Məhkəmə qərarları › İş №1(102)-2535/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2535/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2535/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2022 -ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 31 iyul 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Əfqan Niyətulla oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərki bdə) Məhkum, 17 avqust 1958-ci ildə Hacıqabul şəhərində (keçmiş Qazı-Məmməd) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 179.3.2-ci maddəsi ilə barəsində CM-in 46-cı maddəsi tətbiq edilərək 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutm aq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə, CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə barəsində CM-in 46-cı maddəsi tətbiq edilərək olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən isə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirilməklə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin məhkəmə məsrəfi - əmlakların qiymətləndirmə işinə görə xidmət haqqının dəyəri 2800 (iki min səkkiz yüz) manatıın Məhkum tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində külli miqdar təşkil edən maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq alm ış, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib külli miqdarda dövlət vəsaitlərini, yəni ona etibar olunmuş dövlət əmlakını mənimsəmə yolu ilə talayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində Şahid1 Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departrmentin direktoru vəzifəsinə təyin edilməsi üçün 2009-cu ilin sonlarında Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında üç dəfəyə olmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 120.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2012-ci ildə X7 Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin müdiri vəzifəsində saxlanılmaqla fəaliyyətini davam etdirməsi üçün Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 40.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2012-ci i lin sentyabr ayında Şahid5 Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 10.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2013-cü ilin dekabr ayında Şahid5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dö vlət Sosial Təminat Xidmətinin Salyan rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru vəzifəsinə təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 10.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə təkrarən, 2014-cü ilin yay aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin balansında olan Abşeron rayonu Masazır kəndi, Duz gölünün cənubunda, 0,65 ha ərazidə yerləşən Duz tədarükkü sahəsinin yarımçıq tikilisinin Şahid8 Əfrad oğluna satılmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən etiraz edilməməsinə köməklik göstərəcəyi müqabilində Şahid10 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 50.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi h imayədarlıq və laqeydlik müqabilində təkrarən, 2014-cü ilin sentyabr ayında X7 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsində saxlanılmaqla fəaliyyətini davam etdirməsi üçün Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanda külli miqdar təşkil edən 35.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzr ə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2015-ci ilin mart ayında X7 Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edildikdən sonra sonuncunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi üçün Bakı şəhəri Nərimanov rayonu, “Nərimanov Parkı”nda külli miqdar təşkil edən 40.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərini n) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2016-cı ilin avqust ayında Şahid5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 20.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə üm umi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2018-ci ilin mart ayında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında 2.000 manat maddi nemət qismində pul vəsaitini istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə və başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Nazirlik üzrə “Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin, nazir müavinlərinin və Nazirliyin Aparatının rəhbərinin kurasiya bölgüsünün müəyyən edilməsi barədə” 28 fevral 2014-cü il tarixli 11/732 №-li əmrə əsasə n Nazirliyin nəzdində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin işinin təşkili kurasiyasının ona həvalə edilməsi ilə bağlı xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Gəncə və Mingəçevir şəhərlərində mənzillərin alınması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda dövlət vəsaitlərini, yəni ona etibar olunmuş dövlət əmlakını mənimsəmə yolu ilə talama məqsədilə, mənzillərin alqı-satqısı zamanı satan şəxslərlə tələb etdikləri satış dəyəri ndən artıq vəsaitin köçürülərək həmin hissənin onlara çatdırılmasına dair razılıq əldə edib icrasını təmin etdikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X22 məxsus ünvan 2 satınalınması ilə bağlı köçürülmüş 16.700 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X17 məxsus ünvan 3 satınalınması ilə bağlı köçürülmüş 21.600 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X18 məxsus ünvan 4 satınalınması ilə bağlı köçürülmüş 16.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid14 məxsus ünva n 5 satınalınması ilə bağlı köçürülmüş 14.500 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid16 məxsus ünvan 6 satınalınması ilə bağlı köçürülmüş 21.700 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid17 məxsus ünvan 7 satınalınması ilə bağlı köçürülmüş 15.600 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid19 məxsus ünvan 8 satınalınması ilə bağlı köçürülmüş 12.200 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 məxsus ünvan 9 satınalınması ilə bağlı köçürülmüş 13.200 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid21 məxsus ünvaan 10 satınalınması ilə bağlı köçürülmüş 17.160 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid24 məxsus ünvan 11 satınalınması ilə bağlı köçürülmüş 6.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid22 məxsus ünvan 12 satınalınması ilə bağlı köçürülmüş 8.100 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid30 məxsus ünvan 13 satınalınması ilə bağlı köçürülmüş 18.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X23 məxsus ünvan 14 satınalınması ilə bağlı köçürülmüş 23.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X13 məxsus ünvaan 15 satınalınması ilə bağlı köçürülmüş 12.500 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 məxsus ünvan 16 satınalınması ilə bağlı köçürülmüş 22.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid29 məxsus ünvan 17 satınalınması ilə bağlı köçürülmüş 13.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid31 məxsus ünvan 18 satınalınması ilə bağlı köçürülmüş 11.500 manat olmaqla, ümumilikdə həmin mənzillərin satınalınması ilə bağlı nəzərdə tutulmuş məbləğdən 262.760 manat artıq dövlət büdcəsi vəsaitlərinin köçürülməsinə nail olub nağdlaşdırılaraq onlara çatdırılma sını təmin etməklə, ona etibar olunmuş 262.760 manat məbləğində külli miqdarda dövlət əmlakını 2017-ci ilin sentyabr ayının sonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında qeyrisinin göstərişlərini icra edən başqasının vasitəsilə öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əldə edib mənimsəmə yolu ilə talamış, bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlətin həyata keçirdiyi sistemli və davamlı fəaliyyətə xələl gətirən həmin əməlləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə cəmiyyətin və dövləti n qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 21 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, həmin hökm üzrə “Məhkum Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağ lı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində Şahid1 Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentin direktoru vəzifəsinə təyin edilməsi üçün 2009-cu ilin sonlarında Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında üç dəfəyə olmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 120.000 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq alması” epizodu ilə bağlı cinayət təqibinə Azərbaycan Respublikası CinаyətPrоsеssuаl Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 39.1.3-cü maddəsinə əsasən, yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilmiş, hökmlə Məhkum CM-i n 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 8 (səkkiz) il 3 (üç) ayadək endirilmiş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 6 dekabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti məhkum olunmuş şəxsin ərizəsinə əsasən geri qaytarılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 9 fevral 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti geri qaytarılmış və şikayət müəllifinə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatətlə müraciət etmək hüququ izah olunmuşdur. Bundan sonra, yəni 20 fevral 2024-cü il tarixdə məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 15 mart 2024-cü il tarixli qərarı ilə Müdafiəçi1 vəsatəti təmin olunmayaraq onun göstərilən qərardan kassasiya şikayətinin verilməsi üçün buraxdığı müddətin bərpa olunmasından imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Koll egiyasının (hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə) 11 iyul 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Məhkum CM-in 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə həmin apellyasiya instansiyası məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Lakin bundan sonra, yəni 25 iyun 2025-ci il tarixdə Məhkum özü də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayəti verərək eyni zamanda həmin şikayətin verilməsi üçün buraxılmış müdd ətin bərpa edilməsinə dair vəsatət qaldırmış və həmin vəsatətə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 31 iyul 2025-ci il tarixli qərarı ilə göstərilən vəsatət təmin olunmamış, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasından isə imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs barəsində olan apeellyasiya instansiyası məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün burax ılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasına, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı madddəsinə, CPM-in bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkumun müdafiəçisi Müdafiəçi1 həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəssindəki cinayət işinə mahiyyəti üzrə məhkəmələrdə baxılan müddətdə o, Bakı İstintaq Təcridxanasında saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı elan edildikdən sonra o, hökmün icrası ilə bağ lı 14 iyul 2022-ci il tarixdə Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülmüş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı təcridxana rəhbərliyi tərəfindən ona təqdim edilməmişdir. Bu barədə Bakı İstintaq Təcridxanasının rəisinin 9 avqust 2024-cü il tarixli məktubu və həmin qərarın 10 saylı Cəzaçəkmə Müəssisəsində yalnız 28 avqust 2024-cü il tarixdə Məhkum təqdim edilməsi barədə qəbz Bakı Apellyasiya Məhkəməsinə təqdim edilərək hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən verilmiş kassasiya şikayətinə həmin şikayətin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verməsi və şikayət vermə müddətinin bərpası barədə vəsatət əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin ver ilməsi üçün buraxılmış müddətin bərpa olunmasından imtina edərkən cinayət prosessual qanunvericiliyin normalarına münasibət bildirmədən ehtimallara əsaslanaraq Məhkum vəkili vasitəsilə apellyasiya instansiyası məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarından məlumatlı olması barədə qənaətə gəlmişdir. Göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Məhkum iradəsindən asılı olmayan səbəblərdən qanunla nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinın Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayəti verə bilməmişdir. Odur ki, məhkumun müdafiəçisi Müdafiəçi1 Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2025-ci il tarixli qərarının ləğv olunmasını və həmin məhkəmənin 21 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün bura xılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin və Məhkum iştirakları olmadan b axılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassa siya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-i n 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv ed ilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 4 16-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası kassas iya şikayətinin dəlillərinə cavab olaraq vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu hüquq həmçinin cinayət-prosessual qanunvericiliyində də öz əksini tapmış və Azərbaycan Respublikasında üçpilləli məhkəmə sisteminin yaradılması və fəaliyyət göstərməsi nəzərə alınaraq hər bir məhkum olunmuş şəxsin onun barəsindəki ittiham hökmündən apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinn hökm və ya qərarından isə - kassasiya şikayəti vermək hüququna malik olması müəyyən edilmişdir. Belə ki, CPM-in 35.1-ci maddəsinə əs asən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. CPM-in 35.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağıdakı hüquqları həyata keçirir: 35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək; 35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək. CPM-in 35.3-cü maddəsinin tədəbinə görə isə, məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılm ası yolverilməzdir. CPM-in 12.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə icraatının sonsuz davam etməsinin qarşısının alınması, digər tərəfdən isə cinayət mühakimə icraatında hüquqi müəyyənlik prinsipinin də təmin edilməsi üçün qanunverici aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarından müvafiq olaraq apellyasiya və ya kassasiya şikayətlərinin (protestlərinin) verilməsi üçün müxtəlif müddətlər müəyyən etmişdir. Eyni zamanda hər bir məhkum olunmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici apellyasiya və ya kassasiya şikayətinin (protesti nin) verilməsi üçün müxtəlif müddətlərlə yanaşı həmin müddətlər üzrlü səbəblərdən buraxıldığı hallarda bu müddətlərin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Bu haqda müraciətlər olduqda isə məhkəmənin vəzifəsi müddətin həqiqətən qanunvericilikdə göstərilən üzrlü səbəblərdən buraxılıb-buraxılmamasını yoxlamaq, yəni müddətlərin bərpa edilməsini xahiş edən proses iştirakçıasının irəli sürdüyü dəlilləri təsdiq və ya təkzib edən sübutları araşdırmaq və yalnız bundan sonra belə müraciətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməkdir. Belə araşdırma aparılmadan istər müddətin bərpa edilməsi, istərsə də müddətin bərpa edilməsindən imtina olunması haqqında qəbul edilmiş qərar isə əsaslı və qanuni sayıla bilməz. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası əvvəla apellyasiya in stansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, 15 iyul 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-in 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin ve rilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəalarına” müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. CPM-in 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində n əzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. CPM-in 411-ci maddəsinin tələblərinə görə, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, 25 iyun 2020-ci il tarixli Qanunla CPM-in 410-cu maddəsinə edilmiş dəyişikliklər qüvvəyə mindikdən sonra hazırkı cinayət işi üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarının surəti Məhkum təqdim edilməsi üçü n həmin tarixdə 1(103)-1069/2022 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı Məhkum və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə elan edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 17 iyul 2023-cü il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayəti vermiş,lakin məhkum olunmuş şəxs həmin şikayətin geri götürülməsi haqqında ərizə ilə kassasiya instansiyası məhkəməsinə müraciət etdiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 6 dekabr 2023-cü il tar ixli qərarı ilə həmin ərizə təmin olunaraq kassasiya şikayəti geri qaytarılmışdır. Bütün bu hallar ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 21 iyun 2022-ci il tarixli qərarın qəbul edilməsindən həm Məhkum, həm də onun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verilməzdən əvvəl məlumatlı olmuşlar. İş materiallarından görünür ki, Məhkum müdafiəçisi Müdafiəçi1 8 dekabr 2023-cü il tarixdə, yəni Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarın qəbul edildiyi vaxtdan 1 (bir) il 5 (beş) ay 17 (on) gün sonra yenidən həmin qərardan kassasiya şikayəti vermiş, lakin kassasiya şikayəti CPM-in 408-411-ci maddələrinin tələblərinə uyğun olaraq verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli q ərarı ilə həmin şikayət geri qaytarılmış və müdafiəçiyə 21 iyun 2022-ci il tarixli qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə baxılması üçün müvafiq vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. 20 fevral 2024-cü il tarixdə isə Məhkum müdafiəçisi Müdafiəçi1 təkrarən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayəti verərək eyni zamanda apellyasiya instansiyası məhkəməsinə həmin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət etmiş, vəsatətində isə göstərilən müddətin buraxılma səbəbini ilk verdiyi kassasiya şikayətinin məhkəməyə təqdim edildikdən sonra 6 ay ərzində baxış mərhələsində olması ilə əlaqələndirmiş və hər hansı başqa səbəblərə istinad etməmiş, buna görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2024-ci il tarixli qərarı ilə onun vəsatəti təmin edilməmişdir. Bundan sonra Müdafiəçi1 28 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2024-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinavyət Kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarı ilə həmin şikayət təmin edilməmiş, yəni kassasiya instansiyası məhkəməsi artıq bir dəfə təhlil edilən məsələyə münasibət bildirərək öz qərarında mövqeyini ifadə etmiş və 21 iyun 2022-ci il atrixli qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsaslar müəyyən etməmişdir. Buna baxmayaraq, növbəti dəfə Məhkum özü müdafiəçisi nin əvvəl verdiyi kassasiya şikayətinin və həmin şikayətin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətin məzmunları ilə eynilik təşkil edən 21 iyun 2022-ci il tarixli qərardan kassasiya şikayəti vermiş və eyni zamanda bu şikayətin də verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, lakin Müdafiəçi1 əvvəlki vəsatətində olduğu kimi kassasiya şikayətini qanunda nəzərdə tutulmuş müddətdə verməməsinin səbəblərini hər hansı qaydada, yəni müvafiq sübutlara istinad edərək onların prosessual müddətin buraxmasının səbəbini üzrlü hesab edilməsinə dəlalət edən sübutlar kimi qiymətləndirilməsini hər hansı şəkildə əsaslandırmamış (halbuki, CPM-in 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa h al nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir), buna görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2025-ci il tarixli qərarı ilə onun da vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 31 iyul 2025-ci il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-in 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-in 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntular ına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-in 411.2.1-ci maddəsi); - CPM-in 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-in 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materialarından görünür ki, məhkəmə aktlarının, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının ona verilməsinə baxmayaraq, sonuncu hətta müdafiəçinin istinad etdiyi qəbzdə göstərilən tarixdən sonra CPM-in 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 12 (on iki) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin bura xılması səbəblərini hər hansı inandırcı hala istinad etmədən əsaslandıra bilməmişdir, belə səbəblər həmçinin Müdafiəçi1 31 iyul 2025-ci il tarixli qərardan verdiyi kassasiya şikayətində də göstərilməmişdir. Halbuki, CPM-in 411.2-ci maddəsinin tələbinə və mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. İş materiallarından, o cümlədən Məhkum tərəfindən qaldırılmış vəsatətdən onun barəsində 21 iyun 2022-ci il tarixdə qərar qəbul edildikdən sonra məhkumun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum 21 iyun 2022-ci il tarixli qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamış, onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. B eləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan məhkumun müdafiəçisi Müdafiəçi1 həmin məhkəmənin 31 iyul 2025-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum müdafiəçisi Müdafiəçi1, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 31 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, bu qərardan Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 202 2-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 31 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar