Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-251/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Azərbaycan Respublikası CM-nin 29,120.1, 128, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gən cə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim E.İ.Rüstəmov, hakimlər F.N.Mahmudov və X.H.Səmədovdan ibarət tərkibdə) xx xxxx 1962-ci ildə Samux rayonunun Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Samux rayonu, Qarabağlar kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4, 128, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 29,120.2.4-cü maddəsi ilə 14 il 06 ay müddətə, CM-nin 128-ci maddəsi ilə 09 ay müddətə, CM-nin 228.1-ci maddəsi i lə 01 il 06 ay müddətə, CM-nin 228.4-cü maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 15 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, ibtidai istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd istifadəyə yararlı 5,6 mm kalibrli yivli odlu silahı və onun istifadəyə yararlı döyüş sursatları hesab edilən patronlarını əldə edib saxlayıb üzərində gəzdirərək 15 may 2018-ci il tarixdə həmin silahdan atəş açmışdır. Habelə o, ibtidai istintaqa məlu m olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd ümumi uzunluğu 260 millimetr, dəstəyinin uzunluğu 122 millimetr və tiyəsinin uzunluğu 138 millimetr olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını əldə edib 15 may 2018-ci il tarixdə üzərində gəzdirmişdir. Bundan başqa, Məhkum, Samux Suvarma Sistemləri idarəsinin balansında olan və Samux rayonunun Qarabağlar kəndində yerləşən 35/4q reper nömrəli subartezian quyusundan kənd əhalisinin əkin sahələrinin suvarmasına növbə ilə suyun verilməsi rəsmi qaydada həvalə olunmuş həmkəndlisi Zərərçəkmiş şəxs2 bir müddət əvvəl ona verilmiş suvarma suyunun elektrik enerjisinin sərfiyyat haqqını ödəmədiyi, eləcə də quyudan suyu çəkən su motorunun təmiri məqsədilə ondan Zərərçəkmiş şəxs2 tələb etdiyi pulu vermədiyi üçün sonuncu 15 may 2018-ci il tarixdə onun əkin sahəsinə yenidən suvarma suyu verilməsindən imtina etdiyinə görə Zərərçəkmiş şəxs2 qəsdən öldürmək qərarına gəlmiş və bu niyyətini həyata keçirmək məqsədi ilə həmin tarixdə saat 14 radələrində, ibtidai istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxladığı 5,6 mm kalibrli yivli odlu silah və onun döyüş sursatı hesab edilən patronları, habelə ibtidai istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etmiş olduğu soyuq silah hesab edilən ov bıçağı ilə silahlanıb yuxarıda adı çəkilən 35/4q reper nömrəli subartezian quyusunun Samux rayonunun Qarabağlar kəndində yerləşdiyi yerə gələrək ondan 168 metr aralı məsafədə Zərərçəkmiş şəxs2 həmin ərazidə özünə məxsus torpaq sahəsində yerləşən yardımçı ti kilinin qarşısında ailə üzvləri – oğlu X3, qardaşı X5 və qardaşı oğlu X6 ilə bir yerdə olmasını görüb xüsusi əzab və işgəncə verilməsi ilə müşayiət olunan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, Zərərçəkmiş şəxs2 adları sadalanan yaxın ailə üzvlərinin gözü qarşısında onlara xüsusi əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əhatəsində olduğu ailə üzvlərinin, habelə həmin vaxt qeyd edilən yardımçı tikilidə olmuş Zərərçəkmiş şəxs1, X4 və X2 həyatı üçün ümumi təhlükəli üsulla özündəki 5,6 mm kalibrli yivli odlu silahdan 45 dəfə atəş açmış, lakin Zərərçəkmiş şəxs2 cəld hərəkət edərək atılan güllələrdən yayınıb yanında olan şəxslərlə birlikdə yardımçı tikiliyə daxil olaraq orada gizləndiyindən Məhkum Zərərçəkmiş şə xs2 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmək cinayətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bundan başqa Məhkum tərəfindən 5,6 mm kalibrli yivli odlu silahdan atılan güllələrdən biri kənar predmetə dəyib səkərək həmin vaxt hadisə yerində yardımçı tikilinin içərisində olmuş və atəş səsinə tikilidən çölə çıxan Zərərçəkmiş şəxs1 boynunun sol nahiyəsinə dəyərək ona boynunun sol nahiyəsində kor güllə yarasından ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik e dən hakim E.İ.Xasməmmədov, hakimlər T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) 04 oktyabr 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli CM-nin 29,120.1-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən hökmlə Məhkum digər maddələrlə təyin edilmiş cəzaları hazırki qərarla CM-nin 29,120.1-ci maddəsi ilə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq məhkumun üzərində qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, apellyasiya şikayəti qismən təmin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum Zərərçəkmiş şəxs2 ilə mübahisə etdikdən sonra sonuncunu öldürmək məqsədi ilə evə gedib oradan özü ilə istintaqa məlum olmayan yivli odlu silah götürüb Zərərçəkmiş şəxs2 olduğu əraziyə gələrək hədəfin olduğu yerə qədər 168 metr məsafə olduğu və Zərərçəkmiş şəxs2 yanında başqa şəxslərin də dayandığını görüb bildiyi halda ümumən maksimal uçuş məsafəsi 1200-1600 metrə qədər olan və 800 metr məsafə daxilində məhvedici gücə malik olan 5.6 mm kalibrli istintaqa məlum olmayan yivli silahdan nişan alaraq nizamsız hərəkətdə olan adamlara doğru atəş açmış, həmin şəxslər tez qaçıb yaxınlıqda olan tikiliyə girmiş, tikilidə başqa şəxslərin də olduğunu bildiyi halda təkrarən atəşlər açılmış və nəticədə onu fikrindən daşındırmaq məqsədilə olacaqdan bayıra çıxan Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Yəni, Ali Məhkəmənin Plenum qərarında qeyd edildiyi kimi, Məhkum seçdiyi vasitə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 həyatı ilə yanaşı, həmçinin başqalarının - Zərərçəkmiş şəxs1 və digərlərinin həyatı üçün təhlükəli olmuş, bunun sübutu da Zərərçəkmiş şəxs1 atəş nəticəsində xəsarət almasıdır. "'Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xü susi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cii maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə. həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılmas ı, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkum Zərərçəkmiş şəxs2 sonuncunun oğlu X1 qardaşı Zərərçəkmiş şəxs2 və qardaşı oğlu X6 onun yanında olduğunu bildiyi halda xüsusi amansızlıq və rəhimsizlik göstərərək sonuncuların gözləri qarşısında Zərərçəkmiş şəxs2 öldürmək məqsədi ilə atəş açaraq qəsdən öldürməyə cəhd etdiyi üçün onun əməli birinci instansiya məhkəməsi tərəfindən CM-nin 29,120.2.4-cü maddəsi ilə yəni xüsusi amansızlıqla, qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsi doğru olmuşdur. Apellyasiya instansiya məhkəməsi isə Məhkum apellyasiya məhkəməsinin məhkəmə iclasında v erdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirmək əvəzinə, həmin ifadəni əsassız olaraq zərərçəkmiş və şahid ifadələri ilə üst-üstə düşməsi qənaətinə gələrək daha inandırıcı hesab etmişdir. Həmçinin protestdə qeyd edilmişdir ki, Məhkum apellyasiya instansiya məhkəməsində ifadəsində Elsevərə zəng edib harada olmasım soruşduğunu, sonuncu arteziandan aralıdakı olacağında olduğunu bildirdiyini, ona yaxın gəlməsini desə də zərərçəkmiş gəlmədiyini və əksinə olacağın qapısının vanından ona qarşı ov tüfəngini tuşladığını, Zərərçəkmiş şəxs2 onu vura biləcəyini düşünərək olacaq istiqamətinə bir dəfə atəş açdığını, Zərərçəkmiş şəxs2 atəş açarkən sonuncu olacağın girəcəyində olduğunu, tək olduğunu, yanında başqa heç kim olmadığını, ümumiyyətlə arteziana tərəf gedərkən də orada Zərər çəkmiş şəxs2 yanında kimlərinsə, o cümlədən onun yaxınlarının ola biləcəyini düşünmədiyini və görmədiyini göstərmişdir. Ancaq iş üzrə şahid qismində dindirilmiş X5 ifadələrində qeyd etmişdir ki. Məhkum əlində silahla artezan tərəfdən onlar tərəfə gələndə qorxularından o, qardaşı Zərərçəkmiş şəxs2 və uşaqları olacaq tərəf qaçmış, elə bu zaman Məhkum atəş açmış, güllə Zərərçəkmiş şəxs2 yanından ötüb keçmişdir. X12 və X2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrində bayırdan güllə səsi eşitdiklərini, elə bu vaxt Eldəniz. Elsevər və onların azyaşlı uşaqları qaçıb olacağa girdiyini bildirmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində ifadələrində şahid Zərərçəkmiş şəxs2 ifadəsində qeyd edilən məzmunda ifadələr vermişdir. Gö ründüyü kimi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri heç də Məhkum apellyasiya instansiya məhkəməsində verdiyi ifadələri ilə üst-üstə düşmür. Apellyasiya məhkəməsində Zərərçəkmiş şəxs2 Məhkuma təyin edilmiş cəza məsələsini məhkəmənin mülahizəsinə buraxıb atəş açarkən olacağın həyətində, habelə Məhkumun görə biləcəyi yerlərdə kimsə olmadığını, onun yaxınları və qonşu kəndin sakinləri olacağın içərisində olduğunu. Məhkum onları görmədiyini və görməsi mümkün olmadığını, Məhkum ilk atəşi açarkən olacağın girəcəyində, yalnız özü olduğunu göstərməsi isə təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qərarda sadalanan dəlillərə və işin faktiki hallarına tənqidi və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, təqsi rləndirilən şəxs Məhkumun əməlinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmış, nəticədə onun əməlini CM-nin 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif etməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019cu il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestində ittiham tərəfinin təqdim etdiyi sübutlar sadalanaraq iddia edilir ki, Məhkum verilmiş ittiham tam təsdiq olunur. Məhkəmə kollegiyası ittiham tərəfinin bu iddiası ilə əlaqədar iş materiallarını təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi ibtidai istintaq orqanın verdiyi ittihamın sübuta yetirilməsində şübhələrin yaranması qənaətinə gəlsə də, həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, verilmiş ittihamla və birinci instansiya məhkəməsinin buna dair mövqeyi ilə razılaşmayan apellyasiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə riayət etməmiş, CPM-nin 353.2.2, 353.2.4, 353.2.5-ci maddələrinin tələblərinin təmin edilməsi məsələsinə isə səthi yanaşmışdır. CPM-nin yuxarıda göstərilən normalarında təsbit olunmuşdur ki, məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilm ə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri; ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları; təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri göstərilməlidir. İş materiallarından, o cümlədən apellyasiya məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmə qeyd olunan normaların tələblərinə tam şəkildə riayət etməmiş, onun tərəfindən sübuta yetirilmiş hesab olunan cinayət əməlinin (qəsdən adam öldürmə cinayətinin) təsvirini qərarda göstərməmiş, bir sıra sübutların rədd edilməsini və ittihamın bir hissəsinin əsassız hesab edilməsinin əsaslarını, əm əlin tövsifiniin dəyişdirilməsinin motivlərini kifayət qədər ətraflı və geniş açıqlamamışdır. Bu səbəbdən qətiyyən aydın deyildir ki, apellyasiya məhkəməsi Məhkumun qəsdən adam öldürməyə yönələn konkret olaraq hansı hərəkətlərini (sübuta yetirilmiş hesab etdiyi) CM-nin 29,120.1-ci maddəsi ilə tövsif etmiş, onun bu mövqeyi konkret olaraq hansı sübutlarla, onlarda olan hansı məlumatlarla təsdiq edilir (apellyasiya məhkəməsinin mülahizəsinə görə), həmin məhkəmə bir sıra sübutları hansı motivlərlə rədd etmişdir. Mübahisəsizdir ki, qeyd olunan normaların tələblərinə tam riayyət olunmadığı halda Məhkumun əməlində CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin olmadığına dair qəti fikir söyləmək mümkün deyil və bu məsələdə apellyasiya məhkəməsinin mövqeyinin düzgün və qanuni o lub-olmaması barədə də fikir söylənilə bilməz. Məhkəmənin qərarında bu məsələ ilə bağlı bir sıra sübutlarda olan məlumatlar əks etdirilmiş, onların bir-biri ilə ziddiyyət təşkil etdiyi göstərilmiş, həmin məlumatların konkret olaraq hansına üstünlük verildiyi və bunun motivləri açıqlanmamış, iş materiallarından göründüyü kimi, ibtidai istintaq, birinci instansiya məhkəməsində apellyasiya məhkəməsindəki ifadələrdən fərqli ifadələrin verilməsinin səbəbləri araşdırılmamışdır. Apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, “... qəsdən başqasını öldürməyə cəhd etməsi cinayətlərinin tərkib əlamətləri olsa da adam öldürmə cinayətinin xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədilməsinə dair tövsifedici əlamətlərin mövcudluğu müəyyən edilmir. İşdə, təqsirləndirilən şəxsin cinayəti xüs usi amansızlıqla və ümumi təhlükəli üsulla törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut işdə yoxdur. Həmçinin, ümumiyyətlə, təqsirləndirilən şəxsin belə niyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut müəyyən edilməmişdir...”. Məhkəmə kollegiyası vurğulayır ki, qərarda göstərilən bu fikir cinayət işinin materiallarına uyğun deyildir. İş materiallarında bir çox ifadələr və digər sübutlar mövcuddur ki, onlarda Məhkumun Zərərçəkmiş şəxs2 atəş acarkən yaxınlıqda bir neçə şəxslərin (hətta sonuncunun qohumları olan onun oğlu, qardaşı və qardaşı oğlunun) olduğunu göstərən, buna dəlalət edən məlumatlar əks etdirilmişdir. Hadisədən dərhal sonra 15 may 2010-cu ildə və hal şahidlərinin iştirakı ilə keçirilmiş hadisə yerinə baxış protokolunda birmənalı olaraq göstərilmişdir ki, “... həmi n yerə çatdıqda baxış iştirakçısı Zərərçəkmiş şəxs2 atəş başlandığı yeri göstərib bildirdi ki, Məhkum məhz həmin yerdə dayanıb onlar olan olacaq istiqamətdə atəş açmışdır. Ölçmə işləri başladıqdan sonra həmin yerdən olacağı qapısının - Zərərçəkmiş şəxs1 vurulduğu yerə qədər 168 metr məsafə olduğu müəyyən edildi...”. Zərərçəkmiş şəxs2 ilkin izahatında bildirmişdir ki, “... saat 1425-də Məhkum yenidən bayaq qeyd etdiyim nömrədən mənim nömrəmə zəng edib dedi ki, artezianın yanında səni göszləyirəm, silahını götür, gəl bura. Mən də ona cavab olaraq bildirdim ki, mənim silahını yoxdur, öz ailə üzvlərimlə torpaq sahəmdə işləyirəm, sözün varsa sən bəri gəl. Saat 1429da Məhkum yenidən mənim nömrəmə zəng edib dedi ki, mən arteziandan bir balaca qabaqdayam gəl yanıma. Həmin vaxt oğlum X10, qardaşım Zərərçəkmiş şəxs2, onun oğlu X6 da mənim yanımda idilər. Mən gördüm ki, Məhkum artezianı keçib mənə tərəf yaxınlaşır və əlində bir silah var. Mən, qardaşım Zərərçəkmiş şəxs2, X10 və X6 yaxınlıqda olan olacağa tərəf qaçdıq. Elə bu vaxt Məhkum əlindəki silahla mən olan istiqaməti nişan alıb atəş açdı. Atəş səsini eşidən kimi mən tez içəri girdim. Güllə mənə dəyməyib böyrümdən keçdi. Olacaqda X2, Zərərçəkmiş şəxs1 və X4 adlı şəxslər var idi. Mən tez içəri girdim. Məhkum daha bir neçə dəfə atəş açdı. Həmin atəşlər arasında 5-6 saniyə vaxt keçirdi. Bir anlıq sakitlik yaranan kimi, Zərərçəkmiş şəxs1 olacağın qapısını açıb çölə çıxdı. Birdən Adil daha bir atəş açdı və güllə gəlib Zərərçəkmiş şəxs2 boynuna dəydi... Məhkum yenidən olacağa tərəf atəş açdı və bundan sonra atəşin arası kəsildi...”. Zə rərçəkmiş şəxs2 14 iyun 2018-ci ildə zərərçəkmiş şəxs qismində dindirilərkən və 27 sentyabr 2018-ci ildə Məhkumla üzləşmə zamanı, habelə birinci instansiya məhkəməsində özünün həmin izahında göstərilənlərə uyğun ifadə vermişdir. X5 hadisədən 02 gün sonra 17 may 2018-ci ildə özünün ilk ifadəsində göstərmişdir ki, “... biz gördük ki, Məhkum əlində silahla artezian tərəfdən biz tərəfə gəlir. Odur ki, qorxumuzdan mən qardaşım Zərərçəkmiş şəxs2 və uşaqlarımız olacaq tərəfə qaçdıq. Elə bu zaman Məhkum atəş açdı. Hamı tez qaçıb içəri girdi. Güllə qardaşım Zərərçəkmiş şəxs2 yanından keçib ketdi. Bundan sonra Məhkum daha bir neçə dəfə atəş açdı... Atəş səsi kəsilən kimi olacaqda bizim yanımızda olan Zərərçəkmiş şəxs1 olacağın qapısını açıb çölə çıxdı ki, Məhkumu sakitləşdirsin. Zərərçəkmiş şəxs1 olacaqdan bayıra çıxan Məhkum yenidən atəş açmağa başladı və güllə gəlib Zərərçəkmiş şəxs1 boyun nahiyyəsinə dəydi. Məhkum daha bir dəfə atəş açdı və bundan sonra atəşin səsi kəsildi...”. X5 birinci instansiya məhkəməsində də özünün ibtidai istintaq zamanı həmin ifadəsinə uyğun ifadə vermişdir. Zərərçəkmiş şəxs1 19 may 2018-ci il tarixli ifadəsində (ibtidai istintaq zamanı verdiyi) göstərmişdir ki, “... həmişə olduğu kimi 15 may 2018-ci il tarixdə saat təxminən 14 radələrində mən və dostum X4 öz əkin sahəmizdə işləyib istirahət etmək məqsədi ilə həmin olacağa getmişdik, həmin ərazidə torpaq sahəsi olan X2 da olacaqda idi. X4 bir balaca dincəlmək məqsədi ilə otaqda olan çarpayıda uzanmışdı. X2 ilə mən isə çərək yemək üçün əyləşmişdik. Birdən bayırdan güllə səsi gəldiyi eşitdik. Elə bu vaxt Zərərçəkmiş şəxs2, X5 və onların azyaşlı uşaqları qaçıb olacağa girdilər... biz olacaqdan bayıra boylandıqda gördük ki, Məhkum aralıda əlində silahla dayanıb biz olan olacaq istiqaməti nişan alır. Məhkum bizim olduğumuz tikili (olacaq) istiqamətinə daha 3-4 dəfə atəş açdı. Həmin atəşlər arasında təxminən 5-6 saniyə vaxt keçirdi. Məhkumun əlində silah olduğunu bildiyimiz üçün qorxumuzdan heç kim bayıra çıxa bilmirdi. Atəş səsi kəsilən kim mən olacağın qapısını açıb çölə çıxdım. Elə həmin anda Adil yenidən atəş açdı. Məhz tez içəri girmək istədikdə güllə gəlib harasa dəyib “tık” dəyə səs çıxarardaraq gəlib mənim sol boyun nahiyəmdən dəydi və mən olacağın qarşısında yerə yıxıldım... həmin vaxt daha bir atəş səsi eşidildi...”. Zərərçəkmiş şəxs1 məhkəmədə özünün həmin ifadələrinə, şahidlər X2 v ə X4 da ibtidai istintaq zamanı, həm də məhkəmədə onun göstərdiklərinə uyğun ifadələr vermişlər. Hətta A.Behbudovun özü 19 iyun 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsində birmənalı olaraq göstərmişdir ki, “... mən də Zərərçəkmiş şəxs2 sözündən bərk əsəbiləşdim və əlimdə olan işi yarımçıq qoyub evə gəldim ki, evdə olan silahı götürüb “XXX” yanına gedib onunla söhbət edərək onu vurub öldürüm... Mən Zərərçəkmiş şəxs2 öldürmək istəməyim barədə əvvəlcədən heç kimə xəbər verməmişdim... Lakin silah ilə Zərərçəkmiş şəxs2 öldürməyə getməyim barədə qardaşım X25 da bir şey demədim. Zərərçəkmiş şəxs2 nəzarət etdiyi artezianın yanına çatıb öz nömrəmdən Zərərçəkmiş şəxs2 zəng edib ona bildirdim ki, artezianın yanındayam, silahı götür gəl bura, görüm məni necə başa salacaqsan. Həmin vax t gördüm ki, Zərərçəkmiş şəxs2 2-3 nəfər ilə birlikdə öz torpaq sahəsində tikdiyi olacağın yanındadır. Mən özüm ilə gətirdiyim silaha güllə qoyub Zərərçəkmiş şəxs2 nişan aldım. Zərərçəkmiş şəxs2 mənim onu nişan aldığımı görüb atəş səsini eşidən kimi tez qaçıb olacağa girdi. Güllə ona dəyməyib yanından keçdi...”. Məhkum 27 sentyabr və 01 dekabr 2018-ci il tarixli ifadələrində, 27 sentyabr 2018-ci ildə Zərərçəkmiş şəxs2la üzləşmə zamanı da, habelə birinci instansiya məhkəməsində yuxarıda göstərilənlərə uyğun ifadə vermişdir. Göründüyü kimi, iş materiallarında Məhkumun Zərərçəkmiş şəxs2 istiqamətində atəş acarkən yanında bir neçə şəxsin olduğu barədə məlumatları əks etdirən, hətta bu şəxslərin onun oğlu və qardaşı olduğunu göstərən bir çox məlumatlar mövcuddur (Məhkumun özü bir çox ifadələrin də birmənalı və ardıcıl olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 istiqamətində atəş acarkən sonuncunun yanında digər şəxslər də olmuşdur). Apellyasiya məhkəməsi isə qeyd olunanlara heç bir əhəmiyyət verməmiş, faktiki olaraq əməlində CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin mövcudluğu qənaətinə gəlməyə əsas verən məlumatları əks etdirən həmin ifadələrə münasibət bildirməmiş, həmin ifadələrin apellyasiya məhkəməsində verilən ifadələrdən fərqləndiyinin səbəblərini aydınlaşdırmamış, buna baxmayaraq, apellyasiya məhkəməsində verilən ifadələrə istinad edərək yuxarıda göstərilən tövsifedici əlamətin (əlamətlərin) olmadığı nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, apellyasya məhkəməsi qərarında özünün bu mövqeyini əsaslandırmağa cəhd edərkən iş materiall arına uyğun olmayan aşağıdakı fikirləri əks etdirmişdir: “... zərərçəkmiş Zərərçəkmiş şəxs2 17 may 2018-ci il tarixdə ibtidai istintaqda şahid qismində verdiyi ifadəsində qeyd etmişdir ki, “... mən Məhkumun artezian tərəfdən olacağa yaxınlaşdığını gördüm. Mən, oğlum X10, qardaşım X5 və onun oğlu X6 olacağa girdik. Həmin vaxt qonşu kəndin sakinləri X2, Zərərçəkmiş şəxs2 və X4 də orada idilər. Mən olacaqdan bayıra baxdıqda Məhkumun aralıdan yerə çöməlib olacaq tərəfi nişan aldığını gördüm” (İ cild, s 45) Göründüyü kimi zərərçəkmiş Zərərçəkmiş şəxs2 hadisədən 2 gün sonra verdiyi ifadəsi onun apellyasiya icraatındakı ifadəsi ilə tamamilə üst-üstə düşür...”. Məhkəmə kollegiyası qeyd edir ki, qərarda göstərilən həmin fikir iş materiallarına uyğun deyildir. Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qism ində ibtidai istintaqda verdiyi, habelə məhkəmədəki ifadələrinin məzmunu yuxarıda əks etdirilmişdir. Zərərçəkmiş şəxs2 qərarda istinad edilən 17 may 2018-ci il tarixli ifadəsinə gəldikdə (şahid qismində dindirilərkən) qeyd olunmalıdır ki, şahidin dindirilməsi protokolundan göründüyü kimi, Zərərçəkmiş şəxs2 qərarda şərh edilən məlumatları sərbəst ifadəsində vermiş, qeyri müəyyən olan həmin ifadələri dəqiqləşdirmək üçün müstəntiq tərəfindən verilən suala isə Zərərçəkmiş şəxs2 birmənalı olaraq cavab vermişdir ki, “... düzdür Məhkum məni görüb nişan alaraq atəş acsa da mən qaçıb otağa girdiyim üçün güllə mənə dəyməyib, yanımdan keçib getmişdir...” (bu cümlədən aydın görünür ki, Zərərçəkmiş şəxs2 atəş olacağın qapısından boylanarkan deyil, onun olacağa daxil olmaq istəyərkən atəş açılmışdır). G öründüyü kimi, Zərərçəkmiş şəxs2 apellyasiya məhkəməsinin qərarında istinad etdiyi 17 may 2018-ci il tarixli ifadələrində də hələ olacağa daxil olmadan da Məhkumun ona atəş acmasını göstərmiş və onun bu ifadələri heç də apellyasiya məhkəməsindəki ifadələri ilə üst-üstə düşmür. Apellyasiya məhkəməsi isə buna əhəmiyyət verməmiş, Zərərçəkmiş şəxs2 əvvəlki ifadələrinin apellyasiya məhkəməsində verilən ifadələrindən fərqlənməsinin səbəblərini araşdırmamış, 17 may 2018-ci il tarixli ifadəsində olan məlumatları tam şəkildə deyil, yalnız özünün mövqeyinə uyğun hissəsini (özünün mülahizəsinə görə) şərh etməklə və həmin ifadələrin apellyasiya məhkəməsindəki ifadələrlə (Zərərçəkmiş şəxs2) tamamilə üst-üstə düşməsini qərarda qeyd etməklə ibtidai istintaqda verilən həmin ifadələri faktiki olaraq təhrif etmişdir. Mübahisəsizdir ki, ifadələrin qiymətləndirilməsi məsələsinə belə yanaşma (onlarda olan məlumatları təhrif etmək) yolverilməzdir. Anlaşılmaz olan budur ki, Zərərçəkmiş şəxs2 ilk ifadələri təhrif edən apellyasiya məhkəməsi qərarında həmin ifadələrin ibtidai istintaq orqanı tərəfindən təhrif olunmasını iddia edərək həm də qeyd etmişdir ki, “... bundan başqa ibtidai istintaq və birinci instansiya məhkəməsindəki icraat zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1, şahidlər X2 və X4 ifadələrində birmənalı şəkildə qeyd etmişlər ki, atəş səsləri gələrkən onlar olacaqda olmuşlar. Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, o Məhkumu sakitləşdirmək üçün olacaqdan çıxarkən atəş eyni anda açılmış və ona xəsarət yetirmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs2 öz ifadələri arasında, habelə onunla digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadələri arasında əhəmiyyətli ziddiyyət yaratmaqla və bu ziddiyyəti aradan qaldırmamaqla ümumilikdə ziddiyyətli sübutlar və dəlillər əsasında hökm çıxarmışdır...”. İş materiallarında olan sübutları, ifadələrin məzmununu qərarda göstərilən həmin fikirlər baxımından bir daha təhlil edən məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, bu fikirlər də iş materiallarına uyğun olmamaqla həm də anlaşılmazdır. Zərərçəkmiş şəxs1, X2 və X4 atəş səsi gələrkən olacaqda olmaları (onların özlərinin ifadələrində göstərildiyinə görə) Zərərçəkmiş şəxs2 da qohumları ilə birlikdə orada olması demək deyildir. Həmin şahidlərin ifadələrindən görünür ki, ilk atəş səsi gəldikdə Zərərçəkmiş şəxs2 və onun qohumları hələ olacağa daxil olmamışlar. Bundan başqa, Zərərçə kmiş şəxs2, Zərərçəkmiş şəxs1 və şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələr arasında heç bir ziddiyyət yoxdur. Əksinə, həmin ifadələr bir-birinə uyğun olmaqla bir-birini tamamlayaraq kifayət qədər ardıcıl və işin düzgün həlli üçün mühüm olan halların əks etdirilməsi hissəsində dolğun və dəqiqdir. Odur ki, birinci instansiya məhkəməsinin hansı ziddiyyətləri aradan qaldırmadığı aydın deyil, həmin ifadələrlə bağlı hər hansı bir ziddiyyətin aradan qaldırılmalı olduğu barədə fikir söyləmək üçün də əsas yoxdur. Apellyasiya məhkəməsi ittiham tərəfinin ifadələri təhrif etməsini və bununla Məhkumun əməlində CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş əlamətlərin mövcudluğu təsəvvürünü formalaşdırmağa çalışması nəticəsinə gələrkən (qərardan göründüyü kimi) nəzərə almamışdır ki, həm təqsirləndirilən şəxs, həm zərərçəkmiş şəxslər, həm də şahidlər ibtidai istintaqda göstərdiklərini birinci instansiya məhkəməsindəki ifadələrində də bildirmiş, əvvəlki ifadələrini tam şəkildə təsdiq etmişlər (Məhkumun ifadəsinin atəş acarkən Zərərçəkmiş şəxs2 öldürmək niyyətinin olub-olmadığına dair hissəsi istisna olmaqla). Məhkəmə kollegiyası bunlarla əlaqədar həm də vurğulayır ki, apellyasiya məhkəməsinin məhkəmə iclas protokolundan göründüyü kimi, Zərərçəkmiş şəxs1 həmin məhkəmədə əvvəlki, o cümlədən birinci instansiya məhkəməsindəki ifadələrini təsdiq etdiyini göstərmişdir. Apellyasiya məhkəməsi isə buna da əhəmiyyət verməmiş, qeyd olunan məsələlərə aydınlıq gətirilməsi üçün müvafiq tədbirləri görməmiş, apellyasiya məhkəməsində həmin zərərçəkmiş şəxsin ifadələrinin özündə olan ziddiyyəti aradan qaldırmamış, bu istiqamətdə müvafiq sual belə verməmişdir. Bundan başqa, qeyd etmək lazımdır ki, apellyasiya məhkəməsi Məhkumun məhz Zərərçəkmiş şəxs2 öldürmək niyyəti ilə atəş açdığına dair nəticə ilə razılaşmış, atılmış güllələrin birinin kənar predmətə dəyib Zərərçəkmiş şəxs1 boyun nahiyəsinə dəyməklə onun sağlamlığına dolayı qəsdlə zərər vurması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə sübutlar işin bu xüsusatları və ittihamda cinayətin ümumi təhlükəli üsulla törədilməsi əlamətinin mövcudluğunun Zərərçəkmiş şəxs2 qarşı Məhkumun hərəkətlərinin Zərərçəkmiş şəxs1 həyatı üçün də təhlükə yaratdığı ilə əlaqələndirilməsi baxımından ətraflı təhlil edilib qiymətləndirilməli və yalnız nəticəsindən asılı olaraq Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində göstərilən tövsifedici əlamətin mövcud olub-olmadığı məsələsi həll edilməlidir. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən ilk növbədə Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 33.2 və 351.3.4-cü maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılm amış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsində də bu məzmunda norma göstərilmişdir. Qeyd olunan normaların həm məzmununa həm də mənasına görə ittihamın sübut edilməsində yaranmış şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməli və yalnız bu mümkün olmadıqda onlar təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməlidir. İş materiallarından isə görünür ki, apellyasiya məhkəməsi tərəfindən onun mülahizəsinə görə mövcud olan şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən normalarla yanaşı həm də Azərbaycan Respublikası CPM-nin 349.5.3-cü maddəsinin tələblərinə də əsaslanır. Azərbaycan Respublikası CPM-nin 349.5.3-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində isə nəz ərdə tutulmuşdur ki, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya protesti isə təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 29,120.1, 128, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protesti təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-251/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-251/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver