Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2528/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Leyli Cəfər qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs4 və Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: İmişli R ayon Məhkəməsinin 6 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ü.O.Qənbərov) Məhkum (xx xxxxxxx 1990-cı il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan1ndə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 194.2.1-ci maddəsi ilə 3 (üç) il müddə tə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin oulnmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 12 aprel 2019-cu il tarixdən 10 iyul 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 28 (iyirmi səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində 4 (dörd) il 9 (doqquz) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında həbsə alınmış, cəzasını ümumi rejiimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 6 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçini n, həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.S.Bəşirov, hakimlər İ.Q.Abdullayev və İ.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi X8 apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 6 may 2021-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi X8 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən CM-in 194.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilərək onun üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 19 aprel 2019-cu il tarixdən 20 aprel 2019-cu il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2 (iki) il 11 ( on bir) ay 28 ( iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Az ərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ş.Y.Yusifov, hakimlər R.M.Abdulov və N.R.Mövsümovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyun 2022-ci il qərarı dəyişdirilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1-ci maddələri ilə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, qərar kassasiya protestinə münasibətdə və Təqsirləndirilən şəxs1 aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb edərək, qabaqcadan əlbir olan bir qrup şəxslə yaşayış sahəsinə və başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, habelə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxslə qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə digər əmlakı əldə edərək onlara sahiblik və onlardan istifadə etmiş, vətəndaşın digər mühüm şəxsi sənədini talamışdır. Belə ki, o, xx xx xx 2018-ci il tarixdə saat 13 radələrində tanışı X10 tərəfindən Zərərçəkmiş şəxs2 məxsus ünvan3ndəki fərdi yaşayış evindən oğurlanmış 385 manat dəyərində bir ədəd qaşsız qızıl qadın üzüyünün, 180 manat dəyərində bir ədəd qızıl qadın üzüyünün, 180 manat dəyərində bir ədəd qızıl qadın üzüyünün, 120 manat dəyərində bir ədəd qızıl qadın üzüyünün, 60 manat dəyərində bir ədəd qızıl uşaq üzüyünün, 154 manat dəyərində bir ədəd qızıl uşaq bilərziyinin, 180 manat dəyərində bir ədəd qızıl uşaq bilərziyinin, hər biri 180 manat dəyərində ol maqla cəmi 360 manat dəyərində iki ədəd qızıl uşaq boyunbağının, 3 manat dəyərində bir ədəd sadə “klonlu” metal “sepin”, 1 manat dəyərində bir ədəd sadə metal bilərziyin və 2 manat dəyərində bir ədəd “burjun” metal sırğanın oğurluq cinayəti yolu ilə əldə edildiyini bilə-bilə, qabaqcadan vəd etmədən digər tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub həmin qızıl-zinət əşyalarını xx xx xx 2018-ci il tarixdə saat 15 radələrində ünvan4ndə X4 götürərək, xx xx xx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan11ndə istintaqa məlum olmayan şəxsə satıb qazanc əldə etməklə, onlara sahiblik və onlardan istifadə etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xx xx 2018-ci il tarixdə saat 02 radələrində xx xx xx 2001-ci il təvəllüdlü, yetkinlik yaşına ça tmayan Şahid8 vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb edərək, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid9 və Şahid8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, tamah niyyəti ilə ünvan12nin ərazisindən keçən ünvan5 avtomobil yolunun kənarında yerləşən “xxx17” kafesinin qarşısında dayanmış Zərərçəkmiş şəxs3 idarə etdiyi “XXX15” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini təkər açan alətlə vurub sındıraraq, həmin avtomobilin salonundakı əl yerində saxlanılan, Zərərçəkmiş şəxs3 məxsus XX XX XX seriyalı xxx nömrəli sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, etibarnamə, həmin dövrə olan məzənnə ilə 1 manat 70 qəpik olmaqla cəmi 8 manat 50 qəpik təşkil edən 5 ABŞ dolları məbləğində pulu və 4700 manat pulu gizli yolla talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs3 4708 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid9 və şəxsiyyəti istintaqa məlum olmayan X15 adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, tamah niyyəti ilə xx xx xx 2019-cu il tarixdə saat 02 radələrində ünvan6ndə yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan bir baş 300 manat dəyərində və hər birinin dəyəri 150 manat olmaqla cəmi 900 manat dəyərində altı baş, cəmi yeddi baş qoyun heyvanını gizli yolla talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 1200 manat məbləğində ziyan vu rmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx xx xx 2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs4 məxsus, ünvan7ndə yerləşən həyət evinin arxa hissəsində olan taxta pəncərəni əl ilə vurub qırmaqla qanunsuz yaşayış sahəsinə daxil olaraq, evin yataq otağında yerləşən dolabın çəkəcəyində saxlanılan Zərərçəkmiş şəxs4 məxsus bir ədəd 800 manat dəyərində brilliant qaşlı 750 əyarlı qızıl qadın üzüyü, bir ədəd 4700 manat dəyərində sırğa, üzük, boyunbağı, bilərzikdən ibarət brilliant qaşlı 750 əyarlı qızıl komplekti, bir ədəd 1000 manat dəyərində qaşsız 585 əyarlı qızıl qadın üzüyü, bir cüt 360 manat dəyərində 585 əy arlı qızıl sırğa, bir ədəd 760 manat dəyərində 585 əyyarlı qızıl “klonlu” qızıl boyunbağı, bir ədəd 1000 manat dəyərində 585 əyarlı qədimi tam qızıldan olan qadın qol saatı, bir ədəd 800 manat dəyərində 585 əyyarlı qədimi qızıl onluğu, bir ədəd 500 manat dəyərində sadə qaşlı 585 əyyarlı qızıl kişi üzüyü, bir ədəd 300 manat dəyərində sadə böyük qaşlı 585 əyarlı qızıl qadın üzüyü, hər birinin dəyəri 200 manat olmaqla cəmi 2000 manat dəyərində 10 ədəd sadə qaşlı 585 əyyarlı qızıl qadın üzükləri, bir ədəd 30 manat dəyərində gümüş boyunbağını və 130 manat dəmir pulları gizli yolla talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 12380 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid9, X9 və Tə qsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx xx xx 2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs8na məxsus ünvan9ndə yerləşən fərdi yaşayış evinin həyətinə girib, həyətdə olan saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan 1 ədəd 300 manat dəyərində 1 baş xırdabuynuzlu heyvanı, hər birinin dəyəri 200 manat olmaqla cəmi 800 manat dəyərində 4 baş xırdabuynuzlu heyvanı gizli yolla talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 1100 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyə ti ilə xx xx xx 2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs5 məxsus ünvan10ndə yerləşən fərdi yaşayış evinin həyətinə girib, həyətdə olan saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan 130 manat dəyərində bir baş xırdabuynuzlu qoyun heyvanını, hər birinin dəyəri 140 manat olmaqla cəmi 420 manat dəyərində 3 baş xırdabuynuzlu qoyun heyvanını gizli yolla talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 550 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, X9 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xx xx 2019-cu il tarixdə gecə saatlarında X1 məxsus İmişli rayonu, Soltanmuradlı kəndində yerləşən fə rdi yaşayış evinin həyətinə girib, həyətdə olan saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədən 900 manat dəyərində 1 baş inəyi gizli yolla talayıb, zərər çəkmiş Nəzakət Süleymanovaya ümumilikdə 900 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin ziddinə olaraq onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən əvvəllər məhkum olunmaması, əməllərindən səmimi peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması, birinci qrup şəkər xəstəsi olması və vərəm xəstəliyindən əzab çəkməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, ailəsində yeganə qazanc gətirən şəx s olması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti ü zrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngüll əşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araş dırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə c inayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də Cinayət Məcəlləsinin 58.3-cü maddə sində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol veril məmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmış, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1 və 326.2-ci maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 1 77.2.3, 177.2.4, 194.2.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş az ağır və böyük ictimai təhlükə törətməyən (CM- in 326.2-ci maddəsi) cinayətlərin tərkiblərinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında qanuni və əsaslı nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın (CM-in 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrilə) və orta həddində (CM-in 194.2.1 və 326.2-ci maddələrilə) cəza təyin etməklə, cinayətlərin məcmusu üzrə cəza təyin edərkən də CM-in 66.2-ci maddəsində nəzərdə tutulmuş cəzaların toplanılması üsullarından daha güzəştlisini – qismən toplama üsulunu seçib qəti cəza müddətin i 5 il olaraq müəyyən etməklə iş üzrə cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Məhkum müdafiəçisinin apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan, o cümlədən cəzanın mübahisələndirilməsinə həsr olunmuş dəlilləri araşdıran Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da Məhkum cəzasının yüngülləşdirilməsi üçün əsas tapm amışdır. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınmış halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür. Kassasiya şikayətində gətirilən yeni, yəni birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallara gəldikdə, məhkəmə kollegiyası onu qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1 və 419.11ci maddələri kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırıb kassasiya instansiyası məhkəməsinə bir inci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən etmək və ya onları sübuta yetirilmiş hesab etmək səlahiyyəti vermədiyindən, məhkəmə kollegiyası kassasiya şikayətində istinad olunan həmin halların mövcudluğundan çıxış edə bilməz. Bu səbəblərdən, məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində, o cümlədən şikayətlə ehtiva olunan 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilə n qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, eləcə də kassasiya şikayətinin təmin edilməməsinə dair zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun və Təqsirləndirilən şəxs1 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2022-ci tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının Məhkum və Təqsirləndirilən şəxs1 barəsində olan 2 iyun 2022-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2528/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2528/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver