Məhkəmə qərarları › İş №1(102)-2510/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2510/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2510/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçiləri Qəhrəmanov Zabil Köçəri oğlunun və Məmmədov Toğrul Gülhəsən oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-81/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarından Məhk um və müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 12 iyun 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.2.2 və 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 29 iyun 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 11 noyabr 2019-cu il tarixdə, saat 00:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Optima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə tanışı Şahid3 ilə birlikdə “Bolmart” supermarketlər şəbəkəsinin Gəncə şəhəri, X8 prospektində “Dəyirman dairəsi” kimi tanınan ərazidə yerləşən filialının qarşısındakı avtomobil dayanacağına daxil olarkən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində marketdən çıxan X4 qohumu Şahid2 idarə etdiyi “Mercedes Benz E 320” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa oturacağında əyləşmək üçün sol sərnişin qapısını açarkən həmin qapının ehtiyatsızlıqdan onun idarə etdiyi “Kia Optima” markalı avtomobilin arxa sağ sərnişin qapısının dəstəyinə dəyməsindən əsəbləşərək aqressiv formada zərərçəkmiş şəxsə yaxınlaşıb bu cüzi səbəbi dalaşmaq üçün bəhanə edərək özünün başlatdığı mübahisənin gedişində sonuncunun qohumu Şahid2 və tanışı Şahid1 ona zərərçəkmiş şəxsin alkoqol sərxoşluğu vəziyyətində olduğunu bildirib, mübahisəni gərginləşdirməməsi barədə etdikləri xahişlərinə məhəl qoymayaraq, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməklə zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəni başqa yerdə davam etdirməyə sövq edərək, bu məqsədlə sonuncunu şəhərin Elbrus Allahverdiyev küçəsində yerləşən “Köhnə avtomobil bazarı”nın qarşısına dəvət etmiş, saat 00:40 radələrində həmin ünvanda görüşərkən öz şəxsiyyətini zərərçək miş şəxsin şəxsiyyətinin fövqündə qoyub sonuncunun əsəbi davranışlarının alkoqol sərxoşluğu vəziyyətində edildiyini nəzərə almadan söz və hərəkətlərinə aqressiv münasibət göstərməklə laqeydliyini ifadə edərək, zərərçəkmiş şəxsi heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib idarə etdiyi avtomobilin ön oturacaqlarının arasındakı qolaltı yerində saxlayıb gəzdirdiyi bir ədəd qatlanan konstruksiyalı, tiyə və dəstək hissədən ibarət olmaqla açıq vəziyyətdə ümumi uzunluğu 206 mm olan, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını götürərək həmin bıçaqla zərərçəkmiş şəxsə kəskin xarici və daxili qanitirmə ilə nəticəl ənərək ölümünə səbəb olan biri döş qəfəsinin ön səthində solda məməxətti ilə İİ-İİİ qabırğa səviyyəsində yerləşmiş, daxilə nüfuz edən, ürəyi və sağ ağciyəri zədələyən, digəri isə sol bazu nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa-iç səthində yerləşmiş, bazu arteriyasının zədələnməsi ilə müşayiət olunan, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid cəmi iki ədəd, həmçinin sağ əlin İ-İİ barmaqlarının arxa səthində yerləşmiş, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid cəmi iki ədəd olmaqla ümumilikdə dörd ədəd kəsilmiş, deşilmiş-kəsilmiş yaralar, bundan başqa, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüng ül zərər vurmaya aid başın yumşaq toxumalarında sol təpə-gicgah nahiyəsinə uyğun hissədə və döş qəfəsinin ön səthində sağda dərialtı yumşaq toxumalarda qansızma (hematoma) xəsarətləri yetirməklə X3 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-180/2020 nömrəli, 17 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə ə sasən cəzaları qismən toplamaqla qəti olaraq 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 noyabr 2019-cu il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu apellyasiya şikayəti verib, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CM-nin 36-cı maddəsi tətbiq edilməklə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi, Məhkum barəsində bəraət hökmünün çıxarılması, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin e dilmiş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-170/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-180/2020 nömrəli, 17 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən bu cəzanın Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-180/2020 nömrəli, 17 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi üzrə t əyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla üzərində qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından dövlət ittihamçısı kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kassasiya şikayəti verib, həmin qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Qərardan Məhkum müdafiəçisi kassasiya şikayəti verib, qərarın ləğv edilməsi, əməlində cinayət tərkibi olmadığına görə məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsini n Cinayət kollegiyasının 1(102)-748/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-170/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yeni apellyasiya baxışına təyin edilmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-81/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarı ilə Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-180/2020 nömrəli, 17 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, cinayət mə suliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təyin edilmiş 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 15 (on beş) ilə endirilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

