Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-251/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üz rə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Eldar Mikayılov (sədrlik edən və məruzəçi) Siyavuş Hacıyev və Mahmud Ağalarov) 22 sentyabr 2021-ci il tarixli, 1(101)1126/2021 nömrəli hökmü ilə xx xxxxxxx 1972-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli olmuş, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhku m təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 2012-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək Allahın ona Bakı şəhərində mənzil almasını buyurduğunu və onun üçün mənzil alacağı təqdirdə Allahın onu bütün xətadan və bəlalardan qoruyacağına yalan vəd verərək aldadıb yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla özünə inandırdıqdan sonra 2012-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs1 Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən 95 kvadrat metr sahəsi olan 2 otaqlı təm irli mənzili 95000 (doxsan beş min) manata satın aldırıb öz adına müqavilə ilə rəsmiləşdirib mənzili ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, 2013-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 onun üçün Bakı şəhəri, Yasamal rayonu, «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında cinayətə heç bir aidiyyəti olmayan bacısı qızı X3 vasitəsilə ucuz qiymətə mənzil alacağına dair yalan vəd verərək, özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2013-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda 60000 (altmış min) manat pulu Z ərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilində ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, 2014-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək sonuncunun övladları üçün bəla gözlənildiyini və bəlaların qarşısını almaq üçün bahalı material üzərində duaların yazılması üçün pul lazım olacağını bildirərək, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2014-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanında ümumi dəyəri 13000 manat olan üç ədəd qızıl boyunbağı, sünbül formasında qızıl qolbaq, qızıl saat, qızıl kolye və bir ədəd qızıl qolbağı alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək 2014-cü ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda sonuncuya Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində ucuz qiymətə birmərtəbəli həyət evinin satıldığını, Allahın ona onun üçün həmin evi almasını və əvəzində isə kommersiya fəaliyyəti ndə böyük qazanc götürəcəyi barədə buyurduğunu yalandan bildirərək yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2014-cü ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs1 cinayətə aidiyyəti olmayan kürəkəni X2 vasitəsilə 55000 (əlli beş min) manat pulu yaşadığı Hövsan qəsəbəsi Fizuli Bayramov küçəsi bina 21, mənzil 54 ünvanında ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək 2015-ci ilin payız ayları nda istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda sonuncuya Allahın ona Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “X10” ziyarətgahının yaxınlığında həyət evi almağını, həmin evdə Həzrəti Əli və Həzrəti Fatimənin yaşacaqlarını və onun üçün dua edəcəklərini yalandan bildirərək yəni özgənin əmlakım əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs1 70000 (yetmiş min) manat pulu hissə-hissə vahid niyyətlə ünvan 4 ünvanında və yaşadığı ünvan 5vanda alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Allahla və müqəddəs şəxsl ərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək 2014-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda sonuncuya Allahın onun üzərinə Bakı şəhərində məscid tikdirmək vəzifəsi qoyduğunu, məscid tikilməsinə pul xərcləyəcəyi halda, Allahın ona bol ruzi verəcəyini yalandan bildirməklə, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində məscid tikilməsinin təşkil edilməsini öz öhdəsinə götürüb yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan 2014-cü ildən 2016-ci ilədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan vaxtda və tarixlərdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Zərərçəkmiş şəxs1 birbaşa və taksi f əaliyyəti ilə məşğul olan Şahid1 vasitəsilə hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 450000 (dörd yüz əlli min) manat pul və 10220 (on min iki yüz iyirmi) manat qiymətində tikinti materiallarını alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə külli miqdarda 460220 (dörd yüz altmış min iki yüz iyirmi) manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, 2019-cü ilin yaz aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X4 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək onun qara ciyər xərçəng xəstəliyinə tutulacağını və xəstəliyə tutulmaması üçün duaların yazılması və dini ritualların keçirilməsi üçün pu l lazım olacağı barədə müqəddəs imamların ona bildirdiyini yalandan bildirərək, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Yaqut Nəsirovadan 2019-cü ilin yaz aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə 400 manat pul, bir ədədinin qiyməti 100 manat olmaqla beş ədəd qadın paltarı, 600 manat qiymətində bir ədəd qadın plaşı, 100 manat qiymətində Almaniya istehsalı olan kişi gödəkcəsi, 150 manat qiymətində bir komplekt yataq dəsti, 500 manat qiymətində bir ədəd qızıl kişi üzüyü, 50 manat qiymətində bir ədəd qadın şalvarı, 170 manat qiymətində bir ədəd qızıl sırğa və 40 manat qiymətində bir ədəd qadın ayaqqabısını taksi fəaliyyəti ilə məşğul olan Şahid4 vasitəsilə kirayədə y aşadığı ünvan 6 ünvanındakı mənzildə alıb ələ keçirməklə zərərçəkmiş şəxs Yaqut Nəsirovaya ümumilikdə 2510 (iki min beş yüz on) manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Allahla və müqəddəs şəxslərlə birbaşa ünsiyyətdə olan öncəgörücü (ekstrasens) kimi təqdim edərək 2019-cu ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda sonuncuya ailə üzvlərinin ağır xəstəliyə tutulacaqlarını və onların sağalmasından ötrü dini ritualların həyata keçirilməsi üçün pul lazım olacağı barədə Həzrəti Əlinin onu buyurduğunu yalandan bildirərək, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs1 2019-cü ilin aprel ayından 2020-ci ilin aprel ayınadək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə 45000 (qırx beş min) manat pul, 500 manat qiymətində “Grundig” markalı televizor, 450 manat qiymətində “Veko” markalı kondisioner, 800 manat qiymətində “Sony” markalı səs gücləndirici qurğular (kinoteatr), 200 manat qiymətində “Sony” markalı videokamera və 600 manat qiymətində “Samsung” markalı mobil telefonu tanışı taksi fəaliyyəti ilə məşğul olan Şahid4 vasitəsilə ünvan 6 ünvanda və Səbail rayonu, Badamdar qəsəbəsində kirayə yaşadığı mənzildə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar hesab edilən 47550 (qırx yeddi min beş yüz əlli) manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Əli Seyfəliyev və Rəşad Abdulov) 1(103)-1899/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2021-ci il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilməsi, ona Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələri tətbiq edilməklə maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az cəza təyin edilməsi və həmin cəza ona şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şik ayətini onunla əsaslandırmışdır ki, əməlindən peşman olmuş, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin olmaması, əvvəllər məhkum olunmaması, qadın olması və 2-ci dərəcəli əlilliyi olmasını məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsəl ələr üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edil ərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində əməlin hüquqi tövsifi mübahisələndirilmir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili məhkum barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və mo tivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşin materiallarından görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habe lə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmaması barədə məhkəmələrin gəldiyi nəticə ədalətli olmaqla bərabər əsaslıdır. Müdafiəçinin kassasiya şikayətinin digər dəlilinə, yəni məhkumun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xara kterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə məhkumun törətdiyi cinayətlərin sayı və onların ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, kassasiya şikayətində istinad olunan hallardan heç biri Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunmasının mümkünlüyünü əsaslanan amil kimi qiymətləndirilə bilməz. Həmçinin kollegiya məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəzanın ağır olması dəlilinə də münasibət bildirərək qeyd edirlər ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hi ssəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq, məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxmış və Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, onun şəxsiyyətini və işin hallarını, habelə təyin edilmiş cəzanın onun islah ol unmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona cəzanın CM-in 62-ci maddəsinə əsasən təyin edilməsi və ya CM-in 70ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən bu barədə apellyasiya şikayətini təmin etmədən, Məhkum barəsində olan hökmü dəyişdirmədən, ona təyin edilmiş cəzanın saxlanılması haqqında qərar qəbul etmiş və həmin qərarı kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə t ərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyas ı hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2021-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-251/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-251/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver