Məhkəmə qərarları › İş №1(102)-2531/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2531/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2531/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, xxx qeydiyyatda olmaqla yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli, 1(106)-361/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 1(099)-30/2023 nömrəli hökmü ilə (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və Ə.A.Əliyevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi mü əyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmışdır. Məhkəmənin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi4 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), M.Ə.Bağırov və İ.H.Əhmədovdan ibarət tərkibdə) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 29 iyun 2022-ci il tarixdə, saat 12:55 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan xxx minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Ələt-Astara- İran sərhədi yolunun Cəlilabad rayonunun ərazisindən keçən 149,4-cü km/də Astara rayonu istiqamətdə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni ötməyə başlamazdan əvvəl sürücü qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitəsi üçün təhlükə və ya maneə yaratmamalı, çıxmaq istədiyi hərəkət zolağın boş olmasına və iki nəqliyyat vasitəs inin nisbi sürəti ötməni başa çatdırmağa kifayət edəcəyinə əmin olmalı, sol zolağa çıxmazdan əvvəl həmin zolağın ötməni təhlükəsiz başa çatdıra bilməsi üçün kifayət qədər məsafədə boş olmasına əmin olmalı, əks istiqamətdən nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq onun hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli və həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra ötmə əməliyyatına başlamalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, qarşısında eyni istiqamətdə hərəkətdə olan minik avtomaşını ötmək məqsədi ilə yolun əks hərəkət zolağına çıxmış, bu zaman yolun Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi "x” minik markalı,xxxxxxxx dövlət qeydiyyat nişanlı avtomobillə toqqu şmuş, nəticədə ehtiyyatsızlıqdan VAZ21070 minik markalı avtomaşında olan sərnişin X4 ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş-beyin toxumasının ağır dərəcəli əzilməsi, burnu, sol said və bud sümüklərinin qapalı sınığı, sağ gicgah, alın, hər iki yanaq, burnu, alt çənə, hər iki dodaq nahiyələrində, döş qəfəsinin ön səthində, sağ bazu, sağ dirsək oynağı, sol diz oynağı və sol baldır nahiyəsində sıyrıqlar olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölümü ilə nəticələnən, həmin avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs çənənin sinfiz nahiyəsinin yerini dəyişən, sol bucaq nahiyəsinin yerini dəyişməyən və burun sümüklərinin yerdəyişən sınıqları, yuxarı çənədə sol 1-2-3-4-cü dişlərin sınığı, sağ almacıq və sol ağız bucağı-yanaq nahiyəsinin əzilmişcırılmış yaraları olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, həmçinin "Hyundaı Santafe” minik markalı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs sağ diz qabağının qəlpəli sınığı və hər iki çiyin qurşağı nahiyəsində sıyrıq kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilərək, barəsində sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növünün yuxarı həddində cəza təyin etməklə qeyri-humanist və ədalətsiz hökm çıxardığı halda, apellyasiya instansiyası məhkəməsi də işi tam araşdırmadan əsassız olaraq hökmdən müdafiə tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd edir ki, Məhkum hadisədən sonra digər təqsirləndirilən şəxsdən fərqli olaraq hadisə yerini tərk etməmiş, zərərçəkmiş şəxsin yanında olmuş, ona tibbi yardımın göstərilməsinə çalışmış, hadisə zamanı özü də xəsarət alsa belə, zərərçəkmiş - şəxsi xəstəxanaya yola salmış, özü isə yoldan ötən digər avtomobillə xəstəxanaya getmiş, xəstəxanada cinayətin onun tərəfindən törədilməsini təhqiqatçıya bildirmişdir. Həmçinin hüquqlarını müdafiə etdiyi şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə ba rışıq əldə etmək üçün dəfələrlə cəhd etmişdir. Lakin məhkəmələr bu halları kifayət qədər nəzərə almamış və nəticədə Məhkum barəsində ədalətsiz qərarlar qəbul etmişlər. Müdafiəçi5 kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin (6 ilin) dördə üçündən artıq olmayan müddətə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin k assasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müəyyən etdiyi həddə cəzanın təyin edilməsini tələb edən cəzanı yüngülləşdirən halların müəyyən edilməsinə, cəzanı ağırlaşdıran halların isə olmamasına əhəmiyyət verilmədiyini, nəticədə sonuncuya şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzanın təyin edildiyini iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, Məhkum cəzasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə müvafiq olaraq azaldılması barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci m addəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Müdafiəçi5 kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətl i olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmu ş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 60.1-ci maddəsində təsbit olunmuşdur ki, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər han sı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakter li tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona ədalət və humanizm prinsipləri ilə bir araya sığmayan həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, müdafiə tərəfi Məhkum barəsində ədalətsizliyə yol verilməsi haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının endirilməsi barədə tələ bi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2023-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsin müdafiəçinin hökmlə təyin olunmuş cəzanın ağırlığına görə mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxarkən şikayətdə cəzanın yüngülləşdirilməsinə dair təsvir edilən xüsusatları (hazırkı kassasiya şikayətində eyni olan) Cinayət Məcəlləsinin 58.3cü maddəsində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən əsaslar la, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, cəzanın təqsirkarın islah olunmasına, başqaları tərəfindən cinayətlərin törədilməsinin qarşısının alınmasına təsiri və CM-in 41.2-ci maddəsində təsbit edilən cəzanın digər məqsədləri ilə birlikdə götürməklə nəzərdən keçirmiş, yekunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə və təyin edilmiş müvafiq olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzalarının onun islah edilməsi, cəzanın xəbərdaredici funksiyasının təmin edilməsi, sosial ədalətin bərpası üçün kifayət etməsi üçün yetərli hesab edilməsi barədə nəticəyə gəlib, cəzanın təyin edilməsi məsələsinin həllində əhəmiyyət kəsb edən halların məcmusunun tarazlaşdırılmış şəkildə nəzərə alınmasını təm in etmişdir. Belə ki, apellyasiya məhkəməsi Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edərkən nəzərə alınmış hallardan, o cümlədən Məhkum cəzasını ağırlaşdıran halların müəyyən edilməməsindən, şəxsiyyətinə aid məlumatlardan (Cəlilabad rayon Sabirabad kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Məhkum Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur), həmçinin Məhkum cinayətdə iştirak dərəcəsindən (idarə etdiyi avtomobillə ötmə əməliyyatı keçirmək məqsədi ilə yolun əks istiqamətinə, yəni Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət zolağına çıxmaqla yol-nəqliyyat hadisə törətməsini, onun birbaşa və əsaslı olaraq təqsiri nəticəsində bu cinayət hadisəsinin baş verməsinə səbəb olmasını), zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə edilməməsindən, zərərçəkmişin hüquqi varisinin təqsirləndirilən şəxs Məhkum şikayətçi olmaqla ona ağır cəza təyin edilməsindən çıxış etmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin olunmuş əsas cəzanın müddətini dəyişdirmədən saxlamaqla, Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilən Cinayət Məcəlləsinin 59.1.8, 59.1.1059.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallardan hər hansı biri olduqda, cəzanı ağırlaşdıran hallar isə olmadıqda cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq olmamaq şərti ilə təyin edilməsini təsbit edən normanın tələbini gözləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu qaydada yəni, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin olunmuş və apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış cəza məsuliyyəti yüngülləşdirən halları nəzərə almayan həddindən artıq ağır cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin pozuntusu kimi qiymətləndirilə bilməz. Mahiyyət etibarı ilə cəzanın mübahisələndirilməsi üçün verilmiş apellyasiya şikayətini təkrarlayan kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edən dəlillər gətirilmədiyində n, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları Məhkum cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar Müdafiəçi5 kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəm ə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli, 1(106)-361/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli, 1(106)-361/2023 nömrəli qərarı Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar