Məhkəmə qərarları › İş №1(102)-2521/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2521/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2521/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X5 və onun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə xx xxxxxxx 1986-cı ildə Ukrayna Respublikası, Dnepropetrovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evl i, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2024-cü il tarixli 1(103)-29/2024 nömrəli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(101)-1571/2021 nömrəli hökmü ilə (hakimlər: T.Q.Hüseynov (sədrlik edən), Ə.İ.Məmmədov və F.A.Qəribov) X5 - Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarı ilə, (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü dəyişdi rilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli 1(103)-529/2022 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli 1(102)-263/2023 nömrəli qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), Ş.Y.Yusifov və Ə.Ə.Novruzov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apelyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2024-cü il tarixli 1(103)-29/2024 nömrəli hökmü ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A. Qaraqurbanlı və A.V.Tanrıverdiyev) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin X2 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum olunmasına dair 23 dekabr 2021-ci il tarixli 1(101)-1571/2021 nömrəli hökmü ləğv edilmiş və X3 Azərbaycan Respublikası CMin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən bəraət almış şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ verən “BC” dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan və Zərərçəkmiş şəxs4nə məxsus etibarnamə əsasında idarə etdiyi “Ravon Nexia R3” markalı 90-PL976 dövlət nömrə nişanlı avtomobili 19 aprel 2021-ci il tarixdə saat 21 radələrində, Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospekti ilə “Koroğlu” metrosu istiqamətindən Heydər Əliyev Hava Limanı istiqamətinə saatda 100 km sürətlə idarə edərkən, Sabunçu körpüsünün yaxınlığında yolu sağdan-sola keçməyə piyadaların hərəkət hissəsinə daxil olması ilə hərəkət üçün təhlükə yaransa “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə kimi azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməmiş və yol-hərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə piyadalar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və sonuncunun oğlu Zərərçəkmiş şəxs1 vurulmasına, nəticədə isə Zərərçəkmiş şəxs2 baş beyin əzilməsi, ənsə sümüyünün kəllə əsasına keçən yerini dəyişməyən sınığı və iki tərəfli hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması), hər iki ağciyərin zədələnməsi, sol Vİ, Vİİ, İX və X qabırğaların yerini dəyişmiş sınıqları, dalağın zədələnməsi, daxili qanaxma ilə müşayiət edilən döş qəfəsi və qarının küt travması, sol kürək və çanaq sümüklərinin yerini dəyişmiş sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlərini almasına, Zərərçəkmiş şəxs3 ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid baş-beyin maddəsinin əzilməsi və baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, ənsə sümüyünün kəllə əsası na keçən xətti sınığı, sol bazu sümüyün və sağ mil-bilək oynağının yerini dəyişən qapalı sınıqları, sol diz oynağı və sağ baldır sümüklərinin yerini dəyişən açıq qəlpəli sınıqları, ənsə, sol diz oynağı və sağ baldır nahiyyələrinin əzilmiş-cırılmış yaraları, sifətin və bədənin çoxsaylı sıyrıq və qançırları ilə müşayiət edilən həyat üçün təhlükəli xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs1 ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid onurğa beyninin boyun şöbəsinin əzilməsi, İ-İİ-İİİ boyun fəqərələrinin fəqərə qövslərinin və cisminin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, sağ VİİVİİİ-İX, sol Vİİİ-İX qabırğaların yerini dəyişməyən qapalı sınıqları, hər iki baldır nahiy əsinin əzilmiş-cırılmış yaraları, sifətin və bədənin müxtəlif nahiyyələrinin qançır və sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən 3 saylı şəhər Klinik xəstəxanada ölməsinə və “Ravon Nexia R3” markalı **PL-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi ilə mülkiyyətçisi Zərərçəkmiş şəxs4 MMC-yə 6425 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2024-cü il tarixli 1(103)-29/2024 nömrəli hökmünün ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmişdir. Dövlət ittihamçısı hesab edir ki, bəraət almış şəxs tərəfindən CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur və onun barəsində həmin maddə ilə ittiham hökmünün çıxarılması üçün kifayət qədər əsaslar vardır. Belə ki, məhkəmə heç bir əsaslandırma aparmadan istintaq orqanının müəyyən etdiyi hadisə mexanizminin ehtimallara əsaslandığı nəticəsinə gəlmiş və montaj əlamətlərinə malik videogörüntülərə üstünlük verərək təqsirləndirilən şəxsə bəraət vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövl ət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs T.bəraət almış şəxs və müdafiəçi Ə.Hüseynovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsəl ələrin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində X2 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirinin kifayət qədər sübut olunduğu bildirilir və məhkəmənin əsassız olaraq T.bəraət almış şəxsə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verməsi mübahisələndirilir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinə görə “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda— beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində yerləşən Sabunçu körpüsünün yaxınlığıdır. Yol örtüyünün vəziyyəti qurudur. Yol örtüyünün hər iki istiqamət üzrə eni 39,80 metrdir. Yolun ümumi hərəkət zolaqlarının sayı 5-dir. Yolun işlək hissəsinin eni 39,80 metrdir. Yolun hərəkət zolaqlarının hər biri 3,80 metrdir. Yolun işlək hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün beton arakəsmə vardır. Yolun hərəkət hissəsində sağdan və soldan səki vardır. Yolun işlək hissəsinə sonradan (sağdan) dəmir ar akəsmə birləşir. Yolun işlək hissəsinə sonradan (soldan) beton arakəsmə yol birləşir. Hadisə yeri müəyyən edilmiş yol nişanları zonasındadır, yəni sürəti göstərən yol nişanları vardır. Hadisə baş verən yol sahəsi baxış anı şəhər elektrik işığı ilə işıqlandırılmışdır. “Ravon Nexia R3” markalı avtomobil yolun sol tərəfindən 1-ci zolaqda səkidən 1 metr aralı, yolun sağ tərəfindən 19 metr aralı Heydər Əliyev Hava Limanı istiqamətində dayanmış vəziyyətdə olmuşdur. 3 nəfər piyada vurulmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, piyadalar yolun sol tərəfindən səkidən 3 metr, sağ kənarından 16,90 metr məsafədə 1-ci zolaqda vurulmuşlar. Ölən piyada avtomobillə vurulma nöqtəsindən 26 metr məsafədə qarşıda 1-ci zolağa düşmüşdür. “Ravon Nexia R3” markalı avtomobil yolun sol tərəfindən 1- ci zolaqda üzü Heydər Əliyev Hava Limanı istiqamətində düzünə dayanmışdır. Şin izləri aşkar edilməmişdir. Tormoz izləri aşkar edilməmişdir. Avtomobilin itmiş hissələri olmasa da, şüşə və plastmas qırıntıları hadisə yerinə dağılmışdır. Nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri aşkar edilməmişdir. Yolun sol tərəfindən 3 metr, sağ kənarından 16,90 metr məsafədə 1-ci zolaqda yerdə uzanıqlı vəziyyətdə qadın cinsli meyit aşkar edilmiş, qadının əynində qara rəngli şalvar, qara rəngli corab və ağ-qara rəngli kofta vardır. Meyitin ətrafında qana bənzər ləkələr vardır (cild 1, iş vərəqi 5-14). Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/869 №li rəyindən görünür ki, “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (cild 1, iş vərəqi 68-70). Cinayət işinin materiallarında olan 6.08.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxs X5 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 bacısı və bacısı oğlu ilə birlikdə yolu keçən zaman hərəkətdə olan avtomobillərin onların yolu keçdiyini görüb sürətlərini azaldaraq onlara yol verməsi, yolu keçməyə davam etmələri, yolu keçən zaman birinci hərəkət zolağı ilə “Koroğlu” metrosu tərəfindən bəraət almış şəxsin avtomobilin in gəldiyini görüb onun da yol verəcəklərini sanmaları, lakin avtomobilin düz onların üstünə gələrək onu, bacısını və bacısı oğlunu vurmasını bəraət almış şəxsin üzünə qarşı deyərək ibtidai istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 252-255). Cinayət işinin materiallarında olan "xxxx" MMCnin verdiyi xx.xx.2021-ci il tarixli, 13 nömrəli mütəxəssis rəyindən görünür ki: 8/869 saylı xx.xx.2021-ci il tarixli rəydə aparılan tədqiqatda ekspert sürücünün reaksiya müddətini yol-nəqliyyat şəraitlərinin (YNŞ) 1-ci qrupuna uyğun olaraq 0,6 san. bərabər qəbul etmişdir. Metodikaya əsasən sürücünün reaksiya müddətini bu qrupdan qəbul etmək üçün hadisədən əvvəl yolda yaranmış YNŞ aşağıdakı tələblərə cavab verməli idi: yolda olan vəziyyət sürücünü hərəkət üçün təhlükənin yarana bilməsi barədə qabağcadan xəbərdar etməli (yəni yolda sürücünü piyadaların çıxa bilməsi barədə xəbərdar edən və"piyada keçidi"nin yerini bildirən yol nişanları olmalı), yarana biləcək təhlükənin xüsusiyyəti və yaranma yeri barədə məlumatlandırmalı idi. Belə çıxır ki, sürücü bəraət almış şəxs öncədən piyadaların hərəkət hissəsinin sağ kənarında dayanması və onların icazə verilməyən yerdə yolu keçmək istəməkləri barədə məlumatı olmalı idi. Rəyin tədqiqat hissəsində göstərilən səbəblərə görə hesab edilir ki, mövcud şəraitdə ekspert tədqiqat zamanı sürücünün reaksiya müddətini Metodik göstərişlərə əsasən 4-cü qrup YNŞ-nə uyğun, yəni 1,2 san. bərabər qəbul etməli idi. Qoyulan suala cavab olaraq qeyd etmək olar ki, ekspert təqdim olunmuş materiallar əsasında “Ravon” markalı avtomobilin mövcud y ol şəraitində tam dayandırılması üçün tələb olunan vaxtı texniki hesabatlar əsasında təyin edə bilərdi. Aparılmış texniki hesabatlardan məlum olur ki, mövcud yol şəraitində saatda 100 km sürətlə hərəkət edən “Ravon Nexia” markalı avtomobilin dayandırılması üçün tələb olunan vaxt 5,88 saniyəyə bərabərdir.

5. Qeyd olunan suala cavab olaraq bildirmək vacibdir ki, göstərilən şəraitdə, yəni hadisənin günün qaranlıq vaxtında baş verməsi və hadisə vaxtı “Ravon Nexia” markalı avtomobilin sağ tərəfində, qonşu zolaqlarda, onunla eyni istiqamətdə digər nəqliyyat vasitələrinin hərəkət etməsi və sürücü bəraət almış şəxs üçün sağ tərəfə görünüşün məhdudlaşdırması vəziyyətində, sürücü bəraət almış şəxs piyadaları hərəkət hissəsinin sağ kənarına daxil olduğu anda görməli olduğunun və onların sürücünün gör ünüş dairəsində vurulana qədər 16,9 m məsafəni qət etməsinin iddia edilməsi, istintaq eksperimenti keçirtmədən, düzgün deyildir.

6. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq demək mümkündür ki, sürücü bəraət almış şəxs “Ravon Nexia” markalı avtomobilinin faranın yaxın vuran işıqlarla hərəkət etməsi şəraitində, yolun hərəkət hissəsinin sağ tərəfində ondan 99,4/146,9 metr aralı məsafədə qabaqda olan piyadaları görə bilməsi (hələ sağ tərəfdə eyni istiqamətdə NV-nin getməsini nəzərə almasaq belə) faktı inandırıcı deyildir.

7. Rəyin tədqiqat hissəsində aparılmış hesabatlardan belə nəticəyə gəlmək olar ki, piyadaların sürücü bəraət almış şəxs görünüş dairəsinə hərəkət hissəsinin 3-cü və 4-cü zolaqlarının sağ kənarında düşdüyü halda, onun vaxtında tormozlama əməliyyatı aparmaqla hadi sənin qarşısını almağa texniki imkanı olmamışdır. Çünki, həmin anda piyadalarla avtomobilin qabaq hissəsi arasında olan məsafələr (32,4/47,8 m və 54,7/80,7 m) saatda 100 km sürətlə hərəkət edən avtomobilin dayandırılması üçün tələb olunan məsafədən (102 m) kiçikdir. Apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 mart 2023-cü il tarixli, 8/199-4/102 №-li rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən müdafiə tərəfinin göstərdiyi məlumatlar real hadisə mexanizminə uyğun olmadığından həmin məlumatlar üzrə tədqiqat aparılmır. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Ravon Nexia R3 markalı 90PL976 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə t ədqiqat aparılmır. Rəyin tədqiqi hissəsində göstərilənlər ilə əlaqədar təqdim edilmiş mübahisəli videoyazı üzrə qoyulmuş suallara dair təkrar-komisyon qaydada tədqiqat aparılması mümkün olmamışdır. Hadisənin videogörüntüsünə baxış keçirilən zaman müəyyən edilmişdir ki, videogörüntünün 53-cü saniyəsindən başlayaraq piyadalar yolun hərəkət istiqamətinin sağ yan hissəsindən piyadalar üçün keçid olmayan yerdən hərəkət etməyə başlayır və davamlı hərəkətdə olan avtomobillərin qarşısından qısa fasilələrlə dayanıb keçərək soldan ikinci cərgədə ağ rəngli avtomobilin sürətini azaldan zaman onun qarşısından qaçaraq soldan videogörüntünün 1-ci dəqiqəsi 23-cü saniyəsində 1-ci zolaqda hərəkətdə olan avtomobil tərəfindən vurulur. Məhkəmə kollegiyası qeyd edir ki, ittihamın təsvirinə əsasən X2 hərəkətləri ndə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Daha sonra qeyd edilən maddədən (YHQ haqqında Qanunun 50-ci maddəsinin 1-ci hissəsi) göründüyü kimi qanunverici sürücünün üzərinə daha bir aktiv hərəkətli vəzifə (nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək) qoymuş və bu hərəkəti etməli olmasını hər hansı təsadüfi bir amillə deyil, ilk növbədə hərəkət üçün təhlükə yaranması ilə əlaqələndirmiş, aktiv hərəkətin edilməyə başlanması anı olaraq isə sürücünün həmin təhlükənin yaranmasını görməsi və ya qanunla üzərinə düşən vəzifələri yerinə yetirdiyi halda görməli olması anı olaraq müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “hazırkı cinayət işi üzrə əmələ hüquqi qiymət verilməsi və şəxsin təqsirinin olub-olmamasınının təyin edilməsi üçün mötəbər sübutlar əsasında şübhəsiz olaraq müəyyən edilməli olan məqamlardan birincisi məhz konkret halda T.bəraət alm ış şəxs hərəkəti üçün təhlükənin yaranması və X2 bunu görməsi anıdır. Cinayət işinin materiallarından açıq-aydın görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, X5 cinayət işi üzrə ifadələrində özünü təqsir bilməyərək göstərmişdir ki, piyadalar onun sağındakı zolaq üzrə hərəkətdə olan avtomobilin qarsışından qəflətən onun hərəkət yoluna çıxmışlar və belə bir şəraitdə onun hadisənin qarşısını almağa heç cür texniki imkanı olmamışdır.” Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll e dilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmçinin məhkəmələrə izah edilmişdir ki, piyadanın (sərnişinin) hərəkət təhlükəsizliyi qaydalarını pozması da əgər bu pozuntu onun özünə münasibətdə CM-nin 263 və 351-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuşsa, hadisənin qarşısını almaq imkanında olmayan nəqliyyat vasitə sini idarə edən şəxsin barəsində cinayət təqibini istisna edən hal kimi nəzərdən keçirilməlidir. Cinayət işinin materiallarını nəzərdən keçirdikdə müəyyən edilir ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətindən, Heydər Əliyev Hava Limanı istiqamətinə hərəkətdə olarkən baş vermişdir. Yəni, hadisənin dövlət qurumlarının istifadəsində olan videokameraların kifayət qədər quraşdırıldığı ərazidə baş verməsinə baxmayaraq, müstəntiq həmin video görüntülərin əldə edilməsi istiqamətində öz vəzifə borcundan irəli gələn işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda sadalanan Plenum qərarında birmənalı olaraq vurğulanmışdır ki, yol-nəqliyyat hadisələ rinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. İş materiallarından görünür ki, iş üzrə ibtidai istintaq müddətində müstəntiq tərəfindən nə hadisə yerinə baxış keçirilərkən, nə də sonrasında hadisənin baş verdiyi ərazinin videomüşahidə vasitələrini nəzarəti altında olması yoxlanmamış, iş materiallarına hadisənin obyektiv görüntüsünü özündə əks etdirən hər hansı bir videomaterial əlavə edilməmişdir. İş materiallarında olan müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş hadisənin baş verməsini əks etdirdiyi videogörüntüsünə baxış keçirilən zaman müəyyən edilmişdir ki, videogörüntünün 53-cü saniyəsindən başlayaraq piyadalar yolun hərəkət istiqamətinin sağ yan hissəsindən piyadal ar üçün keçid olmayan yerdən hərəkət etməyə başlayır və davamlı hərəkətdə olan avtomobillərin qarşısından qısa fasilələrlə dayanıb keçərək soldan ikinci zolaqdakı ağ rəngli avtomobilin sürətini azaldan zaman onun qarşısından qaçaraq soldan videogörüntünün 1-ci dəqiqəsi 23-cü saniyəsində 1-ci zolaqda hərəkətdə olan avtomobil tərəfindən vurulur. Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsində dindirildiyi xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində hadisə günü saat 21 radələrində X10 və oğlu Zərərçəkmiş şəxs1 ilə birlikdə Sabunçu rayonu, H.Əliyev prospektində yerləşən Sabunçu körpüsü yaxınlığına gəlib, orada Koroğlu metrostansiyası istiqamətindən, Heydər Əliyev Hava Limanı istiqamətinə doğru hərəkət edən avtomobillərin keçməsini gözlədikləri ni, yol boşaldıqdan sonra yolu sərbəst hərəkət keçə bilmələri üçün bunu etdiklərini, avtomobillər keçdikdən sonra avtomobil axımının az olduğunu görüb yolu adi yerişlə keçməyə başladıqlarını, həmin vaxt Koroğlu metrostansiyası istiqamətindən hərəkətdə olan bir neçə avtomobilin onların yolu keçdiyini görüb sürətlərini azaldaraq onlara yol verdiklərini, onların yolu keçməyə davam etdiklərini, yolu keçən zaman birinci hərəkət zolağı ilə Koroğlu metrostansiyası istiqamətindən bir avtomobilin gəldiyini gördüklərini, həmin avtomobilin sürücüsünün də onların yolu keçmələrini görüb avtomobili saxlayıb onlara yol verəcəyini düşündüklərini, lakin həmin avtomobilin yolu keçmələrinə az qalmış onları vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs sədrlik edənin sualına cavab olaraq – “onların maşının gəlib-g əlmədiyinə baxdıqlarını və sonuncu sırada maşın görmədiklərini, həmin vaxt onları vuran maşının başqa maşının arxasından çıxıb onları vurduğunu” bildirmişdir. Zərərçəkmiş şəxs2 apelyasiya instansiya məhkəməsində isə bildirmişdir ki, hadisədən uzun müddət keçdiyinə görə hadisənin necə baş verdiyi tam olaraq xatırlamır. Lakin xatirindədir ki, onları ikinci zolaqda hərəkət olan, hərəkət surətini qismən yavaşıdılmış və sanki onlara yol vermiş avtomobilin arxasından qəflətən çıxan və birinci zolaqla hərəkətdə olan digər avtomobil vurmuşdur və onlar avtomobillər gələn istiqamətində yola baxsalar da, onları vuran avtomobilin gəldiyini görməmişlər. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarında piyadaların təqsirləndirilən şəxsin görünüş dairəsinə hansı andan, hansı nöqtədən düşməsini özündə əks etdirən heç bir sübut olmamış, bu hal ekspertlər tərəfindən belə müəyyən edilməmiş, istintaqın piyadanın hərəkət hissəsinə daxil olduğu andan sürücünün görünüş dairəsinə düşməsi barədə gəldiyi nəticə də tamamilə ehtimallara əsaslanmışdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerini n müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat h adisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi T.bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərd ə tutulan cinayətin törədilməsində təqsirinin sübuta yetirilməməsi əsası ilə haqlı olaraq ona bəraət vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü it tiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin a li məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində mə hkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq T.bəraət almış şəxs əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətində təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 6 iyun 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar