Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-252/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ümid Nadir oğlu Şahvələdovun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elmin Rüstəmov (sədrlik edən və məruzəçi), Faiq Mahmudov və Xəqani Səmədov) 07 oktyabr 2020-ci il tarixli, 1(100)208/2020 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 120.1, 228.1, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CMin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 326.1-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, həbsdə saxlanıldığı müddətin təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəlinin 24 dekabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər Çingiz Məmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Elçin Xasməmmədov) 01 aprel 2021-ci il tarixli, 1(104)90/2021 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli hök mü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 03 iyun 2022-ci il tarixdə Məhkum Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli, 1(104)-90/2021 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Çingiz Məmmədov (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Salman Hüseynov) 1(104)-90/2021 nömrəli 06 iyul 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan (Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-90/2021 nömrəli 06 iyul 2022-ci il tarixli) qərarından narazı qal an Məhkum kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022-ci tarixli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinə müraciət edərkən ikinci qrup əlilliyini, 2019-cu ildə boyun-fəqərə sümüklərindən zədə aldığına görə hal-hazırda ağır xəstə olduğunu üzrlü səbəblər kimi göstərmişdir. Sadalanan üzrlü səbəblərə görə kasassiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verə bilmədiyini əsaslandırmış, lakin apellyasiya məhkəməsi bu səbəbləri əsassız və qanunsuz olaraq rədd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyr ənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-90/2021 nömrəli 06 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini mü əyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-90/2021 nömrəli 01 aprel 2021-ci il tarixli qərar 05 aprel 2021-ci il tarixli məktubla Məhkum təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xid mətin 2 saylı İstintaq Təcridxanasına göndərilmiş və 06 aprel 2021-ci il tarixdə məhkuma təqdim edilmişdir. Qəbz cinayət işinə əlavə edilmişdir. (cild 4, səh 179) Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarından kassasiya şikayəti 03 iyun 2022-ci il tarixdə vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1 -ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtın da kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə məhkum tərəfindən kassasiya şikayətinin qanunla müəyyən edilmiş 12 ay ərzində verilməsinə mane olan üzrlü səbəblər müəyyən edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (104)-90/2021 nömrəli 06 iyul 2022-ci qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarından qanunla müəyyən ed ilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (104)-90/2021 nömrəli 06 iyul 2022-ci tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (104)-90/2021 nömrəli 06 iyul 2022- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-252/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-252/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver