Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-253/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarından Məhkum, müdafiəçisi Müdafiəçi3 və z ərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1989-cu il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, 28 aprel küçəsi, fərdi evdə qeydiyyatda olmaqla yaşamışdır. 2. 24 dekabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 10 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində idarə etdiyi “Mercedes E-Class” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şə həri, 18-ci mikrorayon ərazisində “Elmar” marketin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olarkən “Renault Megane” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onun avtomobilinin yanında saxlayaraq yaxınlıqda olan şirniyyat mağazasının qarşısında dayanan tanımadığı biri 18 yaşlarında, digəri 50 yaşlarında olan qadınlara söz atmış, həmin qadınların Zərərçəkmiş şəxs bu hərəkətinə pis olduğunu görüb sonuncuya onlara sataşmamasını və oradan getməsini desə də, Zərərçəkmiş şəxs onu dava-dalaşa sürükləyici söhbətlər edərək bir neçə dəfə təkid etdikdən sonra onu avtomobilinə əyləşdirmiş və Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən idman kompleksinin yaxınlığında olan tikinti üçün ayrılmış boş əraziyə aparmış və orada ona olduq ları ərazinin insanlardan kənar olduğunu və onlara heç kimin müdaxilə edə bilməyəcəyini bildirərək barmaqları ilə onun sinəsinə sərt şəkildə vurduqdan sonra onlar arasında əlbəyaxa dava başlamış və o, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdikdən sonra sonuncu yerə yıxılmış və onun ünvanına nalayiq ifadələr işlədərək öldürəcəyini demiş, o isə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsindən əsəbləşərək qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yumruq-təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, beyin kötüyünə qansızma və ənsə sümüyünün xətti sınığı ilə müşayiət olunan başın yumşaq toxumalarına qansızma və dərialtı hematoması, ümumilikdə həyat üçü n təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, sağ ağciyərə qansızma ilə müşayiət olunan döş qəfəsinin sağ yan səthinin yumşaq toxumalarının altına qansızma və burun sümüyünün sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırı və səthi əzilmiş yarası həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası və qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, üst göz qapağının və çənənin ön səthinin qançırları, hər iki dizin ön səthinin, sol dirsəyin sıyrıqları və üst dodağın selikli qişasına qansızma ilə müşayiət olunan həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan dərəcəsi təyin olunmayan xəsarətləri yeti rib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. 3. 26 yanvar 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-590/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 11 sentyabr 2020-ci il tarixdən hesablanması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişd ir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 124-cü maddəsinə tövsif edilməsini və barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir.
6. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlu və onun nümayəndəsi Müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, daha ağır ittiham verilməsi əsası ilə cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasını, işə mahiyyəti üzrə baxılacağı təqdirdə könüllü gəlib təqsirini boynuna alma barədə müddəaların hökmdən xaric edilməsini və təqsirləndirilən şəxs Məhkum barəsində 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişlə r.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-590/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum, onun müdafiəçisi Müdafiəçi3 və zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişlər. II. Kassasiya müraciətinin dəlilləri və etirazlar
9. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, iş üzrə sübutla tədqiq olunan zaman istər şahid ifadələri, istərsə də digər sübutlarla onun Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etm əsi üçün hər hansı səbəbinin olmaması müəyyən edilmir. Baş vermiş hadisə əvvəldən sona çatanadək zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində olmuş, yəni sonuncu özü mübahisəni başlamış, onu dayanmış olduğu yerdən götürərək mübahisə olan yerə aparmış, orada ona bədən xəsarətləri yetirmişdir. Yalnız bundan sonra o, özünü müdafiə etmək və zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün sonuncuya müəyyən zərbələr endirmiş, bundan sonra zərərçəkmiş şəxs qaçaraq yıxılmış və o, hadisə yerini tərk etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmamış, bütün şübhələr qanunvericiliyin tələblərinə zidd olaraq onun əleyhinə təfsir edilmişdir. İş materiallarından görünür ki, o, birinci, habelə apellyasiya ins tansiyası məhkəmələrində zərərçəkmiş şəxslə aralarında mübahisə olduğunu, mübahisənin sonuncunun spirtli içkinin təsiri altında olduğu zaman başlatdığını, habelə mübahisə zamanı sonuncu ona davamlı zərbələr endirdikdən sonra onun ona qarşı zərbə endirdiyini, bundan sonra zərərçəkmiş şəxsin hadisə yerindən aralaşdıqdan bir neçə metr sonra yıxılaraq yerdə uzandığını, sonradan hadisə yerinə yaxınlaşan şahidə sonuncunun üzərinə su tökməsini, ona kömək etməsini xahiş etdiyini bildirmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi cinayət təqibi üzrə sübutları tam, hərtərəfli və obyektiv yoxlamamaqla yanaşı, toplanmış sübutları təhlil etməyib, bir-biri ilə müqayisə etməyərək, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyini müəyyənləşdirməmişdir. Habelə apellyasiya instansiyası məhkəməsi barəsində irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmişdir. Onun hadisədən əvvəl və sonrakı hərəkətləri hadisəni ehtiyatsızlıqdan törətməsini göstərir. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)22/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
10. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində qeyd etmişdir ki, ittiham tərəfi Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayıt əməlini törətməsini təsdiq edən mötəbər, əsaslı, şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Birinci və apellyasi instansiyası məhkəmələrində məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə məhkuma istinad edilən əməlin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 124-cü maddəsinə tövsif edilməsi üçün əsasdır. Birinci instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq düzgün tədqiq edilməməsi nəticəsində işin faktiki halları məhkumun mərhum zərərçəkmiş şəxsin baş nahiyəsinə heç bir zərbə vurmaması, hadisə zamanı ilk zərbəni zərərçəkmiş şəxsin vurması və məhkumun zərərçəkmiş şəxsin yalnız sinə və üz nahiyələrinə zərbə vurması, vurduğu bir yumruq zərbəsinin zərərçəkmiş şəxsin burun nahiyəsinə dəyməsi və zərərçəkmiş şəxsin arxaya gedərək başının divara dəyməsi, hadisə zamanı zərərçəkmiş şəxsin bir neçə dəfə arxası üstə yerə yıxılaraq başının yerə bərkdən və sürətlə dəyməsi və zərərçəkmiş şəxsin başının yerə və divara dəyməsi nəticəsində ölümə səbəb olan xəsarətin yaranması, hadisə zamanı zərərçəkmiş şəxsin müdafiəçisi olduğu şəxsə endirdiyi zərbələr nəticəsində məhkumun dodağından, başından və ayaqlarından xəsarətlər alması və bu xəsarətlərin müvafiq ekspertin rəyi ilə təsdiq olunması, zərərçəkmiş şəxsin məhkumla bacarmadığını görüb həmin ərazidən çıxmaq istəməsi, ancaq anidən onun ağzı üstə yerə yıxılması, hadisə zamanı məqsədinin zərərçəkmiş şəxsi özündən uzaqlaşdırmaq olması, məhkumun hadisə yerində olan zaman zərərçəkmiş şəxsin hələ sağ olması, məhkumun zərərçəkmiş şəxs axırıncı dəfə yerə yıxıldıqdan sonra xəsarət yetirmək imkanı olmasına baxmayaraq ona heç bir xəsarət yetirməməsi, əksinə hadisə yerinə gələn şəxsə müraciət edərək ondan zərərçəkmiş şəxsə yardım göstərməyi və onun üzünə su vurmasını xahiş etməsi və bundan sonra hadisə yerini tərk etməsi, bunun da məhkumun əməllərində qəsdən adam öldürmə cinayətinin tərkib əlamətlərinin mövcud olmaması və sair halları tam, obyektiv və hərtərəfli araşdırılmamış və işin faktiki halları düzgün müəyyən edilməmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrinin müvafiq yekun qərarlarında əks olunmuş nəticələrlə işin faktiki halları arasında uyğunsuzluq, iş üzrə mövcud hallara düzgün hüquqi qiymət verilməməsi nət icəsində məhkuma istinad edilən əməl səhvən Azərbaycan Respublikası CM-nin 120.1ci maddəsinə tövsif edilmişdir. Halbuki, məhkəmə tərəfindən məhkum barəsində Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi üzrə ittiham hökmü çıxarılmalı idi. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
11. Zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlunun kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, kassator onları təkrarlamaqla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayə t işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş etmişdir. 12.Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddə də təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum və onun müdafiəçisi kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə məhkumun əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 124-cü maddəsi ilə yox, həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələn dirmişlər.
18. Zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlu kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlində daha ağır cinayətin tərkibini olduğunu iddia iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayı b, araşdırmanın nəticələri olaraq ilkin olaraq Məhkum və onun müdafiəçisinin kassasiya şikayətləri üzrə aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması ba rədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
24. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab etmişdir ki, toplanmış sübut və faktiki əsaslar Məhkum zərərçəkmiş şəxsi qəsdən öldürməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Öz növbəsində, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirliliyinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmin mövqeyi əsaslı hesab etmişdir.
25. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri istintaq orqanı tərəfindən Məhkum verilmiş ittihamla razılaşsalar da, sübutların araşdırılmasına, mötəbərliyinə, kifayət etməsinə və sübut etməyə dair cinayət-prosessual qanunvericiliyin, ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsinə və təqsirsizlik prezu mpsiyasına dair Azərbaycan Respublikası Konstitusiyasının müddəalarından, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrindən və izahlarından irəli gələn tələblərdən görünür ki, məhkəmələr tərəfindən qəbul edilmiş yekun qərarlarda məhkəmə baxışları zamanı əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bu səbəbdən həmin qərarlarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.
26. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanının gəldiyi qənaətə görə “Məhkum Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr etməsindən əsəbləşərək qisas alm aq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yumruq-təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək..... ümumilikdə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib Elgün İsmyaılovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir”. Yəni ibtidai istintaqın gəldiyi nəticəyə görə, Məhkum onun ünvanına nalayiq ifadələr etməsindən əsəbləşərək qisas almaq məqsədilə Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətini həyata keçirmişdir.
27. İbtidai istintaq orqanı tərəfindən Məhkum barəsində cinayət işi ilk növbədə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə başlanılsa da, daha sonra onun əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif edilmişdir. Əməlin yenidən tövsif edilməsinə əsas olaraq, Məhkum döyüş idman növü ilə məşğul olduğundan Zərərçəkmiş şəxsla dava-dalaş zamanı açıq-aşkar fiziki gücü və döyüş qabiliyyəti baxımından ondan üstün olduğu göstərilmişdir. İstintaq orqanının qənaətinə görə, buna baxmayaraq dava-dalaş zamanı Məhkum Zərərçəkmiş şəxs bir neçə dəfə vurduğu zərbələrlə zərərsizləşdirib yerə yıxsa da, hadisə yerini tərk etmək imkanı olduğu halda tərk etmədiyini, zərərçəkmiş şəxsin onun ünvanına nalayiq ifadələr işlətməsindən sonra daha da qəzəblənib dava-dalaşı davam edərək yenidən Zərərçəkmiş şəxs bədəninin mühüm həyati əhəmiyyətə malik olan nahiyələrinə zərbələr endirmiş, bu da onu göstərir ki, Məhkum özünü müdafiə etmək üçün fiziki güc və döyüş qabiliyyətindən istifadə edib Zərərçəkmiş şəxs bədəninin mühüm həyati əhəmiyyətə malik olan (baş, döş və s.) nahiyələrinə zərbə endirm ək əvəzinə sonuncunun ölümü ilə nəticələnməyən digər formada zərərsizləşdirib hadisə yerini tərk edə bilərdi. Deməli, dava-dalaş zamanı Zərərçəkmiş şəxs Məhkum barəsində nalayiq ifadələr işlətməsi onu əsəbləşdirmiş, qisas almaq niyyəti ilə o, Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yumruq-təpiklə bədəninin mühüm həyati əhəmiyyətə malik olan nahiyələrinə zərbələr endirmiş və sonuncu aldığı zərbələrdən sonra hadisə yerində ağzı üstə yerə yıxılsa da, Məhkum ona hər hansı ilkin tibbi yardım göstərmədən və təcili tibbi yardım əməkdaşları ilə əlaqə saxlamadan oradan ayrılmış, Zərərçəkmiş şəxs isə bir neçə dəqiqə sonra hadisə yerində ölmüşdür. Bu səbələrdən ibtidai istintaq orqanı Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulan tərkib əlam ətlərinin olmasının istisna olunduğu qənaətinə gəlmişdir.
28. Halbuki, hazırki cinayət işi üzrə aparılmış istər ibtidai araşdırma, istərsə də ki, məhkəmə istintaqı zamanı məhkumun zərərçəkmiş şəxsi qisas almaq məqsədi ilə qəsdən öldürüldüyü qənaətinə gəlinməsi üçün hər hansı əsaslar müəyyən etmək mümkün deyil.
29. Məhkum barəsində cinayət təqibini davam edən birinci və apellyasiya instansiyaları məhkəmələri də iş üçün əhəmiyyətli olan sübutları qanunamüvafiq qaydada qiymətləndirməyib, Məhkum bildirdiyi işin hallarına dair xüsusatları təkzib edən sübut olmadan, istintaq orqanının mülahizələrə əsaslanmış ittihamı ilə razılaşıb, təqsirsizlik prezumpsiyasını rəhbər tutmadan əsaslandırılmamış yekun məhkəmə aktları qəbul edib onun əməlini Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə töv sif etməklə məhz bu cinayətin törədilməsində onun təqsirini sübuta yetirilmiş hesab etmişlər.
30. Məhkəmələrin Zərərçəkmiş şəxs öldürülməsi faktına bu cür qiymət vermələri sübutlar və sübutetməyə dair prosessual cinayət-hüquqi normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan sübutların təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən Azərbaycan Respublikası CPMnin 21.2 və 145.2-cü maddələrinə uyğun deyildir.
31. Əksinə, Məhkum əməllərinin faktiki tərəfi və törədilmə şəraiti barədə istər məhkəməyədək, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları və əsaslığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər ayrı-ayrılıqda tədqiq olunduqda belə nəticəyə gəlmək olur ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmaqla Məhkum qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla Zərərçəkmiş şəxs öldürməsinə dəlalət edir.
32. Belə ki, qəsdən adam öldürmə cinayəti ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətindən obyektiv meyar üzrə fərqlənir. Qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir, onun əməlinin ilkin nəticəsi məhz müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir, zərərçəkmişin ölümü isə sağlamlığa vurulmuş ağır zərər nəticəsində baş verir. Şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Belə olan halda əməl üzrə sağlamlığa ağır zərər vurmanın yalnız qəsd ilə əhatə olunduğunu, ölümün isə qəsdlə əhatə olunmadığını müəyyən etmək üçün zərər yetirilən bədən nahiyəsinin həyat üçün mühümlük dərəcəsini, zərər yetirmənin üsulunu, istifadə edilən alət və ya vasitəni, təqsirkarın əməli törətdikdən əvvəlki davranışını, onun zərərçəkmişlə münasibətini, əməl törədildikdən sonrakı davranışını aid etmək lazımdır (“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 2, § 3, 12 dekabr 2002-ci il il).
33. Yuxarıda göstərilənlərə məcmu halında nəzər yetirdikdə, məhkumun təqsirinin zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya münasibə tdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olması qənaətinə gəlmək üçün əsaslar mövcuddur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən cinayətin təsvirindən, eləcə də hökmdə və apellyasiya məhkəməsinin qərarında gətirilən əsaslandırmalarla müəyyən edilir ki, məhkum və zərərçəkmiş şəxs aralarında mübahisə baş verən vaxtadək onlar ümumiyyətlə bir-birini tanımamışlar. Cinayət hadisəsi baş verən gün onların aralarında sözlü mübahisə başlamasına əsas Məhkum Zərərçəkmiş şəxs irad bildirməsindən sonra başlamış, lakin sözlü mübahisənin davaya çevrilməsinə əsas bilavasitə zərərçəkmiş şəxsin öz avtomobili ilə Məhkum həmin yerdən götürərək dava etmək məqsədilə kənar yerə aparması və orada onu davaya təhrik etməsi olmuşdur. Dava zamanı məhkum edilmiş şəxs tərəfindən zərərçəkmiş şəx sə yetirilən xəsarətlər zamanı hər hansı alət və ya vasitədən istifadə edilməsi müəyyən edilməmiş, həmçinin ibtidai istintaq dövründə hadisə yerinə baxış zamanı hər hansı əhəmiyyət kəsb edən hal, əşya və ya iz, həmçinin hadisə yerində şübhəli əşya və ya premdet müşahidə edilməmişdir.
35. İbtidai araşdırma zamanı və məhkəmə istintaqı dövründə Məhkum bütün ifadələrində Zərərçəkmiş şəxs bir neçə dəfə baş nahiyyəsindən, bədəninin müxtəlif nahiyələrindən yumruq-təpiklə zərbələr endirdiyini təkzib etməmiş, həmçinin vurduğu bir yumruq zərbəsinin Zərərçəkmiş şəxs burun nahiyyəsini bərk tutduğunu, bunun nəticəsində sonuncunun arxaya gedərək başının bərk divara dəydini, buna baxmayaraq müqavimət göstərməsini davam edərək cavab zərbələr endirdiyini bildirmişdir.
36. Bununla yanaşı, baxılan cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anat nnomiya Birliyi” X10 tərəfindən verilmiş 99 saylı, 10 oktyabr 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinə və beyin kötüyünə qansızma ilə müşayət olunmuş ənsə sümüyünün sınığı olmuşdur.
37. Apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ekspert X2 ibtidai istintaq zamanı tərəfindən verilmiş rəyi müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, təcrübədə dəfələrlə rast gəlinmişdir ki, ənsə sümüyü sınmamış olsun, lakin beyinə qansızma olsun. Beyinə qansızmanın dava zamanı və yaxud yıxıldıqdan sonra zərbə nəticəsində baş verə bilməsi ilə bağlı qeyd edilmişdir ki, qansızma üçün baş beyin kəlləsinə xəsarətlər yetirilməlidir. Baş hansı istiqamətlərdə xəsarətlər yetirilməsindən asılı olmayaraq beyin xəsarət alacaqdır. Həmçinin, ona verilmiş suallara cavab olaraq ekspert bildirmişdir ki, zərərçəkmiş şəxsin sifət nahiyəsindəki xəsarətlər az ağır xəsarətlərdir. Az ağır xəsarətlər ölümə səbəb ola bilməz. Sifət nahiyəsindəki xəsarətlərin yumruq zərbəsinin təsiri altında, yoxsa yıxılma nəticəsində yaranması ilə bağlı qeyd edilmişdir ki, yıxılma zamanı bədənin qabarıq nahiyələri daha tez xəsarətlər alır və hazırki iş üzrə burunda yaranmış sınıq yıxılmanın təsiri nəticəsində yaranmış ola bilər, çünki dirsək və dizlərindəki sıyrıqlar məhz bu hala dəlalət edir.
38. Göründüyü kimi, ekspert rəyi və onu açıqlayan ekspertin ifadəsi ilə də İsmayılov Zərərçəkmiş şəxs ölümünə səbəb olan xəsarətlərin yıxılmanın təsiri nəticəsində yaranmış ola biləcəyi təkzib olunmamışdır.
39. Məhkum əməlini törətdikdən sonrakı davranışına münasibətdə isə onun hadisə baş verdikdən sonra hadisə yerini tərk etməsini, təcili tibbi yardım xidməti ilə əlaqə saxlamamasını, yaxud özünün ilkin olaraq zərərçəkmiş şəxsə müəyyən təsirli yardım tədbirlərinin görülməməsini apellyasiya instansiyası məhkəməsi öz qərarında Məhkum əməlinin Zərərçəkmiş şəxs həyatdan məhrum etməyə yönəlməsi xarakterli olduğu barədə qənaətə gəlmək üçün əsas hesab etmişdir.
40. Halbuki, baxılan cinayət işinin materiallarından görünür kimi, hadisənin birbaşa şahidi olmasa da, həmin vaxt təsadüfən hadisə yerinə yaxınlıqda olan və hadisədən dərhal sonra Məhkum ilk görən şəxs Şahid1 ibtidai araşdırma zamanı və məhkəmə istintaqı dö vründə şahid qismində verdiyi ifadələrində göstərmişdir ki, hadisə günü telefonla danışarkən saat 18:15 radələrində ani olaraq başını sağa tərəf döndərəndə yerə yıxılmış vəziyyətdə bir oğlan görmüş, dərhal telefon zəngini sonlandırıb oraya getmişdir. Yerdə üzü asfalta doğru yıxılmış vəziyyətdə olan adamı, yəni sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs qucaqlayıb divara tərəf oturtmaq istəmiş, ancaq bunu edə bilmədiyindən adamı düzünə istiqamətdə yenidən yerdə uzatmışdır. Həmin yaralıya yaxınlaşdığı zaman orada olan 165-170 sm hündürlükdə, girdə sifət, orta köklükdə, üzü bir az tüklü bir oğlan həmin yaralıya kömək etməyini və üzünə su vurmağını xahiş etmişdir. Sonradan həmin adamın Məhkum olduğunu öyrənmişdir. Həmin vaxt Məhkum çox həyəcanlı görünmüş və günahının olmadığını, Zərərçəkmiş şəx s göstərərək sonunucunun onu davaya təhrik etdiyini demişdir. Məhkum bu sözləri dedikdən sonra həmin yerdən sağ istiqamətə doğru irəliləyib oranı tərk etmişdir.
41. Həmçinin ibtidai istintaq zamanı və məhkəmə istintaqı dövründə Məhkum verdiyi ifadələrində Zərərçəkmiş şəxs anidən ağzı üstə yerə yıxılan zaman sonuncuya köməklik etmək üçün arxası ilə getdiyini, lakin həmin vaxt tanımadığı cavan oğlanın hadisə yerinə gəldiyini və həmin şəxsin zərərçəkmiş şəxsin tanışı olduğunu zənn edərək, “mən dava etmək istəmirdim, özü məcbur etdi, mən problem istəmirəm, xahiş edirəm üzünə su vur ayılsın” deyib qorxduğu üçün oranı tərk etdiyini bildirmişdir.
42. Bu hissədə Məhkum və Şahid1 bir-biri ilə uzlaşan ifadələrində göstərilənlər əsasında məhkumun zərərçəkmiş şəxsi köməksiz vəziyyətdə qoymadığı, had isə yerinə gəlmiş kənar şəxs, yəni Şahid1 zərərçəkmiş şəxsə köməklik etməsinə qadir olduğuna əmin olduqdan sonra hadisə yerindən uzaqlaşması barədə qənaətə gəlməyə əsas verir.
43. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cinayət hadisəsinin baş verməsinin səbəbi, cinayətin motivi, hadisənin baş vermə yeri, şəraiti və inkişafının ardıcıllığı, hadisə vaxtı Məhkum Zərərçəkmiş şəxs ilə arasında olan münasibətin xarakteri və işin digər faktiki halları nəzərə alınmadan baş vermiş cinayət hadisəsinə düzgün olmayan hüquqi qiymət verilmiş, məhkumun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilməsə də, onun qəsdən adam öldürməsi barədə qənaətə g əlinmiş və nəticədə əməli əsassız olaraq Cinayət Məcəlləsinin məhz həmin maddəsi ilə tövsif edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
45. Həmin Məcəllənin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin m üddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.
46. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.
47. Yenə də həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanun u ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
48. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
49. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPMnin 21, 28, 33.1, 144, 145 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi hal da onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Cinayət mühakimə icraatını həyata keçirən hakimlər cinayət işi üzrə toplanmış sübutların mənbəyinin mötəbərliyini yoxlamalı, onları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirməlidirlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd e dilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir.
50. Hazırda mübahisələndirilən məhkəmə qərarı təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri ilə müqayisə edildikdə belə qənaətə gəlmək olur ki, apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən məsələlər üzrə gəldiyi nəticələri işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslanmadığından, Məhkum və onun müdafiəçisinin verdiyi kassasiya şikayətlərində isə məhkəmənin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirildiyindən, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə nəticəsi əsaslı hesab edilə bilməz.
51. Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
52. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlunun kassasiya şikayətində irəli sürdüyü tələbinin (o cümlədən, məhkəmələr tərəfindən Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verilməsi haqqında iddiasının) əsaslılığını yoxlayarkən qeyd edir ki, məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın material larına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
53. Qanunverici tərəfindən məhkəmə baxışının hədlərinə qoyulan belə məhdudiyyət onu ehtiva edir ki, kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin kassasiya şikayətinə əsasən təqsirkarın əməlində ona qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayətin tərkibinin olub-olmaması kimi məsələnin araşdırılmasına yol verilmir.
54. Bununla yanaşı, həmin norma apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamə tlərinin olub-olmamasının aşağı instansiya məhkəməsində araşdırılması üçün işin yeni apellyasiya baxışına qaytarılmasının qarşısını alır.
55. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sürülməsi üçün apellyasiya instansiyası məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmu ş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).
56. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir.
57. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə təsvir edilənlər həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhində qəbul edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci m addələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).
58. Nəticə etibarilə, istinad edilən prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlunun irəli sürdüyü, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsi, sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin daha ağır maddəsi ilə tövsif edilməli olduğunun mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı yalnız Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülm üşdür. Bu vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməzdilər.
59. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətləri qismən təmin edilməli, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı məhkum və müdafiəçisinin kassasiya şikayətlərinə münasibətdə ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhk əmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətləri qismən təmin edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin, cinayət işi apelyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.