13. Məhkum kassasiya şikayətində qeyd edilmişdir ki, cinayət had isəsi qarşı tərəfin onun mülkiyyətində olan avtomobilə ziyan vurmasından başlamışdır. Mülkiyyət hüququnun pozulması ilə bağlı onunla zərərçəkmiş şəxs X4 arasında mübahisə olmuş, bu mübahisəyə aydınlıq gətirməsi üçün qarşılıqlı olaraq başqa məkanda görüşüb söhbətlərini davam etməyə razılaşmış və onlar razılaşdıqları məkana könüllü olaraq gəlmişlər. Mülkiyyətində olan avtomobildə bıçaq olsa da, o, bıçağı götürməmiş, üstündə gəzdirməmişdir. O, zərərçəkmiş şəxslə söhbət edərək mülkiyyətinə vurulan maddi ziyanın ödənilməsinə çalışmışdır. Lakin zərərçəkmiş şəxs razılaşdıqları görüşə bıçaqla gəlmiş, niyyəti onu öldürmək olmuşdur. Zərərçəkmiş şəxsin onun mülkiyyətinə ziyan vurması və avtomobilinin qapısını açaraq bıçaqla ona hücum etməsi, onu öldürmək niyyətinin olması, özünü müdafiə etmək üçün bı çağı götürməyə məcbur etmişdir. Münaqişəni zərərçəkmiş şəxs yaratmış, avtomobildən düşərkən əlində bıçaq olmuş, avtomobildən düşən kimi bıçaqla heç bir səbəb olmadan ona hücum etmiş, digər şəxsi bıçaqla vurub yaralamış, təkrar avtomobilinə ziyan vurmaqla qapını açıb bıçaqla onu öldürmək istəmiş, bundan sonra o, bıçağı əlinə götürərək zərərçəkmiş şəxsi vurmuşdur. O, zərərçəkmiş şəxsi öldürmək istəsəydi avtomobildən düşəndə bıçaqla düşərdi və ya bıçağı üstündə götürərdi. O, özünü qəsdən adam öldürmə cinayət əməli üzrə təqsirli bilir. Onun əməlində xuliqanlıq niyyəti olmamışdır. Bu səbəblə əməlinə düzgün qiymət verilməsini və törətdiyi əmələ görə cəzalandırılmasını istəyir. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)81/2023 nömrəli, 29 noyabr 2023-cü i l tarixli qərarının dəyişdirilməsi, əməlinə düzgün hüquqi qiymət verilərək təyin edilmiş cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Müdafiəçi kassasiya şikayətində oxşar dəlilləri təkrarlamaqla, məhkumun əməlində cinayət tərkibi olmadığından barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının p redmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət- hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. Məhkum kassasiya şikayətində əməlinin səhv tövsif edildiyini, ona ağır cəza təyin edildiyini iddia etməklə, müdafiəçisi isə məhkumun əməlində cinayət tərkibi olmadığını iddia etməklə, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddə lərində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.

21. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-81/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

23. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımı ndan, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

26. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyələrini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi üzrə əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini, müdafiəçinin isə məhkumun əməlində cinayət tərkibinin olmadığına dair dəlillərini əsassız hesab edir.

27. Belə ki, baxılan cinayət işi üzrə məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya prot esti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl baxılmış, həmin kassasiya müraciətlərinə baxılmasına dair qəbul edilmiş qərarda işin müəyyən edilmiş halları təhlil edilərək müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarında (ləğv edilmişdir) işin mübahisəsiz hallarına dair gəldiyi nəticəsi cinayət işinin materiallarında olan sübutların məcmusu ilə ziddiyyət təşkil etmişdir. Apellyasiya instansiya məhkəməsinin həmin qərarında gəlinən nəticəyə görə, Məhkum və onunla birlikdə hadisə yerində olmuş digər şəxslər gecə yarısı Gəncə şəhərinin insanların çox da toplaşmadığı, əsas yolların kəsişmədiyi bir ərazisində təsadüfən rastlaşmış və məhkumun z ərərçəkmiş şəxslə olan mübahisəsinin aydınlaşdırılmasında iştirak etmək qərarına gəlmişlər. Həmin şəxslərdən Şahid3, Şahid4 və Şahid5 zərərçəkmişlə məhkumun arasında olan mübahisəyə müdaxilə etməmiş, yalnız seyirci mövqe tutmuşlar. Halbuki, Şahid1 hadisədən bilavasitə sonra 11 noyabr 2019-cu il tarixdə verdiyi ifadəsindən görünür ki, Məhkumla birlikdə olmuş şəxslər də mübahisəyə müdaxilə etmiş, zərərçəkmiş şəxsi təkləmiş, onlardan kimsə zərərçəkmiş şəxsi sillə ilə vurmuşdur. Bundan sonra zərərçəkmiş şəxs bıçaq çıxarıb onlara qarşı hərəkət etmişdir. Şahid2 da analoji ifadə vermişdir.

28. Həmçinin, kassasiya instansiyası məhkəməsi artıq cinayət işinə münasibətini bildirərək hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin heç bir əsaslandırma aparmadan hadisələrin kökündən başlayaraq zərərçəkmiş şəxsin özünün qanunsuz hərəkətləri nəticəsində baş verməsi barədə gəldiyi nəticəsi əsassızdır.

29. Apellyasiya instansiyası məhkəməsinin yeni apellyasiya baxışının nəticəsi olaraq çıxardığı və hazırda mübahisəsi edilən qərarı Ali Məhkəmənin işə baxan əvvəlki məhkəmə kollegiyasının bildirdiyi hüquqi mövqeyini nəzərə alınmaqla qəbul edilmiş, həmin qərarda baxılan kassasiya şikayətində qaldırılan dəlillərə müvafiq əsaslandırma təmin edilməklə bütövlükdə və ətraflı cavablandırma verilmişdir. Bu məqsədlə apellyasiya instansiyası məhkəməsi tərəfindən şahidlər Şahid5, Şahid3 və Şahid4 dindirilmiş, hadisə yerində olan şəxslər arasında telefon danışıqlarının olub-olmamasının müəyyən edilməsi üçün "xxxx" MMC-nə sorğu verilərək müvafiq cavab alınmışdır.

30. Apellyasiya instansiyası məh kəməsi həmin sübutları, eləcə də məhkəməyədək və məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş digər sübutları hazırda mübahisəsi edilən qərarında müvafiq maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırmış və haqlı olaraq hesab etmişdir ki, Məhkum məhkəmə qarşında ona verilmiş ittihama əsasən adam öldürmə cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməsinə dair hissə üzrə özünü təqsirli bilməsə də, lakin onun Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri şahid ifadələri, hadisə yerinə baxış protokolu, götürmə aparılması və götürülmüş əşyalara baxış keçirilməsi haqqında protokol, nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokol, ifadənin yerində yoxlanılması barədə protokol, video görüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında protokol, digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübut, eləcə də işdə olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən dəlillər üzrə gəldiyi nəticəsi apellyasiya şikayətində irəli sürülmüş məsələlərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ndə təqsirli olduğu barədə qənaəti şübhə altına almaq və fərqli nəticəyə gəlmək üçün əsas görmür.

32. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmənin qəbul etdiyi akt bu hissədə də müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

33. Belə ki, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

34. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, c əzasını yüngülləşdirən hallar olaraq yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı uşaqlarının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinin sanksiyası həddində ona 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.

35. Öz növbəsində işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən müəyyən edilmiş həmin halların məcmusunu bir daha nəzərdən keçirib hesab etmişdir ki, məhkuma təyin edilmiş cəza həddini azaltmaqla ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun islah olunması üçün yetərlidir.

36. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaş araq, məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir və hesab edir ki, bu cəza cinayət qanunu ilə nəzərdə tutulan məqsədlərə xidmət edir və Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrində göstərilən tələblərə uyğundur.

37. Qeyd edilən nəticələrə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 14 3-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

38. Bütün qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

39. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-81/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhku m və müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-81/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar