Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2524/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1296/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1978 -ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşamışdır. 2. 06 noyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 yalandan özünə məxsus 200 kiloqram mis metal olduğunu və həmin mis metalı satmaq istədiyini bildirdikdən sonra həmin mis metalı gətirəcəyinə vəd verərək 15 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Socar” neft şirkətinin yaxınlığında həmin günün məzənnəsi ilə 170 manat təşkil edən 2.000 ABŞ dolları, yəni 3.400 manat və 100 manat pulu alaraq verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 3.500 manat pulunun ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə edib aldatmaq yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 18 sentyabr 2022-ci il tarixdə Bakı şə həri, Suraxanı rayonu, İİ Mədən ərazisində yerləşən neft zavodunun direktorunun onunla qohum olduğunu, həmin zavodda müxtəlif dəmir boruların və mis metalın ucuz qiymətə satıldığını, aldıqları dəmir boruları və mis metalını satıb iki qat qazanc əldə edəcəkləri adı ilə sonuncudan 5.000 manat pulu alaraq verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 5.000 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə edib aldatmaq yolu ilə özgəsinin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə özünü Rasim adlı şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs6 yalandan obyektində köhnə kondisionerlərin və dəmir boruları olmasını, həmin əşyaları ucuz qiymətə satdığını deyərək, sonuncunun etibarından sui istifadə etməklə Zərərçəkmiş şəxs6 02 fevral 2023-cü il tarixdə Lənkəran rayonu, Ləvəngi dairəsində yerləşən “Qulamof” adlı marketdən “Million” ödəmə terminalı vasitəsilə qeyrirəsmi yaşadığı Şahid4 adına olan “Kapital Bank”-a məxsus 4169-7388-8730- 6847 saylı kart hesabına göndərdiyi 800 manat və 400 manat olmaqla, cəmi 1.200 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək verdiyi vədlərə əməl etməmiş və nəticədə Zərərçəkmiş şəxs6 ümumilikdə 1.200 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 özünə məxsus dəmir boruları satdığını bildirərək, həmin dəmir boruları “Kamaz” markalı yük avtomobilinə yükləyib çıxaracağını vəd verib, 24 mart 2023cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsində 9. 000 manat pulunu alaraq verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs5 ümumilikdə 9.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə edib aldatmaq yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 17 aprel 2023-cü il tarixdə Suraxanı rayon ərazisində yerləşən neft mədənində sahə rəisi vəzifəsində işlədiyini bildirirək, həmin zavodda müxtəlif boruların ucuz qiymətə satıldığını, aldıqları boruları satıb iki qat qazanc əldə edəcəklərini deyib Zərərçəkmiş şəxs2 5.000 manat dəyərində dəmir boru və işlənmiş kondisioner satacağını vəd edərək 2.200 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə edib aldatmaq yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədilə Zərərç əkmiş şəxs1 adının Rasim olduğunu bildirirək 27 may 2023-cü il tarixdə Suraxanı rayon ərazisində yerləşən Mədən 1 ərazisində Zərərçəkmiş şəxs1 50 ədəd Sovet istehsalı kondisioneri satacağını vəd edərək 2.200 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-123/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-9/2022 nömrəli, 17 may 2022-cü il tarixli hökmü ilə ona təyin edilmiş təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 16 (on altı) gün müddət o lan hissəsinin bir günə iki gün hesablamaqla 02 (iki) ay 08 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 iyun 2023-cü il tarixindən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1296/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-123/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində təyin edilmiş cəzanın qərəzli və ədalətsiz olduğu bildirilməklə, cəzasının yüngülləşdirilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılma sı üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya şikayətində Məhkum ona təyin edilmiş cəzanın ağır ol duğunu iddia edib daha yüngül cəza təyin edilməsini xahiş edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1296/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs c əzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törə dilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ə dalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. İstinad edilənlərə əsaslanmaqla Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
24. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid edilmiş, bu maddələrin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
25. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin edərkən törədi lmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq əməlini səmimi etiraf etməsini, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, həmin cəzanı məhkumun təqsirli bilindiyi əvvəlki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 16 (on altı) gün hissəsi ilə azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki günü hesabı ilə 02 (iki) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla həmin cəzaları hökmlərin məcmusu üzrə qismən birləşdirməklə, ona qəti olaraq 03 (üç) il 01 (bir) ay azadlıqdan məhrum etmə cəzasını təyin edib, qanunla nəzərdə tutulan məqsədlərə xidmət edən və Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrində göstərilən tələblərə uyğun olan cəza növü və müddətini seçmişlər
26. Məhkəmə kollegiyası həmçinin onu da əlavə olaraq qeyd edir ki, məhkum edilmiş şəxsə əvvəlki hökm üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilsə də, lakin o, yenidən eyni növdən olan cinayət əməlini törətmişdir. Belə olan halda məhkəmələr haqlı olaraq onun yalnız cəmiyyətdən tam təcrid olunmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, azadlıqdan məhrum etmə cəzası təyin etməklə islah təsirinin yetərli ola cağı qənaətinə gəlmişlər.
27. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
28. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi t ərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1296/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1296/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.