Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2525/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Şəki rayonunda anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə nömrəsiz fərdi evdə faktiki yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 145.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli 1(105)95/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(124)-27/2022 nömrəli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), F.H.Əliyev və H.S.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 145.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 145.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu üzərində qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2021-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 145.3, 182.2.1, 182.2.3, 228.1 və 228.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 145.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşlar. Məhkəmənin həmin hökmündə n məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü Məhkum edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu-narkomaniya xəstəliyindən əziyyət çəkib, narkomaniya xəstəliyindən əziyyət çəkməyən, lakin çətənə bitkisi preparatlarından periodik istifadə e dən tanışları Məhkum və Təqsirləndirilən şəxs2, habelə istintaqla müəyyən edilməyən digər iki şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF Park» yaşayış kompleksi, 23cü küçə, bina 13, mənzil 15 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayan, Yevlax rayon sakini Zərərçəkmiş şəxs narkotik vasitələrin əldə edilməsi və satışı ilə bağlı qanunsuz fəaliyyətlə məşğul olması barədə məlumat əldə edib sonuncunu aldatma yolu ilə görüşə, oradan isə özünün kirayədə yaşadığı, yaxınlıqda yerləşən Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF Park» yaşayış kompleksi, 23-cü küçə, 1-ci bina 26 nömrəli mənzilə dəvət etdikdən sonra, özlərinin daim narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi üçün tələb olunan, eləcə də digər xərclər ini qarşılamaq üçün Zərərçəkmiş şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətlə sərbəst şəkildə, onlar tərəfindən heç bir maneə yaradılmadan məşğul olmasına “icazə verilməsi” müqabilində qeyd olunan qanunsuz fəaliyyətdən əldə etdiyi gəlirin bir hissəsini müntəzəm olaraq onlara verilməsini, eyni zamanda onları da müxtəlif narkotik vasitələr və psixotrop maddələrlə təmin etməsi üçün Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan azadlıqdan məhrum edib, sərbəst hərəkət etməsinə mane olmaq və zor tətbiq edib onun iradəsini qırmaqla əmlakınınəğd pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmək barədə qabaqcadan razılığa gəlib cinayət əlaqəsinə girmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs kimi öz hərəkətlərini bir-biri ilə uzlaşdırıb, 23 avqust 2020-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı yaşayış binasının həyətinə gəlmişlər və Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonla Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək, onu həyətə çağırıb aldatma yolu ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri,«AAAF Park» yaşayış kompleksi, 23-cü küçə, 1-ci bina 26 nömrəli mənzilə dəvət etmiş, orada Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsində təsbit olunmuş azadlıq hüququnun yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilinəcəyi və qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəsin sərbəst hərəkət edə bilməsi ilə bağlı hüquqlarını po zaraq, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum, eləcə də qrupun istintaqla müəyyən edilməyən digər üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs mənzili tərk etməsinin qarşısını zorakı üsullarla alıb, onu öz arzusu və iradəsi əleyhinə həmin mənzildə qanunsuz saxlamaqla və sərbəst hərəkət etməsinə mane olmaqla azadlığını 8 saat 20 dəqiqə müddətində, yəni 23 avqust 2020-ci il tarixdə saat 04:00-dan 12:20-dək məhdudlaşdırmaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz olaraq azadlıqdan məhrum etmişlər. Bu müddətdə Təqsirləndirilən şəxs1, Məhkum, Təqsirləndirilən şəxs2 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri ilə razılaşdıqları kimi məqsədlərinə çatmaqdan ötrü zərərçəkmiş Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmi şlər. Belə ki, Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi soyuq silah hesab edilən nunçaki ilə, Məhkum, Təqsirləndirilən şəxs2 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri isə istintaqla müəyyən olunmayan silah qismində istifadə etdikləri əşyalarla Zərərçəkmiş şəxs döyərək ona digər ağır nəticələrə, yəni sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid «sol 8-9-cu qabırğalarda qapalı sınıqları” kimi xəsarətlər yetirib, ondan tələb etdikləri nəğd pul məbləğin verilməsi müqabilində həyat və sağlamlığı üçün yaratdıqları təhlükəni aradan qaldıraraq azad edilməsi üçün Zərərçəkmiş şəxs 3.000 (üç min) manat pulu hədə-qorxu ilə tələb etmiş, tələb edilən məbləği verməyəcəyi halda onun yaxın qohumlarına qarşı da zor göstəriləcəyi ilə onu hədə ləmişlər. Bundan sonra, ona tətbiq edilən zor və hədə-qorxulardan canını qurtarıb azad olmaq üçün Zərərçəkmiş şəxs tələb olunan pulun 1.000 (min) manatını həmin gün, digər hissəsini isə sonrakı vaxtlarda verəcəyi barədə qrupun üzvləri ilə razılığa gəldikdən sonra, həmin gün, yəni 23 avqust 2020-ci il tarixdə saat 08:30 radələrində arvadı X2 istifadəsində olan mobil nömrəyə zəng edərək, gələcəkdə ailə üzvlərinə qarşı qanunsuz hərəkətlər edilməsinin qarşısının alınması üçün ona yalandan hüquqmühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduğunu və buraxılması üçün 1.000 (bir min) manat pul lazım olduğunu deyib, həmin məbləğdə pulu hazırlayıb oğlu Şahid3 vasitəsilə çatdırılmasını xahiş etmiş, arvadı Leyla Xəlilova da 1.000 manat pulu hazırladıqdan sonra saat 09 radələrində Şahid3 həmin məb ləğdə pulu Abşeron rayonu Xırdalan şəhəri, “AAAF Park” yaşayış massivində yerləşən “Qala market”-in yaxınlığında qrupun üzvü Təqsirləndirilən şəxs1 verdikdən sonra Zərərçəkmiş şəxs saat 12:20 radələrində Təqsirləndirilən şəxs1, Məhkum, Təqsirləndirilən şəxs2 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri tərəfindən azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1, həm Zərərçəkmiş şəxs, həm onun ailə üzvləri arvadı Leyla Xəlilovaya və oğlu Şahid3 tələb etdikləri pulun qalan hissəsinin ödənilməsini təmin etmək üçün özündə hədə ifadə edən çoxsaylı zənglər və mesajlar göndərsə də, Zərərçəkmiş şəxs xəstəliyi ilə bağlı 14 sentyabr 2020-ci il tarixdə kəskin mədə-bağırsaq qanaxmasından “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də öldüyündən Təqsirləndirilən şəxs1, Məhkum, Təqsirləndirilən ş əxs2 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri tələb etdikləri pulun qalan hissəsini ala bilməmişlər. Kassasiya şikayətinin və əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və daha ədalətli və humanist qərar qəbul olunması xahiş olunur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə qeyd olunur ki, onun Zərərçəkmiş şəxs qanunsuz olaraq azadlıqdan məhrum edilməsində və ondan hədə-qorxu ilə pul tələb olunmasında hər hansı bir formada iştirakı olmamışdır. Ona görə də, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-in 145.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə ilə olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Hüquqi mə sələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd o lunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə barəsində CM-in 145.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 145.1-ci maddəsində “Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası 145.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsinə əsasən “Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 182.2-ci maddəsinə görə “Eyni əməllər: 182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 182.2.3. zor tətbiq etmə ilə törədildikdə; beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayə tin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsin in “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasın ı həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində və əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdı r. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Verilmiş şikayətdə və əlavədə məhkumun təqsirsizliyi ilə bağlı konkret dəlillər təqdim edilmədiyindən və barəsində humanist qərar qəbul edilməsini xahiş etməsini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, həmin cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 145.3, 182.2.1, 182.2.3, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs1 barəsində Sumqayıt Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən), Ş.Y.Yusifov və R.M.Abdulov) baxılmış və 6 fevral 2024-cü il tarixli 1(102)-514/2024 nömrəli qərarla kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar apelyasiya instansiya məhkəməsinin qərarını müzаkirə е dərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhk əmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələ rinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən məhkəmə məhkumun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəl b olunmasını, gənc olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmələrini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və əla vənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və əlavədə onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət və əlavə təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməs in. Məhkum Azərbaycan Respublikası CM-in 145.3, 182.2.1 və 182.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2525/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2525/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver