Məhkəmə qərarları › İş №1(102)-253/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-253/2019

16.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-253/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, məhkum Təqsirləndirilən şəxs və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şəki A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim V.İ.Məlikov) 26 aprel 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1966-cı il tarixdə Yevlax rayonu Ərəş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Ərəş kəndində yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi təqsirli bilinib hər ay qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirlə ndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 20 oktyabr 2017-ci il tarixdə saat 10:30 radələrində Yevlax rayonu Xaldan kəndinin çıxacağında yerləşən dayanacaqda xuliqanlıq niyyəti ilə, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək dayanacaqda digər şəxslərlə dayanmış X8 “nə hədlə mənim mərhum oğlumun ünvanına nalayiq söyüş söydün?” bəhanəsi ilə nalayiq söyüşlərlə söyüb təhqir edərək əli ilə qəsdən onun sifət nahiyyəsindən vuraraq ona “sağ gözətrafı nahiyənin dərialtı hematoması, sağ gözün ağlı qişasına yayılmış qansızması” ilə müşayiət edilən, sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, bu səbəbdən hadisə yerinə çoxlu sayda insanların söyüş-dalaşma səslərini eşidib top laşmasına, onların həyəcanlanmasına, ümumilikdə ictimai qaydanın yarım saatadək müddətdə pozlumasına səbəb olan qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər M.Müdafiəçi2 (sədrlik edən və məruzəçi), R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkibdə) 21 sentyabr 2018-ci il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 birgə verdikləri kassasiya şikayətində xahiş edirlər ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilsin və cinay ət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 onunla əsaslandırırlar ki, birinci və apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi istintaqı aparmamış və Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə riayət etmədən onun Konstitusion hüquqlarını pozmaqla ədalətsiz hökm çıxarmışdır. Belə ki, ona qarşı cinayət törədildiyi halda və əsl səbəbkarın zərərçəkmiş şəxs olduğu təqdirdə onu istintaq orqanı və məhkəmə qanunsuz günahkar bilməklə cəzalandırmışdır. Onun əməlində hər hansı bir cinayətin tərkibi yoxdur. Apellyasiya instansiya məhkəməsi ibtidai istintaq zam anı şahidlərin verdikləri izahatlara qiymət verməmişdir. Qeyd olunan izahatlar bir daha sübut edir ki, istintaq orqanı cinayət işini isti izlərlə açdıqda Təqsirləndirilən şəxs hər hansı bir günahı olmadığını sübuta yetirmişdir. Sonradan istintaq orqanı və eləcə də məhkəmə bu sübut növü olan şahid izahatlarını birdən-birə ciddi şəkildə dəyişdirilməsinin səbəblərini öyrənmədən, buna hüquqi qiymət vermədən qərəzli surətdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmiş, son anda onun hüquqları kobudcasına pozulmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar dəyişdirilmədən saxlanılmaldır. Hüquqi məsəl ələr: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük ver mələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin b aşlıca dəlili Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə təqsirinin sübuta yetirilməməsi səbəbindən və günahsız olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etməsə də, onun qeyd edilmiş cinayət əm əlini törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərdən X6, X2, X7, X4 və X5 ifadələri ilə, məhkəmə tibbi ekspertizasının rəyi ilə və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan əlavə, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməllərini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri məhkum Təqsirləndirilən şəxs oğlunun əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyas ı məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar