Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2514/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum və onun müdafiəçisi – XXX12nun vəkili Müdafiəçi4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi – XXX14nun vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim E.H.İsmayılov, hakimlər C.İ.Hüseynov və S.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1983-cü il tarixdə X3, ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan4 nömrəsiz fərdi evdə yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipl i cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.X.Babayev, hakimlər S.X.Bəhrəmzadə və M.A.Məmmədovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 24 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum xx xx xx 2022-ci il tarixdə saat 22:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməməklə, ona verilmiş xx xxxx nömrəli “XX” kateqoriyalı sürücülük vəsiqəsinin Sabunçu Rayon Məhkəməsinin xx xx xx 2020 -ci il tarixli qərarı ilə 1 (bir) il müddətinədək məhdudlaşdırılmasına, sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etməməsi və itirilməsi barədə ərizə verməməsi səbəbindən sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımının dayanması, müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacağına görə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi “XXXX” minik markalı, **- xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan5 istiqamətindən ünvan6 istiqamətində hərəkətdə olarkən, ünvan7ndə yerləşən “XXX” marketin yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərə kətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır” kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin qaydaları pozmaqla yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış vəziyyətdə olan “XXX” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə əşyalar yığan piyadaları avtomobilinin ön və ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vurmaqla Zərərçəkmiş şəxs2 sağ qamış sümüyünün açıq, sağ qasıq və oturaq sümüklərinin qapalı yerini dəyişən, oma sümüyünün xətti sınıqları, sağ baldırın çoxsaylı əzilmiş yaraları ilə müşaiyət olunan həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 isə sağ bud sümüyünün, boynun və sağ tərəfli çanaq sümüklərinin açıq qəlpəli sınıqları, sağ aşağı ətrafın budun aşağı 1/3-i səviyyəsində travmatik amputasiyası, sol bud, sol diz və sol baldır sümüklərinin yerini dəyişən qapalı qəlpəli sınıqları, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları və sıyrıqları kimi həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almaqla ölümünə səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum və onun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərini əsasən eyni dəlillərə istinad etməklə apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin olunmuş cəzanın həddindən artıq ağır olmaqla onun şəxsiyyətinə uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmu ş cəza ağırlaşdırılarkən Məhkum məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, CM-in ədalət prinsipinin və cəza təyininə dair digər tələblərinin pozulması ilə əsaslandırmışlar. Məhkum və onun Müdafiəçi2 kassasiya şikayətlərində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarının ləğv edilib birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasına dair qərarın çıxarılmasını, yəni faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə, Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 il 6 aydan 5 ilə endirilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və onun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hal la əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası məhkumun və müdafiəçinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətm əkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəllə sinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 59.1.13-cü maddəsinə əsasən isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cə zasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğ un gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmış, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında qanuni və əsaslı nəticəyə gəlmişlər. Kassasiya şikayətində qaldırılan, dövlət ittihamçısının apellyasiya protesti ilə əlaqədar cinayət işinə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında baxılması zamanı məsuliyyəti yüngülləşdirən halların nəzərə alınmaması ilə bağlı məsələyə gəldikdə, hökmdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə və digər zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, əməlindən peşman olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və yekunda Məhkum Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə bu maddənin sanksiyasında nəzərdə tutulmuş əsas cəzanın aşağı həddində - 5 il müddətə azadlıqdan məhrum etmə cəzası, habelə əlavə cəza olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş a pellyasiya protestində 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının yüngüllüyünə görə təqsirkarın şəxsiyyətinə açıq-aşkar uyğun olmadığı iddia edilmiş və bu zaman xüsusilə ona istinad edilmişdir ki, birinci instansiya məhkəməsi cinayət işinə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisinin dəyişməsini və əvvəlki hüquqi varisdən (Zərərçəkmiş şəxs1 atasından) fərqli olaraq yeni hüquqi varis qismində tanınmış zərərçəkmişin arvadı Şahid2 Məhkumla barışmamasını nəzərə almamış və əsassız olaraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə olunmasını, eləcə də təqsirkarın əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası dövlət ittihamçısının apellyasiya protestini əsaslı hesab edib onu təmin etmiş, Məhku m əsas cəzasını ağırlaşdıraraq ona 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bu zaman apellyasiya instansiyası məhkəməsi əsas cəzanın ağırlaşdırılmalı olması barədə qənaətini xüsusilə onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum yüngüllüyünə görə onun şəxsiyyəti, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə aşkar surətdə uzlaşmayan azadlıqdan məhrum etmə ilə bağlı olmayan növdə cəza təyin olunmuş və Məhkum törətdiyi əmələ görə peşman olmamışdır. Halbuki, Məhkum məhz azadlıqdan məhrum etmə növündə əsas cəza təyin olunmuş və o, əməlindən peşman olduğunu cinayət prosesi gedişində, o, cümlədən birinci və apellyasiya instansiyası məhkəmələrində dəfələrlə bildirmiş və bunu zərərçəkmiş şəxslə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə edilməsinə, vurulmuş ziyanın aradan qaldırılmasına yönələn aktiv hərəkətləri ilə nümayiş etdirmişdir. Belə ki, hökmdə istinad olunan məhkəməyədək icraatda zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X1 və digər zərərçəkən Zərərçəkmiş şəxs2 8 may 2022-ci il tarixli ərizələrinə əsasən Zərərçəkmiş şəxs2 – 2000 manat, Zərərçəkmiş şəxsXa isə 7000 manat pul ödənilmiş və bu səbəbdən onlar Məhkum qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. Həmçinin, birinci instansiya məhkəməsində aparılan icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Şahid2 cinayət işinə həmin instansiyada baxılarkən həqiqətən də Məhkumla barışmadığını, ondan şikayətçi olduğunu bildirsə də, kassasiya şi kayətinə əlavə olunmuş 31 iyul 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Məhkum qarşı artıq heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Bu hal Məhkum gercəkdən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, onun ictimai təhlükəli xarakterini düzgün dəyərləndirdiyini əks etdirir və birinci instansiya məhkəməsinin hökmündə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarlarında qeyd olunmuş məhkumun ilk dəfə məhkum edilməsi, ailəli olması və şəxsiyyətini səciyyələndirən digər məlumatlarla, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə onun CM-in 263-1.3-cü maddəsinin sanksiyası daxilində, lakin apellyasiya instansiyası məhkəməsinin qərarı ilə müəyyən edilən əsas cəzanın müddəti ilə müqayisədə daha az müd dətli cəza vasitəsi ilə islah oluna biləcəyinə inam yaradan əsas kimi çıxış edir. Məhkəmə kollegiyasının fikrincə, Məhkum əsas cəza olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinə çatmaq mümkündür. Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələri ilə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün bu cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir. Qeyd olunan hallara görə məhkəmə kollegiyası baxılan işdə kassasiya şikayətlərinin təmin edilməsini, həmin şikayətlərlə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini tələb edən Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən olunması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair müdafiəçinin və məhkum edilmiş şəxsin, habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 iyul 2024-cü il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdadfiəçisi Müdafiəçi2 tərəfindən veri lmiş kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 iyul 2024-cü il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aydan 5 (beş) ilə endirilsin. Məhkum hazırkı qərarla təyin olunmuş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə, o cümlədən cəzaçəkmə müddətinin 24 iyul 2024-cü il tarixdən hesablanmasına dair müddəa dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2514/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2514/2024
27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver