Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2512/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Təqsirləndirilən şəxs2 və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMCin nümayəndəsi M üdafiəçi5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-ci il tarixli 1(103)-874/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs12 MMC tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin( hakim Aynurə Sadıqova) 26 yanvar 2024-cü il tarixli, 1(001)-13/2024 nömrəli hökmü ilə, xx xxxxxxx 1990-cı ildə Ağdam rayonu, Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, 20 Yanvar dairəsi, H.B.ünvan 2 ünvanında kirayədə yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29,179.2.2, 29,179.2.3, 29,179.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 179.2.2, 179.2.3, 179.2.4, 29,179.2.2, 29,179.2.3 və 29,179.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2 və 66.4-cü maddələ rinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2023-cü il tarixli, 1(103)753/2023 nömrəli qərarı ilə təyin edilmiş 4000 (dörd min) manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası, 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli və tə qsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki iddiası təmin edilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs7 dəymiş maddi zərərə görə 35.000 manat pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs7 xeyrinə ödənilməsi, “BMW” minik markalı, ** PL *** dövlət qeydiy yat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülmüş və avtomobil ilkin qanuni mülkiyyətçisi X6 qaytarılması, “Toyota Prius” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün və avtomobil ilkin qanuni mülkiyyətçisi Zərərçəkmiş şəxs1 qaytarılması, “Opel Zafira” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməsi və avtomobil ilkin qanuni mülkiyyətçisi Zərərçəkmiş şəxs10 qaytarılması, “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün və avtomobil ilkin qanuni mülkiyyətçisinə Zərərçəkmiş şəxs5 qaytarılması, “Toyoto Prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün və avtomobil alqı-satqı m üqaviləsi üzrə vicdanlı alıcı X2 qaytarılması, “Toyota Prius” markalı, ** RY ***, ** RY ***, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərinə qeydiyyatla bağlı qoyulmuş məhdudiyyət ləğv edilməsi və avtomobillərin alqı-satqı müqaviləsi üzrə vicdanlı alıcıların mülkiyyətində olması hökm edilmişdir, xx xxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilm iş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün, həbsdə və ev dustaqlığında olduğu 6 (altı) ay müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: İş üzrə məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik ed ən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 21 may 2024-ci il tarixli 1(103)-874/2024 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli 1(001)-13/2024 nömrəli hökmü məhkum Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs1 CM-in 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrlə nəzərdə tutulmuş ictimai təhlükəli əməllərin törədildiyi gündən CM-in 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini 39.1.3 və 43.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 CM-in 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətdən azad edilməklə, barəsində həmin maddələrlə cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şə xs1 CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29,179.2.2, 29,179.2.3 və 29,179.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 46.2-ci maddəsinə əsasən CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 179.2.2, 179.2.3, 179.2.4, 29,179.2.2, 29,179.2.3, 29,179.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmaqla, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 2 (iki) il müddətə sahibkarlı q fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli 1(103)-753/2023 nömrəli qərarı ilə məhkum olunduğu 4000 (dörd min) manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona 4000 (dörd min) manat cərimə cəzası və 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzasının saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs12 MMC və maraqlı şəxs Şahid26 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs12 MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)-874/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarını apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edərək “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vicdanlı alıcı hesab edilən Zə rərçəkmiş şəxs12 MMC-yə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs12 MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs12 MMC “BMW528X1” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili X1 qanuni yolla satın aldığını və əvvəlcədən başqa şəxslərə satılmasından xəbəri olmadığına görə göstərilən avtomobilin X6 qaytarılması hissəsində məhkəmənin qərarını əsassız və ədalətsiz hesab edirlər. "BMW528X1” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 07 fevral 2022-ci il tarixli ML-132 nömrəli alqı-satqı müqaviləsi üzrə 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində vəsait X3 Zərərçəkmiş şəxs12 MMC tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edi lmiş qeydiyyat şəhadətnaməsindən də göründüyü kimi, “BMW528X1” minik markalı nəqliyyat vasitəsi hal-hazırda Zərərçəkmiş şəxs12 MMC-nin mülkiyyətində olmasına və MMC-nin vicdanlı alıcı olmasına baxmayaraq, istintaq tərəfindən üzərinə qoyulmuş həbs səbəbindən Zərərçəkmiş şəxs12 MMC artıq uzun müddətdir avtomobildən istifadə edə bilmir. Kassator Hesab edir ki, Zərərçəkmiş şəxs12 MMC-nin mülkiyyət hüququ və vicdanlı alıcı olması həmçinin iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs4 həmin nəqliyyat vasitəsi üçün Təqsirləndirilən şəxs1 tərəfindən 10 000 (on min) manat məbləğində vəsaitin ödənilməsinə baxmayaraq, nəqliyyat vasitəsinin X6 qaytarılması nəticəsində Zərərçəkmiş şəxs12 MMC-nin hüquqları pozulmuşdur. Zərərçəkmiş şəxs12 MMC “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsi qanuni mülkiyyətç isidir və göstərilən əmlakı alarkən vicdanlı alıcı olmuşdur. Belə vəziyyətdə məhkəmə tərəfindən "xxxx" MMC-nin mülkiyyət hüquqları pozaraq, avtomobili X6 qaytarılması yolverilməzdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predm etini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs12 MMC-in kassasiya şikayətinin başlıca dəlili "BMW 528X1” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin MMC-yə qaytarılmasının zəruriliyi ilə əlaqədardır. Belə ki, Zərərçəkmiş şəxs12 MMC "xxxx" markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasi təsinin vicdanlı sahibi və mülkiyyətçisidir. Lakin məhkəmələr əsassız və qanunsuz olaraq həmin avtomobili X6 qaytarmaqla Zərərçəkmiş şəxs12 MMC-in hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası kassatorun qeyd edilən dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, “BMW” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətində olmuşdur. Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən R.Ə.Bayramovanın adından etibarnamənin saxtalaşdırılması və həmin saxta etibarnamənin istifadə etməklə dələduzluq edilməsi nəticəsində avtomobil mülkiyyətçi X4 qanuni sahibliyindən çıxarılmış və qısa bir müddətdə - 29 yanvar 2022-ci ili tarixdən 06 yanvar 2023-cü il tarixədək olan dövrdə sənədlərin saxtalığı barədə məlumatlı olan bir neçə şəxsin adın a, sonda isə 07 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs12 MMC-in adına rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs12 MMC həmin tarixdə, yəni 07 yanvar 2023-cü il tarixdə “BMW” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili daxili lizinq müqaviləsinə əsasən X7 lizinqə vermişdir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29,179.2.2, 29,179.2.3, 29,179.2.4, 320.1 və 320.2-ci maddələri ilə ittiham verilmiş, "xxxx" markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə cinayət işi üzrə maddi sübut tanınmış və müvəqqəti olaraq DYP-in cərimə meydançasında saxlanılmışdır. Azərbaycan Respublikası CPM-in 353.4.11-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə maddi sübutlar barədə məsələ həll edilməlidir. Həmin Məcəllənin 132.1-ci maddəsininə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nə ticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 tərəfindən cinayət əməli törədilənədək "xxxx" markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil R.Ə.Bayramovanın mülkiyyətində olmuşdur. Cinayət törədilənədək həmin avtomobilin başqa şəxsin qanuni sahibliyində olması barədə heç bir sənəd cinayət işinə əlavə edilməmişdir. Haz ırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs12 MMC zərərçəkmiş şəxs qismində tanınmış, lakin Zərərçəkmiş şəxs12 MMC "xxxx" markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əlaqədar iş üzrə mülki iddia verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı cinayət işi üzrə cinayət işi üzrə maddi sübut olan, məhkumun cinayət hərəkətlərinin nəticəsində mülkiyyətçi R.Ə.Bayramovanın qanuni sahibliyindən çıxarılmış "xxxx" markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni mülkiyyətçiyə, yəni R.Ə.Bayramovaya qaytarılması Azərbaycan Respublikası CPM-in 132.1.5-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin maddi sübutu olan "xxxx" markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin R.Ə.Bayramovaya qaytarılması barədə qərar zərərçəkmiş şəxslərin "xxxx" markalı **-PL*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əlaqədar əmlak hüquqlarını müəyyən etmir və onların həmin hüquqların müdafiəsi üçün mülki mühakimə icraat qaydasında müraciət hüququnu məhdudlaşdırmır. Bu barədə birinci instansiya məhkəməsinin hökmünün nəticəvi hissəsində zərərçəkmiş şəxslərə izah verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr maddi sübutların həlli zamanı cinayət-prosessual qanunun tələblərinə riayət edilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinin tələblərinə uyğun olaraq cinayət və cinayət prosess ual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, aşağı instansiya məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən cinayət qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli 1(001)-13/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29,179.2.2, 29,179.2.3, 29,179.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək əlavə və əsas cəzalar təyin edilmiş, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2023-cü il tarixli 1(103)-753/2023 nömrəli qərarı ilə təyin edilmiş cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il müddətə sahibkarlı q fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-ci il tarixli 1(103)-874/2024 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 CM-in 320.1 və 320.2ci maddələri ilə CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətdən azad edilməklə, barəsində həmin maddələrlə cinayət işi üzrə icraata xitam verilmiş və o, CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29,179.2.2, 29,179.2.3 və 29,179.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 46.2-ci maddəsinə əsasən CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 179.2.2, 179.2.3, 179.2.4, 29,179.2.2, 29,179.2.3, 29,179.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2023-cü il tarixli 1(103)753/2023 nömrəli qərarı ilə məhku m olunduğu cərimə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Həmin Məcəllənin CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzası saxlanılmışdir. Lakin məhkum Təqsirləndirilən şəxs1 CM-in 66.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayətlərin məcmusu qaydasında cəza edilməsi üçün əsas olmuş Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs1 CM-in 308.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə cəzası, CM-in 313-cü maddəsi ilə 2000 (iki min) manat cərimə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 4000 (dörd min) manat cərimə cəzası təyin edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən onun 10 yanvar 2023-cü il tarixdən 17 mart 202 3-cü il tarixədək həbsdə olduğu 2 (iki) ay 7 (yeddi) gün müddət nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilmiş və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Göründüyü kimi, həm Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 1(001)-13/2024 nömrəli hökmündə, həm də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-ci il tarixli 1(103)-874/2024 nömrəli qərarında səhvə yol verilmiş, məhkum Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən hazırkı cinayət işi üzrə cinayətlərə görə təyin edilmiş cəza Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2023-cü il tarixli qərarı təyin edilmiş 3000 manat miqdarında cərimə cəzası ilə deyil, 4000 manat miqdarında cə rimə cəzası ilə toplanmışdır. Bunun nəticəsində məhkumun vəziyyəti əsassız olaraq ağırlaşmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-ci il tarixli 1(103)-874/2024 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi hissədə dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli qərarı məhkum T əqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli qərarı ilə hazırkı cinayət işi üzrə cinayətlərə görə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2023cü il tarixli qərarı ilə ona təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası ilə toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməkl ə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablansın və çəkilməsi üçün üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2512/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2512/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver