Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-253/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hafiz Beykəs oğlu İmranovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Yaşar Həşimov) 1(043)-22/2018 nömrəli xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1991-ci il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Göygöl şəhəri, H.Z.Tağıyev küçəsi, ev 39-da yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin nəzərə alınmaqla ona təyin edilmiş 1 (bir) il 07 (yeddi) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilmişdir. Hökmlə həmçinin X6 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, tanışı X1 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,443 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri V.Xuluflu küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən körpünün yaxınlığında 50 manat pula alaraq əldə edib üstündə saxlamış və həmin gün, yəni xx.xx.2017-ci il tarixdə axşam saat 23 radələrində Gəncə şəhəri N.Nərimanov prospekti ilə üzü Gülüstan qəsəbəsi istiqamətində idarə etdiyi «VAZ-2107» markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman Gəncə Hərbi Polisi n inzibati binasının yaxınlığında Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman orada üzərində hər hansı bir dövriyyəsi qadağan olan əşyanın olub-olmamasını, əgər vardırsa təqdim etməyini bildirən zaman o, əynində olan qara rəngli parça gödəkcənin sağ yan cibindən bir ədəd kağıza bükülmüş yaşıl rəngdə, kəskin iyli, xırda toxum və yarpaqları olan 6,443 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Çingiz Məmmədov (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü də yişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, məhkəmələr işin faktiki halları ilə irəli sürülən ittiham arasında kəskin ziddiyyət olmasına baxmayaraq, qeyd edilən qanunsuzluqlara heç bir hüquqi qiymət verməmiş, nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə ittiham hökmü çıxarmışdır. Məhkəmələr təqsirləndirilən şəxsə CM-in 234.1 -ci maddəsi ilə ittiham hökmü çıxardarkən bir sıra məsələləri nəzərdən qaçırmışlar. Belə ki, təqsirləndirilən şəxsin üzərindən tapılması ehtimal edilən narkotik vasitənin çəkisi ilə bağlı məsələ məhkəmələrin diqqətindən qaçmışdır. Həmçinin təqsirləndirilən şəxsin yanında olan şəxslər təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edildiyini görmədiklərini bildirmişlər. Həmin vaxt polis əməkdaşları tərəfindən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi isə qanunsuz olmuşdur. Belə ki, X3 haqqında qanunun 10-cu maddəsinin 4cü bəndində şəxsin üzərində şəxsi axtarış aparılması ilə bağlı hər hansı bir müddəa yoxdur. Yəni həmin hal qanunda nəzərdə tutulmamışdır. Belə olan halda qanunda nəzərdə tutulmamış hərəkətin edilməsi özlüyündə şəxsin hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Mə hkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydas ında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini müvafiq olaraq hökm və qərarda göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki h allarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum barəsində cinayət təqibinə xitam verilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 39.1-ci maddəsində qeyd olunun hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. İşdən görünür ki, Məhkum Azərbaycan Res publikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, onun ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş və iş materiallarında olan özünün ifadəsi ilə yanaşı, hal şahidlərinin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və iş üzrə toplanmış digər sənədlərlə təsdiq olunur. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 101 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuşüzərində «Göygöl rayon sakini Məhkum üzərindən aşkar olunmuş…..» sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız bükümdətəmiz çəkisi-6,443 qram bitki mənşəli kütlə, tərkibindənarkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsull a hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata sərf olundu-0,05 qram, qalıq-6,393 qramdır. xx xxxx 2017-ci il tarixli 203/2017 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Məhkum sidiyində narkotik vasitə (marixuana) aşkar olunmuşdur. Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlar arası Narkoloji Dispanserinin xx xxx 2017-ci il tarixli 300 nömrəli rəyindən görünür ki, Məhkum narkotik vasitə olan çətənə bitkisi preparatlarından epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsində məhkumun bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası CPM -in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli Məhkum barəsində qərarın dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-253/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-253/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver