Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2517/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X6 iştirakları ilə x xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaq la ünvan 2 yaşayan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixli 1(103)-832/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 1(008)-56/2024 nömrəli hökmü ilə (hakim N.A.İmanova) X9 - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yux arıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixli 1(103)-832/2024 nömrəli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.İ.Əyyubov və E.Ə.Mehdiyev) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 1(008)56/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X9 verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, X12 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,28 5 qram narkotik vasitə qurudulmuş qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 16 may 2023-cü il tarixdə, saat 16:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində olan zaman saxlanılaraq Sabunçu rayon 13-cü polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli pencəyin sol yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,285 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq bəraət almış şəxsə CM-in 234.1-ci maddəsi ilə əsassız olaraq verilmiş bəraət hökmü qüvvədə saxlanmışdır. Belə ki, məhkəmə hökmünü onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda təqsirli bilməmiş, üzərində hər hansı narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən bölməyə aparıldıqdan sonra təsir və tə zyiq nəticəsində etirafedici ifadə vermiş, onun təhqiqat və ibtidai istintaq zamanı verdiyi ifadələrinin formal olaraq iş materiallarına əlavə edildiyini nəzərə alaraq, yalnız məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini, eləcə də iş üzrə əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələrini mötəbər, məhkəməyədək icraat dövründə dindirilmiş şahidlərin ifadələrini isə qeyri-mötəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, təqsirləndirilən şəxs X12 məhkəməyədək icraat dövründə verdiyi ifadələrində göstərmişdir ki, o, 16 may 2023-cü il tarixdə şəxsi istifadəsi üçün Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul müqabilində narkotik vasitə qurudulmuş marixuana alaraq cibinə qoymuş (əvvəlcə X10 adlı tanışından aldığını bildirsə də, sonra isə yuxarıda qeyd edilən kimi demi şdir), həmin tarixdə saat 16 radələrində iki nəfər polis əməkdaşı yaxınlaşaraq onu qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bildikləri üçün 13-cü polis bölməsinə dəvət etmiş, şəxsi axtarış və götürmə zamanı videoçəkiliş zamanı üzərindən naməlum şəxsdən aldığı həmin narkotik vasitə aşkar olunmuşdur. Ona qarşı heç bir qanunazidd hərəkətlərə, o cümlədən fiziki təsir və təzyiqə məruz qalmadığını bildirmişdir. (i.v. 70-72) Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs bəraət almış şəxs ifadəsində göstərmişdir ki, o, həmin tarixdə tanışı X10la sonuncunun evində olan zaman polis əməkdaşları mənzilə daxil olaraq onu və X10ı Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə aparmışlar. Bölmədə olan zaman X10 ona demişdir ki, “denən mən vermişəm, qoy səndən əl çəksinlər”. X10ı isə 2,500 qr am narkotik vasitə ilə rəsmiləşdirmişlər. Üzərinə şəxsi axtarış və götürmə zamanı onu evdən aparan Bəxtiyar adlı Sabunçu RPİ-nin əməkdaşı da həmin otaqda olmuş və onun deyilənləri təkrar etməsinə nəzarət etmiş və ona psixoloji təzyiqlər göstərərək dediklərini etmədiyi təqdirdə ona daha ağır maddə ilə ittiham veriləcəyini bildirmişdir. O, qorxmuşdur ki, polislərin dediyini etməsə, ona da külli miqdarla ittiham verəcəklər. Bu səbəbdən etirafedici ifadə vermiş, həmçinin şəxsi axtarış və götürmədə olan polis əməkdaşları onu evdən götürən polis əməkdaşları olmamışlar. Məhkəməyə təqdim edilmiş materiallarda olan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı bəraət almış şəxs narkotik vasitəni köhnə qonşusu və dostu “X10” adlı şəxsdən pulsuz olaraq öz istifadəsi üçün alaraq üzərində gəzdird iyini bildirmişdir. (i.v. 3234) Lakin dindirmələr zamanı isə bəraət almış şəxs həyəcanlı olduğundan səhvən narkotik vasitəni dostu X10dan aldığını dediyini, əslində tanımadığı şəxsən əldə etdiyini bildirdiyini göstərmişdir. Buna baxmayaraq məhkəmə bəraət almış şəxsin kompüter vasitəsi ilə yazılmış ifadələrində narkotik vasitəni tanımadığı şəxsdən aldığını və həyəcanlı olduğundan səhvən həmin narkotik vasitəni ona X10 adlı tanışının verdiyini bildirməsinin qeyd olunmasını istintaq orqanının işin həqiqi hallarının aşkara çıxmasının qarşısının alınmasına yönəlik addım kimi qiymətləndirmiş, hətta bəraət almış şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxs kimi onun həyəcanlı olması və bu səbəbdən öz dostunun adını çəkməsinin real olmamasına dəlalət etməsi qənaətinə gəlmişdir. Məlumdur ki, şübhəli və ya təqsirləndirilən şəxsin öz əleyhinə ifadə verməmək, verdiyi ifadəyə görə məsuliyyət daşımaması kimi hüquqları vardır və bəraət almış şəxs də əvvəllər məhkum olunmuş şəxs kimi bundan istifadə etmişdir. Azərbaycan Respublikası CPM-in 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Həmçinin, məhkəmənin “istintaq orqanının işin həqiqi hallarının aşkara çıxmasının qarşısının alınmasına yönəlik addım kimi qiymətləndirməsi” qənaətinin heç bir ə sası olmamış, bu halı sübuta yetirmədən (əslində işin həqiqi halları, eləcə də həmin halları özündə ehtiva edən xüsusatlar hansılardır, hakim kimin, yaxud hansı vəzifəli şəxsin qanunsuz hərəkətlərini nəzərdə tutmuş) öz mülahizələri ilə bu nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların dəqiqləşdirilməsi üçün (onun dostu X10ın evindən aparılması, həmin vaxt evdə X10ın arvadı və qayınanasının olmaması) Bakı Ağır Cinayətlər məhkəməsində məhkəmə araşdırılması aparılan X7, onun həyat yoldaşı X4 və X3 məhkəmə iclasında iştirakları təmin edilməklə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırıldığı qənaətinə gəlmişdir. Adları qeyd olunan şəxslər - X10 Rəhimov, X13 və X14 məhkəmə baxışı zamanı eyni məzmunlu i fadələr verərək göstərmişlər ki, 16 may 2023-cü il tarixdə bəraət almış şəxs guya onların evlərində olmuş, polis əməkdaşları tərəfindən həm X10, həm də bəraət almış şəxs polislər tərəfindən polis orqanına aparılmışlar. Onu qeyd etmək lazımdır ki, məhkəmə təqsirləndirilən şəxsin təqsirsizliyi ilə bağlı arqumentasiya yetərsizliyi ilə üzləşdiyindən öz təşəbbüsü ilə həmin şəxsləri dindirmək məcburiyyətində qalmış, nəhayət çıxış yolu kimi bəraət almış şəxsin ailəvi dostluq münasibətlərində olduğu və bilə-bilə sonuncunun lehinə ifadə verəcək şəxsləri dindirmişdir. Bu hal məhkəmənin araşdırmanı müdafiə yönümlü aparmasının göstəricisidir. Halbuki, ittiham aktında sübut kimi təqdim edilmiş şahidlər polis əməkdaşları Şahid1 və Şahid2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı zamanı eynilə dolğun və işin hallarına uyğun ifadələr vermişlər. Lakin məhkəmə yekun aktında həmin şahidlərin ifadələrini heçə sayaraq, yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, həmçinin təqsirləndirilən şəxsin yaxın münasibətdə olduğu şəxslərin ifadələrinə istinad etmişdir. Həmçinin məhkəmə hökmdə göstərmişdir ki, istintaq orqanı ilkin olaraq bəraət almış şəxsə narkotik vasitəni ona X10ın verməsini, X10 Rəhimovun isə bəraət almış şəxsə narkotik vasitə verməsini bildirməsinə nail olduqdan sonra onların birinin digərinin işi üzrə şahid olmasının və məhkəmə istintaqı zamanı onların işin həqiqi halları barədə biri digəri ilə uzlaşan ifadələr verməsinin və bununla da işin həqiqi hallarının aşkara çıxmasının qarşısını almaq üçün bəraət almış şəxsin 17 may 2023-cü il tarixli ifadəsində həmin xüsusatı fərqli şəkildə qeyd edərək guya bəraət almış şəxsin həyəcanlı olması səbəbindən X10ın adını çəkməsini, əslində isə narkotik vasitəni tanımadığı şəxsdən almasını bildirməsini göstərmişlər. Məhkəmə ibtidai araşdırma aparan şəxsin (təhqiqatçı və ya müstəntiq) qanunla nəzərdə tutulmuş qaydada və hallarda dindirmə istintaq hərəkəti apararkən tərtib edilmiş digər prosessual sənədlərdə olan (şəxsi axtarış və götürmə) ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaqın sonrakı gedişində dindirmələr zamanı bu halları araşdırmaq, eləcə də təqsirləndirilən şəxsin də müxtəlif məzmunlu ifadələr vermək kimi hüququna malik olmalarını nəzərdən qaçırmış, ibtidai istintaq orqanının bu araşdırmasını əsassız olaraq işin həqiqi hallarının aşkara çıxmasının qarşısını almaq cəhdi kimi qiymətlə ndirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə şahid - polis əməkdaşı Şahid3 dindirilsə də, (təqsirləndirilən şəxs bəraət almış şəxs və şahidlərin ifadələrindəki xüsusatları təkzib etmişdir) onun ifadəsi hökmdə öz əksini tapmamış, yalnız şahid X4 ifadəsində göstərdiyi “Bəli, bu şəxs də bizim evə gəlib bəraət almış şəxslə X10ı aparan polislər arasında olmuşdur” kimi Şahid3 nəzərdə tutan xüsusatı önə çəkmişdir ki, bu hal bir daha məhkəmənin sırf müdafiə tərəfinin arqumentləri əsasında araşdırma apardığına dəlalət edir. Eləcə də hökmdən görünür ki, iş üzrə məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş X7 istifadəsində olmuş mobil nömrənin anten məlumatları saat 16:39-dan saat 17:35-dək isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (saat 16:48 radələrində Bakıxanov qə səbəsi, 2-ci Arablinka ünvanı) olmasını göstərmişdir ki, mütəxəssinin bildirdiyinə əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstərən anten Sabunçu RPİ-yə çox yaxın məsafədə olmaqla Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstərən antenanın Sabunçu RPİ-də olan şəxsin mobil telefonunun anten məlumatlarını göstərməsi tam realdır, o cümlədən, 2-ci Arablinka antenasının da Sabunçu RPİ-də olan şəxsi göstərməsi mümkündür və həmin antena Sabunçu RPİ-yə çox yaxın məsafədə yerləşir. Məhkəmə baxışı zamanı mobil telefon operatorlara sorğu edilərək iş materiallarına əlavə edilmiş anten məlumatlarına nəzər saldıqda müəyyən edilir ki, həm ittiham aktında qeyd edilmiş şahidlər, həm də məhkəmənin təşəbbüsü ilə dindirilmiş şahidlərin mobil nömrələrinin anteni yalnız Sabunçu rayonu, Bakıxanov qəsəbəsini göstərmi şdir. Lakin məhkəmə guya dəqiqləşdirmə aparmaq məqsədilə "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndələrini dindirmişdir. Belə ki, həmin dindirmələrin məzmununa diqqət yetirərkən açıq-aydın görmək olar ki, məhkəmə şahidlərin mobil nömrələrinin anten məlumatlarının təqsirləndirilən şəxs bəraət almış şəxsin saxlanılma yerinin ittiham aktında göstərilən - Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsini deyil, onun dostu X7 yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, bəraət almış şəxs Əmirov küçəsində göstərməsi üçün müdafiəçi funksiyasını öz üzərinə götürmüş, tam haqsız və ədalətsiz araşdırma aparmaqla arbitr rolundan kənara çıxmışdır. Göründüyü kimi, məhkəmə bir daha təqsirləndirilən şəxsin, eləcə də onun xeyrinə ifadə vermiş şəxslərin ifadələri üzərindən birtərəfli məhkəmə istintaqı a parmış, dövlətin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquqmühafizə orqanı əməkdaşlarının ifadələrini əsassız olaraq sübut növü kimi qəbul etməmişdir. Bunlardan əlavə, məhkəmə hökmdə qeyd etmişdir ki, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən diskə baxış zamanı polis əməkdaşı olan şahidlərdən Şahid1 otağa daxil olaraq özünü təqdim etdikdən sonra sol tərəfdə sanki kiməsə baxaraq gülümsəməsi məhkəməni diqqətini çəkən məqamlardan olmuşdur. Belə ki, həmin görüntüyə baxış zamanı şahidin bu hərəkəti otaqda təhqiqatçıdan, videonu çəkən şəxsdən, təqsirləndirilən şəxs və şahidlərdən başqa bir şəxsin olmasına dair əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur ki, bu da X1 ifadəsini verərkən şəx si axtarış və götürmə zamanı təhqiqatçının otağında onları evdən bölməyə gətirən Şahid3 da olması və ona dediklərini təkrar etməsinə nəzarət etməsinə dair göstərdiyi xüsusatən həqiqiliyi ehtimalının real olmasına inamı artırır. Məhkəmə bu hala sırf öz mülahizələri və təqsirləndirilən şəxsin ifadəsi əsasında qiymət vermişdir. Belə ki, polis əməkdaşı Şahid1 bölmədə təhqiqatçının otağında kiməsə baxıb gülümsəməsi işdə adı çəkilməyən, yalnız təqsirləndirilən şəxsin sözü ilə qeyd edilmiş Şahid3 heç də həmin vaxt orada da olması və bəraət almış şəxsin dediklərini təkrar etməsinə nəzarət etməsinə dəlalət edə bilməz. Bu məqam məhkəmənin öz improvizasiyalarıdır, heç bir hüquqi əsası yoxdur. Həmçinin, məhkəmənin qənaətinə görə, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X6 müdafi ə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Ümumiyyətlə, məhkəmənin bəraət hökmü sırf təqsirləndirilən şəxs bəraət almış şəxsin və onun dostluq münasibətlərində olduğu şəxslərin ifadələri üzərində qurulmuş, məhkəməyədək icraat zamanı toplanmış sübutlar dərindən və müqayisəli təhlil edilmədən işin faktiki halları hakimin öz subyektiv mülahizələrinə uyğun dəyərləndirilmişdir. Göründüyü kimi, X6 ibtidai istintaq zamanı sonuncu etirafedici ifadəsi, şəxsi axtarış və götürməyə dair istintaq hərəkətini özündə əks etdirən videoçəkiliş, eləcə də şahidlərin ifadələri, iş üzrə alınmış məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan şahid ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş digər sübutlarla, məhkəmə-kimyəvi və narkoloji ekspertizasının rəyləri və digər sübutlarla əlaqəli şəkildə yoxlamamış və bir-biri ilə müqayisə etməmiş, təqsirləndirilən şəxs bəraət almış şəxsin ifadəsinə digər sübutlara nisbətdə çox üstünlük vermişdir ki. bununla da iş üzrə əsassız nəticəyə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxsin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsin əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hü ququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yal nız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxsə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən X9 ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarı ndan artıq miqdarda təmiz çəkisi 5,285 qram narkotik vasitə qurudulmuş qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 16 may 2023-cü il tarixdə, saat 16:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində olan zaman saxlanılaraq Sabunçu rayon 13-cü polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli pencəyin sol yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,285 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işini n materiallarından görünür ki, X12 16 may 2023-cü il tarixdə, saat 16:30da polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş, saat 17:35-dən 17:50-dək üzərində şəxsi axtarış və götürmə həyata keçirilmiş, həmin istintaq hərəkəti zamanı bəraət almış şəxs əynində olan tünd göy rəngli pencəyinin sol yan cibindən çıxararaq təqdim etdiyi ot şəklində olan maddənin nəşə kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni elə həmin tarixdə, saat 16 radələrində köhnə qonşusu, dostu X10 adlı şəxsdən pulsuz alaraq öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2li oğlu ifadələrində bəraət almış şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman üzərindən aş kar edilmiş narkotik vasitəni köhnə qonşusu və dostu X10 adlı şəxsdən pulsuz öz şəxsi istifadəsi üçün almasını göstərməsini təsdiq etmişlər. İş materiallarından görünür ki, 17 may 2023-cü il tarixdə X12 şübhəli şəxs qismində dindirilən zaman o, üzərindən aşkar edilmiş narkotik vasitəni 10 manat müqabilində Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 16 may 2023-cü il tarixdə, saat 16 radələrində aldığını bildirmiş, müstəntiq tərəfindən ona şəxsi axtarış və götürmə zamanı narkotik vasitəni X10 adlı tanışından pulsuz almasını, hazırda isə tanımadığı şəxsdən 10 manata almasını göstərməsi ilə bağlı ziddiyyətin səbəbi soruşulduqda o, şəxsi axtarış zamanı çox həyəcanlı olduğundan ona verilmiş sualların bəzilərinə səhv cavab verdiyini bildirmişdir. 18 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qis mində dindirilən zaman onun şübhəli şəxs qismində dindirilməsi protokolunda olan ifadəsi və suallara verilmiş cavabları sözbəsöz eynilə təqsirləndirilən şəxs qismində cəlb etmə protokoluna köçürülmüşdür. Məhkəmə kollegiyası bununla bağlı aşağı instansiya məhkəmlərinin mövqeyləri ilə razılaşır və hesab edir ki, məhkəmələr hağlı olaraq qeyd etmişlər ki, “istintaqın müəyyən bir ssenari əsasında həyata keçirildiyini, cinayət işi üzrə qeyri-obyektiv, səthi, formal və natamam araşdırma aparıldığını (bəraət almış şəxsin ifadəsinin X10 işi üzrə, bəraət almış şəxsin adını çəkərək ona narkotik vasitə verdiyini göstərən X10 özünün və həyat yoldaşı X11 işi üzrə dindirilməməsi, X10 təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsini guya dəyişərək bəraət almış şəxsə narkotik vasitə vermədiyini göstə rən zaman əvvəlki ifadələrində bəraət almış şəxsə narkotik vasitə verməsini bildirməsinin səbəbinin araşdırılmaması və ifadələr arasındakı ziddiyyətin aradan qaldırılmaması) nəzərə alaraq məhkəmə iclasında tam, hərtərəfli və obyektiv aparılmış araşdırma nəticəsində dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən, onun ifadələri ilə tamamilə uzalaşan və ziddiyyətli bir məqam belə müəyyən edilməyən digər cinayət işi üzrə təqsirləndirilən şəxs X10 Rəhimovun, şahidlər X13nın və X14nın məhkəmə iclasında verilmiş ifadələrini işin həqiqi hallarına uyğun verilmiş ifadələr kimi qiymətləndirir və həmin şəxslərin ifadələrinin həqiqiliyinin hazırki cinayət işi üzrə şübhə altına alınması üçün heç bir əsas görmür.” Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il ta rixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X12 onun 16 may 2023-cü il tarixdə, saat 16 radələrində Şamil Kamilov küçəsində olan zaman saxlanılmadığını, dostu X10 Rəhimovun evindən polis əməkdaşlarının evə daxil olaraq onunla X10ın oturduğu otağın qapısını sındırmaqla daxil olmaları və onların hər ikisinin evdən Sabunçu RPİ-nə aparıldıqlarını, onların Sabunçu RPİ-nin 13-cü bölməsinə deyil, ilkin olaraq Sabunçu RPİnə aparıldıqlarını, onları saxlayan polis əməkdaşları arasında Sabunçu RPİ-nin narkotiklərlə mübarizə şöbəsinin rəisi Şahid3 da olduğunu, Bəxtiyarın onlara təzyiq göstərdiyini, onları yerə uzatdığını, hətta üzərinə şəxsi axtarış və götürmə zamanı da otaqda kənarda oturaraq onun dediklərini təkrar etməsinə nəzarət etdiyini bildirmişdir. Göstərilən xüsusatlar - yəni bəraət almış şəxslə X10ın birlikdə X10ın evindən eyni vaxtda polis əməkdaşlarının evə daxil olmaqla onları polis bölmələrinə aparmaları, onları aparan polis əməkdaşlarının 4-5 nəfər olmaları, onların arasında Sabunçu RPİ-nin narkotiklərlə mübarizə şöbəsinin rəisi Şahid3 da olması məhkəmə iclasında dindirilmiş X7, X4 və X3 ifadələri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən göstərilən xüsusatların yoxlanılması məqsədi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin və Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarının təqdim edilməsi ilə bağlı müvafiq operatora 22 sentyabr 2023-cü il tarixli 1(008)-828/2023 saylı qərarla müraciət olunmuşdur. "xxxx" MMC tərəfindən 24 oktyabr 2023-cü il tarixdə təqdim edilmiş anten məlumatlardan görünür ki, bəraət almış şəxsin saxlanıldığı radələrdə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları 16 may 2023-cü il tarixdə, saat 16:17 radələrində onun Bakı şəhəri, Sabunçu rayonu, Oskar Əfəndiyev küçəsində, saat 16:24 radələrində Sabunçu rayonu, Aydınbəyov küçəsində, saat 16:43 radələrində Sabunçu rayonu, Yavər Əliyev küçəsində olmasını, Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları onun 16 may 2023-cü il tarixdə, saat 12:38-dən saat 16:45dək hərəkətsiz olaraq Bakı şəhəri, Sabunçu rayonu, Oskar Əfəndiyev küçəsində (Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin ünvanı) olmasını göstərmişdir. X6 üzərinə Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü polis bölməsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirildiyi saat aralığında, yəni 16 may 2023-cü il tarixdə, saat 17:35-dən 17:50-dək Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları onun saat 17:43 radələrində ünvan 6 ünvanında, 17:48 radələrində ünvan 7 Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları onun həmin gün, saat 17:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi, ev 38, “MM Market”-də olduğunu göstərmişdir. Məhkəmə iclasına dəvət edilmiş "xxxx" MMC-nin nümayəndəsi X15 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-nin Şamil Kamilov küçəsinə ən yaxın baza stansiyası 9757 nömrəli baza stansiyasıdır və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi, ev 38, “M M Market”in üstündəki antendir, ən uzaq anten isə Sabunçu Xəstəxanasının yanındakı baza stansiyasıdır. Həmin baza stansiyalar arasındaki məsafə hardasa 4 km-dir. Sabunçu rayonu, Aydınbəyov küçəsi ilə Şamil Kamilov küçəsi arasındakı məsafə 3-4 km-dir. Şamil Kamilov küçəsində olan şəxsin anten məlumatlarının Aydınbəyov küçəsində göstərməsi ehtimalı texniki cəhətdən 5-6 faizdir, çünki aradakı məsafə çoxdur. Şamil Kamilov küçəsi ilə Oskar Əfəndiyev küçəsi arasındakı məsafə az olduğundan texniki cəhətdən anten onlardan hər birini eyni ünvanda olan zaman göstərməsi mümkündür. Yavər Əliyev küçəsi ilə Oskar Əfəndiyev küçəsi arasındakı məsafə 500-600 metr, Yavər Əliyev küçəsi ilə Şamil Kamilov küçəsi arasındakı məsafə isə 3-4 km olar. bəraət almış şəxs Əmirov küçəsi ilə Şamil Kamilov küçəsi çox yax ındır. Həmin ərazidə kollec yerləşir, bəraət almış şəxs Əmirov küçəsi həmin dairəyə yaxındır. Mehmandarov küçəsi Şamil Kamilov küçəsindən xeyli uzaqdır, ara məsafəsi hardasa 6-7 km-dir. Xəritəyə əsasən belə görünür. Bəlkə də Sabunçuda da belə adda ara küçəsi var, bundan məlumatsızdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin Oskar Əfəndiyev küçəsində yerləşdiyini, iş materiallarına əsasən bəraət almış şəxsin saxlanıldığı Şamil Kamilov küçəsinin, məhkəmə iclasında müəyyən edilmiş işin həqiqi hallarına əsasən isə bəraət almış şəxsin aparıldığı bəraət almış şəxs Əmirov küçəsinin 13-cü PŞ-nə yaxın ərazidə olmaqla eyni anten dairəsi daxilində olmalarını nəzərə alaraq Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin a nten məlumatlarının onun 16 may 2023-cü il tarixdə, saat 12:38-dən saat 16:45-dək hərəkətsiz olaraq Bakı şəhəri, Sabunçu rayonu, Oskar Əfəndiyev küçəsində (Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin ünvanı) olmasını göstərməsi onun həmin zaman aralığında məhz işlədiyi 13-cü polis şöbəsində olmasına dair şübhələrin yaranmasına əsas vermişdir. Bununla yanaşı, digər Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları 16 may 2023-cü il tarixdə, saat 16:17 radələrində onun Bakı şəhəri, Sabunçu rayonu, Oskar Əfəndiyev küçəsində, saat 16:24 radələrində Sabunçu rayonu, Aydınbəyov küçəsində, saat 16:43 radələrində Sabunçu rayonu, Yavər Əliyev küçəsində olmasını göstərmişdir ki, bu da iş materiallarına əsasən eyni vaxtda eyni yerdə olan şahidlərin anten məlumatlarının üst-üstə düş məməsinə dəlalət edir. Həmçinin, məhkəmələr haqlı olaraq hesab etmişlər ki, məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X10 Şamil Kamilov küçəsində olan şəxsin anten məlumatlarının Aydınbəyov küçəsində göstərməsi ehtimalının texniki cəhətdən 5-6 faiz, yəni cüzi olmasını və həmin ərazilər arasındakı ara məsafəsinin çox olmasını göstərməsi də təqsirləndirilən şəxsin və dindirilmiş digər şahidlərin (X10 Rəhimov, X13 və X14) ifadələrində səmimi olmalarına dəlalət edən hallardan biri olmaqla polis əməkdaşı Şahid1 da bəraət almış şəxsin saxlanılmasında iştirak etməməsinə dair əsaslı şübhələrin yaranmasına əsas verməklə həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmasına zəmin yaradır. Bununla yanaşı, məhkəmə hadisə günü bəraət almış şəxsin üzərində telefon olmadığını, həm onun öz ünün, həm də X10 Rəhimovun eyni xüsusatları qeyd edərək onların eyni gündə, eyni saatda və eyni yerdən, yəni X10 yaşadığı ünvandan Sabunçu RPİ-nin narkotiklərlə mübarizə şöbəsinin rəisi Şahid3 iştirakı ilə aparılmasına dair göstərdikləri halları nəzərə alaraq iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə 16 may 2023-cü il tarixdə X7 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin, o cümlədən, Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarının məhkəməyə təqdim edilməsinə dair 24 noyabr 2023-cü il tarixli 1(008)-828/2023 saylı qərarla "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC tərəfindən 8 dekabr 2023-cü il tarixdə təqdim edilmiş anten məlumatlarından görünür ki, X7 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları onun 16 may 2023-cü il tarixdə, saat 00:22-dən saat 14:31-dək Sabunçu rayonu, ünvan 9 ünvanında (saatlar nəzərə alınmaqla X10 yaşadığı ev həmin anten dairəsinə aiddir), saat 16:39-dan saat 17:35-dək isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (saat 16:48 radələrində Bakıxanov qəsəbəsi, 2-ci Arablinka ünvanı) olmasını göstərmiş, saat 17:35-dən sonrakı saatların anten dairəsi müəyyən olunmamışdır. Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları isə onun 16 may 2023-cü il tarixdə, səhər saat 9 radələrindən günün əksər hissəsini Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov qəsəbəsi Fidan şadlıq sarayı və ya Bakıxanov qəsəbəsi, 2-ci Arablinka məhəlləsi ünvanında (Şahid3 günün əsas hissəsini həmin anten dairəsinə aid olan ərazidə olmasını nəzərə alaraq həmin yerin onun iş yeri olan Sabunçu RPİ-nin ünvanı olması realdır), həmin gün saat 16:06 radələrində Sabunçu rayonu, ünvan 9 ünvanında, saat 16:17-dən saat 16:21-dək Sabunçu rayonu, R.Qəmbərov küçəsi, Energetika Kolleci ünvanında, 16:40 radələrində yenidən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olması müəyyən edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş "xxxx" MMC-nin nümayəndəsi X8 ona verilmiş suallara cavab olaraq ünvan 12 ünvanında olan şəxsin anten məlumatlarının onun Sabunçu rayonu, ünvan 9 ünvanında göstərməsinin real olduğunu, Sabunçu rayonu, ünvan 9 antenasının xidmət etdiyi əraziyə bəraət almış şəxs Əmirov küçəsinin də aid olduğunu, Sabunçu rayonu, R.Qəmbərov küçəsi, Energetika Kolleci ünvanında olması göstərilən şəxsin də bəraət almış şəxs Əmirov küçəsində olmasının tam real və mümkün olduğunu, Energetika Kolleci gös tərən antena ilə bəraət almış şəxs Əmirov küçəsi arasındakı məsafənin 200 metr olduğunu, həmin antenanın da həmin əraziyə xidmət etdiyini, yəni həm Doğum evi, həm də Energetika kolleci ünvanında olması göstərilən şəxsin mobil telefonunun anten məlumatlarının bəraət almış şəxs Əmirov küçəsində olan şəxsin anten məlumatlarını göstərməsinin mümkün olduğunu, bununla yanaşı, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstərən antenin Sabunçu RPİ-nə çox yaxın məsafədə olduğunu, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstərən antenanın Sabunçu RPİ-də olan şəxsin mobil telefonunun anten məlumatlarını göstərməsinin tam real olduğunu, o cümlədən, 2-ci Arablinka antenasının da Sabunçu RPİ-də olan şəxsi göstərməsinin mümkün olduğunu, həmin antenanın Sabunçu RPİ-n çox yaxın məsafədə olduğunu, Sabunçu RPİ-də olan şəxsin anten məlumatlarının “Fidan” şadlıq sarayı kimi göstərilməsinin mümkün olsa da, göstərmə faizinin aşağı olduğunu bildirmişdir. Göründüyü kimi, 16 may 2023-cü il tarixdə Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrənin anten məlumatları onun 16:06 radələrindən saat 16:21-dək Sabunçu rayonu, ünvan 9 ünvanında və ünvan 13, hansı ki, məhkəmə iclasına dəvət edilmiş mütəxəssinin söylədiklərinə əsasən həmin ünvanın X10 Rəhimovun yaşadığı ünvan 12 olması tam mümkün və realdır. X7 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları isə saat 16:39-dan saat 17:35-dək isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (saat 16:48 radələrində Bakıxanov qəsəbəsi, 2-ci Arablinka ünvanı) olmasını göstərmişdir ki, mütəxəssinin bildirdiyinə əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstə rən anten Sabunçu RPİ-nə çox yaxın məsafədə olmaqla Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstərən antenanın Sabunçu RPİ-də olan şəxsin mobil telefonunun anten məlumatlarını göstərməsi tam realdır, o cümlədən, 2-ci Arablinka antenasının da Sabunçu RPİ-də olan şəxsi göstərməsi mümkündür və həmin antena Sabunçu RPİ-n çox yaxın məsafədə yerləşir. Göründüyü kimi, bəraət almış şəxsin saxlanıldığı saatlarda, yəni 16 radələrində Şahid3 X10 Rəhimovun ev ünvanına xidmət edən anten dairəsi daxilində olması, saat 16:40-dan artıq yenidən Sabunçu Rİ-nin yerləşdiyi anten dairəsinə aid olan ərazidə olması (Sabunçu rayonu, Bakıxanov qəsəbəsi) müəyyən edilmiş, hansı ki, saat 16:39-dan X10 Rəhimovun da mobil telefonun anten dairə məlumatları onun Sabunçu Rİ-nin yerləşdiyi anten dairəsinə aid olan Sabunçu rayon u, Bakıxanov qəsəbəsində olmasını göstərmiş, saat 17:35-dən sonrakı saatların anten dairəsi müəyyən olunmamışdır. Halbuki, X7 təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktından onun 16 may 2023-cü il tarixdə saat 18:30-da saxlanıldığı müəyyən olunmuşdur. Odur ki məhkəmə kollegiyası hesab edir ki, X6, həm X7, həm həmin gün X10ın evində olan qayınanasının, həm də polislərin X10la bəraət almış şəxsi aparmasının şahidi olmuş həyat yoldaşı X5 ifadələrinin həqiqəti əsk etdirməsinə, X10ın da bəraət almış şəxslə birlikdə 16 may 2023-cü il tarixdə, saat 16 radələrində aparılmasının, onların ilkin olaraq Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə deyil, ifadələrdə qeyd olunduğu kimi Sabunçu RPİnə aparılmalarının və onları polis idarəsinə aparan polis əməkdaşları içərisində Şahid3 da olmasının rea l olmasına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının sübut kimi istinad etdiyi X6 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair 16 may 2023-cü il tarixli protokoldan görünür ki, onun üzərində şəxsi axtarış və götürmə 16 may 2023-cü il tarixdə, saat 17:35-dən 17:50-dək həyata keçirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmiş dir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ il ə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensi yanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı digər bir maraqlı məqam ondan ibarətdir ki, 16 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan həmin istintaq hərəkətinin 15 dəqiqə, yəni saat 17:35-dən 17:50-dək aparılması göstərilsə də, məhkəməyə təqdim edilmiş həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videodiskdən həmin görüntünün cəmi 5 dəqiqə 49 saniyə ərzində həyata keçirilməsi görünməkdədir. Bununla yanaşı, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaqını hərəkətinin görüntülərini özündə əks etdirən diskə baxış zamanı polis əməkdaşı olan şahidlərdən Şahid1 otağa daxil olaraq özünü təqdim etdikdən sonra sol tərəfd ə sanki kiməsə baxaraq gülümsəməsi məhkəməni diqqətini çəkən məqamlardan olmuşdur. Belə ki, həmin görüntüyə baxış zamanı şahidin bu hərəkəti otaqda təhqiqatçıdan, videonu çəkən şəxsdən, təqsirləndirilən şəxs və şahidlərdən başqa bir şəxsin olmasına dair əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur ki, bu da X1 ifadəsini verərkən şəxsi axtarış və götürmə zamanı təhqiqatçının otağında onları evdən bölməyə gətirən Şahid3 da olması və ona dediklərini təkrar etməsinə nəzarət etməsinə dair göstərdiyi xüsusatın həqiqiliyi ehtmalının real olmasına inamı artırır. Həmçinin, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X6 müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 16 may 2023-cü il qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Abdullayev Yusif İsmayıl oğlu şübhəli şəxs X6 hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. X6 şübhəli şəxs qismində tutulması haqqında 16 may 2023-cü il tarixdə, saat 17:30-da tərtib edilmiş protokolda müdafiəçi Abdullayev Yusif İsmayıl oğlunun imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası əks olunmuş, lakin 5 dəqiqə sonra şübhəli şəxsin üzərinə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Həmin istint aq hərəkətləri aparıldıqdan sonra X6 ilkin izahatı alınmış və izahatda vəkil Abdullayev Yusif İsmayıl oğlunın imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. Belə olan halda məhkəmələr haqlı olaraq hesab etmişlər ki, müdafiəçi 16 may 2023cü il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, hətta şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmuş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş, bundan sonra isə X6 ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı X9 müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparılmışdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, bəraət almış şəxsin tutulması üçün cinayət törətməsinə bilavasitə şübhə yaranması ilə bağlı cinayət-prosessual qanunvericilikdə sadalanan əsaslar olmamışdır. O cümlədən, onun barəsində narkotik vasitə əldə etməsi, saxlama sı, daşıması barədə, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətlə ri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hə rəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keç irilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələ blərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyy ət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafi q hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X9 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X6 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq b əraət almış şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsin əməlində həqiqətən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə ol masınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olma yan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci m addəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğunda n, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X12 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2517/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2517/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver