Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2537/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Təqsirləndirilən şəxs müdafiəçisi Leqayeva Mədinə Zeynalabdin qızının, zərərçəkmiş şəxsin nümayəndəsi Nəsirov Vüqar Voroşil oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-518/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nəsirov Vüqar Voroşil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Təqsirləndirilən şəxs xx xxxxx 1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, “NAC Company” avtomobil sürtük yağları və akkumulyatorları satışı şirkətində mühasib işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 dekabr 2023-cü il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan R espublikası CM”) 221.1-ci maddəsi təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, 12 iyun 2023-cü il tarixdə, saat 16:30 radələrində mühasib vəzifəsində işlədiyi ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasında, həmin MMC-nin əməkhaqqı hesablanması üzrə mühasibi vəzifəsində çalışan Zərərçəkmiş şəxs oturduğu otağa daxil olaraq onun əmək haqqının verilməsini gecikdirdiyini bəhanə edib ona irad tutaraq heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi və "xxxx" MMC-nin iş rejimini p ozmaqla otaqda olan digər işçilərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş və sağ ayağının topuq nahiyəsinə ayaq zərbəsi ilə qəsdən vuraraq, eləcə də sonuncunu tutub itələməklə otaqda olan dolaba çırparaq ona sol saidin yuxarı 1/3-nin 2 ədəd yarası və sağ topuq oynağının şişkinliyi qançırı ilə nəticələnən, birlikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. 3. 31 yanvar 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-230/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablanması hökm edilmiş və digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Mahmudov Elmin Polad oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-518/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin icraata qəbul edilməsi mümkünl üyü yoxlanılaraq apellyasiya şikayətinə baxılmasına xitam verilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-230/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli hökmünün və məhkəmə hazırlıq iclasının 31 yanvar 2024-cü il tarixli məhkəmə baxışının təyin edilməsinə dair qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Sumqayıt Şəhər Məhkəməsinə məhkəmənin hazırlıq iclasına qaytarılması qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nəsirov Vüqar Voroşil oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-518/2024 nömrəli, 1 0 iyul 2024-cü il tarixli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-230/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli hökmünün və məhkəmə hazırlıq iclasının 31 yanvar 2024-cü il tarixli məhkəmə baxışının təyin edilməsinə dair qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzg ün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərarının əsassız çıxardığını iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 41 6.1.20-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-518/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərarını yoxlayıb hesab edir ki, bu qərar aşağıda təfsiri verilən səbəblərə görə ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.
16. Belə qənaətə gələn məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırda mübahisəsi edilən qərarının qəbul edilməsinin əsası kimi apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə təqsirləndirilən şəxsin vermiş olduğu ifadələrin məzmununun onun cinayət mühakimə icraatının aparıldığı dili tam (yazıb, oxumaq və anlamaq) bilmədiyi, ibtidai istintaqın öz müdafiəsini hazırlamaqdan ötrü tərcüməçinin köməyindən istifadə etmək hüququndan məhrum edilməklə aparıldığı ilə izah etsə də, belə bir nəticəyə gəlməyinin əsaslarını və bu əsasları təsdiqləyən hər hansı sübutu qərarında göstərməmişdir.
17. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit edilmiş tələbə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
18. Konstitusion normanın şərhini verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarında da qeyd edilir ki, hər hansı məhkəmə araş dırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməlidir. Əsaslandırma qərarın ictimai qəbul olunmasında, onun məhz ədalətli kimi qavranılmasında mühüm rol oynayır, əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” qərarı, 12 may 2009-cu il).
19. Müvafiq əsaslandırma təmin edilmədən mühüm məsələ üzrə nəticənin verilməsi, İ nsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə də ziddir. Avropa Məhkəməsinin presedent hüququna görə, məhkəmə və tribunallar qəbul etdiyi qərarların əsasında olan səbəbləri aydınlıqla göstərilməlidirlər (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 35, 2 aprel 2020-ci il, Zayidov Azərbaycana qarşı (No. 2), № 5386/10, § 91, 24 mart 2022-ci il və Fətullayev Azərbaycana qarşı (No. 2), № 32734/11, § 83, 7 aprel 2022-ci il).
20. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılması imperativ tələb kimi müəyyən edilmişdir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, y eni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
21. Eləcə də, həmin Məcəllənin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.
22. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
23. İstinad edilən qanunvericilik normalarının tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avro pa Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla hazırda mübahisəsi edilən qərarın qanuniliyi və əsaslılığı yoxlanıldıqda, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qərarı qəbul edərkən cinayət təqibi üzrə toplanılmış sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini şərtləndirən Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin və ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin müddəalarına riayət edilməsinin təmin edilmədiyi, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyi müəyyən edilir.
24. Yuxarıda göstərilən əsasla ya naşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəsi edilən qərarında gəldiyi nəticə cinayət işinin materiallarında olan sübutlarla, eləcə də cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin hüquqlarının təmin edilməsinə dair Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyi ilə də uzlaşmır.
25. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – “Konvensiya”) 6-cı maddəsinin 3-cü bəndinin (e) yarımbəndinə əsaslanmaqla verilən şikayətləri araşdırarkən Avropa Məhkəməsinin irəli sürdüyü tələblərdən birincisi ondan ibarətdir ki, təqsirləndirilən şəxsin tərcüməçi ilə təmin edilə bilinməsinə dair hüququnun olduğundan məlumatlı olması vacibdir, bu məlumat ona cin ayətin törədilməsində şübhəli şəxs hesab olunduğu andan bildirilməlidir (Vang Fransaya qarşı, № 83700/17, § 73- 78, 28 aprel 2022-ci il).
26. Cinayət işinin materiallarından göründüyü kimi, 25 dekabr 2013-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdən etibarən özünün seçdiyi vəkilin xidmətindən istifadə etmiş (c.1 səh.85), eyni tarixdə ona müdafiəçisinin iştirakı ilə “Təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə” bildiriş verilmiş, bildirişlə ona tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququnun olması barədə məlumat verilmiş, lakin o, bunun lüzum olduğunu istintaq orqanına bildirməmişdir (c.1 səh.89-90).
27. Daha sonra, 26 dekabr 2013-cü il tarixdə yeni ittiham elan edildiyinə görə ona bir daha “Yenidən ittiham edilmiş təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə” bildiriş verilmiş, bu bildirişdə də ona tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququnun olması barədə məlumat verilmiş və o, müdafiəçisinin yanında tərcüməçinin təqdim edilməsini xahiş etməmişdir (c.1 səh.120-121).
28. Nəhayət, 31 yanvar 2024-cü il tarixdə keçirilmiş Sumqayıt Şəhər Məhkəməsinin keçirdiyi məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs öz müdafiəçisi ilə birlikdə iştirak etmiş, müvafiq protokoldan göründüyü kimi ona Azərbaycan Respublikası CM-nin 91-ci maddəsində olan hüquq və vəzifələri, o cümlədən eyni Məcəllənin 91.5.12-ci maddəsində nəzərdə tutulan tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququnun olduğu izah edilmiş və o, bununla bağlı hər hansı vəsatətinin olmadığını bildirmişdir (c.1 səh.162-164).
29. Göründüyü kimi, cinayət təqibini həyata keçirən orqanlar istər məhkəməyədək, istərsə də məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs müvafiq hüququnun olduğu barədə məlumat vermiş, lakin o, müdafisəinin həyata keçirilməsi üçün özünün seçimi ilə cəlb etdiyi müdafiəçisinin yanında hüququndan istifadə etmək arzusunda olduğunu bildirməmiş, bu hal onun həmin hüquqdan (olması hesab edilmiş olunsa belə) aşkar və şərtsiz şəkildə, eləcə də peşəkar hüquqşünas məsləhətindən yararlanmaqla imtina etdiyini təsdiqləyir.
30. Avropa Məhkəməsinin müəyyən etdiyi digər şərtə görə, pulsuz tərcüməçi xidmətlərindən istifadə hüququ müstəsna olaraq yalnız əcnəbi təqsirləndirilən şəxsin məhkəmədə istifadə edilən dili başa düşmədiyi və y a həmin dildə danışmadığı hallarda tətbiq edilir (Baytar Türkiyəyə qarşı, № 45440/04, § 49, 14 oktyabr 2014-cü il). Bu dili başa düşən təqsirləndirilən şəxs ona müdafiəsini digər dildə, o cümlədən mənsub olduğu etnik azlığın dilində həyata keçirməsinə yardım edən tərcüməçi xidmətlərinin təmin edilməsini tələb edə bilməz (Lagerblom İsveçə qarşı, № 26891/95, § 62, 19 yanvar 2003-cü il).
31. Cinayət işinin materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır (c.1 səh.18), mühasib çalışdığı iş yeri varıdır (c.1 səh.25), şahid və təqsirləndirilən şəxs qismində dəfələrlə Azərbaycan dilində ifadə vermiş, verdiyi ifadələr kompyuterdə tərtib edilsə də, öz əlyazması və imzası ilə ifadələrinin həqiqiliyini təsdiq etmiş, üstəlik əlyazması ilə Azərbaycan dil ində ona qarşı cinayət əməlinin törədilməsinə dair ərizə tərtib etmişdir (c.1 səh.40). Göründüyü kimi, Təqsirləndirilən şəxs vətəndaşı olduğu ölkənin dilini bilməsi heç bir şübhə doğurmur, bu hal iş materialları ilə tam təsdiqlənir, dili başa düşdüyünə və danışdığına görə onun digər dildən tərcüməçi xidmətinin tələb etməsi yolverilməzdir.
32. Burada məhkəmə kollegiyası qeyd etməyi xüsusilə vacib hesab edir ki, 30 ildən artıq müddətdə müstəqilliyini yaşayan Azərbaycan Respublikasının vətəndaşının tərcüməçi ilə təmin edilməsinə dair çıxarılan məhkəmə qərarı istənilən halda qanuni və əsaslı qəbul edilə bilməz. Təsadüfi deyil ki, 30 sentyabr 1998-ci il tarixli, 527-İQ nömrəli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-ci maddəsinin 1-ci maddəsində göstərilən istisnasız qayda ya görə, Azərbaycan Respublikasının vətəndaşlığına ölkə ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs qəbul edilə bilər. Qanunvericinin belə bir normanın müəyyən etməsi onu ehtiva edir ki, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi üçün əcnəbinin Dövlət dilinin bilməsi mütləq şərtdirsə, respublika ərazisində anadan olmuş, daimi yaşamış, dövlət orqanlarında yaxud özəl sektorda çalışmış, ölkə daxilində istənilən dildə təhsil almasından asılı olmayaraq tədris tələblərinə görə ən azından Azərbaycan dilinin əsa slarını təmin edən dərs kursunu bitirmiş Azərbaycan Respublikası vətəndaşının Dövlət dilinin bilməsi faktı prima facie (əksini təsqdiqləyən mötəbər sübur yoxdursa) mübahisəsiz hal kimi qəbul edilməli, buna görə Azərbaycan dilini bilmədiyinə görə tərcüməçi ilə təmin edilməsi istəyində olan belə şəxsin xahişinin təmininə bir qayda olaraq yol verilməməldir.
33. Nəhayət, təqsirləndirilən şəxsin tərcüməçi ilə təmininə dair şikayətlərlə bağlı Avropa Məhkəməsinin digər mövqeyi ondan ibarətdir ki, Konvensiyanın 6-cı maddəsinin 3cü bəndinin (e) yarımbəndinin tələbləri bu maddənin 1-ci bəndi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnun xüsusi aspektləri kimi nəzərdən keçirilməli olduğundan, səmərəli tərçüməçi xidmətinə dair şikayətlər hər iki müddəanın tələblərini nəzərə almaqla araşdır ılmalıdır (Baytar Türkiyəyə qarşı, § 48). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (e) yarımbəndi məhkəmə icraatının gedişatında bütün yazılı sübutların və ya rəsmi sənədlərin yazılı tərcüməsini tələb etmir (Kamasinski Avstriyaya qarşı, № 9783/82, § 74, 19 dekabr 1989-cu il). Hətta, hökmün yazılı tərcüməsinin olmaması özü-özlüyündə 6-cı maddənin 3- cü bəndinin (e) yarımbəndinin pozulması demək deyil (Kamasinski Avstriyaya qarşı, § 85). Nəticədə tərcüməçinin yardımı təqsirləndirilən şəxsə barəsində aparılan işə aid məlumatlı olmasına və özünü müdafiə etməsinə, yəni baş vermiş cinayət hadisəsilə bağlı məhkəmədə öz mülahizələrini təqdim etməsinə imkan yaratmalıdır (Protopapa v. Turkey, № 16084/90, § 80, 24 fevral 2009-cu il; Vizgirda Sloveniyaya qarşı, № 59868/08 2018, § 79, 28 avqust 2018 -ci il). Təqsirləndirilən şəxsin dil biliyi böyük əhəmiyyət daşıdığından, məhkəmə verilən ittihamın mahiyyətinin və hakimiyyət orqanlarının ona ünvanladığı məlumatların mürəkkəbliyini araşdırmalı, onları qavramaq üçün təqsirləndirilən şəxsin cinayət mühakimə icraatının aparıldığı dilin dərindən bilməsinin tələb edilib-edilmədiyini müəyyən etməlidir (Hermi İtaliyaya qarşı [BP], 18114/02, № § 71, 18 oktyabr 2006-cı il; Katritş Fransaya qarşı, № 22575/08 2010, § 41, 4 oktyabr 2010-cu il; Şaman Türkiyəyə qarşı, № 35292/05, § 30, 4 aprel 2011-ci il).
34. Avropa Məhkəməsinin sözügedən qərarlarında göstərdiyi mövqeyinin təhlilindən belə nəticəyə gəlmək olar ki, hətta əcnəbi olan təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dilin bilmədiyini iddia edirsə, bu heç də belə iddianın də rhal və şərtsiz təminini nəzərdə tutmur. Belə halda cinayət təqibini həyata keçirən orqan əvvəl onun dil biliyinin səviyyəsini araşdırmalı, daha sonra müəyyən etdiyi bu səviyyənin təqsirləndirilən şəxsə barəsində toplanmış cinayət işinin materialları ilə tanış olub, özünün səmərəli müdafiəsinin qurmasına imkan verib-vermədiyi barədə nəticəyə gəldikdən sonra müvafiq qərarını qəbul etməlidir. Bununla belə, təqsirləndirilən şəxsin tərcüməçi ilə təmin edildiyi halda da cinayət işində olan bütün materialların tərcümə edilməsi tələb edilmir, tərcümənin həcminə qoyulan tələb, onun təqsirləndirilən şəxsə verilmiş ittihamın mahiyyətini anlamağa və ittihamı təsdiqləyən sübutları tədqiq etməyə imkan verən həddə olmaqdan ibarətdir.
35. Baxılan işdə isə istər birinci, istərsə də apellyasiya instansiyas ı məhkəməsi (baxmayaraq ki, hazırkı qərarın 18-ci paraqrafında istinad edildiyi qərarına əsasən tam hüquqlu məhkəmə kimi çıxış edir) yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs Azərbaycan dilinin bilik səviyyəsinə münasibətlərini bildirməməklə yanaşı həmçinin nəzərdən qaçırmışlar ki, sonuncuya Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə verilmiş ittihamın mahiyyətini iki fiziki şəxs arasında yaranmış münaqişə və nəticədə vurulan zərər təşkil edir, müvafiq cinayət işinin materialları təqsirləndirilən və zərərçəkmiş şəxsin sənədləşdirilmiş şifahi ifadələri, məhdud sayda şahid ifadələri və ekspertiza rəyindən ibarətdir. Göründüyü kimi, baxılan cinayət işinin mahiyyəti də kifayət qədər sadə olmaqla yanaşı cinayət mühakimə icraatının aparıldığı dilin mükəmməl bilməsini tələb etmir.
36. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini baxılan cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırıb və proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, müvafiq sübutların tədqiqi təmin edilməklə əsaslandırılmış məhkəmə aktının qəbul edilmədiyinə (CPM 416.1.2), eləcə də Cinayət-Prosessual Məcəllənin 391.3.2—391.3.5, 391.3.7—391.3.9 və 391.6-cı maddələrində nəzərdə tutulmuş qərarları əsassız çıxarıldığına (CPM 416.1.20) və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verildiyinə görə (CPM 416.1.22) kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-518/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərarı ləğv edilməli, iş yeni apellyasiya baxışına təyin edilməlidir. Odur ki, məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs nümayəndəsi Nəsirov Vüqar Voroşil oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-518/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin.