Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2515/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarından kassasiya protestinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə Şirvan Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.V.Məmmədov, hakimlər A.Ə.Musayev və N.N.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1994-cü ildə ünvan1ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan2ndə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23 4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 29 yanvar 2022-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Bağırov, hakimlər İ.H.Əhmədov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.S.Bəşirov, hakimlər E.İ.Xasməmmədov və İ.Q.Abdullayevdən ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarından kassasiya protestinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehla k miqarından artıq miqdarda ümumi çəkisi 2,326 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində daşıyıb saxlamış, Sabirabad RPŞ-nın əmkdaşlarının keçirdikəri əməliyyat- axtarış tədbirləri nəticəsində o, xx xx xx 2022-ci il tarixdə saat 1 radələrində ünvan4 ərazisində sərnişin qismində əyləşdiyi taksi sürücüsü Şahid8 məxsus “XXX35” markalı **-xx xx xx-*** qeydiyyat nişanlı avtomobildə saxlanılaraq rayon polis şöbəsinə aparılmış, üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarının sağ yan cibində bir ədəd polietilen kəsiyin içərisində 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,922 qram, 0,941 qram, 0,382 qram və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,081 qram ümumi çəkisi 2,326 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya prote stinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarından kassasiya protestinin verilməsi üçün qanunla müəyyən edilmiş, lakin buraxılmış prosessual müddət bərpa edilməli olduğu halda, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 30 avqust 2023-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası haqqında vəsatəti təmin etməkdən əsassız olaraq imtina etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa olunmasını tələb edən hallar kimi kassasiya protestində aşağıdakılara istinad olunmuşdur: 1) Azərbaycan Res publikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023cü il tarixli Məhkum barəsində olan cinayət işinin kassasasiya baxışından çıxarılması və Dövlət ittihamçısı3 tərəfindən apellyasiya instansiyası məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya protestinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün işin Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması haqqında qərarda onun çıxarılmasına səbəb olan hal kimi prosessual müddətin buraxılması deyil, kassasiya protestinin müvafiq səlahiyyətə malik olmayan (apellyasiya baxışında iştirak etməyən) Dövlət ittihamçısı3 tərəfindən verilməsi göstərilmişdir; 2) Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarından qanunla müəyyən edilmiş prosessual müddətdə kassasiya protesti Dövl ət ittihamçısı3 tərəfindən tərtib edilib göndərildiyindən, yəni üzrlü hesab edilməli olan bu cür “texniki səbəb” üzündən həmin apellyasiya baxışında iştirak etmiş Dövlət ittihamçısı2 kassasiya protesti verməmiş, Dövlət ittihamçısı3 kassasiya protesti qeyrimümkün hesab edildikdən sonra isə artıq kassasiya protestinin verilməsi üçün qanunla müəyyən edilmiş 6 aylıq müddət keçdiyindən Dövlət ittihamçısı2 buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etməsinə zərurət yaranmışdır; 3) Şirvan Apellyasiya Məhkəməsi müddətin bərpasına dair vəsatətə 30 avqust 2023-cü il tarixdə baxılması haqqında vəsatəti qaldırmış Dövlət ittihamçısı2 əvvəlcədən məlumat verməmiş və onun iştirakı olmadan məsələyə baxıb vəsatətin rədd edilməsi barədə qərar qəbul etmişdir; 4) Kassasiya protesti ilə mü bahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli yekun qərarı hakimlər Məhəmməd Bağırov (sədrlik edən), İsmayıl Əhmədov və Elşad Əliyevdən ibarət məhkəmə tərkibi tərəfindən çıxarıldığı üçün müddətin bərpasına dair vəsatətə də həmin hakimlər tərəfindən baxılmalı olduğu halda, vəsatətin təmin edilməsindən imtina olunması barədə 30 avqust 2023-cü il tarixli qərar başqa hakimlərdən ibarət olan məhkəmə tərkibi (sədrlik edən hakim Kamil Bəşirov, hakimlər Elçin Xasməmmədov və İlkin Abdullayev) tərəfindən çıxarılmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin buraxılmış prosessual müddətin bərpası məsələsinə yenidən baxı lması üçün apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsində göstərilən müddəalardan hər hansı birinə istinad etməsə də, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini məhkəmənin buraxılmış prosessual müddətin bərpası məsələlərini tənzimləyən cinayət-prosessual normaların tətbiqində səhvə yol ver məsi ilə əsaslandırdığından, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.3-cü maddəsinə əsasən daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tətbiqlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündə n 6 ay müddətində kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarının çıxarılmasından sonra 6 aydan artıq vaxt keçməklə bu cür müraciətlər üçün müəyyən edilmiş prosessual müddət buraxılmış və bu hal kassasiya protestində mübahisələndirilməyərək işin həqiqi halı kimi qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli yekun qərarının çıxarıldığı məhkəmə baxışında iştirak etmiş Dövlət ittihamçısı2 13 iyul 2023-cü il tarixdə, yəni mübahisələndirilən yekun qərarın çıxarılmasından 6 ay 16 gün keçdikdən sonra kassasiya protesti və kassasiya protestinin verilməsi üçün qanunla müəyyən edilmiş, lakin buraxılmış prosessual müddətin b ərpası haqqında vəsatətlə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Vəsatətdə müddətin bərpasını tələb edən üzrlü hal kimi ona istinad edilmişdir ki, ilk dəfə 27 dekabr 2022-ci il tarixli yekun qərardan kassasiya protesti cinayət işinə mahiyyəti üzrə baxılmasında deyil, ilkin baxış iclasında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən tərtib edilərək apellyasiya instansiyası məhkəməsinə verilmiş və bu “texniki səbəb” üzündən məhkəmə baxışında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilməmiş, Dövlət ittihamçısı3 kassasiya protesti qeyri-mümkün hesab edildikdən sonra isə artıq CPM-in 410.1.3-cü maddəsi ilə müəyyən edilmiş 6 aylıq prosessual müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə i craatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası CPM-in 411.2.1 və 411.2.2-ci maddələrində təsbit edilir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti CPM-in 409-cu maddəsində göstərilən kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda və ya kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəla də hadisə baş verdikdə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə təmin etmək hüququna malikdır. Dövlət ittihamçısı2 vəsatətdə istinad etdiyi və 30 avqust 2023-cü il tarixli qərardan verdiyi kassasiya protestində təkrarladığı “texniki səbəb” adlandırdığı halı dövlət ittihamçısının prosessual statusu və cinayət prosesində malik olduğu prosessual imkanlarla birlikdə götürməklə CPM-in 203.3 və 411.2-ci maddələrinin tələbləri ilə müqayisə etdikdə aydın görünür ki, şərh edilən hal buraxılmış prosessual müddətin bərpa olunmasına əsas verən - CPM-in 411.2.1, 411.2.2-ci maddələri ilə ehtiva olunan hallarla bir araya sığmır. Çünki, qeyd olunan normaların məzmununa görə bu və ya digər halın buraxılmış prosessual müddətin bərpasını mümkün edən üzrlü hal olaraq qiymətləndirilm əsi üçün hər bir halda həmin halın kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olan şəxsi özündən asılı olmayaraq bu imkandan məhrum edən, hüququndan istifadə etməsinə əngəl törədən xarakterdə olması tələb olunur. Dövlət ittihamçısını cinayət prosesinin iştirakçısı kimi prosesin digər iştirakçılarından, məsələn zərərçəkmiş şəxsdən, mülki iddiaçıdan fərqləndirən əsas cəhətlərdən biri də odur ki, o, hüquqşünas və yüksək ixtisasa malik olan şəxs olaraq CPMlə müəyyən edilmiş hüquq və vəzifələrini, o cümlədən kimin apellyasiya instansiyası məhkəməsinin yekun qərarından kassasiya protesti vermək hüququna malik olduğunu, səlahiyyəti olmayan şəxsin verdiyi kassasiya müraciətinin hansı hüquqi nəticələr doğurduğunu bilir (CPM-də onun öz hüquq və vəzifələrini bilməsi prezumpsiya sı mövcuddur). Təsadüfi deyil ki, cinayət-prosessual qanunun 120.7-ci maddəsi prokurora, habelə müdafiəçiyə, ali hüquq təhsili olan ittiham və müdafiə tərəfini təmsil edən digər şəxsə, müvafiq iş təcrübəsi olan məhkəmə iclasının katibinə hüquq və vəzifələrin izah edilməsini tələb etmir. Odur ki, kassasiya protesti vermək hüququna malik olan dövlət ittihamçısının 30 avqust 2023-cü il tarixli qərardan verdiyi kassasiya protestində belə səlahiyyətə malik olmayan şəxs tərəfindən kassasiya protestinin verilməsinə onun tərəfindən prosessual müddətin üzrlü səbəbdən buraxıldığına dəlalət edən hal kimi istinad etməsi (nə qədər ki, həmin prosessual pozuntu onu öz iradəsinə uyğun olaraq hərəkət etmək, o cümlədən hüququndan vaxtında istifadə edib kassasiya protesti vermək imkanından məhrum etmirdi) əs aslı dəlil kimi nəzərdən keçirilə bilməz. Qeyd olunan dəlil kimi kassasiya protestində istinad olunan digər dəlillər də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli yekun qərarından kassasiya protestinin verilməsi üçün qanunla müəyyən edilmiş, lakin buraxılmış prosessual müddətin bərpasını şərtləndirən məzmuna malik olmadıqlarına görə müddətin bərpasından imtina olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarının ləğvini tələb edən əsaslar kimi qiymətləndirilə bilməz. Belə ki, CPM-in 411.6-cı maddəsindən görünür ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayəti və ya kassasiya protesti verilməsi üçün qanunla müəyyən olunmuş, lakin buraxılmış prosessual müddətin bərpasından imtina olu nmasına dair qərarından kassasiya müraciətlərinin verilməsinin və bu müraciətlər üzrə qərarların çıxarılmasının xüsusi proseduru nəzərdə tutulmuşdur. Həmin normanın mənasına görə kassasiya instansiyası məhkəməsi buraxılmış prosessual müddətin bərpasından imtina olunmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protesti və ya kassasiya şikayəti üzrə həmin məsələyə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını nəzərdə tutan qərar qəbul etməməli (yeni apellyasiya baxışını təyin etməməli), kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə əsasların müəyyən edilib-edilməməsindən asılı olaraq bütün hallarda baxılan (buraxılmış prosessual müddətin bərpası üzrə) məsələnin qəti şəkildə həl l olunmasına dair qərar qəbul etməlidir. Yəni, kassasiya instansiyası məhkəməsi: 1) müddətin bərpası üçün əsasların olması haqqında nəticəyə gəldikdə, müddətin bərpasından imtina etmiş apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməklə kassasiya şikayəti və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərar qəbul edərək yekun qərardan verilmiş kassasiya müraciətinə mahiyyəti üzrə baxmaqdan ötrü CPM-in 418.2-ci maddəsində göstərilən hərəkətləri yerinə yetirməli; 2) müddətin bərpası üçün əsasların olmaması haqqında nəticəyə gəldikdə isə müddətin bərpasından imtina etmiş apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar çıxarmalıdır. Bu o deməkdir ki, kassasiya instansiyası məhkəməsi müddətin bərpası üzrə mə sələni özü qəti şəkildə həll etməli olduğundan, hər bir halda müddətin bərpası üçün əsasların olub-olmamasını, yəni apellyasiya instansiyası məhkəməsinin buraxılmış müddətin bərpasından imtina olunmasına dair qərarından verilmiş kassasiya müraciətində gətirilən dəlillərin və baxılan məsələyə aidiyyəti olan (müəyyən edilmiş) digər halların CPM-in 411.2.1 və 411.2.2-ci maddələri ilə ehtiva olunan əsaslarla uzlaşıb-uzlaşmamasını araşdırmalıdır. Məsələyə bu kontekstdən yanaşdıqda açıq-aşkar görünür ki, kassasiya protestinin aşağıdakı dəlilləri də, yəni: 1) Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan cinayət işinin kassasiya baxışından çıxarılması və Dövlət ittihamçısı3 tərəfindən apellyasiya instansiyası məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərarı ndan verilmiş kassasiya protestinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün işin Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması haqqında 21 iyun 2023-cü il tarixli qərarında bu qərarın çıxarılmasının əsası kimi prosessual müddətin buraxılmasına deyil, səlahiyyəti olmayan şəxs tərəfindən kassasiya protestinin verilməsinə istinad olunması; 2) Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının müddətin bərpasına dair vəsatətin təmin edilməsindən imtina olunması barədə 30 avqust 2023-cü il tarixli qərarının cinayət işinə mahiyyəti üzrə baxaraq 27 dekabr 2022-ci il tarixli yekun qərarı çıxarmış məhkəmə tərkibi tərəfindən deyil, başqa hakimlərdən ibarət məhkəmə tərkibi tərəfindən çıxarılması; 3) müddətin bərpasına dair vəsatətə həmin vəsatəti vermiş Dövlət ittihamçısı2 iştirakı olmadan bax ılması - bütün bunlar səlahiyyətli dövlət ittihamçısını (Dövlət ittihamçısı2) öz iradəsinə uyğun şəkildə hərəkət etməklə qanunla müəyyən edilmiş prosessual müddət daxilində 27 dekabr 2022-ci il tarixli yekun qərardan kassasiya protesti vermək imkanından məhrum edən (ümumiyyətlə, Dövlət ittihamçısı2 vaxtında kassasiya protesti verməməsi ilə əlaqələndirilə biləcək) xarakterə malik hallar olmadığından, onların CPM-in 411.2.1 və 411.2.2-ci maddələrində göstərilən - buraxılmış prosessual müddətin bərpasına əsas verən halların dairəsinə aid edilməsi mümkün deyil. Qeyd edilən xüsusatların apellyasiya instansiyası məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarının ləğvini tələb edən dəlillər kimi irəli sürülməsinin əsassızlığı həm də onda özünü göstərir ki, bu dəlillər işin həqiqi halları və CP M-in digər normalarının tələbləri ilə də uzlaşmır. Belə ki, cinayət işinin 2-ci cildinin 206 və 207-ci vərəqlərində olan müvafiq olaraq 24 avqust 2023-cü il tarixli məhkəmə bildirişindən və 30 avqust 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, 24 avqust 2023-cü il tarixli bildirişlə prosessual müddətin bərpasına dair vəsatətə 30 avqust 2023-cü il tarixdə saat 17.00-da Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxılacağı barədə vəsatəti vermiş dövlət ittihamçısının fəaliyyət göstərdiyi Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi məlumatlandırılmış, həmin iclasın əvvəlində dövlət ittihamçısı Dövlət ittihamçısı3 iştirak etsə də, o, vəsatəti vermiş Dövlət ittihamçısı2 məzuniyyətdə olduğunu, özünün isə hazırki iclasda iştirak e tmək hüququna malik olmadığını bidirib, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etdiyinə görə 30 sentyabr 2023-cü il tarixli məhkəmə iclası keçirilmiş və onun nəticələrinə görə vəsatətin təmin edilməsindən imtina olunmasınasına dair qərar çıxarılmışdır. Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədrinin 25 iyul 2023-cü il tarixli əmri ilə cinayət işinə mahiyyəti üzrə baxıb 27 dekabr 2022-ci il tarixli yekun qərarı çıxarmış hakimlər Məhəmməd Bağırov (sədrlik edən) - 10 avqust 2023-cü ildən 18 sentyabr 2023cü il tarixədək, İsmayıl Əhmədov – 07 avqust 2023-cü ildən 15 sentyabr 2023-cü il tarixədək və Elşad Əliyev 09 avqust 2023-cü ildən 17 sentyabr 2023-cü il tarixədək məzuniyyətdə olduqlarına görə, müddətin bərpasına dair Dövlət ittihamçısı2 verdiyi vəsatətə başqa hakimlər - Kamil Bəşirov (sədrlik edən), Elçin Xasməmmədov və İlkin Abdullayevdən ibarət məhkəmə tərkibi tərəfindən baxılmışdır. Azərbaycan Respublikası CPM-in 411.3-cü maddəsinə əsasən “Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Belə vəsatətin baxılma vaxtı və yeri barədə vəsatəti qaldırmış şəxslərə lazımi qaydada məlumat verilir. Həmin şəxslərin gəlməməsi vəsatətə baxılmasına mane olmur.” Göründüyü kimi, apellyasiya qaydasında baxılan digər işlərdə olduğu kimi, hazırki işdə də vəsatət vermiş şəxsin onun fəaliyyət göstərdiyi qurum vasitəsi ilə məlumatlandırılmasına dair v əzifə məhkəmə tərəfindən lazımınca yerinə yetirilmiş və CPM-in 411.3-cü maddəsi məlumatlandırılmış şəxsin iştirakı olmadan vəsatətə baxılımasına icazə verdiyinə görə məhkəmə Dövlət ittihamçısı2 iştirakı olmadan vəsatətə baxmaqla məsələnin düzgün həllinə hər hansı şəkildə təsir göstərən pozuntuya yol verməmişdir. Eyni zamanda, cinayət-prosessual qanunun 411.3-cü maddəsi yekun qərarı çıxarmış məhkəmə tərkibi tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə baxmaq mümkün olmadıqda, yəni, o cümlədən hazırki işdə olduğu kimi hakimlərin məzuniyyətdə olmaları ilə əlaqədar belə hal meydana gəldikdə, müddətin bərpasına dair məsələnin başqa hakimlərdən ibarət məhkəmə tərkibi tərəfindən həll edilməsinə yol verdiyinə görə Dövlət ittihamçısı2 vəsatətinə hakimlər Kamil Bəşirov (sədrli k edən), Elçin Xasməmmədov və İlkin Abdullayevdən ibarət məhkəmə tərkibi tərəfindən baxılması ilə də CPM-in hər hansı bir müddəası pozulmamışdır. Qeyd olunanlar CPM-in 411.2-ci maddəsinin təsbit etdiyi halların, eləcə də Dövlət ittihamçısı2 Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarından vaxtında kassasiya protesti vermək imkanından məhrum edən digər üzrlü halların mövcud olmadığını, beləliklə də buraxılmış prosessual müddətin bərpası üçün əsasların olmaması səbəbindən apellyasiya instansiyası məhkəməsinin müddətin bərpasına dair vəsatətin təmin edilməsindən imtina olunması barədə 30 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün də əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 27 dekabr 2022-ci il tarixli yekun qərarından kassasiya protestinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməsindən imtina olunması haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 411.6 və 419.10.1-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 27 dekabr 2022-ci il tarixli yekun qərarından kassasiya protestinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməsindən imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2515/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2515/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver