014-cü ilin yaz aylarında Xaçmaz rayon sakini X1 özünə məxsus Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən təsərrüfatının genişləndirilməsi məqsəd i ilə banklardan güzəştli şərtlərlə kredit götürülməsində köməklik göstərilməsinə dair müraciətinə əsasən, sonuncunu “xxxx” ASC-nin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğuna və həmin şəxslərin vasitəsi ilə ona güzəştli şərtlərlə 1.000.000,0 (bir milyon) manat məbləğində kredit ayrılması imkanlarına malik olmasına inandırıb, qeyd olunan məsələnin qısa müddət ərzində həll olunacağını X1 yalandan vəd verib aldadaraq, 2014-cü ilin may ayından 2015-ci ilin yanvar ayına kimi sonuncudan hissə-hissə olmaqla cəmi 183.000,0 (yüz səksən üç min) ABŞ dollarım həmin dövrün məzənnəsi ilə 142.740,0 (yüz qırx iki min yeddi yüz qırx) manatı Bakı şəhəri, Səbail rayonu ərazisində və digər yerlərdə şəxsən özü alaraq həmin pulu verən şəxsə məxsus külli miqdarda əmlakı etibardan sui-istifadə v ə aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, tanışı qeyri şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun 2015-ci ilin iyun ayında ona müraciətinə əsasən qeyri şəxsin şəxsi sürücüsü, Bakı şəhər sakini X9 yaxın münasibətlərdə olduğu X3, həmin vaxt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsində cəza çəkən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş kürəkəni X4 vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən azad olunmasında köməklik göstərilməs inə dair müraciətinə əsasən, qeyd olunan məsələni həll edəcəyinə dair yalandan vəd verərək, X3 ona olan inamından istifadə edib 2015-ci ilin sentyabr ayının ortalarında Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında yerləşən kafedə X3dan 5.500,0 (beş min beş yüz) manatı qeyri şəxsin vasitəsi ilə alıb öz aralarında bölüşdürməklə həmin şəxsə məxsus xeyli miqdarda əmlakı etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Hüseynov Mirpaşa Süleyman oğlu, hakimlər Əhmədov Həsən Hüseyn oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ib arət tərkibdə) 26 aprel 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Kərimov Fərhad Abdulkərim oğlu, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə) 12 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, kassasiya protesti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2017-ci tarixli qərarından Məhkum müdafiəçisi Ə.X.Kazımov kassasiya şikayəti verə rək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2017-ci il tarixli qərarını və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2017-ci il tarixli hökmünü Məhkum əməlində cinayət tərkibi olmadığı nəzərə alınaraq ləğv edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Ə.X.Kazımov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2017-ei il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26.04.2017-ci il tarixli qərarı əsassız və ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət verməyərək törədilmiş əməlin cinayət hesab olunmasında səhvə yol vermiş, əməldə cinayət tərkibinin olması sübuta yetirilməmiş, zərərçəkmiş şəxs A.Abdullayevlə təqsirləndirilən şəxs Məhkum arasında olan münasibətlər mülki xarakter daşımış, digər zərərçəkmiş şəxs R.Qurbanovun Məhkum pul verməsi xüsusatı ümumiyyətlə təsdiqini tapmamış, nəticədə Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmiş, apellyasiya məhkəməsi instansiyası isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təsdiq etməklə səhvə yol vermiş, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmışdır. Belə ki, iş materiallarından görünür ki, iş üzrə məhkum özünü təqsirli bilməmiş, iş ümumiyyətlə cəmi iki epizoddan ibarətdir ki, onlardan birincisi küllü miqdarda ziyanın vurulma sını əhatə edir, həmin epizod üzrə məhkum özünü təqsirli bilməmiş, ona görə ki, o, pulu borc almış, əvəzində faktiki girov kimi özünə məxsus daşınmaz əmlakı vermiş və bu barədə aralarında müvafiq qəbz tərtib olunmuş, o, de-fakto borc götürməsi nəticəsində dəymiş ziyanı etiraf etmiş və həmin borcun qaytarılmasına dair müvafiq tədbirlər görmüş, zərərçəkmiş şəxs isə həmin tədbirləri qəbul etmiş və bu barədə onun müvafiq qaydada təsdiq olunmuş ərizəsi istintaqa təqdim edilmişdir. Qeyd olunanlar, həmçinin xeyli miqdar təşkil edən ikinci epizod üzrə də baş verir. Müdafiə tərəfinin qənaətinə görə borc xarakteri daşıyan bu epizodlar üzrə dəymiş maddi ziyanın aradan qaldırılması özü-özlüyündə götürülmüş borcun etirafı kimi qəbul olunmalıdır. Belə olan halda şərh edilən epizodların Məhkum aidiyyəti olması təsdiqini tapmadığı üçün ittihamdan çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli biiinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin şikayətdə qeyd edilmişdir ki, zərərçəkmiş şəxs A.Abdullayev ilə Məhkum arasında olan münasibətlər mülki xarakter daşımış, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin dispozisiyasında qeyd olunmuş, həmin cinayət normasının ob yektiv cəhətini özündə əks etdirən "özgənin əmlakını və ya əmlaka olan hüquqlarım aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə talanmasını" nəzərdə tutur. Məhkum isə X1dən aldığı borc pulu ailə üzvlərinə (anasına) məxsus turizm şirkətinin inkişafına və atasının xəstə olarkən müalicə xərclərinə sərf etdiyi, həmin borcun əvəzinə X1in mülkiyyətinə müxtəlif torpaq sahələrinin verildiyi iş materialları ilə sübuta yetir. Hətta, iş materiallarından görünür ki, həmin borcun ödənilməsinə dair X1in mülkiyyətinə verilmiş torpaq sahələri sonuncu tərəfindən şikayət verilməsindən xeyli əvvəl, yəni hələ 2015-ci ilin əvvəllərində həyata keçirilmişdir Həmçinin, X1in mülkiyyətinə verilmiş torpaq sahələrinin dəyəri ittiham üzrə müəyyən edilmiş 143.000 manatdan qat-qat yüksəkdir. Odur ki, burada hər ha nsı bir dələduzluq cinayətinin tərkibinin əlamətlərinin olmasından söhbət belə gedə bilməz. Bundan əlavə, Məhkum "xxxxa" müraciət etməsi ailəsinə məxsus turizm şirkətinin inkişafı üçün kredit götürülməsi ilə əlaqəli olmuş. Lakin "xxxxda" kreditin götürülməsi baş tutmasa da, sonradan sonuncunun tərəfindən "Xalq banka" müraciət olunmuş və həmin bankdan "Ramila Travel" şirkətinin adına kredit götürülərək həmin şirkətin inkişafına sərf olunmuşdur. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2017-ci il tarixli qərarını və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2017-ci il tarixli hökmünü Məhkum əməlində cinayət tərkibi olmadığı nəzərə alınaraq ləğv edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam ver ilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiy a instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və qərardan görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələ rində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkibini yaratdığı üçün düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticə iş materiallarına, işin faktiki hallarına və qanun tələblərinə tam uyğundur, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, müdafiə tərəfinin kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin həm in dəlilləri ilə əlaqədar iş üzrə sübutları təhlil edərək onların məcmusuna əsaslanıb qərarında qeyd etmişdir ki, “... məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protesti əsasında cinayət işinin materiallarını tam həcmdə öyrənib, apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən hökm dəyişdirilmədən, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmədən saxlanılmalıdır. Belə ki, Məhkum ittiham oluduğu əməldə təqsiri özünün etiraf etməməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi barədə protokollar, habelə cinayət işinin digər materialları ilə ona tam sübuta yetirilmişdir. Cinayət işində olan sübutl ara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum göstərilən cinayəti törətməsinin sübuta yetirilməsi və cinayət əməlinin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun və əsaslıdır və onun cinayət əməli Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir... Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli araşdırma aparılaraq ittihamın əsasını təşkil edən sübutlarla Məhkum öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməsi, qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla və təkrar törədilməklə dələduzl uq cinayətini törətməsi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə istintaqı zamanı toplanmış sübutlara əsaslanmışdır ki, bu sübutlar da ittihamın qiymətləndirilməsi üçün kifayət etmişdir ki, gəlinmiş nəticə işin faktiki halları ilə öz təsdiqini tapmış və haqlı olaraq Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə barəsində ittiham hökmü çıxarmış, onun təqsirsiz olması barədə ifadəsi və apellyasiya şikayətində göstərilən dəlillər yalnız müdafiə xarakterli olmaqla məsuliyyətdən yayınmaq məqsədi daşıdığından əsassızdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarında göstərmiş, bunlara dair gəldiyi n əticəni toplanmış və tədqiq edilmiş sübutlara (onların məcmusuna), işin digər faktiki hallarına, qanunun normalarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab e dir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2017-ci il tarixli qərarı müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar