Məhkəmə qərarları › İş №1(102)-252/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-252/2020

26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-252/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Qəhrəmanov Zabil Köçəri oğlunun iştirakları ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci ma ddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim N.Əliyev, hakimlər D.İmanov və M.Bağırovdan ibarət tərkibdə) xx xxxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cə zaçəkmə müəssisəsində çəkməklə, 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli hökmü ilə Məhkum oğlu təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, dəqiq məlum olmayan vaxta və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, yəni, ümumilikdə 1322,438 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini - 717,438 qramını satış məqsədi ilə 26.07.2018-ci il tarixdə tanışı X3 evində saxlamaq üçün vermiş, qalan hissəsini 605 qramını isə nigahdan kənar ər-arvad münasibətində olduğu X4 ilə birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanında satış məqsədi ilə saxlamış, X3 narkotik vasitələr qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və yaşadığı ünvanda sa xlamaqda şübhəli olduğundan Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29.07.2018-ci il tarixdə saat 2030 radələrində Gəncə şəhəri Nizami prospektində yerləşən Zabitlər evinin yaxınlığında saxlanılmış, həmin tarixdə saat 2130-da X3 kirayədə yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən mətbəxdəki stolun altından 1 ədəd bağlamada təmiz çəkisi 655 qram, yataq otağındakı kompyuter masasının siyirməsindən 4 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 7,972 qram, 7,627 qram, 7,709 qram, 39,130 qram, ümumi təmiz çəkisi - 717,438 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, 30.07.2018-ci il tarixdə saat 01 radələrində özünün və X5 birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən isə evin yataq ot ağındakı ətriyyat termosunun alt hissəsindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı dörd ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 155 qram, 145 qram, 230 qram, 75 qram, ümumi təmiz çəkisi 605 qram olan, külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən verilmiş apellyasiya şikayətləri əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Ç.Məmmədov, hakimlər T.Muxtarov və Ş.Rzaquliyevdən ibarət tərkibdə) 04 oktyabr 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini, Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı qanunvericiliklə həmin narkotik vasitənin şəxsi istehlakı üçün müəyyən edilmiş həddən 264 dəfədən, külli miqdarı üçün müəyyən edilmiş həddən 2.6 dəfədən artıq olmuşdur. Bundan başqa, Məhkum narkotik vasitə olan qurudulmuş marixuananı har hansı şəxsə satmaq niyyətində olması, habelə marixuananı satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitəni hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması iiə şərtləndirilə bilməz. Verilmiş ittihama əsasən Məhkum ümumilikdə 1.322,438 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini - 71 7.438 qramım satış məqsədi ilə 26.07.201 8-ci il tarixdə tanışı X3 evində saxlamaq üçün vermiş, qalan hissəsini 605 qramını isə nikahdan kənar ər-arvad mü nasibətində olduğu X4 ilə birlikdə kirayədə yaşadığı ünvan 4 ünvanında satış məqsədi ilə saxlamış, X3 narkotik vasitələr qəbul elməkdə, əldə edib üzərində gəzdirməkdə və yaşadığı ünvanda saxlamaqda şübhəli olduğundan Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29.07.2018-ci il tarixdə saat 2030 radələrində Gəncə şəhəri Nizami prospektində yerləşən Zabitlər evinin yaxınlığında saxlanılmış, həmin tarixdə saat 2130-da X3 kirayədə yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən mətbəxdəki stolun altından 1 ədəd bağlamada təmiz çəkisi 655 qram, yataq otağındakı kompyuter masasının siyirməsindən 4 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 7,972 qram. 7,627 qram. 7.709 qram, 39,130 qram, ümumi təmiz çəkisi - 717,438 qram tə şkil edən narkotik vasitə olan qurudulmuş marixuana, 30.07.2018-ci il tarixdə saat 01 radələrində özünün və X5 birlikdə kirayədə yaşadığı ünvan 5 ünvanına baxış keçirilərkən isə evin yataq otağındakı ətriyyat termosunun alt hissəsindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı dörd ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 155 qram, 145 qram. 230 qram. 75 qram, ümumi təmiz çəkisi 605 qram olan, külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, Məhkum həmin çəkidə narkotik vasitəni şəxsi istehlak üçün əldə etməsi kimi qəbul edilə bilməz. Bundan başqa, protestə qeyd edilmişdir ki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu b arədə sövdələşmənin olması mümkündür və istisna olunmamışdır. Məhkum cinayət əməli CM-nin 234.4.3-cii maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərkən apellvasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar ümumiyyətlə araşdırılmamış, onun narkotik vasitə qurudulmuş marixuananı istehlak edilməsi üçün hazır vəziyyətdə əldə etməsini, onun hazırlanması üçün hər hansı avadanlığın mövcud olmasına zərurətin olmamasım, bükümlərə bölünməsini və sonuncunun qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə etdiyi andan onun əməlində CM-nin 234.4.3-cii maddəsinin tərkibinin yaranmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq CPM-nin 139cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən halları, o cümlədən təqsirl əndirilən şəxsə məxsus olan X3 evindən və təqsirləndirilən şəxsin nikahdan kənar ər-arvad münasibətində olduğu X4 ilə birlikdə yaşadıqları evdə aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanının bükümlərə bölməsini, onların eyni tərkibə malik olmasını nəzərə alaraq, yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən, həmçinin şahid ifadələrindən, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin mobil telefon nömrəsinə daxil olan sms mətnlərindən təqsirləndirilən şəxsin narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə saxladığı qənaətinə gəlmişdir. Yuxanda sadalanan hallardan göründüyü kimi birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedic i sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Məhkəmə kollegiyası isə qeyd olunanları nəzərə almamış, cinayət işi üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış, həmin xüsusatlar üzrə tədqiq olunan sübutları düzgün qiymətləndirməyərək qeyri obyektiv nəticəyə gələrək Məhkum əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif etməklə birinci instansiya məhkəməsinin cinayət işinin materiallarına və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanan nəticəni qanunsuz hesab elmişdir. Göstərilənlərə əsasən dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu kassasiya şikayə tində Məhkum evində keçirilən əməliyyat-axtarış tədbirlərinin qanunsuz olduğunu, çünki əməliyyat-axtarış tədbirləri keçirildikdən sonra məhkəmə nəzarətinin predmeti olmadığını, buda Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinin tələblərinə zidd olduğunu, əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarətinin predmeti olduqdan sonra sübut kimi qiymətləndirilə bilməsini, bundan başqa şahidlərin dindirilməsi zamanı onlara təzyiq olduğunu qeyd edib kassasiya protestinin təmin edilməməsini, kassasiya şikayətinin təmin olunmasını və Məhkum təqsiri sübuta yetirilmədiyindən onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassa siya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin təmin edilməməsinə, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü y oxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu (cinayət işnin icraatına bəraətverici əsaslarla xitam verilməli olduğu) iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad olunur. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Qərarda həmin dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkumun müdafiəçisi apellyasiya şikayətin də məhkum barəsində bəraət hökmü çıxarılmasını iddia etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-nin 39 və 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisənin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olması və təqsirliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin yuxarıda göstərilən halların heç biri Məhkum hərəkətlərində müşahidə edilməmiş və məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində cinayət tərkibi vardır və onun əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət ve rilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Məhkum əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassızdır və iş üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə ziddiyyət təşkil edir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum bəraət verilməli olduğuna dair apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, həmin dəlilləri müvafiq qaydada cavablandırmış, bunlara dair (Məhkum narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlamasını sübuta yetirildiyinə dair) gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kol legiyası da həmin nəticə ilə razılaşır və qeyd edir ki, Məhkum qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması “baxış və götürmə” haqqında və “yaşayış yerinə baxış keçirilməsi haqqında” 29 iyul və 30 iyul 2018-ci il tarixli protokollarla, həmin protokollara əlavə edilmiş videoyazılarla, şahidlər X3, X6, X7, X8, X9, X10, X11, X12 ifadələri, ekspertizaların rəyləri və digər iş materialları ilə sübuta yetirilmişdir. Odur ki, Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Bu səbəbdən də kassasiya şikayəti təmin edilə bilməz. Kassasiya protestində isə apellyasiya məhkəməsinin narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamış Məhkum satış məqsədi olmadığına və əməlin tövsifinə dair gəl diyi nəticənin əsassız və qanunsuz olduğu, əməlin CM-nin 234.45.3-cü maddəsi ilə tövsif edilməli olduğu iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad olunur. Məhkəmə kollegiyası iş materiallarının həmin dəlillər və qərarda bu məsələ ilə bağlı göstərilənlər baxımından təhlil edərək vurğulayır ki, apellyasiya məhkəməsi Məhkum niyyətinin müəyyən edilməsi məsələsinə səthi yanaşmış, həmin məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, onun niyyətinin düzgün müəyyən edilməsini şərtləndirə bilən bir neçə amillərə münasibət bildirməmiş, əhəmiyyət belə verməmişdir. Apellyasiya məhkəməsinin qərarında “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndindəki izahına istinad edilir. Həmin bəndə izah olunmuşdur ki, “... təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır...”. Apellyasiya məhkəməsi Plenum qərarının bu izahına özünün qərarında istinad edib onun məzmunu göstərsə də, faktiki olaraq bu izahda qeyd edilən halların mövcud olubolmadığına münasibət bildirməmiş, Məhkum niyyətini müəyyən edərkən bu məsələyə həmin izahın məzmunu və mənası baxımından yanaşmamış, qərarda h əmin izahda göstərilən amillərin olub-olmadığı barədə fikir söylənilməmişdir. Məhkəmə kollegiyası isə qeyd edir ki, həmin məsələ həll edilərkən, Plenum qərarının bu izahından irəli gələn məntiqə uyğun olaraq Məhkum iki mənzildə saxladığı narkotik vasitənin (marixuananın) miqdarı ilə yanaşı (“külli” hesab ediləndən 2 dəfə yarım çox miqdarda) onun çəkilib xırda bağlamalara bükülməsi (belə halın mövcudluğu iş materialları ilə təsdiq edilir və ittihamın özündə göstərmişdir) nəzərə alınmalıdır. Bundan başqa, Ali Məhkəmənin Plenum qərarındakı həmin izahda dəqiqliklə göstərilən hallarla yanaşı işin digər hallarının da nəzərə alması tövsiyyə edilir. Məhkəmə kollegiyasının qənaətinə görə şahid X10 ifadəsində göstərilən hallar da Məhkum niyyətinin (satış məqsədi olub-olmadığı) müəyyən edərkən nəzərə alınmalı amillərdəndir. Həmin şahid ibtidai istintaqda və məhkəmədə dəqiqliklə, birmənalı, ətraflı və ardıcıl olaraq Məhkum narkotik vasitənin satışı ilə məşğul olduğunu göstərmişdir. Apellyasiya məhkəməsi isə həmin şahidin ifadələrinə münasibət bildirməmiş, əhəmiyyət verməmiş, onlarda göstərilən məlumatları inandırıcı hesab edib-etməməsi barədə fikir belə söyləməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, X3 barədə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı iş üzrə məsələlərin düzgün həll olunması, o cümlədən Məhkum niyyətinin müəyyən edilməsi üçün, ayrılmış həmin işin nə ilə nəticələndiyi araşdırılmalı, X3 hansı maddə ilə məhkəməyə verildiyi və təqsirli bilindiyi aydınlaşdırılmalı, həmin cinayət işinə baxış keçirilməklə o nun materiallarında bu məsələyə aydınlıq gətirə bilən məlumatların, həmin iş üzrə hökmdə preyudisuya qaydasında (CPM-nin 142.1-ci maddəsində nəzərdə tutulan) bu icraatda məhkəmə üçün məcburi olan halların, onların hüquqi qiymətinin əks etdirilibetdirilməməsi müəyyən edilməlidir. Apellyasiya məhkəməsi isə bunları etməmişdir. Apellyasiya məhkəməsi qərarda mövqeyini əsaslandırmaq üçün göstərmişdir ki, “...əgər Məhkum həqiqətən də narkotik vasitənin satışı ilə məşğul olsa idi, həmin narkotik vasitələri daimi yaşadığı ünvanda saxlayardı. Digər tərəfdən Məhkum üzərində hər hansı narkotik vasitə aşkar edilməmişdir...”. Məhkəmə kollegiyası həmin dəlillərlə əlaqədar qeyd edir ki, narkotik vasitənin Məhkum üzərində və daimi yaşadığı ünvanda deyil, digər mənzillərdə müəyyən edilməsi onun narkotik vas itəni satmaq məqsədinin (niyyətinin) olmadığını göstərən amil kimi qiymətləndirilə bilməz. Qərarda da bu dəlillərin (apellyasiya məhkəməsinin mövqeyinin) hansı məntiqə uyğun olması açıqlanmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə qərarda göstərilən həmin fikir anlaşılmaz olmaqla Məhkum niyyətinə dair nəticəni (apellyasiya məhkəməsinin gəldiyi) heç cür əsaslandırmır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən ilk növbədə Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğ un surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsində də bu məzmunda norma göstərilmişdir. Qeyd olunan normaların həm məzmununa, həm də mənasına görə ittihamın sübut edilməsində yaranmış şübhələrin aradan qaldırılması ü çün müvafiq tədbirlər görülməli və yalnız bu mümkün olmadıqda onlar təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməlidir. İş materiallarından isə görünür ki, apellyasiya məhkəməsi tərəfindən onun mülahizəsinə görə mövcud olan şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən normalarla yanaşı həm də Azərbaycan Respublikası CPM-nin 349.5.3-cü maddəsinin tələblərinə də əsaslanır. Azərbaycan Respublikası CPM-nin 349.5.3-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya məhkəməsi qeyd olunan normalarda göstərilən əsasların olub-olmadığını kifayət qədər ətraflı yoxlamamış və onu n tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsindən göründüyü kimi, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya protesti təmin olunmalı, kassasiya şikayəti isə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protesti təmin edilsin, kassasiya şikayəti isə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar