Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-253/2022 10.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, məhkum Bəşarati Şordərəq Sadiq Salar oğlunun müdafiəçisi Hacıyeva Pərvanə Vaqif qızının, məhku m Həmzəzadə Sabir Vəli oğlunun müdafiəçisi Kərimov Çingiz İbinyamin oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2021-ci il tarixli, 1(106)-481/2021 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 27 avqust 1991-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan.
2. Məhkum Basharatı Shordaragh Sadegh Salar (bundan sonra – Bəşarati Şordərəq Sadiq Salar oğlu) 23 noyabr 1992-ci il tarixdə İran İslam Respublikasının (bundan sonra – İİR) Parsabad şəhəri, Qaraqışlaq kəndində anadan olmuş, İİR vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, İİR-in Parsabad şəhəri, Qaraqışlaq kəndində yaşamışdır.
3. Məhkum Hamzehzadeh Saber Valı (bundan sonra – Həmzəzadə Sabir Vəli oğlu) 01 iyul 1989-cu il tarixdə İİR Parsabad şəhəri, Qaraqışlaq kəndində anadan olmuş, İİR vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, İİR-in Parsabad şəhəri, Qaraqışlaq kəndində yaşamışdır. 4. 28 sentyabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.4, 234.4.1, 234.4.3, 240.3.1, 240.3.2, 34.3, 318.2, 34.2, 310, 34.2, 315-ci maddələri ilə, Həmzəzadə Sabir Vəli oğluna və Bəşarati Şordərəq Sadiq Salar oğluna 206.4, 234.4.1, 234.4.3, 240.3.1, 240.3.2, 34.3, 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 5. 30 oktyabr 2020-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1, Həmzəzadə Sabir Vəli oğlu və Bəşarati Şordərəq Sadiq Salar oğlu cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
6. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Həmzəzadə Sabir Vəli oğlu və Bəşarati Şordərəq Sadiq Salar oğlu 15 aprel 2020-ci il tarixdə cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməyən İİR ərazisində olan üzv(lər)ind ən əldə etdikləri 1555,0 qram narkotik vasitə – heroini, 315.0 qram narkotik vasitə – tiryəki, 1780 qram narkotik vasitə – qurudulmuş marixuananı, 990 qram narkotik vasitə – həşiş qətranını, 340.0 qram psixotrop maddə – metamfetamini və təsir maddəsinin ümumi miqdarı 39 qram təşkil edən narkotik və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan 195 ədəd tramadol həbini üzərilərində saxlayıb daşımaqla Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib qaçaqmalçılıqla Azərbaycan Respublikasına gətirmişlər və həmin gün saat 23 radələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Məhkum1 digər şəxslə birlikdə 16 aprel 2020-ci il tarixdə, saat 03 radələrində həmin maddələri götürməyə gələrkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikl əri əməliyyat tədbiri ilə qarşılaşdığından maddələri əldə edə bilməmişdir.
7. İşin müəyyən etdiyi faktiki hallarına əsaslanan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin qaçaqmalçılıq, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, güclü təsir edən maddənin satış məqsədilə qanunsuz dövriyyəsi və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tövsifində ibtidai istintaq orqanının səhvə yol verdiyini hesab edərək, sözügedən əməllərin mütəşəkkil dəstə tərəfindən törədilməsi əlaməti üzrə tövsifini düzgün saymamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 34.2 və 34.3-cü maddələrini təhlil edib hesab etmişdir ki, mütəşəkkil dəstə qabaqcadan əlbir olan bir qrupdan daha ictimai təhlükəlili olmas ı ilə yanaşı, əsasən “sabitlik” əlamətinə görə fərqlənir. Sabitlik əlamətini iştirakçılığın mütəşəkkil dəstə forması ilə yanaşı həmçinin cinayətkar birlik formasına aid etmişdir. «Sabit» sözü leksik baxımından daimilik, dəyişməzlik mənalarını ifadə edir. “Mütəşəkkil” sözü isə leksik baxımdan ciddi nizam və intizama tabe olmaqla təşkil olunmağı ehtiva edir. Hüquqi baxımdan sabitlik və mütəşəkkillik ifadələri müəyyən mənada bir-birini təkrarlayır, eyni hadisəni ehtiva edir, sadəcə terminoloji rəsmiləşdirmələri fərqlidir. Məhkəmənin bu qənaəti həmçinin onunla formalaşmışıdr ki, Azərbaycan Respublikası CM-nin 34.3cü maddəsinin dispozisiyasında «sabit» sözü “mütəşəkkil dəstə” deyil, “cinayətkar qrup” söz birləşməsinin qarşısında işlədilmişdir. Həmin maddədə “sabit cinayətkar qrup” söz birləşməs i ilə “mütəşəkkil dəstə” söz birləşməsi faktiki olaraq eyni mənanı ehtiva etmişdir. Mütəşəkkil dəstənin sabitlik əlaməti iştirakçılığın həmin formasının təsadüfən yaranmadığını, onun möhkəmliyini, ixtisaslaşdırılmış qrup halında uzun müddətli və dayanıqlı olmasını və s. şərtləndirir. Qeyd olunanlarla yanaşı sabitlik əlaməti baxımından həmçinin mütəşəkkil dəstə törədilməsi qət edilən cinayətin planlaşdırılması, iştirakçılar arasında vəzifə bölgüsünün aparılması, cinayəti etmək üçün seçiləcək üsulun, habelə cinayətin reallaşdırılması üzrə ediləcək hərəkətlərin dairəsinin müəyyən edilməsi ilə xarakterizə olunur. Qabaqcadan əlbirlik əsasında fəaliyyət göstərən dəstədən fərqli olaraq mütəşəkkil dəstədə cinayətin iştirakçıları arasında “bağlılıq” və “etibar” möhkəm olur, cinayətin törədilməsi adədən əvvəlcədən planlaşdırılır, mütəşəkkillik yüksək olur. Daha sonra birinci instansiya məhkəməsi Azərbaycan “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 1999-cu il tarixli qərarında qeyd edilmiş mütəşəkkil dəstəyə aid göstərilən xüsusiyyətlərə, onun sabitliyi, yəni daimiliyi və dəyişməzliyini şərtləndirən kriteriyaların vacibliyinə istinad etmişdir. Çünki həmin xüsusiyyətlər təsadüfü deyil, yalnız struktur şəklində təşkil edilmiş və uzun müddət fəaliyyət göstərən dəstədə mövcud ola bilər. İştirakçılıqla törədilən hər hansı əmələ münasibətdə iştirakçıların dairəsi müəyyən edilmədən və qərarda göstərilən həmin hallar araşdırılmadan hər hansı şəxsin əməlinin m ütəşəkkil dəstə əlaməti üzrə tövsifi cinayət qanunverciliyinin norma və psinsiplərinin pozulması ilə nəticələnə bilər. Qeyd olunan hüquqi mövqe baxımından cinayət işinə münasibət bildirən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istintaq orqanı Məhkum1, Həmzəzadə Sabir Vəli oğlu və Bəşarati Şordərəq Sadiq Salar oğlunun mütəşəkkil dəstə əlaməti üzrə tövsifi ilə bağlı gəldiyi nəticəni müstəsna olaraq yalnız həmin üç şəxsin ibtidai araşdırmada verdikləri ifadə ilə əsaslandırmış və onlara qarşı irəli sürülmüş ittihamın strukturunu məhz həmin ifadələr əsasında qurmuşdur. Halbuki həmin ifadələrin qarşılıqlı təhlili ilə müəyyən edilir ki, onların hər üçü tam təsadüfən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar qrupa cəlb edilmişdir. Belə ki, keçmiş polis əməkdaşı kimi Məh kum1 1000 pul müqabilində Məzahir Qurbanovu karantin postlarından keçirməklə idarə etdiyi avtomobillə onu narkotik vasitə alması üçün Qəbələ rayonundan Biləsuvar rayonuna aparmış, Sabir Həmzəzadə isə qoyun otaran zaman Salam adlı tanışının pul müqabilində Azərbaycan Respublikasına narkotik vasitə aparması ilə bağlı təklifini qəbul edib, kömək üçün Sadiq Bəşarati Şordərəqi həmin işə cəlb etmişdir. Birinci instansiya məhkəməsinin fikrincə Həmzəzadə Sabir Vəli oğlu və Bəşarati Şordərəq Sadiq Salar oğlunun 15 aprel 2020-ci ildə cinayətkar qrupun İİR-də olan üzvləri ilə görüşüb onların təklifini qəbul etdikdən sonra elə həmin tarixə də, narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri Azərbaycan Respublikasına gətirmələri, habelə 13 aprel 2020-ci il tarixədək polis əməkdaşı olmuş Mə hkum1 15 aprel 2020-ci il tarixdə tanışı Məzahir Qurbanovun təklifi ilə qeyd olunan maddələri gətirmək üçün Biləsuvar rayonuna getməsi zaman baxımından onların tam təsadüfən ötəri bir cinayətkar qrupda birləşmələrinə dəlalət edir. Bu hal onların mütəşəkkil dəstə yaratmasını şərtləndirən hal kimi çıxış edə bilməz. Bununla yanaşı iş təqib başlanan vaxtadək Sabir Həmzəzadə və Sadiq Bəşarati Şordərəq Məhkum1, eləcə də, sonuncu qrupun İİR ərazisində olan və şəxsiyyəti müəyyən edilməmiş “Hafiz”, “Behzad”, “Salam” adlı üzvlərini tanımamış, nə həmin üç şəxs, nə də ki, şəxsiyyəti müəyyən edilməmiş şəxslər arasında telefon və s. əlaqə aşkarlanmamışdır. İİR ərazisində olan və şəxsiyyəti müəyyən edilməmiş “Hafiz”, “Behzad”, “Salam” adlarını məhz Sabir Həmzəzadə istintaq orqanına bildirsə də, istintaq orqanı reallıqda həmin şəxslərin mövcudluğunu araşdırmadan, real mövcud olduqları halda, həmin şəxslərin aşkar olunmuş narkotik vasitələrə, psixotrop və güclü təsir edən maddələrə aidiyyətini müəyyən etmədən, təqsirləndirilən şəxsləri şəxsiyyəti müəyyən olunmayan şəxslərlə birlikdə mütəşəkkil dəstə yaratmaqda ittiham etmişdir. Həmçinin, istintaq orqanı təqsirləndirilən şəxslərin əməlini mütəşəkkil dəstə əlaməti üzrə tövsif etsə də, dəstənin nə vaxt, harada və hansı şəraitdə yaranmasını, təsadüfü yaradılmadığını və müəyyən müddət ərzində qrup və ya dəstə kimi mövcud olmasını, dəstədə təşkilatçı və ya başçının kim olmasını, ciddi intizamın nədən ibarət olmasını, cinayət niyyətlərinin ümumiliyinin nə olmasını, cinayətin törədilmə planının olmasını təsdiq edəcək sübutları əldə etməmiş, məhkə mə icraatı dövründə də ittiham tərəfi bu məzmunlu sübut(lar) siyahısını məhkəməyə verə bilməmişdir. Yuxarıda qeyd olunan hüquqi mövqe baxımından cinayətin əsas təşkilatçılarının dairəsi dəqiqləşdirilmədən, hətta həmin şəxs(lər)in şəxsiyyətləri belə müəyyən edilmədən Məhkum1, Həmzəzadə Sabir Vəli oğlu və Bəşarati Şordərəq Sadiq Salar oğlunun mütəşəkkil dəstə əlaməti üzrə ittiham irəli sürülməsi tamamilə əsassız və absurd olmuşdur. Bir sözlə istintaq orqanının məhkəməyə təqdim etdiyi 5 cildlik cinayət işinin materiallarına mütəşəkkil dəstə ilə bağlı həmin nəticəni (onların bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, Məzahir Qurbanovun Qəbələ şəhərində kirayə yaşadığı evi “qərargah” kimi istifadə etmələri, təlimatlar keçmələri, birbaşa Kürdəmir rayonuna getməmə ləri, Kürdəmir rayonunda mövqe tutmaları və s.) təsdiq edən bir dənə olsun belə sübut əlavə edilməmişdir. Nəticədə istintaq orqanı “mütəşəkkil dəstə” ilə bağlı irəli sürdüyü ittihamı Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurmuşdur. Nəticədə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti ilə uzlaşdığından, onların qeyd olunan əməlləri həmin əlamət üzrə tövsif olunması və buna görə də, təqsirləndirilən şəxslərə elan olunmuş ittihamdan “mütəşəkkil dəstə” əlamətinin xaric edilməsi qənaətinə gəlmişdir. Buna görə, Həmzəzadə Sabir Vəli oğlu və Bəşarati Şor dərəq Sadiq Salar oğlunun “mütəşəkkil dəstə” əlaməti üzrə olan əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2, 318.2-ci maddələrindən ictimai təhlükəlilik baxımından “mütəşəkkil dəstə”yə münasibətdə nisbətən az təhlükəli olan “qabaqcadan əlbir olan bir qrup şəxs” əlamətini özündə ehtiva edən həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələrinə tövsif edilmiş, Azərbaycan Respublikası CM-nin 240.3.1-ci maddəsi hər iki şəxsin ittihamından xaric edilmişdir. Təqsirləndirilən şəxs Məhkum1 qaçaqmalçılıq və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozma cinayətləri ilə bağlı irəli sürülmüş ittihama münasibət bildirən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla narkotik, psixotrop və güc lü təsir edən maddələrin Biləsuvar rayonunun ərazisindən götürülməsi anınadək Məhkum1 həmin predmetlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi və onun həmin maddələrin İİR-dən gəlməsindən məlumatlı olması müəyyən edilməmiş, buna dair ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut əldə edilməmişdir. Məhkum1 cinayət təqib başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olan anadək verdiyi bütün ifadələrində digər şəxsin təklifi ilə 1000 manat pul qarşılığında narkotik vasitə götürmək üçün Biləsuvar rayonuna getdiyini demiş, habelə sonuncu həmin ifadələrindən narkotik vasitənin haradan və kim tərəfind ən gətirilməsi, habelə kimdən götürülməsi ilə bağlı məlumat verməmişdir. Məhkum1 digər təqsirləndirilən şəxslər tərəfindən törədilmiş narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra digər şəxsin təklifi ilə müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddənin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuşdur. Habelə Məhkum1 Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməmişdir. Qeyd olunan hüquqi mövqeyi, işin faktiki hallarını, habelə təqsirləndirilən şəxslərə elan olunmuş ittihamdan “mütəşəkkil dəstə” əlamətinin xaric edilməsini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası CM-nin 206.4, 240.3.1 və 34.3, 318.2-ci maddəsini Məhkum1 elan olunmuş ittihamdan xaric etmiş, ona Azərbaycan Respublikası CM- nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittihamdan “mütəşəkkil dəstə” əlamətinin xaric edilməsini nəzərə alaraq, onun “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti üzrə həmin maddələrlə əməli bitməmiş cinayət kimi tövsif etmişdir. Bununla yanaşı, iş üzrə müəyyən edilmiş faktik halları, yəni Məhkum1 digər şəxsin tapşırığı ilə Həmzəzadə Sabir Vəli oğlu və Bəşarati Şordərəq Sadiq Salar oğlu tərəfindən Azərbaycan Respublikasına gətirilmiş narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələri götürmək üçün Biləsuvar rayonuna getməsini, idarə etdiyi avtomobildə Biləsuvar rayonu gəlib orada şərtləndirilmiş yerdən narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri götürmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının əməliyyat tədbiri ilə qarşılaşdığında n hadisə yerindən qaçmasını və bu səbəbdən həmin maddə və vasitələri götürə, onlara yiyələnə bilməməsini nəzərə alıb hesab etmişdir ki, Məhkum1 iradəsindən asılı olmayan səbəb üzündən cinayəti başa çatdıra bilməmiş, yəni o, qəsdən bilavasitə cinayət törətməyə yönələn hərəkətləri ilə külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində satış məqsədi ilə əldə etmə cinayətini törətməyə cəhd etmişdir. Buna görə Məhkum1 şərh edilən əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 29, 234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələrinə tövsif edilmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxs Məhkum1 vəzifəli şəxsin səlahiyyətlərini mənim səmə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə ilə bağlı əməllərinin istintaq orqanı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs əlaməti üzrə, yəni Azərbaycan Respublikası CM-nin 34.2, 310 və 34.2, 315-ci maddələri ilə tövsifinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası CM-nin 310 və 315-ci maddələrinin dispozisiyasında qabaqcadan əlbir olan bir qrup şəxs əlaməti üzrə tövsif nəzərdə tutulmamışdır. Qanunverici bu halda Azərbaycan Respublikası CMnin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsini cəzanı ağırlaşdıran hal kimi müəyyən etmişdir. Buna görə də, məhkəmə Məhkum1 münasibətdə Azərbaycan Respublikası CM-nin 310 və 315-ci maddələrinin qarşısında əks ol unmuş “34.2” qeydini xaric etmişdir.
8. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-71/2021 nömrəli, 02 mart 2021-ci il tarixli hökmü ilə Məhkum1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.4, 240.3.1 və 34.3, 318.2-ci maddələri xaric edilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 29, 234.4.1, 29, 234.4.3, 29, 240.3.2, 310, 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 29, 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-nin 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan R espublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 17 aprel 2020-ci il tarixdən hesablanmışdır.
9. Həmin hökmlə Həmzəzadə Sabir Vəli oğluna elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 240.3.1-ci maddəsi xaric edilmiş, Həmzəzadə Sabir Vəli oğlu Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2, 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 240.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Həmzəzadə Sabir Vəli oğluna cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2020-ci il tarixdən hesablanmışdır. 10.Hökmlə həmçinin Məhkum2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 240.3.1-ci maddəsi xaric edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2, 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddə tə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 240.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2020-ci il tarixdən hesablanmışdır.
11. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-71/2021 nömrəli, 02 mart 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı Səfərov Tale Balabey oğlu tərəfindən apellyasiya protesti və təqsirləndiril ən şəxs Məhkum1 müdafiəçisi Qəmbərov Əli Elçin oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.
12. Dövlət ittihamçısı Səfərov Tale Balabey oğlu apellyasiya protestində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-71/2021 nömrəli, 02 mart 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.3, 240.3.1, 240.3.2, 34.3,318.2, 34.2, 310, 34.2, 315-ci maddələri ilə, Hamzehzadeh Saber Valının və Basharatı Shordaragh Sadegh Saların Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.3, 240.3.1, 240.3.2 və 34.3, 318.2-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Protestin əsasını cinayət maddi və prosessual qanunvericiliyinə, eləcə də Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarına çoxsaylı istinadlar, təqsirləndirilən şəxslərə verilən ittihamda qeyd edilmiş cinayət işinin halları və protest müəllifinin həmin hallara verdiyi qısa təhlili təşkil etmişdir.
13. Təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Qəmbərov Əli Elçin oğlu apellyasiya şikayətində Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 29,234.4.1, 29, 234.4.3 və 29, 240.3.2-ci maddələri ilə bəraət verilməsini, həmin maddələrə münasibətdə Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinə tövsif olunmasını, ona həmin maddə ilə cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 307.1,310 və 315-ci maddələri ilə yüngül cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunl a əsaslandırmışdır ki, Məhkum1 narkotik vasitədən məlumatı olmamış, əməl törədilən vaxt karantin tətbiq olunduğundan, keçmiş polis əməkdaşı kimi karantin postlarından sərbəst keçmək üçün keçmiş polis əməkdaşı kimi tanışı Məzahirə köməklik etmiş, Məzahirin narkotik vasitə dalınca getməsindən məlumatı olmamışdır.
14. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2021ci tarixli, 1(106)-481/2021 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-71/2021 nömrəli, 02 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2021ci il tarixli, 1(106)-481/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. I I. Kassasiya protestinin dəlilləri
16. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, kassasiya protestinin müəllifi onları təkrarlamaqla kassasiya protestində qeyd etmişdir ki, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilmədiyindən, Məhkum1, Bəşarati Şordərəq Sadiq Salar oğlunun və Həmzəzadə Sabir Vəli oğlunun əməllərinin tövsifində səhvə yol verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirə rək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2021-ci il tarixli, 1(106)-481/2021 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
17. Məhkum edilmiş şəxs Məhkum1 dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə etiraz verərək kassasiya protestinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
18. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum1, Bəşarati Şordərəq Sadiq Salar oğlunun və Həmzəzadə Sabir Vəli oğlunun əməllərinin tövsifində səhvə yol verildiyini id dia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2, 416.1.3, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
19. Dövlət ittihamçısı protestində məhkəmələrin iş üzrə toplanmış obyektiv və mötəbər sübutlarla deyil, yalnız öz subyektiv mülahizələrinə və ehtimallarına istinad edib təqsirləndirilən şəxsləri cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoyması haqda iddia qaldırsa da, qərarını əsaslandırarkən birinci instansiya məhkəməsinin irəli sürdüyü mühüm arqumentləri nəzərdən qaçırmışdır. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmündə qeyd edilir ki, “İİR ərazisində olan və şəxsiyyəti müəyyən edilməmiş “Hafiz”, “Behzad”, “Salam” adlarını məhz Sabir Həmzəzadə istintaq orqanına bildirsə də, istintaq orqanı reallıqda həmin şəxslərin mövcudluğunu araşdırmadan, real mövcud olduqları halda, həmin şəxslərin aşkar olunmuş narkotik vasitələrə, psixotrop və güclü təsir edən maddələrə aidiyyətini müəyyən etmədən, təqsirləndirilən şəxsləri şəxsiyyəti müəyyən olunmayan şəxslərlə birlikdə mütəşəkkil dəstə yaratmaqda ittiham etmişdir. Həmçinin, istintaq orqanı təqsirləndirilən şəxslərin əməlini mütəşəkkil dəstə əlaməti üzrə tövsif etsə də, dəstənin nə vaxt, harada və hansı şəraitdə yaranmasını, təsadüfü yaradılmadığını və müəyyən müddət ərzində qrup və ya dəstə kimi mövcud olmasını, dəstədə təşkilatçı və y a başçının kim olmasını, ciddi intizamın nədən ibarət olmasını, cinayət niyyətlərinin ümumiliyinin nə olmasını, cinayətin törədilmə planının olmasını təsdiq edəcək sübutları əldə etməmiş, məhkəmə icraatı dövründə də ittiham tərəfi bu məzmunlu sübut(lar) siyahısını məhkəməyə verə bilməmişdir. Yuxarıda qeyd olunan hüquqi mövqe baxımından cinayətin əsas təşkilatçılarının dairəsi dəqiqləşdirilmədən, hətta həmin şəxs(lər)in şəxsiyyətləri belə müəyyən edilmədən Məhkum1, Həmzəzadə Sabir Vəli oğlu və Bəşarati Şordərəq Sadiq Salar oğlunun mütəşəkkil dəstə əlaməti üzrə ittiham irəli sürülməsi tamamilə əsassız və absurd olmuşdur. Bir sözlə istintaq orqanının məhkəməyə təqdim etdiyi 5 cildlik cinayət işinin materiallarına mütəşəkkil dəstə ilə bağlı həmin nəticəni (onların bir neçə dəfə narkotik vasitə lərin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, Məzahir Qurbanovun Qəbələ şəhərində kirayə yaşadığı evi “qərargah” kimi istifadə etmələri, təlimatlar keçmələri, birbaşa Kürdəmir rayonuna getməmələri, Kürdəmir rayonunda mövqe tutmaları və s.) təsdiq edən bir dənə olsun belə sübut əlavə edilməmişdir. Nəticədə istintaq orqanı “mütəşəkkil dəstə” ilə bağlı irəli sürdüyü ittihamı Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurmuşdur.”
20. Bununla belə, birinci instansiya məhkəməsinin hökmündə qaldırılan məsələlər istər geniş həcmli, əksərən cinayət maddi və prosessual qanunvericiliyinin normalarına, eləcə də Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmələrinin Plenum q ərarlarına çoxsaylı istinadlar, təqsirləndirilən şəxslərə verilən ittihamda qeyd edilmiş cinayət işinin hallarından və müəllifinin həmin hallara verdiyi qısa təhlilindən ibarət apellyasiya protestində, istərsə də eyni məzmunlu kassasiya protestində cavabını tapmamış, bu məsələlərlə bağlı hər hansı əsaslı münasibət bildirilməmiş, məhkəmənin ətraflı təfsir edilmiş mövqeyini təkzib edən heç bir sübut və ya tutarlı dəlil nə apellyasiya, nə də ki kassasiya instansiyası məhkəmələrinə təqdim edilməmişdir.
21. Halbuki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülə n dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
22. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi mə sələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (bax, məsələn, Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).
24. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, protestdə mübahisələndirilən məsələlər aşağı instansiya məhkəmələrinin qərarlarında cavablandırılmış və məhkəmələrin mövqeyi geniş əsaslandırılmışdır. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq prosessual normaların düzgü n təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2021-ci il tarixli, 1(106)-481/2021 nömrə li dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1, Bəşarati Şordərəq Sadiq Salar oğlunun və Həmzəzadə Sabir Vəli oğlunun barələrində olan 08 sentyabr 2021-ci il tarixli, 1(106)-481/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.