Məhkəmə qərarları › İş №1(102)-251/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-251/2022

06.04.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-251/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Babayev Bəxtiyar Rəhim oğlunun iştirakları ilə xx xxxxxx 1985-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1də qeydiyyatda olan və hal hazır da həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 149.2.1, 149.2.3, 149.2.4 və 149.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Babayev Bəxtiyar Rəhim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: A.Ə.Musayev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) Məhkum - Azərbaycan Respublikası CM-in 149.2.1, 149.2.3, 149.2.4 və 149.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzal arına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 13 mart 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum CM-in 149.2.1, 149.2.3, 149.2.4 və 149.2.5-ci maddələri təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 08 noyabr 2007-ci il tarixdə saa t 02 radələrində tanışı olan digər şəxslə ünvan 2dəki olan barda gördükləri, müvafiq olaraq 20 yanvar 1990-cı və 24 aprel 1990-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamış, RF vətəndaşları olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş 2 cinsi ehtiraslarını təmin etmək üçün zorlama qərarına gəlmiş, bu məqsədlə taksidə ünvan 3ün qarşısına gətirib 52 nömrəli mənzilə apardıqdan və orada yaşamış tanışı olan digər şəxslə də göstərilən cinayətkar niyyət barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra saat 05 radələrinədək Zərərçəkmiş şəxs 2 ilə onlara yetkinlik yaşına çatmadığını və getmək istədiyini deyib etiraz etməsinə baxmayaraq, əl-qolundan tutub fiziki ağrı yetirməklə zor tətbiq edərək yataq otağına aparmaq, müqavimətini qırdıqdan sonra əynindəki paltarları çıx arıb divana uzatmaq və öz cinsiyyət orqanını iradəsinə zidd olaraq cinsiyyət orqanına daxil etməklə cinsi əlaqədə olmuş, təkrarən Zərərçəkmiş şəxs1 ilə ona cinsi təcavüz etməməsi üçün yalvarmasına baxmayaraq, həmin otaqda divana uzatmaq, sol bilək nahiyəsinə qançırdan ibarət, sağlamlığa zərər vurmayan xəsarət yetirərək zor tətbiq etmək, sağlamlığına ağır zərər vuracağı ilə hədələmək və müqavimətini qırdıqdan sonra öz cinsiyyət orqanını iradəsinə zidd olaraq cinsiyyət orqanına daxil etməklə əlaqədə olmuş, təkrarən 14 avqust 2013-cü il tarixdə saat 01 radələrində ünvan 4 yaxınlığından keçmiş, əvvəllər tanıdığı RF vətəndaşı olan Zərərçəkmiş şəxs 3 görüb cinsi ehtirasını təmin etmək üçün zorlamaq qərarına gəlmiş, bu məqsədlə fiziki üstünlüyündən istifadə etməklə əlindən tutub və saxlayıb zor t ətbiq edərək Naxabin küçəsinin hərəkət hissəsindən uzaqlaşdırdıqdan sonra ona müqavimət göstərib yalvarmasına baxmayaraq, Frunze küçəsi 11 ünvanında yerləşən 415 nömrəli qaraj-tikinti kooperativinin yaxınlığına aparıb yerə uzatmaq, sol çiyin və sağ bud nahiyələrinə qançır, sağ bazu nahiyəsinə sıyrıqdan ibarət, sağlamlığa zərər vurmayan xəsarətlər yetirib zor tətbiq etmək, öldürəcəyi ilə hədələmək və müqavimətini qırdıqdan sonra öz cinsiyyət orqanını iradəsinə zidd olaraq sonuncu ilə cinsiyyət orqanına daxil etməklə cinsi əlaqədə olmuş, beləliklə də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs 2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 təkrar zorlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 14 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsinin yeni baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Belə ki, Məhkum ona elan edilmiş ittihamlarda özünü təqsirli bilməmişdir. İş materiallarından görünür ki, Məhkum verilmiş birinci epizoda aid ittiham üzrə zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngül həyat tərzi keçirən şəxslər olmuş və onlar təsadüfən barda tanış olduqları şəxslərlə birlikdə getməyə razı olmuşlar. Həmçinin onların yetkinlik yaşına çatmamalarını Məhkum bilməmişdir. Belə olan halda Məhkum onlara fiziki zor tətbiq etməklə cinsi əlaqədə olması inandırıcı görünmür. Müdafi əçi həmçinin hesab edir ki, 2007-ci ildə baş vermiş həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Bu müddət ərzində Məhkum Azərbaycan Respublikasına qayıtmış, yenidən dövlət sərhədini keçməklə Rusiyaya getmişdir. Bu zaman o, axtarışda olsa idi, onu tutmalı idilər. Müdafiəçinin fikrincə, Məhkum verilmiş ikinci epizod – Zərərçəkmiş şəxs3 zorlanması epizodu üzrə olan ittiham da əsassızdır. Belə ki, həmin epizod üzrə Məhkum təqsirli olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. İş materiallarında zərərçəkmiş şəxsin soyadı dəqiqləşdirilmədiyindən onun şəxsiyyətinin də müəyyən edilməsi zəruri idi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi B.Babayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli s ürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində qəbul edilmiş məhkəmə qərarlarının qanunsuz və əsassız olduğu mübahisə olunur. Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsinə əsasən: “Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma— dörd ildən səkk iz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” 149.2. Eyni əməllər: 149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 149.2.3. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə; 149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə; 149.2.5. təkrar törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntul arının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əla mətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiy aya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların a rqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum CM-in 149.2.1, 149.2.3, 149.2.4 və 149.2.5-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsi, ibtidai istintaq və RF Serov Şəhər Məhkəməsində keçirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələri, X5 Serov Şəhər Məhkəməsindəki icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3, şahid qismində dindirilmiş X18, X14, X11 və X4 ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 noyabr 2007 və 16 avqust 2013-cü il tarixli protokollar, “Axtarış və götürmə haqqında” 08 noyabr 2007-ci il tarixli protokol, “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 11 noyabr 2007 və 19 avqust 2013-cü il tarixli protokollar, “Şəxsin tanınma üçün təqdim edilməsi haqqında” 16 noyabr 2007-ci il tarixli protokol, “Baxış keçirilməsi haqqında” 14 avqust 2013-cü il tarixli protokol, “Müqayisəli tədqiqat üçün "nümunələrin götürülməsi haqqında” 16 avqust 2013-cü il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2007-ci il tarixli, 2085 nömrəli, 05 dekabr 2007-ci il tarixli, 2086 nömrəli və 15 avqust 2013-cü il tarixli, 1116 nömrəli rəyləri, məhkəmə-bioloji ekspertizasının 14 yanvar 2008-ci il tarixli, 40/b nömrəli və 20 sentyabr 2013-cü il tarixli, 2379/bio nömrəli rəyl əri, məhkəmə molekulyar-genetik ekspertizasının 01 noyabr 2013-cü il tarixli, 2771 mq nömrəli rəyi və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 149.2.1, 149.2.3, 149.2.4 və 149.2.5-ci maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Azərbaycan Respublikasının CM-in 75.1-ci maddəsinə əsasən: “Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədil diyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. 75.3. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. 75.4. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunm asını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz. 75.5. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.” Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətində Məhkum əgər 08.11.2007-ci il tarixdə cinayət törətmiş olsa belə onun törətdiyi bu cinayət əməlinə görə CPM-in 39.1.3cü və CM-in 75-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməli olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iş üzrə məhkəməyədək icraatın Məhkum istintaq orqanından gizlənməsi əsası ilə dayandırıldığı müddətlər istisna olmaqla, davam etdiyi müddət, e ləcə də sonuncunun Azərbaycan Respublikası vətəndaşı olması, Azərbaycan Respublikası ərazisində qeydiyyatda olmaqla yaşaması barədə rəsmi və mötəbər məlumatın RF-in səlahiyyətli orqanına yalnız 2017-ci ilin təxminən aprel ayında məlum olmasından sonra keçən müddət nəzərə alındıqda, iş üzrə Məhkum tərəfindən törədildiyi müəyyən edilmiş cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmələr cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cin ayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsi ndə təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 4 iyul 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar