Məhkəmə qərarları › İş №1(102)-251/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-251/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-251/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər C oğlu (sədrlik edən və məruzəçi), Novruzov X12 və M oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Bəraət almış şəxs X17 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, 11 iyun 1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 201 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 148-ci maddə si ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarından xüsusi ittihamçı X6 və nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli hökmü ilə (hakim M.İ.Hacıyeva) Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında irəli sürülmüş şikayət üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə X14 bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən xüsusi ittihamçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: Z.N.Hüseynov (sədrlik edən), Ə.Q.Ələkbərov və İ.A.İbrahimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Xüsusi ittihamçı X1 Afaq Asif qızı barəsində xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən riyaziyyat müəllimi kimi əmək fəaliyyəti ilə məşğuldur, 29 ildən çoxdur ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi və direktor müavini vəzifəsində çalışmaqdadır. Çalışdığı müddət ərzində müəllim kimi vəzifə funksiyasını qüsursuz və nöqsansız icra etmiş, riyaziyyat fənnini şagirdlərə sevərək və sevdirərək tədris etmişdir. Əmək fəaliyyəti dövründə nə şagirdlərdən, nə valideynlərdən, nə də məktəb rəhbərliyindən barəsində məktəbə hər hansı şikayət daxil olmamı ş, hər hansı intizam tənbehinə məruz qalmamışdır. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə dair imtahanlarda da iştirak etmiş və müsbət uyğun nəticə göstərmişdir. O, hal-hazırda Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə həftəlik ümumilikdə 12 saat olmaqla riyaziyyat fənnini tədris etməkdədir. xx.xx.2022-ci il tarixində Bakı şəhəri 201 saylı tam orta məktəbə X17 direktor təyin olunduqdan sonra özü tərəfindən xidməti vəzifələrinin icrası zamanı ona məlum olmuşdur ki, direktor Afaq Əliyevanın rəhbərliyi ilə məktəb daxilində qanunsuz əməllər baş alıb getməkdədir. Belə ki, məktəbdə fəaliyyət göstərən bəzi sinif rəhbərləri və müəllimlər dərslərdə iştirak etməyən uşaqlara saxta qiymətlər yazır, bəzi şagirdlərin adı iki və ya üç sinifdə qeyd olunur, Azərbaycan Respublikasında olmayan şagird Azərbaycanda - 201 nömrəli məktəbdə təhsil alırmış kimi sinif jurnalında adı qeyd olunur və nəticədə minlərlə manat məbləğində dövlət büdcəsi vəsaiti qanunsuz olaraq mənimsənilir. O, nəhayət bütün bu və ya bunun kimi digər pozuntular barəsində ərazi üzrə Nizami rayon prokurorluğuna, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikası Baş prokuroruna, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Prezident Administrasiyasına şikayət etmək qərarına gəlmişdir. Verilən məlumatlar əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə ********* saylı cinayət işi başlanılmış və işin istintaqı həmin Baş İdarənin İstintaq İdarəsində aparılmaqdadır. O, direktor Afaq Əliyeva və onunla qabaqcadan əlbir olan bir qrup şəxsin korrupsiya hüquq pozuntuları barəsində hüquq mühafizə orqanlarına məlumat verdikdən sonra direktor Afaq Əliyeva və onunla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən müxtəlif təzyiq və təqiblərə məruz qalmış, təhqir olunmuş və ona böhtan atılmışdır. Belə ki, Bakı şəhəri 201 saylı orta məktəbdə xx.xx.2023-cü il tarixində məktəbin müəllim heyətindən ibarət təxminən 100 nəfərə yaxın şəxsin iştirak etdiyi Pedaqoji Şuranın kütləvi iclasında direktor Afaq Əliyeva çıxış edərək korrupsiya hüquq po zuntuları barədə məlumat verdiyinə görə ona təzyiqlər göstərmiş, səlahiyyəti olmadığı halda ona kollektiv qarşısında şiddətli töhmət intizam tənbehi elan etmiş, ona “digər müəllimləri təhdid edir” deyə qeyd edərək hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsinə dair böhtan atmış və “şərəfsiz”, “tərbiyəsiz” kimi şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir etmişdir. Afaq Əliyevanın bu əməlləri - böhtan və təhqirləri nəticəsində məktəbin digər müəllim heyəti də ondan üz döndərmiş, onunla ünsiyyəti kəsmişdir. Bütün bu böhtan və təhqirlərdən sonra o, məcbur qalıb pozulmuş hüquqlarının bərpası üçün xüsusi ittiham qaydasında şikayətlə Nizami Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda da qeyd olunduğu kimi, Bakı şəhəri 201 saylı tam orta məktəbin direktoru f iziki şəxs X13 aşağıdakı cinayət əməlləri nəticəsində fiziki şəxs kimi o, mənəvi olaraq zərər çəkmişdir: X17 xx.xx.2023-cü il tarixində məktəbin müəllim heyətindən ibarət təxminən 100 nəfərə yaxın şəxsin iştirak etdiyi Pedaqoji Şuranın kütləvi iclasında çıxış edərək onun şərəf və ləyaqətini ləkələyən və onu məktəb kollektivi qarşısında nüfuzdan salan “digər müəllimləri təhdid etmişdir” ifadəsini səsləndirərək yalan olduğunu bilə-bilə onu qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsində qeyd olunan hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsində ittiham etmişdir. Halbuki, o, heç bir müəllimi, ümumiyyətlə, heç bir şəxsi təhdid etməmiş, onlar üzərində zor göstərməmiş, onlardan hər hansı maddi, qeyri-maddi və sair nemət tələb etməmiş, onları qanunsuz hər hansı əməli n icrasına sövq etməmiş, onları hər hansı formada hədələməmişdir. X17 xx.xx.2023-cü il tarixində məktəbin müəllim heyətindən ibarət təxminən 100 nəfərə yaxın şəxsin iştirak etdiyi Pedaqoji Şuranın kütləvi iclasında çıxış edərək bir neçə epizodda korrupsiya hüquq pozuntuları barəsində məlumat verdiyinə görə onu “şərəfsiz” və “tərbiyəsiz” adlandırmış, əmək funksiyalarını yerinə yetirməməsini qeyd edərək onu kollektivə bacarıqsız, səriştəsiz, savadsız biri kimi tanıtmışdır. “Şərəfsiz” ifadəsi Azərbaycan dilinin izahlı lüğətində “şərəfi, heysiyyəti olmayan, namussuz, vicdansız, alçaq, rüsvayçı, rəzil, pislənməyə layiq” kimi mənanı ifadə edir. “Tərbiyəsiz” ifadəsi Azərbaycan dilinin izahlı lüğətində “yaxşı tərbiyə görməmiş, özünü aparmağı bacarmayan, əxlaqsız, ədəbsiz” kimi mənanı ifadə edir. G öründüyü kimi hər iki ifadə X17 tərəfindən onun şəxsiyyət kimi şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədilə səsləndirilmişdir. Böhtan cinayətinin törədilməsinə əsas verən “digər müəllimləri təhdid etmişdir” ifadəsi və təhqir cinayətinin törədilməsinə əsas verən “şərəfsiz” və “tərbiyəsiz” ifadələri xx.xx.2023-cü il tarixində Bakı şəhəri 201 saylı orta məktəbin müəllim heyətindən ibarət təxminən 100 nəfərə yaxın şəxsin iştirak etdiyi və ünvan 2 ünvanındakı ünvan 3ütləvi iclasında səsləndirilmişdir. Göründüyü kimi, böhtan və təhqir cinayətləri ünvan 2 ünvanında törədildiyinə görə xüsusi ittiham qaydasında şikayətə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Şikayətin əsaslılığ ı və dəlilləri təsdiq edən sübutlar barədə onun dəlilləri aşağıdakı sübutlarla tam təsdiq olunur: Bakı şəhəri 201 saylı orta məktəbin Pedaqoji Şurasının kütləvi iclasında direktor X17 tərəfindən zərərçəkən kimi onun tərəfindən səsləndirilən böhtan və təhqir xarakterli ifadələr mobil telefon vasitəsilə qeydə alınmış, şikayətə CD disk vasitəsilə sübut qismində əlavə edilmişdir. Bakı şəhəri 201 saylı orta məktəbin Pedaqoji Şurasının kütləvi iclasında direktor X17 tərəfindən onun barəsində böhtan və təhqir xarakterli ifadələrin səsləndirilməsi faktı həmin məktəbin tarix müəllimi X8, Azərbaycan dili və ədəbiyyatı müəllimi X11 və coğrafiya müəllimi Şahid3 tərəfindən təsdiq edilir. Hesab edir ki, hazırki işdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi nə əsas ola biləcək hər hansı hal mövcud deyildir. Böhtan və təhqir cinayətləri ünvan 2 ünvanında törədildiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə xüsusi ittiham qaydasında şikayətə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. X3 iclasda səsləndirdiyi ifadələr nəticəsində ona yalan olduğu bilinə-bilinə böhtan atılmış, şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmışdır. Bu da cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxs kimi ona birbaşa mənəvi ziyan vurulması ilə nəticələnmişdir. Göründüyü kimi fiziki şəxs kimi o, hazırki işdə zərərçəkən olduğu üçün fiziki şəxs X14 qarşı xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ yaranmışdır. Xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmişdir. Böhtan və təhqir cinayəti xx.xx.2023-cü il tarixində törədildiyindən, həmin cinayətlər böyük ictimai təhlükə törətməyən cinayət olduqlarına görə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə müddəti 2 il olduğuna görə hesab edir ki, hazırki şikayət üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37.2-ci maddəsinə görə böhtan (Azərbaycan Respublikası CM 147) və təhqir (Azərbaycan Respublikası CM 148) cinayətləri üzrə cinayət təqibi xüsusi ittih am qaydasında həyata keçirilir. Şikayətlə (2.1.a və 2.1.b bəndləri) tanış olduqda aydın olur ki, həqiqətən də şəxsin əməllərində böhtan və təhqir cinayətinin əlamətləri mövcuddur. Şikayəti əsassız deyildir və şikayətin əsaslı olduğunu təsdiq edən sübutlar şikayətə əlavə edilmişdir. Həmçinin, digər sübut olan şahid ifadələri barədə ilkin məlumat verilmiş, məhkəmə iclasına çağırılmalı olan şahidlərin siyahısı şikayətə əlavə edilmişdir. Qeyd olunanlara əsasən, xüsusi ittiham qaydasında şikayətin təmin edilməsini, fiziki şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsini və cinayət məsuliyyətinə cəlb edilməsini, fiziki şəxs X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci madd əsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası olmaqla, ümumilikdə 12 ay müddətinə azadlıqdan məhrum etmə qismində qəti cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı X6 və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və X13 CM-in 148-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılması xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Məhkəmə baxışı zamanı hərtərəfli, obyektiv ş əkildə iş üzrə əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamış və bu hallara cinayət qanunun normaları düzgün tətbiq edilməmiş, təqdim olunmuş sübutlar və faktlar qanunauyğun şəkildə tədqiq edilməmiş, törədilmiş cinayət əməlinə lazımi hüquqi qiymət verilməmiş, cinayət hadisəsi ilə əlaqədar zərər çəkmiş şəxs qismində hüquqları və maraqları nəzərə alınmamış, təqsirkarı ifşa edən halları və onun təqsirlilik dərəcəsini müəyyən edərkən qəsdən və ya yanlışlıqla səhvlərə yol verilmiş, həqiqət inkar olunmaqla təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmışdır. Afaq Əliyeva 2022-ci ilin yanvar ayından həmin məktəbdə direktor vəzifəsində işləyir. Cinayət hadisəsi ünvan 4 ünvanda yerləşən 201 nömrəli orta məktəbdə 2023-cü ilin 14 və 19 sentyabr tarixlərində keçirilən Pedaqoji Şuranın iclaslar ında kütləvi çıxışda törədilmişdir. Məktəbdə külli məbləğdə dövlət əmlakının mənimsənilməsi ilə bağlı məktəb rəhbərliyi və digərlərinin korrupsiya hüquq pozmaları ilə əlaqədar olaraq Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və digər orqanlara xx.xx.2023cü il tarixdə etdiyi şikayətlərdən sonra fakt üzrə araşdırma aparılmasından qəzəblənən məktəbin direktoru qərəzçiliklə onu ləkələmək və intiqam almaq üçün xx.xx.2023-cü il tarixdə keçirilən Pedaqoji Şurasının iclasında kütləvi çıxışda ona ad və ya soyadı ilə deyil, ələ salıcı ifadələrlə xitam edərək bildirmişdir: “.. Adam.. mən axırıncı dəfə bu “adamı” görmüşəm ayın 25-də, iyun ayının 25-də. Sonuncu dəfə Aybəniz müəllimə ilə bağlı və Valeh müəllimlə bağlı şikayət ərizəsi vermişdi. Ondan sonra üzünü görməmişəm. Siz də qəbul edərsiniz ki, bir direktor müavininin üzünü bir də gəlib pedaqoji şurada görürsə, bu artıq o deməkdir ki, müavin öz işlərindən belə deyək də, isetifa edir. Mənə nə qalır? Sizcə bu qədər tərbiyəsizlikdən sonra mən kiməsə tapşırıq verməyə yaxud etibarım qalarmı ki, “adama” deyim get filan müəllimin metodiki dayağı ol”. Afaq Əliyeva şuradakı qeyri-etik çıxışı ilə onu “tərbiyəsiz” adlandırmış, daha sonra səlahiyyət həddini aşaraq ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan etmişdir. Tərbiyəsiz sözü Azərbaycan dilinin izahlı lüğətində yaxşı tərbiyə görməyən, özünü aparmağı bacarmayan, əxlaqsız və ədəbsiz mənalarında işlədilir. Onun bu qanunsuz və qərəzli hərəkətlərinə cavab olaraq xx.xx.2023cü il tarixdə özünün Facebook sosial şöbəkəsində direktor Afaq Əliyevanın qanunsuzluğunu ifşa edən video paylaşmışdır. Videoda 10d sinfinin rəhbəri Elmira Nəcəfova 2022/2023 tədris ilində Afaq Əliyeva tərəfindən kağız üzərində məktəbə qəbul olunan, lakin faktiki bir gün də dərslərə gəlməyən Namazov İsmayıl adlı şagirdi Afaq Əliyevanın göstərişi ilə fənn müəllimlərindən xəbərsiz onların əvəzinə qiymətləndirdiyini etiraf etmişdir. Sosial şəbəkədə sinif rəhbəri tərəfindən qanunsuzluğun ifşa olunduğunu görən Afaq Əliyeva ondan intiqam almaq üçün dərhal xx.xx.2023-cü il tarixdə növbədənkənar Pedaqoji Şura iclası keçirdi. İclasın keçirilmə məqsədinin bu paylaşımı edən şəxslərin hərəkətlərinə qiymət verilməsi və onların cəzalardırılması olduğunu bildirdikdən sonra paylaşım edənləri qəsdlə kütləvi çıxışda “Direktorun adına hansısa şərəfsizlər, filankəs tapşırıb filan şeyi paylaşın, belə ölsəniz də, canınız da çıxsa təmiz ada ləkə vurammazsız. Şərəfsizlər. Gedin hara istəyirsiniz...” deyə bağıraraq təhqir etmişdir. Paylaşımı o etdiyinə görə bu təhqirin onun ünvanına deyildiyini anladığı üçün Afaq Əliyevaya müraciətlə bildirmişdir: “70 minlik oğurlanmış malın pulunu silmisən sən, ondan danış, sən mənə saxta sənədə qol çəkdirmisən ondan danış. Burda artistlik eləmə, şərəfsiz mən deyiləm, şərəfsiz sənsən ki, dövlətin malını yemisən, aydındır?. O şərəfsiz sözünə görə cavab verəcəksən”. Afaq Əliyeva tərəddüt etmədən “verərəm, məmnuniyyətlə” və sonra “mən demirəm, kim deyir, zal deyir” deyərək, üzünü əvvəldən öyrədib hazırladığı zala tutaraq sual verdi: “Adam kimdir?” İlk sırada ona yaxın məsafədə əyləşmiş bir neçə nəfər cavab verdilər ki, “Şərəfsiz”. Bundan sonra Afaq Əliyeva əlini stola vuraraq ona bağırdı:”Di get paylaş”. Bu dialoqun səs yazısı və bütövlükdə sentyabrın 19da keçirilən pedaqoji şuranın səs yazısı disk formatında sübut növü olaraq məhkəməyə təqdim edilmişdir. Pedaqoji Şuranın iclasından sonra o, Bakı şəhər Təhsil İdarəsinə şikayət edərək, Şuranın iclasında Afaq Əliyeva tərəfindən kütləvi çıxışda təhqir olunduğunu bildirərək, onun intizam məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhər Təhsil İdarəsi tərəfindən onun müraciətinə baxılmış və bildirilmişdir ki, 201 nömrəli məktəbin direktoru Afaq Əliyevaya “X10 Qaydaları”nın tələblərini pozduğuna görə Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən şifahi qaydada xəbərdarlıq edilmiş və gələcəkdə vəzifə funksiyalarının yerinə yetirilməsində nöqsanlara yol verdiyi təqdirdə barəsində daha ciddi tədbir g örüləcəyi nəzərinə çatdırılmışdır. Barəsində görülmüş intizam tədbirindən Afaq Əliyevanın şikayət verməməsi onu sübut edir ki, Afaq Əliyeva barəsindəki intizam tənbehi tədbirindən narazı qalmamışdır. Bu şərt də təsdiq edir ki, Afaq Əliyeva “şərəfsiz” sözünü konkret olaraq Svetlana Hüseynovaya söyləmişdir. Afaq Əliyeva məhkəmə iclasında etiraf etmişdir ki, şərəfsiz sözünü sosial şəbəkədə paylaşım edən şəxsin ünvanına söyləmişdir. Məhkəmə tərəfindən 19 sentyabr tarixinədək məktəb və məktəb rəhbərliyi barəsində sosial şəbəkələrdə hansısa başqa paylaşımlar edildiyi araşdırılmamış və ya təqsirləndirilən şəxsdən belə paylaşımların olması barədə məlumatlar tələb edilməmiş, məhkəmə istintaqı zamanı bu fakta hüquqi qiymət verilməmişdir. Məhkəmə istintaqı yalnız “şərəfsiz” sözünün işlədilib-işlədilm əməsi yönündə aparılmışdır. Digər təhqir ifadəsi “tərbiyəsiz” sözünün işlədilməsinin baş verib-verməməsi araşdırılmamışdır. xx.xx.2023-cü il tarixdə 201 nömrəli orta məktəbdə keçirilən pedaqoji şura iclasında Afaq Əliyeva monoloqunda onun ad və soyadını söyləməsə də, “tərbiyəsiz” sözünü birbaşa onun ünvanına söyləmişdir. Afaq Əliyeva qəsdən və düşünülmüş halda ona qarşı “şərəfsiz” və “tərbiyəsiz” ifadələrini kütləvi çıxışında səsləndirməklə onun şərəf və ləyaqətini təhqir etmiş, onu kollektivin gözündə alçaltmağı planlamış və bu şəkildə ondan intiqam aldığını zənn etmişdir. Onun əməlində CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib elementləri mövcuddur. Məhkəmə qəsdən və ya yanlışlıqla bu halları araşdırmamış, hüquqi qiymət verməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiy ası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxs A.Əliyeva və onun müdafiəçisi Müdafiəçi çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayə tliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tə rkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikasının CM-in 148-ci maddəsi “Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. Yuxarıda istinad edilən cinayət qanunu normalarının məzmununa, təhlilinə və şərhinə əsasən böhtan cinayət əməli qəsdən törədilməli, yəni təqsirli şəxs başqa şəxsə böhtan atarkən yayılan məlumaiların yalan olduğunu bilməli, digər şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymalıdır. “Xüsusi ittiham qaydasında şik ayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsi n cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 5-ci bəndində göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Qeyd edilən Plenum qərarının 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış mə lumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin iş üzrə gəldikləri nəticəni əsaslı və qanuni hesab edərək, kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və məhkəmə qərarlarında öz əksini tapmış sübutlardan görünür ki, məhkəməsində məhkəmə baxışı zamanı xüsusi ittihamçı X2 nümayəndəsi (vəkil) Nümayəndə1 ittihamdan qismən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, xüsusi ittihamçı X2 təqsirləndirilən şəxs X14 qarşı “şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi barədə” xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi ittihamçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə irəli sürülən ittihamdan imtinasının qəbul edilməsini və məhkəmə araşırmasının xüsusi ittihamçı S.Hüseynovanın təqsirləndirilən şəxs A.Əliyevaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə irəli sürdüyü ittihamla bağlı aparılmasını xahiş etmişdir. Xüsusi ittihamçı apellyasiya şikayətində qeyd etmişdir ki, 201 nömrəli orta məktəbdə olan qanunsuzluqlarla əlaqədar müvafiq orqanlara şikayət verdiyinə görə, məktəbin direk toru Afaq Əliyeva qərəzçiliklə onu ləkələmək və intiqam almaq üçün xx.xx.2023-cü il tarixdə keçirilən Pedaqoji Şurasının iclasında kütləvi çıxışda ona ad və ya soyadı ilə deyil, ələ alıcı ifadələrlə xitab etmiş və onu “tərbiyəsiz” adlandırmış, bununla da onun şərəf və ləyaqətini alçaltmaqla onu təhqir etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Belə ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə CM-in 148-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütl əvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini istənilən formada alçatma ilə deyil, məhz “nalayiq” formada qəsdən alçaltma ilə törədilir. Təhqiredici ifadələr “nalayiq” formada olmadıqda həmin maddə ilə cinayət məsuliyyəti istisna edilir. Təhqiredici ifadələrin və ya hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olubolmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgə yaşayış normalara, ümumi bəşəri prinsiplərə uyğun olaraq müəyyən edilməlidir. Bu cinayət subyektiv cəhətdən isə təqsirin birbaşa qəsd növü ilə törədilir, yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk etməli və belə hərəkətləri törətməyi arzu etməlidir. Qeyd edilən maddə üzrə əməldə cinayət tərkibinin yaranması üçün əmələ psixoloji münasibət vacib rol oynayır. Hazırkı işdə xx.xx.2023-cü il tarixdə keçirilən iclasda təqsirləndirilən şəxsdə bu niyyətin olması tədqiq edilmiş sübutlarla təsdiq edilmir, əksinə belə niyyətin olmaması işdə olan sübutlarla təsdiq edilir. Belə ki, işin faktiki hallarından, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə keçirilən Pedaqoji Şuranın iclasında qeydə alınmış səs yazıdan müəyyən olunur ki, Afaq Əliyeva həmin iclasda bildirmişdir: “Mən axırıncı dəfə bu adamı görmüşəm ayın 25-də, iyun ayının 25-də. Sonuncu dəfə Aybəniz müəllimə ilə bağlı və Valeh müəllimlə bağlı şikayət ərizəsi vermişdi. Ondan sonra üzünü görməmişəm. Siz də qəbul edərsiniz ki, bir direktor müavininin üzünü bir də gəlib pedaqoji şurada görürsə, bu artıq o deməkdir ki, müavin öz işlərindən belə deyək də, istifa edir. Mənə nə qalır? Sizcə bu qədər tərbiyəsizlikdən sonra mən kiməsə tapşırıq verməyə yaxud etibarım qalarmı ki, adama deyim get filan müəllimin metodiki dayağı ol”. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilən iclasda Afaq Əliyeva “bu adam” ifadəsi ilə məktəbin direktor müavini Svetlana Hüseynovanı (xüsusi ittihamçı) nəzərdə tutaraq həmin ifadələri işlətmişdir. Lakin, xüsusi ittiham qaydasında şikayətdə və apellyasiya şikayətində iddia edildiyi kimi X19 Hüseynovanın şərəf və ləyaqətini alçaltmaq üçün birbaşa onu “tərbiyəsiz” adlandırmamış, əksinə direktor müavini kimi onun üzünü uzun müddətdir görmədiyini bildirmiş və onun fəaliyyətini tənqid etməklə, ümumilikdə fəaliyyəti ilə əlaqədar hə rəkətlərinə tərbiyəsizlik kimi qiymət vermişdir. X16 məqsədi və niyyəti kollektiv qarşısında Svetlana Hüseynovanın şərəf və ləyaqətini qəsdən alçaltmaq deyil, direktor müavini kimi onun fəaliyyətini tənqid etmək olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən ifadədə işlədilən “bu adam” ifadəsi isə şərəf və ləyaqəti alçaltma mənasını daşımır. Ümumən həmin ifadələr ara dildə geniş istifadə olunan, hər kəs tərəfindən anlaşılan frazeoloji vahiddir. İnvektiv (nalayiq) və jarqon leksiyaya aid dil ünsürlərindən istifadə edilməmişdir. Bundan əlavə xüsusi ittihamçı X1 Afaq Asif qızının iclasda ona qarşı “şərəfsiz” kəlməsi işlətdiyini işlətdiyini bildirmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və məhkəmə qərarlarında öz əksini tapmış sübutlardan görünür ki, X13 direktoru olduğu Bakı şəhəri 201 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının iclasında qeydə alınmış səs yazısının məzmunu ilə müəyyən olunur ki, orada X17 tərəfindən “şərəfsiz” və “tərbiyəsiz” sözlərindən ibarət ifadələr işlədilsə də, həmin məzmunda X2 adı çəkilməmiş, bilavasitə ona qarşı ünvanlanmış təhqir xarakterli söz və ifadələr işlədilməmiş, bu zaman xüsusi ittihamçı X4 münasibətdə onun şərəf və ləyaqəti X17 tərəfindən nalayiq formada alçaldılmamış, təhqir edilməmişdir. Əksinə, Pedaqoji Şuranın iclasında X13 özü həmin məkan məktəb olduğuna, pedaqoji heyət iştirak etdiyinə görə müzakirələrin etik normalar çərçivəsində getməsini iştirakçılardan xahiş etmişdir. Ona görə məhkəmə hesab edir ki, baxılan şikayət üzrə X13 Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini tör ətməkdə təqsirliliyi sübuta yetirilməmişdir, buna dair mötəbər sübutlar xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunmamış, məhkəmə tədqiqi ilə müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən iclas zamanı səsləndirilən ifadələrdə xüsusi ittihamçının şərəf və ləyaqətini nalayiq formada alçaltma qəsdi olmadığından, işlədilən ifadələr nalayiq və jarqon leksiyaya malik olmadığından, təqsirləndirilən şəxsin həmin ifadələrə görə CM-in 148-ci maddəsi ilə məsuliyyətinə cəlb edilməsinə dair ittiham tərəfinin mövqeyi əsassızdır. Odur ki, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin X13 X5 təhqir etməməsi ilə bağlı gəldikləri nəticəni əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ka ssasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar