Məhkəmə qərarları › İş №1(102)-252/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-252/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-252/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 -ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X1 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci tarixli hökmü ilə (hakimlər N.T.Əliyev (sədrlik edən), D.H.İmanov və M.Ə.Bağırov) xx xxxx 1999-cu il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan1yaşayan, X4 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 05.08.2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkumun müdafiəçisi R.T.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.İ.Xasməmmədov, hakimlər T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) 01 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci tarixli hökmü ilə X4 təqsirl i bilinib məhkum edilmişdir, ona görə ki, o, 05 avqust 2020-ci il tarixdə, saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul edib, sərxoş vəziyyətə düşdükdən sonra piyada olaraq Şəmkir şəhəri, Rəşid Behbudov küçəsi ilə evlərinə doğru hərəkətdə olarkən küçənin giriş hissəsində Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun və valideynlərinin ünvanına təhqiramiz ifadələrlə söyməsindən və yaranmış sözlü mübahisə zamanı onu itələyib yerə yıxmasından əsəbləşərək şalvarının yan cibində saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli bıçağı çıxararaq qəsdən xəsarət yetirmək məqsədilə Zərərçəkmiş şəxs ardıcıl zərbələr vuraraq sonuncuya döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçən, sol ağciyərin aşağı payını və diaf raqmanı zədələyən, hemopnevmatoraksa səbəb olmuş 1 (bir) ədəd və qarının ön divarının sol yarısının daxilə keçən nazik bağırsağı zədələyən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ bazunun yuxarı üçdə birinin ön-iç səthinin, aşağı üçdə birinin arxa-iç səthinin, sağ budun yuxarı üçdə birinin bayır səthinin 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən, cəmi 5 (beş) ədəd xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmələr işin faktiki hallarına uyğun o lmayan qanunsuz və əsassız nəticəyə gəlmişlər. Belə ki, şəxs1 əməlini CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edərkən məhkəmənin gəldiyi nəticə mülahizə xarakteri daşıyır və işın faktiki hallarına uyğun deyildir. Hazırki işin faktiki hallarından görünür ki, şəxs1 və şəxs1 yaxın münasibətdə olmalarına baxmayaraq, hər ikisinin içkili olduğu şəraitdə şəxs1 tərəfindən şəxs1 ailə üzvlərinə söyüş söyməsi nəticəsində sonuncu üzərində olan bıçaqla ona ikisi ağır olmaqla beş bədən xəsarəti yetirmişdir. şəxs1 törətdiyi cinayətdə niyyətinin müəyyən olunması zamanı əhəmiyyət kəsb edən hallardan biri onun cinayəti törətdiyi alətlə bağlıdır. İş materiallarından görünür ki, şəxs1 sözlərinə irad bildirməyindən və sonuncunun onu itələyib yıxmağından sonra Mixayıl hər hans ı az zərər vura biləcək digər əşyadan, habelə, əlindən, ayağından deyil, məhz üzərində gəzdirdiyi, soyuq silah hesab edilməyən qatlanan tipli bıçaqdan istifadə etmişdir. Digər bir hal Mixayılın həmin bıçaqdan istifadə etməklə 5 ədəd xəsarət yetirməsidir. Aralarında hər hansı ədavət olmamaqla yaxın münasibətdə olmuş şəxsin içkili halda dediyi sözə görə Mixayılın 5 dəfə onun bədən səthinə bıçaqla vurması niyyətin qiymətləndirilməsinə təsir edən başqa amildir. Bundan başqa şəxs1 yetirdiyi xəsarətlərdən ikisi daxilə keçən olmaqla biri zərərçəkmiş şəxsin döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçib sol ağciyərin aşağı payını və diafraqmanı zədələməklə hemopnevmatoraksa səbəb olmuş, digəri isə qarının ön divarının sol yarısına keçməklə nazik bağırsağı zədələmişdir. Hansı ki hər iki xəsarət in yetirildiyi yer Zərərçəkmiş şəxs bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyələrdir. Digər üç xəsarət isə əl və ayaq nahiyələrinə yetirilməklə dərəcəsinə görə, yüngül xəsarət hesab edilir. Bundan başqa, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir kı Mixayıl onu bir neçə dəfə bıçaqla vurduqdan sonra “kömək edin, kömək edin” deyərək qışqırmış, bu zaman şəxs1 sanki ayılmış, o isə ərazidə yerləşən marketə tərəf hərəkət etmiş, bu zaman həmkəndlisi Şahid1 ona görüb dərhal köməklik edərək marketin qarşısına gətirmiş və orada təcili tibbi yardım çağırılmışdır. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qaçmadığını, şəxs1 ona "Döngə" deyilən yerə tərəf getməsini dediyini göstərsə də, ifadəsi elan olunmaqla məhkəmənin hökmü ndə də öz əksini tapmış Şahid1 ifadəsində bildirmişdir ki, “05 avqust tarixdə saat təxminən 01:20-də işlədiyi yerdən geri qayıdarkən şəxs1 küçəsi ilə şəxs1 küçəsinin kəsişməsində yerləşən marketdən özünə siqaret aldıqdan sonra evə tərəf hərəkət etmişdir. Evinə təxminən 100 metr qalmış küçə ilə bir şəxsin qaçaraq "kömək edin, kömək edin” deyərək qışqırmasını görmüşdür. O, həmin adama yaxınlaşmış və görmüşdür ki, bu qonşusu və həmkəndlisi Zərərçəkmiş şəxsdir. O, həmin yerə çatan zaman şəxs1 yerə yıxılmışdır. Sənanın qarın ön hissəsi qan içində olmuşdur. şəxs1 çiyninə alaraq döngəyə tərəf hərəkət etmişdir. Hərəkət edə-edə təcili tibbi yardıma zəng etmişdir". Bundan başqa, şəxs1 hadisə zamanı şəxs1 özü birbaşa kömək etməməklə kömək çağırmaq üçün əvvəlcə bibisinin evinə, daha sonra öz evlərinə getməsi və onlardan şəxs1kömək etmələrini xahiş etməsi ağlaban deyildir. Belə ki, işin faktiki hallarından görünür ki, şəxs1 özü xeyli məsafə qət edərək ərazidə olan marketə yaxınlaşmışdır. Bu zaman şəxs1 nə onun hərəkətinə həmin istiqamətdə köməklik etməmiş, nə onu köməklik edilməsi üçün özü getdiyi istiqamətdə öz (Mixayılgilin) evlərinə aparmamış, nə də evə getdikdən sonra geri qayıtmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı yuxarıda qeyd edilən hallarla bağlı şəxs1 ona verilən suallara cavab verə bilməmişdir. Qeyd edilən işin faktiki halları şəxs1 niyyətinin Zərərçəkmiş şəxs öldürmək olmasını aşkar surətdə göstərsə də, məhkəmələr bu hallarla bağlı hər hansı sübut olmadığı, və bunun təsdiq olunmadığı halda əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən nətic əyə gəlmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, X1 barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2021-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək, kassasiya protestində qeyd olunan halları bir daha vurğulayaraq, protestin təmin edilməsini, apellyasiya məhkəməsinin qərarını ləğv edərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərb aycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələbl ərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlərlə əl aqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsi rləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanıl ması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2021-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadis əsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən, cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Bununla belə, kassasiya məhkəmə araşdırması zamanı müəyyən olunur ki, həm ibtidai istintaq orqanı, həm də məhkəmələr müəyyən olunmuş işin faktiki hallarına dair eyni mövqedən çıxış etsələr də, gəlinən nəticə, yəni, əməlin hüquqi tövsifində isə fərqli nəticədən çıxış etmişlər. Belə ki, ibtidai istintaq orqanı tərəfindən şəxs1 CM-nin 29,120.1-ci maddəsi ilə ittiham edilmişdir ki, o, 05 avqust 2020-ci il tarixdə, saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul edib, sərxoş vəziyyətə düşdükdən sonra piyada olaraq ünva1 ilə evlərinə doğru hərəkətdə olarkən küçənin giriş hissəsində Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun və valideynlərinin ünvanına təhqiramiz ifadələrlə söyməsindən və yaranmış sözlü mübahisə zamanı onu itələyib yerə yıxmasından əsəbləşərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə, şalvarının yan cibində saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli bıçağı çıxararaq qəsdən öldürm ək məqsədilə Zərərçəkmiş şəxs bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyələrə ardıcıl zərbələr vuraraq sonuncuya döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçən, sol ağciyərin aşağı payını və diafraqmanı zədələyən, hemopnevmatoraksa səbəb olmuş 1 (bir) ədəd və qarının ön divarının sol yarısının daxilə keçən nazik bağırsağı zədələyən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ bazunun yuxarı üçdə birinin ön-iç səthinin, aşağı üçdə birinin arxa-iç səthinin, sağ budun yuxarı üçdə birinin bayır səthinin 3 (üç) ədəd deşilmişkəsilmiş yaraları ilə müşayiət edilən, cəmi 5 (beş) ədəd xəsarətlər yetirmiş, bu zaman Zərərçəkmiş şə xs onun əlindən çıxaraq qaçması səbəbindən və vaxtında X15 Yardım Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən, o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmələrin Təqsirləndirilən şəxs əməlini tövsif etdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası “qəsdən sağlamlığa ağır zərər vurma, yəni, insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür po zulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma” kimi müəyyən olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri ilə hadisə zamanı X9 qəsdən öldürmək niyyətinin olmadığı, şəxs1 qəsdinin şəxs1 xəsarət yetirməyə yönəldiyi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gələrkən təqsirləndirilən və zərərçəkmiş şəxs arasında əvvəllər düşmənçilik və ya ədavətin olmadığı, onların arasında zərərçəkmiş şəxsin heç bir səbəb olmadan spirtli içkinin təsiri altında təqsirləndirilən şəxsin valideynlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən mübahisə yaranması, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin ona söyüş söyməməsi barədə xəbərdarlıq etməsindən əsəbləşərək şəxs1 itələməsi, sonuncunun yerə yıxılaraq əlindən xəsarət alması və ayağa qalxaraq şalvarının yan cibindən çıxardığı bıçaqla 5 ədəd xəsarət yetirməsi, zərərçəkmiş şəxsin qışqırmasından sonra təqsirləndirilən şəxsin öz hərəkətlərini davam etdirməyərək zərərçəkmişə “Döngəyə” doğru hərəkət edərək onu gözləməsini, dərhal köməyə adam çağıaracağını deməsi, yaxında yerləşən bibisi Şahid8 evinə gedərək Sənanı bıçaqla vurduğunu və ona kömək etmək lazım olduğunu deməsi ilə bağlı işin hallarına əsaslan mışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin öz hərəkətlərini davam etdirməməsinin səbəbi kimi zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin əlindən çıxaraq qaçmasını göstərsə də, birinci instansiya məhkəməsi öz hökmündə həmin halın öz təsdiqini tapmadığı, aldığı bədən xasarətlərinə nəzər saldıqda zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin əlindən çıxaraq qaçmaqla həyatını xilas etməsinin inandırıcı olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verilmiş suala cavab olaraq təqsirləndirilən şəxsin hadisə zamanı mobil telefonunun enerjisi olmadığından özünün hadisə yerində qalaraq kömək çağıra bilməməsi ilə bağlı verdiyi ifadəni işin faktiki hallarına uyğun ifadə kimi qiymətləndirən birinci instansiya məhkəməsi şəxs1 qəsdinin zərərçəkmiş şəxsi həya tdan məhrum etməyə deyil, ona xəsarət yetirməyə yönəldiyi barədə yekun hüquqi nəticəyə gəlmişdir. Hökmdən verilmiş apellyasiya protesti əsasında işə baxan apellyasiya məhkəməsi iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlara əsasən, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığı və bu səbəbdən əməlinin düzgün olaraq baş vermiş nəticəyə görə tövsif edildiyi qənatətinə gələrək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası apellyasiya protestinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla həyat üçün əhəmiyyətli orqanlara çoxsaylı xəsarətlər yetirməsi, xəsarətləri yetirdikdən sonra hər hansı köməklik göstərməyə cəhd etməməsi, zərərçəkmiş şəxsin təqsirləndi rilən şəxsin əlindən çıxmaqla qaçması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, həmin hallar tədqiq olunan iş maeterialları ilə öz təsdiqini tapmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, xəsarətlərin sayı hər bir halda təqsirkarın niyyətinin müəyyən olunmasında həlledici ola bilməz və xəsarətlərin sayı, dərəcəsi ilə yanaşı işin digər halları da nəzərə alınmalıdır. Bundan əlavə cinayətin subyektiv cəhətinin əsas meyarı olan niyyətin müəyyən edilməsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, həqiqətən şəxs1 zərərçəkmiş şəxsi öldürmək niyyəti olsaydı, o asanlıqla yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs ölümünə nail ola bilərdi. Lakin, iş materiallarını yuxarıda qeyd olunan müddəalar baxımından və kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasi ya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticə sübutların lazımınca – CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə araşdırılmasına əsaslanmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəmə baxışında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, o, 05 avqust tarixdə saat 01.20 radələrində işlədiyi yerdən geri qayıdarkən ünvan1 yerləşən marketdən özünə siqaret aldıqdan sonra evə tərəf hərəkət etmişdir. Evinə təxminən 100 metr qalmış küçə ilə bir şəxsin qaçaraq “kömək edən, kömək edin” deyərək qışqırmasını görmüşdür. O, həmin adama yaxınlaşmış və görmüşdür ki, bu qonşusu və həmkəndlisi Zərərçəkmiş şəxsdir. O, həmin yerə çatan zaman şəxs1 yerə yıxılmışdır. şə xs1 qarınının ön hissəsi qan içində olmuşdur. şəxs1 çiyninə alaraq döngəyə tərəf hərəkət etmişdir. Hərəkət edə-edə təcili tibbi yardıma zəng etmişdir. Zərərçəkmiş şəxs nə baş verdiyini və onu bu hala kimin saldığını soruşmuşdur. şəxs1 isə heç bir şey deməyərək zarımağa davam etmişdir. şəxs1 döngənin yanına apararaq arxası üstə uzatmış və təcili tibbi yardım avtomobili gəlmişdir. Həmin vaxt Sənanın ətrafına xeyli adam toplaşmışdır. İlk öncə şəxs1 atası şəxs1və qardaşı şəxs1gəlmişdir. şəxs1 şəxs1 bıçaqlayan şəxsin qardaşı olduğunu bildirmişdir. şəxs1 təcili yardım avtomobilinə əyləşərək Gəncə şəhərinə xastəxanaya getmişdir. O da şəxs1n əmisinə zəng vuraraq vəziyyəti bildirmişdir. Daha sonra isə evə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir k i, 05 avqust 2020-ci il tarixdə saat 01.05 radələrində X7 “döngə” deyilən yerdə yerləşən və ona məxsus olan marketdə olmuşdur. Bu vaxt şəxs1 aşağı tərəfdən üzü döngəyə sarı “kömək edin” deyə qışqırmışdır. O, çölə tərəf baxdıqda görmüşdür ki, şəxs1 arxasında isə yaralı şəkildə şəxs1 sol tərəfini tutaraq gəlir. Bu vaxt şəxs1 marketin qarşısında yerə yıxılmış və o, qolundan qaldıraraq şəxs1 marketin çölündə-pilləkənin üzərində oturtmuşdur. Nə baş verdiyini və şəxs1 kimin bıçaqladığını soruşmuş, şəxs1 cavab verməmişdir. şəxs1 oturaqlı vəziyyətdə arxası üstə yerə yıxılmışdır. şəxs1 sol tərəf qarın nahiyyəsində, sağ arxa tərəfində və sağ qolunda qan izləri görmüşdür. şəxs1 Akam ləqəbli şəxs1 usta hadisə yerinə çatmışlar. şəxs1 şəxs1ı bıçaqla qardaşı Mikayılın vurduğunu bildirmişdir. X14 Yardım a vtomobili ilə xəstəxaya yola salmışlar. İşə baxan birinci instansiya məhkəməsi ittiham orqanının şəxsə irəli sürdüyü CMnin 29,120.1-ci maddəsini həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edərkən, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrini, şahidlər Şahid2, Şahid8, X2, X5, Şahid9 və digərlərinin ifadələrini nəzərə almış, zərərçəkmiş şəxsi yaralı vəziyyətdə görməklə ona ilkin olaraq köməklik etdiyini ifadəsində qeyd edən Şahid1 məhkəmədə dindirilməmişdir. Əməlin tövsifinin mübahisələndirildiyi apellyasiya protestinə əsasən, məhkəmə istintaqı aparılmadan işə baxan apellyasiya məhkəməsi də bu halı araşdırmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinay ət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Lakin, hazırki iş üzrə ümumiyyətlə, məhkəmə kollegiyasına aydın deyildir ki, məhkəmələr işin hansı faktiki hallarından çıxış edərək məhkumun zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmək niyyətinin olmaması barədə qənaətə gəlmişdir. Hər iki məhkəmə araşdırmasının nəticəsi ilə müəyyən etmək mümkün deyildir ki, işin hansı müəyyən edilmiş halları ilə zərərçəkmiş şəxsin məhkumun əlindən çıxaraq qaçması sübuta yetirilməmişdir. Məhkumun zərərçəkmişə imkanı olduğu halda özünün kömək etməməsi, nəyə görə digərlərini köməyə çağırmağa getməsinin səbəbləri araşdı rılmamış, apelyasiya məhkəməsi heç bir araşdırma aparmadan ümumi ifadələrlə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə olan halda apellyasiya məhkəməsinin məhkumun niyyətinin zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmək olmadığı və qəsdinin ona xəsarət yetirməyə yönəldiyi barədə gəldiyi nəticəni cinayət prosessual qanunvericiliyin tələblərinə cavab verən tam, hərtərəfli və obyektiv araşdırmanın nəticəsi kimi qəbul etmək mümkün deyildir. Mübahisəsizdir ki, bu formada qəbul edilən apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-in 349.5-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Plenum Qərarının 1-ci bəndində qeyd edilir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi n əticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarın 23-cü bəndində göstərilmişdir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, yuxarıda təsvir edilənlər, yəni ittiham tərəfinin kassasiya protestində qeyd etdiyi hallar onu deməyə əsas verir ki, apellyasiya məhkəməsində a parılmış məhkəmə baxışı yuxarıda gətirilən cinayət-mühakimə icraatının prinsiplərinə, digər cinayət-prosessual normalara, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarlarına uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya protestinə qismən məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsinin hakimləri məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X1 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar