Məhkəmə qərarları › İş №1(102)-2524/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2524/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2524/2025 04.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-1-ci maddəsi ilə n əzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli, 1(103)-955/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxxx 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Oğlanqala kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana Gülçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbayc an Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin faktiki hallarına əsasən, Məhkum məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,246 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 28 sentyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində özünü şübhəli apardığına görə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin (bundan sonra mətndə - Sabunçu RPİ-nin 14-cü PŞ) əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində nömrəsiz evin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasına gətirilmiş, orada 29 sentyabr 2024-cü il tarixdə, saat 01:29 radələrində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən iki bükümdə təmiz çəkisi 1,621 qram və 1,625 qram olmaqla, ümumi 3,246 qram çəkidə külli miqdarda kütlələr - kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X6 və X2 ibarət məhkəmə tərkibində) 12 mart 2025-ci il tarixli, 1(101)-944/2025 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəza çəkməsinin əvvəlinin 28 sentyabr 2024-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-944/2022 saylı hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət məhkəmə tərkibində) 29 may 2025-ci il tarixli, 1(103)955/2025 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)944/2022 saylı hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Məhkum tərəfindən törədilən cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci madd əsi ilə təqsirli bilinməsi, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli, 1(103)-955/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya müraciətinin dəlilləri təkrarlanmaqla, aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş nəticələrə, cinayət işinin faktiki hallarına, sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, müdaf iə tərəfi olaraq hesab edirik ki, Bakı Apellyasiya Məhkəmsinin qərarı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Müdafiə tərəfində təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış zamanı istintaqı orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına dair əsasları olması müəyyən edilmiş və hansı səbəbdənsə məhkəmə bu məqama heç bir önəm verməmişdir. Belə ki, məhkəmə öz hökmündə bildirmişdir ki, guya ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum özünü qismən təqsirli bilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməsini qeyd etmişdir. Lakin Məhkəmə hansı çıxışları əsas götürərək belə qərara gəlmişdir. İstər ibtidai istintaq dö vründə istərsə də məhkəmə istintaqında özünü günakar saymamış, sənədləri imzalamaqdan imtina etmiş, üzərində 0,5 qram öz istifadəsi olaraq psixotrop maddə olan metamfetaminin olması, ona təzyiq və döyülməsi faktı olmasını israrla məhkəməyə bildirmişdir.

8. Müdafiəçi müraciətinin dəlilləri qismində qeyd etdiklərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in) 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntu faktı kimi qiymətləndirməklə həmin əsaslarla qeyd etdiklərinə əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli, 1(103)955/2025 nömrəli qərarının ləğv edilməsini, əməlində cinayət tərkibinin olmaması əsası ilə barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktla rı təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tət biq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi hüquqlarını müdafiə etdiyi məhkumun təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə olan əməlinin sübuta yetirilməsini mübahisələndirmiş, onun təqsirliliyi barədə birinci instansiya və apellyasiya instansiyalarında obyektiv araşdırmanın olmamasını mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli, 1(103)-955/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusun a isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

19. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

20. CPM-in 41 2.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

21. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmələr tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.

22. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

23. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə f aktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

25. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmasa da, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi üzrə ibtidai istintaq orqanının Məhkum 3,24 6 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməməsi əsası ilə onun əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edərək, həmin maddə ilə təqsirli bilib, barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab etmişdir.

26. Apellyasiya instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında, o cümlədən SMS məlumatlarının mətnindən təqsirləndirilən şəxs Məhkum tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sai r şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də birinci instansiya məhkəməsində onun psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar hər hansı sübut müəyyən olunmamışdır. Hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hə rəkətlər və sair) təsdiq olunmalıdır. Birinci instansiya məhkəməsində iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Məhkum ondan aşkar edilərək götürülmüş psixotrop maddəni satmaq üçün alıcı axtarması, onunla sonradan sövdələşərək həmin metamfetamini ona satacağı barədə hər hansı sübut mövcud olmamış və bütün bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, psixotrop maddənin satışı müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Bununla da, məhkəmə kollegiyası hesab etmişdir ki, şəxsin üzərindən iki ədəd bükümdə külli miqdarda psixotrop maddənin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, özözlüyündə həmin şəxsin narkotik vasitə lərin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir.

27. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində məhkəmə tərəfindən əsassız olaraq məhkumun özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi, onun işgəncə təzyiqlərə məruz qalması qeyd edilsə də, cinayət işi materiallarında olan sübutlara əsasən, müdafiəçisinin iştirakı ilə ibtidai istintaq dövrü verdiyi ifadəsində əldə etdiyi psixotrop maddə metamfetamini başqa şəxsə satmaq fikri olmamış, özü üçün əlverişli anda qəbul etməkdən ötrü almışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Polis şöbəsinə gətirilərkən, eləcə də polis əməkdaşları tərəfindən saxlanılarkən ona təzyiq olmamış, heç bir bədən xəsarəti a lmamış, onu polis bölməsində döyən olmadığını bildirmiş, eyni zamanda barəsində ibtidai istintaq dövründə birinci instansiya məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən ona ittiham edilmiş cinayətdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində) özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Məhkum adına tərtib edilmiş 7932/2024 saylı məhkumun tibb kitabçasından görünür ki, Məhkum 1 oktyabr 2024-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Məhkum xəsarə t almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı Məhkum yeni zədəxəsarət izləri aşkar edilməmişdir.

28. Göründüyü kimi müdafiə tərəfindən kassasiya şikayətinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsinin qənaətini təkzib edən heç bir dəlilə istinad edilməmiş, məhkumun məsuliyyətdən yayınması məqsədi ilə formal əsaslarla əməlində cinayət tərkibinin olmamasına dair mülahizələr irəli sürülmüşdür.

29. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan sübutları tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 234.11-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplasa da, həmin sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirməmiş, bu səbəbdən törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlməmişdir. Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunmadığı üçün, Məhkum əməli apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

30. Bununla yanaşı məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəli llər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.

31. Məhkum müdafiəçisinin kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını, ona ağır cəza təyin edilməsini qeyd etsə də, mübahisələndirdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli, 1(103)-955/2025 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir.

32. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şika yətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

33. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

34. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli, 1(103)955/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli, 1(103)-955/2025 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar